Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-59/2024 16.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X38 qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balayev Şahid Əsədullah oğlunun iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və reyestrdəki qeydin ləğv edilməsi, mirasın iddiaçılar tərəfindən qəbul etmə faktının müəyyən edilməsi, miras əmlakların irsi transmissiya üzrə onu qəbul etmiş vərəsələr olan iddiaçılar arasında bərabər paylarla bölüşdürülməsi” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 13 mart 2023-cü il tаrixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları X25 ilə X5 birgə nikahından səkkiz övladı- Şəbiddin, Rafael, Ramiz, Elşad, Rafiq, Şahid, Zülfirə və İsmayıl doğulmuşdur. X14 xx.xx.2002-ci ildə, X25 isə xx.xx.2005-ci ildə vəfat etmişdir. X25 ilə X5 birgə nikahından doğulmuş övladlarından- vərəsələrindən Şəbiddin xx.xx.2004-cü ildə, Rəfael xx.xx.2005-ci ildə, Ramiz xx.xx.2009-cu ildə, Elşad xx.xx.2013-cü ildə, Rafiq xx.xx.2014-cü ildə, Zülfirə xx.xx.2023-cü ildə vəfat etmişdir. Balakən rayonu Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli qərarı ilə ünvan 1ində yerləşən 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X25 və X5 birgə mülkiyyətinə verilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla müəyyən olunur ki, ünvan 1ində yerləşən 0,4061 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X25 və X5 ümumi birgə mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixli, 2V-613 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən olunur ki, xx.xx.2002-ci ildə vəfat etmiş X5 vərəsəsi Cavabdeh1(hazırki iş üzrə cavabdeh) miras qoyanın ünvan 1ində yerləşən 0,4061 ha torpaq sahəsinin mərhuma çatacaq hissəsindən tam həcmdə irs almalıdır. xx.xx.2021-ci il tarixli, 2V-614 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən olunur ki, xx.xx.2005-ci ildə vəfat etmiş X10 vərəsəsi Cavabdeh1(hazırki iş üzrə cavabdeh) miras qoyanın ünvan 1ində yerləşən 0,4061 ha torpaq sahəsinin mərhuma çatacaq hissəsindən tam həcmdə irs almalıdır. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla müəyyən olunur ki, ünvan 1ində yerləşən 0,4061 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh1 tam mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Miras qoyanlar X25 ilə X5 vərəsələri- xx.xx.2004-cü ildə vəfat etmiş vərəsə X11 övladları Şahin və Qüdrət; xx.xx.2005-ci ildə vəfat etmiş vərəsə X16 arvadı Dilbər, övladları Ulduz, Gündüz və Qənimət; xx.xx.2009-cu ildə vəfat etmiş vərəsə X18 övladı Rasim; xx.xx.2014-cü ildə vəfat etmiş vərəsə X19 arvadı Rahilə, övladı Hacıbayram; xx.xx.2023-cü ildə vəfat etmiş vərəsə Zülfirənin əri Zubahir, övladları Səməd və Sahib mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Hazırki iş üzrə iddiaçılardan Xanım X3 ilə X5 xx.xx.2013-cü ildə vəfat etmiş övladıvərəsəsi X20 arvadı, digər iddiaçı Müslimat Babayeva isə Elşad Balayevin qızıdır. Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh3 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-613 və xx.xx.2021-ci il tarixli 2V-614 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 14 sentyabr 2021-ci il tarixdə Cavabdeh1 adına qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış qeydin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, xx.xx.2002-ci ildə ölmüş X4, xx.xx.2005-ci ildə ölmüş X6 miras qalmış əmlaklara- ünvan 1ində yerləşən torpaq sahələrinə irsi transmissiya üzrə üzrə iddiaçılar tərəfindən mirasın qəbulu faktının müəyyən edilməsi, irsi transmissiya tətbiq edilməklə miras əmlakları onu qəbul etmiş xx.xx.2013-cü ildə ölmüş mərhum X20 vərəsələri olan iddiaçılar arasında bərabər paylarda bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı1 28 aprel 1998-ci ildə X28 ilə nikahlarını ünvan 1 İnzibati Ərazi Dairəsində 11 nömrə ilə rəsmiləşdirməklə evlənmişdir. Birgə nikahlarından xx xxxxxxxx 2004-cü il tarixdə İddiaçı2(iş üzrə digər iddiaçı)doğulmuşdur. Evləndiyi vaxtdan hazıradək ünvan 1ində mərhum qaynatası X17 məxsus olmuş 0,12 həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayır. Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 saylı qərarı ilə X17 və X7 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi iki konturda verilmişdir. 0,16 ha torpaq sahəsi 0,12 ha həyətyanı torpaq sahəsinə bitişik sahədən, 0.40 ha torpaq sahəsi ilə çöl ərazisindən verilmişdir. 0,40 ha hissəsində torpaq sahəsi verildiyi vaxtdan mərhumların oğlu olan əri X28 tərəfindən fındıq bağı salınmış, həmin bağa qulluq etmişlər. X14 xx.xx.2002-ci ildə, X21 isə xx.xx.2005-ci ildə ölmüşdür. Onların dəfnini oğulları, iddiaçının əri X28 və iddiaçı yola salmış, onlara məxsus əmlak olan evi və torpaq sahələrini faktiki qəbul edərək mirası idarə etmişlər. xx.xx.2013-cü ildə əri X28 olmüş, onun ölümündən sonra həmin təsərrüfatı onun ailə üzvləri olan iddiaçılar İddiaçı1 və onun qızı İddiaçı2 idarə etməklə hal-hazırda orada yaşayırlar. X34 və Müslimat Balayeva vəfat edəndən sonra onların digər övladlarının hər biri təsərrüfatdan ayrılmaqla başqa ünvanlarda yaşayırlar. X34 və Müslimat Balayevanın səkkiz övladı olmuşdur: Ramiz, Rafiq, Rafael, Şəviddin, Şahid, İsmayıl, Zülfürə, Elşad. Həmin övladlardan Ramiz, Rafiq, Rafael, Şəviddin və Elşad ölmüşdür. Digər üç övladları sağdır. Onların hər biri Əsədulla Balayev və Müslimat Balayevanın ölümündən əvvəl həmin təsərrüfatdan ayrılmışlar və özlərinə məxsus təsərrüfatda yaşayırlar. Yalnız Cavabdeh1 təxminən 1996-1997-ci illərdə Rusiya Federasiyasına getmiş, 2011-ci ildə Rusiyadan qayıtmış, bundan sonra isə Qax rayonu ərazisində çobanlıqla məşğul olmuşdur. Mərhumların adına olan 0,40 ha torpaq sahəsi isə verildiyi vaxtdan 2022-ci ilədək mərhum X28 və onun ailəsinin, yəni iddiaçıların istifadəsində olmuşdur. 0,40 ha torpaq sahəsində mərhum Elşad Balayev tərəfindən fındıq ağacları əkilərək ora aqrotexniki qulluq olunmuşdur və hazırda ora məhsuldar bar verir. Fındıq yığılması ərəfəsində iddiaçının qaynı olan cavabdeh ona bildirmişdir ki, həmin fındıq bağını öz adına keçirmiş və buna görə də həmin bağa onları buraxmamışdır. Cavabdehin bu hərəkətindən sonra İddiaçı1 Balakən rayon Notariat Ofisinə müraciət etmiş və məlum olmuşdur ki, Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh3 tərəfindən xx.xx.2002-ci il tarixdə ölmüş X5 və xx.xx.2005-ci il tarixdə ölmüş X15 adına 0.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair vərəsəlik işi açılmış, 2V-613 və 2V-614 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən X4 və X12 miras qalmış ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,4061 ha olan torpaq sahəsi tam hissədə Cavabdeh1 bölünmüşdür. Həmin şəhadətnamələr əsasında Cavabdeh1 xx.xx.2021ci il tarixdə 0,4061 ha torpaq sahəsinə qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Notarius miras əmlaka dair vərəsəlik işi açarkən mirası qəbul etmiş vərəsələrin dairəsini müəyyən etməmiş, mirası qəbul etməyən vərəsəyə tam həcmdə miras payı verməklə Mülki Məcəllənin 1243.1-ci, 1273-1-ci maddələrinin tələblərini pozmuş, irsi transmissiya üzrə mirası yegənə qəbul etmiş vərəslər olan iddiaçıları miras payından məhrum etmişdir. Belə ki, qanunvericiliyə görə fiziki şəxs öldükdən sonra onun əmlakı avtomatik olaraq vərəsənin əmlakına daxil olmur. Miras əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. X14 xx.xx.2002-ci ildə, X21 isə xx.xx.2005-ci ildə öldüyündən və vərəsəlik işi 2021-ci ildə açıldığından hazırki işdə mirasın qəbul edilməsinin formal üsulu tətbiq edilməmişdir. xx.xx.2002-ci ildə ölmüş X4 və xx.xx.2005-ci ildə ölmüş X6 miras qalmış əmlaklara vərəsəlik açılarkən notarius qanunvericiliyin yuxarıda qeyd edilən hallarını nəzərə almamış, nə formal üsulla, nə də ki, qeyri-formal üsulla mirası qəbul etməmiş Cavabdeh1 mirasdan tam həcmdə pay vermişdir. Cavabdeh1 isə mərhumların öldüyü zaman nə xx.xx.2002-ci ildə, nə də ki xx.xx.2005-ci ildə mirasın qəbulunda iştirak etmiş, mərhumların dəfnində iştirak etməmiş, onlardan qalan hər hansı bir mirası qəbul etməmişdir. Belə ki, Cavabdeh1 uzun müddət ölkə xaricində olmuşdur, bir neçə il olar ki, Qax rayonu ərazisində çobanlıqla məşğul olur. O, həmin təsərrüfatda qeydiyyatda da deyil. İddiaçıların miras əmlaka faktiki sahiblik və miras əmlakı idarə etmələri ünvan 1 İnzibati Ərazi Dairəsinin və Katex Bələdiyyəsinin verdiyi arayışlarla təsdiq edilir. Bundan əlavə iddiaçılar mirası faktiki qəbul etdiklərinə, mərhumlara məxsus torpaq sahələrini istifadə etdiklərinə və onlara məxsus evdə yaşadıqlarına görə vərəsəliklə bağlı notariat kontoruna müraciət etməmişlər. Eyni zamanda Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh3 miras əmlakı bölüşdürərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə istinad etməklə irsi tranmissiya tətbiq etməli, Cavabdeh1 münasibətdə isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü və 1273-1-ci maddələrinə istinad etməklə mirası qəbul etmədiyinə görə mirasdan pay verməməli idi. Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh3 mərhumlardan miras qalmış əmlaklara vərəsəlik işi açarkən və mirası bölüşdürərkən səhvə yol verildiyinə-mərhumlardan qalmış mirası qəbul etmiş vərəsələrin vərəsəliyə çağırılmadığına, mirası qəbul etmiş vərəsələrin dairəsi müəyyən edilmədiyinə, miras əmlaka faktiki sahiblik və faktiki idarəçiliyin hansı vərəsəyə məxsus olmağını müəyyən etmədiyinə, irsi transmissiya tətbiq etmədiyinə görə 2V-613 və 2V-614 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilməli, həmin şəhadətnamələrə əsasən qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və həmin çıxarış əsasında verilmiş qeyd ləğv edilməli, miras əmlakla bağlı irsi tarnsmissiya tətbiq edilməklə miras əmlak onu qəbul etmiş mərhum X20 vərəsələri olan iddiaçılar arasında bərabər paylarda bölünməklə həmin paylara uyğun qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə verilməlidir. Balakən Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(019)- 199/2023 nömrəli iş üzrə qəbul etdiyi 02 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Z.Tahirov) iddia tələbini təmin edilməsi, Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh3 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-613 nömrəli və xx.xx.2021-ci il tarixli 2V-614 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, xx.xx.2021-ci il tarixli 2V-613 nömrəli və xx.xx.2021-ci il tarixli 2V-614 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********95 olan, qeydiyyat nömrəsi ********** olan xx.xx.2021-ci il tarixli Çıxarış və həmin Çıxarışın verilməsi üçün əsas olmuş daşinmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi, mərhum X28 vasitəsi ilə irsi transmissiya üzrə üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən xx.xx.2002-ci ildə ölmüş X4 və xx.xx.2005-ci ildə ölmüş X6 qalmış mirasın qəbulu faktının müəyyən edilməsi və irsi transmissiya tətbiq edilməklə xx.xx.2002-ci ildə ölmüş X4 və xx.xx.2005-ci ildə ölmüş X6 miras qalmış əmlaklar- ünvan 1ində yerləşən torpaq sahələri onu qəbul etmiş xx.xx.2013-cü ildə ölmüş mərhum X20 vərəsələri olan iddiaçılar İddiaçı1 və İddiaçı2 arasında bərabər paylarda bölünməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 X1 və X12 miras qalmış əmlakları mərhum X28 vasitəsi ilə irsi transmissiya qaydasında qəbul etdiyini sübut etməlidir. Eyni zamanda Cavabdeh1 da X1 və X12 miras qalmış əmlakları qəbul etdiyini sübut etməlidir. İddiaçılardan fərqli olaraq Cavabdeh1 valideynlərindən miras qalmış əmlaklarla bağlı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mirası qəbul etdiyini sübut edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında iştirak etmiş tərəflər, həmçinin üçüncü şəxslər X8 və Balayev Şahid Əsədullah oğlu da Cavabdeh1 X1 və X12 miras qalmış əmlaklarla bağlı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mirası qəbul etdiyini təsdiq etməmişlər. Balayev Şahid Əsədullah oğlu izahatında heç Cavabdeh1 hansı tarixdə və hansı məbləğdə ona pul göndərməsini göstərə bilməmiş, göndərilməsi ehtimal edilən pulların göndərilmə tarixləri və məbləğlərini əks etdirən müvafiq sənədləri məhkəməyə təqdim edə bilməmiş, göndərilməsi ehtimal edilən pulların Cavabdeh1 tərəfindən valideynlərinə məxsus mirasın qəbulu ilə bağlı hansı əlaqədə olmasını əsaslandıra bilməmişdir. Eynilə üçüncü şəxs X8 da Cavabdeh1 tərəfindən valideynlərindən qalmış mirası notariat orqanına ərizə verməklə və ya faktiki qəbul etməsini təsdiq etməmişdir. İş materiallarında olan Balakən RPŞ-nin xx.xx.2022-ci il tarixli arayışından da görünür ki, Cavabdeh1 Əsəddullah oğlu valideynləri vəfat etdiyi vaxtda ölkə xaricində olmuş və valideynlərinin ölümündən illər sonra xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. Məhkəmə iclasında o da müəyyən edilmişdir ki, Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh3 tərəfindən xx.xx.2002-ci il tarixdə ölmüş X5 və xx.xx.2005-ci il tarixdə ölmüş X15 adına 0.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair vərəsəlik işi açarkən mirası qəbul etmiş vərəsələrin dairəsini müəyyən etməmiş, mirası qəbul etməyən vərəsəyə tam həcmdə miras payı verməklə Mülki Məcəllənin 1243.1, 1252 və 1273-1-ci maddələrinin tələblərini pozmuş, irsi transmissiya üzrə mirası yegənə qəbul etmiş vərəsə olan mərhum X28 vasitəsi ilə irsi transmissiya qaydasında iddiaçıları miras payından məhrum etmişdir. Belə ki, qanunvericiliyə görə fiziki şəxs öldükdən sonra onun əmlakı avtomatik olaraq vərəsənin əmlakına daxil olmur. Miras əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. O da qeyd edilməlidir ki, xx.xx.2002-ci ildə ölmüş X4 və xx.xx.2005-ci ildə ölmüş X6 miras qalmış əmlaklara vərəsəlik açılarkən Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh3 qanunvericiliyin yuxarıda qeyd edilən hallarını nəzərə almamış, nə formal üsulla, nə də ki, qeyri-formal üsulla mirası qəbul etməmiş Cavabdeh1 mirasdan tam həcmdə pay vermişdir. Cavabdeh1 isə mərhumların öldüyü zaman nə xx.xx.2002-ci ildə, nə də xx.xx.2005-ci ildə mirasın qəbulunda iştirak etmiş, onlardan qalan hər hansı bir mirası qəbul etməmişdir. Belə ki, Cavabdeh1 mirasın açıldığı və onun qəbul edildiyi müddətlərdə ölkə xaricində olmuşdur. O, həmin təsərrüfatda qeydiyyatda da deyil. İddiaçıların miras əmlaka faktiki sahiblik etmələri və miras əmlakı idarə etmələri Katex kənd İnzibati Ərazi Dairəsinin və Katex Bələdiyyəsinin verdiyi arayışlarla da öz təsdiqini tapır. İddiaçılar isə mirası faktiki qəbul etdiklərinə, mərhumlara məxsus torpaq sahələrini istifadə etdiklərinə və onlara məxsus evdə yaşadıqlarına görə vərəsəliklə bağlı notariat kontoruna müraciət etmədiklərini bildirirlər. Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh3 miras əmlakları bölüşdürərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə istinad etməklə irsi tranmissiya tətbiq etməmiş, Cavabdeh1 münasibətdə isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1273-1-ci maddələrinə istinad etməklə mirası qəbul etmədiyinə görə mirasdan tam hissədə Cavabdeh1a irs verməkdə haqlı olmamışdır. Belə ki, miras qalmış əmlakları bölüşdürərkən notarius tərəfindən ilk növbədə mirası faktiki qəbul etmiş vərəsələrin dairəsi müəyyən edilməlidir. Belə ki, mərhumların səkkiz nəfər övladları olsa da, onlardan yeddi nəfəri mirasın qəbulu ilə bağlı hər hansı hərəkətlər etməmiş, qanunda nəzərdə tutulmuş müddətdə mirasın qəbulu barədə mirasın açıldığı yer üzrə notariat orqanına ərizə ilə müraciət etməmiş, mirası faktiki qəbul və idarə etdiklərini məhkəməyə sübut etməmişlər. Buna görə də mirasın qəbulu üçün notariat orqanına ərizə vermədiklərindən, eyni zamanda onların miras əmlaka faktiki sahiblik etməklə qəbul etmədiklərindən onlar susmuş vərəsə hesab edilməlidir. Belə olan halda Mülki Məcəllənin 1273-1-ci maddəsi tətbiq edilməlidir. Mülki Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Azərbaycan Repsublikası Mülki Məcəlləsinin 1263-cü maddəsinə görə əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Məhkəmə iclasında xx.xx.2002-ci ildə ölmüş X4 və xx.xx.2005-ci ildə ölmüş X6 miras qalmış əmlaklarını qəbul etmiş yeganə vərəsə isə X20 olduğu müəyyən edilmişdir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab etmişdir ki, Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh3 tərəfindən xx.xx.2002-ci il tarixdə ölmüş X5 və xx.xx.2005-ci il tarixdə ölmüş X15 adına 0,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair vərəsəlik işi açarkən mirası qəbul etmiş vərəsələrin dairəsini müəyyən etmədiyindən, mirası qəbul etməyən vərəsəyə tam həcmdə miras payı verməklə Mülki Məcəllənin 1243.1-ci, 1252-ci və 1273-1-ci maddələrinin tələblərini pozduğundan, irsi transmissiya üzrə mirası yegənə qəbul etmiş vərəsə olan mərhum X28 vasitəsi ilə irsi transmissiya qaydasında iddiaçıları miras payından məhrum etdiyindən Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh3 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-613 nömrəli və xx.xx.2021- ci il tarixli 2V-614 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilməli, həmin şəhadətnamələrə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********95 olan, qeydiyyat nömrəsi ********** olan xx.xx.2021-ci il tarixli Çıxarış və həmin Çıxarışın verilməsi üçün əsas olmuş daşinmaz əmlakın dövlət reyestrində aparılmış qeyd ləğv edilməli, xx.xx.2002-ci ildə ölmüş X4 və xx.xx.2005-ci ildə ölmüş X6 miras qalmış əmlaklara-ünvan 1ində yerləşən torpaq sahələrinə mərhum X28 vasitəsi ilə irsi transmissiya üzrə üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən mirasın qəbulu faktı müəyyən edilməli, irsi transmissiya tətbiq edilməklə miras əmlakları onu qəbul etmiş xx.xx.2013-cü ildə ölmüş mərhum X20 vərəsələri olan iddiaçılar İddiaçı1 və İddiaçı2 arasında bərabər paylarda bölünməlidir. Məhkəmə mövqeyini Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1145, 1151.1, 1151.2, 1159.1, 1243.1, 1243.2, 1243.3, 1246, 1252, 1256, 1261, 1262, 1263, 1269, 1272, 1273-1, 1274, 1276, 1291, 1321.1, 1322, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh1 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Apellyasiya şikayətinin dəlilləri İş materiallarında olan sənədlərdən və şahid ifadələrindən müəyyən olunur ki, Cavabdeh1 və qardaşı Balayev Şahid Əsədullah oğlu anaları - xx.xx.2002-ci ildə ölmüş X4 və ataları xx.xx.2005-ci ildə ölmüş X6 miras qalmış daşınmaz əmlaklara sahiblik etmiş və ya əmlakı idarə etməyə faktik başlamış və nəticə etibarı ilə də mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdirlər. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində dindirilmiş Balayev Şahid Əsədullah oğlu izahatında göstərmişdir ki, anası X14 xx.xx.2002-ci ildə, atası X21 isə xx.xx.2005-ci ildə ölmüşdür. İsmayıl həmin vaxt Rusiya Federasiyasında olduğuna görə onların dəfnində iştirak etməmişdir. Lakin İsmayıl onların dəfnini yola salmaq üçün ona müxtəlif vaxtlarda pul göndərmişdir. Həmin pulların qəbzlərini təqdim edə bilmir. 0,40 ha torpaq sahəsinin əkib becərilməsi üçün də İsmayıl ona müxtəlif vaxtlarda pul göndərmişdir. Ona göndərilən pulun miqdarını bilmir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində dindirilmiş X8 da eyni faktları təsdiq etmişdir. İşin həmin halları iddiaçılar tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıqaşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləriadətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə (mirasa mülkiyyətin əmələ gəlməsi) əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İşin mübahisəsiz halıdır ki, Cavabdeh1 valideyinlərinin öldüyü vaxtda Rusiya Federasiyasında olsa da valideyinlərinin dəfn xərclərini qardaşı Balayev Şahid Əsədullah oğluna göndərmiş, bununla yanaşı valideyinlərindən miras qalmış ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0,4061 ha olan torpaq sahəsininin mühafizə olunması, yaxşılaşdırılması, orada fındıq kollarının əkilməsi üçün vaxtaşırı olaraq qardaşı Balayev Şahid Əsədullah oğluna pul göndərmişdir. İşin həmin halı Balayev Şahid Əsədullah oğlunun və Qeybullayeva ZülfürəƏsədullah qızının məhkəmədə verdiyi ifadələri ilə tam təsdiq olunmuşdur. İddiaçılar isə qeyd olunan fındıq kollarını özlərinin əkmələri və oranı yaxşılaşdırmaları ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, yalnız Balakən rayonu İcra Hakimiyyəti Katex kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi vəzifəsini müvəqqəti icra edən E.Şoranov tərəfindən verilmiş 02avqust 2022-ci il tarixli 718 saylı arayışa istinad etmişdirlər. Hansı ki, Balakən rayonu İcra Hakimiyyəti Katex kənd İnzibati ƏraziDairəsi Cavabdeh1 da miras əmlakı qəbul etməsi ilə bağlı arayış vermişdir. Məhkəmə isə Balakən rayonu İcra Hakimiyyəti Katex kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi vəzifəsini müvəqqəti icra edən E.Şoranov tərəfindən verilmiş 02 avqust 2022-ci il tarixli, 718 saylı arayışda qeyd olunanların həqiqi olub-olmamasını araşdırmadan hazırda mübahisələndirilən qətnaməni qəbul etmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçılar apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdirlər. Apellyasiya baxışının iclasında iştirak edən mübahisə predmeti müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balayev Şahid Əsədullah oğlu izahatında apellyasiya şikayətini müdafiə etdiyini bildirmişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən məhkəmə aktının əsaslılığı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarı “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, Məhkəmə tərəfindən işin araşdırılmış və mübahisələndirilməyən hallarından müəyyən edilmişdir ki, X25 ilə X5 birgə nikahından səkkiz övladı- Şəbiddin, Rafael, Ramiz, Elşad, Rafiq, Şahid, Zülfirə və İsmayıl doğulmuşdur. X14 xx.xx.2002-ci ildə, X25 isə xx.xx.2005-ci ildə vəfat etmişdir. X25 ilə X5 birgə nikahından doğulmuş övladlarındanvərəsələrindən Şəbiddin xx.xx.2004-cü ildə, Rəfael xx.xx.2005-ci ildə, Ramiz xx.xx.2009-cu ildə, Elşad xx.xx.2013-cü ildə, Rafiq xx.xx.2014-cü ildə, Zülfirə xx.xx.2023-cü ildə vəfat etmişdir. ünvan 1ində yerləşən 0,4061 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X25 və X5 ümumi birgə mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixli, 2V-613 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən olunur ki, xx.xx.2002-ci ildə vəfat etmiş X5 vərəsəsi Cavabdeh1(hazırki iş üzrə cavabdeh) miras qoyanın ünvan 1ində yerləşən 0,4061 ha torpaq sahəsinin mərhuma çatacaq hissəsindən tam həcmdə irs almışdır. xx.xx.2021-ci il tarixli, 2V-614 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən olunur ki, xx.xx.2005-ci ildə vəfat etmiş X10 vərəsəsi Cavabdeh1(hazırki iş üzrə cavabdeh) miras qoyanın ünvan 1ində yerləşən 0,4061 ha torpaq sahəsinin mərhuma çatacaq hissəsindən tam həcmdə irs almışdır. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla müəyyən olunur ki, ünvan 1ində yerləşən 0,4061 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh1 tam mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçılardan fərqli olaraq Cavabdeh1 valideynlərindən miras qalmış əmlaklarla bağlı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mirası qəbul etdiyini sübut edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə, birinci instansiya məhkəməsinin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamalərin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında aparılmış qeydin ləğv edilməli olması barədə gəldiyi nəticə ilə razılaşsa da, həmin nəticəyə gəlməsi barədə əsaslandırması ilə razılaşmır. Məhkəmə qeyd edir ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element bir-birini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir. Məhkəmə qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Apellyasiya baxışının iclasında müəyyən edilmişdir ki, mərhum X5 və X13 birinci növbə vərəsələrindən heç biri mirasdan imtina etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, “Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. ...vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. ...mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. ...miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. ...mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. ... vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir.” Beləliklə Məhkəmə qeyd edir ki, notariat orqanının Cavabdeh1 miras əmlakın yeganə varisi qəbul edərək yalnız sonuncunun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, mirasın açıldığı, yəni X5 öldüyü xx.xx.2002-ci il və X25 oğlunun öldüyü xx.xx.2005-ci ildə onun birinci növbə vərəsələriövladları 1.X26, 2.X29, 3.X9, 4.X28, 5.X22, 6.X30, 7.Cavabdeh1, 8.Balayev Şahid Əsədullah oğlu olmaqla 8 vərəsədən ibarət olmuşlar. Məhkəmə hesab edir ki, prossesual qənaət prinsipindən çıxış edərək, həmçinin vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həllinin məhkəmənin səlahiyyətində olması nəzərə alınmaqla miras qoyan X25 və X4 miras qalmış ünvan 1ində yerləşən 0,4061 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə miras qoyanların bütün vərəsələrinin hər birinin 1/8 payı müəyyən edilməlidir. Beləliklə də, hazırki apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, iddia tələbi qismən əsaslıdır. Buna baxmayaraq, Rayon Məhkəməsi iddia tələbini tam təmin etməklə iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımır, şikayətin dəlilləri qismən əsaslıdır. Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Balakən Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 mart 2023cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və reyestrdəki qeydin ləğv edilməsi, mirasın iddiaçılar tərəfindən qəbul etmə faktının müəyyən edilməsi, miras əmlakların irsi transmissiya üzrə onu qəbul etmiş vərəsələr olan iddiaçılar arasında bərabər paylarla bölüşdürülməsi” tələbinə dair iddiaları` qismən təmin edilsin. X2 miras qalmış ünvan 1ində yerləşən 0,4061 ha torpaq sahəsinin mərhuma çatacaq hissəsindən Cavabdeh1 tam pay ilə qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 07 sentyabr 2021-ci il tarixli, 2V-614 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" etibarsız hesab edilsin. X1 miras qalmış ünvan 1ində yerləşən 0,4061 ha torpaq sahəsinin mərhuma çatacaq hissəsindən Cavabdeh1 tam pay ilə qanun üzrə vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 07 sentyabr 2021-ci il tarixli, 2V-613 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" etibarsız hesab edilsin. xx.xx.2021-ci il tarixli 2V-613 nömrəli və xx.xx.2021-ci il tarixli 2V-614 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********95, qeydiyyat nömrəsi ********** olan xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışın verilməsi üçün əsas olmuş daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd ləğv edilsin. X25 və X4 miras qalmış, ünvan 1ində yerləşən 0,4061 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X26, X29, X9, X28, X22, X30, Cavabdeh1 və Balayev Şahid Əsədullah oğlunun hər birinin 1/8 miras payı müəyyən edilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş tərəfə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-59/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-59/2024
16.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver