Məhkəmə qərarları › İş №2(107)-537/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-537/2021

01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-537/2021 01.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(033)-907/2020 nömrəli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hakim Elbrus Məmmədov) xx xxxxxxx 2020-ci il tarixli 2(033)-907/2020 nömrəli qətnaməsi ilə İddiaçı cаvаbdeh Cavabdeh qаrşı maddi ziyanın ödənilməsi tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, İddiaçı sıradan çıxmış qab-qacağın dəyəri olan 45 manat, stol və stulların təmiri üçün tələb olunan 305 manat, televizor və pultun dəyəri olan 95 manat, vitrin soyuducusu sıradan çıxdığından 170 manat, su qızdırcısının dəyəri olan 25 manat, emulsiyanın dəyəri olan 23 manat, ödənilməmiş icarə haqqı 50 manat, əl-üz yuyan tülpan (ev) 60 manat, 270 manat borc pul, cəmi 1043 manat və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehiddiaçı Cavabdeh verilməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) 4500 manat maddi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eləcə də, Cavabdeh birinci instansiya məhkəməsinə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək 1311,84 manat vurulmuş maddi ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və qarşılıqlı iddia ərizəsi icraata götürülmüşdür. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə aralarında xx.xx.2019-cu il tarixdə müqavilə bağlayaraq cavabdeh özünə məxsus olan Ü.Hacıbəyov küçəsində tikilmiş avtomobil təmiri sexində yerləşən kafeni o hər ay 50 manat olmaqla icarəyə götürmüşdür. Lakin cavabdeh vergidən yayınmaq məqsədi ilə müqaviləyə 50 manat yazmış, faktiki olaraq isə icarə haqqı 150 manat almışdır. Müqavilənin şərtlərinə uyğun olaraq o, üzərinə düşən bütün öhdəlikləri vaxtında və lazımi qaydada icra etmişdir. X2 bölməsinin 9-cu bəndinə əsasən müqavilə müddətsiz bağlanmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə heç bir əsaslı səbəb olmadan onun kafedən çıxmasını tələb etmişdir. X2 bölməsinin 5-ci bəndinə əsasən müqavilə şərtlərinin birtərəfli qaydada pozulması nəticəsində tərəflərə dəymiş ziyan, şərtləri pozmuş tərəfin hesabına ödənilməlidir. Cavabdehin qanunsuz hərəkəti nəticəsində ona 4500 manat maddi ziyan dəymişdir. Belə ki, o, həmin obyekti işlətməklə hər gün 25 manat gəlir əldə etmişdir (25X30=750 manat, 750X6=4500). Bu faktı isə iş materiallarına əlavə olunmuş Vergi Bəyannaməsi və digər sənədlərlə tam sübuta yetirilir. İddiaçı birinci instansiya məhkəməsinin iclasında ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh iddia tələbini bununla əsaslandırmışdır ki, o, sahibkar olaraq İddiaçı torpaq deyil, yalnız kafe-çayxananı və yaşayiş evini icarəyə vermişdir ki, bu da icarə müqaviləsində öz əksini tapmışdır. İddiaçı cəfəngiyyatla dolu iddia ərizəsi kim tərəfindən yazılmışsa da, onların icarə münasibətlərinə heç bir uyğunluqu yoxdur. Reallıq isə aşağıdakılardan ibarətdir. Qax şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən, ona məxsus avtomobil təmiri sexindəki 30 m2 sahəni, kafe-çayxananı yerli vergi orqanlarının tərtib etdiyi icarə müqaviləsi fomasında (blankında) İddiaçı icarəyə vermişdir. Müqavilədə icarə müddəti 1 (bir) il, yəni xx.xx.2019-ci il tarixdən xx.xx.2020-ci il tarixədək qüvvədə olduğu göstərilmişdir. İcarə müqaviləsinin qüvvədə olduğu müddətdə onun hərəkətləri və hərəkətsizliyi nəticəsində evinə və kafesinə 1324.84 AZN ziyan dəymişdir. Bu 1 (bir) il ərzində İddiaçı və onun oğlu Mahmudla aralarında xırda narazılıqlar olsa da, bunlara göz yummuşdur. Eyni zamanda sexin işçiləri, ətraf qonşular və müştərilər onların kobudluqları, müştərilərə yarıtmaz və keyfiyyətsiz xidmət göstərdikləri barədə mütəmadi olaraq şifahi şəkildə ona bildirirdilər. Onların davranışlarının nəticəsi olaraq müştərilərin sayı azalmış, sex işçilərinin böyük əksəriyyəti isə onların xidmətindən imtina etmişdilər. Nəticə etibarı ilə Cabbarovlar mütəmadi olaraq ona müştəri azlığından gileylənirdilər. O isə bütün bunların səbəbini, onların müştərilərlə kobud rəftar etdiklərinə görə baş verdiyini bildirmişdir. Belə ki, İddiaçı (eyni zamanda oğlu) 2020-ci ilin may ayında ona müraciət etmişdir ki, həyat yoldaşı ağır əməliyyat olunub və bütün günü kafenin işini görə bilmir. Odur ki, mətbəx işlərini görmək üçün kafeyə başqa bir qadın cəlb etmək istəyirlər. Bu təkliflə əlaqədar onları xəbərdar etmişdir ki, əvvəllər bu kafedə, bu ad altında qadınları işə cəlb etmək istəyiblər. Onların məqsədi ona bəlli olan günü, 1-2 gün ərzində icarədarla bağlanmış müqaviləyə xitam vermişdi. Cabbarovlar işə dəvət etdiyi qadının tanışları olduğunu, onlarla birgə işə gəlib-gedəcəyini bildirdilər. Əlavə olaraq qadının kirayə qalması üçün kirayə haqqını özləri ödəmək şərti ilə onun evini (kirayəyə vermək üçün nəzərdə tutulan) istədilər. Adətən o, evini yalnız evli adamlara kirayəyə vermişdir. Bu dəfə isə onların işinin xatirinə razılıq vermişdir. Belə olduğu halda tanışlarının kafedə işləməyinə razılıq vermişdir. x xxxx 2020-ci ildə Mahmud Cabbarovla evin kirayə haqqını 120 manata razılaşmışlar. x xxxx 2020-ci ildə İddiaçı "qızlar gəlib, Sizdə tanış olun və tapşırıqlarınızı verin" deyə onu kafedəki köşkə dəvət etmişdir. Gəldikdə görmüşdür ki, stol arxasında 1 (bir) deyil, 2 (iki) qadın əyləşmişdir. Bu zaman İddiaçı: -"siz mənə 1 (bir) qadının gələcəyi haqqında məlumat vermişdiniz"- deyə bildirmişdir. İddiaçı isə cavab olaraq "onlar qohumdurlar, yerləşdirdikdən sonra ikincisi gedəcək" dedi. Buna o, etiraz etməmişdir. Qadınlara yataq dəsti istənildikdə isə o, qəti etiraz etmişdir. İki gün keçməsinə baxmayaraq qadınların hər ikisi hələ də evində qalır, eyni zamanda kafedə görünürdülər. Bu isə onu narahat etməyə başlamışdır. xx.xx.2020-ci il tarixində saat 11:00 radələrində İddiaçı kafenin qabağında tövsiyə etmişdir ki, axşamlar kafedə olsun. Ona izah etmişdir ki, axşamlar onun kafedə olması orada baş verə biləcək hər hansı xoşagəlməz hadisənin qarşısını ala bilər. İddiaçı isə onun bu tövsiyəsini qulaqardına vuraraq dediklərinə əməl etməmişdir. xx.xx.2020-ci il tarixində saat 23:30 radələrində evinə olmuş telefon zənginə görə kafeyə gəlmiş və müşahidələr aparmışdır. Orada əyləşmiş yetkin qonşularının Cabbarovların gətirdikləri qadınlar burada, özlərini necə apardıqları ilə bağlı söylədiklərini dinləmişdir. Həmin an İddiaçı kafedə yox idi, əvəzində isə oğlu Mahmud Cabbarov kafedə idi. Mahmud Cabbarovun danışıq mədəniyyətinə ya cəmiyyət arasında özünü ifadə tərzinə bələd olduğuna görə avtomobilinə dəvət etmiş, orada ona bildirmişdir ki, bu qadınları sabahdan kafedə və evində görmək istəmir. Təbii ki, bu tələbi M.Cabbarov tərəfindən çox aqressiv qarşılandı. M.Cabbarov səylərinə baxmayaraq maşından düşərək camaat içərisində ucadan danışaraq onu hədələməyə başlamış və qadınların burada qalaraq öz işlərinə davam edəcəklərini bildirdmişdir. Qərarı qəti olduğundan qadınlardan, xx.xx.2020ci il tarixində səhər saat 10:00 radələrində evini tərk etməyi xahiş etmiş və onlar həmin an evindən çıxıb getmişlər. Onlar getdikdən sonra həyat yoldaşı evi təmizləyərkən bir boşqab siqaret kötüyünü İddiaçı həyat yoldaşına göstərərək, belə qadınların evlərinə və kafesinə layiq olmadığını söyləmişdir. Bir gün sonra isə görmüşdür ki, kafedə başqa bir qadın işçi kimi müştərilərə xidmət edir. Həmin qadının da bir gün əvvəl kafedə olduğunu görmüşdür. Bunun nəticəsi olaraq İddiaçı belə qadınların kafedə işləməsinə dair qonşularının etirazini və onun bu hala yol verməyəcəyini bir daha söyləmişdir. Yaşının bu ahıl vaxtında İddiaçı bu mövzuya biganə qalması, adi hal kimi baxması onu qəti addımlar atmağa, habelə qonşularının qarşısında, evinin 100 metrliyində, hər tərəfin ailəli insanlarla əhatəli olduğu bir məkanda onun yaratmaq istədiyi mühitə yol verməyəcəyini ona sərt şəkildə bildirməyə vadar etmişdir. Bu şərtlərlə razılaşan İddiaçı sabaha qədər bu məsələni həll etmək üçün vaxt istəmişdir. xx.xx.2020-ci il 19:00 radələrində həmin qadının yenədə kafedə müştərilərə xidmət etdiyini görmüşdür. İddiaçı təkrarən tələb etmişdir ki, qadının qeydiyyata alınana qədər kafedə işləməsinə icazə vermir. Əvəzində İddiaçı müxtəlif bəhanələr gətirərək (qadının şəxsiyyət vəsiqəsinin Bakıda olduğunu, qeydiyyat yerinin Ağdaş rayonu olduğunu və s. söyləyərək) qeydiyyat işinin belə tezliklə olmayacağını bildirmişdir. Qəti şəkildə qeydiyyata düşməyənədək kafedə işləməsinə icazə vermədiyini bildirdikdə isə, Cabbarovlar və həmin qadın birləşərək şəxsiyyətinə qarşı təhqir, şantaj, nalayiq və qeyri-etik ifadələrlə onu əsəbləşdirərək onlara qarşı kobudluq və qanunsuz hərəkətlərə sövq etməyə cəhd etmişlər. Bu vaxt qəti qərara gəlmişdir ki, təmkinli olsun və müqavilə şərtinin 9-cu bəndinə uyğun olaraq bir ayın keçməsini gözləsin. Çünki, müqavilənin əsas vaxtı bitmişdi. İddiaçıların qonşularının və işçilərinin qarşısındakı təhqir, söyüş və şantajları eşitmək dözülməz olsa da, buna dözməyi qərar vermişdir. Kafedə əyləşən qonşuları onun buradan getməsini təmin etmiş və o məsələnin daha böyük məcraya yönəlməməsi üçün kafedən çıxaraq evinə getmişdir. xx.xx.2020-ci ildə o, polis şöbəsinə - sahə müvəkkilinin yanına dəvət olunmuşdur. Polis şöbəsinə gəldikdə sahə müvəkkilinin yanında M.Cabbarovun oturduğunu görmüşdür. Ona bildirilmişdir ki, İddiaçı polis şöbəsinə onun barəsində şikayət ərizəsi vermişdir. O, sahə müvəkkilinə baş vermiş hadisələri müfəssəl şəkildə izah etmişdir. Məsələni araşdıran polis əməkdaşı kompromis variant kimi kafedə heç bir qadının işləməməsi şərti ilə Cabbarovların iyul ayının sonuna qədər kafedə işləmələrinə icazə verməsini tövsiyyə etmişdir. Onların ayın sonunadək kafedə işləmə təklifini qəbul etmişdir. Bir şərtlə ki, kirayə verdiyi evdən çıxsınlar. Bu məsələdə də ona humanistlik edərək ayın sonunadək evdə qalmasına icazə verməsini xahiş etdilər. Təbii ki, bu xahişi də qəbul etmişdir. Lakin, bütün bunların qarşılığında İddiaçı onun humanistliyini qorxaqlıq kimi qəbul edərək xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək 4500 AZN təzminat tələb etməklə cavab vermişdir. Yuxarıda qeyd etdiyi kimi İddiaçı cəfəngiyyatla dolu iddia ərizəsində gündəlik gəlirini 25 AZN göstərməklə aylıq gəlirinin 750 AZN manat olduğunu qeyd edir. Amma, göstərdiyi aylıq 750 AZN gəlirini nə üçün 6 rəqəminə vurduğunu və 4500AZN-İ (750AZNx6=4500AZN) hansı əsasla tələb etdiyini göstərmir. Maraqlıdır ki, niyə aylıq gəlir olan 750 AZN 5,7 və ya 8-ə deyil 6 rəqəminə vurulur? Belə mülahizə edir ki, bunun səbəbi onun başqa adamlara bu məbləğdə borcu olması ilə bağlıdır. Həmişə söhbət əsnasında: "borc içində ölürəm, bu qədər borcum var"- deyirdi. Belə qənaətə gəlir ki, onların məramı onu və sexin işçilərini provokasiya edərək özlərinə qarşı xəsarət yetirtmək, bu yolla pul əldə edib borclarını ödəməkdən ibarətdir. Bunu sexdəki işçilərinə də izah etmişdir və Cabbarovlarla ehtiyatlı olmalarını tövsiyə etmişdir. O isə dərhal baş vermiş hadisə barəsində xx.xx.2020-ci il tarixdə sahə müvəkkilinə şifahi olaraq məlumat vermişdir. Sexlərinə gələn sahə müvəkkili İddiaçıla ciddi söhbət apararaq özlərinin qanunsuz əməllərindən və fitnələrindən əl çəkmələrini tələb etmişdir. Baş vermiş hadisələrin analizindən belə nəticə hasil olur ki, İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etməklə başqa borclularının qarşısında vaxt udmağa çalışır. xx.xx.2019-cu ildə İddiaçıla aralarında bağlanmış müqaviləyə xx.xx.2020-ci ildə xitam verilmişdir. Müqavilələrin qüvvədə olduğu müddətdə istifadə etdiyi, ona məxsus kafedə və kirayə qaldığı evində yaşayarkən ona və əmlakına xeyli miqdarda və müxtəlif formada ziyan vurmuşdur. Belə ki, İddiaçıla xx.xx.2019-cu il tarixdə icarə müqaviləsi bağlayarkən kafedə olan, ona məxsus qab-qacaq və bütün inventarlar ona təhvil verilmiş və həmin günü təhvil-qəbul aktı yazılmışdır. Həmin aktda o (Cavabdeh) təhvil verdiyini, İddiaçı isə təhvil aldığını öz imzaları ilə təsdiq etmişlər.(Akt əlavə olunur) Aktda istifadəyə yararsız inventarlar "yararsız" kimi qeyd edilmişdir. Lakin, İddiaçı xx.xx.2020-ci ildə kafedən və kirayə qaldığı evindən gedərkən nə kafenin təhvil-qəbul aktı yazılmamış, nə də evini normal şəkildə təhvil verməmiş, qaçmışdır. Belə ki, kafeyə baxış keçirdikdən sonra (evə heç baxış belə keçirilməyib) ofisdə İyul ayında istifadə etdiyi kommunal xərclərin - qazın və işığın dəyərini, həmçinin İyul ayına aid evin kirayəsi və kafenin icarə haqqının fərqlərini hesabladıq. Hesablamanın bu hissəsinə görə İddiaçı ona 75.8 AZN (qaz 38.8 AZN, işıq 50.04 AZN, İyul ayının İşləmədikləri 8 günlük icarə haqqı olaraq - 13 AZN çıxılır). ( 38.8 +50.04 )-13 AZN=75.8 AZN) borclu qaldı. Bu zaman oğlu və həyat yoldaşı evdə olan əşyaları maşına yığmış və sexə yaxınlaşmışlar. Kommunal borcunun məbləğini (75.8 AZN) öyrənən İddiaçı "-üstümdə pul yoxdu, həyat yoldaşımdan alıb gəlirəm" - deyə otaqdan çıxmış və sexin yaxınlığında olan, ev əşyalarını yüklədikləri maşına oturaraq qaçmışlar. Bundan sonra dəymiş ziyanları aşağıdakı kimi hesablamışdır. İddiaçı verilən əmlaklarla bağlı akt tərtib edilmiş, həmin akt imzaları ilə təsdiq etmişlər.(Akt əlavə olunur) Aktda istifadəyə yararsız inventarlar "yararsız" kimi qeyd edilmişdir. Lakin, İddiaçı xx.xx.2020-ci ildə kafedən və kirayə qaldığı evimdən gedərkən nə kafenin təhvil-qəbul aktı yazılmamış, nə də evimi normal şəkildə təhvil verməmiş, qaçmışdır. Bundan sonra dəymiş ziyanları aşağıdakı qaydada hesablamışdır.

1. Kafedə istifadəsinə verilmiş qab-qacaqlar səliqəsiz istifadə olunduğundan çoxu (bıçaq, çəngəl, çayniklər və s.) yararsız hala düşmüş, sınmış və paslanmışdır. Burada dəymiş ziyan 45 AZN məbləğindədir: (24 + 10,5 +10,5 = 45). 2. Təhvil verilmiş 8 ədəd yemək stolundan 1 ədədi kəsirdir. Qalan 7 stoldan 6-sı isə etinasızlıqla, laqeydliklə istifadə edilmişdir. Stolla 2019-2020-ci ilin yay mövsümündə demək olar ki, daimə çöldə, açıq havada qalmışdır. Yağışlı havalarda yağış altında qalmış stolların üstünün laminatı islanmış və şişmişdir. Onların üstlərinin dəyişdirilməsinə və əsaslı təmirinə ehtiyac vardır. Kəsr olan 1 ədəd stol isə mütəmadi olaraq çöldə qaldığından oğurlanması ehtimal olunur). Burada dəymiş ümumi ziyan: 305 AZN məbləğindədir: (65 + 240 = 305). a) Əksik stolun dəyəri 65 AZN ; b) 6 stolun hər birinin təmirinə 30 AZN-lik material və 10 AZN usta pulu olmaqla ümumi təmir xərcləri 240 AZN təşkil edir. (6 x (30+10)=240 AZN). 3. Kafedə istifadə etdiyi cari qaz borcu 38.8 AZN -dir.(Qaz idarəsinin fakturası İddiaçı verilmişdi). Həmin borcun 20 AZN-i İyun ayına aid olduğuna görə köhnə borc kimi qaz idarəsinin tələbinə əsasən tərəfimdən 07.Ü8.202ÜCİ ildə artıq ödənilmişdir.(çekin surəti əlavə olunur). 4. Kafenin elektrik sayğacının 17,06.2020-ci il tarixdə göstəricisi 10991,xx.xx.2020-ci il tarixə olan göstərici isə 11547 olmuşdur. Beləliklə cadi dövrdə sərfiyyat 556 kv olmuşdur ki, buda öz növbəsində 50.04 AZN təşkil edir.(**********=556kV; 556kV x 0.09 azn = 50.04 AZN) 5. Kafedə olan SAMSUNG markalı televizor işlək vəziyyətdə ona təhvil verilməsinə baxmayaraq, hal-hazırda nasaz vəziyyətdədir. Televizor onlar tərəfindən təmir məqsədilə ustaya aparılmış, lakin təmir olunmadan, sökülmüş vəziyyətdə geri qaytarılmışdır. Həmin televizorun işlənmişinin bazar qiyməti təqribən 90 AZN-dir. Eyni zamanda sputnik antenasının moderninin distansion pultu yerində yoxdur. Onun satış qiyməti 5 AZN-dır.Bu inventarlara görə dəymiş ziyan 95 AZN- məbləğindədir: (90+5=95).a) Televizor : 90 azn b) uzaqdan idarə edici (pult): 5 AZN. 6. Kafedə olan,saz vəziyyətdə onlara təhvil verilmiş vitrin soyuducusunun yan şüşəsi laqeydlik səbəbilə sınmış, istifadə qaydalarına riayət olunmadığından nasaz vəziyyətə düşmüşdür. Halhazırda işlək deyil. Usta soyuducunun təmiri üçün 170 AZN tələb olduğunu söyləmişdir. 7. Kafedə olan su qızdırıcısından düzgün istifadə etmədiklərinə görə təmirə ehtiyacı vardır. Usta təmir xərcinin 25 AZN olduğunu qeyd etmişdir. Müqavilə şərtlərinin 8-ci bəndinə əsasən icarəyə götürən icarəyə götürdüyü sahəni icarəyə götürdüyü vəziyyətdə təhvil verməlidir. Ötən dövr ərzində İddiaçı tərəfindən heç bir cari təmir işləri görülməmişdir. Hətta, İddiaçı təmir üçün 10 kq emulsiya və digər mal-material və ləvazimatlar verməyinə baxmayaraq heç bir təmir işləri aparılmamış, nəticədə 23 AZN-lik emulsiya xarab olmuşdur. Bunuda baxış zamanı aşkar etmişdir. 9. Kafedə istifadə olmuş Wİ-Fİ internet sisteminin aylıq 10 AZN abunə haqqı İddiaçı tərəfindən mütəmadi olaraq əvvəlki aylar üzrə ödənilmişdir. Çünki internet resurslarına çıxışın olması kafedə müştəri məmnuniyyətinə müsbət təsir göstərən, başlıca amillərdən biridir. Lakin xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixədək internet resurslarından istifadə etmələrinə baxmayaraq aylıq 10 AZN-lik abunə haqqı İddiaçı tərəfindən ödənilməli olduğu halda ödənilməmişdir, internet xəttinin kəsilməməsi üçün həmin məbləğ də tərəfindən ödənilmişdir. 10. Bütün dünyada tüğyan edən Koronavirus ( COVİD-19) pandemiyası ilə mübarizə tədbirləri kimi 2020-ci ilin aprel ayında dövlət tərəfindən rayonlarında karantin rejimi tətbiq olundu və bu məqsədlə kafe və restoranların fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdır. Bununla əlaqədar dövləti sahibkarlara dəstək və mövcud xərclərini ödəmək məqsədi ilə hər bir sahibkara 250 AZN məbləğində pul ayırmışdır. İddiaçı həmin ayı işləməmiş və dövlət yardımını almışdır. O, aprel ayı üçün icarə haqqını ödəməmiş, bir aylıq icarə haqqını isə ona güzəşt etməyini xahiş etmişdir. Onun xahişini nəzərə alaraq ödəməni təxirə salmış və bildirmişdir ki, bunun tam bağışlanması onun özünü necə aparmasından asılıdır. Lakin ötən iki ay ərzində onun davranışları normal olmamışdır. Son nəticədə evində yaşayan, kafedə qazandığı pul ilə ailəsini saxlayan birisinin özü və oğlu tərəfindən ona qarşı etdiyi hörmətsizliklər, işçiləri və kafeyə gələn çoxsaylı müştərilər qarşısındakı təhqirləri, söyüşləri qəbul olunmazdır və həmin ay üçün təxirə saldığı icarə haqqı olan 50 (əlli) manatı tələb edir. 11. Bundan başqa xx.xx.2020-ci il tarixinə İddiaçı ev kirayəsi və kafenin icarə haqqından ona 270 AZN borcu qalmışdır. ( bu barədə öz imzasıyla təsdiq etdiyi qəbz əlavə olunur). Həmin borcun da ödənilməsini tələb edir. 12. İddiaçı 2020-ci ilin 3 ayını evində kirayəçi kimi qalmışdır. xx.xx.2020-ci il tarixdə kirayə qaldığı evdəki su qızdırıcısından düzgün istifadə etməməsi boruların qızmasına səbəb olmuş, rekorun (fitting) rezbası belə yerindən çıxmış, nəticədə laminat polunun üzərinə qaynar su axmışdır. İslanmış laminatların şişməsi səbəbindən halhazırda döşəməni dəyişmiş, metlaxla əvəz etməli olmuşdur. Baş vermiş qəzanın aradan qaldırılması, boruların və rekorun dəyişdirilməsi üçün İddiaçı şəxsən usta dəvət etmişdir. Usta xx.xx.2020-ci ildə boruları təmir etmiş, lakin təmir pulunu İddiaçı ödəməli olduğu halda ödəməmişdir. Bu halda ona dəymiş ziyan borularla bağlı 23 AZN, laminatın dəyişdirilərək metlaxla əvəz olunması 160 AZN olmaqla ümumi 183 AZN təşkil etmişdir. İddiaçı tərəfindən dəymiş ziyan ən azından qismən belə olsa ödənilməli olduğu halda 1 (bir) manat belə ödənilməmiş, bütün xərcləri özü ödəmişdir. 13. Cabbarovların yaşadıqları evin vanna otaqlarında əl-üz yumaq üçün istifadə olunan tülpan qeyri normal hərəkətləri və istifadələri səbəbindən sınmışdır. Bunu onlar evi təhvil vermədən getdikdən (qaçdıqdan) sonra görmüşdür. Belə ki, xx.xx.2020-ci il tarixində su qızdırıcısmın təmiri zamanı həmin hadisə baş verməmişdir. Nəticədə dəymiş ziyan əl-üz yuyan və onun quraşdırlması ilə birgə 60 AZN təşkil edir. Ümumilikdə evə dəymiş ziyan 243 AZN təşkil edir.(183 AZN + 60 AZN = 243 AZN). Beləliklə, İddiaçıla aralarında olan icarə müqaviləsinin qüvvədə olduğu xx.xx.2019-ci ildən xx.xx.2020-ci il tarixədək olan müddətdə onun hərəkətləri və hərəkətsizliyi nəticəsində evinə və kafesinə dəymiş ziyan ümumi olaraq 1324.84 AZN təşkil edir. İyul ayının işləmədiyi 8 gününə görə 13 AZN çıxdıqda İddiaçı ona vurmuş olduğu ziyan 1311.84 AZN təşkil edir. Xahiş edir, həmin 1311.84 AZN və məhkəmə rüsumu olaraq ödədiyi 30 AZN, cəmi 1341.84 AZN-nin İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılsın. Qabqacağın dəyəri 45 AZN, stol və onların təmiri 65 AZN + 240 AZN=305 AZN, Qaz 38.8 AZN, işıq 50.04 AZN, Televizor və pult 90 AZN + 5 AZN = 95 AZN, Vitrin soyuducusu 170 AZN , Su qızdırıcısı (KAFE) 25 AZN, Emulsiya 23 AZN, İnternet 10 AZN, İcarə ( Aprel ayı - KAFE) 50 AZN, borc 270 AZN, Su qızdırıcısı və polun təmiri (Ev) 183 AZN, Əl-üz yuyan tülpan (Ev) 60 AZN, dəymiş ümumi ziyan 1324.84 AZN, məhkəmə rüsumu 30 AZN., tələb olunan ümumi məbləğ 1354.84 AZN, İddiaçı qaytarılacaq məbləğ 13 AZN ilk iddia üzrə iddiaçıdan alınaraq ona verilməlidir. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında qarşılıqlı iddianın təmin, ilk iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(033)-907/2020 nömrəli qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020ci il tarixli 2(033)-907/2020 nömrəli qətnaməsinin ilk iddianın təmin edilməyən hissədə və qarşılıqlı iddia ərizəsinin təmin edilən hissəsində ləğv edilərək ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi və saxta müqavilə tərtib edərək təqdim etdiyi üçün Cavabdeh barəsində xüsusi qərardad qəbul edilərək aidiyyəti üzrə Qax rayon prokurorluğuna göndərilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 və vəkili X1 izahatlarında apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(033)-907/2020 nömrəli qətnaməsinin ilk iddianın təmin edilməyən hissədə və qarşılıqlı iddia ərizəsinin təmin edilən hissəsində ləğv edilərək ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi və saxta müqavilə tərtib edərək təqdim etdiyi üçün Cavabdeh barəsində xüsusi qərardad qəbul edilərək aidiyyəti üzrə Qax rayon prokurorluğuna göndərilməsini xahiş etdilər. Əlavə olaraq izahatlarında bildirdilər ki, İddiaçı uzün illərdir ki, fərdi sahibkar kimi fəaliyyət göstərir və vergi orqanlarında fərdi sahibkar kimi qeydiyyatdadır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(033)- 907/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, 2009-cu ildən bəri fərdi sahibkar kimi fəaliyyət göstərir və vergi orqanlarında fərdi sahibkar kimi qeydiyyatdadır. Mübahisə predmetinə aid olan kafe özünə məxsus olan və orada sahibkarlıq fəaliyyətini həyata keçirərək qazanc əldə etdiyi avtomobil servisinin “Avtoservis” daxilində yerləşir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Məhkəmə kollegiyası İddiaçı iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən xx.xx.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı və Cavabdeh arasında icarə müqaviləsi bağlanmışdır. Tərəflərin hər ikisi fərdi sahibkar kimi vergi orqanında qeydiyyata alınmışlar. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 4500 manat maddi ziyanın ödənilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eləcə də Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək 1311,84 manat vurulmuş maddi ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş Birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilərək, İddiaçı sıradan çıxmış qab-qacağın dəyəri olan 45 manat, stol və stulların təmiri üçün tələb olunan 305 manat, televizor və pultun dəyəri olan 95 manat, vitrin soyuducusu sıradan çıxdığından 170 manat, su qızdırcısının dəyəri olan 25 manat, emulsiyanın dəyəri olan 23 manat, ödənilməmiş icarə haqqı 50 manat, əl-üz yuyan tülpan (ev) 60 manat, 270 manat borc pul olmaqla, cəmi 1043 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq Cavabdeh verilməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin edilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinə mahiyyəti üzrə baxmaqla prosessual pozuntuya yol vermişdir. Belə ki, işin həqiqi hallarından görünür ki, tərəflərin hər ikisi sahibkarlıq fəaliyyəti ilə məğşul olan fiziki şəxslərdir. Belə ki, İddiaçı xx.xx.2019-cu ildə ********** nömrəli VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) və Cavabdeh xx.xx.2009-cu ildə ********** nömrəli VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) verilməklə onlar fiziki şəxs olaraq vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyata alınmışlar. Həm iddiaçı, həm də cavabdeh fərdi sahibkarlıqla məşğul olan şəxslərdir. Hazırda baxılan mübahisə də onların sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmışdır. Belə ki, Cavabdeh özünə məxsus Qax şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 442 kvm qeyriyaşayış sahəsinin 30 kv.m. hissəsini (kafeni) xx.xx.2019-cu il tarixli 07 saylı icarə müqaviləsi əsasında 1 il müddətinə, yəni xx.xx.2020-ci il tarixədək İddiaçı icarəyə vermişdir. Hansı ki, həmin müqavilə qanunvericiliyə uyğun olmaqla 3 nüsxədə tərtib edilərək 1 nüsxəsinin vergi orqanına təqdim edilməsi nəzərdə tutulmuşdur. Sözügedən müqaviləni tərəflər öz imzaları ilə təsdiq etmişlər. Həmin icarə müqaviləsi əsasında İddiaçı sözügedən obyektdə əhaliyə iaşə xidməti göstərmiş, qazanc əldə etmiş, eyni zamanda vergi ödəyicisi olmuşdur. Həmin sahibkarlıq obyekti olan kafenin fəaliyyəti zəminində tərəflərin arasında mübahisə yarandığından onlar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşlar. Göründüyü kimi, tərəflər qanuni əsaslarla fərdi sahibkar kimi peşəkarcasına sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar, iddianın predmetinə aid olan məsələlər onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı yaranmışdır. Tərəflərin arasında yaranan münasibətdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zəminində yarandığına görə kommersiya xarakterlidir. Belə olan halda, tərəflərin hər ikisi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər olduğundan, tərəflər arasında yaranmış mübahisə isə kommersiya xarakterli olduğundan işə mülki icraat qaydasında deyil, kommersiya icraatı qaydasında Şəki Kommersiya Məhkəməsində baxılmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli 10 nömrəli qərarının: 3-cü bəndinə əsasən, məhkəmələr nəzərə almalıdır ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə (ümumi və ya kommersiya məhkəməsi üzrə) düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Qeyd olunan prosessual hüquq normalarının tələblərinə uyğun olaraq məhkəmələrə izah edilir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Yəni, bu norma heç də aidiyyəti üzrə göndərilmiş işin onu qəbul edən məhkəmə tərəfindən iddia ərizəsinin MPMin 149, 150-ci maddələrinin tələblərinə cavab verməməsi əsası ilə MPM-in 152-ci maddəsinə istinad etməklə tərəfə geri qaytarılmasının qarşısını almır. Məhkəmələr tərəfindən işlərin aidiyyəti üzrə göndərilməsi zamanı MPM-in 10-1-ci maddəsinin tələblərinə riayət edilməsi baxımından kağız daşıyıcılarında olan iş materiallarının elektron sənədə çevrilməsi ilə bağlı “Elektron məhkəmə” informasiya sisteminin imkanlarından istifadənin zəruriliyi də diqqətdən kənarda qalmamalıdır. 8-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, MPM-in 418.4.9 və 418.5-ci maddələri ilə işin məhkəmə aidiyyəti üzrə düzgün baxılmaması kobud prosessual pozuntu kimi apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi əsası kimi nəzərdə tutulduğundan, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apellyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apellyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apellyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar. 27-ci bəndində göstərilir ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26-cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır. İstinad olunan Plenum qərarının tövsiyəsindən birmənalı görünür ki, fərdi sahibkar statusuna malik olan, yəni vergi uçotuna alınmış fiziki şəxslərin arasında sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə, kommersiya icraatı qaydasında kommersiya məhkəmələrində baxılmalıdır. Lakin belə olduğu təqdirdə birinci instansiya məhkəməsi işə kommersiya icraatı qaydasında kommersiya məhkəmədə baxılmalı olması qənaətinə gələrək məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərmək əvəzinə mülki icraat qaydasında mahiyyəti üzrə baxıb qətnamə qəbul etmişdir. Bununla da, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən məhkəmə aidiyyəti qaydaları pozulmuşdur. Bu, həm də aşağıda qeyd edilən qanunvericilik normalarından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. İnsаn Hüquqlаrı üzrə Аvrоpа Məhkəməsinin Vаsilesku Rumıniyаyа qаrşı iş üzrə 22 mаy 1998-ci il tаrixli qərаrındа ifаdə etdiyi hüquqi mövqeyə əsаsən, yаlnız işə bаxmаq üçün tаm həcmdə səlаhiyyətə mаlik оlаn məhkəmə Kоnvensiyаnın 6-cı mаddəsində əks оlunаn «məhkəmə» аnlаyışının tələblərinə cаvаb vermiş оlur. Azərbaycan Respublikası MPM-nin: 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-cü maddəsinə görə, məhkəmə özü də, mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-cü maddəsinə görə, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.5-ci maddəsinə görə, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 385.1.1-ci mаddəsinə görə, mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 387.2.1-ci maddəsinə görə, işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(033)-907/2020 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ilk və qarşılıqlı iddia üzrə Cavabdeh İddiaçı qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iş məhkəmə aidiyyəti üzrə kommersiya icraatı qaydasında baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400 və 402-405-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikаyət qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(033)-907/2020 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ilk iddiası və Cavabdeh İddiaçı qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə iş kommersiya icraatı qaydasında baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərаrdаd çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar