Məhkəmə qərarları › İş №2(107)-594/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-594/2022

05.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-594/2022 05.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı Cavabdeh və ailə üzvlərinə qarşı “fərdi yaşayış evindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair ilk, Cavabdeh İddiaçı, X1, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə və Göyçay rayonu Dövlət Notariat Kontoruna qarşı “çıxarışın ləğv edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2(025)-609/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(025)-609/2021 nömrəli qətnaməsinə əsasən ilk iddia ərizəsi qismən təmin edilərək ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə Cavabdeh 7.000 (yeddi min) manat məbləğində kompensasiya verilmək şərti ilə Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən Azərbaycan Respublikası ƏMDKY DƏDRX tərəfindən **********053-10301 reyestr nömrəsi ilə qeydə alınmış 05.11.2019-cu il tarixli Çıxarışla İddiaçı mülkiyyətinə verilmiş fərdi yaşayış evinə Cavabdeh və ailə üzvlərinin istifadə hüquqlarına xitam verilməsi, Qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, X1, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi idarəsinə və Göyçay rayonu Dövlət Notariat Kontoruna qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(025)-609/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Qəbələ Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2(025)-609/2021 nömrəli qərardadına əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti elektron qaydada verilmədiyindən geri qaytarılmışdır. Sözügedən qərardaddan narazı qalan İddiaçı şikayət vermişdir. Qəbələ Rayon Məhkəməsinin 05 mart 2022-ci il tarixli, 2(025)-609/2021 saylı qərardadı ilə İddiaçı tərəfindən şikayət elektron qaydada verilmədiyindən qərardaddan şikayətin İddiaçı geri qaytarılması qərara alınmışdır. İlk tələb üzrə İddiaçı yenidən məhkəməyə müraciət edərək Qəbələ Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2(025)-609/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(025)-609/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası qərardaddan verilmiş şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. İddiaçı şikayətini “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verməmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən müəyyən olundu ki, Qəbələ Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2(025)-609/2021 saylı qərardadı Azərbaycan Respublikası MPM-in tələblərinə uyğundur və şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 10-1.3 və 10-1.5-ci maddələrində imperativ qaydada müəyyən edilmişdir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.5-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 363.1.5-ci maddəsinin tələbinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilməlidir. Qəbələ Rayon Məhkəməsində “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğuna görə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Ona görə də Qəbələ Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2(025)-609/2021 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti MPM tələblərinə cavab vermədiyindən geri qaytarılmışdır. Məhkəmə kollegiyası əlavə olaraq bildirir ki, iddiaçı Mülki Prosessual Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada apellyasiya şikayəti ilə yenidən müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2(025)-609/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi аndаn qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar