Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-584/2023 16.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilmə) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-36/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları :
1. İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onun tərəfindən Cavabdeh 2880 manat kompensasiya - pul vəsaiti ödəmək şərtilə onun xüsusi mülkiyyətinə daxil olan Yevlax şəhəri, Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzilində cavabdehin istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh onun sabiq həyat yoldaşıdır. Aralarında olan nikah qeydi Yevlax Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnaməyə əsasən xx.xx.2013-cü il tarixdə ləğv edilmişdir. Yevlax şəhəri, Pişəvəri küçəsində istifadədə olan 0.094 ha torpaq sahəsində yerləşən 3A nömrəli, 1 mərtəbəli binanın 5-ci girişində 1-ci mərtəbəsində 138.79 kv.m ümumi 95.5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 5 nömrəli mənzil tam mülkiyyət hüquq üzrə ona məxsusdur. O, cümlədən daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 161 nömrəli qeydiyyata alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzilinə Cavabdeh istifadə hüququ yaranmışdır. Yevlax Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh iddia tələbi təmin edilərək, onun Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzilinə istifadə hüququnun tanınması və Cavabdeh həmin evə köçürülməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 24 may 2022-ci il tarixli, qərardadı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli qətnaməsi iddianın təmin olunmuş “iddiaçı Cavabdeh Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzilinə istifadə hüququnun tanınması “hissəsində ləğv edilərək, bu hissədə mülki iş üzrə icraata xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı ilə cavabdeh İddiaçı məxsus olan Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Cavabdeh onun xüsusi mülkiyyətimə daxil olan Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzilinə istifadə hüququ yaranması Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, habelə Cavabdeh həmin mənzilə köçürülməsi Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qət edilmişdir. Cavabdehlə onun ailə münasibətlərinə xitam verildiyindən, eyni zamanda hər birinin ayrıca şəxsi həyatları olduğundan, hesab edir ki, Cavabdeh onun xüsusi mülkiyyətinə daxil olan Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzilində istifadə hüququ ilə yaşaması mümkün deyildir. Onun xüsusi mülkiyyətinə daxil olan Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzili əgər bütövlükdə kirayə vermək niyyətində olsa, ayda 80 manata kirayə vermək mümkündür. Cavabdehə 3 (üç) illik müddət ərzində kirayə pulu hesabı ilə kompensasiya təklif edir. O, cavabdehə 2880 manat kompensasiya təklif edir və həmin məbləğlə cavabdeh davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzil nəzərdə tutulur ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə edəcəkdir. Bu təklifilə cavabdehə müraciət etsə də, cavabdeh heç bir münasibət bildirməmişdir. Onun xüsusi mülkiyyətinə daxil olan Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzil (evin) Cavabdeh istifadə hüququ ilə yüklüdür. O, öz evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçının vəkili Vəkil birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh birinci instansiya məhkəməsinin məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə birinci instansiya məhkəməsinə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır.
5. Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-36/2023 saylı qətnaməsi ilə (K.Əliyev), İddiaçı Cavabdeh qarşı onun xüsusi mülkiyyətinə daxil olan Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzilində cavabdehin istifadə hüququna iddiaçı tərəfindən 2880 manat kompensasiya-pul vəsaiti ödəmək şərtilə xitam verilməsinə dair iddiasının təmin edilməməsi, mütəxəssisinin tədqiqatının dəyəri olan 300 manatın iddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına ödənilməsinin nəzərə alınması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülkiyyətçi- İddiaçı təklif etdiyi 2880 manat məbləğində kompensasiya Cavabdeh davamlı surətdə və müəyyən müddət ərzində mübahisəli mənzillə müqayisədə oxşar şəraiti olan başqa yerdə yaşamaq imkanını vermir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin olunmamalıdır.
7. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2, 228.5-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 217.2, 14.2, 77.1, 119.1,-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli qərarı, R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.
9. Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi, Cavabdeh onun xüsusi mülkiyyətinə daxil olan Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzilinə istifadə hüququ yaranması Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(107)-648/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş, habelə Cavabdeh həmin mənzilə köçürülməsi Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022- ci il tarixli 2 (107)-716 /2022 saylı qətnaməsi ilə qət edilmişdir. Lakin cavabdehlə onun ailə münasibətlərinə xitam verildiyindən, eyni zamanda hər birinin ayrıca şəxsi həyatı olduğundan, hesab edir ki, Cavabdeh onun xüsusi mülkiyyətinə daxil olan Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzilində istifadə hüququ ilə yaşaması mümkün deyildir. Onun xüsusi mülkiyyətinə daxil olan Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzili əgər bütövlükdə kirayə vermək niyyətində olsa, ayda 80 (səksən) manata kirayə vermək mümkündür. Və o cavabdehə 3 (üç ) illik müddət ərzində kirayə pulu hesabı ilə kompensasiya təklif edir. Hesab edir ki, təklifi ağlabatan və ədalətlidir. O cavabdehə 2880 (iki min səkkiz yüz səksən ) manat kompensasiya təklif edir və həmin məbləğlə cavabdeh davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə (Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzili nəzərdə tutulur) ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə edəcəkdir. Bu təklifi ilə cavabdehə müraciət etsə də, cavabdeh heç bir münasibət bildirməmişdir. Onun xüsusi mülkiyyətinə daxil olan Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzili (evi) Cavabdeh istifadə hüququ ilə yüklüdür. Və o öz evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. İşə birinci instansiya məhkəməsində baxılarkən, hakim bütün qeyd edilən halları nəzərə almamışdır. Məhkəmə o halı nəzərə almamışdır ki, o cavabdehə əşyalı və tam konfort şəraitli mənzil verməli deyil. Mənzilin neçə otaqdan ibarət olmasından asılı olmayaraq, cavabdeh yalnız bir otaqda yaşamalıdır. Cavabdehlə o birgə nikah müddətində yaşadığı mənzil tam təmirsiz və tam şəraitsiz mənzil idi. Ötən illər ərzində mənzildə yaxşılaşdırma işləri aparılmışdır. Və bütün bunlarda cavabdehin əməyi olmamışdır. Cavabdeh qəsdən və qərəzli olaraq məhkəmə iclaslarında iştirak etmir. Əslində, mübahisəli mənzilə dair onun heç bir mənəvi haqqı yoxdur və bütün bunları o gözəl bilir. Məhkəmə iclaslarında iştirak etməməklə, cavabdeh ümumiyyətlə kompensasiya məbləğini mübahisələndirmədiyinə dair iradəsini ifadə edir.
10. Eyni zamanda iddiaçı tərəf olaraq, dəfələrlə məhkəmədən xahiş etmişdir ki, cavabdeh tərəfin məhkəmədə iştirakı təmin edilsin və qarşılıqlı razılaşma əsasında mübahisə həll edilsin. Hansı səbəbdənsə, məhkəmə cavabdehin məhkəmədə iştirakını təmin etməklə bağlı tədbirlər görməmişdir.
11. Mülki iş üzrə , iddia tələbinin predmetini–onun xüsusi mülkiyyətinə daxil olan Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzili təşkil edir. Qeyd edilən daşınmaz əmlaka dair onun sərbəst istifadə, sahiblik və sərəncam vermək hüquqları vardır. Lakin, cavabdehin həmin mənzildə istifadə hüququnun yaranması səbəbilə o mənzildən sərəncam vermək hüququnu həyata keçirə bilmir. Əslində, cavabdehlə o faktiki olaraq ayrıldıqdan sonra yəni 10 ildən artıqdır ki, cavabdeh həmin mənzildə yaşamamışdır və hazırda da yaşamır. Belə olan halda, onun xüsusi mülkiyyətinə daxil olan mənzilə dair məhdudiyyətlərinin yaranması (sərəncam vermək hüququ ilə) tam ədalətsizlikdir. Mübahisə ilə bağlı məhkəməyə təqdim etdikləri faktlara məhkəmə hüquqi qiymət verməmişdir. Mülkiyyət hüququ Dövlət tərəfindən qorunmalıdır. Məhkəmə qətnaməsində işin açıq-aşkar faktları təhrif olunmuşdur. Məhkəmə hansı əsaslarla iddia tələbinin rədd edilməsini əsaslandırmamışdır.
12. İşə birinci instansiya məhkəməsində iddia tələbinə baxılarkən, məhkəmə ümumiyyətlə cavabdehin həmin mənzilə ehtiyaclarının aradan qalxması ilə bağlı hallara hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçı 10 ildən artıqdır ki, mübahisə predmeti olan mənzildə yaşamır. O ona görə, cavabdehin məhkəmə iclaslarının ən azından birində iştirakını istəyirdi ki, onun mübahisəli mənzildən və ondan gözləntilərini bilən və buna uyğun təklifində dəyişilik etsin.
13. Məhkəmə mübahisəyə baxarkən, ekspert rəyinə əsasən mənzilin dəyərinin 34.700 manat və həmin mənzildə orta bazar aylıq kirayə haqqı (əşyasız) 150 manat müəyyən edilməsini sübut növü hesab etmişdir. Əslində, həmin ekspert rəyinə tənqidi yanaşılmalıdır. Çünki, həmin mənzil taxta (DSP materialından) arakəsmələri olan o cümlədən köhnə baxça binası olmuş ,daha sonra isə təyinatı dəyişdirilmiş bir yaşayış sahəsidir. Bundan başqa,150 manat kirayə haqqı bütün mənzil verildikdə məqbul hesab edilə bilər. Məgər cavabdeh mübahisəli mənzilin bütün sahələrində yaşamalıdır? Bu nə dərəcədə qanuni və məntiqlidir?
14. Qeyd edilənlərə əsasən Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(039)-36/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. O həmçinin izahatında birinci qrup xan xəstəsi olduğunu, müalicəsinə pul vəsaitinin tələb edilməsi səbəbli 2011-ci ildə, yəni cavabdehlə birgə nikahları dövründə həmin mənzili 14000 manata digər şəxsə qeyri-rəsmi qaydada satdıqlarını, sənədləşməni sonra həyata keçirməyi razılaşdıqlarını, 2013-cü ildə isə cavabdehlə aralarında bağlanmış nikahlarının pozulduğunu bildirmişdir. Bundan əlavə iddiaçı izahatında cavabdehlə birgə nikahlarından övladlarının olmadığını, cavabdehin hazırda həmin mənzillə qonşuluqda hər ayına 50 manat ödəməklə kirayədə yaşadığını, iddia ərizəsində kompensasiya məbləğini 2880 manat təklif etsə də hazırda borc almaqla cavabdehə 6000 manat kompensasiya verə biləcəyini, mənzili qeyri-rəsmi qaydada satdığı şəxsin ondan əmlakın sənədləşdirilməsini tələb etdiyini göstərmişdir.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə iddiaçının vəkili və cavabdeh səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən kollegiyanın iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
19. Qərarlar: “AR MM-nin 228.2-ci maddəsinin AR MPM-nin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarına görə AR Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir; birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir; bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, Mənzil Məcəlləsinin 123-cü maddəsi bir tərəfdən mülkiyyətçiyə, ona məxsus olan yaşayış sahəsindən ailə üzvlərinin və başqa şəxslərin istifadə etmək hüquqlarına xitam verməyə qadağa qoymur, digər tərəfdən isə yaşayış sahəsindən istifadə etmək hüquqlarının kompensasiya verilməklə xitamını da istisna etmir. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Həmin qərarda göstərilir ki, kompensasiya İnstitutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ verməsə də o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamı deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayətindən görünür ki, apellyator Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-36/2023 saylı qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Kollegiya Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-36/2023 saylı qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olsa da qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də apelyasiya şikayəti qismən təmin edilməli iş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(039)-36/2023 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
25. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı keçmiş əridir. Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzili 30 oktyabr 2008-ci ildən İddiaçı mülkiyyətindədir. Cavabdeh həmin mənzildən istifadə hüququnun olmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. İddiaçı cavabdehin həmin mənzildən 2880 manat kompensasiya ödəməklə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəf iddiaya münasibət bildirməmişdir.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında əks olunmuş hüquqi mövqeyinə görə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüququ təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
27. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında əks olunmuş hüquqi mövqeyinə görə eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində mülkiyyət hüququ (o cümlədən yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququ mövcud olduğu halda həmin şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, mütənasibliyi, habelə həmin hüquqların həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır.
28. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsi məsələsi ilə bağlı əks olunmuş hüquqi mövqeyinə görə mülkiyyət hüququ yaşayış sahəsindən istifadə hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında əks olunmuş hüquqi mövqeyinə görə Azərbaycan Respublikasının Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir.
30. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi məhkəmələr üçün rəsmi şərh hesab olunduğundan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmasa da, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi nəzərdə tutulduğuna görə tərəflər arasında olan hazırki mübahisə Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi baxımından, qüvvədə olan qanunvericilikdə məsələnin qanuni həllini müəyyənləşdirən müvafiq normaya - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə istinad olunmaqla həll edilməlidir.
31. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qanunvericiliyin normasına və Konstitusiya Məhkəməsinin Qərarlarına istinad edərək iddiaçının təklif etdiyi kompensasiyanın cavabdehin davamlı surətdə və müəyyən müddət ərzində mübahisəli mənzillə müqayisədə oxşar şəraiti olan başqa yerdə yaşamaq imkanını verməməsi qənaətinə gəlsə də, buna uyğun gələn məbləği qətnaməsində müəyyən etməmişdir.
32. «Bazar qiyməti ilə müvafiq kompensasiya» ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir.
33. Kollegiya qeyd edir ki, iddiaçı cavabdehə 2880 manat kompensasiya təklif etmiş, apellyasiya mərhələsində isə cavabdehin evə olan istifadə hüququna xitam verilməsi müqabilində 6000 manat kompensasiya ödəyə biləcəyini göstərmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında cavabdehə 6000 manat kompensasiya təklif edib, buna dair rəsmi ərizə təqdim etməsə də Şəki Apellyasiya Məhkəməsi “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdən biri olmaqla iddiaçının iştirak edib izahat verdiyi məhkəmə iclasının fasiləsiz audio yazısının aparılması təmin edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası iddiaçının cavabdehə mənzildən istifadə hüququnun xitam verilməsi müqabilində təklif etdiyi kompensasiya məbləğinin 6000 manat təşkil etməsini qəbul edir.
34. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiklərini nəzərə alaraq, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarında göstərilənlərə uyğun olaraq belə qənaətə gəlir ki, iddiaçı tərəfin cavabdehə təklif etdiyi məbləğ (kompensasiya) hazırkı bazar qiymətinə uyğun deyil. Cavabdehin istifadə hüququna xitam verilməsinə təyin edilən kompensasiya hazırki bazar qiymətinə uyğun olmalıdır. Belə ki, 6000 manat məbləğ cavabdehin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün kifayət deyildir. Odur ki, belə bir vəziyyətdə həmin məbləğin verilməsi ilə cavabdehin mübahisəli mənzilə istifadə hüququna xitam verilməsi cavabdehin mənzil hüquqlarını pozmuş olacaqdır.
35. Məhkəmə kollegiyası bu qənaətə gələrkən yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun qərarını nəzərə alır. Qeyd olunan qərarda Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.
36. Göründüyü kimi, hazırki iddia tələbi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarlarında formalaşdırdığı hüquqi mövqe mövcuddur.
37. Belə ki, formalaşmış bu hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyətçinin əmlakı barəsində sərəncam vermək hüququna təminat verməklə yanaşı onun real olaraq həyata keçirilməsi imkanına da şərait yaratmışdır. Bununla yanaşı, məhkəmə, iddiaçının cavabdehə təklif etdiyi kompensasiya məbləğini ağlabatan hesab etmir və cavabdehin Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi üçün Cavabdeh 8000 manat kompensasiya məbləğinin ödənilməsini ədalətli hesab edir. Çünki, cavabdeh ən azı həmin pul vəsaiti ilə 3 il müddətinə eyni şəraitli mənzildən istifadə hüququ əldə etməlidir.
38. Məhkəmə kollegiyası apellyatorun məhkəmənin cavabdehin məhkəmədə iştirakını təmin etməklə bağlı tədbirlər görməməsinə dəlilinə münasibət bildirərək qeyd edir ki, şikayətin həmin dəlili əsassızdır. Belə ki, işdə olan məhkəmə bildirişlərindən və SMS xəbərdarlıqlardan göründüyü kimi cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən məlumatlandırılmış və cavabdehin özü tərəfindən bu hal mübahisələndirilməmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən məlumatlandırılmış cavabdehin məhkəmə iclasında iştirak etməsi onun vəzifəsi deyil, hüququdur.
39. Məhkəmə kollegiyası apellyatorun mübahisə ilə bağlı məhkəməyə təqdim etdikləri faktlara məhkəmənin hüquqi qiymət verməməsinə, məhkəmə qətnaməsində işin açıq-aşkar faktlarının təhrif olunmasına, cavabdehin həmin mənzilə ehtiyacının aradan qalxması ilə bağlı hallara hüquqi qiymət verməməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi bütün sənədləri tədqiq etmiş, işin faktlarının təhrif edilməsi halına yol verilməmiş, cavabdehin mübahisə predmeti olan mənzilə ehtiyacının aradan qalxması halı müəyyən edilməmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında izahat verən iddiaçının özü cavabdehin hazırda da aylıq 50 manat ödəməklə kirayədə yaşamasını təsdiq etmişdir.
40. Məhkəmə kollegiyası apellyatorun məhkəmənin mübahisəyə baxarkən, ekspert rəyinə sübut növü hesab etməsinə, həmin ekspert rəyinə tənqidi yanaşılmalı olmasına dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materialından iddiaçının qiymətləndirici "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinin qeyri mötəbərliliyinə dair hər hansı bir sübut təqdim etməsi halı müəyyən edilməmişdir.
41. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-36/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh kompensasiya-pul vəsaiti ödəmək şərtilə onun xüsusi mülkiyyətinə daxil olan Yevlax şəhəri Pişəvəri küçəsi 3A saylı evin 5 saylı mənzilindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməməlidir.
42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405,407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi:
İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-36/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh kompensasiya-pul vəsaiti ödəmək şərtilə onun xüsusi mülkiyyətinə daxil olan Yevlax şəhəri Pişəvəri küçəsi 3A saylı evin 5 saylı mənzilindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.