Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-564/2020 30.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(075)-1883/2019 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum oğlu X1 adına Şəki rayon Torpaq Şöbəsi tərəfindən xx xxx 2006-cı il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN 0326, KOD: 40402037 nömrəli dövlət aktı ilə ayrılmış Şəki rayonunun Sarıca kəndində yerləşən 3,92 ha torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-1883/2019 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər DƏDRX-nin 12 saylı Ərazi İdarəsi və Şəki rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı “mərhum oğlu X1 adına Şəki rayon Torpaq Şöbəsi tərəfindən xx xxx 2006-cı il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN 0326, KOD: 40402037 nömrəli dövlət aktı ilə ayrılmış Şəki rayonunun Sarıca kəndində yerləşən 3,92 ha torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış barədə qərardad qəbul edilmiş, qərardadın surətləri mülki proses tərəflərinə göndərilmişdir. xx xxxxxx 2020-ci il tarixdə İddiaçı Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)- 1883/2019 saylı iddianın baxılmamış saxlanılması haqqında qərardadından şikayəti məhkəməyə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(075)-1883/2019 saylıqərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apellyаsiyа Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlərin nümayəndələri heç bir üzürlü səbəblər göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(075)-1883/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Belə ki, məhkəmənin həm hazırlıq, həm də baxış iclasında İddiaçı Azərbaycan Respublikası MPMnin 259.0.12-ci maddəsinin məzmunu izah edilmiş, iddia tələbinin dəqiqləşdirilməsi və aydınlaşdırılması təklif edilmişdir. Həmçinin məhkəmə iclasında iddiaçıya bundan əvvəl də eyni tələblə məhkəməyə müraciət etdiyi, birinci instansiya məhkəməsi tərəfindən iddiasının təmin edilmədiyi, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Şəki rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edildiyi və işin baxılmamış saxlanılması izah edilmişdir. Lakin iddiaçı iddia tələbində dəqiqləşdirmə, iddia həcminin artırılmasından imtina etmişdir. Göründüyü kimi iddiaçı iddia ərizəsində Şəki rayonu, Sarıca kəndində yerləşən 3 , 92 hektar torpaq sahəsi ilə bağlı hansı tarixli, eyni zamanda hansı tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini, həmçinin hansı alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın (tarix və ay) ləğv edilməsini konkret olaraq göstərməmişdir. Beləliklə də iddiaçı tərəfindən Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 149-cu mаddəsinin tələbinə əməl edilməmiş, iddia tələbi konkret göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(075)-1883/2019 saylıqərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(075)-1883/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-564/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-564/2020
30.01.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver