Məhkəmə qərarları › İş №2(107)-61/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-61/2023

06.12.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-61/2023 06.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, X5 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz fəaliyyət göstərən çörək sexinin fəaliyyətinin dayadırılması və həmin sexin sökülməsinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(039)-71/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Yevlax şəhəri ünvan 1 ünvanında yerləşən, cavabdehin mülkiyyətində olan fərdi yaşayış evində qanunsuz tikilmiş çörək sexinin fəaliyyətinin dayandırılması, həmin qanunsuz tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini belə əsaslandırmışdır ki, hazırda Yevlax şəhəri, Füzuli küçəsində yerləşən 68 saylı evin mülkiyyətçisidir. Cavabdeh onunla qonşuluqda yaşayan Cavabdeh yaşadığı evə bitişik olaraq çörəkbişirmə sexi tikmiş və orada çörək istehsalı ilə məşğuldur. Cavabdehin yaşayış binasına bitişik şəkildə çörəkbişirmə sexi tikməsi nəticəsində qıcqıran drojun iyindən, qazın, buxarın, tüstünün, səs-küyün, istiliyin və titrəyişlərin təsirindən öz evində rahat yaşaya bilmir. Çörək sexi qanunsuz fəaliyyət göstərməklə bərabər, onun əmlakı və ailəsinin, uşaqların səhhəti üçün ciddi təhlükədir. Bu səbəbdən də onun fəaliyyətinin dayandırılmasını, evinə bitişik bu qanunsuz tikilinin tikinti qaydalarına uyğun olmadığını nəzərə alaraq sökülməsini istəyir.

3. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsivəkil Nümayəndə iddia tələbini qəbul etmədiyini, çörək sexinin demək olar ki, Yevlax rayonunun yarısını çörəklə təmin etdiyini bildirərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Yevlax Rayon Məhkəməsinin (hakim Günay Cavadova) 12 avqust 2021-ci il tarixli 2(039)-71/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı qanunsuz fəaliyyət göstərən çörək sexinin fəaliyyətinin dayandırılması və həmin sexin sökülməsinə dair iddiasının təmin edilməsi, Yevlax şəhəri ünvan 1 ünvanda yerləşən 0,0402 ha torpaq sahəsində yerləşən çörəkbişirmə sexinin fəaliyyətinin dayandırılması və çörəkbişirmə sexinin Cavabdeh tərəfindən sökülməsi, ekspertiza tədqiqatının dəyəri 100 manatın Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

6. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.

7. Şəki Apellyasiya Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli 2(107)-132/2022 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Yevlax Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli 2(039)-71/2021 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı Yevlax şəhəri ünvan 1 ünvanında yerləşən, cavabdehin mülkiyyətində olan fərdi yaşayış evində qanunsuz tikilmiş çörək sexinin fəaliyyətinin dayadırılması və həmin sexin sökülməsinə dair iddiası rədd edilmişdir.

8. Şəki Apellyasiya Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli 2(107)-132/2022 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 9 avqust 2022-ci il tarixli 2(102)-3214/2022 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, həmin iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-132/2022 nömrəli iş üzrə 26 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır.

9. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə mübahisə predmeti olan çörək sexinin sakinlərin kompakt yaşadığı bir massivdə çörək sexi ilə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi arasında çox az məsafənin olması baxımından, gələcəkdə hər hansı bir fövqaladə vəziyyət yarandıqda, bədbəxt hadisənin qarşısını almağın mümkün olub-olmamasının aydınlaşdırılması üçün hazırkı iş üzrə Fövqəladə Hallar Nazirliyinin X12 mütəxəssisləri cəlb edilməklə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, çörək sexində işlənən qazın, ağır qoxuların, səs-küyün, tozun, bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirlərin müəyyən edilməsi ilə bağlı məsələnin aydınlaşdırılması üçün Yevlax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən rəy alınması qərara alınmışdır.

10. Yevlax rayon Gigiyeva və Epidemiologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli 53 nömrəli məktubuna əsasən, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli “Azərbaycan Respublikasında Qida Təhlükəsizliyi Agentliyinin yaradılması və fəaliyyətinin tənzim edilməsi haqqında” Fərmanına əsasən, qida obyektlərinə dair məsələlərə münasibət bildirmək Yevlax rayon Gigiyeva və Epidemiologiya Mərkəzinin səlahiyyəti xaricindədir. Bu məsələ ilə bağlı X19 Təhlükəsizliyi İdarəsinə müraciət edilməsi qeyd edilmişdir.

11. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə mübahisə predmeti olan çörək sexinin sakinlərin kompakt yaşadığı bir massivdə çörək sexi ilə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi arasında çox az məsafənin olması baxımından, gələcəkdə hər hansı bir fövqaladə vəziyyət yarandıqda, bədbəxt hadisənin qarşısını almağın mümkün olub-olmamasının aydınlaşdırılması üçün hazırkı iş üzrə Fövqəladə Hallar Nazirliyinin X12 mütəxəssisləri cəlb edilməklə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi, çörək sexində işlənən qazın, ağır qoxuların, səs-küyün, tozun, bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirlərin müəyyən edilməsi ilə bağlı məsələnin aydınlaşdırılması üçün Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin mütəxəssisləri tərəfindən rəyin alınması qərara alınmışdır.

12. Azərbaycan Respublikasının Qida X3 Regional Bölməsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, X11 Bölməsinin əməkdaşları tərəfindən Yevlax rayonu, Yevlax şəhəri, ünvan 1 ünvanında fəaliyyət göstərən fiziki şəxs Cavabdeh məxsus çörək sexinə baxış həyata keçirilmişdir. Keçirilən baxış zamanı məlum olmuşdur ki, çörək bişirilməsi üçün əsas 4 (dörd) avadanlıqdan - qarışdırıcı, kündəkəsən, kündəvuran və sobadan istifadə edilir. Baxış zamanı yuxarıda qeyd olunan ünvanda fəaliyyət göstərən çörək sexində hər hansı üfunət iyi və yad qoxu aşkar edilməmişdir. Belə ki, çörək sexində istehsal sahəsində yerləşən sobanın üzərində və pəncərələrdə müvafiq qaydada mexaniki havalandırma sistemləri qurulmuşdur. Çörək sexindəki əsas soba qonşu divardan əks istiqamətdəki divarda yerləşdirilmişdir. Soba çalışarkən qonşuluqda yaşayan insanlara təsir edəcək hərarət müşahidə edilməmişdir. Çörək sexində tərəfimizdən sanitar-norma qaydalara riayət olunması, işçilərin tibbi qoruyucu vasitə olan maskadan, əlcəkdən və bonedən istifadə etməsi müəyyən edilmişdir. Əlavə olaraq, sexdə istifadə olunan taxta rəflərin, işçi masaların üzərinin gigiyenik səthə malik olması tərəfimizdən müəyyən edilmişdir. Həmçinin, onu da diqqətinizə çatdırmaq istərdik ki, çörək sexində yaranan səs-küy barədə rəy bildirilməsi Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətlərinə aid deyildir.

13. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 Xidməti Aran Regional X14 İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, əməkdaşlarımız tərəfindən sözügedən ünvana baxış keçirilmiş, mövcud vəziyyəti səciyyələndirən akt tərtib olunmuş və fotoşəkillər çəkilmişdir. Yevlax şəhəri, ünvan 1 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan 2 mərtəbəli fərdi yaşayış evinin 1-ci mərtəbəsində fəaliyyət göstərən çörək sexi ilə İddiaçı məxsus fərdi yaşayış evi arasında məsafə 0,75 metr olmaqla qarşılıqlı pəncərə oyuqlarının olduğu, layihə sənədlərinin yanğın təhlükəsizliyi baxımından X14 Xidməti ilə razılaşdırılmadığı, icbari qaydada sığortalanmadığı, odsöndürən balonlarla və yanğın xəbərverici siqnalizasiya qurğusu ilə təmin olunmadığı müəyyən olunmuşdur. Məlumat üçün bildiririk ki, yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsinə görə Yevlax şəhəri, ünvan 1 ünvanında yerləşən çörək bişirmə sexinin sahibi Cavabdeh xx.xx.2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və barəsində inzibati iş açılmışdır.

14. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, ilk növbədə bildiririk ki, hər hansı tikinti obyektinin ərazidə yerləşdirilməsi, tikinti zamanı normativ sənədlərlə müəyyən olunmuş ara məsafələrinin, o cümlədən sanitar- mühafizə zonaların saxlanılması, tikintiyə icazənin verilməsi müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plana uyğun olaraq həyata keçirilir. Belə plan olmadıqda, həmin məsələlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, habelə tikintiyə icazə verən orqan - yerli icra hakimiyyəti tərəfindən ərazinin planlaşdırılması sənədlərinə, o cümlədən təhlükəsizlik tələbləri nəzərə alınmaqla ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti işlərinin aparılmasının əsas şərtlərinə uyğun olaraq həll edilir. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyinin qarşısında qoyulan sualın cavablandırılması Agentliyin səlahiyyətlərində olmadığından, tikililərin arasındakı məsafələrə dair aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, bədbəxt hadisə baş verdikdə yanğınsöndürən maşınların və xilasedicilərin maneəsiz və sərbəst yaxınlaşması məsələsinə dair aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyinin X14 Xidmətinə müraciət olunmasını məqsədəuyğun hesab edirik.

15. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 Xidməti X18 Yanğın İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, əməkdaşlarımız tərəfindən sözügedən ünvana baxış keçirilmiş, mövcud vəziyyəti səciyyələndirən akt tərtib olunmuş və fotoşəkillər çəkilmişdir. Yevlax şəhəri, ünvan 1 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan iki mərtəbəli fərdi yaşayış evinin 1-ci mərtəbəsində fəaliyyət göstərən çörək sexi və inşaat materialları mağazası ilə İddiaçı məxsus fərdi yaşayış evi və qeyriyaşayış obyekti arasında məsafə 0,75 metr olduğu, 2.6-1 Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması Azərbaycan Dövlət Tikinti Normalarının yanğın əleyhinə tələblərinin pozulduğu müəyyən edilmişdir. Belə ki, normativ sənədin tələbinə uyğun olaraq yanğına qarşı məsafə 6 metrdən az olmamalıdır. Qeyd etmək vacibdir ki, sadalanan qeyri-yaşayış obyektlərinin tikinisi üçün tərtib olunmuş layihə sənədləri, həmçinin obyektin istismarı FHN-in X14 Xidməti razılaşdırılmamışdır. Məlumat üçün bildiririk ki, yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsinə görə Yevlax şəhəri, ünvan 1 ünvanında yerləşən çörək bişirmə sexinin sahibi Cavabdeh xx.xx.2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və barəsində inzibati iş açılmışdır.

16. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mübahisə predmeti olan çörək sexinin sakinlərin kompakt yaşadığı bir massivdə çörək sexi ilə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi arasında çox az məsafənin olması baxımından, gələcəkdə hər hansı bir fövqaladə vəziyyət yarandıqda, bədbəxt hadisənin qarşısını almağın mümkün olub-olmamasının aydınlaşdırılması üçün hazırkı iş üzrə Fövqəladə Hallar Nazirliyinin X12 mütəxəssisləri cəlb edilməklə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, çörək sexində işlənən qazın, ağır qoxuların, səs-küyün, tozun, bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirlərin müəyyən edilməsi ilə bağlı məsələnin aydınlaşdırılması üçün Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin mütəxəssisləri tərəfindən rəyin alınması qərara alınmışdır.

17. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli tarixli rəyinə əsasən, tədqiq olunan ünvanda baxış zamanı aparılan ölçü işləri nəticəsində cavabdehə məxsus tikili (çörək sexi) ilə iddiaçıya məxsus fərdi yaşayış evi arasındakı məsafənin 0.75-0.90 m təşkil etdiyi müəyyən olunmuşdur. Lakin, xx.xx.2023-cü il tarixli, 10/3072 nömrəli ekspert vəsatətində qeyd olunan materiallar Mərkəzə təqdim edilmədiyindən Cavabdeh məxsus çörək kombinatı ilə İddiaçı evinin arasında məsafə baxımdan fövqəladə vəziyyət yaranarsa bədbəxt hadisənin qarşısının alınmasının mümkün olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.

18. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir.

19. Şəki Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə Yevlax şəhərində yerləşən Cavabdeh məxsus çörək sexinin yerinin dəyişdirilməsi nəticəsində Azərbaycan Dövlət Tikinti Normalarının yanğın əleyhinə tələblərinin pozulub-pozulmamasının müəyyən edilməsi üçün tərəflərin və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X14 Xidməti Aran Regional X14 İdarəsinin mütəxəssislərinin iştirakları ilə yerli baxış keçirilmişdir.

20. Müəyyən edilmişdir ki, çörək sexi iddiaçının tələb etdiyi yerdən 0,75 m məsafəyə dəyişdirilərək obyektin daxilində digər hissəyə köçürülmüşdür. İddiaçıya məxsus tikili ilə cavabdehə məxsus tikili arasında qarşılıqlı pəncərə oyuqları bağlanmışdır.

21. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 Xidməti X18 Yanğın İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, baxış zamanı sözügedən obyektdə çörək sexinin yeri dəyişdirilərək obyektin daxilində digər hissəyə köçürülsə də obyektlə İddiaçı məxsus fərdi yaşayış evi və qeyri-yaşayış obyekti arasında məsafə 0,75 metr olduğu, 2.6-1 Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması Azərbaycan Dövlət Tikinti Normalarının yanğın əleyhinə tələblərinin pozulduğu müəyyən edilmişdir. Belə ki, normativ sənədin tələbinə uyğun olaraq yanğına qarşı məsafə 6 metrdən az olmamalıdır. Qeyd etmək vacibdir ki, sadalanan qeyri-yaşayış obyektlərinin tikinisi üçün tərtib olunmuş layihə sənədləri, həmçinin, obyektin istismarı Fövqəladə Hallar Nazirliyinin X14 Xidməti ilə razılaşdırılmamışdır.

Apellyasiya şikayətinin dəlilləri:

22. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Talib oğlu hazırkı iddianı qaldırarkən özünə aid olmayan səlahiyyət həddini aşmışdır. Şəxs iddiasında bildirir ki, çörəkxana qanuni əsaslarla fəaliyyət göstərmir. Bu barədə Fövqəlada Hallar Nazirliyinin razılığı olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeyd olunan çörək sexi rəsmi olaraq qeydiyyatdan keçməyib, çörək sexi qanunsuz fəaliyyət göstərir və bu şəxsin sağlamlığı və fəaliyyəti üçün təhlükə vardır. Məhkəmə qətnamə qəbul edərkən çıxarmış olduğu qətnamədə hesab etmişdir ki, iddiaçı cavabdehə məxsus çörəkbişirmə sexinin fəaliyyətinin dayandırılmasını və sökülməsini tələt etməklə haqlıdır. Çünki Mülki Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasından sökülə bilər. Məhkəmənin digər əsaslandığı hall xx.xx.2021-ci il tarixli ekspert rəyidir. Həmin rəydə qeyd olunur ki, binanın şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyeklərində dəyişiklikləri edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq İcra Hakimiyyəti orqanları ilə razılaşdırılması qaydalarının 4.1 və 4.2-ci bəndlərinin tələblərinə uyğun olmadığı qeyd edilir. O, qeyd edilən halları tamamilə rədd edir. Qeyd olunan əmlak yəni, Yevlax şəhəri, ünvan 2 ünvanında yerləşən 0,0402 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 2.36,07 kv.m olan fərdi yaşayış evi onun və digər qardaşlarının mülkiyyətindədir. Bundan başqa Yevlax Şəhər İcra Hakimiyyətinin başçısının 41 nömrəli xx.xx.2016-cı il tarixli sərəncamına əsasən onun mülkiyyətində olan 0,0402 ha torpaq sahəsinin 49,0 kv.m-də tikilmiş mövcud binada sanitariya qaydalarına və mühafizə haqqında müvafiq normativ hüquqi aktlara uyğun olaraq onun çörək sexi ilə bağlı sahibkarlıqla məşğul olmağına razılıq verilmişdir. O, Yevlax şəhərində ən keyfiyyətli çörəkbişirrnə sexlərindən birini işlədir. Əhalinin sanitariya və gigiyenaya uyğun qaydada çörək tələbatını ödəyir. Mülkiyyətində olan torpaq sahəsində olan çörək sexini rəsmi icazə və razılıq olmadan o necə işlədə bilər. Buraya epidemiya və sanitariya idarələrindən tutmuş bütün aidiyyatı müəssisələr əhali üçün xüsusi önəm daşıyan çörəyin tam və keyfiyyətlə əhaliyə satılmasına nəzarət edir. Bundan başqa çörək sexinə məhkəmə baxışı edilməsini, burada baş verən halların canlı olaraq görülməsini istəyir. O, heç bir halda qanunsuz fəaliyyət göstərmir. Ən azı Yevlax şəhərində yaşayan əhalinin 25 %-nin çörəyə olan etiyacını təmin edir. Bu böyük bir göstəricidir. Tam normal səviyyəli, gigiyena qaydalarına əməl edən bir sex kimi fəaliyyət göstərir. Onun qanunsuz fəaliyyət göstərməsilə bağlı nə sanitar gigiyena idarələri, nə Fövqəladə Hallar Nazirliyi, nə ərzağa nəzarət edən inzibati idarələr, nə də yerli İcra Hakimiyyəti bu məsələ ilə bağlı heç bir narahatçılıq yaradacaq qərarlar qəbul etməmişdir. Bu şəxsin hazırkı tələblə bağlı çıxış etməsi hesab edir ki, onun subyektiv hüququ deyildir. Bu tələblə çıxış etməkdə haqlı deyildir. Burada texniki avadanlıq elə qurulub ki, bu şəxsin sağlamlığına və həyatına təsir edə biləcək heç bir əsaslar mövcud deyildir. Yevlax Şəhər İcra Hakimiyyətinin başçısının 21 nömrəli xx.xx.2019-cu il tarixli sərəncamına əsasən Yevlax şəhəri, Füzuli küçəsi 66 ünvanında sahibkarlıq fəaliyyəti ilə istifadə olunmasına razılıq verilmişdir. Bu fakt rəsmi sərəncamla verilib. Bundan başqa onun tərəfindən Azərbaycan Respublikası Standartlaşdırma İnstitutu publik hüquqi şəxsin uyğunluğun Qiymətlərdimə Departamentinin əla növ buğda unundan bişirilmiş qəlipli çörəyin rəsmi setrifikatı alınmışdır. Eləcə də X14 Xidmətinin Aran Regional X15 İdarəsinin çörək sexi ilə bağlı tövsiyə qərarı rəsmi olaraq ona təqdim edilmişdir. Şahin çörək sexi sığorta obyekti olaraq Daşınmaz Əmlakın İcbari Sığortasında rəsmi qeydiyyatdan keçirilmişdir. Çörək sexinin enerjidən istifadə ilə bağlı qarşılıqlı müqaviləsi bağlanmışdır. Sex texniki şərtin tələblərinə müvafiq olaraq öz faəliyyətini həyata keçirmişdir. Maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı ilə əlaqədar 073283 saylı möhürlü lisenziya alınmışdır. Çörək sexinin qaz kəmərinin istismara qəbulu aktı qəbul edilmişdir. Çörək sexinin üzərində aparılan yoxlamaların vahid reyestrindən xx.xx.2021-ci ildə tərtib edilmiş rəsmi çıxarış əldə edilmişdir. Burada çörək sexinin fəaliyyət şəraiti yoxlanılmışdır. xx.xx.2016-cı il tarixində 41 saylı sərəncamla Yevlax şəhəri, ünvan 3 ünvanda yaşayan Cavabdeh mülkiyyətində olan torpaq sahəsində tikilmiş mövcud binada sahibkarlıqla məşğul olmasına razılıq verilməsi barədə İcra Hakimiyyətinin sərəncamı qəbul edilmişdir. Azərbaycan Respublikasının Qida X7 Məhsulları sahəsində X2 Dövlət reyestrinin ********** saylı, xx.xx.2019-cu il tarixli çıxarışı əldə edilmişdir. Burada sexin çörək istehsalı ilə bağlı tədbirləri qeyd edilmişdir. Bundan başqa Gigiyena və X1 Gigiyena və Epidemiologiya Mərkəzinin 25 nömrəli müqaviləsi ilə fəaliyyət göstərən çörək sexi daima GEM-in nəzarətində olmuşdur. Obyektin qanuni çıxarışı vardır. Müntəzəm olaraq bələdiyyə vergiləri və qaz, su, işıq vergiləri ödənilib. Qaz paylayıcısı və sənaye qaz qurğusundan istifadəsi ilə bağlı, qarşılıqlı rəsmi müqavilə imzalanıb. Əmlakın yanğından və digər əlavə risklərdən sığorta şəhadətnaməsi işlənib və qarşılıqlı qaydada imzalanıb. Bütün bunlar qanunvericliyin tələblərinə müvafiq olaraq aidiyyatı dövlət idarələri tərəfindən təsdiq edilib. Onlar qanuni əsaslarla fəaliyyət göstərərək heç kəsin maraqlarına toxunmamışlar. Müəssisənin, sexin bağlanılmasını, hansısa bir şəkildə fəaliyyətinin dayandırılmasını dövlət subyektləri edə bilər. Bu səbəbdən də tələbin qanunsuz, əsassız olduğunu nəzərə alaraq subyektiv hüquqi olmayan şəxsin əsassız iddiasının rədd edilməsini xahiş edir. Ona görə də Yevlax Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli 2(039)-71/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya şikayəti üzrə izahatlar:

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, çörək sexi əvvəl fəaliyyət göstərdiyi yerdən təxminən 0.75 m məsafəyə köçürülmüş, qarşılıqlı pəncərə oyuqları cavabdeh tərəfindən bağlanmış, hal-hazırda onların rahat yaşamalarına maneə törətmir. Lakin bina tikinti normalarına uyğun tikilmədiyindən bütövlükdə çörək sexinin yerləşdiyi binanın sökülməsini və ya mötəbərləşdirilməsini tələb edir. Ona görə apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 12 avqust 2021ci il tarixli, 2(039)-71/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(039)-71/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq:

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.2-ci maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. 389-cu maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2.-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. 176.1-ci maddəsinə əsasən, hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər

28. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 57.2. Tikinti obyekti sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməlidir. Maddə 57.4. Tikinti obyekti səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməlidir. Maddə 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir.

30. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir.

31. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı və cavabdeh Yevlax şəhəri Füzuli küçəsində qonşuluqda yaşayırlar. Cavabdehin özünə məxsus torpaq sahəsində fərdi yaşayış evi və mövcud şəhərsalma qaydalarına uyğun olmayan çörəkbişirmə sexi mövcuddur.

32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və verilmiş apellyasiya şikayətinin dəlillərini tərəflərin iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

33. Şəki Apellyasiya Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli qətnaməsini ləğv edərək yeni apellyasiya baxışına qaytaran Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, əvvəla, ekspert rəyi mövcud sexin özbaşına olaraq genişləndirilməsini təsdiq edir. Mübahisə həll edilərkən mövcud ölçüdə çörək sexinin fəaliyyət göstərməsi nəticəsində iddiaçının hüquqlarının pozulubpozulmaması araşdırılmalı idi. Bunun üçün məhkəməyə lazım gəlirdi ki, çörək sexinin sakinlərin kompakt yaşadığı bir massivdə fəaliyyət göstərməsinin qanunauyğun olubolmaması, çörək sexi ilə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi arasında çox az məsafənin olması baxımından, gələcəkdə hər hansı bir fövqaladə vəziyyət yarandıqda, bədbəxt hadisənin qarşısını almağın mümkün olub-olmaması, belə təhlükənin sığortalanıb-sığortalanmaması fonunda aydınlaşdırsın. Eyni zamanda çörək sexində işlənən qazın, ağır qoxuların, səs-küyün, tozun, bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirlərin müəyyən edilməsi üçün səlahiyyətli ekspertdən mütəxəssis rəyi alınsın. Hazırkı mübahisənin düzgün həll edilməsi üçün yuxarıda qeyd olunanlarla yanaşı aydınlaşdırılması zəruri olan suallara cavablar tapılmalıdır. O cümlədən, faktiki ölçüsü nəzərə alınmaqla çörək sexinin yaşayış məntəqələrinin kompakt yerləşdiyi ərazidə fəaliyyətinin mümkün olub-olmaması, tərəflərin evlərinin yaxın yerləşməsi nəzərə alınaraq (ekspert rəyinə görə bir metrdən az məsafədə yerləşir) sexin fəaliyyəti ilə bağlı yaranmış səs-küy, qoxunun iddiaçının, onun ailəsinin hüquqlarını pozub-pozmaması aydınlaşdırılmalıdır. Cavabdeh özü etiraf edib ki, (apellyasiya şikayətində) Yevlax şəhərində yaşayan əhalinin 25%-nin çörəyə olan eһtiyacını təmin edir. Deməli, həmin sex kifayət qədər istehsal gücünə malik obyekt kimi fəaliyyət göstərir. Ona görə belə obyektin yaşayış massivində fəaliyyətinin qanunauyğunluğu ilə bağlı kompleks mütəxəssis rəyinə (o cümlədən insanların təhlükəsizliyi ilə bağlı məsələnin aydınlaşdırılması üçün) zərurət yaranır.

34. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Yevlax şəhəri Məhəmməd ünvan 4 ünvanda yerləşən 0,0366 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 128,8 kvm olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Yevlax şəhəri ünvan 1 ünvanda yerləşən 0,0402 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 236,07 kvm olan fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh, X10, X8 və X9 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Yevlax şəhəri İcra Hakimiyyəti Başçının tərəfindən verilmiş 41 №-li, 18 aprel 2016cı il sərəncamdan görünür ki, Cavabdeh mülkiyyətində olan 0.0402 ha torpaq sahəsinin 49.0 kv.metrində tikilmiş mövcud binada sanitariya qaydalarına, təbiətin mühafizəsi haqqında müvafiq normativ hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə sahibkarlıqla məşğul olmasına razılıq verilmişdir. - “Məhkəmə tikinti-texniki ekspertizasının” 10/293 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Yevlax şəhəri ünvan 5 ünvanda aparılmış tikinti işlərinə dair icazə sənədi olduğu, lakin aparılmış tikinti işləri layihə sənədlərinə uyğun olmadığı üçün, həmin tikinti işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarının 4.Y və 4.2. bəndlərinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilmişdir. Həmin ekspert rəyinin təsviri hissəsində göstərilmişdir ki, "xxxx" MMC tərəfindən tərtib olunmuş və baş memar tərəfindən razılaşdırılmış layihədə çörək sexinin 2 otaqdan ibarət olmaqla, tikinti sahəsi 49,0 kv.m göstərilsə də, həmin çörəkbişirmə sexinin otaqları faktiki olaraq ümumi sahəsi 154,0 kv.m olmaqla layihəyə uyğun inşa olunmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. - Yevlax Şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 21 nömrəli Sərəncamına əsasən, Cavabdeh Kərəm oğlunun mülkiyyətində olan həyətyanı torpaq sahəsində təsərrüfat otağı kimi istifadə etdiyi tikilidən, layihə əsasında Fizuli küçəsinə tərəf qapı boşluğu açaraq sahibkarlıq obyekti kimi istifadə olunmasına razılıq verilmişdir. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli tarixli rəyinə əsasən, tədqiq olunan ünvanda baxış zamanı aparılan ölçü işləri nəticəsində cavabdehə məxsus tikili (çörək sexi) ilə iddiaçıya məxsus fərdi yaşayış evi arasındakı məsafənin 0.75-0.90 m təşkil etdiyi müəyyən olunmuşdur. Lakin, xx.xx.2023-cü il tarixli, 10/3072 nömrəli ekspert vəsatətində qeyd olunan materiallar Mərkəzə təqdim edilmədiyindən Cavabdeh məxsus çörək kombinatı ilə İddiaçı evinin arasında məsafə baxımdan fövqəladə vəziyyət yaranarsa bədbəxt hadisənin qarşısının alınmasının mümkün olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.

35. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının araşdırılması zamanı, tərəflərin və məhkəmə kollegiyasının iclasında verdikləri izahatlarla müəyyən edilmişdir ki, çörək sexi iddiaçının tələb etdiyi yerdən 0,75 m məsafəyə dəyişdirilərək obyektin daxilində digər hissəyə köçürülmüşdür.

36. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı cavabdehə məxsus çörəkbişirmə sexinin fəaliyyətinin dayandırılmasını və sökülməsini tələb etməkdə haqlıdır. Çünki Mülki Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən gəldiyi nəticə ilə razılaşmır.

38. Belə ki, məhkəmə kollegiyası Şəki Apellyasiya Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli qətnaməsini ləğv edərək yeni apellyasiya baxışına qaytaran Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında göstərilənləri nəzərə alaraq mübahisə predmeti olan çörək sexinin sakinlərin kompakt yaşadığı bir massivdə çörək sexi ilə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi arasında çox az məsafənin olması baxımından, gələcəkdə hər hansı bir fövqaladə vəziyyət yarandıqda, bədbəxt hadisənin qarşısını almağın mümkün olub-olmamasının aydınlaşdırılması üçün, eyni zamada çörək sexində işlənən qazın, ağır qoxuların, səs-küyün, tozun, bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirlərin müəyyən edilməsi ilə bağlı məsələlərin aydınlaşdırılması üçün müvafiq orqanları cəlb etməklə mütəxəssis və ekspert rəylərinin alınması barədə qərardad qəbul etmişdir.

39. Azərbaycan Respublikasının Qida X3 Regional Bölməsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, X11 Bölməsinin əməkdaşları tərəfindən Yevlax rayonu, Yevlax şəhəri, ünvan 1 ünvanında fəaliyyət göstərən fiziki şəxs Cavabdeh məxsus çörək sexinə baxış həyata keçirilmişdir. Keçirilən baxış zamanı məlum olmuşdur ki, çörək bişirilməsi üçün əsas 4 (dörd) avadanlıqdan - qarışdırıcı, kündəkəsən, kündəvuran və sobadan istifadə edilir. Baxış zamanı yuxarıda qeyd olunan ünvanda fəaliyyət göstərən çörək sexində hər hansı üfunət iyi və yad qoxu aşkar edilməmişdir. Belə ki, çörək sexində istehsal sahəsində yerləşən sobanın üzərində və pəncərələrdə müvafiq qaydada mexaniki havalandırma sistemləri qurulmuşdur. Çörək sexindəki əsas soba qonşu divardan əks istiqamətdəki divarda yerləşdirilmişdir. Soba çalışarkən qonşuluqda yaşayan insanlara təsir edəcək hərarət müşahidə edilməmişdir. Çörək sexində tərəfimizdən sanitar-norma qaydalara riayət olunması, işçilərin tibbi qoruyucu vasitə olan maskadan, əlcəkdən və bonedən istifadə etməsi müəyyən edilmişdir. Əlavə olaraq, sexdə istifadə olunan taxta rəflərin, işçi masaların üzərinin gigiyenik səthə malik olması tərəfimizdən müəyyən edilmişdir. Həmçinin, onu da diqqətinizə çatdırmaq istərdik ki, çörək sexində yaranan səs-küy barədə rəy bildirilməsi Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətlərinə aid deyildir.

40. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyinə əsasən, tədqiq olunan ünvanda baxış zamanı aparılan ölçü işləri nəticəsində cavabdehə məxsus tikili (çörək sexi) ilə iddiaçıya məxsus fərdi yaşayış evi arasındakı məsafənin 0.75-0.90 m təşkil etdiyi müəyyən olunmuşdur. Lakin, xx.xx.2023-cü il tarixli, 10/3072 nömrəli ekspert vəsatətində qeyd olunan materiallar Mərkəzə təqdim edilmədiyindən Cavabdeh məxsus çörək kombinatı ilə İddiaçı evinin arasında məsafə baxımdan fövqəladə vəziyyət yaranarsa bədbəxt hadisənin qarşısının alınmasının mümkün olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bununla bağlı məhkəmə kollegiyasının sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, ilk növbədə bildiririk ki, hər hansı tikinti obyektinin ərazidə yerləşdirilməsi, tikinti zamanı normativ sənədlərlə müəyyən olunmuş ara məsafələrinin, o cümlədən sanitar- mühafizə zonaların saxlanılması, tikintiyə icazənin verilməsi müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plana uyğun olaraq həyata keçirilir. Belə plan olmadıqda, həmin məsələlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, habelə tikintiyə icazə verən orqan - yerli icra hakimiyyəti tərəfindən ərazinin planlaşdırılması sənədlərinə, o cümlədən təhlükəsizlik tələbləri nəzərə alınmaqla ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti işlərinin aparılmasının əsas şərtlərinə uyğun olaraq həll edilir. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyinin qarşısında qoyulan sualın cavablandırılması Agentliyin səlahiyyətlərində olmadığından, tikililərin arasındakı məsafələrə dair aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, bədbəxt hadisə baş verdikdə yanğınsöndürən maşınların və xilasedicilərin maneəsiz və sərbəst yaxınlaşması məsələsinə dair aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyinin X14 Xidmətinə müraciət olunmasını məqsədəuyğun hesab edirik.

41. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixdə Yevlax Şəhər İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinin X14 Xidmətinə sorğu edilmiş və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 Xidməti X18 Yanğın İdarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubuna əsasən, əməkdaşlarımız tərəfindən sözügedən ünvana baxış keçirilmiş, mövcud vəziyyəti səciyyələndirən akt tərtib olunmuş və fotoşəkillər çəkilmişdir. Yevlax şəhəri, ünvan 1 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan iki mərtəbəli fərdi yaşayış evinin 1-ci mərtəbəsində fəaliyyət göstərən çörək sexi və inşaat materialları mağazası ilə İddiaçı məxsus fərdi yaşayış evi və qeyriyaşayış obyekti arasında məsafə 0,75 metr olduğu, 2.6-1 Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması Azərbaycan Dövlət Tikinti Normalarının yanğın əleyhinə tələblərinin pozulduğu müəyyən edilmişdir. Belə ki, normativ sənədin tələbinə uyğun olaraq yanğına qarşı məsafə 6 metrdən az olmamalıdır. Qeyd etmək vacibdir ki, sadalanan qeyri-yaşayış obyektlərinin tikinisi üçün tərtib olunmuş layihə sənədləri, həmçinin obyektin istismarı FHN-in X14 Xidməti razılaşdırılmamışdır. Məlumat üçün bildiririk ki, yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsinə görə Yevlax şəhəri, ünvan 1 ünvanında yerləşən çörək bişirmə sexinin sahibi Cavabdeh xx.xx.2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və barəsində inzibati iş açılmışdır. Yevlax Şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubuna əlavə edilmiş Yevlax Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli 21 nömrəli Sərəncamına əsasən, Cavabdeh Kərəm oğlunun mülkiyyətində olan həyətyanı torpaq sahəsində təsərrüfat otağı kimi istifadə etdiyi tikilidən, layihə əsasında Fizuli küçəsinə tərəf qapı boşluğu açaraq sahibkarlıq obyekti kimi istifadə olunmasına razılıq verilmişdir.

42. Şəki Apellyasiya Məhkəməsi tərəfindən apellyasiya şikayətinə baxılaraq obyektiv qərar qəbul edilməsi baxımından xx.xx.2023-cü il tarixdə Yevlax şəhərində yerləşən Cavabdeh məxsus çörək sexinin yerinin dəyişdirilməsi nəticəsində Azərbaycan Dövlət Tikinti Normalarının yanğın əleyhinə tələblərinin pozulub-pozulmamasının müəyyən edilməsi üçün tərəflərin və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X14 Xidməti Aran Regional X14 İdarəsinin mütəxəssislərinin iştirakları ilə yerli baxış keçirilmişdir.

43. Baxış zamanı müəyyən edilmişdir ki, çörək sexi iddiaçının tələb etdiyi yerdən 0,75 m məsafəyə dəyişdirilərək obyektin daxilində digər hissəyə köçürülmüşdür. İddiaçıya məxsus tikili ilə cavabdehə məxsus tikili arasında qarşılıqlı pəncərə oyuqları bağlanmışdır. Cavabdehə məxsus olan həmin tikili bir neçə hissəyə bölünmüş və hər bir hissəsi fərqli satış fəaliyyət növü ilə məşğuldur.

44. Eyni zamanda məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı da verdiyi izahatında sözügedən obyektdə çörək sexinin yerinin dəyişdirilərək obyektin daxilində digər hissəyə köçürüldüyünü təsdiq etməklə hal-hazırda onların rahat yaşamalarına maneə törətmədiyini və mənfi təsiri olmadığını bildirmişdir. İddiaçıya məxsus tikili ilə cavabdehə məxsus tikili arasında qarşılıqlı pəncərə oyuqları bağlanmışdır. Lakin iddiaçı verdiyi izahatında cavabdehə məxsus olan çörək sexinin yerləşdiyi bina tikinti normalarına uyğun tikilmədiyindən binanın bütövlükdə sökülməsini və ya mötəbərləşdirilməsini xahiş etdiyini bildirmişdir.

45. Çörək sexinin layihəyə uyğun inşa olunmaması və iddiaçının həmin sexin yerləşdiyi binanın tamamilə sökülməsi ilə bağlı tələbinə dair məhkəmə kollegiyası qeyd edir ki, həmin məsələ müvafiq dövlət orqanları tərəfindən mübahisələndirilə bilər, həmin iddia hazırkı mübahisənin predmeti olmadığından MPM-in 218.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə iddia ərizəsindən kənara çıxa bilməz.

46. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqlarını həmin tikili deyil, tikilidən iddiaçının fərdi yaşayış evinə bitişik binanın bir hissəsində çörək sexi kimi istifadə olunması, yəni tikilidən istifadə üzrə fəaliyyəti pozur. Ona görə də, iddiaçının qonşuluq hüququndan istifadə etməklə cavabdehə çörək sexindən istifadə etməsini qadağan etmək hüququ olmuşdur. Çünki əgər cavabdeh həmin çörək sexindən çörək bişirmək üçün istifadə etməsə həmin tikili iddiaçının hüquqlarını pozmayacaq və tikilinin sökülməsi zərurəti aradan qalxacaqdır. Bu hüququ təsbit edən Mülki Məcəllənin 171.1-ci maddəsində, təsirə məruz qalan qonşunun müdafiə üsulu kimi təsirin qadağan edilməsidir və iddia tələbi də bu məzmuna uyğun olmalıdır. Bu baxımdan da sözügedən obyektdə çörək sexinin yeri dəyişdirilərək obyektin daxilində digər hissəyə köçürülmüşdür.

47. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən çörək sexinin yeri dəyişdirildikdən sonra onun fəaliyyəti Yevlax şəhəri, ünvan 1 ünvanında yerləşən yaşayış evində yaşayan iddiaçının və ailə üzvlərinin rahat yaşamalarına maneə törətmədiyindən, qonşuluqdakı evlərə hər hansı mənfi təsiri olmadığından, həmçinin, iddiaçının maraqlarına zidd olmadığından, iddia tələbi təmin edilə bilməz.

48. Məhkəmə kollegiyаsı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarındakı göstərişlərə əsasən iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Yevlax Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli 2(039)71/2021 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı qanunsuz fəaliyyət göstərən çörək sexinin fəaliyyətinin dayandırılması və həmin sexin sökülməsinə dair iddiası rədd edilməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 10/293 nömrəli və xx.xx.2023-cü tarixli 10/3072 nömrəli ekspertiza tədqiqatının dəyərini təşkil edən cəmi 150 (bir yüz əlli) manat ekspertiza xərci Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN:**********, X4, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürülməlidir.

49. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli 2(039)-71/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı qanunsuz fəaliyyət göstərən çörək sexinin fəaliyyətinin dayadırılması və həmin sexin sökülməsinə dair iddia tələbi rədd edilsin. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 10/293 nömrəli və xx.xx.2023-cü tarixli 10/3072 nömrəli ekspertiza tədqiqatının dəyərini təşkil edən cəmi 150 (bir yüz əlli) manat ekspertiza xərci Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN:**********, X4, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar