Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-533/2024 03.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: tikilinin sökülməsi, hüquqdan sui-istifadə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2(075)-573/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 06 iyul 2022-ci il tarixdə verilmiş, **********66-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa və həmin reyestr nömrəli, 983 inventar nömrəli Texniki Pasporta əsasən Şəki şəhəri, X7, 37 c (yeni qaydalarla: Şəki şəhəri, X7, 120E) ünvanında yerləşən 0.0031 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 24.5 kvadrtat metr olan qeyri-yaşayış binası İddiaçı mülkiyyətinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 05 avqust 2022-ci il tarixdə verilmiş, **********74-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışa və həmin reyestr nömrəli, 1468 inventar nömrəli Texniki Pasporta əsasən Şəki şəhəri, X7, 120F ünvanında yerləşən 0.0134 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 35.3 kvadrtat metr olan qeyri-yaşayış binası Cavabdeh mülkiyyətinə verilmişdir. Cavabdehə məxsus obyektin iddiaçıya məxsus tikilinin arxa hissəsinə bitişdirilərək artırılması, hətta dam örtüyünün bu tikilinin dam örtüyünə birləşdirildiyi müəyyən olunmaqla, həmin birləşdirilən tikililərin sökülməsi tələb olunur.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, X7, 37 c (yeni qaydalarla 120 E) saylı ünvanda ona məxsus qeyri-yaşayış binasının arxa hissəsinə artırılmış bitişik, Cavabdeh məxsus qanunsuz tikilinin və dam örtüyünün cavabdehin öz vəsaiti hesabına sökülərək götürülməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki şəhəri, X7, 37 c (yeni qaydalarla 120E) saylı ünvanda yerləşən qeyri yaşayış binası DƏDRX tərəfindən verilən çıxarışa əsasən ona məxsusdur. Həmin tikilinin sol tərəfində yerləşən obyektin ona məxsus tikilinin arxa hissəsinə bitişdirilərək artırılması, hətta dam örtüyünün bu tikilinin dam örtüyünə birləşdirildiyi müəyyən olunur. Onda olan texniki pasportda həmin əlavə artırılan tikilinin mövcud olmadığı görünür. Dəfələrlə həmin obyektin sahibinə xəbərdarlıq edərək əlavə artırılan tikililərin sökülməsi tələb olunsa da həmin şəxs aidiyyəti qurumlardan razılıq aldığını, tikilini sökməyəcəyini bildirmişdir. Məsələyə aydınlıq gətirilməsi üçün Maraqlı şəxs Başçısı Aparatının Tikinti və Memarlıq Şöbəsinə rəsmi qaydada müraciət edərək ona məxsus tikilinin arxa hissəsinə qədər bitişdirilərək artırılması, tikinti işlərinə razılıq verilməsi barədə, həmçinin tikilinin istismara qəbulu ilə bağlı rəsmi qaydada məlumat verilməsi xahiş olunmuşdur. Maraqlı şəxs Başçısı Aparatının xx.xx.2022-ci il tarixli 2/1479 saylı cavab məktubunda həmin tikili ilə bağlı son 5 ildə heç bir tikintiyə icazə və istismara icazə sənədlərinin verilmədiyi bildirilmişdir. Eyni zamanda DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinini xx.xx.2022-ci il tarixli 2491 saylı məktubundan da həmin tikilinin xx.xx.2022-ci il tarixdə Cavabdeh adına qeydə alındığı görünür. Sözügdən tikili qanunvericiliyin tələbləri kobud surətdə pozulmaqla inşa edildiyindən, eyni zamanda onun qanunla qorunan hüquqlarına və mənafeyinə xələl gətiridiyindən Dövlət Şəhərsalma və Arxitextura Komitəsinə, Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinə və yenidən Maraqlı şəxsnə müraciət edərək komissiya təşkil olunaraq əraziyə yerində baxış keçirilməsini xahiş etmişdir. Lakin müraciəti əsaslı şəkildə araşdırılmadan cavablandırılaraq məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Eyni zamanda cavabdeh də xəbərdarlıqlara və qanunvericiliyin tələblərinə məhəl qoymadan təmin-tikinti işlərini davam etdirir. Bu isə mülkiyyətçi olaraq onun hüquqlarını pozur. Qeyd olunanlardan aşkar görünür ki, cavabdeh qanunvericliyin tələblərini kobud surətdə pozur, tətbiq edilən xəbərdarlıqlardan nəticə çıxarmır, əksinə öz qanunsuz əməllərini davam etdirməklə digər şəxslərin qanunla qorunan mənafelərinə mühüm zərər vurur. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək pozulan hüquqlarının bərpa edilməsi və eyni zamanda cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması barədə müvafiq qərar qəbul edilməsinin zəruri olduğunu düşünür.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Şəki şəhəri, X7, 37 c (yeni qaydalarla 120 E) saylı ünvanda qeyri-yaşayış binası İddiaçı, həmin küçədə yerləşən 120 F saylı qeyri-yaşayış binası isə Cavabdeh mülkiyyətinə verilmişdir. İddiaçıya məxsus tikilinin arxa hissəsinə bitişik tikili inşa edilmiş, hətta həmin tikilinin dam örtüyü iddiaçıya məxsus tikilinin dam örtüyünə birləşdirildiyi müəyyən edilmişdir.
5. Hazırda iddiaçı onun istifadəsində olan qeyri yaşayış obyektinin su xətti keçirilməsinə və havalandırılmasına maneçilik törətməsinə istinad edərək ona məxsus tikilinin arxa hissəsinə bitişik şəkildə cavabdeh tərəfindən tikilmiş tikilinin sökülməsini tələb edir.
6. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə baxılarkən, ilk öncə iddiaçının bu iddia tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
7. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı onun qanuni istifadəsində olan qeyri yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin hasarına cavabdeh tərəfindən bitişik tikilmiş tikilinin sökülməsi tələbini irəli sürmək üçün subyektiv hüquqa malikdir.
8. Cavabdeh tərəfindən tikilmiş qanunsuz tikilinin Mülki Məcəllənin 180-ci maddəsindən də aydın görünür ki, cavabdehin həmin tikiliyə gözlənilən mülkiyyət hüququnun olması, eyni zamanda cavabdeh tərəfindən tikilmiş tikili iddiaçıya məxsus Şəki şəhəri, X7, 37 c (yeni qaydalarla 120E) saylı ünvanda qeyri-yaşayış binasına hər hansı formada zərər yetirməsinə və həmin qeyri yaşayış sahəsindən istifadə etməsinə hər hansı formada maneçilik törətməsi iş materialları ilə sübuta yetirilmir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
9. Göründüyü kimi, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallar, yəni cavabdeh tərəfindən qeyri yaşayış sahəsinə bitişik şəkildə inşa edilmiş tikililinin onun qeyri yaşayış sahəsindən istifadə etməsini məhdudlaşdırılması məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır.
10. Şəki Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2(075)-573/2023 nömrəli qətnaməsi ilə (hakim Elşən Vəliyev) İddiaçı Cavabdeh qarşı “Şəki şəhəri, X7, 37 c (yeni qaydalarla 120E) saylı ünvanda ona məxsus qeyri-yaşayış binasının arxa hissəsinə artırılmış bitişik, Cavabdeh məxsus qanunsuz tikilinin və dam örtüyünün cavabdehin öz vəsaiti hesabına sökülərək götürülməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması” tələbinə dair iddiasının təmin edilməməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, 158, 166 və 180-ci maddələrinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5, 48 və 82-ci maddələrinə istinad etmişdir.
12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: 13 iyun 2022-ci il tarixli, AN-İ seriyalı, 105465 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 06 iyul 2022-ci il tarixdə verilmiş, **********66- 06301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 05 avqust 2022-ci il tarixdə verilmiş, **********74-06301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Azərbaycan Respublikası Maraqlı şəxs Başçısının Aparatı tərəfindən Azərbaycan Respublikası Vəkillər X4 Vəkil Bürosunun vəkili Nümayəndə ünvanlanmış 27 sentyabr 2022-ci il tarixli, 2/1479 nömrəli məktub Azərbaycan Respublikasının Dövlət Şəhərəsalma və Arxitektura Komitəsinin Maraqlı şəxs və İddiaçı 15 noyabr 2022-ci il tarixli, MİHO/2.1-2-2022-7409 nömrəli məktub Azərbaycan Respublikası Maraqlı şəxs Başçısının Aparatı tərəfindən İddiaçı ünvanlanmış 24 noyabr 2022-ci il tarixli, 2/V-11-151 nömrəli məktub Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin İddiaçı ünvanlanmış 28 noyabr 2022-ci il tarixli, 37/V-03671 nömrəli məktub Azərbaycan Respublikası Maraqlı şəxs Başçısının Aparatı tərəfindən Azərbaycan Respublikasının Dövlət Şəhərəsalma və Arxitektura Komitəsi və İddiaçı ünvanlanmış 02 dekabr 2022-ci il tarixli, 37/V-03671 nömrəli məktub Şəki İnzibati Məhkəməsinin 2-1(116)-369/2023 saylı, 10 aprel 2023-cü il tarixli qərardadı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 avqust 2023-cü il tarixli, 10/1468 nömrəli ekspert rəyi
13. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, hazırkı vəziyyətdə cavabdehin hərəkətləri iddiaçıya bilavasitə öz torpaq sahəsindən istifadə etməsinə elə bir maneçilik törətməsə də, onun hüququnu müəyyən dərəcədə pozur. Yəni, cavabdehə məxsus tikililərin dam örtüyündən yağış sularının iddiaçının əmlakına axıdılması, onun həmin divar boyu torpaq sahəsindən (əmlakından) istifadəsini məhdudlaşdırır, divarın xarici görünüşünü və tikilinin ümumi fonunu pozur və sair. Belə olan halda sözügedən təsirlər adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədləri aşdığından, təsirə məruz qalan iddiaçı bilavasitə öz torpaq sahəsindən istifadə etməyə maneçilik törədən və onun hüququnu əhəmiyyətsiz dərəcədə pozan tikililərin sökülməsini cavabdehdən tələb etməkdə haqlıdır.
15. Ona görə də, Şəki Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2(075)- 573/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X5 və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
18. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
19. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2(075)-573/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.6-cı maddəsinə görə hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 170.1-ci maddəsinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 171.1-ci maddəsinə görə yorpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 172.3-cü maddəsinə görə əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. 173.3-cü maddəsinə görə əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər. 560.1-cü maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-cü maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin.
21. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi: 72.1-ci maddəsinə əsasən qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 04 sentyabr tarixli, 160 saylı Qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”: 4.1-ci bəndinə əsasən sifarişçi, mülkiyyət sahibi və ya icarədar ilk növbədə mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi» və «Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. 4.2-ci bəndində əsasən şəhər (rayon) yerli icra hakimiyyətinin müvafiq memarlıqtikinti xidməti mövcud obyektdə dəyişikliklərin eskiz cizgilərini nəzərdən keçirməli və bu barədə öz rəyini yerli icra hakimiyyətinin rəhbərliyinə bildirməlidir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
25. İddiaçı Şəki Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2(075)-573/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
27. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, Şəki şəhəri, X7, 120E ünvanında yerləşən 0.0031 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 24.5 kvadrtat metr olan qeyri-yaşayış binası 13 iyun 2022-ci il tarixli, AN-İ seriyalı, 105465 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə İddiaçı tərəfindən əldə edilmişdir. Şəki şəhəri, X7, 120F ünvanında yerləşən 0.0134 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 35.3 kvadrtat metr olan qeyri-yaşayış binası 4Ə- 1059 nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh tərəfindən əldə edilmişdir. İddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasına bitişik inşa edilmiş sənədsiz özbaşına tikili olan 81.8 kv.m olan tikili isə 5 avqust 2022-ci ildə verilmiş **********74-06301 reyestr nömrəli, 1468 inventar nömrəli Texniki Pasportda qeyd edilmişdir. Azərbaycan Respublikası Maraqlı şəxs Başçısının Aparatı tərəfindən Azərbaycan Respublikasının Dövlət Şəhərəsalma və Arxitektura Komitəsi və İddiaçı ünvanlanmış 02 dekabr 2022-ci il tarixli, 2/1834 nömrəli məktubdan görünür ki, Şəki şəhəri, X7, 120E ünvanında İddiaçı mülkiyyətində olan qeyri-yaşayış obyektinə bitişik sahədə özbaşına tıkinti işlərinin aparılması barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanladığı, baxılmaq üçün Maraqlı şəxsnə göndərilmiş müraciəti ilə bağlı bildirmişlər ki, vətəndaşın haqqında qeyd etdiyi, Şəki şəhəri, X7, 120F ünvanında yerləşən qeyri-yaşayış binasını Şəki şəhər sakini Cavabdeh xx.xx.2022-ci il tarixində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş, 1468 inventar və **********74-06301 reyestr nömrəli "Texniki Pasport'un sonuncu vərəqində qeyd edildiyi kimi 4Ə-1059 nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi ilə digər şəxsdən almış və İddiaçı özbaşına tikinti kimi qeyd etdiyi 81,8 kv.m. qeyri-yaşayış sahəsi həmin sənəddə əlavə tikili kimi göstərilmişdir. Yəni, Cavabdeh sənəd üzrə ümumi sahəsi 35,3 kv.m, olan qeyri-yaşayış binasını alarkən icazə sənədləri olmayan 81.8 kv.m. tikili ilə birlikdə almışdır və İddiaçı iddia etdiyi həmin tikilinin uzun illər əvvəl inşa edildiyi məlum olmuşdur. Göründüyü kimi, mübahisəli 81.8 kv.m özbaşına tikili həmin Şəki şəhəri, X7, 120F ünvanında, həm də Şəki şəhəri, X7, 120E ünvanında yerləşən qeyri-yaşayış obyektlərinin əvvəlki mülkiyyətçilərinin sahibliyində olduğu vaxt inşa edilmiş, həm iddiaçı, həm cavabdeh həmin qeyri-yaşayış obyektlərini hazırda mövcud olduğu vəziyyətdə əvvəlki mülkiyyətçilərindən alqı-satqı yolu ilə almışlar. Şəki şəhəri, X7, 120E ünvanında yerləşən qeyri-yaşayış binası 13 iyun 2022-ci ildə İddiaçı satıldığı zaman sonuncunun aldığı əmlakın yüklü olmasına hər hansı etirazı da işin hallarından görünmür. Bu hal Cavabdeh qarşı irəli sürülmüş tələbin həm də qanunvericiliyin hüquqdan sui-istifadənin yolverilməzliyini müəyyən edən müddəaları əsasında nəzərdən keçirilməsini tələb edir. Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır. Məhkəmə kollegiyası mübahisəli əraziyə keçirdiyi yerli baxışda müəyyən etmişdir ki, Şəki şəhəri, X7ndə şəhərin mərkəzinə doğru yolun sol tərəfində cavabdehə və iddiaçıya məxsus qeyri-yaşayış sahələri bu sırayla yanaşı yerləşir. Mübahisəli əlavə tikili cavabdehə məxsus qeyri-yaşayış sahəsinin içərisindən keçməklə həm cavabdeh, həm də iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin arxa hissəsində yerləşir. Kollegiya qeyd edir ki, Şəki şəhəri, X7, 120E ünvanında yerləşən qeyri-yaşayış binasının hazırki iddiaçıdan öncəki mülkiyyətçisi həmin əmlakı yüklü şəkildə hazırki iddiaçıya satmaqla, həm iddiaçının, həm də cavabdehin maraqlarına ziyan vurmuşdur. İddiaçı isə mübahisəni qeyri-yaşayış sahəsini ona satan şəxslə həll etməli olduğu halda, hazırki cavabdehə qarşı tələb irəli sürməkdə haqlı olmamışdır. Mülki Məcəllənin 173.3-cü maddəsinə görə əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər. Mülki Məcəllənin 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Ona görə də, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
28. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2(075)-573/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2(075)-573/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev