Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-6/2020 10.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və onun vəkili X5 iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(033)-343/2017 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə (bundan sonra-DƏDRX-in 18 saylı Ərazi İdarəsi) qarşı daşınmaz əmlakın dövlət reyestri orqanı tərəfindən verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh DƏDRX-in 18 saylı Ərazi İdarəsi tərəfindən X1 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(033)-343/2017 saylı qətnaməsi ilə (hakim A.İsmayılov) iddia ərizəsi təmin edilməmiş, İddiaçı ödədiyi10 (on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilmişdir. Həmin qətnamədən iş üzrə İddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. İddiaçı apelyasiya şikаyətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, onun tərəfindən X2 qarşı Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən evə giriş yolunun açılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(033)-599/2012 saylı qətnaməsi ilə iddiası təmin edilmiş, həminqətnamədən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli 2(107)-299/2013 saylı qətnaməsi ilə təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Artıq qanuni qüvvəsini almış Zaqatala Rayon Məhkəməsinin həmin qətnaməsində göstərilmişdir ki, Zaqatala rayonu Əliabad bələdiyyəsinin xx xxxx 2008-ci il və 25 iyul2012-ci il tarixli 1833 nömrəli arayışlarında 1996-cı və 2003-cü illərdə qəsəbəaltı islahat bölgü xəritələrində mübahisə doğuran ərazidən vətəndaşların həyətlərinə gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Həmin bələdiyyənin xx xxxx 2008-ci il tarixdə Zaqatala Rayon İcra Hakimiyyətinə ünvanladığı məktubdan görünür ki, X1 yaşayış evinin kənarından İddiaçı yaşayış evinə uzun müddət öncə yol mövcud olmuş və hal-hazırda da mövcuddur. İddiaçı yaşayış evinə digər yerdən yolun açılması mümkün deyildir. X1 tələb etdiyi həmin yolun bağlanması mümkün deyil və onun şikayəti əsassızdır. Bələdiyyənin İddiaçı ünvanladığı arayışdan görünür ki, Əliabad qəsəbəsinin kompleks xəritəsində İddiaçı həyətyanı sahəsinə giriş yolu 05 (beş) metr göstərilmiş, faktiki 03 (üç) metrdir. Zaqatala Rayon Dövlət Arxivinin xx xxxxxx 1964-cü il tarixli 1 saylı protokolunun çıxarışından görünür ki, kolxozçu İddiaçı məxsus həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu üçün torpaq sahəsi verilmişdir. Azərbaycan Respblikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsinin xx xxxxxx 2012-ci il tarixli 109 saylı məktubundan görünür ki, İddiaçı məxsus Zaqatala rayonu Əliabad kəndində yerləşən evə və həyətyanı torpaq sahəsinə giriş yolu eni 03 (üç) metr olmaqla, uzunluğu naturada 67 (altmış yeddi) metr olan (200 kv.m.), Əliabad bələdiyyəsinin xx xxxx 2012-ci il tarixli 1833 saylı arayışında 1996-cı və 2003-cü illərdə aparılan islahat xəritələrində yolun mövcudluğu və İddiaçı mülkiyyətinə verilmiş AN 286907 saylı «Torpaq sahəsinin planı və ölçüsü» sənədində bələdiyyənin ümumi istifadəsində olan yol X3 tərəfindən zəbt olunmuşdur.Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə KomitəsininZaqatala Rayon Şöbəsinin xx xxxxxx 2012-ci il tarixli 109 saylı məktubunda İddiaçı məxsus Zaqatala rayonu Əliabad kəndində yerləşən evə həyətyanı torpaq sahəsinə giriş yolunun eni 3 metr olmaqla, uzunluğu naturada 67 metr,ümumi sahəsi (200 kv.m.) olması, Əliabad bələdiyyəsinin xx xxxx 2012-ci il tarixli 1833 saylı arayışında 1996-cı və 2003-cü illərdə aparılan islahat xəritələrində yolun mövcudluğu və İddiaçı mülkiyyətinə verilmiş AN 286907 saylı «Torpaq sahəsinin planı ölçüsü» sənədində göstərilmiş bələdiyyənin ümumi istifadəsində olan yolun X3 tərəfindən zəbt olunması müəyyən edilir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsinin xx xxxxxxx 2012-ci il tarixli 158 saylı məktubundan İddiaçı qonşusunun giriş qapısında istifadə edərək, öz həyətyanı torpaq sahəsinə keçdiyi məlum olur.Beləliklə, qeyd edilən qətnamənin nəticə hissəsində cavabdeh X3 tərəfindən zəbt edilmiş eni 3 metr olmaqla uzunluğu naturada 67 metr olan (200 kv.m.) və İddiaçı məxsus Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən həyətyanı sahəyə və orada yerləşən evə giriş yolunun açılması qət edilmişdir.Bundan sonra, onun tərəfindən X2 qarşı özbaşına tikilinin sökülməsi və digər tələblərlə yenidən məhkəməyə müraciət olunmuşdur.Məhkəmə araşdırması zamanı X3 tərəfindən Əliabad qəsəbəsində mülkiyyətdə olan həyətyanı torpaq sahəsindəki köhnə yaşayış evini sökərək, yeni fərdi yaşayış evinin tikintisinə icazə verilməsi haqqında Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 60 saylı sərəncamı məhkəməyə təqdim olunmuşur. Həmin sərəncam onun hüquqlarına toxunduğuna görə Şəki İnzibati-İqtisadi Məhkəməsində sərəncamın ləğv edilməsi tələbini irəli sürümüşdür.Məhkəmənin qanuni qüvvəyə minmiş 2-1(84)-58/2015 saylı xx.xx.2015-ci il tarixli qərarı İddiaçı iddia ərizəsi təmin edilərək, Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 60 nömrəli sərəncamı ləğv edilmişdir. Həmin qərarda göstərilmişdir ki, xx xxxxxx 2014-cü il tarixdə keçirilən yerində baxış zamanı, habelə yerində baxış zamanı götürülmüş ölçülərə əsasən baxışda iştirak edən DƏDRX-in 18 saylı Ərazi idarəsinin mütəxəssisi tərəfindən tərtib edilmiş müqayisəli sxemdən müəyyən olunur ki, Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 60 nömrəli sərəncamı əsasında tikilməsi icazə verilən fərdi yaşayış evinin ölçüləri iddiaçının evinə gedən və eni 3 metr ümumi istifadədə bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin üzərinə düşür. İddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə gediş-gəliş yolunun eni 3 metr, uzunluğu naturada 67 metr olmaqla, ümumi sahəsi 200 kv.m. təşkil edir və həmin torpaq sahəsi ümumi istifadədə oian bələdiyyə mülkiyyətinə aid torpaqlara aiddir. İddiaçının evinə gedən yolun qonşuluğunda üçüncü şəxs X1 istifadəsində olan 0,0133 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 35.7 kv.m. yaşayış, 15.45 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi üçüncü şəxsin müikiyyətində olmuşdur. Gülbəyaz Murtuzəliyevanın istifadəsində olan torpaq sahəsinin kənd yolu tərəfdən eni 580 (5.8 metr), yaşayış evi tərəfdən isə 480 (4.8 metr) olmaqla bucaq altında əyilir. Üçüncü şəxs mülkiyyətində olan evinin sökülməsi və yerində yenisinin inşasına icazə verilməsi ilə bağlı Zaqatala Rayon İcra Hakimiyyətinə müraciət etmiş, tikiləcək binanın eskiz-layihəsi hazırlanaraq memarlıq-tikinti şöbəsinin müdiri tərəfindən təsdiq edilmiş və Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 60 nömrəli sərəncamı ilə Gülbəyaz Murtuzəliyevaya rayonun Əliabad qəsəbəsində istifadəsində olan həyətyanı torpaq sahəsindəki köhnə yaşayış evini sökərək əlaqədar təşkilatların rəyləri nəzərə alınaraq, Memarlıq-Tikinti Şöbəsi ilə razılaşdırılmış eskiz-layihə əsasında ümumi sahəsi 149,86 kv.m., yaşayış sahəsi 43,0 kv.m. olan kürsülü 2 otaqlı yeni fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir. X2 tikintisinə icazə verilmiş fərdi yaşayış evinin divarlarının ölçüləri 400x400, tikiləcək binanın bünövrəsinin eni 5.8 metr olmaqla, düzbucaq formasında hər iki tərəfdən eni 5800 (5.8 metr), tikiləcək binanın daxili eni 5000 (5.00 metr) təşkil edir və Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 60 nömrəli sərəncamı əsasında tikiləcək ümumi sahəsi 149,86 kv.m. olan evin ölçüləri iddiaçının evinə gedən eni 3 metr ümumi istifadədə bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin üzərinə düşür. İddiaçının evinə gedən eni 3 metr, naturada uzunluğu 67 metr olan yolun ümumi istifadədə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə aid olması Zaqatala Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktında öz əksini tapmışdır. Cavabdeh tərəfindən üçüncü şəxsə tikintiyə icazə verilərkən üçüncü şəxsin istifadəsində olan torpaq sahəsinin ölçüləri nəzərə alınmamış və nəticədə düzbucaq formasında hər iki tərəfdən eni 5800 (5.8 metr) təşkil edən ümumi sahəsi 149,86 kv.m olan yeni yaşayış binasının tikintisinə icazə verilmişdir ki, bu da tikiləcək yaşayış binasının ümumi istifadədə olan və iddiaçının evinə gedən yolun üzərinə düşməsinə səbəb olmuşdur. Halbuki, üçüncü şəxsin istifadəsində olan torpaq sahəsinin ölçüləri kənd yolu tərəfdən eni 580 (5.8 metr), yaşayış evi tərəfdən isə 480 (4.8 metr) təşkil edir. Bundan sonra iş Şəki Apelyasiya Məhkəməsində araşdırılan zaman X3 DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən ona verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli çıxarışı məhkəməyə təqdim edərək bu dəfə mübahisələndirilən tikilinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətində olmasını bildirmişdir. Halbuki, yuxarıda istinad olunanlardan və qanuni qüvvəsini almış məhkəmə aktlarından görünür ki, X3 ona məxsus olan həyətyanı sahəyə gedən yolu zəbt etmiş və həmin ərazidə özbaşına tikinti aparmışdır. Belə olan halda cavabdeh təşkilatın X2 ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışı verməsi tamamilə qanunsuzdur və həmin çıxarışın verilməsi üçün heç bir hüquqi əsas olmamışdır. Sözügedən çıxarış onun mülkiyyətində olan torpaq sahəsini, bələdiyyəyə məxsus olan və onun evinə gedən yolun ərazisini əhatə edir ki, bu hal cavabdeh orqanın kobud qanun pozuntusuna yol verməklə X2 mübahisələndirilən çıxarışı verməsini təsdiq edir. Ona görə də Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(033)-343/2017 saylı qətnаməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili X8 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxs X3 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehin nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, prosesdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(033)-343/2017 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, cavabdeh DƏDRX-in 18 saylı Ərazi İdarəsi tərəfindən RX seriyalı ******* nömrəli, qeydiyyat tarixi xx.xx.2015-ci il olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1 adına Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,0222haolan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı həyətyanı torpaq sahəsinə dair çıxarış Zaqatala rayonunda həyata keçirilən aqrar islahatı nəticəsində hazırda qüvvədə olan Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 113 nömərli qərarı ilə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə şikayətin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə dəlilləri ilə razılaşmır. Apelyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, xx xxxxxx 2019-cu il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş xx xxxxxx 2019cu il tarixli **********68 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı məxsus Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolun ölçüləri “xxxx” MMC-nin elektron baza məlumatlarına əsasən, Kompleks Yerquruluşu layihələrində mübahisələndirilən yolun giriş hissəsində 2,08 metr, yolun qurtaracaq hissəsində isə 3,56 metr müəyyən edilmişdir. Qeyd olunur ki, İddiaçı məxsus yaşayış evinə gediş-gəliş faktiki olaraq yalnız həmin keçid yolu vasitəsidir. Həmçinin mütəxəssis rəyinə əsasən, İddiaçı məxsus Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolun üzərində X4 tərəfindən tikili (ev) inşa edilmədiyi müəyyən edilmişdir. Bundan başqa surəti işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli 2-1(102)-2162/2016 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan müəyyən edilir ki, İddiaçı cavabdeh DƏDRX-in 18 saylı Ərazi İdarəsinə qarşı üçüncü şəxs X1 adına verilmiş ********** qeydiyyat nömrəli, xx xxx 2015-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2-1(84)-488/2015 nömrəli qərardadı ilə mümkün sayılmamışdır. Kassasiya instansiyası hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının mübahisələndirdiyi çıxarışda göstərilən torpaq sahəsinin hüdudları iddiaçının subyektiv hüququnun hüdudlarının xaricindədir. Beləliklə kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(033)-343/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(033)-343/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş xx xxxx 2018-ci il tarixli, xx xxx 2019-cu il tarixli və xx xxxxxx 2019-cu il tarixli ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 200 (50+50+100) manat pul İddiaçı tutularaq Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-6/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-6/2020
10.02.2020 · Sair mülki iş - Digər - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver