Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-583/2022 17.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8 iştirakı ilə İddiaçı cavabdehlər Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinə, Cavabdeh1, X2, üçüncü şəxslər X9, X4, X5 və X1 qarşı miras payının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(019)-842/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümükünlüyü məsələsinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X6 məxsus olmuş Balakən rayonu Mahamalar kəndində yerləşən 0.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və 0.09 ha həyətyanı torpaq sahəsindən ona məxsus olan miras payının müəyyən edilməsi və miras əmlakın payları bərabər olmaqla vərəsələr arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Balakən Rayon Məhkəməsinin (hakim Z.Tahirov) 21 dekabr 2021-ci il tarixli, 2(019)- 842/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək mərhum X3 mülkiyyətində olan və ondan miras qalmış RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0932 ha həyətyanı torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64 kv.m olan fərdi yaşayış evindən və onun yerləşdiyi 0.0932 ha həyətyanı torpaq sahəsinin 2/7 hissəsindən, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0586 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.1408 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.7575 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/7 hissəsindən İddiaçı 1/7 hissədə miras payı müəyyən edilməsi, mərhum X3 mülkiyyətində olan və ondan miras qalmış RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0932 ha həyətyanı torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64 kv.m olan fərdi yaşayış evindən və onun yerləşdiyi 0.0932 ha həyətyanı torpaq sahəsinin 2/7 hissəsindən, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0586 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.1408 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.7575 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/7 hissəsindən digər 6/7 miras payının açıq saxlanılması, hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, X7 və Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisindən alınıb İddiaçı ödənilməsi, hazırki iş üzrə İddiaçı göstərilən hüquqi yardımla bağlı 120 manat Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X14 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı Balakən Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(019)-842/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Kollegiya apellyatorun iştirakı olmadan prosesin keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı əlavədə müəyyən olunmuşdur). 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 361.1.3-ci maddəsinə əsasən apellyasiya şikayətində barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı göstərilməlidir; 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. Apellyasiya şikayətindən görünür ki, iddiaçı apellyasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmişdir. Cavabdeh şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını şərh etməmiş, şikayətin məzmunu ilə bağlı tələblərə əməl etməmişdir. Halbuki apellyasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə göstərilməli, göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Apellyasiya şikayətində barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı göstərilməlidir. Bunula yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı şikayətində Balakən Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(019)-842/2021 nömrəli qərardadından şikayət verdiyini göstərmişdir. Lakin iş materialları araşdırılarkən müəyyən edilr ki, məhkəmənin ümumiyyətlə belə bir qərardadı mövcud deyildir. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi hazırki mülki işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, apellyasiya şikayətinin MPM-in 363.1.1-1-ci maddəsinin tələblərinə uyğun qaydada verilibverilməməsinə xüsusi diqqət yetirmədən mülki işi bаxılmаsı üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.5-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-368-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Balakən Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 2(019)-842/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Balakən Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-583/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-583/2022
17.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver