Məhkəmə qərarları › İş №2(107)-533/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-533/2020

05.05.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-533/2020 05.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X21 iclas katibliyi, İddiaçı1 (həmçinin digər iddiaçılar İddiaçı2, İddiaçı3 nümayəndəsi) və onların vəkili X16, Cavabdeh2 və onun vəkili X22 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 İsrəfil qızına, Cavabdeh2 qarşı “mərhum X2 miras qalmış Qax rayonu İlisu kəndində yerləşən 1999-cu il tarixdə tikilmiş 3 otaqlı, ümumi sahəsi 100.6 kv.m olan evin və evin yerləşdiyi 0.04 ha həyətyanı torpaq sahəsinin üzərində onların paylarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(024)- 515/2019 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 İstrafil qızına, Cavabdeh2 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mərhum X2 miras qalmış Qax rayonu İlisu kəndində yerləşən, 1989-cu il tarixdə tikilmiş 3 otaqlı, ümumi sahəsi 100.6 kv.m olan evin və evin yerləşdiyi 0.04 ha həyətyanı torpaq sahəsinin üzərində onların mülkiyyət hüquqlarının tanınması barədə qətnaməçıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(024)-515/2019 nömrəli (hakim M.Qarayev) qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, mərhum X2 miras qalmış Qax rayonu İlisu kəndində yerləşən, 1989-cu il tarixdə tikilmiş 3 otaqlı, ümumi sahəsi 100.6 kv.m olan evin və evin yerləşdiyi 0.04 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinin 1/3 hissəsi İddiaçı1, 1/3 hissəsi İddiaçı2, 1/3 hissəsi isə İddiaçı3 verilməsi qət edilmişdir. İddiaçı tərəf apelyasiya icraatı zamanı məhkəməyə ərizə təqdim edərək iddia tələbinin “payların müəyyən edilməsi” kimi oxunmasını (başa düşülməsini) xahiş etmişdir. İddia tələbinin məzmunundan da göründüyü kimi iddiaçılar əslində miras əmlakdan payalarının müəyyən edilməsini mübahisələndirmişlər. Mülki Prosessual Məcəllənin 372.3cü maddəsinə əsasən tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Qətnamədən narazı qalan Cavabdeh2 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və mübahisəli miras əmlakın 3/1 hissəsinin iddiaçılara verilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar və Cavabdeh1 İsrəfil qızı tərəfindən apelyasiya şikayəti verilməmişdir. İşin faktiki halları: İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 qaynatası X4 xx xxxxxx 2003cü il tarixdə, əri X23 isə xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İsrəfil Hacıyev xx xxxx 2003cü il tarixli vəsiyyətnamə ilə öldüyü günə ona məxsus olan bütün əmlakını Qax rayonu İlisu kəndində yerləşən əri X17 vəsiyyət etmişdir. X12 vaxtsız vəfatına görə Hacıyeva X5 yerləşən evi öz adına keçirə bilməmişdir. İsrəfil Hacıyev vəfat etdikdən sonra ondan miras qalmış və Hacıyev Sənana vəsiyyət olunmuş evdə onların ailə üzvləri miras əmlakını faktiki olaraq qəbul edərək yaşamışlar. 2003-cü ildən sonra X4 vəfat etdikdən sonra İlisu kəndində yerləşən evdə ərinin və onun tərəfindən əsaslı təmir işləri aparılmış və ayaqyolu tikilmişdir. Cavabdehlər miras əmlakı olan evdə X3 vəfatından sonra yaşamamış, mirası heç bir formada qəbul etməmişlər. Cavabdehlərdən Cavabdeh1 İsrəfil qızı atasının vəfatından əvvəl, 1995-ci il tarixdə ərə gedərək Bakı şəhərinə köçmüş, hazırda da Xırdalan şəhəri AAAF Park yaşayış massivində yaşayır. Cavabdeh2 isə 1990-cı ildən əvvəl Rusiya Federasiyasına köçmüş və hazırda Rusiya vətəndaşıdır. Cavabdeh2 X3 vəfatından sonra ondan miras qalmış Qax rayonu İlisu kəndində yerləşən evdə yaşamamışdır. Cavabdeh1 atası evinə gedib-gəlməsinə heç zaman mane olmamışdır. Cavabdehlər heç zaman mirasın qəbulu üçün notariat kontoruna müraciət etməmiş və miras əmlakı faktiki qəbul etməmişlər. Onlar Cavabdeh1 İsrəfil qızı və Cavabdeh2 oğlu miras əmlaka olan haqlarını itirmişlər. Göstərdiklərini nəzərə alaraq məhkəmədənmərhum X2 miras qalmış Qax rayonu İlisu kəndində yerləşən, 1989-cu il tarixdə tikilmiş 3 otaqlı, ümumi sahəsi 100.6 kv.m olan evin və evin yerləşdiyi 0.04 ha həyətyanı torpaq sahəsinin üzərində onların mülkiyyət hüquqlarının tanınması barədə qətnaməçıxarılmasınıxahiş etmişlər. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Qax Rayon Məhkəməsi xx xxxxxx 2019-cu il tarixli, 2(024)-515/2019 iş nömrəli qətnaməsini qəbul edərkən miras əmlakı faktiki qəbul edən vərəsələrin dairəsini dəqiq müəyyən etməmişdir. Belə ki, mərhum atası X2 miras qalmış Qax rayonu, İlisu kəndində yerləşən 1989-cu il tarixdə tikilmiş 3 otaqlı, ümumi sahəsi 100,6 m2 olan ev faktiki olaraq qanunvericiliklə miras əmlakın qəbulu üçün nəzərdə tutulmuş müddət ötürülmədən qəbul edilmiş və dolayısıyla da həmin miras əmlaklardan qanun üzrə vərəsəlik hüququ əsasında pay hüququ yaranmışdır. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, atası X4 xx xxxxxx 2003-cü il tarixdə ölmüş və ondan miras qalmış əmlakları o, mərhum qardaşı Sənan Hacıyev və Zeynəb Hacıyev faktiki olaraq qəbul edərək idarə etmişdir. Onun hal-hazırda da qeyd olunan evdə əşyalarının müəyyən hissəsi durur və mütəmadi həmin evdə qalmışdır. Hətta 2010-cu ildə toyu da həmin evdə olub və yoldaşı həmin evə gəlin düşüb. Hazırki mübahisə başlayanadək də (qardaşı Sənan Hacıyevin ölümündən sonra) onların arasında miras əmlakdan payın müəyyən edilməsi mövzusunda problem olmamışdır. Bütün bunlara baxmayaraq Qax Rayon Məhkəməsi hesab etmişdir ki, o qanunvericiliklə miras əmlakın qəbulu üçün nəzərdə tutulmuş müddəti ötürmüş və bu səbəbdən də susmuş vərəsə, dolayısı ilə isə mirasdan imtina edən vərəsədir. İddia ərizəsindən də göründüyü kimi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3cavabdehlər Cavabdeh1 İsrəfil qızı və ona qarşı "mərhum X2 miras qalmış Qax rayonu, İlisu kəndində yerləşən 1989-cu il tarixdə tikilmiş 3 otaqlı, ümumi sahəsi 100,6 m2 olan evin və həmin evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının tanınmasınıməhkəmədən xahiş etmişdir. Tələb faktiki olaraq miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması (müəyyən edilməsi) ilə bağlı olsa da, faktiki olaraq Qax Rayon Məhkəməsindən mülkiyyət hüququnun tanınması xahiş edilmiş, Qax Rayon Məhkəməsi isə mülkiyyət hüququnun tanınması səlahiyyətlərinə aid olmadığı halda iddiaya baxmaqla qalmamış, iddiadan da kənarlaşmaqla qətnamə qəbul etməklə əmlakdan payın verilməsini qət etmişdir. İddia ərizəsindən və iş materiallarından da göründüyü kimi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 qeyd olunan miras əmlaklara vərəsəlik hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1321.1-ci maddəsinə əsasən ilk əvvəl mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməli və həmin şəhadətnamənin verilməsindən imtina olunduğu təqdirdə məhkəməyə müraciət etməli idilər. Lakin, işə baxan Qax Rayon Məhkəməsi işin həmin halını nəzərə almamış və dolayısıyla əsassız qətnamə qəbul etmişdir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o Rusiya vətəndaşı olmaqla uzun illərdir Rusiya Fedarasiyasında yaşamışdır. X31 ölən zaman onun yas mərasimində iştirak etmişdir. Sadəcə Rusiyada yaşadığından qanunvericiliklə müəyyən olunmuş müddət ərzində mirasın rəsmiləşdirilməsi ilə bağlı notariat kontoruna müraciət etməmişdir. İndi hesab edir ki, onun da həmin mülkdə miras payı vardır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, apelyasiya şikayətinin təmin olunmasını və payların apelyasiya şikayətinə uyğun bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 vəkili X27 apelyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, əvvəla iddiaçılar tərəfindən iddia tələbi düzgün qoyulmayıb. İkincisi də Cavabdeh2 də miras qoyanın birinci növbə vərəsəsidir. Baxmayaraq ki, cavabdeh Rusiyada yaşayıb, lakin Azərbaycan Respublikasına gələndə həmin evdə də olub. Odur ki, apelyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasında iştirak edən İddiaçı1 apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli miras əmlakda istər qayınX31in sağlığında, istərsə də onun ölümündən sonra daim onlar yaşamış, həmin əmlakı daim onlar idarə etmiş, orada yenidənqurma işləri aparmaqla otaqların sayını artırmış, su, qaz xətti çəkmiş, miras qoyan öləndən sonra da bütün kommunal xərcləri onlar ödəmişdir. Bundan əlavə miras qoyan onun əri (miras qoyanın oğlu) Sənan Hacıyevin adına vəsiyyətnamə də qoymuşdur. Lakin əri Sənan Hacıyevin vaxtsız vəfatı ilə əlaqədar miras əmlakı rəsmiləşdirə bilməmişlər. Əri Sənan öləndən sonra həmin evdə daim onlar yaşamışdır. Cavabdeh2 atasının ölümündən sonra heç vaxt mübahisəli evdə yaşamamış, heç bir kommunal ödəniş etməmişdir. Sonuncu daim Rusiyada yaşamışdır. İddiaçı sonda birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasında iştirak edən iddiaçıların vəkili X24 apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh artıq qanunvericiliklə müəyyən olunmuş müddəti ötürmüşdür. Bundan əlavə birinci instansiya məhkəməsində Cavabdeh1 ilə razılaşdıqlarından onlar vəsiyyət üzrə payın müəyyən edilməsini tələb etmədilər. Hansı ki, vəsiyyət üzrə olsaydı iddiaçılara daha çox pay düşərdi. Birinci instansiya məhkəməsinin qətnaməsindən sonra da şikayət verilməyəcəyini bildirsələr də, sonda qarşı tərəf apelyasiya şikayəti vermişdir. Bundan əlavə iddia ərizəsindən göründüyü kimi iddiaçı tərəf vərəsəliklə bağlı məhkəməyə müraciət etmişdir, sadəcə tələbi düzgün ifadə etməmişlər. Bu səbəbdən də onlar məhkəməyə dəqiqləşdirmə ərizəsi vermişlər. Hesab edir ki, apelyasiya şikayəti tam əsassızdır, ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh1 İsrəfil qızı məhkəmə iclasına gəlməmişdir. Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq nümayəndəsi X7 vasitəsilə təmsil olunacağını bildirmişdir. Lakin tərəflər arasında yaxın qohumluq münasibətini təsdiq edən sənəd olmadığından kollegiya sonuncunu nümayəndə qismində tanınmasını qeyrimümkün hesab etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, iş materialları apelyasiya kollegiyası tərəfindən araşdırılarkən müəyyən olundu ki, birinci instansiya məhkəməsi iş üzrə bir sıra prosessual pozuntulara yol verməklə yekun nəticəyə gəlmişdir. Apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etməklə işi hərtərəfli və düzgün araşdırmağa çalışmışdır. Belə ki, kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən buraxılmış nöqsanlar apelyasiya icraatı qaydasında davam etdirilə bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə buraxılmış prosessual pozuntulara görə qətnamə tamamilə ləğv edilməli və tam hüquqlu məhkəmə kimi Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinin hüdudları daxilində yenidən araşdırılma aparılmaqla yeni qətnamə qəbul edilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Mülki Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(024)-515/2019 nömrəliqətnaməsi ləğv edilərək, əvvəlki və yeni araşdırılmış sübutlar əsasında yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Apelyasiya məhkəməsinin sorğusu əsasında alınmış ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışdan müəyyən edildi ki, Qax rayonu İlisu kəndində 0.04 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi X15 oğlunun mülkiyyətindədir. (səh. 100-101) Qax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən (təkrar) görünür ki, X4 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. (səh. 120) Qax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X23 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. (səh. 119). xx.xx.1990-cı il tarixli, V-JQ-291807 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən edilir ki, X23 ilə X13 nikahı xx.xx.1990-cı il tarixdə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Hacıyeva soyadı verilmişdir (səh.113) xx xxxx 1993-cü il tarixli XVİİİ-250168 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı2 valideynləri X23 və İddiaçı1dır (səh. 114). xx xxxx 1991-ci il tarixli XİV-JQ 465110 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı3 valideynləri X23 və İddiaçı1dır (səh. 115). Qax rayon Qeydiyyat şöbəsinin verdiyi xx xxxxxx 2018-ci il tarixli, № 480/2 saylı arayışdan görünür ki, X12 valideyinləri X4 və X18r. Qax rayon İHB-nin İlusu kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli arayışının məzmunundan müəyyən edildi ki, X4 xx.xx.2003-cü il tarixdə vəfat etmiş, onun vəfatından sonra oğlu Sənan Hacıyev ailəsi ilə birlikdə İlisu kəndində yerləşən atasından miras qalmış evdə yaşamışdır. X23 2018-ci il tarixdə vəfat etmiş və hal-hazırda ailəsi həmin evdə yaşayır (səh.116) X6 xx.xx.2019-cu il tarixli № 2/24 saylı vəkilin sorğusuna cavabından görünür ki, Qax rayonunun İlisu EATS-nə məxsus 2593-2-61 saylı telefon Hacıyev İsrəfilə məxsus olmuş, İsrəfil Hacıyev vəfat etdikdən sonra xx.xx.2007-ci il tarixdə həmin telefon oğlu X9, o vəfat etdidkən sonra isə xx.xx.2018-ci il tarixdə onun həyat yoldaçı İddiaçı1 adına keçirilmişdir. Azəriqaz Zaqatala RQİİ-nin xx.xx.2019-cu il tarixli № 01/QM-463 saylı vəkilin sorğusuna cavabından görünür ki, Qax rayonu İlisu kəndində yerləşən mənzilin **********0000 saylı qaz hesabı, xx.xx.2016-cı il tarixdən X12 adına və xx.xx.2018-ci il tarixdən İddiaçı1 adına rəsmiləşdirilmişdir. “xxxx” ASC-nin X20 və Satışı idarəsinin X25 xx.xx.2019-cu il tarixli, 11 saylı məktubundan görünür ki, hal-hazırda “xxxx”ASC-nin elektorn bazasında yalnız X17 məxsus **********00063 kod mövcuddur. Qax EŞ-də istifadə olunan ORACL proqramı 2015-ci ilin sentyabr ayından tətbiq olunduğuna görə həmin tarixdən qabaq kodda olan ad dəyişmənin tarixini təyin etmək mümkün deyildir. Qax RİHB-nın İlisu kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2019-cu il tarixli, 360 saylı arayışdan görünür ki, X1 rayonunun İlisu kəndində yaşamış, 2003-cü ildə ölmüşdür. Mərhumun ölümündən sonra 2018-ci ilin sentyabr ayına qədər həmin evdə oğlu mərhum X23 və onun ailə üzvləri birgə yaşamışlar. Hal-hazırda da mərhum X12 ailəsi həmin evdə yaşayır. Qax RİHB-nın Qax-İngiloy kənd İƏD-si üzrə nümayəndəsinin verdiyi xx.xx.2018-ci il tarixli, 2273 saylı arayışdan görünür ki, X8 rayonunu Qax-İngiloy kəndində yaşamış, xx xxxxxxxx 2018-ci il tarixdə vəfat etmiş, onun vəfatından sonra Qax-İngiloy kəndində ona aid şəxsi hesabında onunla birlikdə yaşayan İddiaçı1, qızı İddiaçı3 və oğlu İddiaçı2 qalmışdır. İş materiallarında olan sənədlər məhkəmə kollegiyası tərəfindən tədqiq edilərkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinə təqdim edilmiş bir sıra sənədlər surət olmaqla lazımi qaydada təsdiq olunmamışdır. Şikayətdən və iş materiallarından görünür ki, mübahisəyə baxan birinci instansiya məhkəməsi iddianı təmin edərkən hüquqi mövqeyini də məhz həmin sənədlər əsasında bildirmişdir. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin bu nöqsanlarını davam etdirmədən, həmin sənədlərin əslini və ya lazımi qaydada təsdiq olunmuş surətlərini məhkəməyə təqdim olunmasını təklif etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1.-ci maddəsinin tələbinə görə yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3.-cü maddəsinin tələbinə görə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları) Bundan əlavə iş materiallarının 41-ci səhifəsinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli məhkəmə iclas protokolundan görünür ki, protokol sədrlik edən və hakim tərəfindən imzalanmamışdır. Kollegiya xx.xx.2019-cu il tarixli məhkəmə iclasının keçirilməməsi kimi qiymətləndirir. Göründüyü kimi birinci instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmişdir ki, bu da Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Məhkəmə kollegiyası hazırki tələb üzrə işə baxarkən ilk növbədə iddiaçı tərəfin mübahisəli miras əmlaka dair paylarının müəyyən edilməsi məsələsinə hüquqi qiymət verməzdən əvvəl, onların miras qoyana (eləcə də irsi trnasmissiya qaydasında) münasibətdə vərəsəlik hüquqlarının tanınmasının mümkünlüyü məsələsinə, həmin hüquqlarının mövcud olub-olmaması, miras əmlaka münasibətdə mirası qəbul edibetməmələrini, iddia qaldırmaq üçün subyektiv hüquqlarının olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquqlar mövcud olmadığı halda iddia ərizəsində qoyulmuş tələblərin araşdırılmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kollegiya hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyasının tədqiqi zamanı tərəflərin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, miras qoyan şəxs X4 2003 tarixdə vəfat etmişdir. Kollegiya hesab edir ki, miras qoyan şəxs – X4 2003 tarixdə vəfat etdiyindən vərəsəlik hüquq münasibəti barədə mübahisə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (xx xxxxxxxx 2000-ci il redaksiyada) müddəaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (MM-n 1133.2-ci maddə) Həmin Məcəllənin 1159.1.1.-ci madəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Mülki Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mülki Məcəllənin 1273-cü maddəsinin tələbinə görə mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Məhkəmə kollegiyasının iclasında tərəflərin izahatları, həmçinin iş materiallarına əlavə edilmiş sübutların tədqiqi zamanı müəyyən edilmişdir ki, miras qoyan X4 2003 tarixdə vəfat etdiyindən həmin gün mirasın açıldığı vaxt sayılır (Mülki Məcəllənin 1146-cı maddəsi). Miras qoyan daimi olaraq Qax rayonunda yaşadığından və miras əmlak Qax rayonun ərzisində yerləşədiyindən mirasın açıldığı yer Qax rayonu hesab edilir (həmin Məcəllənin 1147-ci maddəsi). Miras əmlaka İsrəfil Hacıyevin öldüyü məqamadək malik olduğu Qax rayonu, İlisu kəndində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi daxildir. Məhkəmə kollegiyasının araşdırması zamanı miras qoyan X14 Hacıyevə vəsiyyətnamə qoyması müəyyən edilmişdir. Lakin iddiaçı tərəf iddia tələbində həmin vəsiyyətnamə üzrə payın müəyyən edilməsini, eləcə də birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş payları mübahisələndirməmişlər. Məhkəmə kollegiyasının tədqiqi zamanı həmçinin müəyyən edilmişdir ki, miras qoyanın öldüyü məqamda sağ olmuş oğlu Sənan Hacıyev, Cavabdeh1 və Cavabdeh2 onun qanun üzrə birinci növbə vərəsələridir (MM-nin 1159.1-ci maddəsi). Lakin təqdim olunmuş sənədlərdən və tərəflərin izahatlarından müəyyən olunur ki, qeyd olunan vərəsələrdən Sənan Hacıyev atasından miras qalmış əmlakı ailə üzvləri İddiaçı1, İddiaçı3 və oğlu İddiaçı2 ilə birlikdə idarə etməklə faktiki qaydada qəbul etmişdir. X23 xx xxxxxxxx 2018-ci il tarixdə vəfat etmiş, onun vəfatından sonra da İddiaçı1, İddiaçı3 və oğlu İddiaçı2 ibarət vərəsələri qalmışdır. Məhkəmə iclasında işin faktiki halları ilə müəyyən edilmişdir ki, mərhum İsrəfil Hacıyevin ölümündən əvvəl və sonra onun vərəsəsi olan Sənan Hacıyev ölənə kimi öz ailə üzvləri ilə birlikdə həmin evdə yaşamış, digər vərəsə Cavabdeh2 isə X31in vəfatından sonra qanunvericiliklə müəyyən olunmuş müddət ərzində mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməmiş, həmçinin miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçılar əmlakın ½ hissəsinin açıq saxlanılmasına da etirazlarının olmadıqlarını bildirmişdir. Məhkəmə kollegiyası miras əmlakın faktiki qəbul edilməsi və ya faktiki idarə olunması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruru hesab edir. Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxxx 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə x xxxxxxx 2012-ci il tarixli Qərarları). Apelyasiya şikayətlərinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas olsa da, apelyasiya şikayəti vermiş şəxsin də payının müəyyən edilməsinə əsas vermir. Ona görə ki, apelyasiya şikayətlərinə nəzər saldıqda görünür ki, apelyator öz mənafeyindən çıxış etmiş, apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sənədi məhkəməyə təqdim etməmiş, apelyasiya şikayətinin dəlillərini yalnız öz izahatı ilə əsaslandırmağa çalışmışdır. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Yuxarıda qeyd olunan maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Məhz göstərilənlərə əsasən məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək Cavabdeh2 tərəfindən mirasın qəbul edilməsi müddətinin ötürülməsi qənaətinə gəlir və onun uzadılması üçün heç bir üzrlü səbəb görmür. Belə ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, mirası qəbulu hüquqi, iradəvi, könüllü, subyektiv və birtərəfli akt olduğundan bu vərəsənin vəzifəsi yox, hüququdur. Bu isə o deməkdir ki, Cavabdeh2 vaxtında bu hüququndan könüllü və iradəvi şəkildə istifadə etmədiyindən və bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyindən onun bu hüququ heç bir halda üzürlü hesab edilə bilməz. Məhkəmə kollegiyası sonda onu da vurğulamağı zəruri hesab edir ki, iddiaçı tərəf iddia tələbində vəsiyyətnamə üzrə payın müəyyən edilməsini, həmçinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş payları mübahisələndirmədiyindən kollegiya vəsiyyət üzrə payların müəyyən edilməsinə toxunmur. Çünki yuxarıda qeyd edildiyi kimi iddiaçı tərəf birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət vermədiklərindən, həmin qətnamə ilə razılaşdıqlarını ifadə etmişlər. Mülki Prosessual Məcəllənin 385-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarıldığından apelyasiya şikayəti qismən təmin edilməli, hazırki iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(024)-515/2019 nömrəli qətnaməsi ləğv edilməli, mülki iş üzrə yeni qətnamə qəbul edilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(024)-515/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilsin. İddiaçı1, İddiaçı2 və İddiaçı3 miras qoyan X2 (irsi transmissiya üzrə X10)miras qalmış Qax rayonu İlisu kəndində yerləşən, (1989-cu il tarixdə tikilmiş) ümumi sahəsi 100.6 kv.m olan evin və evin yerləşdiyi 0.04 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsində miras payları bərabər (yəni hər birinə ½-n 1/3 hissəsi) olmaqla müəyyən edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: i Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar