Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-579/2025 16.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: su borcunun silinməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Musayev Taleh Valeh oğlu və X2 ibarət tərkibdə, Qasımov Nizami Eldar oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(033)-121/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı Musayev X1 rayonu, Kebeloba kəndində yerləşən Təbriz, ev-39/C ünvanında yaşayır və evində sudan istifadə edir. İddiaçı 2017-ci il tarixdən 2023-cü ilin 14 noyabr tarixinə su sərfiyyatı üzrə onun abonent hesabına yazılmış borcun silinməsini tələb edir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti 6 nömrəli Regional Sukanal İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası "xxxx" ASC 6 №-li Reğional Sukanal İdarəsi Zaqatala Sukanal sahəsi tərəfindən ona qanunsuz olaraq yazılmış 8345,99 manat artıq hesablanmış borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Zaqatala rayonu, Car kəndində yaşayır və evində sudan istifadə edir. Evə qanuni qaydada su çəkilmişdir. Sudan qanuni qaydada istifadə edərək haqqını vaxtı-vaxtında ödəmişdir. İstifadə olunan suyun miqdarı ploblanmış su sayğacı ilə ölçülür. Cavabdeh təşkilatın işçiləri ona qanunsuz olaraq 8345,99 manat artıq pul yazmışlar. O, Zaqatala rayon Sukanal sahəsinə həmin ünvanın su borcuna dair rəsmi hesabat blankının təqdim edilməsi barədə ərizə ilə müraciət etmişdir. Su borcunun hansı vaxtdan yarandığı, hansı qanuna əsasən yarandığı və hansı sayğaca əsasən hesablandığının həmin hesabatda göstərilməsini xahiş etmişdir. "xxxx" ASC 6 №-li Reional Sukanal İdarəsi Zaqatala Sukanal sahəsinin təqdim etdiyi Abonent kartından görünür ki, 8345,99 manat artıq pul yazılmışdır. Həmin vəsait artıq olaraq hesablanmışdır. Ona görə də, məhkəmə qərarı vasitəsi ilə həmin borc onun üzərindən silinməlidir.
4. Cavabdeh Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti 6 nömrəli Regional Sukanal İdarəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə vəsatət ünvanlayaraq cavabdehi əsl cavabdeh "X4 Xidməti" publik hüquqi şəxs (ünvan: Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsi 80, Hökümət evi 5-ci mərtəbə, VÖEN **********) ilə əvəz edilməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti 6 nömrəli Regional Sukanal İdarəsi, iddiaçının razılığı ilə əsl cavabdeh olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Cavabdeh ilə əvəz edilmişdir.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı əhali qrupuna aid olan **********000 saylı abonent olaraq mülkiyyətçisi olduğu Zaqatala, Təbriz, ev-39/C ünavnında yerləşən fərdi yaşayış evində su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edir. Su təchizatını hesablayan sayğac fərdi yaşayış evinin həyətində yerləşir. Su təchizatı və tullantı sularının axıdılması xidmətləri üzrə iddiaçıya 2017-ci il üzrə 38.03 manat, 2018-ci il üzrə 162.60 manat, 2019-cu il üzrə 230.40 manat, 2020-ci il üzrə 285.60 manat, 2021-ci il üzrə 833.16 manat, 2022-ci ilin noyabr ayının 16-sı tarixinə 1767.60 manat, 2023-cü ilin noyabr ayının 14-ü tarixinə 5028.60 manat, 2025-ci il yanvar ayının 14-ü tarixinə 794.40 manat, 2025-ci ilin mart ayının 14-ü tarixinə 12 manat olmaqla, cəmi 9152.39 manat borc hesablanmışdır. Borcun miqdarı hazırda 8345,99 manat təşkil edir. Mövcud borcun 3303,59 manat hissəsi Zaqatala Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş e-2(033)-106/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən tutulmalı olan pul vəsaitidir.
6. Müəyyən olunmuş hallar ondan ibarətdir ki, su xəttinin sayğacdan sonrakı hissəsində nasazlıq yaranması səbəbindən uzunmüddətli su axması olmuşdur. İddiaçı həmin nasazlığın qonşunun divarının aşması səbəbindən yaranması, dəfələrlə yazılı və şifahi müraciət etməsinə də baxmayaraq cavabdehin nasazlığı aradan qaldırmaması, nəticədə su israfının cavabdehin təqsirindən yaranması ilə əsaslandırmış və borcun silinməsini tələb edir.
7. Məhkəmə tələb üzrə ilk öncə onu qeyd etməyi zəruri sayır ki, borcun 3303,59 manat hissəsini ödəmək iddiaçı üçün məcburidir və bu işin mübahisə edilə bilməz halıdır.
8. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, qəsdən və ya ehtiyatsızlıq üzündən baş verməsindən asılı olmayaraq istənilən halda su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının o cümlədən suyun daşınmasını təmin edən boruların zədələnməsi və ya sıradan çıxarılması qanunvericiliyə müvafiq olaraq məsuliyyətə cəlb edilməyə səbəbdir və həyətindəki axmanın iddiaçının təqsirindən yaranmaması lehinə sübutlar olmadığından ərazisində olan su təchizatı xəttində baş vermiş su axması nəticəsində israf olunmuş suya görə məsuliyyət, o cümlədən onun dəyərini ödəmək öhdəliyi iddiaçıya aiddir. Lakin o, ayrıayrı vaxtlarda cavabdehə şifahi qaydada müraciət etməklə vəzifəsini bitmiş hesab etmiş, etinasızlıq edərək uzun müddət su axmanın qarşısının alınması üçün tədbir görməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Cavabdehnə qarşı cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 8345.99 manat pulun silinməsi tələbinə dair iddiası rədd edilməlidir.
9. Zaqatala Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(033)-121/2025 nömrəli qətnaməsi ilə (hakim Vüqar Məmmədov) İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 saylı, 17 iyul 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na istinad etmişdir.
11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Zaqatala Rayon Məhkəməsini e-2(033)-106/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-155/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixli akt Cavabdeh PHŞ Zaqatala su meliorasiya sistemlərinin istismarı idarəsinin ********* nömrəli, xx.xx.2023-cü il tarixli; ********* nömrəli, xx.xx.2023-cü il tarixli; ********* nömrəli, xx.xx.2023-cü il tarixli; ********* nömrəli, xx.xx.2024-cü il tarixli; ********* nömrəli, xx.xx.2024-cü il tarixli; ********* nömrəli, xx.xx.2024-cü il tarixli; ********* nömrəli, xx.xx.2025-ci il tarixli; ********* nömrəli, xx.xx.2025-ci il tarixli hesab fakturaları xx.xx.2024-cü il tarixli 49954277 nömrəli ALFASU-20 markalı sayğaclı **********000 nömrəli abonent kartı xx.xx.2024-cü il tarixli 49954277 nömrəli ALFASU-20 markalı sayğaclı, **********000: 37341000 abonent kodlu ətraflı abonent kartı xx.xx.2025-cü il tarixli 49954277 nömrəli ALFASU-20 markalı sayğaclı **********000 nömrəli abonent kartı xx.xx.2025-ci il tarixli 49954277 nömrəli ALFASU-20 markalı sayğaclı, **********000: 37341000 abonent kodlu ətraflı abonent kartı xx.xx.2025-ci il tarixli 49954277 nömrəli ALFASU-20 markalı sayğaclı, **********000: 37341000 abonent kodlu ətraflı abonent kartı video yazılmış CD
12. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə qətnaməsində göstərdiyi maddi hüquq normasını düzgün tətbiq etməmiş və düzgün tövsif etməmişdir. Qətnamənin “tətbiq edilən hüquq” bölməsində AR Nazirlər Kabinetinin 262 saylı xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş sudan istifadə qaydalarının 4.1-ci bəndini qeyd etsə də həmin hüquq normasının tələbini pozmuşdur. Həmin qaydaların 4.1ci bəndinin 1-ci cümləsində qeyd olunur ki, su təchizatı və kanalizasiya xidmətlərin və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq istehlakçının vəzifələrindən birincisidir. Onunla cavabdeh arasında su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün hər hansı bir müqavilə bağlanmamışdır. O, cavabdeh qarşısında hər hansı bir öhdəlik götürməmişdir. Müqavilə olmadığı halda və o hər hansı bir öhdəlik götürmədiyi halda cavabdeh qarşısında hər hansı bir öhdəliyi olmadığı halda sudan istifadəyə dair hər hansı bir məbləğin tələb olunması qanunsuzdur. Belə ki, ilk növbədə cavabdehlə arasında müqavilə bağlanmalıdır. Müqavilədə göstəriləcək xidmətlər yazılmalıdır və xidmətlərin dəyəri qeyd olunmalıdır. Müqavilə olmadığı halda ondan hər hansı bir suyun borcu tələb oluna bilməz.
14. Bundan başqa qətnamədə qeyd olunur ki, su ölçən cihazlar və onlara vurulmuş plomblar hər hansı səbəbdən zədələndikdə və xarab olduqda növbəti iş günündən gec olmayaraq bu barədə STKM-i xəbərdar etmək istehlakçının vəzifəsidir. İşə əlavə edilmiş cavabdehin nümayəndələrinin və mütəxəssislərinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli aktından görünür ki, quraşdırılmış su sayğacından abonentin balans mənsubiyyətinə aid hissədə su axıntısı olduğu aşkarlanmış, həmin su sayğacından hər ay yüksək su keçməyinin səbəbi də su axıntısı olduğu müəyyən edilmiş və müntəzəm olaraq baş verən su itkisinin qarşısının alınması məqsədi ilə təmin edilmişdir. Aktdan görünür ki, su sayğacında su axıntısı olmuşdur. Su sayğacı isə cavabdeh təşkilata məxsus əmlakdır və bütöv bir əşyadır. Su sayğacının başqa-başqa hissələri yoxdur. Aktda isə qeyd olunur ki, su sayğacının abonentin balans mənsubiyyətinə aid hissədə su axıntısı olduğu aşkar olunmuşdur. Su sayğacının hansı hissəsinin kimə məxsus olması hər hansı bir sənədlə müəyyən olunmur. Su sayğacında axıntı varsa onun təmiri cavabdehə məxsus vəzifədir. Həmin aktdan eyni zamanda müəyyən olunur ki, su sayğacında olan su axıntısı nəticəsində cavabdeh təşkilat ona borc yazmışdır. Hansı ki, həmin sudan onun istifadə etmədiyi müəyyən olunmuş və bu aktı cavabdeh təşkilatın nümayəndə və mütəxəssisləri tərtib etmişlər. Onun isə istifadə etmədiyi suya görə ona borc yazılması qanunsuz bir hərəkətdir.
15. Bundan başqa, cavabdeh təşkilatın aktda qeyd etdiyi su sayğacı istifadə üçün ona təhvil verilməmişdir. Belə bir sənəd tərtib olunmamışdır, o uzun müddət qeyd olunan ünvanda yaşamamış və Rusiyada yaşamışdır. Bundan başqa, cavabdeh ilə arasında sudan istifadəyə dair müqavilə bağlanmasa da ünvana quraşdırılmış su sayğacının baş vermiş zəlzələ nəticəsində qonşunun divarının dağılaraq sayğacın üstünə tökülməsi barədə cavabdeh təşkilata xx.xx.2021-ci il tarixdə rəsmi ərizə ilə müraciət etmişdir. Həmin ərizə xx.xx.2021-ci il tarixdə 6 nömrəli X8 İdarəsinin rəisi olmuş Samir Hüseynov tərəfindən qəbul olunmuş və ərizənin üstü E.İbrahimov adlı şəxsə “icra edin” dərkənarı ilə imzalanmışdır. xx.xx.2021-ci il tarixdə o öz vəzifəsini yerinə yetirərək sayğacın zədələnməsi barədə məlumat verməyinə baxmayaraq cavabdeh təşkilat həmin ərizəni 2 il sonra, yəni 15 noyabr 2023–ildə icra etmək üçün gəlmişlər.
16. Bundan başqa, cavabdeh təşkilatın təqdim etdiyi abonent kartı adlı sənədin 1-ci səhifəsində abonentin 2023-cü il üzrə borcu 46 manat 80 qəpik qeyd olunmasına baxmayaraq, həmin sənədin 2-ci səhifəsində 2023-cü il üzrə 2667 manat, cəmi isə 5028 manat qeyd olunmuşdur. Bu sənəddən də görünür ki, cavabdeh təşkilat onun borcu olmadığı halda ona süni borclara dair sənədlər tərtib etmişlər. Şikayət ərizəsinə əlavə edilmiş hesab fakturadan xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək olan dövr üçün 78 kub sərfiyyat göstərmiş, lakin qalıq borcu 3300 manat qeyd etmişdir. Bundan başqa, digər bir hesab fakturasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 3750 kub sərfiyyat göstərərək 2250 manat borc yazılmışdır. 1 ay 20 gün ərzində su açıq qalsa belə 3750 kub suyu axıda bilməz. Buradan görünür ki, hesab fakturadakı rəqəmlər saxtalaşdırılmışdır.
17. Cavabdeh təşkilatın məhkəməyə təqdim etdiyi sudan istifadəyə dair müqaviləni təqdim edir. Həmin müqavilədən görünür ki, müqavilənin birinci səhifəsində tərtib edilmə tarixi xx.xx.2011-ci il qeyd olunmuşdur. Müqavilənin qüvvəyə minmə tarixi isə 2-ci səhifədə xx.xx.2020-ci il qeyd olunmuş, lakin müqavilədə onun adı, familiyası qeyd olunmur. Eyni zamanda, müqavilədə onun imzası yoxdur. Eyni zamanda, müqavilədə cavabdeh təşkilatın da nə imzası yoxdur, nə də möhürü yoxdur. Buradan görünür ki, həmin müqavilə sadəcə olaraq müqavilə formasıdır.
18. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(033)- 121/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(033)-121/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
22. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu: 68-ci maddəsinin 2-ci hissəsinə əsasən su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının zədələnməsi (qəsdən və ya ehtiyatsızlıq üzündən) və ya sıradan çıxarılması qanunvericiliyə müvafiq olaraq məsuliyyətə cəlb edilməyə səbəbdir. 68-ci maddəsinin 3-cü hissəsinə əsasən su təchizatı və kanalizasiya sistemlərinin hər hansı texniki qurğusuna dəyişdirici, zədələyici və ya dağıdıcı təsir göstərə biləcək və onun sanitariya mühafizə zonasında yerləşən hər hansı tikili və avadanlıq, əks halların lehinə sübutlar yoxdursa, bu tikili və avadanlığa görə texniki qurğunun korlanmasına sübut kimi qəbul edilə, bundan irəli gələn və qanunvericiliklə nəzərdə tutulmuş prosessual nəticələrin əmələ gəlməsinə səbəb ola bilər. 72-ci maddəsinə əsasən bu qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. Su təchizatı və kanalizasiya müəssisələri bu Qanunun tələblərini pozduqlarına görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
23. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 saylı, 17 iyul 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”: 2.1.1-ci bəndinə əsasən balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək; 4.1.5-ci bəndinə əsasən istehlakçılara məxsus binalarda, mənzillərdə, fərdi yaşayış evlərində, həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasını, o cümlədən üzərindəki plombların toxunulmazlığını təmin etmək istehlakçıların vəzifəsidir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
26. İddiaçı Zaqatala Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(033)-121/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən iddianın 5042.4 manat borcun silinməsi tələbinə aid hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. İddiaçı iddia ərizəsinin giriş hissəsində Zaqatala rayonu Danaçı kəndində qeydiyyatda olmaqla həmin rayonun Kebeloba kəndində yaşadığını göstərsə də, ərziənin əsaslandırıcı hissəsində Zaqatala rayonu Car kəndində yaşadığını ifadə etmişdir. Onun iddiasına əlavə etdiyi hesab faktura sənədləri və abonent kartı məlumatlarından görünür ki, onun **********000 saylı abonent kodu Zaqatala rayonu, Təbriz küçəsi, ev-39/C ünvanında qeydiyyatdadır. Eyni tərəflər arasında əvvəllər baxılmış 2(033)-106/2023 saylı mülki iş üzrə qəbul edilmiş məhkəmə qərarlarında həmin abonent kodu üzrə ünvan 4 ünvanında) sudan istifadə edilməsi ilə bağlı mübahisəyə baxılmışdır. Hazırki iş üzrə kollegiyanın araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi borc Zaqatala rayonu, Təbriz küçəsi, ev-39/C ünvanındakı fərdi yaşayış evinə yazılmış borcdur ki, həmin ünvan da Zaqatala rayonu Kebeloba kəndində yerləşir.
28. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin bu qətnamənin 13 və 17ci bəndlərində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir: Eyni tərəflər arasında 2017-ci il tarixdən xx.xx.2022-ci il tarixinə su sərfiyyatı üzrə 3303.59 manat borcun silinməsi barədə tələblə bağlı qəbul edilmiş Zaqatala Rayon Məhkəməsinin e-2(033)-106/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində göstərilmişdir ki, “Sudan istifadə Qaydaları”–na əsasən verilən suyun həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək və eyni zamanda istehlakçılara məxsus fərdi yaşayış evlərində, həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılması vəzifəsi istehlakçının üzərinə qoyulmuşdur. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. İşin hallarından da görünür ki, fərdi istehlakçı İddiaçı ünvan 6 ünvanında yaşayır, onun tərəfindən su təchizatı obyektlərindən istifadə olunur. Həmin qətnamə ilə müəyyən olunan hallar MPM-in 82.3-cü maddəsinə əsasən hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 saylı, 17 iyul 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4.1-ci bəndində istehlakçıların vəzifələri sadalanarkən 4.1.1-ci bənddə su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq istehlakçının vəzifəsi olaraq göstərilməklə bərabər, 4.1.5-ci bənddə istehlakçılara məxsus binalarda, mənzillərdə, fərdi yaşayış evlərində, həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasını, o cümlədən üzərindəki plombların toxunulmazlığını təmin etmək də müqavilə bağlanmasından asılı edilmədən istehlakçının vəzifəsi olaraq göstərilmişdir. Bundan başqa, Zaqatala Rayon Məhkəməsinin 16(033)-4/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, 3303.59 manat borcun silinməsi ilə bağlı yuxarıda göstərilən məhkəmə işi davam etdiyi müddətdə cavabdeh tərəfindən iddiaçının fərdi yaşaşyış evinə suyun verilməsi dayandırılmış, nəticədə iddiaçının müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi əsasında qeyd olunan qərardadla iddiaçının Zaqatala rayonu, Təbriz küçəsi, ev-39/C ünavnında yerləşən fərdi yaşayış evinə verilən su xətti bərpa edilmişdir. Kollegiya qeyd edir ki, iddiaçının cavabdehlə suyun verilməsi ilə bağlı müqaviləsinin olmamasına istinad etməsi, lakin onun evinə verilən su müqavilə olmadığına görə kəsildiyi halda, suyu məhkəmə qaydasında bərpa etdirməsi bir-birilə ziddiyyət təşkil etməklə, iddiaçının hazırki iddianın təmin edilməsi üçün müqavilənin olmamasına istinadını hüquqdan sui-istifadə olaraq nəzərdən keçirmənin mümkünlüyünü ortaya çıxarır.
29. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin bu qətnamənin 14-cü bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 saylı, 17 iyul 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4.1.5-ci bənddə istehlakçılara məxsus binalarda, mənzillərdə, fərdi yaşayış evlərində, həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasını, o cümlədən üzərindəki plombların toxunulmazlığını təmin etmək də müqavilə bağlanmasından asılı edilmədən istehlakçının vəzifəsi olaraq, həmin Qaydaların 2.1.1-ci bəndində isə balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək STKM-in (su təchizatı və kanalizasiya müəssisəsi) vəzifəsi olaraq göstərilmişdir. Göründüyü kimi, su təchizatı qurğularının saxlanması və mühafizəsini təmin etmək öhdəliyinin hansı tərəfin üzərinə düşməsi həmin qurğuların hansı tərəfin balansına aid olmasından asılı edilmişdir ki, fərdi yaşayış evlərində həyətyanı sahələrdə yerləşən qurğuların saxlanması istehlakçının öhdəliyinə qoyulmuşdur.
30. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin bu qətnamənin 15-ci bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir: Zaqatala Rayon Məhkəməsini e-2(033)-106/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində göstərilmişdir ki, 2018-ci il may ayında ünvan 6 ünvanında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən quraşdırılmış sayğacın zədələnməsi ilə bağlı iddiaçı cavabdeh 6 nömrəli Regional Sukanal İdarəsinin Zaqatala Sukanal sahəsinə xx.xx.2021-ci il tarixdə müraciət etmiş və 06 sentyabr 2021-ci il tarixdə həmin sayğaca baxış keçirilərək sayğaca qədər olan çıxış ventilinin nasaz olduğu müəyyən edilmiş və həmin ventil yenisi ilə əvəz edilmişdir. Görülmüş tədbirlərlə bağlı İddiaçı 06 sentyabr 2021-ci il tarixli məktubla məlumat verilmiş və sayğacdan sonrakı malmaterialın "xxxx" ASC tərəfindən təmin olunması nəzərdə tutulmadığından həmin hissənin təmirinin, o cümlədən sayğacın üst qapağını bağlı saxlamaqla kənar zərbələrdən qorunmasını "Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilə”-nin 4.4-cü bəndinə əsasən abonentin təmin etməli olduğu ona izah edilmişdir. Göründüyü kimi, sayğacın zədəlnəməsi ilə bağlı məsələ elə müraciət edildiyi vaxt öz həllini tapmışdır. Həmin məsələyə 2 il sonra baxılması barədə iddiaçının göstərdikləri də əsaslı deyildir.
31. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin bu qətnamənin 16-cı bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin həmin dəlilləri formal mülahizələrdən ibarət olmaqla, iddiaçı onun abonent hesabına yazılmış borcların həqiqiliyini şübhə altına alacaq hər hansı sübut və ya dəlil təqdim etməmişdir.
32. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən iddianın 5042.4 manat borcun silinməsi tələbinə aid hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(033)-121/2025 nömrəli qətnaməsi iddianın 5042.4 manat borcun silinməsi tələbinə aid rədd edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsinin 16 iyul 2025-ci il tarixli 2(107)-579/2025 nömrəli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(033)- 121/2025 nömrəli qətnaməsinin iddianın “3303,59 manat borcun silinməsi” tələbinə dair rədd olunmuş hissəsində ləğv edilməsi və iddia tələbinin 3303,59 manat borcun silinməsi hissəsində mülki iş üzrə icraata xitam verilməsi nəzərə alınmaqla, Zaqatala Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2(033)-121/2025 nömrəli qətnaməsi iddianın 5042.4 manat borcun silinməsi tələbinə aid rədd edilmiş hissəsində dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.