Məhkəmə qərarları › İş №2(107)-577/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-577/2020

05.02.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-577/2020 05.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, İsmayıllı rayon notariat ofisi və DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair mülki iş üzrə iddianı təmin etmək üçün tədbir görülməsi barədə iddiaçılar İddiaçı1 və İddiaçı2 vəsatətinin təmin edilməsi ilə bağlı İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-1090/2019 nömrəli qərdadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2məhkəməyə müraciət edərək İsmayıllı rayon, Lahıc qəsəbəsinin Ərəgit kəndində yerləşən“Hacı Dadaş mülkü” adlanan üç mərtəbəli fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0.05 hektar həyətyanı torpaq sahəsinə görəHaqverdiyev Ağaməşədi Nemət oğlunun adınaDƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmişxx xxxxxx 2011-ci il tarixliMA seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi,həmin mülkün Cavabdeh1 bağışlanması barədə İsmayıllı rayon notariat kontorunda 4Ə-3/382 nömrə ilə qeydə alınmış xx xxxxxxxx 2011-ci il tarixdə təsdiq olunmuş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1mülkiyyəti kimi qeydə alınmış və DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən ona verilmiş xx xxxxxx 2011ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışınləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddianı təmin etmək üçün tədbir görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmişxx xxxxxx 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasənCavabdeh1 mülkiyyəti kimi qeydə alınmış, İsmayıllı rayonu, Lahıc qəsəbəsinin Ərəgit kəndində yerləşən “Hacı Dadaş mülkü” adlanan üç mərtəbəli fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.05 hektar həyətyanı torpaq sahəsinin üzərinə həbsqoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-1090/2019 nömrəli qərardadı ilə (hakim Rəfayel Şirinov) iddiaçılar İddiaçı1 və İddiaçı2 vəsatəti təmin edilmiş, iddianın təmini tədbiri kimi DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyəti kimi qeydə alınmış, İsmayıllı rayonu, Lahıc qəsəbəsinin Ərəgit kəndində yerləşən “Hacı Dadaş mülkü” adlanan üç mərtəbəli fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.05 hektar həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Cavabdeh1 qərardaddan narazı qalaraq şikayət vermiş və şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmənin iddianın təmini tədbiri barədə qərardadı ilə razı deyil və həmin qərardad qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 158.1.3-cü maddəsinə istinad etməklə əmlak barəsində hər hansı hərəkət etməyi (əmlakın özgəninkiləşdirilməsini) qadağan edə bilərdi, lakin əmlak üzərinə həbs qoya bilməzdi. Bundan əlavə qərardadın 2-ci səhifəsinin 1-ci abzasında göstərilir ki, iddiaçıların vəsatəti təmin olunmalıdır. Qanunvericilikdə vəsatətlə iddianı təmin etmək üçün tədbir görülməsi barədə göstəriş yoxdur. Qanunvericilikdə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. Hesab edir ki, mübahisə ilə əlaqədar əmlak üzərinə həbs qoyulması üçün hər hansı bir əsas yoxdur. Ona görə də iddianın təmini tədbirinin ləğv edilməsini xahiş edir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(037)-1090/2019 nömrəli qərardadı ilə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(037)-1090/2019 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdehlər İsmayıllı rayon notariat ofisinin və DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndələri, iddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-1090/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə belə qərara gəlmişdir ki, iddiaçıların vəsatəti təmin olunmalı, iddianın təmini tədbiri kimi DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 mülkiyyəti kimi qeydə alınmış, İsmayıllı rayonu, Lahıc qəsəbəsinin Ərəgit kəndində yerləşən “Hacı Dadaş mülkü” adlanan üç mərtəbəli fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.05 hektar həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməlidir Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən məhkəmə iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. Həmin Məcəllənin 158.1.3-cü maddəsinə əsasən məhkəmə iddianı təmin etmək üçün mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-1090/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-1090/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar