Məhkəmə qərarları › İş №2(107)-543/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-543/2020

14.01.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-543/2020 14.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X1 iclas katibliyi ilə İddiaçı cavabdehlər ƏMDK yanında DƏDRX 12 saylı Ərazi İdarəsi, “xxxx” ASC və Cavabdeh3 qarşı “ipoteka müqaviləsinin və yüklülük çıxarışının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)- 2075/2019 nömrəli qərardadından cavabdeh “xxxx” ASC tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2013-cü il tarixli 01 saylı ipoteka müqaviləsinin 1.8870 ha hissədə etibarsız hesab edilməsi, Cavabdeh3 adına 31.97 ha torpaq sahəsinə verilmiş xx xxx 2008-ci il tarixli 30802659 qeydiyyat nömrəli çıxarışın və xx xxxx 2013-cü il tarixli ********** qeydiyyat nömrəli yüklülük çıxarışının 1.8870 ha hissədə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxxxx 2019-cu il tarixdə cavabdeh “xxxx” ASC məhkəməyə vəsatət (ərizə) göndərərək, 2(075)-2209/2019 saylı mülki işin аidiyyəti üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş emişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-2075/2019 nömrəli (hakim C.İmanov) qərardadı ilə cavabdeh “xxxx” ASC-nin qeyd edilən mülki işin Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə vəsatəti təmin edilməmişdir. Cavabdeh “xxxx” ASC məhkəmənin həmin qərardadından da şikayət vermiş, lakin Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-162/2020 nömrəli qərаrdаdı ilə şikayət təmin edilməmiş və şikayət mülki işin materialları ilə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayət ərizəsini mülki işin mаteriаllаrı ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, hazırki mülki iş üzrə verilmiş vəsatət məhkəmə aidiyyəti ilıə bağlı olduğundan və yaranmış fikir ayrılığı da məhz məhkəmə aidiyyəti ilə əlaqədar olduğundan həmin fikir ayrılığı apelyasiya instansiyası məhkəmələri tərəfindən deyil, kassasiya instansiya məhkəməsi tərəfindən həll edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 32.6. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Qeyd olunan Məcəllənin 32.7-ci (xx xxxx 2019-cu il tarixli dəyişikliyə əsasən) maddəsinin tələbinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləlilkə qanunvericiliyin yuxarıda qeyd olunmuş müddəalarından göründüyü kimi apelyasiya instansiya məhkəmələrinin məhkəmə aidiyyəti ilə bağlı yaranmış fikir ayrılığına münasibət bildirmək üçün qanunla məyyən edilmiş səlahiyyəti yoxdur. Şərh оlunаnlаrа əsаsən məhkəmə kоllegiyаsı bu nəticəyə gəlir ki, hazırki mülki iş icraata qəbul edilməməli və məhkəmə aidiyyəti ilə bağlı yaranmış fikir ayrılılğının müəyyən edilməsi məqsədilə kassasiya instansiya məhkəməsinə göndərilməsi üçün Şəki Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 32-ci və 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı cavabdehlər ƏMDK yanında DƏDRX 12 saylı Ərazi İdarəsi, “xxxx” ASC və Cavabdeh3 qarşı “ipoteka müqaviləsinin və yüklülük çıxarışının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)- 2075/2019 nömrəli qərardadından cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayətinə dair mülki iş icraata qəbul edilməsin və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin tələblərinə uyğun sonrakı hərəkətlər edilməsi üçün Şəki Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar