Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-594/2020 10.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X10 iclas katibliyi və cavabdeh (həmçinin Cavabdeh2 nümayəndəsi) Cavabdeh6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X11, Cavabdeh4, X8, Cavabdeh6 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Göyçay rayon notariat kontoruna qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması və miras əmlakın bölüşdürülərək onun payının verilməsi” tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-1393/2019 nömrəli qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh6 tərəfindən verilmiş apelyasiya şikayətlərinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X11, Cavabdeh4, X8, Cavabdeh6 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Göyçay rayon notariat kontoruna qarşı iddia qaldıraraq X1 miras qalmış Göyçay rayonunun Qaraman kəndində yerləşən torpaq sahəsinin, mirasın onun tərəfindən qəbul edilmə faktının müəyyən edilməsi və həmin miras torpaq sahəsinin 0,10 ha hissəsinə vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması, mirasın bölüşdürülərək 0,10 ha torpaq sahəsinin ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-1393/2019 nömrəli (hakim Z.Quliyev) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, mirasın, yəni ümumi mülkiyyətdə olan Göyçay rayonu, Qaraman kəndində 0,63 ha torpaq sahəsindən X3na çatası payın İddiaçı tərəfindən qəbul edilmə faktının müəyyən edilməsi, həmin mirasa daxil olan torpaq sahəsinin 0,10 ha hissəsinə onun vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması, iddia tələbinin qalan hissədə təmin olunmaması, iş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh2 və Cavabdeh6 apelyasiya şikayətləri verərək, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)- 1393/2019 nömrəli qətnaməsinin ləğv edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, miras qoyan X12 xx xxxxxxxx 1956cı il tarixdə X15 ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahından 6 övladları doğulmuşdur: X13 – xx xxxxxx 1958-ci il, Cavabdeh4 – xx xxxxxx 1959-cu il, İddiaçı – xx xxxxxx 1963-cü il, X9 – xx xxxx 1965-ci il, Cavabdeh6 – xx xxxxxxx 1967-ci il, Cavabdeh2 – xx xxxxxx 1970-ci il. X5 xx xxxxxxx 1997-ci il tarixdə, anası X12 xx xxxx 2007-ci il tarixdə vəfat etmişlər. X3 xx xxx 2006-cı il tarixdə Göyçay rayon dövlət notariat kontorunda vəsiyyətnamə tərtib etdirib reyestrdə qeydə aldırmaqla ölən günədək ona məxsus olan Göyçay rayonunun Qaraman kəndində yerləşən 2 mərtəbəli 10 otaqlı evini və 10 sot torpaq sahəsini Cavabdeh1, hündür 3 otaqlı bir böyük eyvanı və 10 sot torpağı ona, köhnə iki otaqlı çiy kərpicdən olan evi və çaydaşından olan tövləni, 43 sot torpaq sahəsini Cavabdeh2 vəsiyyət etmişdir. X1 qalmış miras əmlakı o, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 faktiki qəbul edib idarə etmişlər. O, vəsiyyət üzrə vərəsəlik hüququ əldə etmək üçün Göyçay rayon Notariat Kontoruna müraciət etmişdir. Lakin digər qanun və vəsiyyət üzrə vərəsələrlə aralarında mirasa dair ixtilaf olduğu üçün Göyçay rayon Notariat Kontorunun xüsusi notariusu vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. O, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 X1 miras qalmış əmlakı faktiki qəbul etdikləri halda digər cavabdehlər mərhum miras qoyanın ölümündən sonra həmin mirası nə faktiki, nə də rəsmi qəbul etməmişlər. O, iddia ərizəsini və ona əlavəni özü şəxsən imza etmiş və iddia tələblərinin tam təmin olunmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla əsassız qətnamə qəbu etmişdir. Belə ki, məhkəmə həmin qətnaməni çıxararkən qeyd edilən torpaq sahəsinin onunla anası X6 ümumi birgə mülkiyyətlərində olmağına heç bir hüquqi qiymət verməmiş, mirasın onun tərəfimdən faktiki olaraq qəbul edildiyi halda və onun anasının vəfatından sonra 2009-cu ilin iyun ayına kimi, yəni rəsmi nikah qeyd etdirilənə kimi qeyd edilən təsərrüfatı idarə etməklə mirasa daxil olan torpaq sahəsindən və mülkiyyətində olan torpaq sahəsindən faktiki istifadə etməyinə heç bir hüquqi qiymət verməmişdir. Nəticədə onun Azərbaycan Respublikası Konstitusiyası ilə müdafiə olunan mülkiyyət hüququ pozulmuşdur. Bildirir ki, anası vəfat etdikdən sonra miras qalmış ümumi mülkiyyətdə olan torpaq sahəsinin mirasa daxil olan 0.30 ha hissəsi vəsiyyətnaməyə uyğun olaraq İddiaçı 0.10, Cavabdeh4 qızı Cavabdeh1 0,10 və ona 0,10 ha olmaqla istifadələrinə keçmişdir. 2009-cu ilin iyun ayında o, X16 ilə rəsmi nikah qeyd etdirdikdən sonra köçərək Bakı şəhərindəyaşamışdır. Qeyd edilən hallar mülki işə əlavə edilmiş JN-002F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə və Göyçay rayon Qeydiyyat Şöbəsinin xx.xx.2019-cu il tarixli arayışları ilə təsdiq edilir. Göründüyü kimi məhkəmə işdə olan sübutları düzgün qiymətləndirməmiş, nəticədə səhv qətnamə çıxarmışdır. Ona görə də Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(046)-1393/2019 saylı mülki iş üzrə qətnaməsini ləğv edərək iddianın rədd edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh6 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, o, mərhumə X4 miras qalmış Göyçay rayonu, Qaraman kəndində yerləşən torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən köhnə iki otaqlı çiy kərpicdən olan evinə yiyələnmiş və miras əmlakı faktiki surətdə idarə etməyə başlamışdır. X2 ölümündən sonra miras qalmış köhnə iki otaqlı çiy kərpicdən olan evinə verilən təbii qazın satılması barədə Azəriqaz ilə onun arasında alqı-satqı müqaviləsi bağlanmış, abonent- kodu onun adına işlənmişdir. Bundan sonra vaxtı-vaxtında Azəriqaz əməkdaşının sayğaca baxış keçirdikdən sonra ona təqdim etdiyi bildirişə uyğun olaraq təbii qazdan istifadəyə görə ödəniş etməyə başlamışdır. Bu fakt apelyasiya şikayətinə əlavə etdiyi qəbzlə öz təsdiqini tapır. Məhkəmə iclasında hər iki tərəfin (iddiaçı və cavabdehin) izahatında onun mərhumə X4 miras qalmış Göyçay rayonu, Qaraman kəndində yerləşən torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən köhnə iki otaqlı çiy kərpicdən olan evinə yiyələnməsi və orada yaşaması öz əksini tapır. Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Bu səbəbdən hesab edir ki, o, mirasın bir hissəsinə sahiblik etməyə faktik başladığı üçün, mirasınnədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. İddiaçı miras qoyan şəxsin vəfat etməsindən xəbərdar olsa da, mirası onun qəbul edilməsi müddətində nə faktiki qəbul etmiş, nə də mirasın qəbulu ilə bağlı notariat kontoruna ərizə vermişdir. İddiaçı 2006-cı ilə qədər Bakı şəhərində yaşamış və qeydiyyatda olmuşdur. Əmindir ki, polis şöbəsinə sorğu verilərsə İddiaçı 2006-cı ilə qədər Bakı şəhərində qeydiyyatda olması və yaşaması öz təsdiqini tapacaqdır. Göründüyü kimi İddiaçı 2000-ci il tarixdən qüvvədə olan Mülki Məcəllənin maddələrində nəzərdə tutulan qaydada və mirasın qəbul üçün müəyyən edilmiş müddətdə miras qoyan X4 miras qalmış əmlakı nə rəsmi, nədə ki, faktiki qəbul etməmişdir. Bununla da İddiaçı 2000-ci il tarixdən qüvvədə olan Mülki Məcəllə ilə müəyyən edilmiş mirası qəbul etmə müddətini ötürmüş, o, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin bərpa olunması üçün iddia qaldırmamışdır. İş materiallarında İddiaçı miras qoyan X4 miras qalmış əmlakı nə rəsmi, nədə ki, faktiki qəbul etməyi barədə heç bir sübut yoxdur. Ona görə də Göyçay Rayon Məhkəməsinin 2(046)-1393/2019-saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdeh (həmçinin Cavabdeh2 nümayəndəsi) Cavabdeh6 apelyasiya şikayətlərini müdafiə edərək bildirmişdir ki, İddiaçı onların qardaşıdır. X19 torpaq sahəsini Elçinə, Ləmana və Təranəyə vəsiyyət etmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi yalnız Elçinin payını müəyyən etmiş, onların heç birinə pay ayırmamışdır. Bundan əlavə iddiaçının iddia ərizəsinin məzmunu da düzgün deyil, çünki Cavabdeh2 da vəsiyyət üzrə payı bölünməli idi. Cavabdeh sonda birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, onların da payının müəyyən edilməsinə dair yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh1, X11, Cavabdeh4, X8 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Göyçay rayon notariat kontorunun nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də (İddiaçı istisna olmaqla) gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. İddiaçı isə məhkəməyə teleqram ünvanlayaraq apelyasiya şikayətinə etiraz etdiyini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayətləri qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından,cavabdehlərin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işdə iştirak edən cavabdehin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayətləri təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-1393/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: X12 ilə X15 arasında rəsmi nikah xx xxxxxxxx 1956-cı il tarixdə qeydə alınmış və onların X13, Cavabdeh4, İddiaçı, X9, Cavabdeh6, Cavabdeh2 adlı ümumi uşaqları vardır (Göyçay rayon qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli çıxarışı, xx.xx.2019-cu il tarixli arayışları, 2.12.2018-ci il tarixli doğum haqqında şəhadətnamə, iddia ərizəsi). X15 xx.xx.1997-ci ildə vəfat etmişdir (Göyçay rayon qeydiyyat şöbəsinin xx.xx.2019cu il tarixli arayışı). X12 xx.xx.2007-ci ildə vəfat etmişdir (AZ-İ 981532 nömrəli, xx.xx.2018-ci il tarixli ölüm haqqında şəhadətnamə). Göyçay rayonu, Qaraman kəndində 0,63 ha torpaq sahəsi X6 və Cavabdeh2 ümumi birgə mülkiyyətindədir (JN-002F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə). X14 ilə X9 arasında nikah xx.xx.1987-ci ildə bağlanmış, arvada Kərimova soyadı verilmişdir (Göyçay rayon qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli arayışı). X17 ilə X13 arasında nikah xx.xx.1989cu ildə bağlanmış, arvada Seyidova soyadı verilmişdir (Göyçay rayon qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli arayışı). X17 ilə Cavabdeh2 arasında nikah xx.xx.2009cu ildə bağlanmış, arvada Həsənova soyadı verilmişdir (Göyçay rayon qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli arayışı). X12 Göyçay rayonunun Qaraman kəndində yerləşən 2 mərtəbəli 10 otaqlı evini və 10 sot torpaq sahəsini Cavabdeh1, hündür 3 otaqlı bir böyük eyvanı və 10 sot torpağı iddiaçıya, köhnə iki otaqlı çiy kərpicdən olan evi və çaydaşından olan tövləni, 43 sot torpaq sahəsini Cavabdeh2 vəsiyyət etmişdir (xx.xx.2006-cı il tarixli vəsiyyətnamə). Qeyd olunan vəsiyyətnamə dəyişdirilməmiş və ləğv olunmamışdır (Dövlət Notariat Arxivinin xx.xx.2019-cu il tarixli məktubu). Göyçay rayon notariat ofisi iddiaçıya vərəsələr arasında ixtilaf olduğu üçün məhkəməyə müraciət olunmasını tövsiyə etmişdir (xx.xx.2019-cu il tarixli məktub). Cavabdeh6 2(046)-1860/2018 saylı mülki işdə olan ərizəsindən görünür ki, o, xx.xx.2005-ci ildən etibarən İsmayıllı rayonunun Quşəncə kəndində 12 il yaşamışdır. Göyçay rayonu İHB-nın Qaraman kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2019-cu il tarixli arayışına əsasən xx.xx.2007-ci ildən sonra X4 miras qalmış torpaq sahəsindən Cavabdeh4, İddiaçı Xələf oğlu və Cavabdeh1 daimi yaşayaraq istifadə etmişlər. Cavabdeh6 2012-ci ildə bacısı Ağcagül Kərimovanın təsərrüfatına qeydiyyatda olmaqla anasından miras qalmış evdə yaşayır. Cavabdeh2 mərhum anasının təsərrüfatının qeydiyyatında olsa da, faktiki Bakı şəhərində yaşamış, hal-hazırda da Bakı şəhərində yaşayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Məhkəmə kollegiyası hazırki tələb üzrə işə baxarkən ilk növbədə iddiaçının mübahisəli miras əmlaka dair payının müəyyən edilməsi məsələsinə hüquqi qiymət verməzdən əvvəl, onun miras qoyana münasibətdə vərəsəlik hüquqlarının tanınmasının mümkünlüyü məsələsinə, həmin hüquqlarının mövcud olub-olmaması, miras əmlaka münasibətdə mirası qəbul edib-etməməsini, iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması məsələsini araşdırılmalıdır. Belə ki, hüquqlar mövcud olmadığı halda iddia ərizəsində qoyulmuş tələblərin araşdırılmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunmasına (rəsmi və ya faktiki) xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyasının tədqiqi zamanı tərəflərin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, miras qoyan şəxs X12 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Kollegiya hesab edir ki, miras qoyan şəxs – X12 2007-ci il tarixdə vəfat etdiyindən vərəsəlik hüquq münasibəti barədə mübahisə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (xx xxxxxxxx 2000-ci il redaksiyada) müddəaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2-ci maddə) Həmin Məcəllənin 1159.1.1.-ci madəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Qeyd olunan Məcəllənin 1167-ci maddəsinə əsasən Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Mülki Məcəllənin 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Həmiun Məcəllənin 1171-ci maddəsinə əsasən əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə və vərəsələrdən birinə təyin edilmiş pay mirasın hamısından ibarətdirsə, vəsiyyət üzrə bütün vərəsələr bərabər paylar almalıdırlar. Qeyd olunan Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Mülki Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Qeyd olunan Məcəllənin 1202–ci maddəsinin tələblərinə görə məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə kollegiyası hesab edir ki, miras qoyan X12 2007-cu il tarixdə vəfat etdiyindən həmin gün mirasın açıldığı vaxt sayılır (Mülki Məcəllənin 1146-cı maddəsi). Miras qoyan Göyçay rayonunda daimi yaşadığından və daşınmaz əmlak Göyçay rayonunda yerləşdiyindən mirasın açıldığı yer Göyçay rayonudur (həmin Məcəllənin 1147ci maddəsi). Miras əmlaka X6 öldüyü məqamadək malik olduğu hazırki mübahisəli əmlak daxildir. Məhkəmə kollegiyasının araşdırması zamanı həmçinin miras qoyanın iddiaçı və cavabdehlərdən Ləman, Təranə və Cavabdeh4ların adına vəsiyyətnamə qoyması da müəyyən edilmişdir. Kollegiyanın tədqiqi zamanı həmçinin müəyyən edilmişdir ki, miras qoyanın ölümündən sonra İddiaçı mübahisəli miras əmlakı faktiki qaydada qəbul etməklə, həmin əmlakı idarə etməyə başlamışdır. Apelyasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Əvvəla ona görə ki, apelyasiya şikayətinə nəzər saldıqda görünür ki, cavabdeh tərəf öz mənafeyindən çıxış etməklə apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sənədi məhkəməyə təqdim etməmişdir. İkincisi, cavabdeh tərəf iddiaçının miras əmlakı faktiki qaydada qəbul etməsini, iddiaçıya pay verilməsini deyil, əksinə özlərinin də mirası faktiki qəbul etməklə paylarının bölünməsini mübahisələndirmişdir. Halbuki apelyasiya şikayəti vermiş cavabdehlərin birinci instansiya məhkəməsində belə bir tələblə çıxış etməsi (qarşılıqlı və ya müstəqil iddia ilə müraciət etməsi və s) iş materiallarından görünmür, onlar yalnız iddiaya etiraz etməklə kifayətlənmişlər. Üçüncüsü, məhkəmə kollegiyası mübahisəli miras əmlakın faktiki qəbulu ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, mirasın qəbulu hüquqi, iradəvi, könüllü, subyektiv və birtərəfli akt olduğundan bu vərəsənin vəzifəsi yox, hüququdur. Bu isə o deməkdir ki, iddiaçı bu hüquqlardan könüllü və iradəvi şəkildə istifadə etməklə hazır tələblə müraciət etmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apelyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh2 və Cavabdeh6 tərəfindənverilmiş apelyasiya şikayətləri təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(046)-1393/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-594/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-594/2020
10.03.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver