Məhkəmə qərarları › İş №2(107)-613/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-613/2021

02.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-613/2021 02.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov İmanverdi Həşimxan oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, maraqlı şəxs X17 və onun vəkili X3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı Qax şəhəri, İ.Nəsimi küçəsində yerləşən 0.729 kv.m həyətyanı sahədən onlara düşən payın naturada bölünüb verilməsi tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 16 iyul 2019-ci il tаrixli 2(024)-327/2019 nömrəli qətnaməsindən maraqlı şəxs X17 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Qax Rayon Məhkəməsinin 16 iyul 2019-ci il tаrixli 2(024)-327/2019 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya RX ******* saylı Çıxarışa əsasən 0.669 ha həyətyanı torpaq sahəsindən mütəxəssis rəyinə və rəyə əlavə edilmiş sxemə uyğun olaraq İddiaçı1 payı 1/5 hissə, İddiaçı2 payı 1/5 hissənin və İddiaçı3 payı 1/5 hissənin müəyyən edilməklə naturada ayrılaraq iddiaçılara verilməsi qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Qax şəhəri, İ.Nəsimi küçəsində yerləşən 0.729 kv.m həyətyanı sahədən ona düşən İddiaçı1 düşən 1/5 hissə, İddiaçı2 düşən 1/5 hissə və İddiaçı3 düşən 1/5 hissə payın müəyyən edilərək naturada bölünüb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasının yeri və vaxtı barədə tərəflərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq məlumat verilmiş, iddiaçı və iddiaçılar İddiaçı2 və İddiaçı3 etibarnamə üzrə nümayənədsi İddiaçı1 gəlmiş, Cavabdeh oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinini üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Birinci instansiya məhkəməsi işə iddiaçı və iddiaçılar İddiaçı2 və İddiaçı3 etibarnamə üzrə nümayəndəsi İddiaçı1 iştirakı ilə və Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1 iddianı müdafiə etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1 izahat verərək göstərmişdir ki, digər iddiaçılar onun ailə üzvləridir. X2 08.10.2014-cü il tarixdə vəfat etmişdir. X1 adına Qax şəhəri İ.Nəsimi küçəsində yerləşən 0729.kv/m həyətyanı sahə orada yerləşən 1 mərtəbəli 3 otaqlı ümumi 112 kv.m olan yaşayış sahəsi 76 kv.m olan divarı çay daşı, üstü kirəmitdən ibarət fərdi yaşayış evi və həmçinin həyətdə 1-mərtəbəli evə bitişik yarım tikili otaq 27 kv/m ev-36 kv/m altıaçıq miras qalmışdır. O və ailə üzvləri İddiaçı2 və İddiaçı3 islahat vaxtı həmin evdə yaşadıqları üçün onlara da həyətyanı torpaq sahəsi verilmişdir. Buna dair RX ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış vardır. Həmin torpaq sahəsi ümumibirgə mülkiyyətdədir. Onlar özlərinə düşən payların ayrılaraq özlərinə verilməsini istəyirlər. Ona görə də məhkəməyə müraciət etməli olmuşlar. Odur ki, göstərdiklərini nəzərə alarq məhkəmədən Qax şəhəri, İ.Nəsimi küçəsində yerləşən 0.729 kv.m həyətyanı sahədən ona düşən İddiaçı1 düşən 1/5 hissə, İddiaçı2 düşən 1/5 hissə və İddiaçı3 düşən 1/5 hissə payın müəyyən edilərək naturada bölünüb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn maraqlı şəxs X17 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Maraqlı şəxs X17 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Qax Rayon Məhkəməsinin 16 iyul 2019-cu il tarixli, 2(024)-327/2019 saylı qətnaməsini qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını gün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Belə ki, hazırkı iddia tələbinə dair işə artıq bir dəfə baxılmış və həmin tələb üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Lakin həmin iddia tələbinə 01 oktyabr 2018-ci il tarixdə hazırkı iddia tələbinə baxan Qax Rayon Məhkəməsinin hakimi X19 tərəfindən baxılmışdır. Belə ki, Qax Rayon Məhkəməsinin (hakim Malik Qarayev) 01 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X7 cavabdehlər İddiaçı1, X14, Cavabdeh və X10 qarşı X2ndan miras qalmış əmlak üzərində mülkiyyət hüququnun tanınmasına dair ilkin iddiası qismən, İddiaçı1, Cavabdeh, X20 və İddiaçı3 rğlunun X11 qarşı X5 miras lalmış Qax şəhəri İ.Nəsimi küçəsində yerləşən 729.33 kv.m həyətyanı sahədən onlara düşən payın naturada bölünüb verilməsi ilə bağlı qarşıllıqlı iddiası da qismən təmin edilmişdir. Həmin qətnaməyə əsasən, mərhum İddiaçı1 Mustafa oğlundan miras qalmış amlak üzərində iddiaçı Afərdə Muxtarovanın mülkiyyət hüqüqunun tanınması və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* saylı nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri xidmətindən çıxarışa əsasən X9 məxsus olmuş Qax şəhəri, İ.Nəsimi içəsində 729.33 kv.m həyətyanı sahə üzərində 1 mərtəbəli, 3 otaqlı ümumi sahəsi 112 İrv.m, yaşayış sahəsi 76 kv.m olan, X6 yaşadığı və ona .əsiyyət olunan otağın qabaqdakı eyvanı naturada düz xətt boyunca kəsib ayırmaqla yeni giriş qapısının açılması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən D669 ha həyətyanı torpaq sahəsindən mərhum Muxtar Muxtarovun payından miras qalmış 1/5 hissədən İddiaçı1 payı 1/5 hissə, Cavabdeh payı 1/5 hissə müəyyən edilməklə naturada ayrılaraq onlara verilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX ******* nömrəli hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.669 ha həyətyanı torpaq sahəsindən İddiaçı1 payı 3/5 hissə, X15 payı 3/5 hissə və İddiaçı3 payı 3/5 hissə müəyyən edilməklə, ekspert rəyində göstərilən qaydada naturada ayrılaraq onlara verilməsi, qarşılıqlı iddianın qalan hissəsinin rədd edilməsi, iş üzrə 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh və İddiaçı1 müştərək qaydada tutularaq aşağıdakı hesaba ödənilməsi, (Büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP(XİİS) hesabı, adı-X13, kodu 210005, VÖEN **********, Müxbir hesab-Az41NABZ**********00003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN **********, Hesab- AZ34CTRE********************) qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh X14 zərəfindən verilmiş apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin (sədrlik edən Ə.Məcidov, məruzəçi hakim İ.Quliyev və M.Əsədlidən ibarət tərkibdə) 19 aprel 2019-cu il tarixli 2(107)-644/2019 saylı qətnaməsi ilə cavabdeh X14 şərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Qax Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsi, iddiaçı X7 tələbinin qismən təmin edilməsi, X7 cavabdehlər İddiaçı1, X14, Cavabdeh və X10 qarşı etaları X5 miras qalmış əmlakındakı payı miras qoyanın 11 oktyabr 2010-cu il tarixli vəsiyyətnaməsi üzrə ünvan 2 ünvanda yerləşən yaşayış evinin günbatan tərəfində ki, 1 (bir) otağı, X5 miras əmləkın vəsiyətnamədən kənar hissəsinin, o cümlədən həyətyanı torpaq sahəsində ümumi birgə mülkiyyətdə olan payının 2/1 hissəsi həddində müəyyən edilməsi, iddia tələbinin qalan hissəsinin əsassız olduğundan rədd edilməsi, İddiaçı1, Cavabdeh, X20 və İddiaçı3 ığlunun qarşılıqlı iddia ərizəsi əsassız olduğundan rədd edilməsi, apellyasiya şikayətinin qalan hissəsinin əsassız olduğundan təmin edilməməsi, tərəflərin ödədiyi dövlət rüsumunun özlərinə aid edilməsi, iş üzrə ekispertiza xərci olan 100 (yüz) manat pul Cavabdeh, İddiaçı1 və X24 üzından müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına (Büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP(XİİS) hesabı, adı-X13, kodu 210005, VÖEN **********, Müxbir hesablı NA3Z**********00003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi- VÖEN **********, Hesab-AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 19 aprel 2019-cu il tarixli 2(107)-644/2019 saylı qətnaməsindən kassasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Qax Rayon Məhkəməsinə hazırkı iddia ərizəsi ilə müraciət edərək Qax şəhəri, İ.Nəsimi küçəsində yerləşən 0.729 kv.m həyətyanı sahədən ona düşən İddiaçı1 düşən 1/5 hissə, İddiaçı2 düşən 1/5 hissə və İddiaçı3 düşən 1/5 hissə payın müəyyən edilərək naturada bölünüb verilməsi barədə çıxarılmasını xahiş etmişlər. Lakin qeyd edildiyi kimi həmin iddia tələbinə bundan əvvəl apellyasiya instansiya nəhkəməsində baxılmış və məhkəmə tərəfindən həmin tələbin əsassız olması qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi öz gəldiyi nəticəni qətnamədə əsaslandırarkən qeyd etmişdir ki, Qarşılıqlı iddia ərizəsində iddiaçılar miras qoyandan çalmış həyətyanı torpaq sahəsindəki payından olara düşən hissənin ayrılmasını xahiş etmələrinə baxmayaraq birinci instansiya məhkəməsi səhfə yol verərək tələbdən kənara axaraq qarşılıqlı iddia üzrə iddiaçıların həmin torpaq sahəsində ümumi birgə mülkiyyətdə oian paylarını naturada bölməyə çalışmış, ancaq orda da adi hesab səhfinə yol verərək üç cəfərin hər birinə ayrıayrılıqda 5/3 hissə pay müəyyənləşdirmişdir. Halbuki, işdəki ekspertiza rəyində üç həfərin hər birinə ayrılıqda deyil, ümumiyyətlə torpaq sahəsində 5/3 hissənin naturada bölünməsinin mümkün olması variantı müəyyən edilmişdir. Bundan əlavə, qətnamənin təsviri hissəsində cavabdehlərin mirası qəbul etmədikləri qeyd edilməsinə baxmayaraq nəticə hissəsində mirasqoyandan qalmış torpaq payından 5/1 hissə İddiaçı1, 5/1 hissəni isə Cavabdeh verilmişdir. Halbuki, həmin cavabdehlərin mirası qəbul etmələri ilə bağlı işdə heç bir sübut yoxdur. Ona görə də məhkəmə qarşılıqlı iddianın həmin hissəsini təmin etməkdə haqlı olmamışdır. Ümumiyyətlə qarşılıqlı iddianın təmin edilməsi ücün heç bir əsas olmadığından rədd edilməlidir. Belə ki, vərəsələrdən Afərdə və Pərvanə Muxtarovalardan başqa digər vərəsələrin mirası qəbul etmələri ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişlər. Lakin həmin iddia tələbinə daha əvvəl baxan və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin tələbin əsassız olduğunu bilən Qax Rayon Məhkəməsinin hakimi Malik Qarayev yenidən həmin tələbə təkrarən baxaraq iddianı qismən təmin etmiş və kobud prosessual pozuntuya yol vermişdir. Lakin birinci instansiya məhkəməsi iş üzrə icraata xitam vermək əvəzinə işə mahiyyəti üzrə baxaraq iddia ərizəsini qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iş materialllarında mövcud Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssi rəyi və rəyə əlavə edilmiş bölgü sxeminə əsaslanaraq Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********03-10301 reyestr nömrəli Çıxarışa əsasən 0.0669 ha həyətyanı torpaq sahəsinin İddiaçı1 1/5, İddiaçı2 1/5 və İddiaçı3 payına düşən 1/5 hissə müəyyən edilməklə naturada ayrılaraq verilməsinin mümkün olması qənaətinə gəlmişdir. Halbuki, birinci instansiya məhkəməsi də qətnaməsində qeyd etmişdir ki, həmin torpaq sahəsi 5 nəfər şəxsin ümumi birgə mülkiyyətindədir. Əgər torpaq sahəsi paylı yox ümumi birgə mülkiyyətdədirsə ilk öncə payların müəyyən etməmişdən payın ayrılaraq verilməsi necə mümkün ola bilər. Şəki Apellyasiya Məhkəməsinin 19 aprel 2019-cu il tarixli 2(107)-644/2019 saylı qətnaməsi ilə həyətyanı torpaq sahəsinin atasına məxsus ümumi birgə mülkiyyətində olan payının 2/1 hissəsi həddində onun mülkiyyət hüququ müəyyən edilmişdir. Necə ola bilər ki, iddia tələbində ayrılaraq verilməsi nəzərdə tutulan torpaq sahəsinin mülkiyyətçisi olduğu halda məhkəmə onu cavabdeh qismində işə cəlb etməsin və məhkəmə iclasında iştirakını təmin etməsin. Qətnamədə qeyd edilmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş RX ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında 0.669 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 110.5 kv.m olan ev X8 tam, həmin evin yerləşdiyi 0.669 ha həyətyanı torpaq sahəsi X18, İddiaçı1, İddiaçı2, İddiaçı3 və X4 ümumi birgə mülkiyyətindədir. Lakin işə baxan birinci instansiya məhkəməsinin hakimi həmin fərdi yaşayış evinin və atam X9 məxsus torpaq sahəsinin 1/2 hissəsinin mənim mülkiyyətimə tanınmasından xəbərdardır. Belə olan halda necə ola bilər ki, mən həmin işə cavabdeh kimi cəlb edilməyə bilərəm. Buradan da açıq aydın görünür ki, işə baxan birinci instansiya məhkəməsi bilərəkdən işə məni cəlb etməmiş və qanunsuz və əsassız olaraq işə baxmışdır. Belə ki, birinci instansiya məhkəməsi bilirdi ki, mən işə qoşulan kimi artıq bu işə bir dəfə baxıldığını bildirəcəm və məhkəmə məcbur qalaraq iş üzrə icraata xitam verəcəkdir. Buradan da aydın şəkildə görünür ki, birinci instansiya məhkəməsinin hazırkı sətnamənin qəbul edilməsində marağı olub. Həmçinin artıq göründüyü kimi ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin 5 mülkiyyətçisi var və həmin torpaq sahəsinindən 3 nəfərə düşən 1/5 hissəsinin ayrılaraq verilməsi texniki cəhətdən mümkün deyil. Belə ki, 0.0669 ha torpaq sahəsinin 1/5 hissəsi 133 kv.m edir. Belə xirda torpaq sahəsinin naturada ayrılması torpaqların təyinatına ziddir. Qeyd edilməlidir ki, torpaq sahəsinin naturada bölgüsü zamanı mütləq şəkildə (üsusi biliyə malik şəxsin yəni ekspertin dəvət edilməsi və ekspertizanın təyin edilməsi zəruridir. Lakin işə baxan birinci instansiya məhkəməsi müvafiq ekspertiza təyin etmədən sadəcə mütəxəssis rəyinə əsaslanaraq iddia tələbini qismən təmin etmişdir. Halbuki, ekspertiza təyin edilsəydi həmin torpaq sahəsinin naturada bölünə bilinməməsi ekspert rəyi ilə təsdiq edilərdi. Buradan da aydın şəkildə görünür ki, məhkmə işin faktiki hallarını araşdırmamış, iddiaçının təqdim etdiyi saxta sənədlər əsasında qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Ona görə də, Qax Rayon Məhkəməsinin 16 iyul 2019-ci il tаrixli 2(024)-327/2019 nömrəli qətnaməsi iddia tələbinin qismən təmin edilən hissəsində ləğv edilərək iddianın tam təmin edilməməsi barədə qətnamə, kobud prosessual pozuntuya yol vermiş hakim X16 barəsində isə xüsusi qərardad qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs X17 və onun vəkili X12 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclаsının vаxtı və yeri bаrədə lаzımi qаydаdа məlumаtlаndırılmış iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyаsı Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirаkı olmаdаn bаxılmаsını mümkün hesаb etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, maraqlı şəxs X17 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin 16 iyul 2019-ci il tаrixli 2(024)- 327/2019 nömrəli qətnaməsi mübahisələndirilən-Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya RX ******* saylı Çıxarışa əsasən 0.669 ha həyətyanı torpaq sahəsindən mütəxəssis rəyinə və rəyə əlavə edilmiş sxemə uyğun olaraq İddiaçı1 payının 1/5 hissə, İddiaçı2 payının 1/5 hissə və İddiaçı3 payının 1/5 hissə müəyyən edilməklə naturada ayrılaraq iddiaçılara verilməsi hissəsində dəyişdirilmədən sаxlаnılmalıdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyi və rəyə əlavə edilmiş bölgü sxemindən görünür ki, müvafiq əraziyə naturada baxış keçirilmiş, ərazidə torpaq istifadəçilərinin və onların istifadə etdiyi torpaq sahəsi dəqiqləşdirilmiş və koordinatları götürülmüşdür. Əldə etdikləri məlumat əsasında kameral işlər aparılaraq 21.04.2017-ci il tarixində **********08-10301 reyestr nömrəli Çıxarışa əsasən texniki pasportda göstərilən torpaq sahəsinin ölçüləri faktiki vəziyyətinə uyğundur. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki ərazi İdarəsi tərəfindən verilmiş **********08-10301 reyestr nömrəli Çıxarışa əsasən 0.0669 ha həyətyanı torpaq sahəsinin İddiaçı1 1/5, İddiaçı2 1/5 və İddiaçı3 payına düşən 1/5 hissə payının müəyyən edilərək iddiaçılara verilməsi mümkündür. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş RX ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında 0.669 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 110.5 kv.m, olan ev X8 tam, həmin evin yerləşdiyi 0.669 ha həyətyanı torpaq sahəsi X18, İddiaçı1, İddiaçı2, İddiaçı3 və X4 ümumibirgə mülkiyyətindədir. İşdə olan reyestr nömrəsi **********08-10301, inventar nömrəsi 3006 olan fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi sənəd üzrə 0.0729 ha göstərilsə də, faktiki sahə 0.0669 ha təşkil edir. İşdə olan Qax rayon Qeydiyyat şöbəsinin verdiyi 24 may 2019-cu il tarixli № 05/76- 267/69 saylı arayışdan görünür ki, X18 05.10.2014-cü il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 08 oktyabr 2014-cü il tarixdə 86 № ilə qeydiyyat aparılmışdır. İşdə olan Qax rayon Qeydiyyat şöbəsinin verdiyi V ЖГ-291599 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə İddiaçı2 nikahları 29.10.1989-cu ildə bağlanmışdır. İşdə olan Qax RİHB-nın şəhər İƏD-nin verdiyi 06.05.2019-cu il tarixli, 1184 saylı arayışdan görünür ki, İddiaçı1 Muxtar oğlu Qax şəhəri, İ.Nəsimi küçəsi, ev 3-də qeydiyyatdadır və onun ailə tərkibi onun özündən və İddiaçı2 və İddiaçı3 Adil oğlundan ibarətdir. İşdə olan 06.05.2019-cu il tarixli, № N ********* saylı qəbzdən görünür ki, iddiaçılar məhkəmədə iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 178.1, 213.1, 223.3 və 223.4-cü maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə və həmin konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş RX ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında 0.669 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 110.5 kv.m, olan ev X8 tam, həmin evin yerləşdiyi 0.669 ha həyətyanı torpaq sahəsi X18, İddiaçı1, İddiaçı2, İddiaçı3 və X4 ümumibirgə mülkiyyətinə verilmişdir. İddiaçılar həmin torpaq sahəsindən onların hər birinə düşən payın 1/5 hissə müəyyən edilərək naturada ayrılaraq özlərinə verilməsini xahiş etmişlər. Məhkəmə hesab etmişdir ki, hazırki iddia tələbinin düzgün həlli və qanuni qərar qəbul edilməsi üçün X8, İddiaçı1, X15, İddiaçı3 X4 birgə mülkiyyətində olan torpaq sahəsindən iddiaçılara düşən payın naturada ölçülərək iddiaçılara verilməsinin mümkün olub-olmamasının müəyyən edilməsi üçün xüsusi biliklərdən istifadə edilməsi zəruri olduğundan iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin etmiş və tədqiqatın aparılması üçün mübahisəli torpaq sahəsinə ekspert tərəfindən tərəflərin iştirakı ilə baxış keçirilmiş və ölçü işləri aparılmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində müvafiq əraziyə naturada baxış keçirildiyi, ərazidə torpaq istifadəçilərinin və onların istifadə etdiyi torpaq sahəsi dəqiqləşdirildiyi və koordinatları götürüldüyü, əldə etdilən məlumat əsasında kameral işlər aparılaraq 21.04.2017-ci il tarixində **********08-10301 reyestr nömrəli Çıxarışa əsasən texniki pasportda göstərilən torpaq sahəsinin ölçülərinin faktiki vəziyyətinə uyğun olması, Azərbaycan Respublikası ƏMDk yanında DƏDRX-nin 12 saylı Şəki ərazi İdarəsi tərəfindən verilmiş **********08-10301 reyestr nömrəli Çıxarışa əsasən 0.0669 ha həyətyanı torpaq sahəsinin İddiaçı1 1/5, İddiaçı2 1/5 və İddiaçı3 payına düşən 1/5 hissə payının müəyyən edilərək iddiaçılara verilməsinin mümkün olduğu göstərilmişdir. Məhkəmə qeyd edir ki, həmin torpaq sahəsi sənəddə 729.33 kv.m göstərilsə də, faktiki 0.669 ha təşkil edir. Qeyd olunan əsaslara görə birinci instansiya məhkəməsi qərara gəlmişdir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya RX ******* saylı Çıxarışa əsasən 0.669 ha həyətyanı torpaq sahəsindən mütəxəssis rəyinə və rəyə əlavə edilmiş sxemə uyğun olaraq İddiaçı1 payı 1/5 hissə, İddiaçı2 payı 1/5 hissə və İddiaçı3 payı 1/5 hissə müəyyən edilməklə naturada ayrılaraq iddiaçılara verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsаslаr olmаdığındаn maraqlı şəxs X17 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin 16 iyul 2019-ci il tаrixli 2(024)-327/2019 nömrəli qətnaməsi mübahisələndirilən-Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya RX ******* saylı Çıxarışa əsasən 0.669 ha həyətyanı torpaq sahəsindən mütəxəssis rəyinə və rəyə əlavə edilmiş sxemə uyğun olaraq İddiaçı1 payının 1/5 hissə, İddiaçı2 payının 1/5 hissə və İddiaçı3 payının 1/5 hissə müəyyən edilməklə naturada ayrılaraq iddiaçılara verilməsi hissəsində dəyişdirilmədən sаxlаnılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Maraqlı şəxs X17 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin 16 iyul 2019-ci il tаrixli 2(024)-327/2019 nömrəli qətnaməsi mübahisələndirilən-Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya RX ******* saylı Çıxarışa əsasən 0.669 ha həyətyanı torpaq sahəsindən mütəxəssis rəyinə və rəyə əlavə edilmiş sxemə uyğun olaraq İddiaçı1 payının 1/5 hissə, İddiaçı2 payının 1/5 hissə və İddiaçı3 payının 1/5 hissə müəyyən edilməklə naturada ayrılaraq iddiaçılara verilməsi hissəsində dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: İmanverdi Şükürov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar