Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-538/2022 19.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiаçılar İddiaçı2 və İddiaçı1 cаvаbdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə, həmin evdən istifadə üçün maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi tələbinə dаir mülki iş üzrə (Açar sözlər: evə köçürülmə tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İddiаçı İddiaçı2 nümayəndəsi X4, Cavabdeh1 və vəkili Vəkil1 iştirakları ilə, Şəki Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli, 2(075)-101/2022 saylı qətnaməsindən iddiаçılar İddiaçı2 və İddiaçı1 verdiyi apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiаçılar İddiaçı2 və İddiaçı1 cаvаbdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cаvаbdeh Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri F.Məmmədov küçəsi 39-da yerləşən evə iddiaçılar İddiaçı2 və İddiaçı1 və onların birgə nikahlarından olan uşaqları X1 və iddiaçıların evdən istifadələri üçün hər hansı maneçilik törədilməsinin cavabdehlər İddiaçı2 və İddiaçı1 qadağan edilməsi barədə qətnаmə çıxаrılmаsını xаhiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh1 onun babası, digər Cavabdeh2 isə onun nənəliyidir. Digər İddiaçı1 isə arvadıdır. O, hazırda atası Cabirin yaşadığı ünvan 1 ünvanında anadan olmuş, 2010-cu ilə kimi atasına məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. 30 iyul 2010-cu ildə isə o, Ülkərlə ailə qurmuş və ünvan 3-da yerləşən hazırda babası Cavabdeh1 adına olan fərdi yaşayış evinə köçmüşlər. Onlar 2010-cu ildə Şəki şəhəri F.Məmmədov küçəsi 39-da yerləşən evə köçərkən cavabdehlər də orada yaşamışlar. Şəki şəhəri F.Məmmədov küçəsi 39-da yerləşən evə köçdükdən sonra o, İddiaçı1 ilə birlikdə 2021-ci ilin sentyabr ayınadək həmin evdə yaşamışdır. Şəki şəhəri F.Məmmədov küçəsi 39-da yerləşən evdə yaşadıqları müddətdə, yəni 23 fevral 2016-cı ildə Ülkərlə birgə nikahlarından Nübar adlı uşaqları anadan olmuşdur. 2021-ci ilin sentyabr aynda isə cavabdehlər onları Şəki şəhəri F.Məmmədov küçəsi 39-da yerləşən evdən çıxartmışlar. Bu səbəbdən də 2021-ci ilin sentyabr ayndan digər İddiaçı1 və uşaqları Nübarla birlikdə kirayədə yaşamaqdadırlar. Şəki şəhəri F.Məmmədov küçəsi 39-da yerləşən fərdi yaşayış evi babası Cavabdeh1 adına olsa da evin yerləşdiyi torpaq sahəsi onun atası Cabir tərəfindən alınmış və həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmiş və evin inşası 2004-cü ildə başa çatsa da sonradan da həmin evdə müəyyən təmir işləri davam etdirilmişdir. Cavabdehlər onları Şəki şəhəri F.Məmmədov küçəsi 39-da yerləşən fərdi yaşayış evindən çıxartmaları səbəbli kirayədə yaşamaq məcburiyyətində qaldıqlarından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Həmçinin onun adına 2017-ci ildə Şəki şəhəri 118-ci kvartalda 0,06 ha torpaq sahəsi qeydiyyata alınsa da sonradan həmin torpaq sahəsi satılmışdır. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tаrixli, 2(075)-101/2022 saylı qətnaməsi ilə (hakim E.Mehdiyev) iddianın təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçılardan İddiaçı2 xx xxxxxx 1987-ci il tarixdə atası X4 mülkiyyətində olan ünvan 2 ünvanında anadan olmuş, 2010-cu ilə kimi atasına məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. İddiaçı2 30 iyul 2010-cu ildə nikahlarını rəsmi qaydada qeyd etdirməklə İddiaçı1 ilə ailə qurmuşdur. Birgə nikahdan onların 23 fevral 2016-cı ildə X5 adlı uşaqları anadan olmuşdur. Onlar nikaha daxil olduqdan sonra cаvаbdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadıqları, Cavabdeh1 məxsus Şəki şəhəri F.Məmmədov küçəsi 39-da yerləşən fərdi yaşayış evinə köçmüşlər. Onların birgə nikahdan 23 fevral 2016-cı ildə həmin evdə X5 adlı uşaqları anadan olmaqla iddiaçılar 2021-ci ilin sentyabr ayınadək mübahisə predmeti olan Şəki şəhəri F.Məmmədov küçəsi 39-da yerləşən fərdi yaşayış evində yaşamışlar. Həmin tarixdən sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Şəki şəhəri F.Məmmədov küçəsi 39-da yerləşən fərdi yaşayış evindən çıxarıldıqlarını göstərən iddiaçılar 2021-ci ilin sentyabr ayından kirayədə yaşadıqlarından onların və birgə nikahlarından olan uşaqları X3 Şəki şəhəri F.Məmmədov küçəsi 39-da yerləşən fərdi yaşayış evinə köçürülmələri və onların evdən istifadələri üçün hər hansı maneçilik törədilməsinin cavabdehlər İddiaçı2 və İddiaçı1 qadağan edilməsi barədə qətnаmə çıxаrılmаsını xаhiş edirlər. Cavabdeh tərəfdən isə iddia tələbi qəbul edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddiaçı tərəf məhkəmə iclasında verdiyi izahatında iddiaçıların nikaha daxil olduqdan sonra yəni 2010-cu ildə mübahisə predmeti olan evə köçdüklərini bildirdikləri halda Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında iddiaçıların ona məxsus evə gah 2011-ci ildə, gah da Röyalın ailə qurmasından bir il, yaxud da yarım il əvvəl köçdüyünü göstərmişdir. Cavabdehin vəkili tərəfindən isə həmin fikir qətiləşdirilərək iddiaçıların cavabdehlərə məxsus evə məhz 2011-ci ildə köçdüklərini göstərmişdir. Bu baxımdan məhkəmə Cavabdeh1 izahatındakı həmin qeyri-müəyyənliyi onun yaşı ilə bağlı hansısa məqamları yaddaşında saxlamaqda çətinlik çəkməsi ilə əlaqələndirir və tərəflərin izahatındakı ümumi oxşarlıqları nəzərə alaraq mübahisəli hüquq münasibətinin məhz 2010-cu ildə yaranmasını qəbul edir. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Cavabdeh1 hələ 16 aprel 1996cı il tarixdə mübahisə predmeti olan evin yerləşdiyi torpaq sahəsini əldə etmiş və həmin torpaq sahəsində iddiaçıların ora köçmələrinədək fərdi yaşayış evi inşa etmişdir. İddiaçılar isə 30 iyul 2010-cu ildə ailə qurub mübahisə predmeti olan evə köçərkən ev artıq hazır vəziyyətdə və istifadədə olmuşdur. Evin yerləşdiyi torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə Cavabdeh1 fərdi yaşayış evini inşa etməsi üçün ayrıldığından, iddiaçların köçməsinədək ev tam hazır vəziyyətdə və istifadədə olduğundan Cavabdeh1 artıq 30 iyul 2010-cu il tarixədək, yəni iddiaçıların oraya köçməsinədək ünvan 3-da yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə gözlənilən mülkiyyət hüququ yaranmışdır. Hansı ki, həmin hüquq heç bir müqavilə münasibətinə istinad edilmədən 18 dekabr 2015-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslində, yəni həmin fəsildə olan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. İddiaçılardan İddiaçı2 Cavabdeh1 nəvəsi olsa da yetkinlik yaşına çatmış bir şəxsdir. Əgər onun maddi yardıma ehtiyacı vardırsa belə bu halda o, ilk növbədə bu yardımı atasından almalıdır. Hansı ki, onun atası işləməklə əmək haqqı alan şəxs olduğu halda babası Cavabdeh1 pensiyaçıdır. Bundan başqa babası ilə yanaşı onun atası X4 da mülkiyyətində fərdi yaşayış evi vardır. Lakin İddiaçı2 tərəfindən özünün zəruri yaşayış şəraitinə ehtiyacı olduğu halda bu ehtiyacların atası X7 tərəfindən qarşılanmasının mümkünsüzlüyü əsaslandırılmamışdır. Digər İddiaçı1 isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin tələbi baxımından Cavabdeh1 özünün saxlanılmasını tələb etmək hüququna malik olan şəxslərin dairəsinə aid edilməmişdir. X2 isə Cavabdeh1 nəvəsi deyil, nəticəsidir. Babanın nəticə qarşısında aliment öhdəliyinin olması halı da Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslində nəzərdə tutulmamışdır. Beləliklə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarının tələbi baxımından iddiaçıların və onların azyaşlı uşağının mübahisə predmeti olan ünvan 3-da yerləşən fərdi yaşayış evinə köçürülmələri, onların evdən istifadələri üçün hər hansı maneçilik törədilməsinin aradan qaldırılmasına dair tələbləri əsaslı deyildir. Bu baxımdan iddiаçılar İddiaçı2 və İddiaçı1 cаvаbdeh Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri F.Məmmədov küçəsi 39-da yerləşən evə onların və onların birgə nikahlarından olan uşaqları X1 və iddiaçıların evdən istifadələri üçün hər hansı maneçilik törədilməsinin cavabdehlər İddiaçı2 və İddiaçı1 qadağan edilməsi barədə qətnаmə çıxаrılmаsını xаhiş etmişlər. Cavabdehlərdən Cavabdeh2 isə mübahisə predmeti olan əmlakın mülkiyyətçisi olmamaqla yanaşı iş üzrə iddiaçılar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin tələbi baxımından Cavabdeh2 özlərinin saxlanılmalarını tələb etmək hüququna malik olan şəxslərin dairəsinə aid edilməmişlər. Qeyd edilən səbəblərdən məhkəmə hesab etmişdir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cаvаbdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı hazırki iddia tələbində haqlı deyildirlər. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiаçılar İddiaçı2 və İddiaçı1 cаvаbdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cаvаbdeh Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri F.Məmmədov küçəsi 39-da yerləşən evə iddiaçılar İddiaçı2 və İddiaçı1 və onların birgə nikahlarından olan uşaqları X1 və iddiaçıların evdən istifadələri üçün hər hansı maneçilik törədilməsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsi tələbinə dair iddiaları təmin edilməməlidir. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarı, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddəsi, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 89-cu maddəsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırılmışlar ki, mübahisə predmeti olan yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmış və İddiaçı2 onun nəvəsi olmaqla ailə üzvüdür. Hazırki iş üzrə iddiaçı olan İddiaçı2 Cavabdeh1 nəvəsi olmaqla Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəsillərinin müddəalarında nəzərdə tutulan şəxslər kateqoriyasına daxildir. Lakin işəbaxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə istinad edərək İddiaçı2yetkinlik yaşına çatması və atasının olması əsası ilə onun yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququnun olmaması qənaətinə gəlmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən gəlinmiş bu nəticə tamamilə əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən ehtimallara əsaslanaraq iddiaçının atasının işləməklə əmək haqqı alması əsası ilə iddiaçının atasından yardım almalı olmasını qeyd etmişdir. Halbuki, birinci instansiya məhkəməsinin bu mövqeyi tamamən ehtimallara əsaslanır. Lakin Mülki- Prosessual Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Lakin birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, azyaşlı X5 isə Cavabdeh1 nəvəsi deyil, nəticəsidir. Babanın nəticə qarşısında aliment öhdəliyinin olması halı da Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslində nəzərdə tutulmamışdır. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə istinad edərək babanın nəticəni saxlamaq vəzifəsinin olmamasına istinad etmişdir. Lakin iddia tələbində azyaşlı X3 mübahisəlievə köçürülməsi tələb edilərkən onun azyaşlı olması səbəbindən Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən onun yaşayış yerinin valdeynlərinin yaşayış yeri sayılması əsası ilə tələb edilmişdir. Lakin birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, İddiaçı1 Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin tələbi baxımından Cavabdeh1 özünün saxlanılmasını tələb etmək hüququna malik olan şəxslərin dairəsinə aid edilməmişdir. Halbuki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsini tətbiq etməli idi. İşin faktiki hallarından da göründüyü kimi İddiaçı1 mübahisəli mənzilə gəlin köçərkən həmin mənzil Cavabdeh1 mülkiyyətində olmamış həmin vaxtı ona görə də İddiaçı1 mülkiyyətçi ilə notarial qaydada təsdiq edilmiş müqavilə bağlaya bilməmişdir. İşə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə istinad edərək İddiaçı2 yetkinlik yaşına çatması və atasının olması əsası ilə onun yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququnun olmaması qənaətinə gəlmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən gəlinmiş bu nəticə tamamilə əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən ehtimallara əsaslanaraq iddiaçının atasının işləməklə əmək haqqı alması əsası ilə iddiaçının atasından yardım almalı olmasını qeyd etmişdir. Halbuki, birinci instansiya məhkəməsinin bu mövqeyi tamamən ehtimallara əsaslanır. Lakin Mülki Prosessual Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsi isə işin faktiki hallarını araşdırmadan formal qətnamə qəbul etmişdir. İşə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə istinad edərək İddiaçı2 yetkinlik yaşına çatması və atasının olması əsası ilə onun yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququnun olmaması qənaətinə gəlmişdir. Lakin bu hal birinci instansiya məhkəməsi tərəfindən sübut edilməmiş və beləliklə birinci instansiya məhkəməsi tərəfindən ehtimallar əsasında qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi ididaçıların mübahisəli fərdi yaşayış evində istifadə hüquqlarının olmaması qənaətinə gəlsə də bu işin faktiki hallarına uyğun deyil və bu barədə iş materiallarından heç bir sübut mövcud deyil. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Şəki Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli, 2(075)-101/2022 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı İddiaçı2 nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi, Şəki Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli, 2(075)-101/2022 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsi və Şəki Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli, 2(075)-101/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı1 və Cavabdeh2 məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Hüququn tətbiqinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir, Şəki Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tаrixli, 2(075)-101/2022 saylı qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etmişlər. Tələb qətnamənin tam hissədə ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tаrixli, 2(075)- 101/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, iddiaçılardan İddiaçı2 xx xxxxxx 1987-ci il tarixdə atası X4 mülkiyyətində olan ünvan 2 ünvanında anadan olmuş, 2010-cu ilə kimi atasına məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. İddiaçı2 30 iyul 2010-cu ildə nikahlarını rəsmi qaydada qeyd etdirməklə İddiaçı1 ilə ailə qurmuşdur. Birgə nikahdan onların 23 fevral 2016-cı ildə X5 adlı uşaqları anadan olmuşdur. Onlar nikaha daxil olduqdan sonra cаvаbdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadıqları, Cavabdeh1 məxsus Şəki şəhəri F.Məmmədov küçəsi 39-da yerləşən fərdi yaşayış evinə köçmüşlər. Onların birgə nikahdan 23 fevral 2016-cı ildə həmin evdə X5 adlı uşaqları anadan olmaqla iddiaçılar 2021-ci ilin sentyabr ayınadək mübahisə predmeti olan Şəki şəhəri F.Məmmədov küçəsi 39-da yerləşən fərdi yaşayış evində yaşamışlar. Məhkəmə kollegiyası iddiaçıların övladları ilə birlikdə cavabdehlərin mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən mənzilə köçürülmələri ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından göründüyü kimi cavabdehlərlə iddiaçılar arasında hüquq münasibətləri 2010-cu ilin iyul ayında, yəni iddiaçıların nikaha daxil olaraq cavabdehlərin evinə köçdükləri vaxtdan yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi belə olmuşdur ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırkı işdə tərəflər arasında mübahisəli hüquq münasibətləri 01 oktyabr 2009-cu ildən sonra yarandığından onlar arasındakı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi baxımından da hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi və apellyasiya şikayəti isə əsassızdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. İddiaçılar isə apellyasiya şikayətinin əsaslandırmamışlar, şikayət formal mülahizələrə əsaslanaq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlillərində iddiaçılar məhkəmənin “iddiaçının atasının işləməklə əmək haqqı alması əsası ilə iddiaçının atasından yardım almalı olması” fikrini sübut etməli olduğunu bildirmişdir. Lakin bu fikir tamamilə yanlışdır. Belə ki, qanunvericiliyə əsasən irəli sürülən iddianı sübut etmək iddiaçının vəzifəsidir. Məhkəmə yalnız ona təqdim edilmiş sənədlər və sübutlar əsasında işə baxır. Sübut toplamaq məhkəmənin vəzifəsi deyil. Həmçinin birinci instansiyanın qətnaməsi ilə razılaşan kollegiya qeyd edir ki, İddiaçı2 atasına məxsus Şəki Rayonlararası Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş 6247/647 nömrəli qeydiyyat vəsiqəsindən də görünür ki, ünvan 4 ünvanına yerləşən fərdi yaşayış evi X4 mülkiyyətindədir. Hazırki mülki iş üzrə cavabdehlər isə İddiaçı2 babası Cavabdeh1 və ögey nənəsi Cavabdeh2dır. Cavabdeh1 hələ 16 aprel 1996-cı il tarixdə mübahisə predmeti olan evin yerləşdiyi torpaq sahəsini əldə etmiş və həmin torpaq sahəsində iddiaçıların ora köçmələrinədək fərdi yaşayış evi inşa etmişdir. İddiaçılar isə 30 iyul 2010-cu ildə ailə qurub mübahisə predmeti olan evə köçərkən ev artıq hazır vəziyyətdə və istifadədə olmuşdur. Evin yerləşdiyi torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə Cavabdeh1 fərdi yaşayış evini inşa etməsi üçün ayrıldığından, iddiaçların köçməsinədək ev tam hazır vəziyyətdə və istifadədə olduğundan Cavabdeh1 artıq 30 iyul 2010-cu il tarixədək, yəni iddiaçıların oraya köçməsinədək ünvan 3-da yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə gözlənilən mülkiyyət hüququ yaranmışdır. Hansı ki, həmin hüquq heç bir müqavilə münasibətinə istinad edilmədən 18 dekabr 2015-ci il tarixdə qeydiyyata alınmışdır. Bütün bunlar onu təsdiq edir ki, evin qnuni mülkiyyətçisi Cavabdeh1dur. Məhkəmə kollegyasının iclaslarında həm iddiaçı, həm də cavabdeh tərəfin verdyi izahatlardan görünür ki, iddiaçılar həqiqətən də 2010-cu il tarixdən 2021-ci il tarixə qədər Cavabdeh1 məxsus evdə yaşamışlar. Sonradan onlar arasında münasibətlər pisləşmiş və Cavabdeh1 onları evə buraxmamışdır. Apellyator faktiki olaraq iddiaçıların mənzilə köçürülməsi ilə bağlı şikayətlərində iddiaçıların mübahisəli evlə hər hansı bağlılığının qalmasını əsaslandıra bilməmişdir. Eyni zamanda həqiqətən mübahisəli evə ehtiyacının olmasını əsaslandırmamışdır. İddiaçıların mübahisəli evdə cavabdehlərlə müəyyən müddət yaşaması faktına istinad edilərək, bu faktın evə köçürülməsi üçün yetərli əsas olması ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmaq mümkünsüzdür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yuxarıda qeyd edilmiş normaya istinad edərək, kollegiya qeyd edir ki, iş materiallarından və tərəflərin izahatlarından görünür ki, tərəflər arasında hər hansı bir razılaşma mövcud deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də iddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tаrixli, 2(075)-101/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tаrixli, 2(075)-101/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-538/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-538/2022
19.05.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver