Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-526/2023 02.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “Azəriqaz” İB-nin Ağsu X11 İdarəsinə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” barədə ilkin iddia tələbinə, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “Azəriqaz” İB-nin cavabdeh İddiaçı qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə dair (Açar sözlər: Cərimənin silinməsi, təbii qazdan istifadə, borcun ödənilməsi ) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X10 qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” X4 X11 İdarəsinə qarşı qarşı “qanunsuz heablanmış borcun silinməsi” tələbinə dair ilk, “Azəriqaz” X4 X11 İdarəsinin İddiaçı qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(016)-48/2023 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları:
1. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən tərtib edilmiş ******* nömrəli aktı əsasnda hesablanmış 864 manat məbləğində cərimənin silinməsini xahiş etmişdir.
2. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən onun yaşadığı Ağsu şəhəri PMK ünvanına smart tipli qaz sayğacı quraşdırılmışdır. Həmin vaxtdan bu günə kimi həmin sayğaca xidmət və nəzarət də məhz cavabdeh tərəfindən həyata keçirilir. O, həmin sayğaca müvafiq qaydada yüklədiyi qazı istifadə edir. Yəni demək istəyir ki, həmin sayğaca onun tərəfindən heç bir müdaxilə olunmamışdır. Sayğac küçədə quraşdırıldığından ona nəzarət iradəsindən kənardır. Bir neçə ay əvvəl rayona qaz verilməsi müvəqqəti dayandırılmış, bərpa olunanda isə onun sayğacı koda düşmüş, o sayğacı koddan çıxarmaq üçün terminalda pul yükləyən zaman ekranda “qaz idarəsinə müraciət edin” deyə yazılmışdır. O qaz idarəsinə müraciət edən zaman sayğacın istifadə müddətinin bitdiyi müəyyən olmuş, bundan sonra onun üçün pulsuz yeni sayğac quraşdırılmışdır. Lakin həmin köhnə sayğaca görə ona bu yaxınlarda cərimə gəlmişdir. Guya sayğaca müdaxilə olunub və ziyan yaranıb. Cavabdeh əsassız olaraq ona 864 manat cərimə hesablayaraq, həmin məbləğin ödənilməsi ilə bağlı bildiriş göndərmişdir.
3. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdeh “Azəriqaz” İB-nin Ağsu X11 İdarəsinin Ağsu Xidmət sahəsi tərəfindən tərtib edilmiş ******* nömrəli akt əsasında hesablanmış 1036.80 manat məbləğində cərimənin silinməsini xahiş etmişdir.
4. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “Azəriqaz” İstehsalat Birliyi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi” barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağsu şəhəri, Meleratorlar qəsəbəsi ünvanında yaşayan İddiaçı qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanaraq abonent koduna vurulmuş 1036.80 manat borc məbləğinin və iddia ərizəsi üçün ödənilmiş 30.37 manat dövlət rüsumunun, ümumilikdə isə 1067,17 manat tutularaq “Azəriqaz” İstehsalat Birliyinin hesabına ödənilməsini xahiş etmişdir.
5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, “Azəriqaz” X4 RQİİ-nin Ağsu XS-nin əməkdaşları Ağsu şəhəri, Meleratorlar qəsəbəsi ünvanında yaşayan İddiaçı yaşadığı fərdi yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək üçün açaraq götürmüşlər. Bununla bağlı xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Mənzildən açılmış Elster-G4 markalı, 1502Az**********39 nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MSK- 29/1710-02918-1 nömrəli akta əsasən sayğacın element yuvasının qapağı alt hissədən gövdəyə birləşən hissədən sınıqdır və təbii qaz itkisi yaranmışdır. Həmin akta əsasən İddiaçı mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqları və onların parametrlərinə dair xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “Azəriqaz”İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Akta əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində 31 avqust 2022-ci il tarixində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək İddiaçı Ağsu XS-nin abonent bazasındakı **********01300 nömrəli abonent koduna 8640 m3 -1036,80 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Abonent İddiaçı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı qeyd edilənləri nəzərə alaraq ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasında ilk iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
7. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Ağsu Rayon Məhkəməsinin (hakim A.Əsgərov) 23 yanvar 2023-cü il tarixli, 2(016)- 48/2023 nömrəli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, cavabdeh “Azəriqaz” X7 X11 İdarəsi Şamaxı Xidmət Sahəsi tərəfindən tərtib edilmiş ******* nömrəli akt əsasında hesablanmış 1036,80 manat məbləğində borcun silinməsi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıdan 30,37 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, qarşlıqlı iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir.
9. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək dövlət yoxlamasından keçirilməsi üçün göndərilmişdir. Dövlət yoxlamasından keçirilərkən sayğacın klapanının işlək olmaması, element yuvasının qapağının alt hissədən gövdəyə birləşən hissədən sınıq olması, sayğacın ALARM-1 rejimində olması, klapanın bağlı olması, sayğacın istismar müddətində ALARM-1 rejimi aşkar olunmaması, xətaların normadan artıq olması, sayğacın istismara yararsız olması, qüsura görə qaz itkisi yarandığı müəyyən edilmiş, daha sonra itirilmiş qazın bərpası üçün “Azəriqaz” X7 tərəfindən hesabat aparılmış və hesablanmış 8640 m3 iddiaçıdan tələb edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sayğac yoxlanılarkən kənar müdaxilə izləri aşkar edilməmiş və bu dövlət yoxlama aktında qeyd edilmiş, həmçinin sayğacın daxilində nasazlıq olmuşdur. Həmin nasazlıq kənar müdaxilə nəticəsində əmələ gəlməsi sübut edilməmişdir. Belə ki, “Azəriqaz” İstehsalat Birliyinin 31 avqust 2022-ci il tarixli ******* saylı aktında sayğacda aşkar olunan nasazlıqlar qeyd edilmiş və hər hansı kənar müdaxilənin olması göstərilməmiş, eyni zamanda “Azəriqaz” İstehsalat Birliyinin xx.xx.2022-ci il tarixli, MSK-29/1710-02918-1 saylı aktında kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirilməsi nəticəsində kənar təsir izlərinin aşkar edilmədiyi qeyd edilmişdir. Bundan başqa element yuvasının qapağının alt hissədən gövdəyə birləşən hissədən deşilməsinin abonent tərəfindən edilməsi sübut edilməmişdir. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən quraşdırılan sayğaclara görə vətəndaşın məsuliyyətini təsdiq edən sübut təqdim edilməmişdir.
11. Bununla da məhkəmə, hazırki iş üzrə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin təqsirinin müəyyən olunmadığını, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır və qaz sayğacı düzgün işləmədiyi halda, sayğacın göstəricilərinə əsasən deyil, “Azəriqaz” İB tərəfindən hesablanan məbləğində istehlakçıdan tələb edilməsini ağlabatan mühakimə hesab etmir.
12. “Azəriqaz” İstehsalat Birliyinin qarşılıqlı iddiası üzrə məhkəmə qeyd edir ki, sadalanan normalara əsasən qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh deyil, “Azəriqaz” İstehsalat Birliyi özü daşıdığından, o cümlədən, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi “Azəriqaz” İstehsalat Birliyi tərəfindən həyata keçirilməli olduğundan, borc ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehdən tələb edilə bilməz.
13. Məhkəmə öz mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.6, 4.7, 4.8 və 4.9-cu bəndləri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 119.2 və 217.4-cü maddələri, X8 Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiya məhkəməsində icraat:
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnаmədən nаrаzı qаlаn cavabdeh “Azəriqaz” İstehsalat Birliyi аpellyаsiyа şikаyəti vermişdir.
15. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir.
16. Azəriqaz” X4 X9 İdarəsinin Ağsu XS-də abonent kimi (abonent kodu: **********01300) qeydiyyatda olan İddiaçı mənzilinə xx.xx.2010-cu il tarixdə G-4T Smart tipli qaz sayğacı quraşdırılmışdır.
17. xx.xx.2022-ci il tarixində ’’Azəriqaz” X4 RQİİ-nin Ağsu Xidmət Sahəsinin əməkdaşları İddiaçı yaşadığı fərdi yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək üçün açaraq götürmüşlər. Bununla bağlı xx.xx.2022-cı il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Mənzildən açılmış Elster-G4 markalı, 1502AZ**********39 nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MSK-29/1710-02918-1 nömrəli akta əsasən müəyyən olunmuşdur ki, sayğacın element yuvasının qapağı alt hissədən gövdəyə birləşdirilən hissədən sınıqdır sayğac mənfiyə işləyib göstəricilər arasında fərq yaranmış və təbii qaz itgisi yaranmışdır.
18. Həmin akta əsasən İddiaçı mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “Azəriqaz” İB-nin Ağsu RQİİ-nə göndərilmişdir.
19. Həmin akta əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində 31 avqust 2022- ci il tarixində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək İddiaçı Ağsu XSnin abonent bazasındakı **********01300 nömrəli abonent koduna 8640 m3-1036.80 (bir min otuz altı manat səksən qəpik) manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur.
20. Abonent İddiaçı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir.
21. Hakim qanunsuz qətnamə çıxararaq abonentin faktiki istifadə etdiyi və dəyərini ödəmədiyi təbii qazın dəyərinin silinməsini qət etmişdir. Baxmayaraq ki, iş materiallarında sinməsi qət edilmiş məbləğin silinməsi üçün heç bir əsas və sübutedici dəlillər olmamışdır lakin sonda Hakim əsassız qətnamə çıxartmış, tərəflərindən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməsinə kifayət qədər əsas olmasına baxmayaraq, əsassız qətnamə çıxarılmışdır.
22. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsi, Ağsu Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(016)-48/2023 saylı qətnaməsinin ləğv edilməsini, İddiaçı iddia tələbinin təmin edilməməsini və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq “Azəriqaz” İB-nin hesabına ödənilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
24. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 apellyasiya şikayətini əsaslı hesab etmədiyini bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi.
25. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq “Azəriqaz” İB-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə “Azəriqaz” İB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin;
Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Maddə 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır
27. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun;
13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın;
4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.5-ci bəndinə əsasən Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalı, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (“Qazdan istifadə Qaydaları”nın 4.6, 4.7 -ci bəndləri). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar, zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir(“Qazdan istifadə Qaydaları”nın 4.8 və 4.9 -cu bəndləri).
29. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun;
3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya şikayətindən görünür ki, apellyator Ağsu Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(016)-48/2023 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. Ona görə də kollegiya Ağsu Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(016)- 48/2023 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur .
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
35. Kollegiyanın iclasında müəyyən edildi ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Dövlət yoxlamasından keçirilərkən sayğacın klapanının işlək olmaması, element yuvasının qapağının alt hissədən gövdəyə birləşən hissədən sınıq olması, sayğacın ALARM-1 rejimində olması, klapanın bağlı olması, sayğacın istismar müddətində ALARM-1 rejimi aşkar olunmaması, xətaların normadan artıq olması, sayğacın istismara yararsız olması, qüsura görə qaz itkisi yarandığı müəyyən edilmiş, daha sonra itirilmiş qazın bərpası üçün “Azəriqaz” X7 tərəfindən hesabat aparılmış və hesablanmış 8640 m3 iddiaçıdan tələb edilmişdir.
36. Eyni zamanda müəyyən edilmişdir ki, sayğac çıxarılarkən onda hər hansı bir qüsur, kənar müdaxilə aşkar edilməmiş, sayğacın istismar müddəti başa çatmışdır. Sayğacın daxilindəki nasazlığın kənar müdaxilə nəticəsində əmələ gəlməsi sübut edilməmişdir. Belə ki, “Azəriqaz” İstehsalat Birliyinin xx.xx.2022-ci il tarixli, ******* saylı aktında sayğacda aşkar olunan nasazlıqlar qeyd edilmiş və hər hansı kənar müdaxilənin olması göstərilməmiş, eyni zamanda “Azəriqaz” İstehsalat Birliyinin xx.xx.2022-ci il tarixli, MSK-29/1710-02918-1 saylı aktında da sayğacda kənar müdaxilə izlərinin olması barədə heç bir fikir ifadə edilməmişdir. Bundan başqa sayğacın element yuvasının qapağının alt hissəsinin, gövdəyə birləşən hissədən abonent tərəfindən sındırılması sübut edilməmişdir.
37. Apellyatorun apellyasiya şikayətində qeyd etdiyi xx.xx.2022-ci il tarixində ’’Azəriqaz” X4 RQİİ-nin Ağsu Xidmət Sahəsinin əməkdaşları tərəfindən İddiaçı yaşadığı fərdi yaşayış evinə quraşdırılmış məişət qaz sayğacının növbədənkənar dövlət yoxlamasına göndərmək üçün açaraq götürülməsi, açılmış Elster-G4 markalı, 1502AZ**********39 nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi, tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MSK- 29/1710-02918-1 nömrəli akta əsasən sayğacın element yuvasının qapağının alt hissədən gövdəyə birləşdirilən hissədən sınıq olması, sayğacın mənfiyə işləyib göstəricilər arasında fərq yaranması, təbii qaz itgisinin yaranmasının müəyyən olunmasına, həmin akta əsasən İddiaçı mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “Azəriqaz” İB-nin Ağsu RQİİ-nə göndərilməsinə dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, həmin dəlillər əsassızdır.
38. Belə ki, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya qeyd edir ki, məhkəmə həmin aktın “baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında nöqsan kimi göstərilən “sayğacın element yuvasının qapağı alt hissədən gövdəyə birləşdirilən hissədən sınıqdır və təbii qaz itkisi yaranmışdır” qeydinin iddiaçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir.
39. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, iddiaçı tərəfindən məqsədli olaraq müdaxilə edilməklə onun yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış Elster-G4 markalı, 1502AZ**********39 nömrəli sayğacın element yuvasının qapağının alt hissədən gövdəyə birləşdirilən hissədən sındırılması ilə bağlı cavabdeh tərəfindən məhkəmə kollegiyasına hər hansı mötəbər sübut təqdim edilməmişdir. Cavabdehin şikayəti o halda əsaslı sayıla bilərdi ki, cavabdeh sayğacda olan qüsurun iddiaçının hərəkətləri nəticəsində baş verdiyini sübut etsin. Lakin belə hallar müəyyən edilmir.
40. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, aktda qeyd edilən “sayğacın element yuvasının qapağı alt hissədən gövdəyə birləşdirilən hissədən sınıqdır və təbii qaz itkisi yaranmışdır” fikirləri özü özlüyündə hüquq pozuntusu hesab edilə bilməz. Bu nöqsan hər iki tərəfin təqsirindən yarana bilər. Sözügedən sayğacın iddiaçının mülkiyyətində olan həyətində yox, yol kənarında quraşdırmış olmasının iddiaçının onu güdməsini çətinləşdirməsi hüquq pozuntusunun iddiaçı və onun ailə üzvləri tərəfindən törədilməsi ilə bağlı İddiaçı təqsirli olmasını şübhə altına alır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
41. Bundan başqa apellyatorun apellyasiya şikayətində qeyd etdiyi akta əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində 31 avqust 2022- ci il tarixində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək İddiaçı Ağsu XS-nin abonent bazasındakı **********01300 nömrəli abonent koduna 8640 m3-1036.80 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulması, abonent İddiaçı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəri və abonentin özü tərəfindən ödənilməli olmasına dair dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin bu dəlili də əsassızdır.
42. Belə ki, mülki iş materiallarında olan abonentin saldosunda 2022-ci ilin avqust ayında qaz sərfiyyatının 1036,80 manat olduğu göstərilsə də, sayğacda olan qüsurun iddiaçının hərəkətləri nəticəsində baş verdiyi sübuta yetirilmədiyindən, itirilmiş təbii qazın istehlakçının hesabına işlənməsi, ondan həmin təbii qazın dəyəri olaraq hər hansı məbləğdə borcun tələb edilməsi əsassızdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin bu dəlili də əsassızdır.
43. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin məzmunundakı dəlillər formal mülahizələrdən ibarət olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Ağsu Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(016)-48/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 2(016)-48/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.