Məhkəmə qərarları › İş №2(107)-565/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-565/2024

08.05.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-565/2024 08.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil X2 Birliyim Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinə qarşı əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: ödənilməmiş əmək haqqı) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı, cavabdeh Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin nümayəndəsi X3 və cavabdehin vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil X2 Birliyim Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinə qarşı əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli 2(051)-130/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı 1 mart 2019-cu ildə cavabdeh Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil X2 Birliyim Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsində (bundan sonra Mənil Təsərrüfatı və Abadlaşdırma İdarəsi) Komendant vəzifəsinə təyin olunmuşdur. İddia edir ki, 2019-2020-ci illərdə pandemiya dövründə olduğu müddət ərzində ona heç bir əmək haqqı və ya digər ödənişlər edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdeh Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə qarşı iddia ərizəsi və tələbin dəqiləşdirilməsi barədə əlavə iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsində işlədiyi 2019-2020-ci il tarixdən ödənilməyən 2114.06 manat əmək haqqının və 2023-cü ilin fevral ayına kimi istifadə edilməmiş əmək məzuniyyətinə görə (son haqq-hesab) kompensasiyanın hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, xx.xx.1975-ci ildən əmək fəaliyyətinə başlamış və uzun müddətdir müxtəlif vəzifələrdə işləmişdir. Mingəçevir şəhər MTAİ-nin tabeliyində olan yataqxanada komendant işlədiyi 2019-2020-ci illərdə pandemiya dövründə olduğu müddət ərzində ona heç bir əmək haqqı və ya digər ödənişlər verilməmişdir. Həmin müddətdə ona ödəniş edilməməsinin səbəbləri məlum deyil. Bu barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq ona olan əmək haqqının ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Əksinə əmək haqqının ödənilməməsi ilə bağlı əlavə hesablamalar aparılmalıdır. Bundan əlavə sözügedən müddət ərzində müəssisənin ona 2114.06 manat əmək haqqı borcu yaranmışdır. Daha sonra iddiaçı bildirdi ki, 2023-cü ilin fevral ayına kimi istifadə edilməmiş əmək məzuniyyətinə görə ona bütün ödənişlər edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edlməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçınını subyektiv cəhətdən hal-hazırki iddianı qaldırmaq hüququ vardır. İş materiallarından da görünür ki, iddiaçı həqiqətən də Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin tabeliyində olan yataqxanada komendant işləmiş və 2019-2020-ci illərdə pandemiya dövründə olduğu müddət ərzində heç bir əmək haqqı almamışdır. Lakin iddiaçı həmin dövrlərdə bu barədə məhkəməyə və ya digər orqanlara müraciət etməmişdir. Halhazırda cavabdeh təşkilatın nümayəndəsi isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsində nəzərdə tutulan bir illik iddia müddəti buraxıldığı üçün iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, iddiaçının iddia qaldımağa subyektiv hüququ olduğuna baxmayaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsində nəzərdə tutulan iddia müddətini ötürdüyü üçün iddia müddəti tətbiq edilməli və iddia təmin edilməməlidir.

5. Mingəçevir Şəhər Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli 2(051)-130/2024 nömrəli qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) İddiaçı cavabdeh Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil X2 Birliyim Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinə qarşı əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməsi tələbinə dair iddiası təmin olunmaması qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375 və 377-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddələrinə istinad etmişdir.

7. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə iddia tələbinin əsaslı olduğu qənaətinə gəlsə də və bu barədə qətnamənin əsaslandırıcı hissəsində tələb etdiyi iş dövrü üçün əmək haqqımın cavabdeh tərəfindən ödənilmədiyini təsdiq etsə də, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə düzgün hüquqi qiymət verməyərək və Əmək Məcəlləsinin 296.4-cü maddəsini səhv təfsir edərək, səhvə yol verərək iddia müddətinin keçməsini tətbiq edib iddia tələbini təmin etməmişdir. Əmək Məcəlləsinin 296.4-cü maddəsinə müvafiq olaraq pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. O, 14 fevral 2023-cü il tarixdə işdən azad edilərək 16 fevral 2023-cü il tarixdə əmək kitabçasını və son haqq-hesabını almışdır və həmin gün ona məlum olmuşdur ki, iddia tələbində göstərdiyi əmək haqqı və məzuniyyət pulları ona hesablanmamış və ödənilməmişdir. Bu hüquq normasının mənasına görə onun əmək hüququnun pozulduğu gün əmək kitabçasını aldığı gün olduğuna görə, o həmin gündən, yəni, xx.xx.2023-cü ildən 2024-cü ilin fevral ayının 16-na qədər, yəni 1 il müddətində pul (əmək haqqı, kompensasiya) tələbi ilə məhkəməyə müraciət edə bilər. İş materiallarından göründüyü kimi isə o hazırkı iddia tələbi ilə məhkəməyə 2023-cü ilin sentyabr ayında, yəni hüququnun pozulduğunu aşkar etdiyi gündən 6 (altı) ay sonra müraciət etmiş, tələb olunan müddəti ötürməmişdir.

9. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli 2(051)- 130/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında cavabdeh Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin nümayəndəsi X4 və cavabdehin vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli 2(051)-130/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; Maddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti 1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; Maddə 154. Əmək haqqı 1. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 157. Əməyin ödənilməsi sistemi və növləri 5. Əmək haqqına əlavə - əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Maddə 172. Əmək haqqının verilməsi müddətləri 1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Maddə 173. İşçilərin haqq-hesab sənədləri 1. İşəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir. 2. İşçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) aşağıdakı məlumatlar göstərilir: əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri; 147-ci maddənin 1-ci hissəsinə əsasən əmək normaları-hasilat normaları, vaxt normaları, xidmət normaları və işçilərin say normaları işçilər üçün texnikanın, texnologiyanın əldə edilmiş səviyyəsinə uyğun olaraq müəyyən edilir. 147-ci maddənin 4-cü hissəsinə hasilat normaları elə müəyyən edilməlidir ki, tam iş vaxtı ərzində işçi əmək funksiyasını yerinə yetirmək imkanına malik olsun və onun əmək haqqının məbləği qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmasın. 288-ci maddəyə əsasən əmək normalarının, əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli bu Məcəllə ilə nizama salınır. 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır; Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli Qərarı: “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. ... Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı).”

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

17. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

18. Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli 2(051)- 130/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

20. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.1-ci maddəsinə görə aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin Məcəllənin 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, göstərilən qanun normalarının tələbindən göründüyü kimi, iddiaçı ona ödənilməyən əmək haqqı barədə hüququnun pozulduğunu ən geci həmin ayın sonu bilmişdir. Hazırki halda iddiaçıya 2019- 2020-ci illərdə, yəni bir neçə aylar ərzində əmək haqqı ödənilməmiş, iddiaçı hər ayın sonunda həmin ay üzrə əmək haqqının ödənilmədiyini görmüş, lakin bu barədə məhkəməyə müraciət etməmişdir. Ona görə də, birinci instansiya məhkəməsi iddia tələbinin ödənilməyən əmək haqqına aid hissəsində iddia müddətini tətbiq etməklə iddianı rədd etməkdə haqlı olmuşdur.

21. Hazırki vəziyyətdə iddiaçı iddiasının istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsinə aid hissəsində apellyasiya şiakyətindən imtina etdiyinə və həmin hissədə iş üzrə apellyasiya icraatına xitam verildiyinə görə, həmin hissədə araşdırma aparılmamışdır.

22. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı iddia müddəti tətbiq etməklə rədd edərkən iddia tələbinin ödənilməyən əmək haqqına aid hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli 2(051)-130/2024 nömrəli qətnaməsi iddia tələbinin ödənilməyən əmək haqqına aid hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli 2(051)-130/2024 nömrəli qətnaməsi iddia tələbinin ödənilməyən əmək haqqına aid hissəsində dəyişdirilmədən sаxlаnılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar