Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-569/2024 25.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya hüququ əsasında pul tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: subroqasiya qaydasında pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X8 və X3 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya hüququ əsasında pul tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2(025)-91/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Cavabdeh 18 oktyabr 2021-ci il tarixdə etibarnamə ilə idarə etdiyi, X2 məxsus **- OD-*** dövlət qeydiyyat nişanlı “BMW X-5” minik markalı nəqliyyat vasitəsini idarə edərkən Bakı şəhəri, Yasamal rayonu, Kənar Dairəvi yolda ** DO *** dövlət qeydiyyat nişanlı “BMW 520” minik markalı avtomobillə toqquşmuşdur. Həmin hadisə nəticəsində ** DO *** dövlət qeydiyyat nişanlı “BMW 520” minik markalı avtomobilə vurulmuş zərərin əvəzi 19.946,45 (on doqquz min doqquz yüz qırx altı manat qırx beş qəpik) manat həcmində qiymətləndirilməklə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti subroqasiya hüququ əsasında həmin pul məbləğinin 14.946,45 manat hissəsini Cavabdeh tələb edir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya hüququ əsasında pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zərər çəkmiş nəqliyyat vasitəsinin bərpası üçün təmir xərcləri və ƏDV məbləği hesablanmaqla həyata keçirilmiş sığorta ödənişi əvəzində 14.946,45 (on dörd min doqquz yüz qırx altı manat qırx beş qəpik) manat məbləğində vəsaitin, 148,95 manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin iddiaçı"xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən idarə olunan ** OD *** dövlət qeydiyyat nişanlı BMW X-5 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** DO *** dövlət qeydiyyat nişanlı BMW 520 markalı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı X10 haqqında qərara əsasən Cavabdeh təqsirli bilinmişdir. Sığortalı ** DO *** dövlət qeydiyyat nişanlı BMW 520 markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən sığortalı müraciət etmişdir. ** DO *** dövlət qeydiyyat nişanlı BMW 520 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 19946,45 manat (on doqquz min doqquz yüz qırx altı manat, 45 qəpik) məbləğində müəyyən edilmişdir. Zərərçəkmiş sığortalı müəyyən edilmiş zərər məbləği ilə razı olmadığından sığortalı nəqliyyat vasitəsi təmirə yönləndirilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli “Sığorta aktı”na əsasən 19946,45 manat (on doqquz min doqquz yüz qırx altı manat, 45 qəpik) (bu ödənişin 16903,77 manatı təmir xərcləri və ehtiyat hissələrini, 3042,68 manat hissəsi isə ƏDV təşkil edir) məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmiri ilə bağlı təmir mərkəzinin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası "xxxx" ASC olduğundan 5000,00 (beş min) manat icbari sığorta ödənişi zərər məbləğindən çıxılmışdır. xx.xx.2022-ci il tarixində sığorta ödənişi çıxılmaqla qalıq məbləğ olan 14 946,45 (on dörd min doqquz yüz qırx altı manat qırx beş qəpik) manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lərə) məktub göndərilmiş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişdir.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, Cavabdeh 18 oktyabr 2021-ci il tarixdə etibarnamə ilə idarə etdiyi, X2 məxsus **-OD-*** dövlət qeydiyyat nişanlı “BMW X-5” minik markalı nəqliyyat vasitəsini idarə edərkən Bakı şəhəri, Yasamal rayonu, Kənar Dairəvi yolda ** DO *** dövlət qeydiyyat nişanlı “BMW 520” minik markalı avtomobillə toqquşmuş və həmin avtomobillə toqquşduğuna görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Həmin hadisə nəticəsində Yasamal rayon DYPŞ polis kapitanı X5 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli TP ******* nömrəli “X10 Haqqında” qərarına əsasən Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Həmin hadisə nəticəsində ** DO *** dövlət qeydiyyat nişanlı “BMW 520” minik markalı avtomobilə ziyan dəymişdir. Ona görə də, Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində ** DO *** dövlət qeydiyyat nişanlı “BMW 520” minik markalı avtomobilə vurulmuş zərərin əvəzi 19946,45 (on doqquz min doqquz yüz qırx altı manat qırx beş qəpik) manat həcmində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalının avtomaşının təmiri üçün ödənildiyindən, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936 və 1108.1-ci maddələrinin tələblərinə əsasən, Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia qismən əsaslıdır və qismən təmin edilməlidir.
5. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli “Sığorta aktı”na əsasən 19946,45 manat məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmiri ilə bağlı təmir mərkəzinin hesabına köçürülmüşdür. Həmin məbləğin 16903,77 manatı təmir xərcləri və ehtiyat hissələrini, 3042,68 manat hissəsi isə ƏDV təşkil edir. Təqsirli tərəfin icbari sığortası "xxxx" ASC olduğundan 5000,00 (beş min) manat icbari sığorta ödənişi zərər məbləğindən çıxılmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən tələb edilən 3042,68 manat ƏDV ilə bağlı hissədə əsassız olduğundan təmin edilməməlidir. Buna əsasən məhkəmə, cavabdehdən 11903,77 manat (14946,45-3042,68) pulun Cavabdeh iddiaçının xeyirinə tutulmasını əsaslı hesab edir.
6. Qəbələ Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2(025)-91/2024 nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 11.903,77 (on bir min doqquz yüz üç manat yetmiş yeddi qəpik) manat sığorta ödənişi məbləği və ödənilmiş 125,71 (bir yüz iyirmi beş manat yetmiş bir qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 936, 1096, 1108 və 1114-cü maddələrinə istinad etmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: xx.xx.2022-ci il tarixli Sığorta Aktı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayış Yasamal rayon DYPŞ polis kapitanı X5 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli TP ******* nömrəli “X10 Haqqında” qərar xx.xx.2021-ci il tarixli ƏN-V № etibarnamə AD seriyalı, 389755 nömrəli Azərbaycan Respublikası Nəqliyyat X1 xx.xx.2019-cu il tarixli ƏN-İV № 728396 nömrəli etibarnamə "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış 28 oktyabr 2022-ci il tarixli, 7011/L nömrəli məktub
9. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o nümayəndəsi vasitəsilə məhkəmə iclasında vəsatət verərək bildirmişdir ki, xx.xx.2021-ciil tarixində yolnəqliyyat hadisəsi nəticəsində idarə etdiyi ** OD *** dövlət qeydiyyat nişanlı BMW X-5 markalı avtonəqliyyat vasitəsi ilə ** DO *** dövlət qeydiyyat nişanlı BMW 520 markalı avtonəqliyyat vasitəsinin arxa hissəsi ilə toqquşmuşdur. Yol nəqliyyat hadisəsi zamanı onun icbari sığortası "xxxx"ASC olduğundan qarşı tərəfə 5000 manat icbari sığorta ödənişi etmişdir. Ümumiyyətlə, yol nəqliyyat hadisəsi zamanı ** DO *** dövlət qeydiyyat nişanlı BMW 520 markalı avtonəqliyyat vasitəsinə dəymiş maddi ziyan məbləği sığortalı olduğundan sığorta şirkəti tərəfindən tam həcmdə ödənilmişdir. ** DO *** dövlət qeydiyyat nişanlı BMW 520 markalı avtonəqliyyat vasitəsinə 19946,45 manat məbləğində maddi ziyan dəyməsi mümkün deyil (məhkəməyə təqdim edilmiş hadisə zamanı ** DO *** dövlət qeydiyyat nişanlı BMW 520 markalı avtonəqliyyat vasitəsinin fotoşəkillərində də bu aydın görünür). Məbləğ bir neçə dəfə şişirdilməklə qeyd edilmiş, reallığı əks etdirməmişdir. Ona görə də, məhkəmə tələb olunan məbləğin şişirdilmiş rəqəm olması, həqiqi dəymiş ziyan olub-olmaması barədə müvafiq ekspertiza təyin etmədən, ekspert rəyi olmadan şəxsi mövqeyinə uyğun qiymətləndirməklə mülki işin ədalətli araşdırılması prinsipini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbini pozmuşdur. Ona görə ki, yol nəqliyyat hadisəsi zamanı elə də ciddi toqquşma baş verməmişdir və ziyan aktındakı rəqəm şişirdilmiş bir rəqəmdir.
11. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, e-2(025)- 91/2024 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Rafael Quliyev məhkəmə kollegiyasına ərizə göndərərək göstərmişdir ki, sığorta ödənişi məbləğinin 19 946,45 AZN (ƏDV daxil) olduğunu nəzərə alaraq, "xxxx" ASC sözügedən hadisəyə görə ümumilikdə 19 946,45 AZN məbləğini tələb etmək hüququna malik olmuşdur. Məhkəmədən yuxarıda qeyd olunanların nəzərə alınmasını və "xxxx" ASC-nin iddiasının tam təmin olunmasını xahiş edir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır.
15. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu: 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir.
16. İcbari Sığortalar haqqında Azərbaycan Respublikası Qanunu: 25.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. 25.2-ci maddəsində qeyd olunur ki, “bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır”.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
18. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
19. Cavabdeh Qəbələ Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2(025)- 91/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını göstərmədiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş 1920.45 manata aid hissəsində gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
21. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərini nəzərə alaraq məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin 25 iyul 2024-cü il tarixli 9/4118 nömrəli ekspert rəyində göstərilmişdir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “BMW520” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 19927,00 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 16571,00 manat; Təmir-bərpa işlərinin qiyməti - 3356,00 manat. Avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 18026,00 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 14670 manat Təmir-bərpa işlərinin qiyməti – 3356 manat
22. Göründüyü kimi, ekspert rəyi ilə aşınma faizləri də nəzərə alınmaqla avtomobilə dəymiş zərərin ümumilikdə 18.026 manat olduğu müəyyən edilmişdir. 5000 manat pul icbari sığorta pulu olaraq həmin məbləğdən çıxılmalı olduğundan 13.026 manat qalır. İddiaçı iddiasında tələb etdiyi pulun 3042,68 manat hissəsinin ƏDV olduğunu göstərmiş, birinci instansiya məhkəməsi həmin ƏDV-nin tələb edilməsinin əsassız olduğu qənaətinə gəlməklə iddianı həmin hissədə rədd etmişdir. İddiaçı isə qətnamədən apellyasiya şikayəti verməməklə onu mübahisələndirməmişdir. Ona görə də, kollegiya hesab edir ki, hazırki 13.026 manatdan da həmin 3042.68 manat ƏDV məbləği çıxılmalıdır. Belə olan halda, cavabdehdən tutulmalı olan məbləğ 9.983,32 manat edir. Birinci instansiya məhkəməsi tərəfindən 11.903,77 manat pulun cavabdehdən tutulması qət edildiyindən kollegiya hesab edir ki, məhkəmənin qətnaməsi 1920.45 manata aid hissədə ləğv edilməklə, iddia tələbinin həmin hissəsi rədd edilməlidir.
23. Kollegiya hesab edir ki, ekspertiza tədqiqatı cavabdehin vəsatəti əsasında keçirildiyindən və ekspert rəyi ilə avtomobilə dəymiş zərərin miqdarı daha artıq müəyyən edildiyindən ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdehdən tutulmalıdır.
24. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddianın təmin edilmiş 1920.45 manata aid hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyinəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Qəbələ Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2(025)-91/2024 nömrəli qətnaməsi iddianın təmin edilmiş 1920.45 manata aid hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Qəbələ Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2(025)-91/2024 nömrəli qətnaməsi 11.903,77 manat məbləğində təmin edilmiş iddianın 1920.45 manata aid hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi 1920.45 manata aid hissədə rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat Cavabdeh tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE********************; Az.MEM, VÖEN**********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.