Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-566/2023 01.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi İsmayıllı RİHB-nın yanında Qəyyumluq və Himayəçilik Orqanını maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması, hüququ olmayan şəxs tərəfindən verilən ərizə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, Ərizəçi İsmayıllı RİHB-nın yanında Qəyyumluq və Himayəçilik Orqanını maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə İsmayıllı Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli 2(037)-461/2023 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə müraciət edərək 19 sentyabr 1997-cı il təvəllüdlü bacısı qızı X1 fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli 2(037)-461/2023 nömrəli qərardadı ilə Ərizəçi İsmayıllı RİHB-nın yanında Qəyyumluq və Himayəçilik Orqanını maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılması, 10 mart 2023-cü il tarixdə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun tam şəkildə Ərizəçi qaytarılması qərara alınmışdır. Ərizəçi həmin qərardaddan şikayət vermişdir. İsmayıllı Rayon Məhkəməsinin 3 aprel 2023-cü il tarixli 2(037)-461/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli 2(037)- 461/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci insansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ərizədən görünür ki, ərizəçi bacısı qızının fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Göründüyü kimi qanunvericilikdə dayının bacısı qızının fəaliyyət qabiliyyətsiz hesab edilməsi barədə tələblə məhkəməyə müraciət etmək hüququnun olması nəzərdə tutulmamışdır. Hazırki tələblə isə məhkəməyə müvafiq icra hakimiyyəti orqanı və yaxud da psixi qüsurlu şəxs psixiatriya (psixonevroloji) müəssisəsində olarsa həmin müəssisə tərəfindən ərizə verilə bilər. Bundan başqa Ərizəçi ərizəsinə tələbini əsaslandırıldığı hallara dair sənədləri əlavə etməyərək məhkəməyə müraciət etmişdir. Belə ki, ərizəçi bacısı qızı Gülzadə Həmzəyevanın fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi üçün əsas olan hansı xəstəliklə hansı tibbi müəssisəsində qeydiyyatda olmasını, həmin xəstəlikdən müalicə alıbalmamasını və əlilliyini təsdiq edən sənədləri ərizəyə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Qanunvercilikdə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qanuni qüvvəyə mindikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra olunaraq həmin şəxsə qəyyum təyin edilməsi nəzərdə tutulmuşdur. Buna baxmayaraq ərizəçi öz mülahizələrinə görə bacısı qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edərək qeyrimüəyyən tələblə müraciət edərək qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 151.1-ci maddəsində göstərilir ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Ərizəçi şikayətində göstərmişdir ki, ona baxacaq heç bir bacı qardaşı olmadığından X2 hal-hazırda dayısı Ərizəçi himayəsində yaşayır. Göründüyü kimi xx.xx.1997-ci il tarixdə İsmayıllı rayonu, Qalacıq kəndində doğulmuş X1 MPM-nin 317.2-ci maddəsində qeyd olunan yaxın qohumları (valideynlərin, uşaqların, qardaşbacıların) yoxdur. MPM-nin 317.2ci maddəsində müvafiq icra hakimiyyəti orqanı dedikdə, Qəyyumluq və Himayəçilik Orqanı nəzərdə tutulur. İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanı isə özü-özünə qarşı iddia qaldıra bilməz. Kollegiya qeyd edir ki, X1 hal-hazırda dayısı Ərizəçi himayəsində yaşaması ərizəçini birincinin yaxın qohumu hesab edilməsi anlamına gələ bilməz. İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanı isə özü-özünə qarşı iddia qaldıra bilməməsinə gəlincə isə məhkəmə kollegiyası qeyd edir ki, fəaliyyət qabiliyyətsiz hesab edilmə barədə ərizə xüsusi icraat qaydasında baxılmaqla bu cür icraatda hər hansı cavabdehə qarşı qaldırılan iddia mövcud deyildir. MPM-nin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Göründüyü kimi, İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanı özü-özünə qarşı iddia qaldırmalı deyildir. Ərizəçinin şikayətinin dəlilləri əsassızdır və qanuni və əsaslı qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, İsmayıllı Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli 2(037)-461/2023 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli 2(037)-461/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli 2(037)-461/2023 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-566/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-566/2023
01.05.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver