Məhkəmə qərarları › İş №2(107)-530/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-530/2025

30.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-530/2025 30.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, X6 və Cavabdeh5 qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsində payların həmçinin, mərhum X2 miras qalmış torpaq sahəsində miras paylarının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: payın müəyyən edilməsi) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X20 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X7 iclas katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, X6 və Cavabdeh5 iştirakları ilə, Oğuz Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 2(054)-34/2025 nömrəli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları Torpağın mülkiyyətə verilməsinə dair JN 018F (kod ********) saylı şəhadətnamənin surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının 14 may 1998-ci il tarixli, 64 saylı qərarı ilə Oğuz rayonu Dəymədağlı kənd sakinləri X8, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və İddiaçı 0,66 ha həyətyanı torpaq sahəsi verilmiş, şəhadətnamənin bir nüsxəsi X8 təqdim edilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN 018G (kod ********) saylı şəhadətnamənin surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının 14 may 1998-ci il tarixli, 64 saylı qərarı ilə Oğuz rayonu Dəymədağlı kənd sakinləri X8, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və İddiaçı 0,45 ha həyətyanı torpaq sahəsi verilmiş, şəhadətnamənin bir nüsxəsi X8 təqdim edilmişdir Torpağın mülkiyyətə verilməsinə dair JN 018H (kod ********) saylı şəhadətnamənin surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının 14 may 1998-ci il tarixli, 64 saylı qərarı ilə Oğuz rayonu Dəymədağlı kənd sakinləri X8, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və İddiaçı 0,27 ha həyətyanı torpaq sahəsi verilmiş, şəhadətnamənin bir nüsxəsi X8 təqdim edilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN 018İ (kod ********) saylı şəhadətnamənin surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının 14 may 1998-ci il tarixli, 64 saylı qərarı ilə Oğuz rayonu Dəymədağlı kənd sakinləri X8, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və İddiaçı 0,15 ha həyətyanı torpaq sahəsi verilmiş, şəhadətnamənin bir nüsxəsi X8 təqdim edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, X6 və Cavabdeh5 qarşı Oğuz rayonu Dəymədağlı kəndi ərazisində yerləşən, JN – 018İ kod 40507038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,15 ha, JN – 018 H kod 40507038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,27 ha, JN – 018F kod 40507038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,66 ha və JN – 018G kod 40507038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,45 ha həyətyanı torpaq sahələrində iddiaçının, mərhum X3, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər birinin payının miqdarının müəyyən edilməsi, mərhum X9 düşən payın qanun üzrə vərəsələri olan İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bərabər bölünərək paylarına əlavə edilməsi, iddiaçıya düşən torpaq paylarının Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 paylarından naturada bölünərək ayrılması barədə qətnamə qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək JN 018 F, 018G, 018H və 018İ (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə göstərilmiş, paylı mülkiyyətdə olan 0,66 ha, 0,45 ha, 0,27 ha və 0,15 ha həyətyanı torpaq sahələrində iddiaçının və digər mülkiyyətçilərin paylarının, həmçinin həmin torpaq sahələrində mərhum X3 payına düşən, ondan miras qalmış torpaq sahələrində bütün cavabdehlərin miras paylarının müəyyən edilməsi, həmin payların mülkiyyətçilərin paylarına əlavə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirmişdir ki, Oğuz rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 64 saylı qərarı ilə Oğuz rayonu Dəymədağlı kəndində ona, mərhum atası X9, anası Cavabdeh1, qardaşları Cavabdeh2 və Cavabdeh3 0,66 ha, 0,45 ha, 0,27 ha və 0,15 ha həyətyanı torpaq sahələri verilmiş, həmin torpaq sahələri üçün müvafiq olaraq JN 018 F, 018G, 018H və 018İ (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr atasına təqdim edilmişdir. Atası xx.xx.2023cü ildə vəfat etmişdir. Hazırda torpaq sahələrində ona düşən payın, habelə həmin torpaq sahələrində mərhum atasından qalan mirasdan ona düşən payın müəyyən edilməsi zərurəti yaransa da cavabdehlərlə aralarında bu barədə razılıq əldə edilməsi mümkün olmamışdır. Onun mülkiyyətində olan 0,35 ha torpaq sahəsinin və üzərində olan yarımtikilinin bütün xərcini özü çəkib, bu sahənin heç kimə aidiyyəti yoxdur. İlkin iddia tələbində özünə aid torpaq sahələrinin naturada bölgüsünün aparılmasını da tələb etmişdir, lakin hazırda nümayəndəsi və vəkili ərizə təqdim etmiş, iddia tələbini dəqiqləşdirmişdir. Həmin iddia tələbinə görə hələlik ona düşən torpaq sahələrinin naturada bölgüsünü istəmir. Bu barədə daha sonra müraciət edəcək. Həmçinin hazırda atasından qalan miras torpaq payının cavabdeh olan bütün vərəsələr arasında bərabər şəkildə bölünməsinə etiraz etmir. Buna görə də nümayəndə və vəkili Nümayəndə1 ərizəsini nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 əlavə olaraq bildirmişdir ki, torpaq islahatı zamanı iddiaçıya, onun ata-anasına, qardaşları Mübariz və Fəxrəddinə verilmiş torpaq sahələri onların mülkiyyəti hesab edilir və payları bərabər olaraq müəyyən edilməlidir. X19 miras payı isə qüvvədə olan qanunvericiliyə görə bütün qanun üzrə vərəsələr arasında bölünməlidir. İddiaçı naturada bölgü ilə bağlı əvvəlcə tələb irəli sürsə də, hazırda iddia tələbini həmin hissədə azaltmışlar, çünki həm mülkiyyətə verilmiş, həm də miras torpaq payı dəqiq müəyyən edilmədən naturada bölgünün aparılması mümkün olmayacaqdır. JN 018 F, 018G, 018H və 018İ (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə göstərilmiş, paylı mülkiyyətdə olan torpaq sahələrində payların, həmçinin, mərhum X2 miras qalmış torpaq sahələrində miras paylarının müəyyən edilməsi barədə iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh6 izahat verərək bildirmişdir ki, iddiaçı qardaşıdır. Qardaşı 2-ci qrup əlildir. Xəstə olduğu üçün ona həmişə güzəşt edilib. Buna görə ərköyündür. Evlidir, həyat yoldaşı Gürcüstandandır. Həyat yoldaşı iddiaçını idarə etdiyindən Tərlana ayrı yaşamaq istədiyini bildirmiş, buna görə ona ayrı yerdən 35 sot torpaq alıb vermişlər, sənədləşmə də birbaşa onun adına aparılmışdır. Həmin torpaq sahəsində ev də tikiblər, lakin iddiaçı inadla onlardan islahat zamanı verilmiş torpaq sahələrindən pay istəyir, evinə isə köçüb yığışmaq istəmir. Hər axşam atadan qalma evə gəlib orada qalırlar. Həyətdən də ona 15 sot torpaq veriblər. İddiaçının payı verilib. Buna görə də torpaq sahələrindəki payından imtina etməyini və ona alınmış torpaq sahəsində tikilmiş evinə köçməyini, gələcəkdə heç bir iddiasının olmayacağı barədə ərizə təqdim etməyini tələb edirlər. Bundan əlavə torpağın bir hissəsi-5 sota yaxın hissə tikinti altındadır, atadan qalma ev orada yerləşir. Ev qeydə alınmayıb. Paylar hər torpaq sahəsi üzrə ayrıca müəyyən edilməlidir. İddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 bildirmişdir ki, iddiaçıya torpaq payı əvəzinə 2014-cü ildə kənarda 35 sot torpaq alınıb verilib. Həmin torpaqda cavabdehlər ona müasir tipli ev də tikmişlər. İddiaçının ona norma daxilində verilmiş olan 4 sənəd üzrə cəmi 0,27 ha torpaq sahəsinin bir ərazidən ayrılıb verilməsini tələb etməsi qeyri-mümkündür, çünki həmin torpaq sahəsi cavabdehlər tərəfindən birgə istifadə olunur, bütün vergilər cavabdehlər tərəfindən ödənilir. Əslində şəhadətnamələr üzrə torpaq sahəsi bütünlükdə X19 olub, ona görə də 7 nəfər vərəsə arasında bölünməlidir, lakin bu zaman iddiaçıya ayrıca torpaq payının alınıb verildiyi nəzərə alınmalıdır. İddianın qeyd edilən şəkildə vərəsələrin payının müəyyən edilməsi hissəsində təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Oğuz rayon Qeydiyyat şöbəsinin ölüm haqqında xx.xx.2024-cü il tarixli, 90/12 saylı arayışından görünür ki, X14 xx.xx.2023-cü il tarixdə ölmüş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 60 nömrə ilə qeyd edilmişdir. Oğuz rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 163 saylı arayışından görünür ki, xx.xx.1984-cü ildə Oğuz rayonu Dəymədağlı kəndində anadan olmuş İddiaçı barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2024-cü ilədək aparılmış və aşağıdakı məlumatlar əldə edilmişdir: Ata: X14 (xx.xx.2023-cü ildə vəfat edib), ana: Cavabdeh1-xx.xx.1953, qardaş: Cavabdeh6 xx.xx.1973, bacı: İsmayılova Hicran Kərəm qızı xx.xx.1975, qardaş: X6 xx.xx.1976, qardaş: Cavabdeh2 xx.xx.1978, qardaş: Cavabdeh3 xx.xx.1980. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-42/2-74/2025 saylı məktubundan görünür ki, JN 018 F, 018G, 018H və 018İ (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrlə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, habelə X4 və Cavabdeh1 adına dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evi aşkar edilməmişdir. Oğuz Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 2(054)-34/2025 nömrəli qətnaməsi (hakim: S.Zeynalova) ilə, iddia tələbi təmin edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı və cavabdehlər Cavabdeh2, X15, Cavabdeh3, X6 və Cavabdeh5 doğma bacı-qardaş olmaqla onların anası digər Cavabdeh1dır. Onların atası X14 xx.xx.2023-cü ildə vəfat etmişdir. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 64 saylı qərarı ilə Kərəm İsmayılova, Cavabdeh1, Tərlan, Mübariz və Fəxrəddin adlı qardaşlara Oğuz rayon Dəymədağlı kəndində 4 yerdə-0,66 ha, 0,45 ha, 0,27 ha və 0,15 ha olmaqla həyətyanı torpaq sahələri verilmişdir. İddiaçı həmin torpaq sahələrindən özünə düşən payların müəyyən edilməsini xahiş etmişdir. Cavabdehlər onun bu tələbinə etiraz edərək iddiaçıya başqa yerdə torpaq sahəsi aldıqlarını, buna görə də qeyd edilən torpaq sahələrində onun payının olmadığını bildirirlər. Məhkəmə araşdırması zamanı torpaq sahələrinə dair verilmiş şəhadətnamələrin qüvvədə olduğu, həmçinin İddiaçı sözügedən torpaq sahələrində olan payından imtina etdiyi ilə bağlı sübutun olmadığı müəyyən edilmişdir. Beləliklə, göstərilən hüquq normalarının məzmunundan və işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, hazırki iddianın predmetinə aid olan 0,66 ha, 0,45 ha, 0,27 ha və 0,15 ha həyətyanı torpaq sahələri 5 nəfərin – iddiaçının, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, habelə mərhum X3 ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahələridir. Hazırki vəziyyətdə paylı mülkiyyətin mülkiyyətçilərinin payları digər qaydada müəyyən edilə bilmədiyindən və bütün mülkiyyətçilərin razılaşması ilə də müəyyənləşdirilmədiyindən onların payları bərabər sayılır. Yuxarıda qeyd olunan mülki qanunvericilik normalarını tətbiq edərək hesab edir ki, iddia tələbi həmin hissədə də təmin olunmalı, sözügedən torpaq sahələrinin hər birində Kərəm İsmayılovdan miras qalmış 1/5 hissəyə münasibətdə həm iddiaçının, həm də bütün cavabdehlərin hər birinin 1/7 hissədə payına vərəsəlik hüququ tanınmalı Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 178, 213, 214, 1133, 1145, 1151, 1159, 1160, 1243, 1255, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin – 14, 77, 88, 217-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həyətyanı torpaq sahəsinin üzərində ev vardır və həmin evə 20 aprel 1987-ci il tarixli Fərdi Mənzil Fondunun Yaşayış Binası üçün Texniki pasport verilmişdir. Həmin texniki pasportda 2 (iki) nəfər mərhum X17 və mərhum X16 qeyd edilmişdir. Texniki pasporta görə evin altında yerləşən torpaq sahəsi ½ hissəsi, X10, ½hissəsi X13 məxsus olmuşdur. X11 payının ½ hissəsi vərəsəlik qaydasında X1. Lakin, bütün bunlar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Qərar qəbul edilən zaman JN 018 F, 018G, 018H və 018İ (kod ********) saylı şəhadətnamələrdə olan faktiki ölçülərdə də nəzərə alınmamış adları qeyd olunan 5 nəfər payçının hər birin paylarının müəyyən edilməsində uyğunsuzluq yaranmışdır. İddiaçı oluna isə ayrıca torpaq alınmış və başqa yerdə yaşayır. Təyin olunmuş torpaq payına gorə mərhum X3 miras qalmış torpaq payının onun qanuni vərəsələri arasında bölünməsində də zidiyyət yaranmışdır. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Lakin Məhkəmə payları müəyyən edərkən mərhum X5 arvadı Cavabdeh1 məxsus ½ pay hissəsini nəzərə almamışdır. Tərəfimizdən torpağın üzərində olan evin Texniki pasportu, şəhadətnamə, evlilik haqqında şəhadətnamə və Sincan İnzibati Ərazi Dairəsi üzrə nümayəndiliyinin arayışı məhkəməyə təqdim edilməsinə baxmayaraq məhkəmə tərəfindən həmin sənədlərin qəbul edilməsindən imtina edilmişdir. Odur ki, apellyasiya şikayətinin təmin olunaraq fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsi miras kütləsindən çıxarılsın, birgə nikah dövründə əldə olunmuş Cavabdeh1 məxsus ½ hissəsi nəzərə alınmaqla payların yenidən müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mərhum əri ilə 1972-ci ildə rəsmi nikah bağlamışlar. Ev 0.45 ha torpaq sahəsində yerləşir və birgə nikah dövründə tikilmişdir. Lakin hal-hazırda evin çıxarışı yoxdur. Həmin evin altındakı torpaq sahəsi isə onlara məxsusdur. İddiaçıya başqa yerdə torpaq verilmişdir. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında digər cavabdehlər Cavabdeh6, Cavabdeh2, X6 və Cavabdeh5 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdilər. Əlavə olaarq bildirdilər ki, pay torpağı birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilə bilməz. Paylar bərabər bölünməlidir. Bundan başqa, onların evlə bağlı hər hansı tələbləri yoxdur. Odur ki, nəzərə alınmasını xahiş etdi. Cavabdeh3 və vəkili Nümayəndə2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası M a d d ə 1 3 . Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. M a d d ə 2 9 . Mülkiyyət hüququ I. Hər kəsin mülkiyyət hüququ vardır. II. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Ailə Məcəlləsi 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);https://e-qanun.az/framework/46946 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”

17. Hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.

"İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın İ saylı Protokolu

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli qərarında qeyd edilmişdir ki: “....ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının həddi Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə əmlak bölgüsü zamanı payın miqdarı ilə bağlıdır. Belə ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, X6 və Cavabdeh5 qarşı iddia və dəqiqləşdirilməyə dair ərizə ilə məhkəməyə müraciət edərək JN 018 F, 018G, 018H və 018İ (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə göstərilmiş, paylı mülkiyyətdə olan 0,66 ha, 0,45 ha, 0,27 ha və 0,15 ha həyətyanı torpaq sahələrində iddiaçının və digər mülkiyyətçilərin paylarının, həmçinin həmin torpaq sahələrində mərhum X3 payına düşən, ondan miras qalmış torpaq sahələrində bütün cavabdehlərin miras paylarının müəyyən edilməsi, həmin payların mülkiyyətçilərin paylarına əlavə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini qismən yəni, fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinin miras kütləsindən çıxarılmaması, birgə nikah dövründə əldə edilmiş Cavabdeh1 çatası ½ payın nəzərə alınmaması hissəsində mübahisələndirmişdir. Ümumiyyətlə apellyator iddia tələbinin qismən təmin edilməsini tələb edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərar). "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın İ saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. İddia tələbindən görünür ki, iddiaçı cavabdehlərlə ümumi birgə mülkiyyətlərində olan əmlakdakı həmçinin, atasından miras qalmış əmlaka payların müəyyən edilməsini tələb edir. Belə ki, Torpağın mülkiyyətə verilməsinə dair JN 018F (kod ********) saylı şəhadətnamənin surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının 14 may 1998-ci il tarixli, 64 saylı qərarı ilə Oğuz rayonu Dəymədağlı kənd sakinləri X8, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və İddiaçı 0,66 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN 018G (kod ********) saylı şəhadətnamənin surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının 14 may 1998-ci il tarixli, 64 saylı qərarı ilə Oğuz rayonu Dəymədağlı kənd sakinləri X8, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və İddiaçı 0,45 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN 018H (kod ********) saylı şəhadətnamənin surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının 14 may 1998-ci il tarixli, 64 saylı qərarı ilə Oğuz rayonu Dəymədağlı kənd sakinləri X8, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və İddiaçı 0,27 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN 018İ (kod ********) saylı şəhadətnamənin surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının 14 may 1998-ci il tarixli, 64 saylı qərarı ilə Oğuz rayonu Dəymədağlı kənd sakinləri X8, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və İddiaçı 0,15 ha həyətyanı torpaq sahəsi verilmişdir. Göstərilənlərə əsasən və mülkiyyət hüquqlarının real və effektiv şəkildə realizəsinə nail olmaq üçün məhkəmə kollegiyası iddiaçının hazırkı iddia ilə əldə etmək istədiyi hüquqi nəticənin nədən ibarət olduğunu aydınlaşdırmışdır. Müəyyən edilmişdir ki, iddiaçı tərəf ümumi mülkiyyətlərində olan əmlaklara və atasından qalmış miras əmlaka paylarının müəyyən edilməsini tələb edir. Məhkəmə kollegiyası daha sonra bildirir ki, qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Belə ki, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (Mülki Məcəllə 152.1). İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (Mülki Məcəllə 213.1-213.3). Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır (Mülki Məcəllə 214.1). Qanunvericiliyə əsasən, ümumi mülkiyyətdə olan əşyanın ideal və real bölgüləri mümkündür. İdeal bölgü əşyanın fiziki cəhətdən bölünmədən əşya üzərində mülkiyyət hüququnda payların müəyyən edilməsini, real bölgü isə əşyanın fiziki cəhətdən mülkiyyətçilər arasında ideal paylarına müvafiq olaraq faktiki bölünməsini nəzərdə tutur. İdeal bölgüdən fərqli olaraq, real bölgüdə hər bir mülkiyyətçi (və ya ayrılan mülkiyyətçi) öz hissəsi üzərində tam mülkiyyət hüququna malik olmaqla, fərdi mülkiyyətçi halına gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlili olan mərhum X22 (Mövlam) oğlundan miras qalmış payın bölünməsi zamanı Cavabdeh1 ½ payının nəzərə alınmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, apelyatorun iddiasına görə 0,66 ha, 0,45 ha, 0,27 ha və 0,15 ha torpaq sahələri mərhum X22 (Mövlam) oğlu ilə Cavabdeh1 birgə nikahı dövründə əldə edildiyindən həmin əmlaklara Cavabdeh1 ½ payı müəyyən edilməli daha sonra isə bölgü aparılmalı idi. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə razılaşmayaraq ilkin olaraq qeyd edir ki, Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin Vİİ fəslinə əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır. Ailə qanunvericiliyinin normalarının mənasından çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu G.Həsənzadənin şikayəti üzrə 2015-ci il 20 aprel tarixli qərarında qeyd etmişdir ki, ərlə arvadın mülkiyyəti iki hüquqi rejimdə mövcud olur: ər-arvadın ümumi birgə mülkiyyəti və onların hər birinin şəxsi mülkiyyəti. Ər-arvadın ümumi birgə mülkiyyətinin əldə edilməsinin əsas şərti kimi nikah münasibətləri çıxış etdiyi halda, onların hər birinin şəxsi mülkiyyətinin yaranması əsaslarından biri isə müvafiq payın qanun və ya vərəsəlik üzrə keçməsidir. Qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. Birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlir. Birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri də nikahdır. Ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki Məcəllənin 225 və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilmişdir. Nikah müddətində əldə olunmuş əmlak Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələbi baxımından ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Qeyd olunmalıdır ki, ərarvadın nikah müqaviləsi bağlamaqla birgə mülkiyyətin qanuni rejimini dəyişib birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq etmək hüququ vardır (Ailə Məcəlləsinin 38.2-ci maddəsi). Lakin hazırki işdə tərəflərin arasında nikah müqaviləsi bağlanmamışdır və onların birgə əmlakının qanuni rejimi tətbiq olunmalıdır. Ər-arvadın ümumi birgə mülkiyyətinə aşağıdakılar aid edilir: - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); - ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak (Ailə Məcəlləsi 32.2). Qanunverici ər-arvadın hər birinə məxsus olan əmlakın dairəsini Mülki Məcəllənin 225.2 və 225.3-cü maddələri, eləcə də Ailə Məcəlləsinin 34-cü maddəsi ilə konkret müəyyən etmişdir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir (Mülki Məcəllə 225.2). Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: - əmlakın ər-arvadın nikah müddətində əldə olunması; - əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Bundan başqa, tərəflərdən birinin nikah dövründə əvəzsiz əqd üzrə əldə etdiyi əmlak ər-arvadın birgə təsərrüfat fəaliyyətinin, yəni təsərrüfat birliyinin nəticəsi olmadığından, qanunverici belə əmlakı müvafiq olaraq ərin və ya arvadın şəxsi mülkiyyəti olaraq tanıyır. Hazırki işdən görünür ki, mərhum X22 (Mövlam) oğlu və Cavabdeh1 xx.xx.1972-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İşdən daha sonra müəyyən edilir ki, tərəflərin ümumi mülkiyyətlərində olan 0,66 ha, 0,45 ha, 0,27 ha və 0,15 ha torpaq sahələri Oğuz rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli qərarı ilə verilmişdir. Göründüyü kimi, 0,66 ha, 0,45 ha, 0,27 ha və 0,15 ha torpaq sahələri mərhum X22 (Mövlam) oğlu ilə Cavabdeh1 birgə nikah dövründə əldə edilsə də, həmin əmlak birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilə bilməz. Belə ki, Aqrar İslahat Komissiyasının qərarı ilə verilmiş torpaq sahələri birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilmir. Bundan başqa, həmin torpaqlar ailə üzvlərinin sayı nəzərə alınmaqla verilmişdir. Məhkəmə kollegiyası bir məqamıda qeyd edir ki, Aqrar İslahat Komissiyasının müvafiq qərarları ilə əldə edilmiş torpaq sahələri əvəzsiz əldə edilmişdir. Belə ki, “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Belə olan halda kollegiya hesab edir ki, 0,66 ha, 0,45 ha, 0,27 ha və 0,15 ha torpaq sahələri mərhum X22 (Mövlam) oğlu ilə Cavabdeh1 birgə nikah dövründə əldə edilsə də onarın birgə mülkiyyəti hesab edilmədiyindən paylar müəyyən edilən zaman Cavabdeh1 çatası pay arta bilməzdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinin bölgüsünün aparılmalı olmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, apellyatorun iddiasına görə bölgü aparılan zaman 0.45 ha torpaq sahəsində yerləşən (hərçənd apellyator şikayətdə 0.15 ha torpaq sahəsi kimi qeyd etmişdir) fərdi yaşayış evinin altında olan torpaq sahəsinin miras əmlak bölünən zaman bölgüdən çıxarılmalı olduğunu bildirmişdir. Bununla bağlı kollegiya bildirir ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (Mülki Məcəllə 1151.1). İş materiallarından müəyyən edilmişdir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 64 saylı qərarı ilə Kərəm İsmayılova, Cavabdeh1, Tərlan, Mübariz və Fəxrəddin adlı qardaşlara Oğuz rayon Dəymədağlı kəndində 4 yerdə - 0,66 ha, 0,45 ha, 0,27 ha və 0,15 ha olmaqla həyətyanı torpaq sahələri verilmişdir. Göründüyü kimi, mərhum X22 (Mövlam) oğlu ölən zaman onun 0,66 ha, 0,45 ha, 0,27 ha və 0,15 ha torpaq sahələrində 1/5 payı olmuşdur. Məhkəmə kollegiyası fərdi yaşayış evinin ½ hissəsinin mərhum X22 (Mövlam) oğluna, ½ hissəsinin isə mərhum X13 məxsus olması və evə texniki pasportun verilməsi ilə bağlı qeyd edir ki, texniki pasport hüquqmüəyyənedici sənəd deyildir. Bundan başqa, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir (Mülki Məcəllə 139.1, 146.2 və 178.1.). Yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə görə də, fərdi yaşayış evi miras predmeti ola bilməzdi. Hazırki halda isə, iddianın predmeti də fərdi yaşayış evinə payların müəyyən edilməsi deyil torpaq sahəsinə payların müəyyən edilməsi olmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3- 42/2-74/2025 saylı məktubundan görünür ki, JN 018 F, 018G, 018H və 018İ (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrlə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, habelə X4 və Cavabdeh1 adına dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evi aşkar edilməmişdir. Lakin, 0,66 ha, 0,45 ha, 0,27 ha və 0,15 ha torpaq sahələrindin hər birinin hüquqmüəyyənedici sənədləri (Şəhadətnamələri) mövcuddur. Belə olan olan halda isə, qanunvericiliyə əsasən həmin torpaq sahələri miras əmlak hesab edilmişlər və birinci instansiya məhkəməsi də həmin əmlakları miras predmetinə daxil etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçıya ayrıca torpaq sahəsinin alınıb verilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, apellyatorun iddiasına görə iddiaçıya ayrıca torpaq sahəsi alınıb verilmiş və həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir. Belə olan halda isə bölgü zamanı bu onun payından çıxılmalı idi. Məhkəmə kollegiyası şikayətin həmin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, şikayətin həmin dəlilləri iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, iddiaçıya miras əmlakdan çatacaq pay əvəzinə hansısa torpaq sahəsinin alınması və həmin torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi və məhz mirasdan çatacaq payın əvəzi olaraq verilməsinə dair iş materiallarında heç bir sübut yoxdur. Bundan başqa, Cavabdeh6 birinci instansiya məhkəməsində izahat verərək bildirmişdir ki, “....iddiaçıya ayrı yerdən 35 sot torpaq alıb vermişlər, sənədləşmə də birbaşa onun adına aparılmışdır. Həmin torpaq sahəsində ev də tikiblər, lakin iddiaçı inadla onlardan islahat zamanı verilmiş torpaq sahələrindən pay istəyir, evinə isə köçüb yığışmaq istəmir. Eyni zamanda, cavabdehlərin vəkili Nümayəndə2 da birinci instansiya məhkəməsində bildirmişdir ki, “....iddiaçıya torpaq payı əvəzinə 2014-cü ildə kənarda 35 sot torpaq alınıb verilib. Həmin torpaqda cavabdehlər ona müasir tipli ev də tikmişlər. Göründüyü kimi, cavabdeh tərəf iddiaçıya ayrıca torpaq alınıb verildiyini və həmin torpaqda ev tikildiyini bildirsələr də, həmin torpağı və evin məhz cavabdehlərin hesabına alınması və tikilməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişlər. Məhkəmə kollegiyası sübutetmə yükü ilə bağlı bildirir ki, tərəf (və/vəya hansısa dəlili irəli sürən) iş üzrə qarşı tərəfin tələbinin əsasları ilə bağlı verdiyi etirazın dəlillərini sübut etmə yükünü daşıyır. Yəni, tərəf irəli sürdüyü dəlilləri sübut etməlidir. Məhəkəm kollegiyası qeyd edir ki, sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə yükü barədə qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğunu və ya olmadığını (baş verib-vermədiyini) sübut etmək hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Eyni zamanda, məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus olan ayrıca torpaq sahəsinin və evin cavabdehlər tərəfindən alınıb verilməsi və orada evin məhz cavabdehlərin hesabına tikilməsi qənaətinə gəlmək olmur. Əksinə cavabdeh tərəfin özünün də bildirdiyi kimi, iddiaçıya məxsus olan ayrıca torpaq sahəsinin sənədləri də məhz iddiaçının adına olmuşdur. Məhkəmə kollegiyası bir məqamıda qeyd edir ki, hər hansı şəxsin (hazırki halda iddiaçının) mülkiyyətində ayrıca əmlakın olması onu qanunla payına düşən miras əmlakdan məhrum edilməsi üçün əsas ola bilməz. Odur ki, kollegiya şikayətin həmin dəlilini də əsassız hesab edir. Sadalananlar konteksində məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi pay bölgüsü zamanı hər hansı yanlışlığa yol verməmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnamə qəbul edilmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyatorun verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 2(054)-34/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar