Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-609/2024 04.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı vəsiyyətnamə üzrə X13 şəhadətnamənin etibarsız hesab edilməsi və ya ləğv edilməsi və miras əmlaka dair vəsiyyət və ya qanun üzrə vərəsəlik hüququnun verilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: (vəsiyyətnamə üzrə X13 şəhadətnamənin etibarsız hesab olunması) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı “vəsiyyətnamə üzrə X13 şəhadətnamənin etibarsız hesab edilməsi və ya ləğv edilməsi və miras əmlaka dair vəsiyyət və ya qanun üzrə vərəsəlik hüququnun verilməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli, e- 2(033)-47/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Zaqatala rayon 2 saylı Notariat ofisinin notariusu Gözəl İsgəndərova tərəfindən tərtib və təsdiq olunaraq verilmiş xx.xx.2023-cü il tarixli 2V-450 say ilə reyestrdə qeydə alınmış, X6 miras qalmış 1,01 ha torpaq sahəsi üçün verilmiş V-151/2023 saylı vəsiyyətnamə üzrə X13 şəhadətnaməsinin etibarsız hesab edilməsinə və ya ləğv edilməsinə, həmin əmlak üzərində X10 qanun və ya vəsiyyət üzrə vərəsəlik hüququnun verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Zaqatala rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(033)-122/2021 saylı qətnaməsi ilə Zaqatala rayonu Fındıqlı kəndində yaşamış xx.xx.2009-cu ildə vəfat etmiş X6 miras qalmış Fındıqlı kəndində yerləşən 2 otaqlı mənzil üzərində İddiaçı qanun üzrə vərəsəlik hüququ verilmişdir. Mərhum Ninanın həmin mənzildən başqa 1 ha torpaq sahəsi də miras qalmışdır. Həmin torpaq sahəsi də mərhum bacısı X19 tərəfindən faktiki olaraq qəbul edilmişdir. Belə ki, Nina Mixaylovna xx.xx.2009-cu ildə vəfat etdikdən 1 il sonra xx.xx.2010-cu ildə Vera Mixaylovna vəfat etmişdir. Həmin torpaq sahəsinin taktiki qəbul edilməsi təqdim edilmiş torpaq sahəsinin çıxarışından açıq-aydın görünür. Belə ki, həmin torpaq sahəsi hər iki bacının payları məlum olmayan ümümbirgə mülkiyyətində olmuşdur. Hazırda Cavabdeh2 notariusa vəsiyyətnamə təqdim edərək X7 miras qalmış torpaq sahəsinə vərəsəlik hüququ əldə etmək məqsədi ilə xx.xx.2023-cü il tarixli 2V-450 reyestr nömrəli V-151/2023 saylı vəsiyyətnamə üzrə X13 şəhadətnamə almışdır. Onlar buna etiraz edirlər ona görə ki, Cavabdeh2 bu günədək Nina Mixaylovdan miras qalmış torpaq sahəsini vərəsəlik qaydasında qəbul etməmişdir. Məhkəmələrdə isə onun şikayətləri rədd olunmuşdur. Qanunlara əsasən Nina Mixaylovnanın əmlakını faktiki olaraq Vera Mixaylovna qəbul etmiş, idarə etmiş, daha sonra isə sonuncu İddiaçı vəsiyyətnamə yazmışdır. Bu da MM-nin 1252-ci maddəsinə irsi transmissiyaya aiddir. Yəni, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir. İddiaçı Vera Mixaylovnanın vəsiyyət üzrə vərəsəsi olduğuna görə və X20 Mixaylovnadan miras qalmış bütün əmlakı faktiki olaraq qəbul etdiyindən mərhum Nina Mixaylovnanın bütün əmlakı vərəsəlik hüququ əsasında İddiaçı verilməlidir. Odur ki, Nina Mixaylovnadan miras qalmış əmlakın Cavabdeh2 vərəsəlik hüququ əsasında verilməsinə etiraz edirlər. Vərəsələr arasında mübahisə olduğuna görə vərəsəlik işi məhkəmədə aparılmalı olduğundan onlar bu barədə notariat ofisinə rəsmi olaraq müraciət etmişdirlər. Lakin Zaqatala rayon 2 saylı Notariat ofisinin xüsusi notariusu Gözəl İsgəndərovaya aralarında mübahisənin olduğu bildirildiyi halda Cavabdeh2 vəsiyyətnamə üzrə X13 şəhadətnamə vermişdir. X8 vərəsələr arasında fərqli münasibət nümayiş etdirərək eyni mübahisə üzrə İddiaçı vərəsəlik şəhadətnaməsi tələb edərkən ona vərəsəlik şəhadətnaməsi verməkdən imtina edərək onu məhkəməyə göndərmiş və o, 3 il məhkəmə qapılarında süründükdən sonra məhkəmə qətnaməsi əsasında Vera Mixaylovnadan miras qalmış torpaq sahəsi üzərində vəsiyyət üzrə vərəsəlik hüququ, Nina Mixaylovnadan qalmış yaşayış evi üzərində isə qanun üzrə vərəsəlik hüququ əldə etmişdir. Cavabdeh2 isə imtina etməmiş, ona vərəsəlik şəhadətnaməsini dərhal vermişdir. Nina Mixaylovnadan miras qalmış əmlakın bir hissəsi yaşayış evi, digər hissəsi isə torpaq sahəsidir. Yaşayış evi Zaqatala rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi və Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi, eyni zamanda Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə vərəsəlik hüququ əsasında İddiaçı mülkiyyətinə verilmişdir. Nina Mixaylovnadan miras qalmış əmlakın bir hissəsi İddiaçı vərəsəlik hüququ əsasında verildikdən sonra əmlakın digər hissəsi Cavabdeh2 verilə bilməz və ona verilməsi Mülki Məcəllənin müddəalarının pozulması ilə nəticələnir. Bütün bu mübahisələrin olmasını X8 bilsə də mübahisələrə əhəmiyyət vermədən Mülki Məcəllənin və “Notariat haqqında Qanun”un tələblərini pozaraq vərəsələr arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olmasına baxmayaraq məhkəməyə aid mübahisəni vərəsəlik şəhadətnaməsi verməklə qanunsuz hərəkət etmişdir. Onun bu qanunsuz hərəkətləri nəticəsində İddiaçı vərəsəlik hüququ pozulmuşdur. Belə ki, Nina Mixaylovnadan miras qalmış 1 ha torpaq sahəsi vərəsəlik hüququ əsasında İddiaçı mülkiyyətinə verilməlidir. Qeyd etdiyi hərəkətləri ilə notarius Mülki Məcəllənin bir sıra maddələrinin tələblərini və Notariat haqqında Azərbaycan Respublikası qanununun tələblərini kobud şəkildə pozmuşdur. Mülki Məcəllənin 1133.2-ci maddəsində deyilir ki, Qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur. Hesab edir ki, notariusun verdiyi qanun üzrə vərəsəlik şəhadətnaməsi qeyd olunan maddənin tələblərini pozur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291-ci maddəsində qeyd olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Məhkəmə baxmalı olan mübahisəyə dair notarius vərəsəlik şəhadətnaməsi vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində qeyd olunuı ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1247-ci maddəsində qeyd olunur ki, əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsində qeyd olunur ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qeyd olunan maddələrin tələbi notarius tərəfindən pozularaq qanunla müəyyən edilmiş mirası qəbul etmə müddəti bərpa olunmadan vərəsəlik şəhadətnaməsi verilmişdir. Notariat haqqında qanunun 55-ci maddəsində qeyd olunur ki, açılmış miras haqqında məlumat alan notarius bu barədə yaşayış yeri və iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər, notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Qeyd olunan qanunun tələblərini notarius pozaraq ona təqdim olunmuş vərəsələrin dairəsinə dair arayışda onun da bir vərəsə kimi vərəsə olduğunu nəzərə alaraq vərəsəlik şəhadətnaməsi verilməsi üçün onu çağırmalı idi, vərəsələr arasında ixtilaflar olub-olmamasını aydınlaşdırmalı idi.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə İddiaçı məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir.
4. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək və çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda o, özünə ünvanlanmış sualları cavablandıraraq bildirmişdir ki, onlar əvvəlki iddia ərizəsində, yəni 2020-2021-ci illərdə məhkəmədə baxılan iddia ərizəsində hazırda mübahisələndirilən bir hektar sahəni ona görə mübahisələndirməmişlər ki, Cavabdeh2 ərizə verərək həmin sahəni alsın. Həmin məhkəmənin gedişatı zamanı Yusif gəlib ərizə vermiş olsaydı, məhkəmə qətnaməsi ilə həmin mirasın digər hissəsi ona veriləcəkdi. Həmin vaxt Yusif onu istəməmişdir. İndi istəməsinin səbəbini də başa düşmür. Torpaq sahəsinə dair 2 vəsiyyətnamə olub. Birinci iki bacı Cavabdeh2 vəsiyyət edib. Sonra isə İddiaçı vəsiyyət edib. Cavabdeh hər iki bacıdan torpaq sahəsi fındıq bağı almışdır. Sahəsi 2 hektar 3 sotdur.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, 2001-ci il tarixdə sözügedən torpağı vəsiyyətnamə əsasında almışdır və indiyə kimi faktiki olaraq həmin torpaq sahəsindəki bağdan istifadə etmişdir. 2009-cu ildə Kamilə qoyulan vəsiyyətnamədən xəbəri olmamışdır. Onun bağı yığması ilə bağlı şahidləri də var. Kənddə də hər kəs bilir ki, həmin bağın sahibi odur. Həmçinin bu torpağın bütün vergilərini dövlətə o ödəmişdir. Bağ onun olmasaydı ödəməzdi. 2005-ci ildə vəsiyyətnaməni ona Vera və Nina bacıları qoymuşlar. O həmin bacılardan ev yox, fındıq bağı almışdır. Aldığı vaxtdan 2020-ci ilə qədər həmin fındıq bağını özü yığmış və bunu İddiaçı də bilmişdir. Hər il orta hesabla ***-**** kq fındıq yığmışdır.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili Vəkil2 iddianı qəbul etməyərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs Cavabdeh2 sözügedən fındıq bağını 2001-ci ildən faktiki olaraq istifadə edir. Həmin bağın bələdiyyəyə, torpaq şöbəsinə ödədiyi vergilərini də notariusa təqdim etmişlər. Bağı faktiki olaraq Yusif istifadə etmişdir. Bildirmişdir ki, Yusif Ninanın vəsiyyətnamə üzrə vərəsəsidir. Hesab edir ki, iddiaçının məhkəməyə verdiyi vərəsəlik hüququnun verilməsinə dair şəhadətnamənin ləğv edilməsinə hər hansı bir əsas yoxdur və iddianın rədd edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdeh Zaqatala Rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu X2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, notariusa əvvəlcə Cavabdeh2 müraciət edib. Onların işini araşdıran zaman məlum olmuşdur ki, Yusif 2.02 hektar torpağı özünə istəyir. Onlar araşdıraraq sorğu göndərmişlər. Aydın olmuşdur ki, həmin torpaqların hər ikisi Cavabdeh2 düşməyəcək. Çünki bacılardan biri təkrar vəsiyyətnamə qoymuşdur. Vera və Nina bacıları eyni gündə Cavabdeh2 5 may 2005-ci il tarixdə vəsiyyətnamə qoymuşlar. Sonra 2009-cu il tarixdə isə Vera vəsiyyətnaməni dəyişərək İddiaçı vəsiyyətnamə qoymuşdur və bununla da əvvəlki vəsiyyətnamə ləğv olunmuşdur. Lakin Cavabdeh2 notariusa 2 vəsiyyətnamə ilə müraciət edərək həmin torpaqları öz adına keçirtmək istəmişdir. Bunun mümkün olmadığını Cavabdeh2 başa salmışdır. Lakin Yusif ona qarşı məhkəmədə iddia qaldırmışdır ki, 2-ci vəsiyyətnamə saxtadır. Bu məsələ ilə bağlı Yusif illərlə məhkəməyə gedib-gəlmişdir. Sonra Kamil müraciət edərək digər torpağı da öz adına keçirəcəyini bildirmişdir. Ona da bunun mümkün olmadığını bildirmişdir. Əvvəlcə Nina ölüb, sonra Vera ölüb. Əgər vəsiyyətnamə olmasaydı miras ona keçə bilərdi, lakin vəsiyyətnamə olduğu üçün keçə bilməz. O, birinci dərəcəli varis deyil ki, vərəsənin vərəsəsinə miras keçsin. Uzun müddət sonra Cavabdeh2 gələrək ona işini uzatdığını, qarşı tərəfə şəhadətnamə verdiyini, lakin ona şəhadətnamə vermədiyini bildirmişdir. O, Yusifə bütöv torpağı istədiyi üçün verə bilmədiyini izah etmişdir. Sonra Yusif təkcə öz payını istədiyini demişdir. O da Yusifə şəhadətnamə vermişdir və heç bir qanun pozuntusuna yol verməmişdir.
8. Zaqatala Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli, e-2(033)-47/2024 nömrəli qətnaməsi ilə (hakim T.Həsənov) İddiaçı cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı vəsiyyətnamə üzrə X13 şəhadətnamənin etibarsız hesab edilməsi və ya ləğv edilməsi və miras əmlaka dair vəsiyyət və ya qanun üzrə vərəsəlik hüququnun verilməsi tələbinə dair iddiasının rədd edilməsi, İddiaçı ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Zaqatala rayonu Fındıqlı kəndində yerləşən 2,04 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 29 fevral 2000-ci il tarixli 82 saylı qərarına əsasən X11 və X15 mülkiyyətinə verilmişdir. 05 may 2005-ci il tarixli vəsiyyətnamələrə əsasən X11 (2V-86 reyestr nömrəli vəsiyyətnamə) və X19 (2-V-87 reyestr nömrəli vəsiyyətnamə) Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 29 fevral 2000-ci il tarixli 82 saylı qərarı ilə mülkiyyətlərinə verilmiş 2,04 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin özlərinə məxsus müvafiq olaraq 1,02 ha və 1,02 ha hissəsini Cavabdeh2 vəsiyyət etmişlər. Hər iki vəsiyyətnamə xüsusi texniki vasitələrdən istifadə edilməklə 2 şahidin iştirakı ilə tərtib edilmiş və vəsiyyət qoyanlar tərəfindən imzalanmış və notarius tərəfindən təsdiq edilmişdir. X19 19 dekabr 2009-cu il tarixli reyestrdə 2V/163 nömrə ilə qeydiyyata alınmış vəsiyyətnamə ilə Zaqatala rayonu Fındıqlı kəndində yerləşən fərdi yaşayış evini (hal-hazırda yaşadığı), həyətyanı torpaq sahəsini, pay torpağını İddiaçıiçə vəsiyyət etmişdir. Vəsiyyətnamə Zaqatala rayon 2 saylı Dövlət Notariat kontorunda tərtib edilmiş və X8 tərəfindən təsdiq edilmişdir. X19 25 oktyabr 2010-cu ildə, X16 isə 18 sentyabr 2009-cu il tarixdə vəfat etmişdir. 2V-86 reyestr nömrəli 05 may 2005-ci il tarixli vəsiyyətnamə əsasında X15 ölümündən sonra ondan miras qalmış Zaqatala rayonu Fındıqlı kəndində yerləşən 2,04 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin ona məxsus 1,02 hissəsinə tam hissədə pay xx.xx.2023-cü il tarixli Qanun üzrə X13 Şəhadətnaməyə əsasən İddiaçı verilmişdir. Həmin torpaq sahəsinin X12 məxsus hissəsindən Cavabdeh2 xx.xx.2023-cü il tarixli V- 151/2023 (2v-450) nömrə ilə reyestrə əlavə edilmiş Vəsiyyətnamə üzrə X13 Şəhadətnaməyə əsasən tam pay almışdır. İddiaçı 25 oktyabr 2010-cu ildə vəfat etmiş X15 bacısı 18 sentyabr 2009-cu il tarixdə vəfat etmiş X6 miras qalmış əmlakı faktiki olaraq qəbul etdiyini, X7 vəsiyyətnamə üzrə vərəsəsi olan Cavabdeh2 mirası vərəsəlik qaydasında qəbul etmədiyini, belə olduğu halda X6 miras qalmış əmlakın irsi transmissiya qaydasında X15 vərəsəsi olan İddiaçı keçməli olduğunu əsas gətirərək və X6 miras qalmış əmlaka dair mübahisə olduğu halda notarius tərəfindən həmin əmlak barəsində X13 şəhadətnamənin verilməsinə istinad edərək cavabdehlərə qarşı hazırki iddia tələbi ilə müraciət etmişdir. Cavabdehlər iddia tələbini qəbul etməmişlər və iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
10. Hazırki mülki işlə müəyyən edilmiş hallardan görünür ki, miras qoyan X16 tərəfindən Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 29 fevral 2000-ci il tarixli 82 saylı qərarı ilə mülkiyyətinə verilmiş 1,02 ha torpaq sahəsi barəsində vərəsəsi olan Cavabdeh2 xeyrinə vəsiyyətnamə qoyulmuş və həmin vəsiyyətnamə qüvvədədir.
11. Məhkəmə iddia tələbinin vəsiyyətnamə üzrə X13 şəhadətnaməsinin etibarsız hesab edilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, İddiaçı və Cavabdeh2 iki bacı olan X16 və X15 vərəsələridir. X7 ölümündən sonra onun 1-ci növbədən olan vərəsələri qalmamış və mübahisələndirilən 26 aprel 2023-cü il tarixli V-151 nömrəli Vəsiyyətnamə üzrə X13 şəhadətnamə etibarlı əqd olan X16 tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 86 nömrə il tarixdə qeydə alınmış vəsiyyətnamə əsasında verilmişdir. 26 aprel 2023-cü il tarixli V-151 nömrəli X13 şəhadətnamənin verilməsinə əsas olmuş vəsiyyətnamənin etibarlılığı iddiaçı tərəfindən mübahisələndirilməmiş, hətta İddiaçı iddia ilə əvvəllər məhkəməyə müraciət edərək, ona 25 oktyabr 2010-cu ildə vəfat etmiş X17 miras qalmış DƏDRX-də 12 mart 2020-ci ildə ********** nömrə ilə qeydə alınmış və Zaqatala rayonu Fındıqlı kəndində yerləşən 2,02 ha torpaq sahəsinin X18 aid hissəsi üzərində vəsiyyət üzrə və Zaqatala rayonu Fındıqlı kəndində yerləşən Reus Ninanın mülkiyyətində olmuş 15 noyabr 1996-cı il tarixli 190 saylı qeydiyyat vəsiqəsində göstərilmiş 2 otaqlı xüsusi mənzil üzərində isə qanun üzrə vərəsəlik hüququ verilməsini xahiş etmiş, iddiasında da X15 Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 29 fevral 2000-ci il tarixli 82 saylı qərarı ilə mülkiyyətinə verilmiş 1,02 ha torpaq sahəsinin Cavabdeh2 vəsiyyət (2-V-87 reyestr nömrəli vəsiyyətnamə) etməsi ilə bağlı hər hansı tələbləri və şikayətləri olmamışdır. Nəticə olaraq isə İddiaçı iddiası təmin edilmişdir Bununla da məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisələndirilən Şəhadətnamə etibarlı əqd olan vəsiyyətnamə əsasında verilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə də müəyyən edilmişdir ki, X15 və X7 mülkiyyətində olmuş 2,02 ha torpaq sahəsinin X18 məxsus hissəsi üzərində vərəsəlik hüququnun müəyyən edilməsi ilə bağlı İddiaçı cavabdehlərə qarşı iddiasına mülki məhkəmə icraatı qaydasında baxılmış və bu zaman apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iş üzrə mübahisə mərhum bacıların ümumi birgə mülkiyyətində olan 2,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,02 ha hissəsinə münasibətdədir. Belə ki, mübahisələndirilən 2,02 ha torpaq sahəsinin 1,01 ha hissəsini Nina Mixaylovna iş üzrə üçüncü şəxs Cavabdeh2 vəsiyyət etmiş və torpaq sahəsinin həmin hissəsi mübahisələndirilmir.
13. Belə olan halda məhkəmə hesab etmişdir ki, X15 X6 miras qalmış və onun tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 86 say ilə qeydə alınmış vəsiyyətnamədə qeyd edilmiş əmlakı faktiki qəbul edib etməməsindən asılı olmayaraq həmin miras əmlakdan X15 pay alması da istisna edilir.
14. Məhkəmə iddiaçının Zaqatala rayon 2 saylı Notariat ofisinin xüsusi notariusu Gözəl İsgəndərova miras barədə mübahisə olduğu halda X16 tərəfindən vəsiyyət edilmiş və ondan miras qalmış əmlaka dair X13 şəhadətnaməsini qanunsuz olaraq verməsi barədə fikrinə münasibət bildirərək qeyd etmişdir ki, X7 məcburi pay ala biləcək vərəsələri olmadığından və ondan miras qalmış əmlak olan Zaqatala rayonu Fındıqlı qəsəbəsində yerləşən 2,02 ha torpaq sahəsinin ona məxsus hissəsi qüvvədə olan xx.xx.2005-ci il tarixli 86 say ilə qeydə alınmış vəsiyyətnaməyə əsasında Cavabdeh2 vəsiyyət edildiyindən və vəsiyyətnamə verilmiş həmin əmlakla bağlı miras şərikləri olmadığından notarius tərəfindən cavabdehə 26 aprel 2023-cü il tarixli V-151 nömrəli Vəsiyyətnamə üzrə X13 şəhadətnamə verilərkən hər hansı qanun pozuntusuna yol verilməmişdir.
15. Məhkəmənin qənaətinə görə etibarlılığı iddiaçı tərəfindən mübahisələndirilən Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontorunun notariusu X2 tərəfindən verilmiş 26 aprel 2023-cü il tarixli V-151 nömrəli vəsiyyətnamə üzrə X13 şəhadətnamə verilərkən qanun pozuntusuna yol verilmədiyindən iddia tələbi “Zaqatala rayon 2 saylı Notariat ofisinin notariusu Gözəl İsgəndərova tərəfindən tərtib və təsdiq olunaraq verilmiş xx.xx.2023-cü il tarixli 2V-450 say ilə reyestrdə qeydə alınmış, X6 miras qalmış 1,01 ha torpaq sahəsi üçün verilmiş V-151/2023 saylı Vəsiyyətnamə uzrə X13 Şəhadətnaməsinin etibarsız hesab edilməsi və ya ləğv edilməsi” hissəsində təmin edilə bilməz.
16. Məhkəmə iddia tələbinin “26 aprel 2023-cü il tarixli V-151 nömrəli vəsiyyətnamə üzrə X13 şəhadətnamə əsasında Cavabdeh2 tam pay aldığı X6 miras qalmış Zaqatala rayonu Fındıqlı qəsəbəsində yerləşən 1,01 ha torpaq sahəsinə dair İddiaçı qanun və ya vəsiyyət üzrə vərəsəlik hüququnun verilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbinin həmin hissəsi ilkin tələb olan “26 aprel 2023-cü il tarixli V-151 nömrəli vəsiyyətnamə üzrə X13 şəhadətnamənin etibarsız hesab edilməsi və ya ləğv edilməsi” hissəsindən törəmə tələblərdir.
17. Məhkəmənin qənaətinə görə, 26 aprel 2023-cü il tarixli V-151 nömrəli vəsiyyətnamə üzrə X13 şəhadətnamənin verilməsinə əsas olmuş xx.xx.2005-ci il tarixli vəsiyyətnamə qüvvədə olduğu müddətdə X6 miras qalmış Zaqatala rayonu Fındıqlı qəsəbəsində yerləşən 1,01 ha torpaq sahəsi barəsində iddiaçıya qanun və ya X13 şəhadətnamənin verilməsi mümkün deyil. Eyni zamanda 26 aprel 2023-cü il tarixli V- 151 nömrəli vəsiyyətnamə üzrə X13 şəhadətnamə etibarsız hesab edilmədən, iddiaçıya qanun və ya vəsiyyət üzrə vərəsəlik hüququnun verilməməsi iddiaçının hər hansı hüququnu pozması kimi dəyərləndirilməməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi ümumilikdə əsaslı hesab edilərək təmin edilə bilməz.
18. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə iddia tələbinin dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər.
19. Məhkəmə hesab etmişdir ki, iddiaçının ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir.
20. Birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyası 29-cu maddəsinin Vİİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.5, 1133.1, 1133.2, 1134.1, 1134.2, 1145, 1146, 1159.1, 1159.1.1, 1159.1.3, 1159.2, 1160, 1166, 1167, 1168, 1177, 1193, 1243.1, 1243.2, 1243.3, 1252, 1291-ci maddələri, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 57, 58, 59, 60-cı maddələrinə, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarına, “Avşar Türkiyəyə qarşı” iş üzrə AİHM-nin № 25657/94, § 282 qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarının 2.4-cü bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 88, 107, 119.1, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri:
a)Apellyasiya şikayətinin dəlilləri
21. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.
22. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, Nina Mixaylovnanın əmlakını faktiki olaraq Vera Mixaylovna qəbul etmiş, idarə etmiş, daha sonra isə sonuncu ona vəsiyyətnamə yazmışdır. Bu da MM-nin 1252-ci maddəsinə irsi transmissiyaya aiddir. Yəni, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir. O, Vera Mixaylovnanın vəsiyyət üzrə vərəsəsi olduğuna görə və X20 Mixaylovnadan miras qalmış bütün əmlakı faktiki olaraq qəbul etdiyindən mərhum Nina Mixaylovnanın bütün əmlakı vərəsəlik hüququ əsasında ona verilməlidir.
23. Nina Mixaylovna miras qalmış əmlakın Cavabdeh2 vərəsəlik hüququ əsasında verilməsinə etiraz edir, vərəsələr arasında mübahisə olduğuna görə vərəsəlik işi məhkəmədə aparılmalı olduğundan bu barədə notariat ofisinə rəsmi olaraq müraciət etmişdir.
24. Lakin Zaqatala rayon 2 saylı Notariat ofisinin xüsusi notariusu Gözəl İsgəndərova aralarında mübahisənin olduğunu bildirdiyi halda Cavabdeh2 Vəsiyyətnamə üzrə X13 Şəhadətnamə vermişdir.
25. X8 vərəsələr arasında fərqli münasibət nümayiş etdirərək eyni mübahisə üzrə ona vərəsəlik şəhadətnaməsi tələb edərkən imtina edərək onu məhkəməyə göndərmiş və o, 3 il məhkəmə qapılarında süründükdən sonra məhkəmə qətnaməsi əsasında Vera Mixaylovnadan miras qalmış torpaq sahəsi üzərində vəsiyyət üzrə vərəsəlik hüququ, Nina Mixaylovnadan qalmış yaşayş evi üzərində isə qanun üzrə vərəsəlik hüququ əldə etmişdir. Cavabdeh2 isə imtina etməmiş ona vərəsəlik şəhadətnaməsini dərhal vermişdir.
26. Nina Mixaylovnadan miras qalmış əmlakın bir hissəsi yaşayış evi, digər hissəsi isə torpaq sahəsidir. Yaşayış evi Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi və Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi, eyni zamanda Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə vərəsəlik hüququ əsasında onun mülkiyyətinə verilmişdir. Nina Mixaylovnadan miras qalmış əmlakın bir hissəsi ona vərəsəlik hüququ əsasında verildikdən sonra əmlakın digər hissəsi Cavabdeh2 verilə bilməz və ona verilməsi Mülki Məcəllənin müddəalarının pozulması ilə nəticələnir.
27. Bütün bu mübahisələrin olmasını X8 bilsə də mübahisələrə əhəmiyyət vermədən Mülki Məcəlləninn və “Notariat haqqında Qanun”un tələblərini pozaraq vərəsələr arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olmasına baxmayaraq məhkəməyə aid mübahisəni vərəsəlik şəhadətnaməsi verməklə qanunsuz hərəkət etmişdir. Onun bu qanunsuz hərəkətləri nəticəsində onun vərəsəlik hüququ pozulmuşdur. Məhkəmə baxmalı olan mübahisəyə dair notarius vərəsəlik şəhadətnaməsi vermişdir.
28. Qeyd olunan qanunun tələblərini notarius pozaraq ona təqdim olunmuş vərəsələrin dairəsinə dair arayışda onun da bir vərəsə kimi vərəsə olduğunu nəzərə alaraq vərəsəlik şəhadətnaməsi verilməsi üçün onu çağırmalı idi, vərəsələr arasında ixtilaflar olub-olmamasını aydınlaşdırmalı idi.
29. Məhkəmə sübutlara huquq normalarına uygun qiymət verməmişdir. Buna görə düzgün nəticəyə gəlməmişdir. Hesab edir ki, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun deyildir.
30. Odur ki, Zaqatala rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(033)-47/2024 saylı qətnaməsinin tam ləğv edilməsi, iddiasının təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Cavabdeh2 28 may 2024-cü il tarixdə daxil olmuş apellyasiya şikayətinə yazılı etirazında apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. Cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisi 22 may 2024-cü il tarixdə daxil olmuş apellyasiya şikayətinə yazılı etirazında vərəsəlik şəhadətnaməsi verilən zaman heç bir qanunsuzluğa yol verilmədiyini göstərmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
33. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı, Cavabdeh2 və cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər.
34. Cavabdehlər Cavabdeh2 və Zaqatala rayonu 2 saylı Notariat Ofisi məhkəmə kollegiyasına göndərdikləri müraciətlərində işə iştirakları olmadan baxılmasını xahiş etsələr də İddiaçı gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
36. Azərbaycan Respublikası Konstitusiyası Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.
37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarı.
39. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun; 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə X13 şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. 58-ci maddəsinə əsasən X13 şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə X13 şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən X13 şəhadətnamə verilənədək təqdim olunmalıdır. 60-cı maddəsinə əsasən notarius vəsiyyətnamə üzrə X13 şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
41. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. İddiaçı Zaqatala Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli, e-2(033)- 47/2024 nömrəli qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.
45. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
46. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Zaqatala rayonu Fındıqlı kəndində yerləşən 2,02 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 29 fevral 2000-ci il tarixli 82 saylı qərarına əsasən X11 və X15 mülkiyyətinə verilmişdir. 05 may 2005-ci il tarixli vəsiyyətnamələrə əsasən X11 (2V-86 reyestr nömrəli vəsiyyətnamə) və X19 (2-V-87 reyestr nömrəli vəsiyyətnamə) Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 29 fevral 2000-ci il tarixli 82 saylı qərarı ilə mülkiyyətlərinə verilmiş kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin özlərinə məxsus hissələrini Cavabdeh2 vəsiyyət etmişlər. Hər iki vəsiyyətnamə xüsusi texniki vasitələrdən istifadə edilməklə 2 şahidin iştirakı ilə tərtib edilmiş, vəsiyyət edənlər tərəfindən imzalanmış və notarius tərəfindən təsdiq edilmişdir. X19 19 dekabr 2009-cu il tarixli reyestrdə 2V/163 nömrə ilə qeydiyyata alınmış vəsiyyətnamə ilə Zaqatala rayonu Fındıqlı kəndində yerləşən fərdi yaşayış evini (halhazırda yaşadığı), həyətyanı torpaq sahəsini, pay torpağını İddiaçı vəsiyyət etmişdir. X19 25 oktyabr 2010-cu ildə, X16 isə 18 sentyabr 2009-cu il tarixdə vəfat etmişlər. 2V/163 reyestr nömrəli 19 dekabr 2009-cu il tarixli vəsiyyətnamə əsasında X15 ölümündən sonra ondan miras qalmış Zaqatala rayonu Fındıqlı kəndində yerləşən 2,02 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin ona məxsus 1/2 hissəsinə münasibətdə İddiaçı vəsiyyətnamə üzrə X13 şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsinin X12 məxsus hissəsindən Cavabdeh2 xx.xx.2023-cü il tarixli V- 151/2023 (2v-450) nömrə ilə reyestrə əlavə edilmiş Vəsiyyətnamə üzrə X13 Şəhadətnaməyə əsasən tam pay almışdır. İddiaçı 25 oktyabr 2010-cu ildə vəfat etmiş X15 bacısı 18 sentyabr 2009-cu il tarixdə vəfat etmiş X6 miras qalmış əmlakı faktiki olaraq qəbul etdiyini, X7 vəsiyyətnamə üzrə vərəsəsi olan Cavabdeh2 mirası vərəsəlik qaydasında qəbul etmədiyini, belə olduğu halda X6 miras qalmış əmlakın irsi transmissiya qaydasında X15 vərəsəsi olan İddiaçı keçməli olduğunu əsas gətirərək və X6 miras qalmış əmlaka dair mübahisə olduğu halda notarius tərəfindən həmin əmlak barəsində X13 şəhadətnamənin verilməsinə istinad edərək cavabdehlərə qarşı hazırki iddia tələbi ilə müraciət etmişdir. Cavabdehlər iddia tələbini qəbul etməmişlər və iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
47. İşin hallarından görünür ki, iddiaçı mirasın cavabdeh tərəfindən qəbul edilməməsini, Nina Mixaylovnanın əmlakının faktiki olaraq Vera Mixaylovna tərəfindən qəbul edilməsini, sonra ona vəsiyyət edilməsini əsas gətirərək, cavabdehin adına verilmiş vəsiyyətnamə üzrə X13 şəhadətnaməni mübahisələndirmişdir.
48. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarına əsasən vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur.
49. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır.
51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin o, Vera Mixaylovnanın vəsiyyət üzrə vərəsəsi olduğuna görə və X20 Mixaylovnadan miras qalmış bütün əmlakı faktiki olaraq qəbul etdiyindən mərhum Nina Mixaylovnanın bütün əmlakı vərəsəlik hüququ əsasında ona verilməli olması, Nina Mixaylovnadan miras qalmış əmlakın bir hissəsi ona vərəsəlik hüququ əsasında verildikdən sonra əmlakın digər hissəsinin Cavabdeh2 verilə bilməməsinə dair dəlillərini əsaslı hesab etmir.
52. Belə ki, işdə olan 05 may 2005-ci il tarixli, reyestrdə 2V-86 reyestr nömrəsi ilə qeyd edilmiş vəsiyyətnamədən görünür ki, X11 Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 29 fevral 2000-ci il tarixli 82 saylı qərarı ilə, 40212077 nömrəli kodla, JN 0038 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ona məxsus olan 1,02 ha torpaq sahəsini Cavabdeh2 vəsiyyət etmişdir.
53. İşdə olan Dövlət Notariat Arxivinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, 05 may 2005-ci il tarixdə 2V-86 nömrə ilə təsdiq edilmiş vəsiyyətnamənin xx.xx.2019-cu ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır.
54. İşdə olan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Maqov kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 05 aprel 2023-cü il tarixdə verilmiş 238 nömrəli və 07 aprel 2023-c il tarixdə verilmiş 246 nömrəli arayışlardan görünür ki, X7 birinci növbədən varisi yoxdur.
55. İşdə olan 2V-450 nömrə ilə reyestrdə qeyd edilmiş xx.xx.2023-cü il tarixli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqında Şəhadətnamədən görünür ki, xx.xx.2009cu il tarixdə vəfat etmiş X4 vərəsəsi kimi Cavabdeh2 ƏMDK- nin yanında DƏDRX-nin Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2020 tarixdə X12 verilmiş **********23 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Zaqatala rayonu Fındıqlı qəsəbəsi ünvanında yedəşən ümumi sahəsi 2,02 ha olan torpaq sahəsinin mərhumun mülkiyyətində olan 1/2 hissəsindən ibarət miras əmlakdan tam hissədə pay almışdır.
56. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
57. Kollegiya qeyd edir ki, X7 ölümündən sonra onun 1-ci növbədən olan vərəsələri qalmamışdır. Belə ki, X19 da X7 birinci növbədən olan vərəsəsi deyildir. X16 isə mülkiyyətində olan torpaq sahəsini Cavabdeh2 vəsiyyət etdiyindən, Davudov X3 Nina Mixaylovna tərəfindən ona vəsiyyət edilmiş mirasın qəbulundan imtina etmədiyindən, X15 bacısı X6 mirası qəbul etmək imkanı istisna edilmişdir.
58. Məhkəmə kollegiyası şikayətin sadalanan dəlilləri ilə bağlı həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır.
59. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz.
60. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir.
61. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.
62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.
63. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Zaqatala rayon 2 saylı Notariat ofisinin xüsusi notariusu Gözəl İsgəndərovaya aralarında mübahisənin olduğunu bildirdiyi halda Cavabdeh2 vəsiyyətnamə üzrə X13 Şəhadətnamə verməsi, vərəsələr arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olmasına baxmayaraq məhkəməyə aid mübahisəni vərəsəlik şəhadətnaməsi verməklə qanunsuz hərəkət etməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, X19 X7 birinci növbə vərəsəsi olmadığından, X7 məcburi pay ala biləcək vərəsələrinin olması müəyyən edilmədiyindən, X16 tərəfindən Zaqatala rayonu Fındıqlı qəsəbəsində yerləşən 2,02 ha torpaq sahəsinin ona məxsus hissəsi qüvvədə olan xx.xx.2005-ci il tarixli, 86 reyestr nömrəli vəsiyyətnaməyə əsasən Cavabdeh2 vəsiyyət edildiyindən 26 aprel 2023-cü il tarixli V-151 nömrəli vəsiyyətnamə üzrə X13 şəhadətnamə verilərkən qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir.
64. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, birinci instansiya məhkəməsi mübahisənin maddi və prosessual hüquqi əsaslarını düzgün müəyyən etmiş, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları nəzərə almış, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Zaqatala Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli, e-2(033)-47/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli, e-2(033)-47/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.