Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-595/2024 27.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı "alqısatqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab olunması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab olunması, maddi hüquq normasının düzgün təfsir edilməməsi, əhəmiyyətsiz əqd) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X4 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, eyni zamanda İddiaçı1 vəkili Vəkil2, və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi və Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinə qarşı "alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab olunması” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(025)-41/2024 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi və Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinə qarşı "alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ notariat kontorunda (notarius E.Alxasov) X20 ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2005-ci il tarixli, reyestr nömrəsi 4Ə-03/334 olan alqı-satqı müqaviləsinin və onun əsasında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2009-cu il tarixində Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəsi olan çıxarışın etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1996-cı il tarixində "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra onlara və digər ailə üzvlərinə də torpaq sahəsi verilmişdir. Belə ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 29 sentyabr 1997-ci il tarixli, 18 nömrəli qərarı ilə X15, X7, İddiaçı1, İddiaçı2 və X11 Qəbələ rayonu ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 5.29 ha torpaq sahəsinə görə JN-0032, KOD 40604078 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında texniki səhv olaraq İddiaçı2 soyadı "Bayramov", sonluq isə "oğlu" kimi qeyd olunmuşdur. Lakin sənəd verildikdən sonra torpaq sahəsi onlara tanıdılmadığından və onun harada yerləşməsini mərhum atası Vahid Bayramov bilmişdir. Həmçinin, mərhum atası həmin torpaq sahəsini əkmədiyi üçün kiməsə icarəyə verdiyini eşitmişdir. Lakin heç vaxt onlara taxıl, torpaq sahəsini əkməyə görə pul verilməmiş və bu barədə maraqlanmamışlar, digər tərəfdən də xx.xx.2000-ci il tarixində qızları X13, xx.xx.2002-ci il tarixində atası X14 və xx.xx.2014-cü il tarixində anası X8 vəfatı ilə əlaqədar ailənin maddi vəziyyəti daha da pisləşmiş, bir müddət torpaq sahəsini əkib-becərmək üçün maddi imkanları olmadıqlarından nəzarətsiz qalmış və həmin torpaq sahəsi ilə maraqlanmamışlar. Təxminən 2 il bundan əvvəl o, onlara və digər mərhum ailə üzvlərinə məxsus kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün olan torpaq sahəsinə notariat ofisində vərəsəlik işinin açılmasına görə DƏDRX-dən çıxarış almaq istəsə də, həmin torpaq sahəsinin mərhum atası tərəfindən onun vəfatından sonra 2005-ci il tarixində alqı-satqı olunaraq Cavabdeh2 satıldığı bildirilmişdir. Onların isə bu alqı-satqıdan xəbərləri olmamışdır. Ona görə də onlar bu məsələnin araşdırılması üçün ilkin olaraq müxtəlif dövlət orqanlarına və Qəbələ rayon prokurorluğuna müraciət etmişlər. Müraciət aidiyyatı üzrə Qəbələ RPŞ-nə göndərilmiş və Qəbələ Rayon Polis X10 müstəntiqi X5 tərəfindən araşdırma aparılmış, xx.xx.2021-ci il və 02012022-ci il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" Qərar çıxarılmışdır. Həmin qərarların sürəti isə onlara xx.xx.2022-ci il tarixində rəsmi olaraq təqdim edilmiş və Qərarın "qərar verdim" hissəsinin 3-cü bəndində 5.29 hektar torpaq sahəsinin alqı-satqısı barədə müqavilənin ləğv edilməklə torpaq sahəsinin geri mülkiyyətinə qaytarmaq üçün mülki qaydada məhkəmə orqanlarına müraciət etməli olduqları izah edilmişdir. Həmçinin, Cavabdeh2 qeyd olunan alqı-satqı müqaviləsi əsasında öz adına xx.xx.2009-cu il tarixində ********** nömrəli mülkiyyət sənədi əldə etmişdir. Ona görə də mülkiyyət hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etməli olmuşlar. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(025)-41/2024 saylı (hakim: A.Əliyev) qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi və Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinə qarşı "alqısatqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi iddia müddəti tətbiq edilməklə rədd edilməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; JN: 0032 (kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən Qəbələ rayon AİK-nın 29 sentyabr 1997-ci il tarixli, 18 nömrəli qərarı ilə X14, X6, İddiaçı1, X12 və X9 birgə mülkiyyətinə 5,29 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. Qəbələ rayon Notariat kontorunun xüsusi notariusu Elxan Alxasov tərəfindən 12 sentyabr 2005-ci il tarixdə, 4Ə-03/334 reyestr nömrəsi ilə qeydə alınmış «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»nə əsasən X3 rayonu, Qanıx-Türyançay zonasına aid 5.29 ha torpaq sahəsini 15180000 (on beş milyon yüz səksən min) manata X1. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçılar mübahisə predmeti olan torpaq sahəsinin alqı-satqısına dair Qəbələ rayon Notariat Kontorunun 12 sentyabr 2005ci il tarixli müqaviləsini qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə mübahisələndirmişlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İşin halları ilə müəyyən olunur ki, JN: 0032 (kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən Qəbələ rayon AİK-nın 29 sentyabr 1997-ci il tarixli, 18 nömrəli qərarı ilə X14, X6, İddiaçı1, X12 və X9 birgə mülkiyyətinə 5,29 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. Qəbələ rayon Notariat kontorunun xüsusi notariusu Elxan Alxasov tərəfindən 12 sentyabr 2005-ci il tarixdə, 4Ə-03/334 reyestr nömrəsi ilə qeydə alınmış «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»nə əsasən X3 rayonu, Qanıx-Türyançay zonasına aid 5.29 ha torpaq sahəsini 15180000 (on beş milyon yüz səksən min) manata X1. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçılar mübahisə predmeti olan torpaq sahəsinin alqı-satqısına dair Qəbələ rayon Notarait Kontorunun 12 sentyabr 2005ci il tarixli müqaviləsini qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə mübahisələndirmişlər. Belə ki, yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Digər tərəfdən, Cavabdeh2 vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi üzrə iddia müddəti keçmişdir. Buna görə də iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmiş olduğu halda belə, iddia müddəti keçdiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, mülki mübahisə üzrə iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədinin hüquqi müəyyənlik olduğunu, tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratdığını, məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad etdiyini, mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyub, eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur etdiyini nəzərə alan məhkəmə hesab edir ki, iddiaçılar qanunla müəyyən olunmuş iddia müddətini buraxmaqla (ötürməklə) məhkəmədə iddia qaldırdıqları üçün həmin əsasla da iddia təmin edilməməlidir. Bundan əlavə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş, xx.xx.2023-cü tarixli, 4/1728 nömrəli ekspertiza rəyindən göstərilmişdir ki, mülki işin 12-ci vərəqində X14 adından olan ərizədə “İddiaçı1” yazıları qarşısındakı imza, 13-cü vərəqində olan 12 sentyabr 2005-ci il tarixli etibarnamədə “İmzalar” qrafasında “3” rəqəmi qarşısındakı imza və “Bаjrаmоvа Sejrаn” əlyazmları-İddiaçı2 SADİQ qızı tərəfindən icra olunmuşdur. Göründüyü kimi İddiaçı2 torpaq sahəsinin onların razılığı olmadan satıldığını qeyd etsə də, ekspert rəyi ilə İddiaçı2 iddiasının həqiqətə uyğun olmadığı, əksinə alqısatqı müqaviləsindən xəbərdar olmasını göstərir. Beləliklə, birinci instansiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi və Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinə qarşı "alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 375.1, 375.2, 377.1-ci maddələri, Avropa İnsan Hüquqları Məhkəməsi «Miragall Eskolano və digərləri İspaniyaya qarşı» iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarı, «Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarı, Konstitusiya Məhkəməsinin Plenumu «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarı, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1, 4.1, 14.2, 76.1, 76.2, 77.1, 78.1, 80, 81, 88, 217.4, 218.1 və 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(025)-41/2024 saylı qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, onlar məhkəməyə kifayət qədər əsaslı sübutlar təqdim etmişlər, lakin məhkəmə tərəfindən həmin sübutlar hər hansı səbəb göstərilmədən nəzərə alınmamışdır. Ona görə də mülki iş obyektiv araşdırılmamış və nəticədə Qəbələ Rayon Məhkəməsi tərəfindən qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Odur ki, qeyd edilənlər nəzərə alınaraq Qəbələ Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(025)-41/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh2 məhkəməyə etiraz ərizəsi göndərərək qeyd etmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər ona, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi və Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinə qarşı "alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin 2(025)-41/2024 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı1 qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti əsassızdır və təmin edilməməklə qətnamə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iddiaçılar yalandan qeyd edirlər ki, guya bu alqı-satqıdan xəbərləri olmamışdır. Halbuki, iddiaçılar özlərinin iddia ərizəsi ilıə izahatları və təqdim etdikləri sənədlərlə ziddiyyətli məlumatlar verirlər. Apellyasiya şikayətində qeyd edir ki, guya alqısatqıdan nə İddiaçı1 nə də ki, İddiaçı2 xəbəri guya olmayıb. Ancaq faktiki olaraq ekspert rəyi ilə təsdiqlənir ki, alqı-satqı vaxtı İddiaçı2 notariusda iştirak etmiş və şəxsən sənədlərə öz adından və İddiaçı1 adından imza etmişdir. Təyin edilmiş xəttşünaslıq ekspertizasından məlum olur ki, məhz iddianı verən və əsas problem yaradan İddiaçı2 bu işlərdən xəbəri olmuş, alqı-satqını həyata keçirmişdir. Həmin vaxtı notarius olmuş X26 İdarəsində verdiyi izahatından da göründüyü kimi qeyd edir ki, satıcılar özləri rəhmətə getmiş adamın yerinə başqa şəxs təqdim etməklə alqı-satqını həyata keçiridiblər. Həmçinin həmin vaxtı icra nümayəndəliyi tərəfindən arayış verilmişdir ki, həmin vaxtı Bayramov Vahidin sağ olması qeyd edilmişdir. Ekspert rəyində bəzi sənədlərə İddiaçı2 imza etməsi faktı onu göstərir ki, iddiaçılar məhz özləri alqı-satqını realizə etmək üçün başqa şəxsi Bayramov Vahid kimi təqdim etmiş və sənədlərə özləri imza etmişlər. Faktiki olaraq o, həmin vaxtı Bayramov Vahidi tanımayıb və onun vəfat etməsini belə bilməyib. Çünki pulu izahatında qeyd etdiyi kimi qardaşı satıcılara vermiş və o ancaq imza edib notariat kontoruna gəlmişdir. Göründüyü kimi iddiaçıların alqı-satqıdan xəbərlərinin olmaması kimi məhkəməyə verdiyi yalan ifadələr və sübutlar ekspert rəyi ilə təkzib edilmişdir. Bu da onu sübut edir ki, bu şəxslərin alqı-satqıdan xəbəri olmuş və əmlakın satılmasına razılıq vermişlər. O, hazırkı iş üzrə vicdanlı alıcıdır. Alıcı olaraq bu şəxs həmin dövrün qaydalarına əsasən satıcılara əlbəəl pul vəsaiti verməklə notariat kontorunda özü sənədlərə imza etməklə alqı-satqı etmiş əmlakı mülkiyyətinə keçirtmişdir. Digər tərəfdən iddia ərizəsində qeyd edirlər ki, alqısatqını yalnız vərəsəlik işi açılanda biliblər və polisə müraciət ediblər. Bu da özlərinin təqdim etdiyi sənədlərlə ziddiyət təşkil edir. Belə ki, şəxslər 2018-ci ildən hüquq mühafizə orqanlarına dəfələrlə müraciətlər ediblər. Bunu özləri məhkəmə iclasında da etiraf ediblər. Hətta iş materiallarında olan Daxili İşlər Nazirliyi Qəbələ rayon polis X10 baş müstəntiqi, polis mayoru X2 icraatında olan HK-1/147 saylı materialın cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli Qərarın surətindən görünür ki, iddiaçılar 2020-ci ilin fevral ayında (1-ci abzas) Prokuroluğa müraciət ediblər. Lakin iddia ərizəsində qeyd edirlər ki, bu halları 2022-ci ilin iyul ayında vərəsəlik işi açılanda biliblər. Bu da onu göstərir ki, iddiaçılar yalan izahat verirlər. Bundan əlavə iddiaçılar məhkəmə iclasında bildirmişdilər ki, həmin torpaq sahəsini özləri icarəyə vermiş və icarə haqqı kimi buğda alırdılar. Lakin iddia ərizəsində qeyd edilir ki, bu torpaq sahəsindən xəbərləri olmayıb. İddiaçılar faktiki olaraq alqı-satqı müqaviləsinin olmasını və onun mövcudluğundan və kimə satılmasından belə xəbərdar olmuşdular. Lakin torpaq sahəsinin bahalaşması səbəbindən indi artıq pul almaq üçün bu yollara əl atıblar. Odur ki, onu üzürlü hesab edib məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2, eyni zamanda İddiaçı1 vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(025)-41/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini və Qəbələ Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(025)- 41/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi və Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrnin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlər cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi və Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bir əmlak hüququ olaraq mülkiyyət hüququ, təmin etdiyi səlahiyyətin həcmi baxımından tam və bütöv olan yeganə əşya hüququdur. Öz sahibinə əşya üzərində inhisarlı bir şəkildə ən geniş səlahiyyətlər təmin edən bu hüquq həm əşya barəsində sərəncam verə bilmə səlahiyyətini (yəni əşyanın hüquqi müqəddəratını və əmlak mənsubiyyətini müəyyən edə bilmə səlahiyyətini) təmin edir, həm də əşya üzərində üç səlahiyyətin (istifadə, sahiblik və sərəncam) hamısını birlikdə və ən geniş şəkildə təmin edir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır.Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılıolmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqinəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələrinəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Həmin Məcəllənin 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Həmin Məcəllənin 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Həmin Məcəllənin 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. üquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 84.1-ci maddəsinə əsasən Torpaq mülkiyyətçilərinin, istifadəçilərin və icarəçilərin һüquqları qanunla qorunur. 84.3-cü maddəsinə əsasən Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu N.Əsədovanın şikayətinə dair xx.xx.2021-ci il tarixli qərarı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarı. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarı; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Qəbələ Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(025)-41/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Qəbələ Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(025)-41/2024 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(025)-41/2024 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsi iddianın təmin olunmaması barədə mövqeyini onunla əsaslandırmışdır ki, JN: 0032 (kod: ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən Qəbələ rayon AİK-nın 29 sentyabr 1997-ci il tarixli, 18 nömrəli qərarı ilə X14, X6, İddiaçı1, X12 və X9 birgə mülkiyyətinə 5,29 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. Qəbələ rayon Notariat kontorunun xüsusi notariusu Elxan Alxasov tərəfindən 12 sentyabr 2005-ci il tarixdə, 4Ə-03/334 reyestr nömrəsi ilə qeydə alınmış «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»nə əsasən X3 rayonu, Qanıx-Türyançay zonasına aid 5.29 ha torpaq sahəsini 15180000 (on beş milyon yüz səksən min) manata Cavabdeh2 satmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçılar mübahisə predmeti olan torpaq sahəsinin alqı-satqısına dair Qəbələ rayon Notariat Kontorunun 12 sentyabr 2005-ci il tarixli müqaviləsini qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə mübahisələndirmişlər. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşan və cavabdehin etirazının dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərək əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin yalnız yuxarıda qeyd edilən halları və maddi hüquq normalarını göstərməklə mübahisəni həll etməsi düzgün və etibarlı nəticəyə gəlmək üçün yetərli olmamışdır. Çünki, bu xarakterli mübahisələrə baxılarkən göstərilənlərlə yanaşı işin əhəmiyyət kəsb edən faktiki halları mülki qanunvericiliyin aidiyyəti normaları ilə birlikdə dəyərləndirilməklə qanuni və ədalətli nəticəyə gəlinməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu N.Əsədovanın şikayətinə dair xx.xx.2021-ci il tarixli qərarında vurğulamışdır ki, xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar. Baxılan iş üzrə mübahisə predmeti olan torpaq sahəsi iddiaçıların ümumi birgə mülkiyyətində olmuşdur. Məlum olduğu kimi, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Belə əşyaya sərəncam verilməsi qaydaları Mülki Məcəllənin 222-ci maddəsində tənzimlənir. Həmin maddəyə əsasən, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 29 sentyabr 1997-ci il tarixli, 18 nömrəli qərarı ilə X15, X7, İddiaçı1, İddiaçı2 və X11 Qəbələ rayonu ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 5.29 ha torpaq sahəsinə görə JN-0032, KOD 40604078 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Qəbələ rayon Notariat kontorunun xüsusi notariusu Elxan Alxasov tərəfindən 12 sentyabr 2005-ci il tarixdə, 4Ə- 03/334 reyestr nömrəsi ilə qeydə alınmış «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi» ilə X14 adından Qəbələ rayonu, Qanıx-Türyançay zonasına aid 5.29 ha torpaq sahəsini 15180000 (on beş milyon yüz səksən min) manata Cavabdeh2 satilmışdır. 12 sentyabr 2005-ci il tarixdə, 4Ə-03/334 reyestr nömrəsi ilə qeydə alınmış «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi» bağlanan zaman X20 müqavilə imzalanan vaxtdan 2 il 10 ay 23 gün əvvəl yəni 19 oktyabr 2002-ci il tarixdə vəfat etmişdir. Kollegiyanın gənaətinə görə Qəbələ rayon Notariat kontorunun xüsusi notariusu Elxan Alxasov tərəfindən 12 sentyabr 2005-ci il tarixdə, 4Ə-03/334 reyestr nömrəsi ilə qeydə alınmış «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi» əhəmiyyətsiz əqd olmuşdur. Əqdlərin etibarsız sayılması barədə qərar çıxarılarkən məhkəmə, əqdin etibarsızlığına dəlalət edən hüquqi faktları və qanunda nəzərdə tutulmuş hüquqi əsası (normanı) konkret olaraq bildirməlidir. Ümumiyyətlə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı Mülki Məcəllənin 337.3-cü maddəsinin tələblərinin nəzərdən keçirilməsini məqsədə uyğun hesab edir. İstənilən bir tələblə bağlı iddia icraatının ən əsas və vacib vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının məhkəmə tərəfindən müəyyən olunması vəzifəsidir (MPM.m.2.1, 5.1). Məhkəmə bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Çünki məhkəmələrin ən əsas və ümdə vəzifəsi pozulmuş hüquqların bərpasını təmin etməkdir. Hüququn pozulub-pozulmadığı isə, qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilir. İddia tələbinin əsaslandığı müqavilənin etibarsız olması, birbaşa həmin müqavilə üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə haqq (hüquq) və öhdəliyin yaranmadığını göstərir. Alacaq haqqı (tələb hüququ) yaranmadığı təqdirdə isə, aydın məsələdir ki, onun pozulmasından da söhbət gedə bilməz. Əhəmiyyətsiz əqdin haqq və öhdəlik əmələ gətirmək keyfiyyəti və xüsusiyyəti olmadığına görə, yalnız əqdin tərəfləri deyil, istənilən maraqlı şəxs əqdin əhəmiyyətsizliyinə, istinad edə bilər. Əqdin puç, yəni əhəmiyyətsiz olub-olmadığı barəsində mübahisə yaranarsa bu mübahisənin aradan qaldırılması üçün məhkəmədə etibarsızlıq halının təsbiti üçün iddia qaldırıla bilər. Belə bir iddianın qaldırılması hər hansı bir müddətlə məhdudlaşmır. İstənilən bir iddia icraatında tərəflərin irəli sürübsürməməyindən asılı olmayaraq işin hallarından əhəmiyyətsizlik halının mövcudluğu anlaşılarsa məhkəmə mütləq bunu nəzərə alaraq qərar verməlidir: Əhəmiyyətsiz əqd arzu olunan hüquqi nəticəni əmələ gətirmək qabiliyyəti, olmayan bir əqd olduğuna görə, əqdin əhəmiyyətsizliyi halı müddətdən asılı olmayaraq həmişə irəli sürülə bilər. Çünki zamanın keçməsi əqdin qanuna zidd bir şəkildə bağlanmış olması faktını aradan qaldırmır. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddianı iddia müddəti təbiq etməklə rədd etməsi yuxarıda qeyd edilən normaların mahiyyətinə də uyğun deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarına əsasən, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Əqdlər baxımından etibarsızlıq ümumi hal və nəticəni ifadə edir. Lakin belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Konstitusiya Məhkəməsi həmin səbəblərin müxtəlifliyini nəzərə alaraq mülki qanunvericiliyimizdə əhəmiyyətsiz və mübahisə edilən əqdlərlə yanaşı, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdləri və məhkəmə qərarı ilə etibarsız sayılan əqdləri ayrıca etibarsızlıq növləri kimi təsnif etmiş, onların öz xüsusiyyətlərinə görə fərqli hüquqi rejimlər əmələ gətirdiyini vurğulamışdır. Konstitusiya Məhkəməsinin Plenumu öz qərarında bildirmişdir ki, “əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Mülki Məcəllənin 135.7-ci maddəsinə uyğun olaraq, başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar isə əvəzedilən əşyalar sayılır. Mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Göründüyü kimi, əhəmiyyətsiz əqdin tələbdən və məhkəmə qərarından asılı olmayaraq qanunvericiliyə zidd olması səbəbilə bağlandığı andan özlüyünə etibarsız olduğu, bu müddətin MM-in 337.5-ci maddəsində nəzərdə tutulmuş etibarsızlığın nəticələrinin tətbiqinə, yəni əhəmiyyətsiz əqd üzrə icra edilmiş əvəzedilən əşyaların əqdin qarşı tərəfinin əmlakına qarışması səbəbindən əmələ gətirdiyi əsasız varlanma halları üzrə geri qaytarılması tələblərinə tətbiq edilən iddia müddəti olduğu, əhəmiyyətsiz əqd üzrə verilən əşya əvəzedilməz olduqda isə onun üzərindəki mülkiyyət hüququnun əldə edənə keçmədiyi, bu səbəbdən həmin əşyanın qaytarılmasına dair iddia mülkiyyətin müdafiəsi ilə bağlı olduğu üçün ona iddia müddətinin tətbiq edilmədiyi KM-in qərarında aydın şəkildə izah olunmuşdur. Hazırkı işdə etibarsızlığı iddia edilən xx.xx.2005-ci il tarixli, reyestr nömrəsi 4Ə- 03/334 olan alqı-satqı müqaviləsindəki torpaq sahəsi əvəzedilməz əşya olduğu üçün onun üzərindəki mülkiyyət hüququ həqiqi hüquqi vəziyyətə görə cavabdehə keçməmişdir. Müqavilə bağlandığı andan etibarsız olduğuna görə heç bir hüquqi nəticə yaratmadığı üçün torpaq üzərindəki mülkiyyət hüququ iddiaçılarda qalmışdır. Ona görə də kollegiya hesab edir ki, iddia tələbi və apellyasiya şikayətininin dəlilləri əsaslıdır. İddiaçıların vermiş olduğu apellyasiya şikayətinə etirazda cavabdeh qeyd etmişdir ki, ekspert rəyi ilə təsdiqlənir ki, alqı-satqı vaxtı İddiaçı2 notariusda iştirak etmiş və şəxsən sənədlərə öz adından və İddiaçı1 adından imza etmişdir. Həmin vaxtı notarius olmuş X26 İdarəsində verdiyi izahatında da qeyd etmişdir ki, satıcılar özləri rəhmətə getmiş adamın yerinə başqa şəxs təqdim etməklə alqı-satqını həyata keçirdiblər. Həmçinin həmin vaxtı icra nümayəndəliyi tərəfindən arayış verilmişdir ki, həmin vaxtı Bayramov Vahidin sağ olması qeyd edilmişdir. Ekspert rəyində bəzi sənədlərə İddiaçı2 imza etməsi faktı onu göstərir ki, iddiaçılar məhz özləri alqı-satqını realizə etmək üçün başqa şəxsi Bayramov Vahid kimi təqdim etmiş və sənədlərə özləri imza etmişlər. Faktiki olaraq o, həmin vaxtı Bayramov Vahidi tanımayıb və onun vəfat etməsini belə bilməyib. Çünki pulu izahatında qeyd etdiyi kimi qardaşı satıcılara vermiş və o ancaq imza etmək üçün notariat kontoruna gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə dair vermiş olduğu etirazı əsassız sayır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş, xx.xx.2023-cü tarixli, 4/1728 nömrəli ekspertiza rəyindən görünür ki, mülki işin 12-ci vərəqində X14 adından olan ərizədə “İddiaçı1” yazıları qarşısındakı imza, 13-cü vərəqində olan 12 sentyabr 2005-ci il tarixli etibarnamədə “İmzalar” qrafasında “3” rəqəmi qarşısındakı imza və “Bаjrаmоvа Sejrаn” əlyazmları-İddiaçı2 SADİQ qızı tərəfindən icra olunmuşdur, həmin vərəqədə X14 adından olan ərizədə “4.X19” yazıları qarşısındaki imza-İddiaçı2 tərəfindən yox, başqa şəxs tərərfindən icra olunmuşdur. Həmin notariat işinin 13-cü vərəqində olan 12 sentyabr 2005-ci il tarixli etibarnamədı “imzalar” qrafasında “4” rəqəmi qarşısındaki imza və “Bаjrаmоv Fəxri” əlyazmaları- İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Kollegiyanın qənaətinə görə X14 adından olan ərizədə “İddiaçı1” yazıları qarşısındakı imzanın, 13-cü vərəqində olan 12 sentyabr 2005-ci il tarixli etibarnamədə “İmzalar” qrafasında “3” rəqəmi qarşısındakı imzanın İddiaçı2 SADİQ qızı tərəfindən icra olunması yuxarıda qeyd edilən müqavilənin etibarlı hala gətirilməsi üçün əsas ola bilməz. Çünki etibarnamə verilən ailə başçısı X20 etibarnamənin verildiyi tarixdən 3 ilə yaxın müddətdə ölmüşdür. Yəni həmin müqvilənin etibarlı olması üçün ən azından həmin müqavilə etibarnamə alan X20 və ya digər mülkiyyətçilər tərəfindən imzalanmalı, eyni zamanda həmin torpaq sahəsinin dəyəri mülkiyyətçilərə verilməli idi. Digər tərəfdən də iş materialları və cabadehin məhkəmədə və polis şöbəsində vermiş olduğun izahatlardan da görünür ki, o ümumiyyətlə X16 tanımamışdır. Eyni zamanda torpağın alınması üçün müəyyən edilmiş pul məbləğini torpaq mülkiyyətçilərinə yox İcra Nümayəndəliyinin mühasibi Şahid vermişdir. Göründüyü kimi cavabdehin özünün də etiraf etdiyi kimi almış olduğu torpaq sahəsinin əvəzi olaraq torpaq mülkiyyətçilərinə hər hansı bir pul məbləği verməmişdir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Qəbələ rayon Notariat kontorunun xüsusi notariusu Elxan Alxasov tərəfindən 12 sentyabr 2005-ci il tarixdə, 4Ə-03/334 reyestr nömrəsi ilə qeydə alınmış «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»i bağlanan zaman Qəbələ rayonu, Qanıx-Türyançay zonasına aid 5.29 ha torpaq sahəsini 15180000 (on beş milyon yüz səksən min) manata Cavabdeh2 satmışdır kimi qeyd edilmişdir. Ancaq Cavabdeh2 polis şöbəsində araşdırma zamanı qardaşının torpaq sahəsini almaq üçün ona verdiyi 5500-6000 manat civarında pulu Vahid Bayramovun ailəsinə verməkdən ötrü Ovcullu kənd nümayəndəliyində mühasib işləmiş Bədir Alcanaova verdiyini bildirmişdir. Lakin Polis şöbəsində dindrilmiş Şahid torpaq sahəsinə görə verilən pul vəsaitini mərhum Vahid Bayramovun həyat yoldaşı Əsmayə Bayramovaya verdiyini, lakin birinci instansiya məhkəməsinin iclasında isə cavabdeh şəxs Cavabdeh2 qardaşı Seymurun 2600 manat pulu Vahid Bayramova verdiyinin şahidi olduğu bildirilmişdir. Göründüyü kimi cavabdehin apellyasiya şikayətinə vermiş olduğu etirazın dəlilləri iş materialları ilə təkzib edilir. Cavabdehin izahatları iş materiallarında olan rəsmi sənədlər və şahidin vermiş olduğu izahatlalar biri-birinə ziddi olmaqla biri-birini tamamlamır. Cavabdeh etirazda daha sonra qeyd etmişdir ki, o vicdanlı alıcı statusu daşıyır ona görə də iddia tələbi təmin edilə bilməz. Kollegiya cavabdehin vicdanlı alıcı olması barədə etirazını əsassız sayır. Burada başdan ümumi şəkildə qeyd etmək lazımdır ki, mülki hüquqda şəxslərin vicdanlı olduğu ehtimal olunur. Yəni mülki hüquqda ümumi yanaşma budur ki, şəxslər mülki münasibətlərlə bağlı hüquqi hərəkətləri vicdanla edirlər. Həqiqi vəziyyətin bu ehtimaldan fərqli olduğunu iddia edən bu iddiasını sübut etməlidir. Bu xüsus (vicdanlı hesab olunma) cinayət hüququnda məşhur olan və konstitusiyamızda da öz əksini tapan “təqsirsizlik ehtimalı (prezumpsiyası)" prinsipinin mülki hüquqdakı təzahürüdür. Mülki hüquqda subyektlərin vicdanhlığının qorunmasının özünəxas səbəbləri vardır. Bunlardan biri, vicdanlılığın qorunmasının ən önəmli səbəbi kimi mülki dövriyyədə güvən və etimad edilən bir şəraiti əmələ gətirməklə sabitliyi və lazımi sürəti təmin etmək məqsədidir. Həmçinin, rəsmi dövlət qeydiyyatı ilə təsdiq olunmuş haqlar baxımından vicdanlılıq qorunmadığı təqdirdə rəsmi sənədə olan etimad sarsılar və bu birbaşa hüquqi asayiş və etimadla bağlı ümumi ictimai mənafeni zərbə altına qoyar. Vicdanlılıq əsasən sərəncamverici əqdlərdə sərəncam səlahiyyətinin olmaması ilə bağlı hallar baxımından haqqın əldə edilməsinə olan maneənin (yəni sərəncam verənin əslində belə bir səlahiyyətinin olmaması ilə bağlı hüquqi problemin, əldən edən baxımından) aradan qalxmasına səbəb olur. Sərəncam səlahiyyətinin olmaması halları xaricindəki digər hüquqa zidd hallar baxımından isə vicdanlılıq həmin hüquqa zidd halla bağlı maneəni aradan qaldırmır. Haqların əldə edilməsi baxımından vicdanlılığın rolundan və qorunmasından bəhs oluna bilinməsi üçün mütləq hüquqa zidd bir halın olması lazımdır. Belə ki, vicdanlılığın predmeti (aid olduğu məsələ) məhz elə bu hüquqa zidd halın mövcudluğudur. Haqların əldə edilməsi baxımından tələb olunan vicdanlılıq haqqın əldə olunmasına maneə təşkil edən mövcud hüquqa ziddiyyətlilik halının əldə edən baxımından bilinməməsi və bir çox hallarda hətta bilinməsinin lazım gəlməməsini ifadə edir. Buna görə də, haqların əldə edilməsi baxımından hüquqa ziddiyyətlilik halının olmadığı durumlarda ümumiyyətlə bir hüquqi anlayış (termin) olaraq vicdanlılıq anlayışından söhbət belə gedə bilməz. Vicdanlılıq halının qorunması aydın məsələdir ki, birbaşa hüququn ən ali məqsədi olan ədalətliliyi təmin etmək məqsədinə xidmət edir. Bu baxımdan da şəraitdən aşkar şəkildə əldə edənin hüquqazidd halı bilməməsinin ağlabatan olmadığı hallarda əldə edənin vicdanlı olduğunu ehtimal etmək, vicdanlılıq anlayışının mahiyyətinə ziddir. Buna görə də, işin hallarından əldə edənin bilməmə ehtimalının bilmə ehtimalından son dərəcə az olduğu hallarda əldə edənin vicdanlı olduğuna ehtimal vermək məntiqli və reallığa uyğun olmaz. Belə bir yanaşma birbaşa hüququn ən ali məqsədi olan ədalətliliyi təmin etmək məqsədinə xidmət edən vicdanlılıq prinsipinin mahiyyət və roluna zidd olar. Kollegiya hesab edir ki, iş üzrə cavabdeh Sahib Səlilov vicdanlı alıcı statusunu daşımır. İş materiallarından və cavabdehin izahatından da göründüyü kimi cavabdeh Sahib Səlilov müqavilə imzalanarkən torpaq mülkiyyətçilərindən heç kimi görməmiş, yalnız notariusun ona təqdim etdiyi müqaviləni imzalamışdır. Halbuki o, torpağı kimdən almasını aydınlaşdırmalı və torpağın pulunu da torpaq mülkiyyətçisinə verməli idi. Yəni cavabdeh Sahib Səlilov torpaq sahəsini alarkən vicdanlı alıcı olmamışdır. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi göstərmişdir ki: “Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.” Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 mart 2023-cü il tarixli qərarı tətbiq edilə bilməz. Həmin qərarda aşağıdakılar qeyd edilmişdir; Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Kollegiyanın qənaətinə görə Qəbələ notariat kontorunda X20 ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2005-ci il tarixli, reyestr nömrəsi 4Ə-03/334 olan alqı-satqı müqaviləsinin bağlanmasından hazırkı iş üzrə iddiaçıların xəbərləri olmamış, həmin müqavilə iş üzrə iddiaçılar tərəfindən bəyənilməmişdir. Eyni zamanda kollegiya qeyd etməyi lazım bilir ki, Qəbələ notariat kontorunda X20 ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2005-ci il tarixli, reyestr nömrəsi 4Ə-03/334 olan alqı-satqı müqaviləsinin iddiaçılar tərəfindən mübahisələndirilməsində hüquqdan sui-istifadə halları aşkar edilməmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçılar, onlara və digər mərhum ailə üzvlərinə məxsus kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün olan torpaq sahəsinə notariat ofisində vərəsəlik işinin açılmasına görə DƏDRX-dən çıxarış almaq istəsə də, həmin torpaq sahəsinin mərhum atası tərəfindən onun vəfatından sonra 2005-ci il tarixində alqısatqı olunaraq Cavabdeh2 satıldığını bilmişlər. Ona görə də onlar bu məsələnin araşdırılması üçün ilkin olaraq müxtəlif dövlət orqanlarına və Qəbələ rayon prokurorluğuna müraciət etmişlər. (Daxili İşlər Nazirliyi Qəbələ Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 24/144-799-1222 saylı məktub, Daxili İşlər Nazirliyi Qəbələ rayon polis X10 baş müstəntiqi, polis mayoru X2 icraatında olan HK-1/147 saylı materialın cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli Qərar, Daxili İşlər Nazirliyi Qəbələ rayon polis X10 baş müstəntiqi, polis kapitanı X2 icraatında olan HK- 1/147 saylı materialın cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 mart 2021ci il tarixli Qərar). Kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikasının MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu norma məhkəmə üçün məcburi qüvvəyə malik olmayan qərar və sənədlərin sübut qismində qiymətləndirilməsini istisna etmir. Azərbaycan Respublikasının MPM-in 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçıların Qəbələ notariat kontorunda X20 ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2005-ci il tarixli, reyestr nömrəsi 4Ə-03/334 olan alqı-satqı müqaviləsinin mövcudluğundan xəbərləri olmamış və həmin müqavilə onlar tərəfindən bəyənilməmişdir. Ona görə də kollegiya hesab edir ki, yuxarıda qeyd edilən müqavilə etibarsız hesab edilməlidir. Kollegiya iddia tələbinin Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2009-cu il tarixində Cavabdeh2nın adına verilmiş Reyestr nömrəsi **********24 nömrəsi olan çıxarışın etibarsız hesab olunması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Belə ki, Qəbələ notariat kontorunda X20 ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2005-ci il tarixli, reyestr nömrəsi 4Ə-03/334 olan alqı-satqı müqaviləsi və onun əsasında xx.xx.2009-cu il tarixində Reyestr nömrəsi **********24 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış etibarsız hesab edilməlidir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar yuxarıda mübahisələndirilən əqd üzrə hər hansı bir maddi vəsait əldə etmədiklərindən onların iddia tələbi bu maddənin təsir dairəsinə düşmür. Sonda məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iddianın təmin etməməklə əsaslı qətnamə qəbul edilməmişdir. Apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin təmin edilməsinə və qətnamənin ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Kollegiyanın qənaətinə görə iddianın təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(025)-41/2024 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli, 2(025)-41/2024 saylı qətnаməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Qəbələ notariat kontorunda X20 ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2005-ci il tarixli, reyestr nömrəsi 4Ə-03/334 olan alqı-satqı müqaviləsi və onun əsasında xx.xx.2009cu il tarixində Reyestr nömrəsi **********24 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış etibarsız hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-595/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-595/2024
27.06.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver