Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-565/2022 19.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Şəki Regional “ASAN” xidmət mərkəzində notariat ofisi, X16, X10, X17 qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mülkiyyət hüququndan məhrum etmə” tələbinə dair mülki iş üzrə (Açar sözlər: vəsiyyətnamənin, vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və ləyaqətsiz vərəsə hesab edilmə) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X30, cavabdehlər X16, X10 və X11 iştirakı ilə İddiaçı cavabdehlər Şəki Regional “ASAN” xidmət mərkəzində notariat ofisi, X16, X10, X17 qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mülkiyyət hüququndan məhrum etmə” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 10 dekabr 2021-cı il tarixli, 2(075)-624/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. Azərbaycan Respublikası DƏDRX-nin Şəki şəhər Ərazi İdarəsi tərəfindən verimiş MA seriyalı ******* nömrəli 12.07.2011-ci il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0330 ha torpaq sahəsi X6 xüsusi mülkiyyətində olmuşdur.
2. 31 oktyabr 2009-cu il tarixli vəsiyyətnamənin təsdiq edilmiş surətindən görünür ki, X18 özünə məxsus olan Şəki şəhəri, Qoqol küçəsi, ev 18 saylı fərdi yaşayış evini qızı X7 vəsiyyət etmişdir.
3. İddiaçı, X16, X10 və X11 06 oktyabr 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrinin təsdiq edilmiş surətindən görünür ki, mərhum X18 22.11.2015-ci il tarixdə vəfat etmişdir. Odur ki, mərhum analarından qalmış miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişlər. Mərhumun vərəsələri İddiaçı, X16, X10 və X20 olması göstərilmişdir.
4. 16 oktyabr 2020-ci il tarixli 2V-492 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu 2 saylı dövlət notariat ofisi tərəfindən 31.10.2009-cu il tarixdə təsdiq edilən və reyestrdə 153 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 22.11.2015-ci il tarixdə vəfat etmiş - X6 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Abşeron ray., Xırdalan, mən 39 ünvanında qeydiyyatda olan X8r və o miras əmlakdan 4/8 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak-DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 12.07.2011-ci il tarixdə X12 verilmiş **********64-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 133 kv/m, yaşayış sahəsi 64.1 kv/m, yardımçı sahəsi 68.9 kv/m, 4 otaqlı olan fərdi yaşayış evindən ibarətdir.
5. 16 oktyabr 2020-ci il tarixli 2V-493 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 22.11.2015-ci il tarixdə vəfat etmiş- X6 vərəsələri: ünvan 7a qeydiyyatda olan İddiaçı, ünvan 3ydiyyatda olan X10, ünvan 4nvanında qeydiyyatda olan X16, ünvan 5 qeydiyyatda olan X20 olmaqla, onların hər biri miras əmlakdan 1/8 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 12.07.2011-ci il tarixdə X12 verilmiş **********64-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 133 kv/m, yaşayış sahəsi 64.1 kv/m, yardımçı sahəsi 68.9 kv/m olan fərdi yaşayış evindən ibarətdir.
6. 16 oktyabr 2020-ci il tarixli, 2V-494 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 22.11.2015-ci il tarixdə vəfat etmiş- X6 vərəsələri: ünvan 7a qeydiyyatda olan X10, ünvan 7a qeydiyyatda olan İddiaçı, ünvan 8ında qeydiyyatda olan X16, ünvan 5 qeydiyyatda olan X20 və onların hər biri miras əmlakdan 1/4 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak DƏDRX nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən 12.07.2011-ci il tarixdə X12 verilmiş **********64- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerleşən ümumi sahəsi 0.033 ha olan torpaq sahəsindən ibarətdir.
7. İnventar nömrəsi 7307 olan 16 oktyabr 2020-ci il tarixli şəxsi mülkiyyət hüququ üzrə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun təsdiq edilmiş surətindən görünür ki, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinin 5/8 hissəsi, torpaq sahəsinin ¼ hissəsi X3, fərdi yaşayış evinin 1/8 hissəsi, torpaq sahəsinin 1/4 hissəsi İddiaçı, fərdi yaşayış evinin 1/8 hissəsi, torpaq sahəsinin 1/4 hissəsi X9, fərdi yaşayış evinin 1/8 hissəsi, torpaq sahəsinin 1/4 hissəsi X11 adına qeydiyyata alınmışdır.
8. Azərbaycan Respublikası DƏDRX-nin Şəki şəhər Ərazi İdarəsi tərəfindən verimiş 27.10.2020-ci il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1, yeni qaydalala: AZ 5500, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin 5/8 hissəsi, torpaq sahəsinin ¼ hissəsi X3, fərdi yaşayış evinin 1/8 hissəsi, torpaq sahəsinin 1/4 hissəsi İddiaçı, fərdi yaşayış evinin 1/8 hissəsi, torpaq sahəsinin 1/4 hissəsi X2, fərdi yaşayış evinin 1/8 hissəsi, torpaq sahəsinin 1/4 hissəsi X11 xüsusi mülkiyyətindədir.
9. 06.10.2009-cu il tarixli, 2(075)-954/2009 saylı iddianın baxılmamış saxlanması haqqında qərardadın təsdiq edilmiş surətindən görünür ki, X18 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ondan miras qalacaq əmlakdan məcburi pay almaq hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 01.11.2021-ci il tarixli, 4/1000 saylı məhkəmə xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 2V-İ/153 nömrəli notariat işinin 2-ci səhifəsində X6 adından olan 21 oktyabr 2009-cu il tarixli Vəsiyyətnamədə “İMZA:" qrafasında “Cəmanə” yazılarının qarşısındakı imza – X18 tərəfindən icra olunmuşdur. Ekspertiza xərci 140 manat təşkil etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06.10.2020-ci il tarixində, cavabdeh Şəki reqional “Asan Xidmət” mərkəzində, notariat ofisinin xüsusi notariusu, X32 tərəfindən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə, reyestrdə 383 saylı vərəsəlik işi üzrə qeydə alınmış 2 ayrı-ayrı: 2V-493 və 2V-494 saylı, “Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə”- lərinin etibarsız hesab edilməsi və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə, vərəsələrin miras əmlakda paylarının qanuna uyğun müəyyənləşdirilməsi ilə, yenidən qanuna uyğun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Mülki işə məhkəmədə baxılarkən iddiaçı məhkəməyə tələbin dəyişdirilməsinə (artırılması) dair ərizə təqdim edərək, 31.10.2009-cu il tarixdə, Şəki 2 saylı Dövlət notariat kontorunun, Dövlət notariusu X24 tərəfindən, reyestrdə 2V- 1/153 nömrə ilə qeydə alınaraq təsdiq edilmiş “ünvan 1 ünvanında yaşayan X6 vəsiyyəti üzrə vəsiyyətnamənin etibarsız hesab edilməsi;
13. Şəki regional “Asan Xidmət” mərkəzində, notariat ofisinin xüsusi notariusu, X32 tərəfindən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə, reyestrdə 383 saylı vərəsəlik işi üzrə qeydə alınmış 2 ayrı-ayrı: 2V-493 və 2V-494 saylı, “Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə”- lərin etibarsız hesab edilməsi;
14. X3, X4 qalmış mülkiyyətə vərəsəliyi üzrə ləyaqətsiz vərəsə elan edilməsi ilə onun, X4 qalmış əmlaka mülkiyyət hüquqlarından məhrum edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Tələbin dəyişdirilməsi (artırılması) barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16.03.1997-ci il tarixdə, Şəki rayonu üzrə İnventadaşdırma bürosunda, alqı-satqı müqaviləsi üzrə qeydə alınmış, 1259/4903 saylı “Torpaq Qeydi”-nə əsasən, 71,8 kv.m tikilialtl, 302,2 kv.m həyətyanı sahəsi olan, ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evi, mərhum anası, 22.11.2015-ci İl tarixində vəfat etmiş X1, daimi istifadəsinə verilmişdir. 31.10.2009-cy İl tarixdə, Şəki 2 saylı Dövlət notariat kontorunun, Dövlət notariusu X24 tərəfindən, reyestrdə 2V-İ/153 sayı ilə qeydə alınaraq təsdiq edilmiş “ünvan 1 ünvanında yaşayan X6 vəsiyyəti üzrə sərəncamında qeyd edilir ki:-“Ötən günədək mənə məxsus olan, Şəki şəhəri, Qoqol küçəsində yerləşən 18 saylı fərdi yaşayış evimi, Abşeron rayonu, Xırdalan şəhəri-28, ev 18, 39 saylı mənzildə yaşayan X7 vəsiyyət edirəm”. Bildirmişdir ki, qeyd edilən vəsiyyətnamənin mərhum anası tərəfindən imzalanmasına onda müəyyən şübhələr var. Yəni həmin vəsiyyətnamə anası tərəfindən imzalanmamışdır. Bundan sonra həmin vəsiyyətnaməni də nəzərə alınmış və 06.10.2020-ci il tarixində, iş üzrə Şəki Reqional “Asan Xidmət” mərkəzində, notariat ofisinin xüsusi notariusu, X32 tərəfindən, adı yuxarıda qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi ilə əlaqədar, reyestrdə 383 saylı vərəsəlik işi üzrə qeydə alınmış 2 ayrı- ayrı: 2V-493 VƏ 2V-494 saylı, “Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə”- ləri qeydə alınmışdır. 2V-493 saylı Şəhadətnamə üzrə -“22.11.2015-ci il tarixində vəfat etmiş X6 vərəsələri, ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olan qardaşlar, Məmməd oğlu Sahib, Həbibullah və İbrahim Məmmədzadələr və ünvan 13 ünvanında qeydiyyatda olan X8r və onların hər biri miras əmlakdan 1/8 hissədə irs almaları göstərilmişdir. Şəhadətnamə verilən miras əmlak, DƏDRX-nin 12 saylı Şəki ərazi İdarəsi tərəfindən 12.07.2011-ci il tarixində, X12 verilmiş **********64-10301 reyestr nömrəli, ********** qeydiyyat saylı dövlət reyestrindən çıxarışa əsasəı, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 133 kv.m, yaşayış sahəsi 64,1 kv.m, yardımçı sahəsi 68,9 kv.m olan fərdi yaşayış evindən ibarətdir”. - kimi qeyd edilmişdir. Həmin Şəhadətnamə üzrə əlavə olaraq qeyd edilir ki, miras əmlakın 4/8 hissəsinə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. 2V-494 saylı Şəhadətnamə üzrə isə “22.11.2015-ci il tarixində vəfat etmiş X6 vərəsələri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olan qardaşlar, Məmməd oğlu Sahib, Həbibullah və İbrahim Məmmədzadələr və ünvan 13 ünvanında qeydiyyatda olan X8r və onların hər biri miras əmlakdan 1/4 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak, DƏDRX-nin 12 saylı Şəki ərazi İdarəsi tərəfindən 12.07.2011-ci il tarixində, X12 verilmiş **********64 10301 reyestr nömrəli, ********** qeydiyyat saylı dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ümumi sahəsi 0,033 ha olan torpaq sahəsindən ibarətdir” kimi qeyd edilmişdir. İş üzrə cavabdeh Şəki Reqional “Asan Xidmət” mərkəzində, notariat ofisinin xüsusi notariusu, X32 tərəfindən 06.10.2020-ci il tarixində, qeydə alınmış 383 saylı vərəsəlik işi üzrə, 2V-493 və 2V-494 saylı, “Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə”lərin hər ikisiİ üzrə, vərəsələr - ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olan qardaşlar, Məmməd oğlu Sahib, Həbibullah və İbrahim Məmmədzadələr və ünvan 13 ünvanında qeydiyyatda olan X13ir. X16, 2002-ci ildən indiyədək, ailə qurması səbəbi ilə, adı yuxarıda qeyd edilən ünvandakı fərdi yaşayış evini tərk etmiş, daimi qeydiyyat ünvanını dəyişmiş və hal-hazırda da, ünvan 14ləsi ilə birgə daimi qeydiyyatda olmaqla yaşayır. Qeyd edilənlər, X6 miras əmlakında məcburi payı olanların və ya miras əmlakı faktiki olaraq qəbul etmişlərin sırasına, X3 daxil edilməsini mümkünsüz edir. Ancaq, mərhumə mülkiyyət sahibi sağlığında, öz əmlakını X7 vəsiyyət etdiyindən, o, ancaq vəsiyyətnamə üzrə vərəsədir. İş üzrə cavabdeh Şəki Reqional '‘Asan Xidmət” mərkəzində, notariat ofisinin xüsusi notariusu, X32 tərəfindən, 06.10.2020-ci il tarixində, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə görə, reyestrdə 383 saylı vərəsəlik işi üzrə qeydə alınmış 2 ayrı-ayrı - 2V-493 və 2V-494 saylı, “Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə”- lər, qanunların tələblərinin yerinə yetirilməməsi ilə verilmiş və nəticədə onun mülkiyyət hüquqları pozulmuşdur. Bildirmişdir ki, 31.10.2009-cu il tarixdə, Şəki 2 saylı Dövlət notariat kontorunda reyestrdə 2V-1/153 nömrə ilə qeydə alınaraq təsdiq edilmiş vəsiyyət üzrə vəsiyyətnamə anası tərəfindən imzalanmasını şübhə ilə yanaşır. Hesab edir ki, həmin vəsiyyətnaməni anası imzalaya bilməzdi. Hesab etmişdir ki, mərhum anası qeyd edilən vəsiyyətnaməni imzalasa da həmin sənədin məzmununu dərk etmədən imzalamışdır. Həmin vəsiyyətnaməyə görə Bənövşəyə daha artıq pay düşmüşdür. Bu isə ədalətli deyildir. Qeyd edilən 31.10.2009-cu il tarixli vəsiyyət üzrə vəsiyyətnaməni anası imzalamadığından digər reyestrdə 383 saylı vərəsəlik işi üzrə qeydə alınmış 2 ayrı-ayrı - 2V-493 və 2V-494 saylı, “Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə”- lər də etibarsızdır. Həmçinin bildirmişdir ki, Bənövşə həmin vəsiyyət üzrə vəsiyyətnaməni saxta yolla əldə etdiyindən o anasından qalmış mülkiyyət üzrə ləyaqətsiz vərəsə elan edilməli və anasından qalmış əmlaka münasibətdə mülkiyyət hüquqlarından məhrum edilməlidir.
17. Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) 10 dekabr 2021-cı il tarixli, 2(075)-624/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, 140 manat ekspertiza xərcinin İddiaçı alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, X19 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilməsi, iddiaçının dövlət büdcəsinə ödədiyi 10 manat rüsumun onların özünə aid edilməsi qət edilmişdir.
18. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı 31.10.2009-cu il tarixdə, Şəki 2 saylı Dövlət notariat kontorunun, Dövlət notariusu X24 tərəfindən, reyestrdə 2V-1/153 nömrə ilə qeydə alınaraq təsdiq edilmiş “ünvan 1 ünvanında yaşayan X6 vəsiyyəti üzrə vəsiyyətnamənin, Şəki reqional “Asan Xidmət” mərkəzində, notariat ofisinin xüsusi notariusu, X32 tərəfindən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə, reyestrdə 383 saylı vərəsəlik işi üzrə qeydə alınmış 2 ayrı-ayrı: 2V-493 və 2V-494 saylı, “Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə”- lərin etibarsız hesab edilməsi, həmçinin X3, X4 qalmış mülkiyyətə vərəsəliyi üzrə ləyaqətsiz vərəsə elan edilməsi və onun X4 qalmış əmlaka mülkiyyət hüquqlarından məhrum edilməsinə əsas ola biləcək hər hansı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də İddiaçı 31.10.2009cu il tarixdə, Şəki 2 saylı Dövlət notariat kontorunun, Dövlət notariusu X24 tərəfindən, reyestrdə 2V-1/153 nömrə ilə qeydə alınaraq təsdiq edilmiş “ünvan 1 ünvanında yaşayan X6 vəsiyyəti üzrə vəsiyyətnamənin, Şəki reqional “Asan Xidmət” mərkəzində, notariat ofisinin xüsusi notariusu, X32 tərəfindən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə, reyestrdə 383 saylı vərəsəlik işi üzrə qeydə alınmış 2 ayrı-ayrı: 2V-493 və 2V-494 saylı, “Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə”- lərin etibarsız hesab edilməsi və X3, X4 qalmış mülkiyyətə vərəsəliyi üzrə ləyaqətsiz vərəsə elan edilməsi və onun X4 qalmış əmlak üzrə ləyaqətsiz vərəsə elan edilməsi və onun X4 qalmış əmlaka mülkiyyət hüquqlarından məhrum edilməsi tələbinə dair iddiaları təmin edilməməlidir.
19. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43-cü maddəsinin 1-ci hissəsi və 71-ci maddələrinə, İnsan Hüquqlarının və X21 haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 337.1, 337.2, 337.3, 337.4, 389.1, 1137 və 1139-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
20. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mərhum anası X18 latın əlifbası qrafikalı, yeni azərbaycan dili əlifbasını bilmirdi və buna görə də, bu qrafika ilə tərtib edilmiş hər hansısa sənədi də oxuya bilmirdi. Deməli, yeni Azərbaycan əlifbası ilə tərtib edilmiş heç bir sənədin mahiyyətindən xəbərdar ola bilməzdi.
21. Hazırkı iş üzrə 3-cü şəxs X16 adı yuxarıda qeyd edilmiş, iddia tələbinin əsaslandığı Şəki Rayon Məhkəməsinin 06.10.2009-cu il tarixli, 2(075)-954/2009 saylı qərardadı üzrə, mərhum anası X6 adından, onun xəbəri olmadan onun, anasına məxsus mülkiyyətdən məhrum edilməyinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə prosesi başlandığında, iclasda X6 özünün şəxsən iştirakının tələb edilməsi əsasında, iclasda iştirak etməkdən vaz keçmiş və mərhum anası X14 bu proses barəsində məlumatlandırmamışdır. Yəni, qeyd edilən proses barəsində X6 xəbəri olmamışdır.
22. Məhkəmə müstəvisində onun mərhum anası X6 əmlakı üzrə vərəsəliyi ilə bağlı, heç nəyə nail olmayacağını artıq başa düşən, X15 Şəki Rayon Məhkəməsində 06.10.2009-cu il tarixli, 2(075)-954/2009 saylı qərardad qəbul edildikdən sonra, mərhum anası X6 vəsiyyətnaməsini əldə etməklə, öz niyyətinə nail olmağa çalışmış və hansısa naməlum yollarla, 31.10.2009-cu il tarixdə, Şəki 2 saylı Dövlət notariat kontorunda imzalanmış vəsiyyətnaməni əldə etməklə buna nail də olmuşdur. Tam əminliklə bildirir ki, mərhum anası X18 imzaladığı sənədin mahiyyətindən xəbəri olmamışdır.
23. Şəki Rayon Məhkəməsinin 06.01.2012-ci il tarixli və Şəki Apellyasiya Məhkəməsinin 2(107)-233/2012 saylı qərardadları bir başa olaraq olaraq sübut edir ki, mərhum anası X18 nəinki Şəki Rayon Məhkəməsinin 06.10.2009-cu il tarixli, 2(075)- 954/2009 saylı qərardadından, hətta 31.10.2009-cu il tarixdə Şəki 2 saylı Dövlət notariat kontorunda imzalanmış vəsiyyətnamənin mahiyyətindən də belə xəbərdar olmamışdır. Məhkəmə bu faktı da düzgün araşdırmamışdır.
24. Qeyd edilənlərə əsasən Şəki Rayon Məhkəməsinin 10.12.2021-ci il tarixli, 2(075)-624/2021 saylı qətnaməsinin ləğv edilməsi və; a) 31.10.2009-cu il tarixdə, Şəki 2 saylı Dövlət notariat kontorunun, Dövlət notariusu X24 tərəfindən, reyestrdə 2V-İ/153 sayı ilə qeydə alınaraq təsdiq edilmiş; - “ünvan 1 ünvanında yaşayan X18-nın vəsiyyəti üzrə vəsiyyətnamənin etibarsız hesab edilməsi ilə; b) Vəsiyyətnamənin etibarsız hesab edilməsi və vəsiyyətnamə üzrə notariat hərəkətlərinin düzgün yerinə yetirilməməsi ilə. Şəki regional “Asan Xidmət” mərkəzi-ndə, notariat ofisinin xüsusi notariusu, X32 tərəfindən, ünvan 1 ünvanında yerləşən tərdi yaşayış evi üzrə, reyestrdə 3E3 saylı vərəsəlik işi üzrə qeydə alınmış 1 deyil, 2 ayrı-ayrı; 2V-493 və 2V-494 saylı, “Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə” lərinin də etibarsız hesab edilməsi; və c) İş üzrə maraqlı şəxs qismində cəlb edilmiş X5 X4 qalmış mülkiyyətə vərəsəliyi üzrə ləyaqətsiz vərəsə elan edilməsi ilə onun, X4 qalmış əmlaka mülkiyyət hüquqlarından məhrum edilməsinə dair Qərar qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X16 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, anası sağlığında evə dair onun adına vəsiyyətnamə qoymuş, notarius da qanuna uyğun payları müəyyən etmişdir. Hazırda miras əmlakda onun payı çox olmasına, bütün vərəsələrin payının müəyyən edilməsinə baxmayaraq, iddiaçı özü üçün müəyyən edilmiş paydan çox hissədə yaşayır. Onlar da buna etiraz etmir. Bütün bunlara baxmayraq iddiaçı müxtəlif bəhanələrlə onları məhkəməyə verir. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş edir.
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X10 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, notarius tərəfindən qanunvericiliyə uyğun pay bölünməsinə baxmayaraq, iddiaçı həmin payla razılaşmır. Halbuki onların hamısı bu payla razılaşmış və həmin evdə yaşayırlar. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş edir.
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X20 da apellyasiya şikayətinə etiraz edərək, sonda şikayətin təmin olunmamasını xahiş etmişdir.
29. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə İddiaçı və cavabdeh Şəki Regional “ASAN” xidmət mərkəzində notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin hər iki tərəf məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq 30.Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları;
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar 1243-cü maddəsinə əsasən Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. 1170.2-ci maddəsinin tələbinə görə əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə, lakin vəsiyyətnamədə yalnız bir vərəsənin payı müəyyənləşdirilmişdirsə, digər vərəsələr qalan əmlakı bərabər alırlar. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;
372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya şikayətindən görünür ki, apellyator Şəki Rayon Məhkəməsinin 10 dekabr 2021-cı il tarixli, 2(075)-624/2021 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək qətnamənin ləğv edilib yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin 10 dekabr 2021-cı il tarixli, 2(075)- 624/2021 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 35.Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sənədlər əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. 36.İddia tələbinin ifadə tərzindən və mahiyyətindən görünür ki, iddiaçının tələbi üç hissədən-vəsiyyətnamənin etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və X3 ləyaqətsiz vərəsə hesab edilməsindən ibarətdir. 37.Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıdakıları qeyd edir.
38. Məhkəmə kollegiyasının tədqiqi zamanı cavabdeh tərəfin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, miras qoyan X18 2015-ci il tarixdə vəfat etmişdir. Miras qoyan X23, Həbibullah, Sahib, İbrahim adlı dörd vərəsəsi olmuşdur.
39. İşin faktiki halları ilə müyyən edilir ki, X18 31 oktyabr 2009-cu il tarixdə özünə məxsus olan Şəki şəhəri, Qoqol küçəsi, 18 nömrəli (hazırki Şəki şəhəri Güləhli küçəsi ev 26) fərdi yaşayış evini qızı X7 vəsiyyət etmişdir. 40.İşin müəyyən edilmiş hallarına görə X27 vəfatından sonra mülkiyyət hüququ ilə sonuncuya məxsus olmuş ünvan 15 ünvanda yerləşən fərdi yaşayış evi (vəsiyyət olunmuş) və həmin ünvanda yerləşən 0.033 ha torpaq sahəsi miras qalmışdır. Həmin əmlaklardan fərdi yaşayış evi 31 oktyabr 2009-cu il tarixli vəsiyyətnamə ilə X7 vəsiyyət edilmişdir. 41.İşin mübahisə olunmayan hallarından müəyyən edilir ki, vərəsələr- İddiaçı, X16, X10 və X20 06 oktyabr 2020-ci il tarixdə notariat kontoruna müraciət edərək analarından qalmış miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişlər. 42.16 oktyabr 2020-ci il tarixli 2V-492 reyestr nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu 2 saylı dövlət notariat ofisi tərəfindən 31.10.2009-cu il tarixdə təsdiq edilən və reyestrdə 153 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 22.11.2015-ci il tarixdə vəfat etmiş- X6 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Abşeron ray., Xırdalan, mən 39 ünvanında qeydiyyatda olan X8r və o miras əmlakdan 4/8 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak-DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 12.07.2011-ci il tarixdə X12 verilmiş **********64-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 133 kv/m, yaşayış sahəsi 64.1 kv/m, yardımçı sahəsi 68.9 kv/m, 4 otaqlı olan fərdi yaşayış evindən ibarətdir.
43. 16 oktyabr 2020-ci il tarixli 2V-493 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 22.11.2015-ci il tarixdə vəfat etmiş-X6 vərəsələri: İddiaçı, X10, X16, X20 olmaqla, onların hər biri miras əmlakdan 1/8 hissədə irs almalıdır.
44. Şəhadətnamə verilən miras əmlak DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 12.07.2011-ci il tarixdə X12 verilmiş **********64-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 133 kv/m, yaşayış sahəsi 64.1 kv/m, yardımçı sahəsi 68.9 kv/m olan fərdi yaşayış evindən ibarətdir. 45.16 oktyabr 2020-ci il tarixli, 2V-494 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 22.11.2015-ci il tarixdə vəfat etmiş-X6 vərəsələri: Həbibullah, Sahib, Bənövşə İbrahim hər biri miras əmlakdan 1/4 hissədə irs almalıdır.
46. Şəhadətnamə verilən miras əmlak DƏDRX nin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən 12.07.2011-ci il tarixdə X12 verilmiş **********64-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerleşən ümumi sahəsi 0.033 ha olan torpaq sahəsindən ibarətdir.
47. DƏDRX-in Şəki şəhər Əİ tərəfindən verimiş 27.10.2020-ci il tarixli çıxarış ilə ünvan 1, yeni qaydalarla AZ 5500, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin 5/8 hissəsi, torpaq sahəsinin ¼ hissəsi X3, fərdi yaşayış evinin 1/8 hissəsi, torpaq sahəsinin 1/4 hissəsi İddiaçı, fərdi yaşayış evinin 1/8 hissəsi, torpaq sahəsinin 1/4 hissəsi X2, fərdi yaşayış evinin 1/8 hissəsi, torpaq sahəsinin 1/4 hissəsi X11 xüsusi mülkiyyətin kimi qeydiyyata alınmışdır.
48. Apellyasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, apellyator vəsiyyət üzrə vərəsəyə məcburi payın verilməsini mübahisələndirmişdir.
49. Şikayətin bu dəlili ilə bağlı kollegiya bildirir ki, notarius tərəfindən vəsiyyət üzrə vərəsənin (Bənövşə Nəsrullayevanın) payı müəyyən edilərkən, sonuncuya məcburi pay verilsə də, əslində bu pay onun ümumi payının artmasına səbəb olmamışdır. Çünki vəsiyyətnamə üzrə şəhadətnamədə Bənövşə Nəsrullayevanın payı 4/8 hissə müəyyən edilmişdir. Hallbuki həmin pay 5/8 hissə olmalı idi (5/8 hissə vəsiyyət üzrə vərəsənin, 3/8 hissə isə digər məcburi pay olan vərəsələrin). 50.Göründüyü kimi notarius tərəfindən mübahisələndirilən şəhadətnamə üzrə B.Nəsrullayevaya əlavə 1/8 hissə məcburi pay verilməklə, sonuncunun ümumi payı yenə də 5/8 hissə olmuşdur. Ona görə də kollegiya belə qənaətə gəlir ki, ümumi götürdükdə vərəsələrin payı düzgün müəyyən edildiyindən və prosessual qənaət prinsipi baxımından formal əsas görə şəhadətnamənin ləğv edilməsi düzgün olmazdı. Çünki bütün hallarda, o cümlədən şəhadətnamənin ləğv olunub-olunmamasından asılı olmayaraq İddiaçı mübahisəli evdən məcburi payı 1/8 hissədən artıq olmayacaqdır.
51. Kollegiya bildirir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir
52. Apellyasiya şikayətinin digər dəlilində, həmçinin də apellyasiya şikayətində miras qoyan Səmayə Məmmədzadə tərəfindən qızı Bənövşə Nəsrullayevanın adına tərtib olunmuş 31 oktyabr 2009-cu il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsini mübahisələndirmişdir
53. İş materiallarında olan 31 oktyabr 2009-cu il tarixli, 2V-1/153 reyestr nömrəli vəsiyyətnamədən görünür ki, vəsiyyətnamə notarial qaydada təsdiq olunmaqla, iki nəfər şahidin iştirakı ilə tərtib olunmuşdur.
54. Kollegiyanın araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyinə əsasən mübahisələndirilən vəsiyyətnamədiki imzanın X18 tərəfindən icra olunması müəyyən edilmişdir Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 1231.1-ci maddəsinə əsasən vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər. 55.Qeyd olunan maddi hüquq normasından göründüyü kimi vəsiyyətnamənin qüvvədən düşməsi-etibarsız sayılması barədə iddianın axını vəsiyyətnamə tərtib edildiyi gündən deyil, mirasın açıldığı gündən başlanır. 56.Kollegiya qeyd edir ki, mülki hüquq münasibətlərinin, o cümlədən vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı bu münasibətlərin iştirakçılarının iradə ifadəsini əks etdirən əqdlərə əsaslanır. Vəsiyyətnamə yalnız miras açıldıqdan sonra hüquq və vəzifələr yaradan birtərəfli əqddir. Vəsiyyət edən öz əmlakını həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə vəsiyyət edə, vərəsələrin miras payını müəyyənləşdirə bilər, qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Əqdin etibarsızlığı əqdin qanunun tələblərinə zidd olaraq və yaxud qanunvericilikdə müəyyən edilmiş qaydalara riayət edilmədən bağlanmasını, yəni əqdin bağlandığı andan qanunsuz olmasını ehtiva edir. 57.Vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya birbirinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər (Mülki Məcəllənin 1225.1.,1225.2. və 1225.3. maddələri). 58.Mülki Məcəllənin 337.1-ci maddəsinin tələbinə görə, həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinin tələbinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 59.Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinin tələbinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 60.Kollegiya apellyasiya şikayətinin bu dəlilini əsaslı hesab etmir. 61.Şikayət üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, iddia tələbinin və apellyasiya şikayətinin dəlillərindən biri də (3-cü hissəsi) vərəsə (cavabdeh) Bənövşə Nəsrullayevanın ləyaqətsiz vərəsə hüququndan məhrum edilməsidir.
62. Kollegiya apellyasiya şikayətinin bu dəlili bağlı aşağıdakıları qeyd edir.
63. Vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır.
64. Həmin maddəyə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.
65. Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir.
66. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir.
67. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları da ehtiva edir. 68.Göründüyü kimi iddiaçı X3 X4 qalmış mülkiyyətə vərəsəliyi üzrə ləyaqətsiz vərəsə elan edilməsi və onun X4 qalmış əmlaka mülkiyyət hüquqlarından məhrum edilməsinə əsas ola biləcək hər hansı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. 69.Kollegiya apellyasiya şikayətinin bu dəlilini də əsassız hesab edir. 70.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 10 dekabr 2021-cı il tarixli, 2(075)-624/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər(elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov