Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-588/2025 29.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X16 cavabdehlər Cavabdeh6, X17, X10, Cavabdeh3, "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" Publik Hüquqi şəxsinin 9 Saylı Qəbələ Ərazi İdarəsinə, X64 xidmət Mərkəzində Notariat Ofisinə qarşı "vəsiyyət və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab olunması və ondan irəli gələn hüquqi nəticələrin ləğv edilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: Qanun və vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab olunması, çıxarışların ləğv edilməsi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X18 oğlundan ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh3 iştirakları ilə, İddiaçı X16 cavabdehlər Cavabdeh6, X17, X10, Cavabdeh3, "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" Publik Hüquqi şəxsinin 9 Saylı Qəbələ Ərazi İdarəsinə, X64 xidmət Mərkəzində Notariat Ofisinə qarşı "Vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında verilmiş çıxarışların ləğv edilməsi" tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, e-2(025)-45/2025 nömrəli qətnaməsindən ididaçının nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İşin halları 1.İddiaçı cavabdehlər Qəbələ Regional “Asan Xidmət” mərkəzində notariat ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" Publik Hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi, X29 və qeyrilərinə qarşı məhkəməyə müraciət edərək xx.xx.2013-cü il tarixdə vəfat etmiş X12 miras qalmış ünvan 1ndə yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki ümumi sahəsi 285,9 kv/m, köməkçi sahəsi 76,6 kv/m olan 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi ilə bağlı Qəbələ rayon notariat ofisində xx.xx.2013-cü il tarixdə, 2V-315, 2V-316 və 2V-317 nömrə ilə qeyd edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, X40 xx.xx.2013- cü il tarixdə vəfat etmiş, ünvan 1ndə yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki ümumi sahəsi 285,9 kv/m, yaşayış sahəsi 76,6 kv/m və köməkçi sahəsi 209,3 kv/m olan 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi miras qalmışdır. Qəbələ rayon NK tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 2V-315 reyestr nömrəli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Cavabdeh3 və X10 miras kütləsinin 4/6 hissəsi, xx.xx.2013-cü il tarixli 2V-317 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X37, X30 və X10 miras kütləsinin xx.xx.2010-cu il tarixdə vəfat etmiş X31 çatan hissəsi, xx.xx.2013-cü il tarixli 2V-316 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X4 miras kütləsinin xx.xx.2002-ci il tarixdə vəfat etmiş X19 çatan hissəsi verilmişdir. Halbuki, X20 qanun üzrə doqquz vərəsəsi olmuş, İddiaçı və digərlərinə mirasın bölüşdürülməsi barədə məlumat verilməmişdir. İddiaçı son iyirmi beş il müddətində daimi olaraq Türkiyə Respublikasında yaşamış, lakin tez-tez gəlib valideynlərinə baş çəkmiş və onları öz yanına apararaq müalicə olunmalarını təmin etmişdir. X40 vəfat edərkən İddiaçı Azərbaycan Respublikasının ərazi hüdudlarından kənarda olmuş və bu səbəbdən qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna ərizə verib qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməsə də, mirasdan imtina etməmişdir. Ona görə də, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X12 miras qalmış ünvan 1ndə yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki ümumi sahəsi 285,9 kv/m, köməkçi sahəsi 76,6 kv/m olan 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin vərəsəlik üzrə X29 və X3 barədə Qəbələ rayon NK tərəfindən verilmiş xx.xx.2013- cü il tarixli 2V-315 və xx.xx.2013-cü il tarixli 2V-317 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında daşınmaz əmlakın dövlət reyestrində edilən qeydlərin ləğv edilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat 3.Cavabdeh X49 izahatında göstərmişdir ki, o, X40 və Fərzalıyeva (Ağasiyeva) Lətafət Məhərrəm qızından törəyib ailənin digər üzvləri (X41, X38, X42, X21, X50, İddiaçı, X22 və X43) ilə birlikdə Qəbələ şəhəri, Nəsimi küçəsi ev 79-da yerləşən fərdi yaşayış evində yaşamış və 1989-cu ildə evlənərək yaşayış yerini dəyişmişdir. 2003-cü ildə valideynlərinə məxsus olan Qəbələ şəhəri ərazisində yerləşən 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 1 mərtəbəli fərdi yaşayış evi tikilmiş və həndəvəri hasara alınaraq ona verilmişdir. X1 bütün əmlakını X32 və X10 vəsiyyət etməsindən xəbərsiz olmuşdur və mirasın vərəsələr arasında bölünərək ona düşən payın ayrılıb verilməsini tələb edir. 4.Cavabdeh X44 izahatında göstərmişdir ki, o, X40 və Fərzalıyeva (Ağasiyeva) Lətafət Məhərrəm qızından törəyib ailənin digər üzvləri (X41, X38, X45, X21, X50, İddiaçı, X22 və X43) ilə birlikdə Qəbələ şəhəri, Nəsimi küçəsi ev 79-da yerləşən fərdi yaşayış evində yaşamış və həddi-buluğa çatandan sonra evlənərək yaşayış yerini dəyişmişdir. X2 özünə məxsus olan bütün əmlakını ona və nəvəsi X10 vəsiyyət etmiş və xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Buna baxmayaraq X12 miras qalmış bütün əmlakın vərəsələr arasında bölünərək İddiaçı düşən payın verilməsinə etiraz etmir. 5.Cavabdeh X9 nümayəndəsi Vəkil2 izahatında göstərmişdir ki, X2 özünə məxsus olan bütün əmlakını qızı X32 və nəvəsi X10 vəsiyyət etmiş və xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Qəbələ rayon NK tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 2V- 315 reyestr nömrəli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Cavabdeh3 və X10 miras kütləsinin 4/6 hissəsi, xx.xx.2013-cü il tarixli 2V-317 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X37, X30 və X10 miras kütləsinin xx.xx.2010-cu il tarixdə vəfat etmiş X31 çatan hissəsi, xx.xx.2013-cü il tarixli 2V-316 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X4 miras kütləsinin xx.xx.2002-ci il tarixdə vəfat etmiş X19 çatan hissəsi verilmişdir. İddiaçı və digər vərəsələr mirası həm rəsmi, həm də faktiki surətdə qəbul etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilənlərə əsasən X20 ölümü ilə açılan mirasla bağlı yaranan vərəsəlik hüquq münasibətlərinə xitam verilmiş, mirasın qəbul edilmə müddəti keçmişdir. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. 6.Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(025)-45/2025 nömrəli qətnaməsi ilə (hakim Ü.Qənbərov) İddiaçı cavabdehlər Qəbələ Regional “Asan Xidmət” mərkəzi notariat ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi, X29 və qeyrilərinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestr xidməti tərəfindən verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsini qət edilmişdir. 7.Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X20 qanun üzrə vərəsələri- Fərzəliyeva (Ağasiyeva) Lətafət Məhərrəm qızı, İddiaçı, X44, X45, X21, X50, X22 və X43 (X38 və X41 mirasın açıldığı vaxt sağ olmadığından vərəsə deyil), vəsiyyət üzrə vərəsələri- X44 və X33r. Ondan miras qalmış ünvan 1ndə yerləşən 0,14 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsi (0,02 ha) və həmin torpaq sahəsi üzərindəki ümumi sahəsi 285,9 kv/m, köməkçi sahəsi 76,6 kv/m olan 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evindən Fərzəliyeva (Ağasiyeva) Lətafət Məhərrəm qızı, İddiaçı, X45, X21, X50, X22 və X34 qanun üzrə vərəsəlik zamanı hər birinə 1/16 hissədə (məcburi pay), X44 və X31 vəsiyyət üzrə vərəsəlik zamanı hər birinə 9/32 hissədə pay düşmüşdür. Qəbələ rayon NK tərəfindən verilmiş xx.xx.2013cü il tarixli 2V-315 və xx.xx.2013-cü il tarixli 2V-317 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrlə X29 və X23 hər birinin mirasdan 9/32 hissədə yox, 2/6 hissədə pay almaq hüququ tanınmaqla səhvə (Fərzalıyeva (Ağasiyeva) Lətafət Məhərrəm qızının özünə qanun üzrə vərəsə kimi mirasdan pay verilməmişdir) yol verilsə də, nisbətlər arasındakı cüzi fərq Fərzalıyeva (Ağasiyeva) Lətafət Məhərrəm qızının payı hesabına yarandığından və bölgü zamanı yerində olmayan digər vərəsələrin paylarına toxunulmadığından İddiaçı (o cümlədən digər qanun üzrə vərəsələrin) mirasdan 1/16 (2/32) hissədə pay almaq hüququ məhdudlaşmamışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; 8.Məhkəmə hesab edir ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X12 miras qalmış ünvan 1ndə yerləşən 0,14 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsi (0,02 ha) və həmin torpaq sahəsi üzərindəki ümumi sahəsi 285,9 kv/m, köməkçi sahəsi 76,6 kv/m olan 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin 7/16 hissəsi, o cümlədən JN 486 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətinə əsasən plana 486 və 486 C saylı planda sərhədləri göstərilən Qəbələ şəhərində yerləşən cəmi 2,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 7/64 hissəsinin digər qanun üzrə vərəsələr arasında paylarına uyğun qaydada bölüşdürülərək hər birinə düşən payın ayrılmasına heç bir maneçilik olmadığından İddiaçı Qəbələ rayon NK tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 2V-315 və xx.xx.2013-cü il tarixli 2V-317 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilib həmin şəhadətnamələr əsasında daşınmaz əmlakın dövlət reyestrində edilən qeydlərin ləğv edilməsini tələb etmək hüququ yoxdur. İddiaçı iddia tələbi X12 qalmış mirasın kütləsini və mirasdan ona düşən payın həcmini müəyyən edə bilməməsi ilə əlaqədardır və əsaslı deyil.
9. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1134.1, 1145, 1146, 1159.1.1, 1166, 1170.1, 1193, 1194, 1195, 1196, 1243.2, 1255, 1301.1. 1301.2 və 1301.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən narazı qalan İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti vermişlər.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X46 xx.xx.2013- cü ildə vəfat etmişdir. Onun vəfatından sonra ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,14 ha torpaq sahəsi miras qalmışdır. Cavabdehlər Cavabdeh3, X24, Cavabdeh5, X35 onlardan xəbərsiz vərəsələrin sayını gizlədərək Qəbələ Rayon Notariat Ofisinə müraciət edərək xx.xx.2013-cü il tarixdə 2V315, 2V-317 və 2V-316 saylı vərəsəlik hüququ haqqında şəhadətnamələr əldə etmişdir. X46 rəhmətə getdikdən sonra, 9 vərəsəsi qalmışdır. Vərəsəlik hüquqü hаqqındа şəhаdətnаmə аlmаq üçün notаriаt kontorunа mürаciət etmiş Cavabdeh3, X24, Cavabdeh5, X35 ərizələrində və notаriаt kontorunа təqdim etdiyi аrаyışlаrdа mərhum atalarının sаğ olаn qаnun üzrə vərəsələrinin olmаsınа və həmin vərəsələrin mirаs əmlаkdа pаylаrının olmаsınа bаxmаyаrаq, ərizələrində onlаrın аdlаrını göstərməmişdirlər. Lakin notariat kontoru da öz növbəsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməmişdir. Odur ki, Qəbələ Rayon Məhəkəməsin xx.xx.2025-ci il tarixli, e-2(025)- 45/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 12.Apellyator öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli və 14 oktyabr 2022-ci il tarixli qərarlarına istinadən əsaslandırmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları 14.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndə və vəkili Nümayəndə1 çıxışında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə etmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, e-2(025)- 45/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 izahatında göstərmişdir ki, iddiaçının iddia tələbi əsassızdır. İddiaçı atası Oruc Ağasiyev 2013-cü ildə vəfat edərkən Azərbaycanda olmamış, atasının yas mərasimində belə iştirak etməmiş, anası vəfat etdikdən sonra təxminən 2019-cu ildə Azərbaycana gəlmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və Qəbələ Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, e-2(025)-45/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X49 verdiyi izahatında göstərmişdir ki, iddiaçı atası Oruc Ağasıyev vəfat edərkən Azərbaycanda olmamış, onun yas mərasimində iştirak etməmişdir. Əlil olduğu üçün həmin zamanlarda səyahət etməsi qeyri mümkün olmuşdur. İddiaçı yalnız anası 2019-cu ildə vəfat etdikdən sonra Azərbaycana gəlmişdir. Məhkəmə kollegiyasından qanuni və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 izahatında göstərmişdir ki, X65 xx.xx.2013-cü il tarixdə vəfat etmiş və onun vəfatından sonra ünvan 1ndə yerləşən 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evində Cavabdeh5, uşaqları X25 və Cavabdeh4 yaşamışlar. Hal-hazırda hər hansı tələbi yoxdur. Məhkəmə kollegiyasınından ədalətli və qanuni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X26 izahatında göstərmişdir ki, X65 xx.xx.2013-cü il tarixdə vəfat etmiş və onun vəfatından sonra ünvan 1ndə yerləşən 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evində Cavabdeh5, uşaqları X25 və Cavabdeh4 yaşamışlar. Hal-hazırda hər hansı tələbi yoxdur. Məhkəmə kollegiyasınından ədalətli və qanuni qərar qəbul edilməsini xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasına video-konferans əlaqə sistemi vasitəsilə qoşulan müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 izahatında göstərmişdir ki, atası Oruc Ağasıyev tərəfindən verilmiş vəsiyyətnamə cavabdehlər tərəfindən saxtalaşdırılmışdır. Atasından qalmış miras əmlakdan onun da payı vardır. Məhkəmə kollegiyasından mübahisə ilə bağlı ədalətli və qanuni qərar qəbul etməsini xahiş etmişdir.
21. İddiaçı X47, cavabdehlər Cavabdeh6, X37, X29, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Resyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi, X64 Xidmət Mərkəzinin Notariat Ofisinin nümayəndəsi, müstəqil tərləb irəli sürməyən üçüncü şəxslər X51, X27 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyünə dair heç bir məlumat verməmişlər. X64 Xidmət Mərkəzinin Notariat Ofisinin nümayəndəsi isə məhkəməyə məktub ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ.Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası Qəbələ Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, e-2(025)-45/2025 nömrəli qətnaməsinin tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 27.Məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin yenidən təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalıdır.
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırılması və buna dair gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə iddianı rədd edərkən maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
29. Azərbaycan Respublikasının MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
31. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, X40 xx.xx.2013cü il tarixdə vəfat etmiş, ünvan 1ndə yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi 1/7 hissəsi və həmin torpaq sahəsi üzərindəki ümumi sahəsi 285,9 kv/m, yaşayış sahəsi 76,6 kv/m və köməkçi sahəsi 209,3 kv/m olan 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi miras qalmışdır. Qəbələ rayon notariat kontoru tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 2V-315 reyestr nömrəli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Cavabdeh3 və X10 miras kütləsinin 4/6 hissəsi, xx.xx.2013-cü il tarixli 2V-317 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X37, X30 və X10 miras kütləsinin xx.xx.2010-cu il tarixdə vəfat etmiş X31 çatan hissəsi, xx.xx.2013cü il tarixli 2V-316 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X4 miras kütləsinin xx.xx.2002-ci il tarixdə vəfat etmiş X19 çatan hissəsi verilmiş və cavabdehlərin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onlara çıxarış verilmişdir. İddiaçı iyirmi beş ildən artıqdır ki, daimi olaraq Türkiyə Respublikasında yaşayır. X40 vəfat edərkən İddiaçı Azərbaycan Respublikasının ərazi hüdudlarından kənarda olmuş və qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna ərizə verib qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməmişdir. Ona görə də, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X12 miras qalmış ünvan 1ndə yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki ümumi sahəsi 285,9 kv/m, köməkçi sahəsi 76,6 kv/m olan 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi ilə bağlı vəsiyyət üzrə vərəsələr X29 və X32, eləcədə qanun üzrə vərəslər X37, X30, X29 və X4 Qəbələ rayon notariat kontoru tərəfindən verilmiş xx.xx.2013- cü il tarixli 2V-315, 2V-316 və 2V-317 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında daşınmaz əmlakın dövlət reyestrində edilən qeydlərin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
32. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən öz mövqeyini əsaslandıran hal kimi xx.xx.2013-cü il tarixdə vəfat etmiş X12 miras qalmış ünvan 1ndə yerləşən 0,14 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsi (0,02 ha) və həmin torpaq sahəsi üzərindəki ümumi sahəsi 285,9 kv/m, köməkçi sahəsi 76,6 kv/m olan 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin 7/16 hissəsi, o cümlədən JN 486 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətinə əsasən plana 486 və 486 C saylı planda sərhədləri göstərilən Qəbələ şəhərində yerləşən cəmi 2,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 7/64 hissəsinin digər qanun üzrə vərəsələr arasında paylarına uyğun qaydada bölüşdürülərək hər birinə düşən payın ayrılmasına heç bir maneçilik olmadığından İddiaçı Qəbələ rayon NK tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 2V- 315 və xx.xx.2013-cü il tarixli 2V-317 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilib həmin şəhadətnamələr əsasında daşınmaz əmlakın dövlət reyestrində edilən qeydlərin ləğv edilməsini tələb etmək hüququnun olmaması və İddiaçı iddia tələbi X12 qalmış mirasın kütləsini və mirasdan ona düşən payın həcmini müəyyən edə bilməməsi ilə əlaqədar olduğundan əsaslı olmaması ilə əsaslandırmışdır.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin əsaslandırması ilə razılaşmır və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə ümumilikdə razılaşsa da, lakin hesab edir ki, məhkəmə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi isə yuxarıda qeyd edildiyi kimi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
34. İşdən müəyyən olunur ki, iddiaçı X16 bu iddianı qaldırmaqda əsasən niyyəti (son hüquqi hədəfi) mirasdan pay almağa yönəlmişdir.
35. Baxılan iddia tələbi 01 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. Çünki, MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.
36. Qeyd olunmalıdır ki, istənilən iddia ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
37. Mirası açılan zaman qüvvədə olmuş Mülki Məcəllənin 1246-cı maddəsində (redaksiyadan çıxarılıb) deyilirdi ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
38. Yuxarıda da qeyd olunduğu kimi mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsin- vərəsənin iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığını tələb etmir.
39. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, miras qoyan X40 21 yanvar 2013-cü il tarixdə vəfatından sonra vəsiyyət üzər vərəsələr Cavabdeh3 və Cavabdeh4, eləcə də 18 may 2002-ci ildə vəfat etmiş birinci növbə vərəsə X13 vərəsəsi X6 və 30 may 2010-cu il tarixdə vəfat etmiş X28 vərərsələri Cavabdeh5, X35 və Cavabdeh4 Qəbələ Rayon Notariat Ofisinə vərəsə tanınaraq vərəsəlik şəhadətnamələrinin verilməsi üçün müraciət etmişlər və notariat orqanı tərəfindən Oruc Ağasıyevdən qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Miras qoyanın digər birinci növbə vərəsələri, eyni zamanda X47 tərəfindən miras qanunvericiliklə nəzərdə tutulmuş formal və qeyriformal üsulla (yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla) qəbul olunmamışdır.
40. Belə olan təqdirdə kollegiya hesab edir ki, Qəbələ rayon notariat kontoru tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 2V-315, xx.xx.2013-cü il tarixli 2V-316 və xx.xx.2013-cü il tarixli 2V-317 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamələrin hazırkı iddiaçı X47 tərəfindən subyektiv baxımından mübahisələndirilməsi istisna olunur.
41. Həmçinin məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, iddiaçı X47 atasının 21 yanvar 2013-cü il tarixdə ölümündən məlumatlı olmuşdur. Kollegiya qeyd edir ki, əgər Almaz Ağasıyeva atasının ölümündən sonra mirası qəbul etmək niyyəti olmuş olsaydı bu halda sonuncu ən geci 6 ay müddətində notariat ofisinə mirasın qəbulu barədə ərizə verərdi. Lakin, işdən göründüyü kimi iddiaçı mirasın qəbulu barədə ərizə verməmişdir. Eləcədə miras qalmış əmlaka faktiki olaraq sahibliyi həyata keçirməmişdir. İşdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur ki, Almaz Ağasıyeva 25 ildən artıqdır ki, Türkiyə Republikasında yaşayır. O, atası vəfat edərkən atasının yas mərasimində ümumiyyətlə iştirak etməmiş, atasının ölümündən sonrakı 6 ay müddətində Azərbaycana gəlməmiş, təxminən 2019-cu ildən sonra Azərbaycana gəlmişdir.
42. Məhkəmə kollegiyası apellayasiya şikayətinin cavabdehlər Cavabdeh3, X24, Cavabdeh5, X35 onlardan xəbərsiz vərəsələrin sayını gizlədərək Qəbələ Rayon Notariat Ofisinə müraciət edərək xx.xx.2013-cü il tarixdə 2V-315, 2V-317 və 2V-316 saylı vərəsəlik hüququ haqqında şəhadətnamələr əldə etməsi, notariat kontorunun da öz növbəsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməməsi ilə bağlı dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, iddiaçı X47 miras açılarkən Türkiyə Respublikasında yaşadığından, onun tərəfindən miras qanunvericiliklə nəzərdə tutulmuş formal və qeyri-formal üsulla (yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla) qəbul olunmamış, iddiaçı mirası qanunla müəyyən edilmiş müddətdə və qaydada qəbul etdiyini təsdiq edən sübut təqdim etməmişdir.
43. Halbuki Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Şərh edilənlərin yekun təhlili olaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsainin qətnaməsi ləğv edilmiş olsa da, lakin iddia tələbi yenidən təmin edilməməlidir.
45. Azərbaycan Respublikası MPM-in 217.3-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
47. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
48. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı X16 nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, e-2(025)-45/2025 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı X16 cavabdehlər Cavabdeh6, X17, X10, Cavabdeh3, "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" Publik Hüquqi şəxsinin 9 Saylı Qəbələ Ərazi İdarəsinə, X64 xidmət Mərkəzində Notariat Ofisinə qarşı Qəbələ rayon notariat ofisində xx.xx.2013-cü il tarixdə, 2V-315, 2V-316 və 2V-317 nömrə ilə qeyd edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.