Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-526/2025 20.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı 12000 manat pul, vəkilə hüquqi yardım üçün ödənilmiş 500 manat və 127,50 manat ödənilmiş dövlət rüsumu tələbinə dair mülki ş üzrə (Açar sözlər: pul tələbi, əsassız varlanma) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X5 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı 12000 manat pul, vəkilə hüquqi yardım üçün ödənilmiş 500 manat və 127,50 manat ödənilmiş dövlət rüsumu tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(054)-31/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı 12000 manat pul, vəkilə hüquqi yardım üçün ödənilmiş 500 manat və 127,50 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Oğuz rayon Padar kənd sakinidir. Respublikanın rayonlarından birində hərbi polisdə rəis müavini işləyir. Oğuz şəhər sakini- Cavabdeh bibisi oğludur. 2021-ci ilin ortalarında Ruslanın “MERSEDES C230 minik” markalı, ** VY *** dövlət qeydiyyat nişanlı avtomobilini satmaq istədiyini bilmişdir. İyul ayında onunla görüşüb avtomobilin qiyməti barədə razılaşmışlar. Daimi yaşayış yeri olan Padar kəndinə qayıtmış, 10000 manat pulu evdən götürüb Oğuz şəhərinə qayıdaraq “Nar Mobile” mağazasının içərisində Ruslana vermişdir. Həmin gün maşını götürüb aparmışdır. Cavabdeh səhəri gün ona avtomobili sürmək üçün etibarnamə vermişdir. Etibarnamə veriləndə özü iştirak etməyib. Qalan 2000 manat pulu sentyabr ayında verəcəyinə dair əlavə razılaşmaları olmuş, pul sentyabr ayında da cavabdehə verilmişdir. Avtomobil Cavabdeh adına olduğundan sürərkən ona problem yaransa da, Ruslan avtomobilin onun adına keçirilməsi ilə bağlı hərəkətləri etməkdən yayınmış, baş etibarnamə istəsə də cavabdeh hər dəfə bəhanə gətirmişdir. Qohum olduğuna və yoldaşlıq etdiklərinə, şübhələnmədiyinə görə bu məsələdə dərinə getməmişdir. Sonra eşitmişdir ki, maşına görə əlavə pul istəyir, buna görə öz təklifini versə də Ruslan buna ehtiyac olmadığını bildirmiş və sənədləri verəcəyini demişdir. Avtomobil həmin vaxtdan təxminən 3 il müddətində onun istifadəsində olmuşdur.Bu müddətdə maşını cavabdehin qardaşı Rəsul da idarə etmişdir. Bir gün Rəsul ona zəng edərək maşını vurduğunu, düzəltdirib ona qaytaracağını demişdir. Bir müddət sonra Rəsul ona zəng edərək demişdir ki, Ruslan maşını sexdən götürüb aparıb və Bakı şəhərində satıb. Bundan sonra dəfələrlə Ruslanın atası, anası və özü ilə danışsa da Ruslan onun pulunu qaytarmamışdır. Hətta məhkəməyə müraciət etməzdən əvvəl o özü, ətrafında olan şəxslər də bu barədə Ruslanla söhbət etmişlər, lakin o təkid edərək səbəbini bildirmədən pulu verməyəcəyini söyləmişdir. Bütün ailə maşının pulunun ödənildiyi, buna baxmayaraq Ruslan tərəfindən maşının ondan götürüldüyü və pulun qaytarılmadığı barədə məlumatlıdır. Ruslandan belə bir hərəkət gözləməyib. Onun həmin avtomobili 2021-ci ilin ortalarında Cavabdeh satın aldığını, avtomobilin dəyəri olan 12000 manat pulu ona ödədiyini Ruslanın qardaşı X10, digər yoldaşları X2, X6 və X7 adlı şəxslər də təsdiq edə bilərlər. Belə ki, Mirsəidlə birlikdə maşının qiyməti barədə Ruslanla danışıb. Fəridlə isə “Nar Mobile” –də pulu Ruslana verib. Pul 50-lik və 100-lük əskinazlardan ibarət olub. Avtomobili sürmək üçün etibarnamə səhəri gün verilib. Fikirləşib ki, qalan 2000 manatı vermədiyindən Ruslan ona baş etibarnamə vermir. Buna görə sentyabr ayını gözləyib, lakin 2000 manatı ödədikdən sonra da Ruslan öhdəliklərinin icrasından yayınıb. 6 ay sonra cərimələr gəlməyə başlayanda narazılıq başlamışdır. Maşın 2023-cü ildə sürülməyib, evində saxlanılıb. Sonra Rəsul ara-sıra sürüb, məhz qəzanı da o vaxt törədib. 2016-cı ildən hərbi polisdə işləyir, 2021-ci ildən isə bölük komandiri işləyib.Vəzifəli şəxs olduğundan xidməti avtomobili var, yəni işi ilə əlaqədar avtomobilə ehtiyacı olmayıb. Mübahisəli avtomobili isə şəxsi işi üçün almışdır. Ruslanla aralarında təkər söhbəti olub, lakin onunla təkər mübahisəsi etməyib, deyib ki, qardaşıgildə olan təkərləri götürə bilər. Təkərləri götürmək üçün adam göndərsə də təkərlər orada olmamışdır. Ruslan ona təkərləri satdığını, maşının üstündəki təkərlərin onda qalmasını demişdir. Kəndə ildə bir dəfə gəlib-gedir. İddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddiaçının izahatını təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, pulun iki dəfəyə verildiyini sonradan bilib. Ancaq fakt budur ki, 12000 manat pul verilib. Şahidlər də bunu təsdiq edirlər. İddia həm aktla, həm də şahidlərin izahatı ilə təsdiq edilir. Cavabdeh qeyd edilən qanunsuz hərəkətləri nəticəsində iddiaçının maddi mənafeyinə cəmi 12000 manat maddi zərər dəymişdir. İddia tələbi əsaslı olduğundan iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbi tam əsassızdır, absurddur. Maşının pulla verilməsi barədə söhbət olmayıb, sadəcə sürmək üçün etibarnamə verilib. Problemin səbəbi ailə daxili problemdir, həmin problemi yalnız cavabdeh özü deyə bilər. Ruslan özü üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyib, amma iddiaçı tərəfin arqumentlərini qəbul etmir. Ruslanı evdən çıxarılmağa qədər gətirib çatdırıblar. Ailədə Ruslana qarşı mənfi münasibət var. İddiaçı tərəfindən maşının sənədinin alınmamasının səbəbi barədə sübut yoxdur. İddiaçı 3 il qabaq niyə iddia qaldırıb, yaxud iddianı niyə indi qaldırıb. Bunun səbəbi bilinmir. Maşın Poladda 3 il deyil, keçən ilin əvvəlində qısa müddət ərzində olub. Şahidlər öyrədilib, ona görə onların izahatı sübut ola bilməz. Şahidlərin heç biri pulun verilməsində iştirak etməyib. Cavabdehin qardaşı Rəsul deyir ki, pulu onun yanında veriblər, amma heç kim demir ki, həmin vaxt Rəsul həqiqətən orda olub. Keçən yay sürmə ilə bağlı etibarnamə ləğv edilib. Ruslan deyir ki, maşını dayısı oğluna sürmək üçün verib, amma Bakıya aparmamağını xahiş edib. Polad isə ona qulaq asmayaraq maşını işi ilə bağlı Bakı şəhərinə sürüb. Mötəbər sübut yoxdur. Ruslana qarşı qərəz var. İddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Oğuz Rayon Məhkəməsinin (hakim S.Zeynalova) xx.xx.2025-ci il tarixli, 2(054)- 31/2025 nömrəli nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 12000 (on iki min) manat pul, vəkilə hüquqi yardım üçün 300 (üç yüz) manat və 126,9 (bir yüz iyirmi altı manat doxsan qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, 2021-ci ilin iyul ayında iddiaçı bibisi oğlu olan cavabdehdən “Mersedes-Benz C 230 minik” markalı, ** VY *** dövlət qeydiyyat nişanlı avtomobili 12000 manata almış, həmin pulun 10000 manatını dostluq münasibətində olduğu Fərid və cavabdehin qardaşı Rəsulun yanında ona vermiş, qalan 2000 manat pulun isə sentyabr ayında verilməsi barədə razılaşmışlar. Cavabdeh 10000 manat pulun verildiyi gün maşını iddiaçıya təhvil vermiş, xx.xx.2021-ci il tarixdə isə iddiaçıya avtomobildən istifadə hüququna dair etibarnamə vermişdir. Məhkəmə iclasında şahidlərin bildirdiyinə görə qalan 2000 manat pul sentyabr ayında cavabdehə verilmişdir. İddiaçı hərbçi, həm də vəzifəli şəxs olaraq xidməti avtomobilindən istifadə etdiyindən aldığı maşını kənddə saxlamışdır. Cavabdehin qardaşı Rəsul arabir maşını sürmüş, sonuncu dəfə maşını aşırdığından təmir sexinə aparmış, öz xərci ilə təmir etdirmişdir. Bundan sonra cavabdeh tərəfindən maşın müvəqqəti olaraq götürülmüş, sonra o, maşını qaytarmayacağını bildirmiş, qardaşı Rəsulun izahatına görə 8000 manata satmışdır. Etibarnaməyə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir.Şahidlərin izahatına görə cavabdeh iddiaçıdan maşını götürsə də, pulunu qaytarmamışdır.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
7. Məhkəmə qeyd etmişdir ki, məhkəmə iclası məhz cavabdehin iştirakının təmin edilməsi üçün təxirə salınsa da o, məhkəmə iclasında iştirak etməmiş, onun nümayəndəsi və vəkili şahidlərin izahatını qəbul etməyərək iddianın əsassız-absurd olduğunu, problemin səbəbinin ailə daxili problemlə əlaqədar olduğunu, həmin problemi yalnız cavabdehin özünün deyə biləcəyini, maşının Poladda 3 il deyil, keçən ilin əvvəlində qısa müddət ərzində olduğunu, şahidlərin öyrədildiyini, ona görə onların izahatının sübut ola bilmədiyi arqumentini irəli sürmüş, mötəbər sübut olmadığından və Ruslana qarşı qərəz olduğundan iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi cavabdehin məhkəmə iclasında iştirak edərək öz sübutlarını və izahatını təqdim etməməsinin səbəblərini izah etməmiş, həmçinin iddiaçı tərəfindən təqdim edilmiş şahidlərin izahatlarının yalan olduğuna dair sübutlarını məhkəməyə təqdim etməmişdir.
8. Məhkəmə bildirmişdir ki, hazırki vəziyyətdə iddiaçı tərəfindən sübutlar təqdim olunduğundan və həmin sübutların məhkəmə tərəfindən qəbul edilməməsi üçün hər hansı əsas müəyyən edilmədiyindən məhkəmə tərəfindən mübahisəyə həmin sübutlar daxilində qiymət verilməlidir.
9. Beləliklə, məhkəmə gedişində müəyyən edilənlərə əsasən tərəflər arasında olan razılaşma üçün hüquqi əsasın, yəni qanuni əsas və ya müqavilənin olmadığı işin mübahisələndirilməyən halı olduğu qəbul edilməklə məhkəmə bütün qeyd olunanlara mülki qanunvericiliyin yuxarıda göstərilən norma və müddəaları nöqteyi-nəzərindən qiymət verərək hesab etmişdir ki, hazırki iş üzrə cavabdehin hərəkətləri hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmə kimi qiymətləndirilməklə iddia tələbi təmin edilməli, 12000 manat pul ondan tutularaq iddiaçıya verilməlidir.
10. İddia tələbinin hüquqi yardımla bağlı vəkilə ödənilmiş 500 manat pulun cavabdehdən alınması hissəsinə münasibətdə məhkəmə aşağıdakıları bildirir. "xxxx" ASCnin işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən göründüyü kimi İddiaçı tərəfindən Nümayəndə1 **********6800311168 saylı hesabına 500 manat pul vəsaiti ödənildiyi müəyyən edilmişdir.
11. Məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə vəkilə ödənilmiş məbləğ 300 manat müəyyən edilməklə cavabdehdən tutulub iddiaçıya verilməlidir.
12. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi qismən təmin edildiyindən cavabdehdən təmin edilmiş məbləğə uyğun 126,9 manat dövlət rüsumu alınıb iddiaçıya verilməlidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 448.1, 449.1, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 121.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin Mülki Məcəllənin 385.1-ci maddəsini tətbiq etməsinin səbəbi aydın deyil. Belə ki, onun borclu, iddiaçının isə kreditor olmasını təsdiq edən heç bir mötəbər sübut mövcud deyil. Mülki Məcəllənin 386.1-ci maddəsinin məzmunundan da göründüyü kimi iddiaçı ilə aralarında heç bir müqavilə olmadığı üçün onun qarşısında öhdəliyi əmələ gəlməmişdir. Hazırki iş üzrə mövcud olmayan öhdəliyin icrasından isə söhbət gedə bilməz. Hazırki halda onun tərəfindən iddiaçıya hər hansı zərər vurulmamış və onun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmamışdır.
16. Məhkəmə tərəfindən Mülki Məcəllənin 448.1-ci maddəsinin də tətbiq edilməsi anlaşılan deyil. Çünki həmin maddənin hazırki işə heç bir aidiyyatı yoxdur. Məhkəmə tərəfindən Mülki Məcəllənin 449.1-ci maddəsinin də tətbiq olunması qanunsuz və əsassızdır. Belə ki, əvvəl pul vəsaitinin verilməsi sübuta yetirilməlidir. Hazırki iş üzrə cavabdehə hər hansı məbləğdə pulun verildiyini təsdiq edən heç bir sübut yoxdur. O, iddiaçıdan pul almadığına görə ona pul qaytarmaq kimi heç bir öhdəliyi yoxdur. Məhkəmə Mülki Məcəllənin 1091.1-ci maddəsini iddiaçının mənafeyinə uyğunlaşdırmağa çalışsa da, iş materiallarından da göründüyü kimi əsassız varlanmaq niyyəti iddiaçıya aiddir.
17. Hazırki iş üzrə iş materialları ilə də sübuta yetirilir ki, onun iddiaçıdan pul almağı üçün heç bir qanuni əsas və ya müqavilə əsası yoxdur. Əgər o, həmin pulu iddiaçıdan almış olsaydı xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək keçən 38 ay müddətində avtomobili öz adına sənədləşdirərdi. Ən əsas məqamlardan biri də odur ki, avtomobil 2023cü ilin yanvar ayından onun istifadəaində olmuşdur.
18. Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 77.3-cü, 104.3-cü və 217.4-cü maddələrinin tələbləri məhkəmə tərəfindən pozulmuşdur. Hazırki işdə sübutlar - 4 nəfər şahidin ifadəsi və iddiaçı başda olmaqla həmin şahidlərin imzaladığı və şahidlərdən birinin icra nümayəndəsi işləyən atası tərəfindən möhürlə təsdiq olunmuş aktdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda qanunun tələbinə görə sübut etmə yükü iddiaçının üzərinə düşür. İddiaçı məhkəmədə verdiyi ifadəsində cavabdehə 10000 manat pul verəndə yanında yalnız Fərid adlı dostunun olduğunu bildirmişdir. Fərid isə məhkəmədə yalan ifadə verərək 10000 manat pulun onun iştirakı ilə verildiyini demişdir. Cavabdehin doğma qardaşı olan digər şahid Rəsul isə iddiaçının dediklərinin əksinə olaraq 10000 manat pulun onun yanında verildiyini bildirmişdir. Digər 2000 manat pulun nə vaxt, harada, kimin tərəfindən verilməsi barədə isə məhkəmə heç bir araşdırma aparmamışdır.
19. Məhkəmə qeyd edilən prosessual normanın tələbini pozaraq, tam və hərtərəfli araşdırma aparmadan, şahid ifadələrindəki təzadlı məqamlara hüquqi qiymət vermədən, sübutları qiymətləndirmədən, qanunsuz, əsassız və ədalətsiz bir qətnamə qəbul etmişdir.
20. İş materiallarından da göründüyü kimi şahidlərdən heç biri məhkəmədə verdikləri məlumatların mənbəyini göstərə bilməmişdir. Bundan başqa iddiaçı məhkəmə iclasında çıxış edən zaman və ona suallar verilən zaman bütün şahidlər məhkəmə iclas zalının qapısında dayanaraq qulaq asmışlar. Bununla da prosessual qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Həmin şahidlərin apellyasiya məhkəməsində ifadə vermələri üçün yenidən dəvət olunmalarını məhkəmədən xahiş edir.
21. Oğuz Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli 2(054)-31/2025 nömrəli Qətnaməsi ümumiyyətlə heç bir araşdırma aparılmadan mülahizələrlə əsaslandırılmışdır. Məhkəmə qətnamədə tərəflərin dedikləri sözləri xaotik şəkildə yazmaqla kifayətlənmiş, heç bir əsaslandırma aparmadan səhv nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən cavabdehin hüquqlarının pozulması ilə nəticələnən qanunsuz və əsassız qətnamə qəbul olunmuşdur. Məhkəmə işin faktiki hallarını tam və hərtərəfli araşdırmamışdır.
22. O, məhkəməyə kifayət qədər dəlil və sübut təqdim etmişdir. Həm də onun təqdim etdiyi dəlillər və sübutlar kifayət qədər əsaslandırılmışdır. Məhkəmə isə iddiaçının iddia tələbinin əsaslandırılması üçün təqdim etdiyi sübutlara cavabdehin münasibətinə də hüquqi qiymət verməmişdir.
23. Məhkəmənin qətnamənin təsviri və əsaslandırıcı hissələrində qarışıq və anlaşılmaz formada qeyd etdiyi xüsusatlar nəticə hissəsi ilə uzlaşmır. Əvvəla məhkəmə qeyd etdiyi əsasların izahını vermir, digər tərəfdən də hazırki iddianın qismən təmin olunmasını əsaslandırmır. Qətnamə yalnız formal mülahizələrlə əsaslandırılır.
24. Odur ki, Oğuz Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli 2(054)-31/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. İddiaçı (nümayəndəsi və vəkili Nümayəndə1) apellyasiya şikayətinə yazılı etirazında Cavabdeh hazırkı mülki iş üzrə apellyasiya şikayətinin təmin edilməməsi, Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(054)-31/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmənin kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(054)-31/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Məhkəmənin kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(054)-31/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Məhkəmənin kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(054)-31/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2. və 14.2.7-ci maddələrinə əsasən əsassız varlanma Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 439.4-ci maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarına əsasən əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir.
Apellyasiya baxışının hədləri
32. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Apellyator Oğuz Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli 2(054)-31/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından tam düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə tam ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini tam diqqətə almamışdır.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
37. Kollegiyanın iclasında müəyyən edildi ki, “Mersedes-Benz C 230 minik” markalı, ** VY *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh adına qeydiyyata alınmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli, nəqliyyat vasitəsindən istifadə hüququ verən etibarnamə əsasında adına qeydiyyata alınmış “Mersedes-Benz C 230 minik” markalı, ** VY *** dövlət qeydiyyat nişanlı avtomobili buna dair qanunvericilikdə nəzərdə tutulmuş qaydada hər hansı bir alqısatqı müqaviləsi imzalanmadan 10000 manat pul almaqla İddiaçı satmış, həmin avtomobilin alqı-satqısı üzrə qalan 2000 manat pul vəsaitinin isə 2021-ci ilin sentyabr ayında ödənilməsi razılaşdırılmışdır. Həmçinin avtomaşın cavabdeh tərəfindən faktiki olaraq da iddiaçının istifadəsinə verilmiş, lakin sonradan geri alınmışdır.
38. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisəələndirilən hissədə tam ləğv edilməsi üçün əsas deyildir.
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hazırki iş üzrə cavabdehə hər hansı məbləğdə pulun verildiyini təsdiq edən heç bir sübutun olmaması, əsassız varlanmaq niyyətinin iddiaçıya aid olmasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan birinci instansiya məhkəməsinin 22 yanvar 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclası üzrə iclas protokolundan görünür ki, həmin iclasda şahid qismində dindirilmiş cavabdehin qardaşı X10 ifadəsində göstərmişdir ki, iddiaçı dayısı oğlu, cavabdeh doğma qardaşıdır. 3 ildir ki, aralarında problem var. Qardaşına 2021-ci ilin sentyabr ayında toy edəcəkdilər. Ruslan maşınını bundan əvvəl-yayda Polada satdı, belə ki, Polad Səidlə gəlib maşına baxdılar, sonra Polad gətirib 10000 manat pulu Ruslana verdi, qalan 2000 manat pulu sentyabr ayında verməyə razılaşdılar. Maşının texniki müayinə vaxtı bitəndə Polada cərimələr gəlməyə başladı. Ruslana sənədləşməni aparmaq, maşını Poladın adına keçirməyi təklif etdi, lakin Ruslan ancaq vəd verirdi. 800 manata yaxın cərimə gəlmişdi. Sonra özü qardaşının əvəzinə maşını tanış vasitəsi ilə sığorta etdirmişdir. Bu və digər səbəblərə görə maşın sürülmürdü. Daha sonra maşının motoru xarab oldu. Maşın xarab olmasın deyə o özü arabir maşını götürüb sürürdü. Belə günlərin birində maşını aşırdığından təmir üçün sexə qoymuş, təmir xərcini də özü çəkmişdir. Ruslan həmin vaxt ona demişdir ki, “maşını ver, aşağı düşüb gəlirəm”. Daha sonra o qayıdıb gəldi ki, maşını qaytarmayacaq. Qohum-əqrəba çalışsa da, Ruslanı başa sala bilmədilər. Maşını aparıb 2-3 ay gizlətdi, sonra satdı. Maşını 8000 manata satıb, həmin şəxs də başqasına satıb. Polad Ruslana 10000 və 2000 manat olmaqla cəmi 12000 manat pul verib. 10000 manat pulu onun telefon mağazasında verib. 2000 manatı onun yanında verməsələr də həmin pulun verildiyini bilir. Ruslan pulu alandan sonra ona deyib ki, özünə başqa maşın almağa gedir. Maşınla bağlı bütün danışıqlar onun yanında olub. Dayısı, yəni Ruslanın atası ona deyirdi ki, Ruslan əlavə pul istəyirsə versinər. Ruslanın sənədləri verməməsinin, sonra maşını götürüb satmasının, pulu qaytarmamasının səbəbini bilmir. Cərimələri Polad ödəyib.
40. Birinci instansiya məhkəməsinin həmin iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Poladla dostdurlar. Ruslanı da tanıyır. Təxminən 3 il bundan əvvəl maşın alınan gün Poladla günortadan sonra Oğuz şəhərinə gəlmişlər. Telefon mağazasına gedərək 10000 manat pulu Ruslana vermiş, ondan satın alınmış maşını da sürüb aparmışlar. Pulu sayanda o da kömək etmişdir. Əskinazlar 50-lik və 100-lük olmuşdur. Şəhərə gəldikləri maşını Polad sürmüş, qayıdanda həmin maşını o, alınan maşını Polad sürmüşdür. Bayram günü olduğundan Ruslan sənədi səhəri gün verəcəyini bildirmişdir. Polad qalan 2000 manat pulu fındıq mövsümündə verəcəkdi. Maşının açarını Ruslan özü Polada vermişdir. Sonradan problem olduğunu bilmişdir. Ruslana pul onun yanında verilib.
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Fəridin məhkəmədə yalan ifadə verərək 10000 manat pulun onun iştirakı ilə verildiyini deməsi, şahid ifadələrindəki təzadlı məqamlara hüquqi qiymət verilməməsinə, 10000 manat pulun verilməsində şahidlərdən heç birinin məhkəmədə verdikləri məlumatların mənbəyini göstərə bilməmələrinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, şahidlər tərəfindən yalan ifadə vermələri halı, onların ifadələrində iddiaçının cavabdehə avtomaşına görə 10000 manat pul verməsi ilə bağlı təzadlı məqamlar müəyyən edilməməklə yanaşı, şahidlər X10 və X3 iddiaçının cavabdehə məhz onların yanında 10000 manat pulu verməsinin şahidi olduqlarını göstərmişlər.
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının məhkəmə iclasında çıxış edən zaman və ona suallar verilən zaman bütün şahidlərin məhkəmə iclas zalının qapısında dayanaraq qulaq asmalarına dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarından belə bir hal müəyyən edilməmişdir.
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin şahidlərin apellyasiya məhkəməsində ifadə vermələri üçün yenidən dəvət olunmalarına dair vəsatətini də əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsinin iclasında ifadə vermiş şahidlərin məhkəmə kollegiyasında yenidən ifadələrinin alınması zərurəti müəyyən edilməmişdir.
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin onun borclu, iddiaçının isə kreditor olmasını təsdiq edən heç bir mötəbər sübutun mövcud olmaması, iddiaçı ilə aralarında heç bir müqavilə olmadığı üçün onun qarşısında öhdəliyinin əmələ gəlməməsi, mövcud olmayan öhdəliyin icrasından söhbətin gedə bilməməsi, hazırki halda onun tərəfindən iddiaçıya hər hansı zərərin vurulmaması, onun üzərinə öhdəliyi pozmağa görə məsuliyyətin qoyulmaması, Mülki Məcəllənin 448.1-ci maddəsinin hazırki işə heç bir aidiyyatının olmaması, Mülki Məcəllənin 449.1-ci maddəsinin də tətbiq olunmasının qanunsuz və əsassız olmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, qətnamənin məzmununda Mülki Məcəllənin 385.1, 386.1, 442, 443.1, 448.1, 449.1-ci maddələrinin sadalanmasına baxmayaraq, birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətlərin müqavilədən, müqavilə öhdəliklərindən qaynaqlanması, cavabdehin iddiaçıya ziyan vurması qənaətinə gəlməmiş, gəldiyi nəticəni cavabdehin iddiaçının hesabına əsassız varlanması ilə əsaslandırmışdır.
45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin onun məhkəməyə kifayət qədər dəlil və sübut təqdim etməsinə dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə iddia tələbini təkzib edə biləcək heç bir dəlil və sübut təqdim edilməmişdir.
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər 2000 manat pulun nə vaxt, harada, kimin tərəfindən verilməsi barədə məhkəmənin heç bir araşdırma aparmamasına dair dəlili ilə razılaşaraq qeyd edir ki, həqiqətən də iddiaçı tərəfindən 10000 manatdan əlavə olaraq 2000 manat pul vəsaitinin harada, hansı tarixdə cavabdehə verilməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmiş, birinci instansiya məhkəməsinin iclasında dindirilmiş şahidlər 2000 manat pulun da iddiaçı tərəfindən cavabdehə verilməsindən məlumatlı olmalarını qeyd etsələr də onlardan heç biri 2000 manat pulun iddiaçı tərəfindən cavabdehə verilməsinin bilavasitə şahidi olmamışlar.
47. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən 2000 manat pul vəsaitinin cavabdehə verilməsi hissəsindəki gəldiyi nəticə MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir. Belə ki, buna dair hər hansı bir mötəbər sübutun təqdim edilmədiyi halda birinci instansiya məhkəməsi 2000 manat pul vəsaitinin və həmin məbləğə mütənasib olan dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmalı olması nəticəsinə gəlmişdir.
48. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
50. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
51. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 2008-ci il 13 iyun və M.Şahverdiyevanın şikayəti üzrə 2013-cü il 23 iyul tarixli Qərarları).
52. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iddianın təmin edilən 2000 manat və 6 manat dövlət rüsumuna dair hissələrdə gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, həmin hissələrdə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, iddia həmin hissələrdə təmin edilməklə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir.
53. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilmiş digər-10000 manat pul, vəkilə hüquqi yardım üçün 300 manat və 120,9 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə həmin hissədə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmiş, qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsas müəyyən edilməmişdir.
54. Qeyd edilənlərə görə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(054)-31/2025 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin olunmuş “Cavabdeh 2000 manat pul və 6 manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi” hissələrində ləğv edilməli, həmin hisssələrdə yeni qətnamə qəbul edilməli, iddia tələbi “Cavabdeh 2000 manat pul və 6 manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi” hissələrində rədd edilməli, qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır.
55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(054)-31/2025 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin olunmuş “Cavabdeh 2000 manat pul və 6 manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi” hissələrində ləğv edilsin. Həmin hisssələrdə yeni qətnamə qəbul edilsin. İddia tələbi “Cavabdeh 2000 manat pul və 6 manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi” hissələrində rədd edilsin. Qətnamə Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.