Məhkəmə qərarları › İş №2(107)-536/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-536/2024

24.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-536/2024 24.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat kontoruna qarşı mirasın qəbul edilmə faktının müəyyən edilməsi və miras əmlakda payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: miras əmlakda payın müəyyən edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X3 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat kontoruna qarşı mirasın qəbul edilmə faktının müəyyən edilməsi və miras əmlakda payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 2(075)-113/2024 nömrəli qətnaməsindən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3–cü şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. X9 xx.xx.2020-ci il tarixdə ölmüş və onun ölümündən sonra miras əmlak kimi AD № 417834 nömrəli Azərbaycan Respublikası Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında VAZ 2106 markalı **-MS-*** dövlət nömrə nişanlı avtomobil qalmışdır. Miras qoyan öldükdən sonra vərəsələri qismində arvadı İddiaçı, iki uşağı – X12, X13, atası X11 və anası X14 qalmışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X1 miras qalmış “VAZ 2106” markalı **-MS-*** dövlət nömrə nişanlı avtomobildən ona və övladlarına düşən miras payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Mülki işə məhkəmədə baxılarkən İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, birgə nikah dövründə əldə edilən mərhum əri X1 miras qalmış “VAZ 2106” markalı **-MS-*** dövlət nömrə nişanlı avtomobildən iddiaçının 1/2 payının yəni miras payı ilə birlikdə 6/10 hissənin iddiaçının, 1/10 hissənin birgə nikahdan 27 dekabr 2014-cü il tarixdə doğulmuş övladları X5 və 1/10 hissənin 08 mart 2018-ci il tarixdə doğulmuş X6 münasibətdə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, X9 xx.xx.2020-ci il tarixdə ölmüş və onun ölümündən sonra miras əmlak kimi VAZ 2106 markalı **-MS-*** dövlət nömrə nişanlı avtomobil qalmışdır. Mirasın qəbulu ilə bağlı miras qoyanın vərəsələrindən heç biri həmin vaxt notariat orqanına müraciət etməmişlər. Miras qoyan öldükdən sonra onunla birlikdə yaşamış arvadı İddiaçı və iki uşağı – Onur Mustafzadə, Uğur Mustafazadə və atası Telman Mustafayev, anası Rəhimə Mustafayeva ailə üzvləri qalmışdır.

5. Qeyd olunan prosessual hüquq normasının tələbinə görə, miras qoyan X9 xx.xx.2020-ci il tarixdə vəfat etdiyinə görə, ondan miras qalmış əmlaka münasibətdə vərəsəlik hüquq münasibətləri ilə bağlı xx.xx.2020-ci il tarixədək qüvvədə olan Mülki Məcəlləsinin normaları tətbiq olunmalıdır.

6. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı Nəriman Mustafayevlə 24 oktyabr 2013-cü il tarixdə nikaha daxil olmuşlar. “VAZ 2106” markalı 10- MS-670 dövlət nömrə nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən X2 mülkiyyətinə verildiyindən həmin əmlak tərəflərin birgə nikahda olduğu müddətdə əldə edildiyindən, həm də bu əmlak ailə büdcəsindən maliyyələşdirilməklə, dəyəri ödənilərək əvəzli surətdə əldə edildiyindən, göstərilən əmlak tərəflərin ümumi birgə mülkiyyətidir və həmin avtomobilin 1/2 hissədə pay hüququ onun miras əmlakı hesab olunur.

7. Məhkəmə hesab etmişdir ki, miras qoyan X9, öldükdən sonra onların birinci növbə vərəsələri olan arvadı - İddiaçı və iki uşağı – Onur Mustafzadə, Uğur Mustafazadə və atası Telman Mustafayev, anası Rəhimə Mustafayeva miras qalmış “VAZ 2106” markalı 10- MS670 dövlət nömrə nişanlı avtomobilə yiyələndiklərindən, onlar bərabər paylarla mirası qəbul etmiş sayılırlar.

8. Bundan başqa X10 tərəfindən etiraz ərizəsində göstərilən xüsusatlar yəni iddiaçı tərəfindən miras nə formal nə də ki, qeyri formal qaydada qəbul etməməsi, eyni zamanda miras əmlakda payının müəyyən edilməsi üçün onun tərəfindən mirasın faktiki qəbul edilməli, mirasın qəbulu və ya mirasın qəbulu ilə ötürülmüş müddətinin bərpa edilməsi ilə bağlı məhkəmə qətnaməsi mövcud olmalı olduğundan iddianın rəd edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Telman Mustafayevin tələbi sassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında da göstərilmişdir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Bundan başqa vərəsələrin davam edən mülkiyyət hüququ daşınmaz əşyadan faktiki istifadə etmək hüququnu nəzərdə tutduğu kimi, ondan istifadə etməmək hüququnu da ehtiva edir.

9. Şəki Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 2(075)-113/2024 nömrəli qətnaməsi ilə (hakim Elşən Vəliyev) iddia təmin olunmuş, X1 miras qalmış “VAZ 2106” markalı **-MS-*** dövlət nömrə nişanlı avtomobilin 6/10 hissəsi İddiaçı, 1/10 hissəsi X5, 1/10 hissəsi X6, 1/10 hissəsi X7, 1/10 hissəsi X8 münasibətdə müəyyən edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225, 1133, 1145, 1151, 1159, 1193, 1194, 1195, 1243, 1274, 1291 və 1301-ci maddələrinə və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 37-ci maddələrinə istinad etmişdir.

11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 oktyabr 2013-cü il tarixli nikah haqqında şəhadətnamə Şəki Rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələri AD № 417834 nömrəli Azərbaycan Respublikası Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi AZ-İİ seriyalı 115765 saylı “Ölüm haqqında şəhadətnamə” Notariat hərərkətinin aparılmasından imtina edilməsi haqqında Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat ofisinin 27 may 2021-cil il tarixli qərarı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Rayon Qeydiyyat Şöbəsinin İddiaçı müraciətinə ünvanladığı 05/M-145-13nömrəli, 25 iyul 2023-cü il tarixli məktubu Şəki şəhər İcra Hakimiyyətinin Çələbixan Məhəllə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 121 nömrəli arayışı

12. Qətnаmədən nаrаzı qаlаn mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3–cü şəxs X11 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

13. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3–cü şəxs X11 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, xüsusi icraat qaydasında baxılmamış saxlanılan ərizənin tələbi ilə indiki iddia ərizəsinin tələbi üst-üstə düşmür. Belə ki, daha öncə ərizəçinin tələbi “mərhum əri X1 miras qalmış “VAZ 2106” markalı **-MS-*** dövlət nömrə nişanlı avtomobildən ibarət miras əmlakın tərəfindən qəbuledilməsi faktınının müəyyən edilməsi” olmuşdursa, hazırkı iddia ərizəsində iddiaçının tələbi “mərhum əri X1 miras qalmış“VAZ 2106” markalı **-MS-*** dövlət nömrə nişanlı avtomobildən ona və övladlarına düşən miras payın müəyyən edilməsi”dir.

14. İddiaçının özü də etiraf etmişdir ki, mərhum əri xx.xx.2020-ci il tarixdə vəfat etmiş, lakin o qeyd edilən mirasın qəbulu ilə bağlı xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi iddiaçı 10 ay 21 gün sonra mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cımaddəsinə əsasən miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İşin faktiki hallarından da göründüyü kimi iddiaçı özü də etiraf edir ki, miras əmlakdan bugünədək istifadə etməmiş, miras əmlakın faktiki ələ keçirməmiş, ona sahib durmamış və onun üzərində fiziki “ağalıq” etməmişdir. Miras əmlak oğlu vəfat edəndən hal-hazıradək onlarda olmaqla onlar həmin miras əmlaka sahiblik edir, ondan istifadə edir, həmin avtomobilin bütün baxımını həyata keçirməklə saz vəziyyətdə qalması üçün bütün tədbirləri görürlər. Həmin miras əmlaka faktiki qəbulu yalnız onlar həyata keçirmişlər.

15. Ona görə də, Şəki Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 2(075)- 113/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçı, cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat kontorunun nümayəndəsi və 3–cü şəxs X11 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras vərəsəlik açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. 1301-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. 1301.3-ci maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.

19. Qərarlar: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 26 iyul 2021-ci il tarixli Qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarı

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

22. Cavabdeh Şəki Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 2(075)- 113/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən iddianın mirasdan payın müəyyən edilməsi hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 26 iyul 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Nəzərə alınmalıdır ki, vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi miras əmlakın bölüşdürülməsindən daha mürəkkəb və əhəmiyyətli hüquqi fəaliyyətdir. Belə ki, şəxsin ləyaqətsiz vərəsə hesab olunub-olunmaması, vəsiyyətnamənin və ya vəsiyyət sərəncamının etibarsızlığı, mirasın qəbulu faktının olubolmaması kimi bir sıra mübahisələr birbaşa vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin müəyyənləşdirməsinə aid mübahisələrdir. Həmçinin Mülki Məcəllənin 1297- 1299-cu maddələrinə uyğun olaraq, miras payının bərabərləşdirilməsi üçün xüsusi töhfənin nəzərə alınması, miras qoyanın sağlığında bağışlamalar yolu ilə məcburi pay sahibi olan vərəsələrin məcburi paylarının pozulmasına səbəb olması hallarında, kimlərin kimlərə qarşı hansı nisbətdə mülki məsuliyyət daşıması və s. bu kimi hallarla bağlı hüquqi mübahisələr vərəsəlik paylarının müəyyən edilməsinə təsir göstərən mübahisələrdir. Odur ki, Mülki Məcəllənin 1291-ci maddəsi ilə yalnız miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisələrə baxılmasının məhkəmələrə aid edilməsinin nəzərdə tutulmasına əsaslanmaqla, vərəsələrin dairəsi və payların həcmi ilə bağlı mübahisələrə məhkəmələrdə baxılmasının istisna edilməsi hüquqi məntiqə zidd olar.

25. Bu qətnamənin 1-ci bəndində göstərilənlər işin mübahisəsiz hallarıdır. Apellyasiya şikayətinin bu qətnamənin 14-cü bəndində göstərilən dəlilləri müstəqil tələb irəli sürməyən 3-cü şəxsin birinci isntansiya məhkəməsinə verdiyi iddiaya etirazının dəlilləri ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsi həmin dəlillərə münasibət bildirərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına istinad etmişdir. Kollegiya əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarı hazırki iş birinci instansiya məhkəməsinin icraatında olduğu vaxt çıxarıldığından birinci instansiya məhkəməsi həmin qərarı hazırki işə tətbiq etməkdə haqlı olmuşdur. Həmin qərarda qeyd edilmişdir ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair konstitusiya təminatına da xələl yetirmiş olur.

26. Kollegiya apellyasiya şikayətinin bu qətnamənin 13-cü bəndində göstərilən dəlillərinə münasibət bildirərək qeyd edir ki, apellyatorun istinad etdiyi xüsusi icraat qaydasında iddiaya ayrı məhkəmə icraatı qaydasında baxılmış və iddia baxılmamış saxlanılmışdır. Hal-hazırda qaldırılan iddianın həmin iddia ilə eyniyyət təşkil etməsi şərti mövcud deyildir.

27. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən iddianın mirasdan payın müəyyən edilməsi hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3–cü şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 2(075)-113/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3–cü şəxs X11 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 2(075)-113/2024 nömrəli qətnaməsi iddianın mirasdan payın müəyyən edilməsi hissəsində dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar