Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-53/2024 24.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş hissəsində tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin təhvil verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquq varisliyinə yol verilməmə, xitam) X1 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X5 ibarət tərkibdə, Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş hissəsində tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, e-2(033)-37/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala şəhəri, A.Həmidov küçəsi, döngə 5 ünvanında yerləşən İddiaçı MMC-nin Şimal-qərb filialının Zaqatala şöbəsinin balansında olan torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 0,05 ha hissəsində tikilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsinə, torpaq sahəsinin İddiaçı MMC-yə təhvil verilməsinə və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Şimal-qərb filialının Zaqatala şöbəsi (əvvəlki X2) Zaqatala şəhəri, A.Həmidov küçəsi, döngə 5 ünvanında yerləşir. Şimal-qərb filialının Zaqatala şöbəsinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti (əvvəlki Əmlak Məsələləri Dövlət Komitəsi) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixində verilmiş Texniki Pasportdan da göründüyü kimi İddiaçı MMC-nin Şimal-qərb filialının Zaqatala şöbəsinin balansındadır. Qeyd edək ki, İddiaçı MMC-nin nizamnamə kapitalının yüz faizi dövlətə məxsus olduğundan onun balansında olan bütün daşınmaz əmlaklar və torpaq sahələri də dövlətə məxsusdur. Şimal-qərb filialının Zaqatala şöbəsinin yerləşdiyi torpaq sahəsində, yəni İddiaçı MMC-nin balansında olan dövlətə məxsus torpaq sahəsində rabitə məqsədli inzibati və yardımçı binalardan başqa Cavabdeh tərəfindən fərdi yaşayış evi tikilmişdir. Həmin fərdi yaşayış evinin tikildiyi 0.05 ha torpaq sahəsinin Zaqatala şəhər sakini Cavabdeh tərəfindən zəbt edilməsi onun da imzaladığı xx.xx.2022-ci il tarixli aktla öz təsdiqini tapır. İddiaçı MMC tərəfindən cavabdehə Şimal-qərb filialının Zaqatala şöbəsinin ərazisinin zəbt edilmiş 0,0084 ha hissəsinin boşaldılaraq təhvil verilməsi barədə xəbərdarlıq məktubları (sonuncu xəbərdarlıq xx.xx.2022-ci il tarixində göndərilmişdir) təqdim edilsə də, bu günə qədər heç bir tədbir görülməmişdir. Zaqatala Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, e-2(033)-37/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş hissəsində tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin təhvil verilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manatın onun özünə aid edilməsi, İddiaçındən 50 (əlli) manat ekspertiza xərcinin alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəyə məhkəmə kollegiyasında baxılarkən Cavabdeh ölməsi və barəsində mübahisə edilən hüquq münasibətinin hüquq varisliyinə yol verməməsi müəyyən edilmişdir. Belə ki, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş, Cavabdeh aid elektron sorğu məlumatlarından görünür ki, o, 29 may 2024-cü il tarixdə ölmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X7 Cavabdeh ölməsi nəzərə alınaraq iş üzrə icraata xitam verilməsi məsələsi üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, iddia tələbinin məzmunundan göründüyü kimi həmin tələb bilavasitə mərhum Cavabdeh ilə bağlı olmaqla Zaqatala şəhəri, A.Həmidov küçəsi, döngə 5 ünvanında yerləşən İddiaçı MMC-nin Şimal-qərb filialının Zaqatala şöbəsinin balansında olan torpaq sahəsinin məhz Cavabdeh tərəfindən zəbt edilmiş 0,05 ha hissəsində tikilmiş fərdi yaşayış evinin həmin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin İddiaçı MMC-yə təhvil verilməsi və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun eyni cavabdehdən tutulmasına dair olmuşdur. Yəni iddia tələbi bilavasitə Cavabdeh qarşı yönəlməklə, iddianın təmin ediləcəyi təqdirdə həmin şəxs tərəfindən icra edilməli olan tələblərdir. Tələb Cavabdeh qarşı yönəlməklə varisin onun əvəzindən həmin tələblər üzrə məsul olması imkanları nəzərdə tutulmamışdır. Bir sözlə mübahisə edilən hüquq münasibəti Cavabdeh ilə bağlı olmaqla onun vəfatından sonra məhkəmənin icraatında olan hazırkı iddia tələbi üzrə hüquq varisliyinə yol verilməsi halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.5-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2.4-cü maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə icraata xitam verilməsi nəzərə alınaraq iş üzrə məhkəmə xərcləri ilə bağlı məsələ də həll edilməklə ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçınə qaytarılmalı, birinci instansiya məhkəməsində təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat və məhkəmə kollegiyası tərəfindən təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat olmaqla, məhkəmə tikintitexniki ekspertizası üzrə ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 150 manat İddiaçındən tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2, 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, e-2(033)-37/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş hissəsində tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin təhvil verilməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçınə qaytarılsın. Məhkəmə tikinti-texniki ekspertizası üzrə ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 150 manat İddiaçındən tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) keçirilsin. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-53/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-53/2024
24.12.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver