Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-605/2024 04.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı“borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Akt əsasında hesablanmış borcun silinməsi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, e-2(025)-92/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları:
1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən mərhum X4nun adına olan **********8 saylı abonent koduna xx.xx.2023-cü il tarixli 057033 saylı akt əsasında vurulmuş 4443.12 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC tərəfindən mərhum X4nun adına olan **********8 saylı abonent koduna xx.xx.2023-cü il tarixli 057033 saylı akt əsasında vurulmuş 487.10 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Qəbələ rayonu Həmzəlli kəndində (28 may küçəsi kəsişmədə) yerləşən ona məxsus qeyri yaşayış sahəsində mərhum atası X2 fəaliyyəti ilə məşğul olurdu. Qeyri yaşayış sahəsinə elektrik enerjisi ilə təmin edilməsi üçün təlimata uyğun şəkildə "xxxx" ASC-yə müraciət edərək lazımı sənədləri hazırlanmış və elektrik enerjisinin verilişi təmin edilmişdir. X4 xx.xx.2014-cü ildə vəfat etmişdir. Hazırda sözügedən qeyri yaşayış sahəsini o və Qəbələ şəhəri sakini X5 ilə birlikdə işlədirdilər. Qeyd edir ki, o İddiaçı adına VÖEN olmadığına görə hazırkı iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətindədir. Məhkəmənin diqqətinə çatdırır ki, son dövrlərdə qeyri yaşayış sahəsində elektrik enerjisinə bağlı avadanlıqların normal işləməsi üçün "xxxx" ASC-nin X11 tərəfindən qidalanma mənbəyi olan trasformatora normaya uyğun elektrik cərəyanı təmin edilmədiyindən sözügedən avadanlıqların işləməsində fasilələr olur ki, bu da onun sahibkarlıq fəaliyyətinə maneələr yaradır. Göstərilənlərlə əlaqədar olaraq bir neçə dəfə X9, onun bağlı olduğu Regional müəssisəyə müraciətlər etsə də heç bir müsbət nəticə əldə etməmişdir. Əksinə cavabdeh təşkilat müxtəlif bəhanələrlə, o cümlədən qeyri yaşayış sahəsinin qidalanma mənbəyinə qoşulma ilə bağlı texniki şərtin alınması bəhanəsi ilə bi neçə dəfə elektrik enerjisini dayandırmışdır, baxmayaraq ki, istifadə etdiyi elektrik enerjisi 18874182M82166 saylı elektrik sayğac vasitəsilə qeydə alınmaqdadır. Sonuncu dəfə isə 24 iyul 2023-cü il tarixdə qeyri yaşayış sahəsinin elektrik enerjsinin normadan aşağı olması ilə bağlı təkrar olaraq cavabdeh müəssisədə olmuş, normaya uyğun enerji mənbəyinin təmin edilməsi ilə bağlı müzakirələri olmuş, lakin yenədə ona indiyədək qeyri yaşayış sahəsinin hansı mənbədən qidalananıbsa alternativinin olmaması bildirilmiş və müraciətinə isə məhəl qoyulmamışdır. Əksinə o həmin cavabdeh müəssisədə olduğu zaman "xxxx" ASC-nin nümayəndələri tərəfindən qeyri yaşayış sahəsində yoxlama baxış aparmış və sonda onun adına xx.xx.2023-cü il tarixli 057033 saylı bir tərəfli qaydada heç bir hal şahidi olmadan akt tərtib etmişlər. Aktda göstərilmişdir ki, EEİQ-na uyğun olaraq sayğac sxeminə baxış keçirilmiş və məlum oldu ki, sayğacın yeri dəyişdirilərək başqa yerə keçirilmişdir. Abonent qeyri qanuni yolla ******* koddan qidalanmanı dayandıraraq başqa TM ******* 700 m məsafədən 2x2.5 mm kabel xətti ilə xətt çəkərək 10ka-lıq dayaqların aşağı hissəsindən birbaşa TM- nun stundan qanunsuz olaraq xətt çəkilmişdir. Buna görə də abonentin sayğacının giriş xətti 6 metr məsafədən zədələyərək sayğacın girişi dəyişdirilmişdir. Belə ki, əvvəl sayğacın çölündə indi isə obyektin içərisində öz başına quraşdırılmışdır. Sayğac yenisi ilə əvəz olunsun 3 gün ərzində Asan Xidmət Mərkəzinə müraciət etsin. xx.xx.2023-cü il tarixli 057033 saylı akt isə onun təkdindən sonra təqdim edilmişdir, bununla belə onun mahiyyətindən xəbərsiz olmuşdur. Sonradan isə göstərilən akt əsasında ona cavabdeh təşkilat tərəfindən 4443.12 manat cərimə yazıldığı məlum olmuşdur. Sözügedən cərimənin yazılması, onun mənbəyi və hesabatı barədə dəfələrlə cavabdeh təşkilatdan izah almağa çalışsa da heç bir nəticə olmamışdır. Qeyd edir ki, ona məxsus qeyri yaşayış sahəsində heç bir halda sayğacdan kənar xəttdən istifadə edilməmiş, cavabdehin tərtib etdiyi aktdan da göründüyü kimi sayğacın yalnız yerinin dəyişdirildiyi göstərilmişdir. Bundan sonra X11 xx.xx.2023-cü il tarixli 781 saylı xəbərdarlıq məktubu göndərərək, sayğacda olan 4615.38 manat borcun 3 gün müddətində ödənilməsi, daha sonra isə xx.xx.2023-cü il tarixli 947 saylı xəbərdarlıq məktubu göndərilərək, yeni alqı satqı müqaviləsinin bağlanılması əks halda elektrik enerjsinin dayandırılacağı tələbi qoyulmuşdur. Bie neçə dəfə müraciətindən sonra mərhum X4nun abına olan abonent kodu üzrə onunla elektrik enerjisinin alqı-satqısı ilə bağlı xx.xx.2023-cü il tarixli müqavilə bağlanılmışdır. Bununla belə alqı- satqı müqaviləsi bağlanılmasına baxmayaraq Qəbələ Asan Xidmət Mərkəzi mərhum X4nun adına olan hesabı onun adıma rəsmiləşdirməmişdir, baxmayaraq ki, artıq enerji təchizat müəssisəsi ilə onun arasında alqı-satqı müqaviləsi bağlanılmışdır. Cavabdehin nümayəndələri tərəfindən onun yaşadığı ev üçün quraşdırılmış elektrik sayğacına ayda 2 dəfə baxış keçirilir, sərfiyyat barədə bildiriş ona təqdim edilir. Əgər cavabdehin iddia etdiyi kimi hər hansı bir qüsur olsaydı, bunun olmasını dərhal aşkar edərdi. İstifadə etdiyi enerjinin dəyərini göstəricilərə uyğun və tam şəkildə mütamadi olaraq tərəfindən ödənilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, onun "xxxx" ASC-yə qarşı akt əsasında hesablanmış 487.10 manat borcun silinməsi tələbinə dair iddia tələbi üzrə xx.xx.2024-cü il saat 10:00-a təyin edilmiş iclasında əmək fəaliyyətilə bağlı iştirak edə bilməməyini üzürlü hesab edilməsini, iclasın iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Qəbələ rayonu Həmzəlli kənd ərazisində fəaliyyət göstərdiyi qeyri yaşayış sahəsi (restoran) "xxxx" ASC-nin enerji satış bazasında X3 adına olmaqla **********22021 (**********8) saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2023-cü il tarixində “Azərişıq" ASC-nin əməkdaşları Ə.Sətdarov, A.Hürribətov və E.Tarixzadə tərəfindən Qəbələ rayonu Həmzəlli kənd ərazisində yerləşən X6 məxsus qeyri yaşayış sahəsinə quraşdırılmış elektrik hesablaşma sayğacına və uçot dəstinə “Elektrik enerjisindən istifadə QaydalarTna uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin qeyri-qanuni şəkildə sayğacın yerini dəyişdirərək başqa yerə keçidiyi həmçinin qeyri qanuni yolla ******* nömrəli TM-dən qidalanmanı dayandıraraq başqa ******* nömrəli TM-dən 700 metr məsafədən 2x25m2 kabel xətti il,ə: xətt çəkərək 10 kV4uq dayaqların aşağı hissəsindən bir başa TM-nin ştırından qanunsuz otaraq çəkildiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydalarrinın 8.17.1 bəndinin tələbinə uyğun olaraq yuxanda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2023-cü il tarixli, R057033 saylı akt tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli, R057033 saylı akta əsasən “Azərişıq' ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən 180 gün üçün 0.11 manatla 40392 kvt.s olmaqla .4443.12 manat dəyərində hesabat aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandirmaq niyyəti ilə məqsədli şəkifdə edildiyi aşkardır. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq aşkar öz əksini tapır. Bildirmək istəyir ki, İddiaçı tərtib edilmiş qüsur akı ilə razılaşmayaraq "xxxx" ASC-yə ərizə ilə müraciət etmiş və iddiaçının ərizəsi nəzərə alınaraq aparılmış 4443.12 manat enerji hesabatından 3955.27 manat azaldılmışdır. (4443.12- 3955.27=487.85). Nəzərinizə çatdırmaq istəyirlər ki, iddiaçının xx.xx.2023-cü i! tarixinə elektrik enerjisindən istifadəyə görə 487.10 manat borcu vardır. İddiaçı Cabbar oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı xx.xx.2023-cü tarixli 057033 saylı akt əsasında hesablanmış 4443.12 manat borcun hesabından silinməsi” tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Qəbələ Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(025)-92/2024 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Azərişıq” ASC-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə müəyyən etmişdir ki, tərtib olunmuş aktdan, həmçinin cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi CD diskdən görünür ki, sayğaca transfomatordan əlavə xətt çəkilmiş və bu yolla elektrik enerjisindən istifadə edilmişdir. Lakin həmin qeyri yaşayış sahəsində (restoran) əvvəlki yoxlama dövrlərində həmin müdaxilə mövcud olmamışdır. Göründüyü kimi, iddiaçı həmin müdaxilənin onun tərəfindən edilmədiyini sübuta yetirə bilməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
8. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür.
9. Məhkəmə qeyd etmişdir ki, nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
10. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyi üçün, iddia tələbi təmin edilməməlidir.
11. Məhkəmə öz mövqeyini Avropa insan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiya məhkəməsində icraat:
a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnаmədən nаrаzı qаlаn İddiaçı apellyаsiyа şikаyəti vermişdir.
13. Apellyаsiyа şikаyətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(025)-92/2024 saylı qətnaməsi çıxarılarkən maddi və prossesual hüquq nörmaları pozulduğundan, mülki işin faktiki və həqiqi hallarına düzgün hüquqi qiymət verilmədiyindən və obyektiv araşdırma aparılmadığından mübahisəli qətnamə tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir.
14. Mülki mübahisənin faktiki hallarından da göründüyü kimi məhkəmə çıxarmış olduğu qətnamədə iş üzrə dəlillərə dügün hüquqi qiymət verməmiş, araşdırmada müəyyən edilən hallar nəticəyə ziddiyyət təşkil etmişdir.
15. Belə ki, o, həmin cavabdeh müəssisədə olduğu zaman xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin nümayəndələri tərəfindən qeyri yaşayış sahəsində elektrik enerjisindən istifadə qaydalarına əməl edilməsinə riayət edilib-edilməməsini yoxlamaq üçün baxış keçirilmiş, sonda birtərəfli qaydada Elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli 057033 saylı akt tərtib etmişlər. Cavabdeh təşkilatın əməkdaşları aktda onun tərtib edilməsinə “EEİQ”-nın tələblərinin pozulmasının əsas olduğunu göstərsələr də, aşkar edilmiş pozuntunun məhz istehlakçı və istifadəçi tərəfindən törədilməsi əsaslandırılmamış, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixli, 057033 saylı aktın tərtibində nəinki istehlakçının və ya onun ailə üzvlərinin iştirakı təmin edilməmişdir.
16. Bütün bunlar isə elektrik sayğacının nasaz olması və ya hər hasnı şəkidlə cavabdehin iddia etdiyi çatışmamazlıqlar ilə bağlı əlavə olaraq yazılmış elektrik enerjisi borcu onun təqsiri ucbatından yaranmadığına dəlalət edir. Belə ki, cavabdehin küçədə quraşdırılmış və heç bir mühafizəsi olmayan qurğuya baxış keçirdiyi gün xx.xx.2023-cü il tarixə 4443.12 manat borcu olması müəyyən edilmişdir və daha sonra həmin məbləği 487.10 manat müəyyən etmişdir.
17. Enerji itkisinin iddiaçının təqsiri üzündən baş verməsi sübut edilmir və heç bir halda istehlakçı və ya istifadəçinin iştirakının cəlb olunması müəyyən edilmir. Belə ki, ətraflı görüntü olmadığına görə əlavə xəttin sayğacdan kənar xətt olub-olmadığını, kənar xəttin kimin mülkiyyətində, yaxud istifadəsində olan tikiliyə istiqamətləndiyini dəqiqləşdirmək mümkün olmamışdır. Cavabdeh təşkilatın əməkdaşları qanun pozuntusu aşkar etdiklərini bildirdikləri, yəni iddiaçıya aid ünvanda elektrik sayğacından kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadə etməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir başqa video çəkiliş, fotoşəkil, digər bir sübut təqdim edilməmişdir.
18. Qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə cavabdeh enerji satışı sahəsində təbii inhisarçı olan dövlət müəssisəsidir. Tələb cavabdehin tərtib etdiyi akt əsasında zərər qismində hesablanmış pulun silinməsi ilə bağlıdır. MPM-in 77.2- ci maddəsinə əsasən həmin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi cavabdehin üzərində olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin sübut etmə yükünün yalnız iddiaçının üzərinə qoyması düzgün olmamışdır. Cavabdehin əməkdaşları tərəfindən birtərəfli qaydada abonentin iştirakı olmadan tərtib edilmiş həmin aktı mötəbər sübut hesab edilə bilməz.
19. Cavabdehin iddia etdiyi pozuntu halı küçədə quraşdırılmış qurğunu nəzərdə tutur ki, həmin qurğu heç bir mühafizəsi olmadan istismar olunur və kənar şəxslər sərbəst şəkildə müdaxilə etməsi mümkündür. Cavabdehin nümayəndələri tərəfindən həmin ünvan üçün quraşdırılmış elektrik sayğacına ayda 2 dəfə baxış keçirilir, sərfiyyat barədə bildiriş ona təqdim edilir. Əgər cavabdehin iddia etdiyi kimi hər hansı bir qüsur olsaydı, bunun olmasını dərhal aşkar edərdi. İstifadə etdiyi enerjinin dəyərini göstəricilərə uyğun və tam şəkildə mütamadi olaraq tərəfindən ödənilmişdir.
20. Bundan başqa Məhkəmə qətnaməsində iddiaçı "xxxx" ASC-nin vəzifəli şəxsi tərəfindən hesablanmış cərimənin silinməsi ilə bağlı iddia tələbini sərfiyyatı azaltmaq üçün sayğaca əlavə xətt çəkilərək, elektrik enerjisindən istifadə etmədiyi ilə əsaslandırmışdır kimi göstərsə də bu tamamilə reallıqdan uzaqdır. Çünki o, ümumiyyətlə belə bir pozuntunun olmasını qəbul etmir və bu səbəbdən borcun tam şəkildə silinməsində israrlıdır. Məhkəmənin belə bir qənaəti tamamilə absurdur.
21. Sayğaca transfomatordan əlavə xətt çəkilməsi və bu yolla elektrik enerjisindən istifadə edilmişdir bildirsə də, həmin enerji itkisinin iddiaçının təqsiri üzündən baş verməsi sübut edilmir və heç bir halda istehlakçı və ya istifadəçinin iştirakının cəlb olunması müəyyən edilmir.
22. Belə bir vəziyyətdə iddia tələbinin rədd edilən hissəsində məhkəmənin gəldiyi qənaət düzgün olmamış və heç bir maddi sübuta dayanmır.
23. Odur ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(025)-92/2024 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.
24. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
25. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.14-cü bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. 4.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqısatqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8.16. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.17. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 28.“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun; 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya şikayətindən görünür ki, apellyator Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(025)-92/2024 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(025)-92/2024 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, beləliklə maddi hüquq normalarının tələblərini pozmuş, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq rədd etmişdir.
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslıdır.
36. Belə ki, kollegiyanın iclasında müəyyən edildi ki, Qəbələ rayonu Həmzəlli kəndində yerləşən qeyri yaşayış sahəsində hazırda İddiaçı ictimai iaşə fəaliyyəti ilə məşğuldur. Əvvəllər isə qeyd edilən ərazidə iddiaçının X4 həmin fəaliyyətlə məşğul olmuşdur. X12 xx.xx.2014-cü ildə vəfat etmişdir. X8 xx.xx.2014-cü ildə vəfat etməsinə baxmayaraq, "xxxx" ASC-nin əməkdaşları tərəfindən X8 barəsində 24 iyul 2023-cü il tarixdə R 057033 nömrəli akt tərtib olunmuşdur. Həmin aktda göstərilmişdir ki, sayğac sxeminə baxış keçirilmiş və məlum olmuşdur ki, sayğacın yeri dəyişdirilərək başqa yerə keçirilmişdir. Abonent qeyri-qanuni yolla ******* koddan qidalanmamı dayandıraraq başqa TM ******* 700 metr məsafədən 2x25 m kvadrat kabel xətti ilə xətt çəkərək 10 kv-lıq dayaqların aşağı hissəsindən bir başa TM-dan qanunsuz olaraq xətt çəkilmişdir. Buna görə də abonentin sayğacının giriş xətti və 6 metr məsafədən sayğacın yeri dəyişdirilmişdir. 24 iyul 2023-cü il tarixdə R 057033 nömrəli akt əsasında "xxxx" ASC-nin əməkdaşları tərəfindən X8 adına olan sayğac üzrə 4443.12 manat borc hesablanmış, sonradan isə həmin borcun məbləği 487,10 manata azaldılmışdır. 24 iyul 2023-cü il tarixdə R 057033 nömrəli aktda, akt üzrə əlavə sərfiyyatın hesablanmasına dair icra vərəqində onların hansı normalara əsasən tərtib edilmələri qeyd edilməsə də, cavabdeh təşkilatın birinci instansiya məhkəməsinə təqdim etdiyi iddia tələbinə etirazından iddiaçı barəsində aktın “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17, 8.17-2-ci bəndlərinə uyğun olaraq tərtib edilməsi müəyyən edilmişdir. İddiaçı həmin sərfiyyatın onun təqsirindən yaranmadığını əsas gətirərək, mərhum atasının adına hesablanmış məbləğin hazırda onun istifadəsində olan iaşə obyektinə quraşdırılmış sayğacın üzərinə hesablanmış olan borc olmasını əsas gətirərək, 487,10 manat borcun silinməsini tələb edir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınmamış və onun fərdi sahibkar statusu yoxdur.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin enerji itkisinin iddiaçının təqsiri üzündən baş verməsinin sübut edilməməsi, enerji itkisinin iddiaçının təqsiri üzündən baş verməsi sübut edilməməsinə dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, işdə olan "xxxx" ASCnin əməkdaşları tərəfindən X8 barəsində 24 iyul 2023-cü il tarixdə tərtib olunmuş R 057033 nömrəli aktdan görünür ki, sayğac sxeminə baxış keçirilmiş və məlum olmuşdur ki, sayğacın yeri dəyişdirilərək başqa yerə keçirilmişdir. Abonent qeyri-qanuni yolla ******* koddan qidalanmamı dayandıraraq başqa TM ******* 700 metr məsafədən 2x25 m kvadrat kabel xətti ilə xətt çəkərək 10 kv-lıq dayaqların aşağı hissəsindən bir başa TM-dan qanunsuz olaraq xətt çəkilmişdir. Buna görə də abonentin sayğacının giriş xətti və 6 metr məsafədən sayğacın yeri dəyişdirilmişdir. Belə ki, əvvəl sayğac obyektin çölündə idi. İndi isə obyektin içərisinə özbaşına quraşdırılmışdır.
38. Kollegiya qeyd edir ki, 24 iyul 2023-cü il tarixli, R 057033 nömrəli aktdan göründüyü kimi istehlakçı tərəfindən elektrik sayğacının zədələnməsi, sayğacın qoşulma sxeminin pozulması, hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulma hallları müəyyən edilməmişdir.
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin aktın qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsinin cavabdehin üzərində olması, ona görə də birinci instansiya məhkəməsinin sübut etmə yükünün yalnız iddiaçının üzərinə qoymasının düzgün olmamasına dair dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
41. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bu cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin xx.xx.2023-cü il tarixli, 057033 saylı aktın tərtibində nəinki istehlakçının və ya onun ailə üzvlərinin iştirakının təmin edilməməsinə dair dəlili ilə razılaşraq qeyd edir ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-2-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsinin nümayəndəsi aktı istehlakçının iştirakı ilə tərtib etməlidir. Lakin 24 iyul 2023-cü il tarixli, R 057033 nömrəli akta diqqət yetirildikdə həmin aktda onun vəfat etmiş Bənyaz Cabbarovun barəsində tərtib edilməsi qeyd edilməklə, vərəsəsinin aktın tərtibinə cəlb edilməməsinin səbəblərinə aydınlıq gətirilməmişdir.
43. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur.
44. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
45. Kollegiya qeyd edir ki, Qaydaların da tələbindən göründüyü kimi istehlakçıya verilən elektrik enerjisinin dəyəri yalnız sayğacın göstəricilərinə əsasən tam hesablanmalı olduğundan, 24 iyul 2023-cü il tarixli, R 057033 nömrəli aktın tərtibi üçün isə “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17, 8.17-2-ci bəndlərində nəzərdə tutulmuş hər hansı bir əsasın mövcudluğu müəyyən edilmədiyindən, cavabdeh "xxxx" ASC tərəfindən 24 iyul 2023-cü il tarixli, R 057033 nömrəli akt əsasında istehlakçıya əlavə hesabat aparılması əsaslı hesab edilə bilməz.
46. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsinə dair gəldiyi nəticə, MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
48. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, e-2(025)-92/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, idda təmin edilməli, "xxxx" ASC tərəfindən İddiaçı mərhum X4nun adına olan **********8 nömrəli abonent koduna xx.xx.2023-cü il tarixli 057033 nömrəli akt əsasında vurulmuş 487.10 manat borc silinməlidir.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, e-2(025)-92/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İdda təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı mərhum X4nun adına olan **********8 nömrəli abonent koduna xx.xx.2023-cü il tarixli 057033 nömrəli akt əsasında vurulmuş 487.10 manat borc silinsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.