Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-600/2025 30.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik-hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab olunması və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab olunaması və çıxarışn ləğv edilməsi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X6 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil3, Cavabdehin nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik-hüquqi şəxsinin 17 saylı Yevlax ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab olunması və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 2(051)-205/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik-hüquqi şəxsinin 17 saylı Yevlax ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab olunması və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhər xüsusi notariusu tərəfindən X2 SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının 7732 №-li Mingəçevir bölməsində 58638, 05710083 və 7732/013 №-li Mingəçevir bölməsində 2271 №-li şəxsi əmanət hesabındakı qalıq pula X8 verilmiş xx.xx.2012-ci il tarixli 2V-03/2191 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən Mingəçevir şəhəri DTİ və MHQİ tərəfindən X7 verilmiş xx.xx.1994-cü il tarixli 2/576 qeydə alma nömrəsi ilə qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilə Cavabdeh2 verilmiş xx.xx.2023-cü il tarixli 2V-640 saylı, Cavabdeh4 verilmiş xx.xx.2023-cü il tarixli 2V-641 saylı, Cavabdeh3 verilmiş xx.xx.2023-cü il tarixli 2V-642 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, Cavabdeh2 adına Mingəçevir şəhəri, A.Puşkin küçəsi, 7 saylı evin 13 saylı mənzilinə verilmiş xx.xx.2023-cü il tarixli ********** reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, X9 onun anasıdır. O, xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra ondan Əmanət bankının Mingəçevir bölməsində pul və Mingəçevir şəhəri Puşkin küçəsindəki 7 saylı binanın ümumi sahəsi 45,7 kvm, yaşayış sahəsi 32,8 kvm, yardımçı sahəsi 12,9 kvm olan 2 otaqlı 13 saylı mənzil miras qalmışdır. Mirası qəbul etmək üçün o, vaxtında Mingəçevir Notariat kontoruna müraciət etmiş, lakin notariat kontorunda onun ərizəsini qəbul etməyərək bildirmişlər ki, doğum haqqında şəhadətnamədə anasının adı “Lütviyyə” deyil, “Lətifə” kimi qeyd edilmişdir. Bundan sonra o doğum haqqında şəhadətnamədə anasının adının düzəldilməsi üçün müəyyən sənədləri toplamağa başlamışdır. Həmin dövrdə işləmək üçün ailəsi ilə birlikdə Rusiya Federasiyasına getdiyindən işi başa çatdıra bilməmişdir. 2023-cü ilin may ayında anasının adının doğum şəhadətnaməsində düzəldilməsi üçün sənədlər toplayıb Şəki İnzibati Məhkəməsində iddia qaldırmışdır. Uzun çəkən prosesdən sonra Şəki İnzibati Məhkəməsi doğum şəhadətnaməsində anasının adının Lütviyyə qeyd edilməsi barədə xx.xx.2024-cü il tarixli, 2-1(116)2372/2024 saylı qərar qəbul etmişdir. Qərar qanuni qüvvəsini aldıqdan sonra doğum haqqında şəhadətnamədə anasının adı düzgün olaraq Lütviyyə kimi qeyd edilmişdir. Bundan sonra anasından qalmış mirasa vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmişdir. Məlum olmuşdur ki, onun xəbəri olmadan mərhum qardaşı X10 (xx.xx.2014cü ildə Moskva şəhərində vəfat etmişdir) 18 dekabr 2012-ci il tarixdə Mingəçevir şəhər xüsusi notariusuna müraciət edərək anasının adına Əmanət Bankındakı 3 ədəd şəxsi əmanət hesabındakı qalıq pula vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmiş və ərizəsində guya başqa vərəsə olmadığını göstərmişdir. Hətta 10 saylı MİS-nin rəisi də xx.xx.2012-ci il tarixli 1108 saylı saxta arayış verərək vərəsənin Elsevər Əliyevdən ibarət olduğunu göstərmişdir. Mingəçevir şəhər Xüsusi Notariusu Nidayət Rzayev də X2 SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının 7732 №-İi Mingəçevir bölməsində 58638, 05710083 və 7732/013 №-İİ Mingəçevir bölməsində 2271 №li şəxsi əmanət hesabındakı qalıq pula X8 xx.xx.2012-ci il tarixli 2V-03/2191 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Həmin şəhadənamənin tamamilə qanunsuz olduğunu qeyd etmişdir. Belə ki, Elsevər Əliyevin doğum şəhadətnaməsində anasının adı “Lətifə”dir. Yəni Lütviyyənin miras əmlakı “Lətifənin”oğluna necə verilə bilər? Digər tərəfdən o, vərəsə olduğu halda, onun rəyi soruşulmamış, guya tək vərəsə Elsevər Əliyevmiş kimi miras əmlaka dair şəhadətnamə verilmişdir. Bundan başqa ona bu yaxınlarda məlum olmuşdur ki, doğum şəhadətnaməsində anasının adının düzəldilməsi üçün sənədlər hazırlayıb məhkəməyə müraciət etdiyi vaxt, X11 həyat yoldaşı Cavabdeh2 və onun qızları anasından miras qalmış mənzilə vərəsəlik şəhadətnaməsi almaq üçün xx.xx.2023-cü il tarixdə Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə ərizə ilə müraciət etmişlər. Ərizədə göstərmişlər ki, mənzil E.Əliyevə anasından qalmış və vərəsə yalnız onlardır. Notariat ofisində ətraflı araşdırma aparılmadan, Lütviyyə Əliyevanın vərəsələrinin dairəsi aydınlaşdırılmadan elə həmin gün, yəni xx.xx.2023-cü il tarixdə Cavabdeh2 və onun qızları Fidan və Cavabdeh4lərə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin vərəsəlik şəhadətnamələri əsasında da DƏDRX-nin 17 saylı ərazi idarəsi tərəfindən mənzil Cavabdeh2 adına xx.xx.2023-cü il tarixli (vərəsəlik şəhadətnaməsi veriləndən cəmi 2 gün sonra) ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bütün işlərin cəmi 2-3 gün ərzində tələsik həyata keçirilməsi müəyyən şübhələr doğurmuş və onun doğum şəhadətnaməsində ana adının düzəliş edildikdən sonra mirasla bağlı iddia qaldırmağının qarşısını almağa hesablanmışdır. Əks halda indiyə kimi bu məsələni niyə qaldırmamışlar? Qardaşı və həyat yoldaşı onun qanun üzrə vərəsə kimi mövcudluğunu gizlədib yeganə vərəsə kimi anasından qalmış qalıq pul vəsaitini və mənzili ələ keçirmişdir. Nəticədə onun qanun üzrə vərəsə kimi hüququ kobud şəkildə pozulmuşdur. Anasından qalmış mirası qəbul etməklə bağlı vaxtında müraciət etmiş, lakin ana adının doğum şəhadətnaməsində düzgün qeyd edilməməsinə görə müraciəti qəbul olunmamışdır. Cavabdeh2 isə heç kimə xəbər vermədən vərəsəlik şəhadətnaməsi almağa nail olmuşdur. Halbuki o, anası Lütviyyə Əliyevanın ölüm haqqında şəhadətnaməsini almaq üçün Mingəçevir şəhər Qeydiyyat Şöbəsinə müraciət etsə də ona verməmişlər və bildirmişlər ki, doğum şəhadətnaməsində anasının adı Lətifə yazılıb. Ancaq eyni vəziyyətdə olan qardaşı və onun həyat yoldaşı hansı yollarlasa ölüm şəhadətnaməsini əldə edə biliblər. Ona görə də anası X7 məxsus pul əmanətinə dair mərhum X8 verilmiş və miras mənzilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 verilmiş vərəsəlik şəhadətnamələrinin, bunun əsasında mənzilə verilmiş çıxarışın ləğv edilməsini barədə müraciət etmək məcburiyyətində qalmışdır.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir.
5. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında bildirmişdir ki, X9 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Həmin vaxt iddiaçı onlarla yaşamamışdır. Belə ki, İddiaçı 1996-cı il tarixdə ailə həyatı quraraq həmin evdən köçmüş və qeydiyyatdan da çıxmışdır. Həmin vaxt mənzildə Elsevər və onun ailəsi yaşamışdır. İş materiallarında olan MİS arayışda X9 vəfat edən zaman həmin mənzildə yaşamış Elsevər yeganə vərəsə kimi göstərilmiş və mirası qəbul etmişdir. İddiaçının ad səhvliyi ilə bağlı məsələsinə qarşı isə vərəsəlik haqqında şəhadətnamədə Əliyeva Lütviyyənin adının düzgün yazıldığını qeyd etmişdir. Anasının 2000-ci ildə vəfat etdiyini nəzərə alaraq iddiaçının 24 il sonra bu məsələ ilə bağlı müraciət etməsini, eləcə də qardaşı həmin vaxt anadan qalmış pulu götürərkən məlumatı olduğunu, lakin heç bir hərəkət etmədiyini bildirmişdir. Əliyev Elsevər mirasın bir hissəsini qəbul etdikdən sonra qəfil 2012-ci il tarixdə vəfat etmişdir. Bundan sonra cavabdehlər Cavabdeh2 və övladları Fidan və Lütviyyə Elsevərin vərəsələri kimi müraciət etmiş, miras vərəsə kimi tanınmış və onlara miras payın qalan hissəsi paylara uyğun verilmişdir. Daha sonra uşaqları Fidan və Lütviyyə miras paydan anaları Vəfanın xeyrinə imtina etmişlər və mirasa tam payla Cavabdeh2 şəhadətnamə verilmişdir. Odur ki, məhkəmədən iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir.
6. Cavabdeh Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisi məhkəməyə müraciət edərək, üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.
7. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik-hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün saymışdır.
8. Mingəçevir Şəhər Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 2(051)-205/2025 nömrəli qətnaməsi ilə (hakim G.Quliyeva) İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik-hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının anası xx.xx.2000-ci il tarixdə ölmüşdür. Cavabdehlərdən biri iddiaçının qardaşı arvadı, digərləri qardaşının uşaqlarıdır. İddiaçının qardaşı anasından qalan miras əmlakı qəbul etmişdir. İddiaçının qardaşı xx.xx.2014-cü ildə ölmüşdür. Qardaşından qalan miras əmlakı uşaqları və arvadı qəbul etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
10. Məhkəmə qeyd etmişdir ki, Miras qoyan X9 06 yanvar 2000-ci il tarixdə öldüyündən miras həmin gün açılmışdır. Buna görə də mübahisəli hüquq münasibətinə 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş 1964-cü il redaksiyada Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq olunmalıdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiyalarından göründüyü kimi iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən tətbiq olunur. Hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçı müddətin ötürülməsinin üzrlü səbəbləri kimi vərəsəlik hüququnun rəsmiləşdirilməsi zamanı gedən proseslərdən xəbərinin olmamasını göstərmişdir. Halbuki, anasının vəfat etməsindən və ondan sonra miras əmlakın qalmasından xəbəri olmuşdur. İddiaçının qardaşı anasından miras qalmış əmlakı qanunda nəzərdə tutulmuş müddət ərzində qəbul etdiyindən 24 ildən artıq müddət keçməsinə baxmayaraq, məhkəmə iddiaçının bundan yeni məlumatlı olmasını inandırıcı hesab etmir. İddiaçı həqiqətən də miras açıldığı vaxtdan vərəsəlik hüququnun qeydə alınması üçün gedən proseslərdən 24 il keçməsinə baxmayaraq, xəbərsiz olduğunu sübuta yetirə bilməmişdir. Eyni zamanda iddiaçı anasından qalmış miras əmlakı faktiki surətdə idarə etməyə başlamamış, mirasa yiyələnməmişdir. İddiaçı anası vəfat etdikdən sonra miras əmlak barədə hüquqi hərəktləri həyata keçirmək imkanına malik olmuşdur ki, o, bu hərəkətləri həyata keçirməmiş və istinad edilən qanunvericiliyin tələblərinə uyğun olaraq iddia müddətini ötürmüşdür. Hazırki halda onun istinadları iddia müddətinin ötürülməməsi anlamını ifadə edə bilməz. Buna görə də iddiaçının notariat ofisi tərəfindən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi tələbinə dair iddiasıtəmin edilməməlidir.
11. Birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni xx.xx.2000-ci ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 73, 78, 82, 527, 528, 552-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri:
a)Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X9 onun anasıdır. O, xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra ondan Əmanət bankının Mingəçevir bölməsində pul və Mingəçevir şəhəri Puşkin küçəsindəki 7 saylı binanın ümumi sahəsi 45,7 kvm, yaşayış sahəsi 32,8 kvm, yardımçı sahəsi 12,9 kvm olan 2 otaqlı 13 saylı mənzil miras qalmışdır. Mirası qəbul etmək üçün iddiaçı vaxtında Mingəçevir Notariat kontoruna müraciət etsə də, notariat kontorunda onun ərizəsi qəbil edilməmiş və ona bildirilmişdilər ki, doğum haqqında şəhadətnamədə anasının adı “Lütviyyə” deyil, “Lətifə” kimi qeyd edilmişdir. Bundan sonra iddiaçı doğum haqqında şəhadətnaməsində anasının adının düzəldilməsi üçün müəyyən sənədləri toplamağa başlamışdır. Həmin dövrdə işləmək üçün ailəsilə birlikdə Rusiya Federasiyasına getdiyindən işi başa çatdıra bilməmişdir. 2023-cü ilin may ayında anasının adının doğum haqqında şəhadətnaməsində düzəldilməsi üçün sənədlər toplayıb Şəki İnzibati Məhkəməsində iddia qaldırmişdır. Uzun çəkən prosesdən sonra Şəki İnzibati Məhkəməsi doğum şəhadətnaməsində anasının adının Lütviyyə qeyd edilməsi barədə xx.xx.2024-cü il tarixli, 2- 1(116)2372/2024 saylı qərar qəbul etmişdir. Qərar qanuni qüvvəsini aldıqdan sonra doğum haqqında şəhadətnaməsində anasının adı düzgün olaraq Lütviyyə kimi qeyd edilmişdir. Bundan sonra anasından qalmış mirasa vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəsə də, məlum olmuşdur ki, onun xəbəri olmadan mərhum qardaşı X10 (xx.xx.2014-cü ildə Moskva şəhərində vəfat etmişdir) 18 dekabr 2012-ci il tarixdə Mingəçevir şəhər xüsusi notariusuna müraciət edərək anasının adına Əmanət Bankındakı 3 ədəd şəxsi əmanət hesabındakı qalıq pula vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmiş və ərizəsində guya başqa vərəsə olmadığını göstərmişdir. Hətta 10 saylı MİS-nin rəisi də xx.xx.2012-ci il tarixli 1108 saylı saxta arayış verərək vərəsənin Elsevər Əliyevdən ibarət olduğunu göstərmişdir. Mingəçevir şəhər Xüsusi Notariusu Nidayət Rzayev də, X2 SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının 7732 №-li Mingəçevir bölməsində 58638, 05710083 və 7732/013 №-li Mingəçevir bölməsində 2271 №- li şəxsi əmanət hesabındakı qalıq pula X8 xx.xx.2012-ci il tarixli 2V-03/2191 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Həmin şəhadənamə tamamilə qanunsuzdur. Belə ki, Elsevər Əliyevin doğum şəhadətnaməsində də anasının adı “Lətifə”dir. O, hesab edir ki, vərəsə olduğu halda, onun(iddiaçını) rəyi soruşulmamış, guya tək vərəsə Elsevər Əliyevmiş kimi miras əmlaka dair şəhadətnamə verilmişdir. Bundan başqa iddiaçıya bu yaxınlarda məlum olmuşdur ki, onun doğum haqqında şəhadətnaməsində anasının adının düzəldilməsi üçün sənədlər hazırlayıb məhkəməyə müraciət etdiyi vaxtda, X11 həyat yoldaşı Cavabdeh2 və onun qızları anasından miras qalmış mənzilə vərəsəlik şəhadətnaməsi almaq üçün xx.xx.2023-cü il tarixdə Mingəçevir Regional “ASAN XİDMƏT” Mərkəzində notariat ofisinə ərizə ilə müraciət etmişdir. Ərizədə göstərmişlər ki, mənzil E.Əliyevə anasından qalmış və vərəsə yalnız onlardır. Notariat ofisində ətraflı araşdırma aparılmadan, Lütviyyə Əliyevanın vərəsələrinin dairəsi aydınlaşdırılmadan elə həmin gün, yəni xx.xx.2023-cü il tarixdə Cavabdeh2 və onun qızları Fidan və Cavabdeh4lərə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.Həmin vərəsəlik şəhadətnamələri əsasında da DƏDRX-nin17 saylı ərazi idarəsi tərəfindən mənzil Cavabdeh2 adına xx.xx.2023-cü il tarixli (vərəsəlik şəhadətnaməsi veriləndən cəmi 2 gün sonra) ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Əlbəttə, bütün işlərin cəmi 2-3 gün ərzində tələsik həyata keçirilməsi onda müəyyən şübhələr doğurmuş və hesab edir ki, doğum haqqında şəhadətnaməsində ana adının düzəliş edildikdən sonra mirasla bağlı iddia qaldırmağının qarşısını almağa hesablanmışdır. Əks halda indiyə kimi bu məsələni niyə qaldırmamışdırlar? Qeyd edir ki, qardaşı və onun həyat yoldaşı onun qanun üzrə vərəsə kimi mövcudluğumu gizlədib yeganə vərəsə kimi anasından qalmış qalıq pul vəsaitini və mənzili ələ keçirmək istəyirlər. Nəticədə onun qanun üzrə vərəsə kimi hüququ kobud şəkildə pozulmuşdur.Anasından qalmış mirası qəbul etməklə bağlı vaxtında müraciət etmişdir, lakin ana adının doğum haqqında şəhadətnaməsində düzgün qeyd edilməməsinə görə müraciəti qəbul olunmamışdır. Cavabdeh2 isə heç kimə xəbər vermədən, bəlkə də notariat orqanını da aldadaraq vərəsəlik şəhadətnaməsi almağa nail ola bilmişdir. Halbuki o, anası Lütviyyə Əliyevanın ölüm haqqında şəhadətnaməsini almaq üçün Mingəçevir Şəhər Qeydiyyat Şöbəsinə müraciət etsə də, iddiaçıya şəhadətnaməni verməmişlər və bildirmişlər ki, doğum haqqında şəhadətnaməsində anasının adı Lətifə yazılıb. Ancaq eyni vəziyyətdə olan qardaşı və onun həyat yoldaşı isə, hansı yollarlasa, ölüm haqqında şəhadətnaməni əldə ediblər.Birinci instansiya məhkəməsinin qətnaməsində göstərilir ki, iddiaçının vərəsəlik hüququnun rəsmiləşdirilməsi zamanı gedən proseslərdən xəbərinin olmaması, yaxın vaxtlarda məlumatının olması barədə bildirdikləri inandırıcı hesab edilməmişdir. Məhkəmənin bu qənaətini tamamilə əsassızdır. Belə ki, qeyd etdiyim kimi o, anasından qalmış mirasın qəbulu üçün vaxtında notariat orqanına müraciət etmiş və anasının adının doğuma haqqında şəhadətnaməsində düzgün yazılmadığına görə sənədlərimi qəbul etməmişdirlər. Qətnamədə iddia müddətini ötürdüyüm göstərilsə də, məhkəmənin bu qənaəti də düzgün deyildir. Qanunvericiliyə əsasən (həm köhnə Mülki Məcəllənin 78ci, həm də yeni Mülki Məcəllənin 377.1-ci maddəsi) iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Məhkəmədə də, həm pula, həm də mənzilə vərəsəlik şəhadətnamələrinin və çıxarışın mövcudluğu barədə əvvəllər məlumatım olmayıb və yalnız 2023-cü ilin sonlarında məlumatım olmuşdur. Həmin dövrdə iddiaçı doğum haqqında şəhadətnaməsində də anasının adının düzgün qeyd edilməsi ilə bağlı məhkəməyə müraciət etmək üçün anasına və mənzilə dair sənədləri əldə etməyə çalışmışdır. Sənədlər Cavabdeh2 olmuş, lakin o, sənədləri ona verməmişdir. Qeyd edir ki, 2019-cu il tarixdə Vəfa ona müraciət edərək anasına, atasına, özünə aid bütün yığdığı sənədləri istəmiş və dedi ki, sənədləri hazırladıqdan, ikimiz birlikdə vərəsə kimi payları bölüşdürək. Cavabdeh bilirdi ki, o, payları bölüşdürmək istəyir. Həmin müddətdə Rusiya Federasiyasına getdiyinə görə, iddiaçı özü bu işi başa çatdıra bilmirdi. Hesab edirdi ki, onsuz heç bir iş görə bilməzlər. Ona görə sənədləri cavabdehə vermişdir. İşə başlayarkən Vəfadan sənədləri istəsə də, cavabdeh verməmişdir. Buna görə də, hətta şəhər Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Buna baxmayaraq Cavabdeh2 sənədləri verməmişdir. Bildirir ki, hüququnun pozulduğunu bildikdən sonra müddəti ötürmədən məhkəməyə müraciət etmişdir. Məhkəmənin qətnaməsinin qanunsuzluğu və əsassızlığını təsdiq edən digər fakt ondan ibarətdir ki, məhkəmə X11 həqiqətən Lütviyyə Əliyevanın oğlu olub-olmamasını ətraflı araşdırmamışdır. Rəsmi sənədlərə əsasən Elsevər Əliyevin anasının adı “Lətifə”dir. Belə bir vəziyyətdə o, mənim anamın vərəsəsi ola bilməz və notariat orqanlarının işlərinə laqeyd münasibəti nəticəsində mərhum anasının vərəsəsi hesab edilmişdir. Əslində Elsevər onun anasının oğlu deyildir. Hesab edir ki, məhkəmə qətnamə çıxararkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallara obyektiv hüquqi qiymət verməmiş, nəticədə qanunsuz və əsassız qətnamə çıxarılmaqla iddiaçının həm maddi, həm də prosessual hüquqları pozulmuşdur. Məhkəmə notariat orqanının verdiyi vərəsəlik şəhadətnamələrinin qanuniliyinə qiymət verməmiş, bu xüsusda araşdırma aparmamışdır. X11 mərhum Lütviyyə Əliyevanın oğlu, yəni vərəsəsi olması barədə heç bir rəsmi sənəd olmadığı halda, ona verilən şəhadətnamənin etibarsızlığını ətraflı araşdırmamışdır. Məhkəmə bu tələbə diqqət yetirməmiş, onun hüququnu pozmuşdur. Mülki işdə olan bütün sənədlərlə təsdiq olunur ki, mərhum Lütviyyə Əliyevanın rəsmi sənədlərlə yeganə vərəsəsi odur. Lakin məhkəmə bunlara qanuni qiymət verməmiş və hüquqlarını pozmuşdur. Məhkəmə iddia ərizəsində qeyd etdiyi başqa hallara qiymət verməyərək yalnız o nəticəyə gəlmişdir ki, guya onun tərəfindən müddət ötürülmüşdür. Lakin o, hüquqlarının pozulduğunu bildikdən sonra vaxtında məhkəməyə müraciət etmiş və heç bir müddət ötürülməmişdir.
14. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 2(051)- 205/2025 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apelyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili Vəkil3 çıxışında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 2(051)-205/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı iddiasının tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndə və vəkili Vəkil2 izahatında apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək qeyd etmişdir ki, iddiaçı ad səhvliyi ilə bağlı sənədləşmədə yubandığını qeyd etsə də, vərəsəlik haqqında şəhadətnamədə Əliyeva Lütviyyənin adı düzgün yazılmış və iddiaçı anasının vəfatından 24 il sonra bu məsələ ilə bağlı müraciətlər etmişdir. Hesab edir ki, bu kifayət qədər uzun müddətdir. Odur ki, apellyasiya şiakyətinin təmin olunmamasını və Mingəçevir Şəhər Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 2(051)-205/2025 qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik-hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin mümkünsüzlüyü barədə məlumat verməmişlər. Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisinin nümayəndəsinin məhkəmə kollegiyasına göndərdiyi müraciətində məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdirlər.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Konstitusiyası Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.
21. Azərbaycan SSR-in Mülki Məcəlləsinin (11 sentyabr 1964-cü ildə qəbul edilmiş); 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. 563-cü maddəsinə əsasən miras əmlakının bölünməsi qanun üzrə və vəsiyyət üzrə vərəsələrin hər birinə düşən hissəyə müvafiq olaraq, mirası qəbul edən vərəsələrin razılığı ilə verilir. Razılıq olmadıqda bölgü, məhkəmə qaydasında aparılır.
22. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun; 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.
23. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun; 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; və s.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
25. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. İddiaçı Mingəçevir Şəhər Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 2(051)-205/2025 nömrəli qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
30. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, X9 iddiaçının anasıdır. O, xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra ondan Əmanət bankının Mingəçevir bölməsində pul və Mingəçevir şəhəri Puşkin küçəsindəki 7 saylı binanın ümumi sahəsi 45,7 kvm, yaşayış sahəsi 32,8 kvm, yardımçı sahəsi 12,9 kvm olan 2 otaqlı 13 saylı mənzil miras qalmışdır. İddiaçının mərhum qardaşı X10 18 dekabr 2012ci il tarixdə Mingəçevir şəhər xüsusi notariusuna müraciət edərək anasının adına Əmanət Bankındakı 3 ədəd şəxsi əmanət hesabındakı qalıq pula vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmiş və Mingəçevir şəhər Xüsusi X1 keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının 7732 №-li Mingəçevir bölməsində 58638, 05710083 və 7732/013 №-li Mingəçevir bölməsində 2271 №- li şəxsi əmanət hesabındakı qalıq pula dair X8 xx.xx.2012-ci il tarixli 2V-03/2191 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X10 xx.xx.2014-cü ildə Moskva şəhərində vəfat etmişdir. X11 vərəsələri, həyat yoldaşı Cavabdeh2, qızları Cavabdeh3 və Əlizadə X4 Əliyevin vərəsələri kimi ondan miras qalmış əmlaka vərəsəlik şahdətnaməsinin verilməsi ilə bağlı Mingəçevir Regional “ASAN XİDMƏT” mərkəzində fəaliyyət göstərən notariat ofisinə müraciət etmişlər. Mingəçevir Regional “ASAN XİDMƏT” mərkəzində fəaliyyət göstərən notariat ofisində xx.xx.2023-cü il tarixdə X11 vərəsələri Cavabdeh2, qızları Cavabdeh3 və Cavabdeh4 adına xx.xx.2000-ci il tarixdə vəfat etmiş X3 miras qalmış Mingəçevir şəhəri, Puşkin küçəsindəki 7 saylı binanın 13 saylı mənzilinə dair 2V-640, 2V-641 və 2V-642 reyetr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş, qeyd olunan tarixdə 3M-834 reyestr saylı miras payının bağışlanması müqaviləsi ilə Cavabdeh4 və Cavabdeh3 onlara düşən miras paylarını anaları Cavabdeh2 bağışlamışlar.Həmin vərəsəlik şəhadətnamələri əsasında da DƏDRX-nin 17 saylı ərazi idarəsi tərəfindən mənzil Cavabdeh2 adına xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı həmin əmlakın mərhum anası X3 miras qaldığını və hazırda anasının yeganə vərəsəsi olduğunu iddia edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin ləğv edilməli olmasına dair dəlilləri ilə razılaşmır və kollegiya hesab edir ki, iddianı təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil.
32. İşdən müəyyən olunur ki, İddiaçı bu iddianı qaldırmaqda əsasən niyyəti (son hüquqi hədəfi) mirasdan pay almağa yönəlmişdir.
33. Miras qoyan X9 06 yanvar 2000-ci il tarixdə öldüyündən miras həmin gün açılmışdır. Buna görə də baxılan iddia tələbi üzrə mübahisəli hüquq münasibətinə 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş 1964-cü il redaksiyada Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq olunmalıdır. Çünki, MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.
34. Qeyd olunmalıdır ki, istənilən iddia ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
35. Mirası açılan zaman qüvvədə olmuş Mülki Məcəllənin 552-ci maddəsində deyilirdi ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
36. Yuxarıda da qeyd olunduğu kimi mirası qəbul etmə miras açılarkən qüvvədə olan qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsin- vərəsənin iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığını tələb etmir.
37. Məhkəmə kollegiyasının iclasında işin müəyyən olunmuş hallarından görünür ki, miras qoyan X5 06 yanvar 2000-ci ildə vəfatından sonra birinci növbə vərəsə X10 mirası faktiki qəbul edərək idarə etmiş və 18 dekabr 2012-ci il tarixdə Mingəçevir şəhər xüsusi notariat kontoruna müraciət edərək anasının keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının 7732 №-li Mingəçevir bölməsində 58638, 05710083 və 7732/013 №-li Mingəçevir bölməsində 2271 №- li şəxsi əmanət hesabındakı qalıq pula dair xx.xx.2012-ci il tarixli 2V-03/2191 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının anasından qalmış mirası qəbul etmək üçün vaxtında Mingəçevir Notariat kontoruna müraciət etsə də, notariat kontorunda onun ərizəsinin anasının doğum haqqında şəhadətnaməsində adının “Lütviyyə” deyil, “Lətifə” kimi qeyd edilməsi əsası ilə qəbul edilməməsi, bundan sonra anasının doğum haqqında şəhadətnaməsində adının düzəldilməsi üçün müəyyən sənədləri toplamağa başlaması, həmin dövrdə işləmək üçün ailəsilə birlikdə Rusiya Federasiyasına getdiyindən işi başa çatdıra bilməməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarında Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(116)2372/2024 saylı qərarından görünür ki, iddiaçı 2024-cü ildə cavabdeh Mingəçevir Rayon Qeydiyyat şöbəsinə qarşı “Mingəçevir şəhər Qeydiyyat şöbəsinin doğum haqqında akt qeydləri kitabında xx.xx.1974-cü ildə 875 nömrə ilə qeyd edilmiş doğum haqqında akt qeydində “anası” qrafasında anasının adının “Lətifə”dən “Lütviyyə”yə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə baxılmış və iddia tələbi təmin olunmuşdur. İddiaçı anasının vəfatından sonra vaxtında (yəni miras açıldıqdan sonrakı 6 ay ərzində) Mingəçevir Notariat kontoruna müraciət etməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir.
40. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bu cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həm pula, həm də mənzilə vərəsəlik şəhadətnamələrinin və çıxarışın mövcudluğu barədə əvvəllər məlumatım olmaması və yalnız 2023-cü ilin sonlarında məlumatının olmasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, İddiaçı özünün etiraf etməsindən məlum olur ki, anasının 06 yanvar 2000-ci il tarixdə ölümündən məlumatlı olmuşdur. Kollegiya qeyd edir ki, əgər İddiaçı anasının ölümündən sonra mirası qəbul etmək niyyəti olmuş olsaydı, bu halda sonuncu ən geci 6 ay müddətində notariat ofisinə mirasın qəbulu barədə ərizə verərdi. Rusiyaya işləmək üçün getmək əvəzinə, mirasın qəbulu ilə bağlı məslələri həll etmiş olardı. Lakin, işdən göründüyü kimi iddiaçı mirasın qəbulu barədə ərizə verməmişdir. Eləcədə miras qalmış əmlaka faktiki olaraq sahibliyi həyata keçirməmişdir.
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin X11 həqiqətən Lütviyyə Əliyevanın oğlu olub-olmamasını ətraflı araşdırmaması, məhkəmə qətnamə çıxararkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməsi, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallara obyektiv hüquqi qiymət verməməsi, nəticədə qanunsuz və əsassız qətnamə çıxarılmaqla iddiaçının həm maddi, həm də prosessual hüquqları pozulması, məhkəmənin notariat orqanının verdiyi vərəsəlik şəhadətnamələrinin qanuniliyinə qiymət verməməsi, bu xüsusda araşdırma aparmaması, X11 mərhum Lütviyyə Əliyevanın oğlu, yəni vərəsəsi olması barədə heç bir rəsmi sənəd olmadığı halda, ona verilən şəhadətnamənin etibarsızlığını ətraflı araşdırmamasına dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır.
43. Şərh edilənlərin yekun təhlili olaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı mirası istər qanun üzrə, istərsədə faktiki olaraq qəbul etmədiyindən cavabdehlərə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin İddiaçı tərəfindən subyektiv baxımından mübahisələndirilməsi istisna olunur.
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ümumilikdə qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.
45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin İddiaçı apellyasiya şikayətinə münasibətdə ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)-205/2025 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 2(051)-205/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.