Məhkəmə qərarları › İş №2(107)-598/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-598/2024

02.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-598/2024 02.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “miras əmlakın qəbul edilməsi üzrə müəyyən edilmiş müddətin bərpa edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mirasın qəbul edilməsi üçün müddətin bərpası) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X7 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçı, üçüncü şəxslər X2, X5 və X3 iştirakları ilə, İddiaçı cavabdeh Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “miras əmlakın qəbul edilməsi üzrə müəyyən edilmiş müddətin bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 6 fevral 2024-cü il tarixli, 2(025)- 104/2024 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “miras əmlakın qəbul edilməsi üzrə müəyyən edilmiş müddətin bərpa edilməsi” tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X1 qalan miras əmlakın qəbul edilməsi üzrə müəyyən edilmiş müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 12 dekabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında X13 və X8 mülki işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. 21 dekabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında X9 və X10 mülki işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. Azərbaycan Respublikası MPM-nin 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı mərhum atası xx.xx.2006-cı il tarixində vəfat etmiş X4 olaraq, mərhum atasından qalan miras əmlak üzərində vərəsəlik hüququnun tanınması ilə bağlı vərəsəlik şəhadətnaməsinin verilməsi barədə Qəbələ Asan Xidmət Notariat Ofisinə müraciət etmişdir. Müraciətinə cavab olaraq cavabdeh AR Mülki Məcəlləsinin 1246-cı maddəsinə istinad edərək vərəsəlik işinin açılmasına imtina etmişdir. Hesab edir ki, mərhum atasından qalan miras əmlakın varisi olaraq qeyd edilən miras əmlaka dair cavabdeh tərəfindən vərəsəlik haqqında şəhadətnamə verilməlidir. Qəbələ Rayon Məhkəməsinin 6 fevral 2024-cü il tarixli, 2(025)-104/2024 saylı qətnaməsi ilə (hakim A.Əliyev) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 6 fevral 2024-cü il tarixli, 2(025)-104/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslər X9, X13 və X11 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və iş üzrə Qəbələ Rayon Məhkəməsinin 6 fevral 2024-cü il tarixli, 2(025)-104/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsi və üçüncü şəxs X8 heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı verdiyi apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 6 fevral 2024-cü il tarixli, 2(025)-104/2024 saylı qətnaməsi ləğv edilməli, İddiaçı iddia tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mövqeyini belə əsalandırmışdır ki, iddiaçı mirası 1-ci formada qəbul etməyib, yəni mirasın açılmasından sonra 6 ay ərzində notariusa ərizə verməyibdir. Mirasın 2-ci formada qəbuluna gəldikdə isə, iddiaçı miras predmeti olan evdə və torpaq sahəsində daimi yaşayış yeri üzrə qeydiyyatda deyildir. Bu onu göstərir ki, bu ev və torpaq sahəsi onun adətən istifadə etdiyi ev və torpaq sahəsi deyildir. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras evə və torpaq sahəsinə yiyələnmə müəyyən hərəkətlərin edilməsi ilə mümkündür. Belə ki, iddiaçının həmin evə şəksiz yiyələnməsi orada yaşaması, onun yenidən və ya cari təmirində hansısa formada iştirak etmə, kommunal ödənişləri etmə, torpaq sahəsinin əkilibbiçilməsində iştirak və digər hərəkətlərdə ifadə oluna bilərdi. İddiaçı həmin hərəkətləri etdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, iddiaçı mirası qəbul etmək üçün müddəti hər hansı üzrlü səbəb olmadan ötürübdür. Eyni zamanda birinci instansiya məhkəməsi İddiaçı izah etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanmasına dair 26 dekabr 2023-cü il tarixli qərarına əsasən yenidən Qəbələ Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı iddia ilə birinci instansiya məhkəməsinə müraciət etdiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilərdi. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmirdi. Məhkəmə kollegiyası bununla bağlı qeyd etməyi vacib hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. X21 göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Yəni hazırda Azərbaycan Respublikası Mülki Məcəlləsində vərəsənin mirası qəbul edə bilməsi üçün hər hansı bir məhdudlaşdırıcı müddət mövcud deyildir. Belə olduğu halda mövcud olmayan bir müddətin bərpa edilməsi də müzakirə predmetini təşkil edə bilməz. Məhkəmə kollegiyası onu qeyd edir ki, hazırki iş üzrə iddia tələbinə diar icraata xitam verilməli idi. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. Həmin Məcəllənin 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsində təsbit edilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Həmin Məcəllənin 262.3-cü maddəsinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Göstərilən müddəaların mənasından göründüyü kimi iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Məhkəmə kollegiyası hesab edir ki, miras əmlakın iddiaçıya aid buraxılmış müddətin bərpa edilməsi tələbi məhkəmə icraatı qaydasında baxıla bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı verdiyi apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 6 fevral 2024-cü il tarixli, 2(025)-104/2024 saylı qətnaməsi ləğv edilməli, İddiaçı miras əmlakın qəbul edilməsi üzrə müəyyən edilmiş müddətin bərpa edilməsinə diar mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbi baxımından xitam verilməli olduğundan, iddiaçı X12 notariat orqanına müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2.4-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 261-262, 263-264, 384-385, 387, 400, 402-403 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərara aldı: İddiaçı verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 6 fevral 2024-cü il tarixli, 2(025)-104/2024 saylı qətnaməsi ləğv edilsin. İddiaçı X6 əmlakı faktiki qəbul etməməklə miras əmlakın qəbul edilməsi üzrə müəyyən edilmiş müddətin bərpa edilməsi tələbi barədə mülki iş üzrə icraata xitam verilsin. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar