Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-616/2022 17.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunun hüquqi varisi X38 Xidmət Mərkəzində Notariat Ofisinə və X16 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X17, iddiaçılar İddiaçı1 və İddiaçı2, 3-cü şəxs X5 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunun hüquqi varisi X38 Xidmət Mərkəzində Notariat Ofisinə və X16 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(075)-8/2022 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 vəkili Vəkil2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları:
1. Torpağa mülkiyyət hüququna dair JN 201, KOD 40401027 nömrəli dövlət aktından görünür ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 59 nömrəli qərarına əsasən İddiaçı1, İddiaçı2, X12, X11, X18, X13 və X19 cizgidə göstərilən sərhədlər daxilində 17,37 hektar torpaq sahəsi ayrılmışdır. Dövlət aktı 12 aprel 1999-cu il tarixdə verilməklə qeydiyyat kitabında 8388 nömrə ilə qeydiyyata alınmışdır.
2. 05 aprel 2005-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı1 və ailə üzvləri Şəki rayonu Torpaq Şöbəsinin 12 aprel 1999-cu il tarixli, 8388 saylı dövlət aktına əsasən 17,37 hektar torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağşlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi X3 etibar etmişlər. Həmin etibarnamə Əziz, Solmaz, Qüdrət, Kənan və Fərəhin adından imzalanmışdır.
3. İddiaçı1, İddiaçı2, X23, X20, X25, X24 və X14 adından X6 ilə Cavabdeh2 arasında 13 aprel 2005-ci il tarixdə bağlanmış, Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı1, İddiaçı2, X23, X20, X25, X24 və X26 17,37 hektar torpaq sahəsini Cavabdeh2 satmışlar.
4. Məhkəmə xətşünaslıq ekspertizasının 09 dekabr 2021-ci il tarixli, 4/1445 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, İddiaçı1 və ailə üzvləri adından olan 05.04.2004-cü il tarixli etibarnamənin kserosurətində “İmza:” qrafasında “4” rəqəminin qarşısında “kənan” sözü- X25 tərəfindən icra olunmuşdur.
5. Ekspertizaya təqdim olunmuş, İddiaçı1 və ailə üzvləri adından olan 05.04.2004-cü il tarixli etibarnamənin kserosurətində “İmza:” qrafasında “5” rəqəminin qarşısında “fərəh” sözü-X27 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
6. Ekspertizaya təqdim olunmuş, İddiaçı1 və ailə üzvləri adından olan 05.04.2004-cü il tarixli etibarnamənin kserosurətində “İmza:” qrafasında “3” rəqəminin qarşısında “qüdrət” sözünün və imzanın X23 tərəfindən icra olunubolunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır.
7. Espertizaya təqdim olunmuş, İddiaçı1 və ailə üzvləri adından olan 05.04.2004-cü il tarixli etibarnamənin kserosurətində “İmza:” qrafasında “4” rəqəminin qarşısındakı imza tədqiqi hissənin 4-cü bəndində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən həmin imzanın X25 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmaması haqqında rəy vermək mümkün deyildir.
8. Ekspertizaya təqdim olunmuş, İddiaçı1 və ailə üzvləri adından olan 05.04.2004cü il tarixli etibarnamənin kserosurətində “İmza:” qrafasında “4” rəqəminin qarşısındakı “Kənan” sözündə-X25 tərəfindən qəsdən dəyişdirilməklə icra olunması faktı müəyyən edilməmişdir.
9. Nəticənin 2-4-cü bəndində göstərilən yazıların və imzaların konkret icraçıları müəyyən edilmədiyindən qərarın ekspert qarşısında qoyulmuş qəsdən dəyişdirilməklə icra edilibedilməməsi sualları üzrə tədqiqat aparılmamışdır. Ekspertiza tədqiqatının dəyəri 127 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunun hüquqi varisi X38 Xidmət Mərkəzində Notariat Ofisinə və Dəmirçi (Əziz) Qafar Aydın oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X6 ilə Cavabdeh2 arasında bağlanmış 13 aprel 2005-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, aqrar islahat zamanı ona və ailə üzvlərinə Şəki rayonu Turan qəsəbəsi ərazisində 17,37 hektar torpaq sahəsi ayrılmışdır. O, 2006-cı ildə aqrar islahat zamanı onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsini satmaq qərarına gəlmişdir. Belə olub arvadı Solmazın və uşaqlarının razılığı ilə mülkiyyətlərində olan, Şəki rayonu Turan qəsəbəsində yerləşən 17,37 hektar torpaq sahəsini hər hektarını 200 manat olmaqla X1. Bundan 2-3 il sonra Qorxmaz ona zəng vurub torpağı kiməsə başqa bir şəxsə də satdığını bildirmişdir. Lakin o, digər bir şəxsə torpaq sahəsini satmadığını demişdir. Sonradan araşdırma apardığında həqiqətən də ailə üzvləri ilə mülkiyyətlərində olan torpaq sahəsinin X2 adına verilmiş etibarnamə əsasında 13 aprel 2005-ci il tarixdə Cavabdeh2 satılmasını bilmişdir. 05 aprel 2005-ci il tarixli etibarnamədəki birinci imza ona, ikinci imza arvadı Solmaza aid olsa da digər imzalar övladlarına aid deyildir. Yəni Şəki rayonu 2 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 05 aprel 2005-ci il tarixli etibarnamədəki Qüdrətin, Kənanın və Fərəhin adından çəkilmiş imzalar başqa şəxslər tərəfindən icra edilmişdir. Həmin etibarnamə verilən vaxt Qüdrət və Kənan Şəki şəhərində deyil, digər ünvanda yaşamışlar. Onların və ailə üzvlərinin birgə mülkiyyətlərində olan torpaq sahəsinin Cavabdeh2 satılması kimi bir niyyətləri olmamış, həmin torpaq sahəsinin qeyri-qanuni yolla Cavabdeh2 adına rəsmiləşdirilmişdir.
12. Şəki Rayon Məhkəməsinin (hakim E.Mehdiyev ) 18 yanvar 2022-ci il tarixli, 2(075)- 8/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçılar İddiaçı1 və İddiaçı2 özlərinə aid edilməsi, 127 manat ekspertiza xərcinin iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********,X8 KOD 210005 VÖEN **********,Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əqdlərin əsas əlamətlərindən biri də müəyyən hüquqi nəticələrin əldə edilməsinə yönəlmiş iradə ifadəsidir. Bir nəticənin əldə edilməsi üçün müəyyən bir iradənin olması yetərli olmayıb, bu iradənin ifadə edilməsi vacibdir. Qanunvericiliyə əsasən əqdin bağlanmış hesab edilə bilməsi üçün açıq və gizli, yazılı və şifahi iradə ifadələri tələb oluna bilər. Daşınmaz əmlakın özgəninkiləşdirilməsi üçün isə qanunvericilik yazılı müqavilənin bağlanmasını şərtləndirməklə bu cür müqavilələrin bağlana bilməsi üçün müqavilə tərəflərinin açıq və yazılı şəkildə öz iradələrini ifadə etməsini məcburi etmişdir. İş materiallarından da görünür ki, hazırki iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 Şəki rayonu Torpaq Şöbəsinin 12 aprel 1999-cu il tarixli, 8388 saylı dövlət aktına əsasən özlərinin və ailə üzvlərinin mülkiyyətlərində olmuş 17,37 hektar torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi X3 etibar etmişlər. Həmin etibarnamədəki imzaların məhz özləri tərəfindən icra edilməsi iddiaçılar İddiaçı1 və İddiaçı2 özlərinin izahatları ilə təsdiq edilmişdir. İddiaçıların adlarından əmlakın özgəninkiləşdirilməsinə dair səllahiyyət verdikləri etibarnamə əsasında isə onların mülkiyyətində olan torpaq sahəsi X6 tərəfindən Cavabdeh2 satılmışdır. 17,37 hektar torpaq sahəsinin İddiaçı1 və İddiaçı2 aid hissəsinin verdikləri etibarnamə əsasında X6 tərəfindən Cavabdeh2 satılmasında qanunvericiliyin tələbləri pozulmamışdır.
14. Bu səbəbdən də iddiaçılar İddiaçı1 və Heydərova X4 Həmid Əliheydər oğlu ilə X28 arasında bağlanmış 13 aprel 2005-ci il tarixli alqı-satqı müqaviləsinin 17,37 hektar torpaq sahəsinin özlərinə aid hissəsinin Cavabdeh2 satılmasını tələb etməkdə haqlı deyildirlər. Üçüncü şəxslər X23, X20, X25, X24 və X7 rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 59 nömrəli qərarına əsasən 17,37 hektar torpaq sahəsinin iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə yanaşı eyni hüquqa malik mülkiyyətçiləri olmalarına baxmayaraq həmin torpaq sahəsinin özlərinin paylarına düşən hissəsinin etibarsızlığı ilə bağlı üçüncü şəxslər tərəfindən məhkəməyə heç bir iddia tələbi təqdim edilməmiş, onların adlarından çıxış edə bilmələri üçün isə iddiaçılar tərəfindən məhkəməyə heç bir etibarnamə təqdim edilməmişdir.
15. Bu səbəbdən də Şəki Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli 2(075)- 18/2022 saylı qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 13 aprel 2005-ci il tarixli alqısatqı müqaviləsinin 17,37 hektar torpaq sahəsinin X23, Heydərova (Amanullayeva) Xatirə Əziz qızı, X25, Heydərova (Nağıyeva) Fərəh Əziz qızı və X19 aid hissələrdə Cavabdeh2 satılmasına dair hissəsinin etibarsız hesab edilməsinə dair iddiaları baxılmamış saxlanılmışdır. Şəki Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli 2(075)-18/2022 saylı qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən iddia ərizəsinin verilməsi üçün artıq ödənilmiş 20,40 manat dövlət rüsumunun dövlət büdcəsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 geri qaytarılması qərara alınmışdır.
16. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X38 Xidmət Mərkəzində Notariat Ofisinə və X16 qarşı X6 ilə X28 arasında bağlanmış 13 aprel 2005-ci il tarixli alqı-satqı müqaviləsinin 17,37 hektar torpaq sahəsinin İddiaçı1 və İddiaçı2 aid hissədə Cavabdeh2 satılmasına dair hissəsinin etibarsız hesab edilməsinə dair iddiaları təmin edilməməlidir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 329.2, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 362.1, 389.1, 390.1, 567 və 646.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
18. Qətnamədən narazı qalan iddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 tərəfindən apellyаsiyа şikаyətləri verilmişdir.
19. İddiaçı tərəf apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi hazırki nəticəyə gələrkən nəzərə almamışdır ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 59 nömrəli qərarına əsasən İddiaçı1, İddiaçı2, HeydərovQüdrət Əziz oğluna, X11, X18, X13 və X19 cizgidə göstərilən sərhədlər daxilində ayrılmış 17,37 hektar torpaq sahəsi onların ümumi birgə mülkiyyətlərində olmuş, hər birinin ayrı-ayrılıqda payları müəyyən edilməmişdir. Nə qədər ki, mübahisələndirilən torpaq sahəsi hazırki iş üzrə iddiaçıların və onların ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. Həmin torpaq sahəsinin özgəninkiləşdirilməsi üçün bütün mülkiyətçilərin razılığı alınmalı idi. Qeyd edilənlərə əsasən Şəki Rayon Məhkəməsinin 2(075)-18/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunun hüquqi varisi X38 Xidmət Mərkəzində Notariat Ofisinə və X16 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 və onun vəkili Vəkil1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallardan biri və ən əsası iddiaçların irəli sürdüyü tələbi əsaslandıran halların araşdırılması idi. Birinci instansiya məhkəməsi hazırki iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edərək iddiaçılar tərəfindən mübahisələndirilən alqı-satqı müqaviləsinin bağlanmasına əsas olmuş etibarnamədəki imzaların iddiaçıların uşaqları tərəfindən icra edilib-edilməməsi məsələsini araşdırmış, imzaların iddiaçıların uşaqlarına aid olmadığını müəyyən etdikdən sonra isə iddiaçıların iddia tələblərinin uşaqlarına münasibətdə alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsini baxılmamış saxlamışdır. Bu vəziyyətdə belə bir sual ortaya çıxır: Birinci instansiya məhkəməsi ilk baxışda hazırki iş üzrə iddiaçıların övladlarının məhkəmədə hər-hansı bir iddia tələblərinin olmadığını gördüyü halda, iddiaçıların isə müvafiq etibarnamədə özlərinin adları qarşısında edilmiş imzaların özləri tərəfindən edilməsini bildirdikləri vəziyyətdə hansı zərurətdən məhkəmə xəttşünaslıq ekspertizasə keçirirdi? Birinci instansiya məhkəməsi X10 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi məhkəmə iclaslarına cəlb etsə də, onun göstərdikləri xüsusatları nəzərə almamış, məhkəmə iclasında onun bildirdiklərinə qiymət verməmişdir. Məhkəmənin iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər aşağıdakılardan ibarətdir: İlk növbədə birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Şəki rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 59 nömrəli qərarın aəsasən İddiaçı1, İddiaçı2, X12, X11, X18, X13 və X19 cizgidə göstərilən sərhədlər daxilində ayrılmış 17,37 hektar torpaq sahəsi onların ümumi birgə mülkiyyətlərində olmuş, hər birinin ayrı-ayrılıqda payları müəyyən edilməmişdir.
21. Qeyd edilənlərə əsasən Şəki Rayon Məhkəməsinin 2(075)-18/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Şəki rayonu 2 saylı Dövlət Notariat Kontorunun hüquqi varisi X38 Xidmət Mərkəzində Notariat Ofisinə və X16 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 22.Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə tam və obyektiv araşdırma aparmamışdır. Belə ki, 2005-2014-cü illərdə qəsəbə bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. Həmin torpağı da 2005-ci ildə Qorxmaz Əliyevə satmışdır. Bir dəfə maşını ilə evə gedərkən, əvvəllər tanımadığı şəxslərlə qarşılaşmış və həmin şəxslər iş görmək üçün ona torpaq aktının lazım olduğunu bildirmişdir. Torpaq Aktının nə məqsədlə lazım olduğunu soruşduqda, həmin adamlar kəndə sərmayə yatıracaqlarını bildirmişlər. Həmin adamların yanında bir nəfər, əvvəllər sovxoz direktoru olmuş şəxs də var idi. O da bələdiyyə sədri kimi qəsəbə üçün xeyirli olacağını fikirləşib onlara torpaq aktınının surətini təqdim etmiş, elə maşının içində o və arvadı Solmaz sənədi imzalamışlar. Fikirləşmişdir ki, əgər həmin adamlar alqı-satqı etmək istəsələr, sənədin əsli olmadan edə bilməzlər. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.
24. Məhkəmə iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək, onun heç bir sənədləşmədən xəbəri olmadığını bildirmiş və sonda apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
25. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 da apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o həqiqətən də 2005-ci il tarixdə iddiaçı ilə alqı-satqı müqaviləsi bağlayaraq mübahisəli torpaq sahəsini almışdır. Lakin az müddət keçəndən sonra bilmişdir ki, torpaq başqa şəxsə satılıb. Ona görə də torpaqdan istifadə edə bilməyib. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.
26. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər.
27. Cavabdeh1 notariusu məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.
28. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 567 və 650-ci maddələri ümumən alqı-satqı müqaviləsinin, o cümlədən də rəsmi reyestrdə qeydə alınan daşınmaz əmlakın alqı-satqısına dair əqdin məzmunun nələri ehtiva etməli olduğunu müəyyən edərək təsbit edir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur (MM-nin 325.1-ci maddəsi). 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (MM-nin 390.1-ci maddəsi). 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-nin 404.2-ci maddəsi). 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 338-ci maddəsi həmin Məcəllə ilə müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqdin etibarsızlığını nəzərdə tutur. Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə görə isə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdin etibarsız sayılmasını tələb edə bilər. Bu tələb əqdin aldatma olmadan bağlana biləcəyinin aşkar olduğu hallarda irəli sürülür. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdin etibarsız sayılmasını tələb edə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin etibarsız sayılması üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdin etibarsız sayılmasını tələb edə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdin etibarsız sayılmasını və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya şikayətindən görünür ki, apellyatorlar Şəki Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(075)-8/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
32. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(075)-8/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Belə ki, məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları və iş materiallarının bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, Şəki rayon AİK-nın 18 noyabr 1998-ci il tarixli, 59 nömrəli qərarına əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2, üçüncü şəxslər X12, X11, X18, X13 və X19 cizgidə göstərilən sərhədlər daxilində 17,37 hektar torpaq sahəsi ayrılmışdır. Dövlət aktı 12 aprel 1999-cu il tarixdə verilməklə qeydiyyat kitabında 8388 nömrə ilə qeydiyyata alınmışdır.
35. İddiaçılar İddiaçı1 və İddiaçı2 05 aprel 2005-ci il tarixli etibarnamədəki imzaların onların özləri tərəfindən icra edilməsinə baxmayaraq etibarnamədəki digər imzaların onların övladları tərəfindən icra edilmədiyini, onların və ailə üzvlərinin birgə mülkiyuyətlərində olan torpaq sahəsinin Cavabdeh2 satılması kimi bir niyyətlərinin olmadığını, həmin torpaq sahəsinin qeyri-qanuni yolla Cavabdeh2 adına rəsmiləşdirildiyini əsas gətirərək X6 ilə Cavabdeh2 arasında bağlanmış 13 aprel 2005-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
36. İş materiallarına əlavə edilmiş 05 aprel 2005-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı1 və ailə üzvləri Şəki rayonu Torpaq Şöbəsinin 12 aprel 1999-cu il tarixli, 8388 saylı dövlət aktına əsasən 17,37 hektar torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağşlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi X3 etibar etmişlər. Həmin etibarnamə Əziz, Solmaz, Qüdrət, Kənan və Fərəhin adından imzalanmışdır.
37. İşin faktiki hallarından görünür ki, İddiaçı1 və ailə üzvləri adından Şəki rayonu Torpaq Şöbəsinin 12 aprel 1999-cu il tarixli, 8388 saylı dövlət aktına əsasən 17,37 hektar torpaq sahəsi üzərində sərəncam verilməsinə dair X3 verilmiş 05 aprel 2005-ci il tarixli etibarnamə əsasında, X6 ilə Cavabdeh2 arasında imzalanmış 13 aprel 2005-ci il tarixli alqı-satqı müqaviləsi ilə İddiaçı1, İddiaçı2, X23, X20, X25, X24 və X19 məxsus 17,37 hektar torpaq sahəsi Cavabdeh2 satılmışdır
38. Məhkəmə kollegiyası hazırki iş üzrə özünün mövqeyini mülki qanunvericiliyin əqdlər institutu ilə bağlı yanaşmasına uyğun hesab edir.
39. Birinci, əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Əqddə iradə və iradəni ifadə etmənin vəhdətinin pozulması isə əqd üzrə tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi ilə nəticələnməklə, bu əqd kimi həyata keçirilən hərəkətlər əqd üzrə tərəflər üçün hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilməz. Başqa sözlə əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur.
40. İkinci, nəzərə alınmalıdır ki, alqı-satqı müqaviləsi qarşılıqlı xarakterli əqddir. Hər iki tərəfdə qarşılıqlı subyektiv hüquq və vəzifələrin olması bu müqavilənin zəruri şərtlərindən biridir. Belə ki, alıcının təklif olunan əşyanın verilməsini tələb etmək hüququna satıcının həmin əşyanı vermək vəzifəsi, satıcının verdiyi əşyanın haqqını tələb etmək hüququna alıcının əşyanın dəyərini ödəmək vəzifəsi qarşılıqlı şərtləndirilmişdir.
41. Hazırki iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 Şəki rayonu Torpaq Şöbəsinin 12 aprel 1999-cu il tarixli, 8388 saylı dövlət aktına əsasən özlərinin və ailə üzvlərinin mülkiyyətlərində olmuş 17,37 hektar torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi X3 etibar etmişlər. Həmin etibarnamədəki imzaların məhz özləri tərəfindən icra edilməsi iddiaçıların özünün izahatı ilə təsdiq edilmişdir. İddiaçıların, adlarından əmlakın özgəninkiləşdirilməsinə dair səllahiyyət verdikləri etibarnamə əsasında isə onların mülkiyyətində olan torpaq sahəsi Həmid Mikayılov tərəfindən Cavabdeh2 satılmışdır. Sonradan isə digər bir şəxsə satılmışdır.
42. Göründüyü kimi 17,37 hektar torpaq sahəsinin verilmiş etibarnamə əsasında X6 tərəfindən Cavabdeh2 satılmasında qanunvericiliyin tələblərinin pozulması iş materialları ilə öz təsdiqini tapmır.
43. Kollegiya iş üzrə 3-cü şəxs Qorxamz Əliyev tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini də əsaslı hesab etmir.
44. Belə ki, iş materiallarının təhlili nəticəsində müəyyən edildi ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 iddiaçılarla alqı-satqı müqaviləsi imzalayaraq 17,37 hektar torpaq sahəsi almışdır. Torpağı alandan sonra həmin torpaq sahəsindən bir il müddətində istifadə etsə də, sonradan torpaq sahəsindən istifadədə maneələrlə qarşılaşmışdır. Belə ki, dəqiqləşdirmə apardıqda iddiaçılar tərəfindən ona satılmış torpaq sahəsinin 13 aprel 2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında digər bir şəxsə də satılmasını bilmişdir. O, bu məsələni iddiaçıların diqqətinə çatdırdıqda İddiaçı1 torpaq sahəsinin ondan başqa digər şəxsə satılmadığını demişdir.
45. Digər tərəfdən, apellyasiya şikayətləri üzrə araşdırmanı davam etdirən kollegiya həmçinin qeyd edir ki, iddiaçı tərəfindən əqdin mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş müddət də ötürülmüşdür.
46. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar mübahisəli əmlaklarla bağlı alqı-satqı müqaviləsinin bağlanmasından təxminən 16 il sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulan bir illik kəsici müddəti də ötürmüşdür.
47. Qeyd olunan maddənin mənasına görə, həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.
48. Məhkəmə kollegiyası qeyd edir ki, “kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqinə dair ərizə verməsi tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur.
49. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, qeyd olunan maddədə nəzərdə tutulan müddət həqiqətən iddia müddəti deyil, kəsici müddət olduğundan artıq iddiaçı həmin hüququnu itirmişdir. Çünki iddia müddətindən fərqli olaraq kəsiçi müddətlər bərpa olunmur. Bərpa olunmaq, kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Bu müddət yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur.
50. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur.
51. Kollegiyanın qənaətinə görə iddiaçının sonradan bu iddia ilə məhkəməyə müraciət etməsi əmlakı vicdanlı əldə edən cavabdehlərin hesabına kompensasiya edilə bilməz.
52. Çünki əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsi ilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin biri-birinə olan inamının azalmasına da gətirib çıxarır.
53. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(075)-8/2022 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2(075)-8/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti (elektron kabinet və vəkil vasitəsilə) verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov
.