Məhkəmə qərarları › İş №2(107)-550/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-550/2025

10.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-550/2025 10.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialına qarşı (açar sözlər: Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı) Sədrlik edən (məruzəçi) -Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Sadiqov Zülfüqar Əhməd oğlu və X6 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, Ərizəçi - Ərizəçi, Maraqlı şəxs - Maraqlı şəxs nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialının cəlb edildiyi “hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tаrixli, 2(016)-53/2025 saylı qətnаməsindən Maraqlı şəxs Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan xx.xx.1963-cü il tarixli, AЗ № 365830 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1963-cü ildə anadan olmaqla valideynləri X9 və X10r.

2. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X19 xx.xx.1997-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydlər kitabında 14 nömrə ilə qeyd edilmişdir.

3. İş materiallarında olan xx.xx.1984-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X16 ilə xx.xx.1984-cü il tarixdə nikahları bağlanmışdır və 7 nömrə ilə qeydə alınmışdır. Nikahdan sonra ərə Əliyev, arvada isə Əliyeva soyadı verilmişdir.

4. İş materiallarında olan Azərbaycan Respublikası Ağsu Rayonu İcra Hakimiyyəti Başçısının Gəgəli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X19 xx.xx.1963-cü il tarixdə Ağsu rayonu, Gəgəli kəndində anadan olmuş və xx.xx.1997-ci il tarixdə Ağsu rayonu, Gəgəli kəndində vəfat etmişdir. Gəgəli kənd inzibati ərazi dairəsində X17 və X20 adında şəxslər yaşamamışlar və qeydiyyatda olmamışdırlar.

5. İş materiallarında olan Azərbaycan Respublikası Ağsu Rayonu İcra Hakimiyyəti Başçısının Gəgəli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X19 xx.xx.1997-ci il tarixdə Ağsu rayonu, Gəgəli kəndində vəfat etmişdir. X3 həyat yoldaşı Ərizəçi ilə ölən günə kimi nikahda olmaqla bir yerdə yaşamışlar.

6. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Ağsu Rayon İcra Hakimiyyəti Ağsu Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-48- 5RA/2-Ə-xx-xx/2024 saylı arxiv arayışından görünür ki, Ağsu rayon Dövlət Arxivində saxlanılan Gəgəli kənd, “Paris Komunası” adına kolxozun 1975-1984-cü illərinə aid əməyin ödənişi üzrə hesab kitablarından müəyyən olundu ki, mərhum həyat yoldaşı Kərimova (Əliyeva) Nazeykə Ağa qızı “Paris Komunası” adına kolxozda aşağıdakı qaydada işləmişdir: 1975-ci il ərzində 34 gün işləmiş əmək haqqı 50,62 hesablanmış, 1976-cı il ərzində 53 gün işləmiş əmək haqqı 186,05 hesablanmış, 1977-ci il ərzində 121 gün işləmiş əmək haqqı 296,45 hesablanmış, 1978-ci il ərzində 122 gün işləmiş əmək haqqı 318,75 hesablanmış, 1979-cu il ərzində 196 gün işləmiş əmək haqqı 253,44 hesablanmış, 1980-ci il ərzində 140 gün işləmiş əmək haqqı 776,02 hesablanmış, 1981-ci il ərzində 138 gün işləmiş əmək haqqı 765 hesablanmış, 1982-ci il ərzində 181 gün işləmiş əmək haqqı 328,40 hesablanmış, 1983-cü il ərzində 191 gün işləmiş əmək haqqı 440,77 hesablanmış və 1984-cü il ərzində 60 gün işləmiş əmək haqqı 70,20 hesablanmışdır. Qeyd: “Paris Komunası” adına kolxozun 19751984-cü illərinə aid əməyin ödənişi üzrə hesab kitablarında X7 adı kitabların tutullarında X4 düşməsinə baxmayaraq kitabların səhifələrində adında pozuntu və qaralama olduğundan adı aşağıda göstərilən kimi qeyd olunmuşdur: 1975, 1984-də Kərimova Nazeykə, 1976,1977, 1978, 1980, 1981-də Kərimova Nazakat, 1979, 1982, 1983-də Kərimova Nazifə.

7. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın 10 avqust 2024-cü il tarixli, 3-17-1/2-Ə-191537/2024 saylı məktubundan görünür ki, X11 vəfatı ilə əlaqədar ailə başçısını itirməyə görə pensiya hüququ araşdırılması zərurəti yarandığından yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliklə mümkün hesab edilməmişdir. Təqdim edilmiş Ağsu Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arayışına əsasən X7 adı müxtəlif illərdə Nəzakət və Nazifə kimi qeyd olunduğundan həmin illərin onun sığorta stajına daxil edilməsi və Ərizəçi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Sözügedən uyğunsuzluq aradan qaldırıldıqdan sonra təkrar müraciət əsasında sosial ödəniş hüququna yenidən baxılacaqdır. “İnzibati icraat haqqında” AZərbaycan Respublikası Qanununun 72.1 və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.

8. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialın etiraz ərizəsindən görünür ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu cəlb edilməklə ‘hüquq müəyyənedici sənədin şəxsə məxsus olmasına dair 2(016)-1234/2024 saylı iş üzrə ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Ağsu Rayon İcra Hakimiyyəti Ağsu rayon Dövlət Arxivi tərəfindən Ərizəçi Əliyusif oğluna ünvanlanmış 17 dekabr 2024-cü il tarixli, 3-48-5RA/2-33-128/2024 saylı məktubunda göstərilmişdir ki, Ağğsu rayon Dövlət Arxivində saxlanılan Gəgəli kənd “Paris Kommunası” adına kolxozun 1975-1984-cü illərini əhatə edən əməyin ödənişi üzrə hesab kitablarında adı qeyd edilən mərhumə həyat yoldaşınızın X7 adında düzəliş etmək mümkün deyildir, arxivə təhvil verilmiş və arxivdə saxlanılan sənədlərdə düzəliş etməkdən imtina edilir.

10. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Ağsu Rayon İcra Hakimiyyəti Ağsu Rayon Dövlət Arxivi tərəfindən verilmiş 30 may 2025-ci il tarixli, 3-48-5RA/2-33-V-68/2025 saylı arxiv arayışından görünür ki, Ağsu rayon Dövlət Arxivində saxlanılan Gəgəli kənd “Paris Kommunası” adına kolxozun 1975-1980-ci illərinə aid uçot kitablarından X12 1975, 1979-1980-ci ilərdə “Paris Kommunası” kolxozunda işləmişdir.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

11. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək Azərbaycan Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-48-5RA/2-Ə-xx-xx/2024 saylı arxiv arayışının xx.xx.1997ci il tarixdə vəfat etmiş mərhum həyat yoldaşı X13 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X19 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. Hazırda o ailə başçısını itirməyə görə müavinət almaq istəyir. Sənədlərini DSMF-nun Ağsu rayon şöbəsinə müraciət etmişdir. DSMF-nin Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialından rəsmi olaraq ona cavab verilmişdi ki, Dövlət arxivinin Ağsu rayon Dövlət arxivinin xx.xx.2024-cü il tarixli cü il tarixli arxiv arayışında Nazeykənin adı bəzi yerdə Nəzakət kimi, bəzi yerlərdə isə Nazifə kimi yazılmışdır. Bu səbəbdən həmin arayışda göstərilən illəri onun sığorta stajına daxil etmək mümkün deyil. Həmin arayışı X3na məxsus olmasını müəyyən edən məhkəmə qərarı olduqda bu illər onun sığorta stajına daxil edilə bilər. Əlavə olaraq bildirmişdir ki, Əliyeva (qızlıq soyadı Kərimova) Nazeykə Ağa qızı xx.xx.1963-cü il tarixdə Kürdəmir rayonu Gəgəli kəndində anadan olmuşdur. El arasında hamı onu Nəzakət kimi tanıyırdı. Bəzən Nazifə də deyən olurdu. Bu səbəbdən o, kolxozda işə girən zaman bəzi əməkhaqqı sənədlərində, o cümlədən 1975-1984-cü illərə aid Gəgəli kəndi “Paris Komunası” kolxozunda işlədiyi müddəti özündə əks etdirən 01 avqust 2024cü il tarixli 3-48-5RA/2-Ə-xx-xx/2024 saylı arxiv arayışında da adı həm Nazeykə, həm Nəzakət və həm də Nazifə kimi yazılmışdır. Bu müxtəlifliklərə baxmayaraq Ağsu rayon Dövlət arxivinin xx.xx.2024-cü il tarixli 3-48-5RA/2- Ə-xx-xx/2024 saylı arxiv arayışı mərhum həyat yoldaşı X13 məxsusdur. Bunu təsdiq edəcək şahidləri və sənədləri vardır.

13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı etiraz ərizəsində qeyd etmişdir ki, arxiv kitablarının səhifələrində pozuntu və qaralama olduğundan X7 adı 1975,1984-cu illərdə Kərimova Nazeykə, 1976,1977,1978.1980,1981-ci illərdə Kərimova Nəzakət, 1979,1982,1983-cü illərdə isə Kərimova Nazifə kimi qeyd edilmişdir. Hesab edirlər ki, icraatda olan 2(016)-1234/2024 saylı iş üzrə ərizə əsassızdır və təmin olunmamalıdır. Hazırda ərizəçinin müəyyən etmək istədiyi fakt onun həyat yoldaşının adındakı uyğunsuzluğun məhkəmə qətnaməsi ilə aradan qaldırılmasıdır. Belə olduğu təqdirdə məhkəmə tərəfindən ilk öncə hüquq müəyyənedici sənəddə uyğunsuzluğun aradan qaldırılması üçün ərizəçiyə həmin sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilib-edilmədiyi araşdırılmalıdır. Bundan başqa Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 6-cı maddəsində qeyd edilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı. atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir; Birincisi: şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); İkincisi: həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; Üçüncüsü: məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Göründüyü kimi, hazırkı işdə hüquqmüəyyənedici sənəddə olan uyğunsuzluğun aradan qaldırılmasına dair müraciət və hər hansı imtina və ya həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması barədə Ağsu rayon Dövlət Arxivinin cavabı mövcud deyildir. İddiaçı Ərizəçi lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 86-cı və 154-cü maddələrini rəhbər tutaraq məhkəmədən Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu cəlb edilməklə “hüquq müəyyənedici sənədin şəxsə məxsus olmasına dair” 2(016)-1234/2024 saylı iş üzrə ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Birinci instansiya məhkəməsinin iclasında ərizəçi ərizənin məzmunu ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, arxivdə olan kitablardan görünür ki, mərhum arvadının adı həmin kitablarda açıq-aydın görünən düzəlişlərlə dəyişdirilmişdir. Bundan başqa məhkəmə arvadının həmin dövrdə işləməsini təsdiq edən şahidlərdən ikisini gətirmiş, lakin siyahıda adları qeyd olunanların əksəriyyəti öldüyündən onların iştirakını təmin edə bilməmişdir.

15. Birinci instansiya məhkəməsinin iclasında maraqlı şəxsin nümayəndəsi Nümayəndə1 izahat verərək bildirmişdir ki, ərizəçi mərhum həyat yoldaşının pensiyasını istəyir, lakin yoldaşının stajı lazımı qədər deyil, bu səbəbdən də inkar olunub. Odur ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu cəlb edilməklə ‘hüquq müəyyənedici sənədin şəxsə məxsus olmasına dair 2(016)-1234/2024 saylı iş üzrə ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir və bununla bağlı etiraz ərizəsinin məhkəməyə daxil olduğunu bildirmişdir.

16. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X8 izahat verərək bildirmişdir ki, X16 onun qohumudur. Ailə qurmamışdan əvvəl adı X16 olmuşdur. X1 işləyib. Həmin dövrdə o müəllim olmuşdur və X16 onun şagirdi olmuşdur. Onların hamısını işləməyə o aparmışdır. Hətta jurnalda da adı X4 qeyd edilmişdir.

17. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X14 izahat verərək bildirmişdir ki, Nazeykə ilə 1983-cü ilə qədər bir yerdə işləmişdir. Amma arxiv kitablarında onun adı yoxdur.

18. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X15 izahat verərək bildirmişdir ki, Asiflə bir məhlədə yaşamışlar. Nazeykəyə el arasında Nazı və Nəzakət də deyirdilər. Amma əsl adı X16 idi. Onlar 1985-ci ilədək pambıq, üzüm yığımında bir yerdə işləmişdirlər.

19. Ağsu Rayon Məhkəməsinin (hakim Babək Qasımov) 17 yanvar 2025-ci il tаrixli, 2(016)-53/2025 saylı qətnaməsi ilə ərizə qismən təmin edilərək Azərbaycan Respublikası Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-48-5RA/2-Ə-xxxx/2024 saylı arxiv arayışının 1975-1978, 1980-1984-cü il tarixlərinə aid hissəsinin xx.xx.1997-ci il tarixdə vəfat etmiş X13 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilməsi qət edilmişdir.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.2.5, 308, 309.1 və 311-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. Qətnamədən narazı qalan Maraqlı şəxs Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialı apellyasiya şikаyəti vermişdir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

22. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, İş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 104.3-cü maddəsinin tələbinə görə alınma mənbəyini göstərə bilmədən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan müəyyən olunur ki, işləmə faktını ərizəçini birgə işdən tanıyan və onun işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Məhkəmə sözügedən qətanməsində qeyd etmişdir ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Ağsu Rayon İcra Hakimiyyəti Ağsu Rayon Dövlət Arxivindən “Paris Komunası” adına kolxozun 1975-1984-cü illərinə aid əməyin ödənişi üzrə hesab kitabları sorğu edilmiş və tərəflərin iştirakı ilə həmin kitablara baxış keçirilmişdir. Baxış zamanı “Paris Komunası” adına kolxozun 1975-1978, 1980-1984-cü illərinə aid əməyin ödənişi üzrə hesab kitablarının tutullarında X7 adı olduğu, lakin kitabların səhifələrində “Nazeykə” adı açıq-aydın gözlə görünən düzəlişlərlə “Nəzakət” (1976-cı ilə aid kitabın 21cı səhifəsində, 1977-cı ilə aid kitabın 20-cı səhifəsində, 1978-ci ilə aid kitabın 29-cu səhifəsində,1980-ci ilə aid kitabın 41-ci səhifəsində, 1981-ci ilə aid kitabın 137-ci səhifəsində) və “Nazifə” (1979-cu ilə aid kitabının 55-ci səhifəsində, 1983-cü ilə aid kitabın 9-cu səhifəsində) edildiyi müəyyən edilmişdir. Göründüyü kimi məhkəmə araşdırması ilə ərizəçinin məhrum həyat yoldaşının adında açıq aşkar düzəlişlərin olması təsdiq edilmişdir. Lakin, məhkəmə tərəfindən düzəlişlərin səbəbləri, buna əsas olan hallar ətraflı araşdırılmamışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, ərizəçinin mərhum həyat yoldaşı Kərimova (Əliyeva) Nazeykə Ağa qızı 1975-1978, 1980-1984-cü illərdə “Paris Komunası” adına kolxozda işləmiş, lakin həmin tarixlərə aid əməyin ödənişi üzrə hesab kitablarının səhifələrində “Nazeykə” adı sonradan gözlə açıq-aydın görünən formada düzəliş edilərək “Nəzakət” və “Nazifə” kimi qeyd edilmişdir. Məhkəmənin yuarıdakı mövqeyinə münasibətdə qeyd edirlər ki, iş materialları olan Azərbaycan Respublikası Ağsu Rayonu İcra Hakimiyyəti Başçısının Gəgəli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X19 xx.xx.1963-cü il tarixdə Ağsu rayonu, Gəgəli kəndində anadan olmuş və xx.xx.1997-ci il tarixdə Ağsu rayonu, Gəgəli kəndindəvəfat etmişdir. Gəgəli kənd inzibati ərazi dairəsində X17 və X20 adında şəxslər yaşamamışlar və qeydiyyatda olmamışdırlar. Hesab edirlər ki, Gəgəli kəndində Nazakət və Nazifə adında şəxslər yaşamamışsa Nazeykə adının Nazifə və Nazəkət olaraq arxiv kitablarında düzəldilməsi şübhəli məqam olmaqla məhkəmə tərəfindən araşdırılmalı hal olmuşdur. Məhkəmə şahid qismində 3 şəxs dindirsə də şahidlərdən heç birinin ərizəçinin mərhum həyat yoldaşı ilə birgə işləməsini faktını təsdiq edəcək sənədi olmamış, ərizəçinin özü tərəfindən də bu halı təsdiq edə biləcək (müvafiq sənədləri olan) şəxslərin olmadığı etiraf edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən arxiv kitabçalarında yuxarıda adları çəkilən şəxslərdən heç birinin adına rast gəlinməmişdir. Hesab edirlər ki, ərizəçinin kolxozda işləməsi faktını müəyyən etmək üçün tələb olunan şahidlərin adları arxiv kitabçalarında olmadığından həmin şəxslərin izahatına əsasən mərhumun kolxozda işləməsinin müəyyən edilməsi qanunvericiliyin tələblərinə ziddir. Şahidlərin həmin kolxozda işləməsini təsdiq edən əsaslı sübut yoxdursa, həmin şəxslərin digərinin xeyrinə şahidliyinin mötəbərliyi iş üzrə həlledici sübut kimi qəbul edilə bilməz. Lakin qanunvericiliyin bu normasına məhkəmə tərəfindən riayət olunmamışdır. Göstərilənlərə əsasən Ağsu Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tаrixli, 2(016)- 53/2025 saylı qətnaməsinin ləğv edilməsini, ərizəçinin ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

24. Məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs nümayəndəsi X5 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.

25. Məhkəmə kollegiyasının iclasında Ərizəçi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tаrixli, 2(016)-53/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

26. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

28. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

29. İş üzrə maraqlı şəxs birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

30. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

36. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, İş materiallarında olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

37. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Maddə 384.0.1 Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

41. Maddə 305.1.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: (...). - 307.2.5. Şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. (...).

42. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.

43. Maddə 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir.

44. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tаrixli, 2(016)-53/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

47. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

48. Müəyyən edilmişdir ki, ərizəçinin arvadı X19 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. Hazırda o, ailə başçısını itirməyə görə müavinət almaq istəyir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından rəsmi olaraq ona cavab verilmişdi ki, Dövlət arxivinin Ağsu rayon Dövlət arxivinin xx.xx.2024-cü il tarixli cü il tarixli arxiv arayışında Nazeykənin adı bəzi yerdə Nəzakət kimi, bəzi yerlərdə isə Nazifə kimi yazılmışdır. Bu səbəbdən həmin arayışda göstərilən illəri onun sığorta stajına daxil etmək mümkün deyil. Sözügedən uyğunsuzluq aradan qaldırıldıqdan sonra təkrar müraciət əsasında sosial ödəniş hüququna yenidən baxılacaqdır. Bu səbəbdən ərizəçi hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

49. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Ağsu Rayon İcra Hakimiyyəti Ağsu Rayon Dövlət Arxivindən “Paris Komunası” adına kolxozun 1975-1984-cü illərinə aid əməyin ödənişi üzrə hesab kitabları sorğu edilmiş və tərəflərin iştirakı ilə həmin kitablara baxış keçirilmişdir. Baxış zamanı “Paris Komunası” adına kolxozun 1975-1978, 1980-1984-cü illərinə aid əməyin ödənişi üzrə hesab kitablarının tutullarında X7 adı olduğu, lakin kitabların səhifələrində “Nazeykə” adı açıq-aydın gözlə görünən düzəlişlərlə “Nəzakət” (1976-cı ilə aid kitabın 21cı səhifəsində, 1977-cı ilə aid kitabın 20-cı səhifəsində, 1978-ci ilə aid kitabın 29-cu səhifəsində,1980-ci ilə aid kitabın 41-ci səhifəsində, 1981-ci ilə aid kitabın 137-ci səhifəsində) və “Nazifə” (1979-cu ilə aid kitabının 55-ci səhifəsində, 1983-cü ilə aid kitabın 9-cu səhifəsində) edildiyi müəyyən edilmişdir.

50. Göründüyü kimi, ərizəçinin mərhum həyat yoldaşı Kərimova (Əliyeva) Nazeykə Ağa qızı 1975-1978, 1980-1984-cü illərdə “Paris Komunası” adına kolxozda işləmiş, lakin həmin tarixlərə aid əməyin ödənişi üzrə hesab kitablarının səhifələrində “Nazeykə” adı sonradan gözlə açıq-aydın görünən formada düzəliş edilərək “Nəzakət” və “Nazifə” kimi qeyd edilmişdir.

51. Belə olan halda Azərbaycan Respublikası Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-48-5RA/2-Ə-xx-xx/2024 saylı arxiv arayışının 1975-1978, 1980-1984-cü il tarixlərinə aid hissəsinin ərizəçinin xx.xx.1997-ci il tarixdə vəfat etmiş mərhum həyat yoldaşı Əliyeva (Kərimova) Nazeykə Ağa qızına məxsus olması faktının müəyyən edilməsi üçün mülki işdə kifayət qədər sübutlar vardır.

52. Buna görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-48- 5RA/2-Ə-xx-xx/2024 saylı arxiv arayışının 1975-1978, 1980-1984-cü il tarixlərinə aid hissəsinin xx.xx.1997-ci il tarixdə vəfat etmiş Əliyeva (Kərimova) Nazeykə Ağa qızına məxsus olması məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla tam təsdiqini tapır.

53. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarı 1.2-ci bəndində göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.

54. Həmin qərarın 6-cı bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPMin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın, yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.

55. Apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, hazırkı iş üzrə şahid qismində dindirilmiş şəxslərin ərizəçinin mərhum həyat yoldaşı ilə bir yerdə işləməmişlər və bu səbəbdən həmin şahid ifadələrinin mötəbər sayıla bilməz.

56. Kollegiya həmin dəlillə bağlı qeyd edir ki, apellyatorun göstərdiyi tələb şəxsin pensiya təyin edilməsi üçün çatışmayan iş stajının bərpa edilməsi, yəni onun işləmə faktının müəyyən edilməsi üçün zəruridir. İndiki halda isə əməyin ödənişinə dair arxiv arayışının şəxsə məxsus olması barədə olduğundan ərizəçinin həyat yoldaşının adı, atasının adı və soyadı barədə yalnız onunla bir yerdə çalışmış şəxslər deyil, həmçinin onunla bir ərazidə (kənddə, küçədə və s) daimi yaşamış şəxslərin (şahidlərin) ifadələrinə də istinad etmək olar.

57. Eyni zamanda kollegiyanın iclasında şahid qismində dindirilmiş X24 göstərmişdir ki, o, 1975-ci, 1979-cu və 1980-cı illərdə “Paris Kommunası” adına kolxozun 5 nömrəli briqadasında işləmişdir. Nazeykə Kərimovanı və Ərizəçi tanıyır, onlarla qonşu olmuşdur. Ərizəçinin mərhum arvadını Nəzakət deyə çağırırdılar. Ona görə də əmək haqqı sənədlərində onun adı həm Nazeykə, həm də Nəzakət kimi yazılmışdır.

58. İş üzrə maraqlı şəxsin dəlillərindən biri də ərizəçinin arxiv arayışı vermiş təşkilata sənəddə olan səhvlərin aradan qaldırılmasına dair müraciətinin olmaması barədədir.

59. Həmin dəllillə razılaşmayan kollegiya göstərir ki, işdə olan Ağsu rayon Dövlət Arxivinin 17 dekabr 2024-cü il tarixli, 3-48-5RA/2-33-128/2024 saylı məktubunda Ağsu rayon Dövlət Arxivində saxlanılan Gəgəli kənd “Paris Kommunası” adına kolxozun 1975- 1984-cü illərini əhatə edən əməyin ödənişi üzrə hesab kitablarında mərhum X7 adında düzəliş etmək mümkün deyildir, arxivə təhvil verilmiş və arxivdə saxlanılan sənədlərdə düzəliş etməkdən imtina edildiyi yazılmışdır.

60. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

61. Məhkəmə kollegiyası tərəfindən apellyasiya baxışı zamanı apellyasiya şikayətində qoyulmuş dəlillərlə qətnamənin qismən ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas verən hallar müəyyən edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslı, həmin qətnamədən Maraqlı şəxs Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir.

62. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

63. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.

64. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.

65. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

66. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tаrixli, 2(016)-53/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Maraqlı şəxs Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tаrixli, 2(016)-53/2025 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar