Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-572/2024 01.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı* və İddiaçı2 cavabdehlər Cavabdeh2nə və Cavabdeh* qarşı vəsiyyətnamənin etibarsızlığı və onun əsasında verilmiş vərəsəlik şəhadətnaməsinin ləğvi, mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: baxılmamış saxlanılma, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X* oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı* və İddiaçı2 cavabdehlər Cavabdeh2nə və Cavabdeh* qarşı vəsiyyətnamənin etibarsızlığı və onun əsasında verilmiş vərəsəlik şəhadətnaməsinin ləğvi, mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması barədə Balakən Rayon Məhkəməsinin 2 fevral 2024-cü il tarixli, 2(0*9)-*26/2024 nömrəli qərardadından iddiaçılar İddiaçı2 və İddiaçı* tərəfindən verilmiş şikayətlərə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı* və İddiaçı2 cavabdehlər Cavabdeh2nə və Cavabdeh* qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Balakən Rayon Notariat Ofisi tərəfindən verilmiş *2 yanvar 202*-ci il tarixli reyestr 2V-*5 nömrəli vəsiyyətnamənin etibarsız hesab edilməsi, *2 yanvar 202*-ci il tarixli reyestr 2V-*5 nömrəli vəsiyyətnamə əsasında cavabdeh Balakən Rayon Notariat Ofisi tərəfindən mübahisəli miras əmlak barəsində cavabdeh X2 verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, birgə iddiaçılar İddiaçı2 və İddiaçı* mirasın qəbulu müddətini üzrlü səbəbdən dolayı ötürdükləri üçün mirasın qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 2 fevral 2024-cü il tarixli, 2(0*9)-*26/2024 nömrəli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılması; iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin iddiaçılar İddiaçı* və İddiaçı2 qaytarılması; bu qərardadın qanuni qüvvəyə mindikdən sonra hazırki iddianın qaldırılması üçün ödənilmiş *00 manat dövlət rüsumunun Balakən rayon Maliyyə Şöbəsi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı2 qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iş üzrə iddiaçılar İddiaçı2 və İddiaçı* şikаyət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin * mart 2024-cü il tarixli, 2(0*9)-*26/2024 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 2 fevral 2024-cü il tarixli, 2(0*9)- *26/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, hazırki işin məhkəmə hazırlıq iclaslarının *6.0*.2024cü il tarixə saat saat *2.30-a, 26.0*.2024-cü il tarixə saat *5.45-ə və xx.xx.2024-cü il tarixə saat *5.45-ə təyin olunmasına baxmayaraq iş üzrə iddiaçılar İddiaçı* və İddiaçı2 və cavabdehlər Cavabdeh2 nümayəndəsi və Cavabdeh* həmin məhkəmə hazırlıq iclaslarına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. İddiaçılar İddiaçı* və İddiaçı2 şikayətləri eyni məzmunlu olmaqla onunla əsaslandırılmışdır ki, İddiaçı2 çox üzürlü səbəbdən gəlməmiş, hazırki hava şəraitini nəzərə alaraq hazırki fəsilnən bağlı (dekabr yanvar fevral) o və ailəsindən bir neçə üzvü respirator və yuxarı tənəfus yollarının xəstəliklərinə yoluxmuş, o səbəbdən məhkəmə iclaslarına gələ bilməmişdir. Həm fiziki olaraq gəlməyə gücü çatmamış, həm də məhkəmə iştirakçılarını ən əsas da hakimi yoluxdurmaq istəməmişdir. İddiaçı* qış aylarında ard-arda həm xeyir işləri (qohumda), həm yas mərasimlər olmuşdur (qohumda). Təşkilatçılardan biri də İddiaçı* olduğu üçün (kömək etməliydi və iştirak etməliydi) məcbur oldu hər ikisində olsun, neçə günlər çəkdi, tərslikdən hər ikisi də hər iki iclasla üst üstə düşdü. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi, qanunvericilik yalnız məhkəmə iclasına gəlməməyi deyil, məhkəməyə bu barədə məlumat verməklə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflərin gəlməməsini ərizənin baxılmamış saxlanılması əsası olaraq göstərmişdir. Yəni, tərəflərin məhkəmə prosesindən məlumatlı olmasına baxmayaraq məhkəmə iclasına getməməklə, o cümlədən gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməməklə barələrində gedən məhkəmə prosesi ilə maraqlanmamaları ərizənin baxılmamış saxlanılması ilə həmin məhkəmə icraatının yekunlaşmasını nəzərdə tutur. Hazırki halda da iddiaçılar məhkəmə hazırlıq iclasının 2 dəfə təxirə alınmasına və onlara bu barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə hazırlıq iclaslarına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. İddiaçıların şikayətlərində qeyd etdikləri səbəblər ən azından məhkəməyə bu barədə teleqram, ərizə və ya digər vasitə ilə məlumat verilməməsi üçün əsas deyildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Balakən Rayon Məhkəməsinin 2 fevral 2024-cü il tarixli, 2(0*9)-*26/2024 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Balakən Rayon Məhkəməsinin 2 fevral 2024-cü il tarixli, 2(0*9)-*26/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında Balakən Rayon Notariat Ofisi tərəfindən məhkəməyə göndərilmiş işə onların iştirakı olmadan baxılması barədə ərizə vardır ki, həmin ərizə * fevral 2024-cü il tarixdə, yəni hazırda mübahisələndirilən qərardadın qəbul edilməsindən əvvəl göndərilsə də, 6 fevral 20240-cü ildə, yəni qərardadın qəbul edilməsindən sonar məhkəməyə daxil olmuşdur. Həmçinin, cavabdeh Balakən Rayon Notariat Ofisi qərardadı mübahisələndirməmişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.*-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən *0 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin *53, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçılar İddiaçı2 və İddiaçı* tərəfindən verilmiş şikayətlər təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 2 fevral 2024-cü il tarixli, 2(0*9)-*26/2024 nömrəli dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-572/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-572/2024
01.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver