Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-616/2023 31.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Əbülfəz oğluna, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı fərdi yaşayış evindəki və torpaq sahəsindəki payların naturada ayrılması və torpaq sahəsindən küçəyə çıxış yolunun açılması tələbinə tələbinə dair mülk iş üzrə (Açar sözlər: payların naturada ayrılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, Cavabdeh1 Əbülfəz oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Əbülfəz oğluna, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı fərdi yaşayış evindəki və torpaq sahəsindəki payların naturada ayrılması və torpaq sahəsindən küçəyə çıxış yolunun açılması tələbinə tələbinə dair mülk iş üzrə Göyçay Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(046)-29/2023 nömrəli qətnaməsindən Cavabdeh1 Əbülfəz oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. ünvan 1 ünvanda iddiaçılarla cavabdehlərin ümumi paylı mülkiyyətində ümumi sahəsi 181,2 kvm olan fərdi yaşayış evi və 0,05256 ha torpaq sahəsi var. ünvan 1 ünvanda yerləşən 0.05256 ha torpaq sahəsinin, 181.2 kv.m daşınmaz əmlakın fərdi yaşayış evinin ¼ hissəsi və torpaq hissəsinin ¼ hissəsi İddiaçı1, fərdi yaşayış evinin ¼ hissəsi və torpaq hissəsinin ¼ hissəsi Cavabdeh2, fərdi yaşayış evinin ¼ hissəsi və torpaq hissəsinin ¼ hissəsi Cavabdeh1, fərdi yaşayış evinin 1/8 hissəsi və torpaq hissəsinin 1/8 hissəsi İddiaçı2, fərdi yaşayış evinin 1/16 hissəsi və torpaq hissəsinin 1/16 hissəsi Cavabdeh3 və fərdi yaşayış evinin 1/16 hissəsi və torpaq hissəsinin 1/16 hissəsi Cavabdeh4 xüsusi mülkiyyəti kimi xx.xx.2018-ci il tarixli ******* nömrəli Çıxarışla Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmışdır. İddiaçılar mülkiyyətlərində olan daşınmaz əmlakın bölünərək üzərində mülkiyyət hüququnun qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişlər.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiаçı İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və torpaq hissəsinin İddiaçı1 mülkiyyətində olan 1 /4 hissəsi və İddiaçı2 mülkiyyətində olan 1/8 hissəsinin naturada ayrılması və iddiaçıların mülkiyyətində olan torpaq sahəsindən Göyçay şəhəri Qantəmir küçəsinə çıxış yolu açılması bаrədə qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir.
3. İddiаçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi (Vəkili) Nümayəndə iddianı müdafiə edərək göstərmişdir ki, ünvan 1 ünvanda iddiaçılarla cavabdehlərin ümumi paylı mülkiyyətində ümumi sahəsi 181,2 kvm olan fərdi yaşayış evi və 0,05256 ha torpaq sahəsi var. Fərdi yaşayış evinin və torpaq sahəsinin ¼ hissəsi İddiaçı1, 1/8 hissəsi isə İddiaçı2 xüsusi mülkiyyətindədir. İddiaçılar mülkiyyətlərində olan daşınmaz əmlakın bölünərək üzərində mülkiyyət hüququnun qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişlər. Cavabdehlər iddiaçıların mülkiyyətində olan hissənin naturada ayrılıb küçəyə ayrı çıxış yolunun açılmasına şifahi razılıq versələr də naturada bölgüdən sonra mütəxəssis tərəfindən tərtib edilmiş bölgü planının notariat ofisində imzalanması zamanı Cavabdeh1 Əbülfəz oğlu bölgü planını imzalamadığı üçün iddiaçıların müraciəti DƏDRX tərəfindən təmin edilməmişdir. Ona görə də, iddiaçılar mülkiyyətlərində olan daşınmaz əmlakın naturada ayrılmasını, torpaq sahəsindən küçəyə çıxış yolunun açılmasını istəyirlər. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir.
4. Cavabdeh2 məhkəmə baxışında ərizə ilə məhkəməyə müraciət edərək iddianı qəbul etdiyi, ekspert tərəfindən tərtib edilmiş sxemə uyğun olaraq mülkiyyətində olan fərdi yaşayış evindən və torpaq sahəsindən ¼ hissə ona düşən payından evin 4,25 kvm hissəsinin İddiaçı1 payı kimi bölünməsinə və mülkiyyətinə verilməsinə etirazı olmadığını bildirmişdir.
5. Cavabdeh1 Əbülfəz oğlu iddianı qəbul etməyərək rədd edilməsini xahiş etmişdir.
6. Cavabdeh3 iddianı qəbul etmiş, qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən 0.05256 ha torpaq sahəsinin, 181.2 kv.m daşınmaz əmlakın fərdi yaşayış evinin ¼ hissəsi və torpaq hissəsinin ¼ hissəsi İddiaçı1, fərdi yaşayış evinin ¼ hissəsi və torpaq hissəsinin ¼ hissəsi Cavabdeh2, fərdi yaşayış evinin ¼ hissəsi və torpaq hissəsinin ¼ hissəsi Cavabdeh1, fərdi yaşayış evinin 1/8 hissəsi və torpaq hissəsinin 1/8 hissəsi İddiaçı2, fərdi yaşayış evinin 1/16 hissəsi və torpaq hissəsinin 1/16 hissəsi Cavabdeh3 və fərdi yaşayış evinin 1/16 hissəsi və torpaq hissəsinin 1/16 hissəsi Cavabdeh4 xüsusi mülkiyyəti kimi xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmışdır. Paylı mülkiyyətdə olan fərdi yaşayış evi və torpaq sahəsi faktiki olaraq tərəflər arasında təcrid mənzillər şəkilində bölünmüş vəziyyətdə olmaqla hər iki torpaq sahəsindən Göyçay şəhəri Qantəmir küçəsinə ayrıca şəkildə gedişgəliş yolu açılmışdır. Lakin iddiaçılar mülkiyyətlərində olan daşınmaz əmlakın bölünərək üzərində mülkiyyət hüququnun qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmələrinə baxmayaraq cavabdehlər iddiaçıların mülkiyyətində olan hissənin naturada ayrılıb küçəyə ayrı çıxış yolunun açılmasına şifahi razılıq versələr də naturada bölgüdən sonra mütəxəssis tərəfindən tərtib edilmiş bölgü planının notarial qaydada imzalanması zamanı Cavabdeh1 Əbülfəz oğlu bölgü planını imzalamadığı üçün iddiaçıların müraciəti DƏDRX tərəfindən təmin edilməmişdir.
8. Göründüyü kimi iddiaçıların mülkiyyətdən istifadə hüquqları Cavabdeh1 Əbülfəz oğlunun əmlakın real bölgüsünə razılıq vermədiyi nəticəsində pozulmuş, iddiaçılar mülkiyyətlərində olan əmlakdan sərbəst istifadə hüquqularını həyata keçirə bilmirlər.
9. Mütəxəssis tərəfindən naturada ölçü zamanı iddiaçılar mülkiyyətlərində olan paydan artıq 4,25 kvm yaşayış sahəsindən istifadə etdikləri, torpaq sahəsində payları 0,019725 ha olduğu halda faktiki istifadələrində 0,01767 ha torpaq sahəsinin olduğu müəyyən olunmuşdur. İddiaçıların torpaq sahəsinin əskik olması ilə bağlı heç bir etirazlarının olmamasını və Cavabdeh2 ekspert tərəfindən tərtib edilmiş sxemə uyğun olaraq mülkiyyətində olan fərdi yaşayış evinin ¼ hissə payından 4,25 kvm sahənin İddiaçı1 payı kimi bölünməsinə və mülkiyyətinə verilməsinə etirazı olmamasını nəzərə alan məhkəmə iddiaçıların daşınmaz əmlakdakı paylarının işə əlavə edilmiş sxemə uyğun naturada ayrılmasını və küçəyə çıxış yolu açılmasını məqsədə müvafiq hesab edir.
10. Göyçay Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(046)-29/2023 nömrəli qətnaməsi ilə (hakim İbrаhim Fəttаhоv) iddia təmin olunmuş, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və torpaq hissəsinin İddiaçı1 mülkiyyətində olan ¼ hissəsi və İddiaçı2 mülkiyyətində olan 1/8 hissəsi işə əlavə edilmiş sxemə uyğun olaraq naturada ayrılsın. İddiaçıların mülkiyyətində olan torpaq sahəsindən Göyçay şəhəri Qantəmir küçəsinə çıxış yolunun açılması qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 220-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
12. İşdə olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 0.05256 ha torpaq sahəsinin, 181.2 kv.m daşınmaz əmlakın fərdi yaşayış evinin ¼ hissəsi və torpaq hissəsinin ¼ hissəsi İddiaçı1, fərdi yaşayış evinin ¼ hissəsi və torpaq hissəsinin ¼ hissəsi Cavabdeh2, fərdi yaşayış evinin ¼ hissəsi və torpaq hissəsinin ¼ hissəsi Cavabdeh1, fərdi yaşayış evinin 1/8 hissəsi və torpaq hissəsinin 1/8 hissəsi İddiaçı2, fərdi yaşayış evinin 16/1 hissəsi və torpaq hissəsinin 16/1 hissəsi Cavabdeh3 və fərdi yaşayış evinin 16/1 hissəsi və torpaq hissəsinin 16/1 hissəsi Cavabdeh4 xüsusi mülkiyyəti kimi xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
13. İşdə olan Tikinti-texniki ekspertizasının xx.xx.2021-ci il tarixli 10/3078 nömrəli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin tərəflərin paylarına uyğun şəkildə təcrid mənzillər şəklində iki hissəyə natura qaydasında (ayrılması) bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Qeyd olunur ki, tədqiq olunan yaşayış evi və torpaq sahəsi faktiki olaraq tərəflər arasında təcrid mənzillər şəkilində bölünmüş vəziyyətdə olmaqla və hər iki torpaq sahəsindən Göyçay şəhəri Qantəmir küçəsinə ayrıca şəkildə gediş-gəliş yolunun açıldığı müəyyən edilmişdir.
14. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisi tərəfindən hazırlanmış və 02 dekabr 2022-ci il tarixli **********25 saylı məktubla məhkəməyə göndərilmiş sxemlərdən görünür ki, İddiaçı1 mülkiyyətlərində olan paydan artıq 4,25 kvm yaşayış sahəsindən istifadə edir. İddiaçı1 torpaq sahəsində payları 0,019725 ha olduğu halda faktiki istifadələrində 0,01767 ha torpaq sahəsi var.
15. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 Əbülfəz oğlu аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh1 Əbülfəz oğlu apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, onlar ata tərəfdən vərəsələr 4 nəfərdən ibarət qardaş bacıdırlar. Bacısı və qardaşı öldüyündən, bacısının iki uşağı, qardaşı Ərzimanın isə arvad və oğlu-iddiaçılar, vərəsəlik üzrə paylı mülkiyyətçi kimi qeydə alınıblar. Yəni, o, qardaşı Ağaələsgər, iddiaçılar - İddiaçı1 və İddiaçı2, Cavabdeh3 və Cavabdeh4. Məhkəmə bölgü apararkən, yanlışlığa yol verərək o, qardaşı Ağaələsgər və İddiaçı1 paylarını ¼ kimi, İddiaçı2 payını 1/8 kimi, Cavabdeh3 və Cavabdeh4lərin paylarını isə 1/16 kimi müəyyən etməklə yanlış hesablama aparılmasına yol vermişdir. Belə ki, əslində onlar dörd bacı qardaşdırsa, onlardan o və qardaşı Ağaələsgər hazırda yaşayır və payları doğriu olaraq ¼ kimi qəbul edilmişdir. İddiaçıların bir payı olduğundan, onların payları 1/8, Cavabdeh4 və Cavabdeh4 də bir payları olduğu üçün onların da payları yarı bölünərək 1/8 kimi qəbul edilərək hesablanmalı və müəyyən edilməli idi. Çox təəsüf ki, mütəxəssis xətası, məhkəmənin yanlış nəticəyə gəlməsinə əsas vermişdir. Odur ki, cavabdehlər - o və qardaşı Ağaələsgərin payı ¼ hər birinə, Cavabdeh4 və Cavabdeh3 payları 1/8, iddiaçıların da payları 1/8 olaraq müəyyən edilməlidir. Kimsə payından imtina edirsə rəsmi olaraq bildirməlidir ki, həmin payı kimin xeyrinə imtina edir. Ona görə də yanlışlıq düzəldilməsi və qanuni qərar qəbul edilməsi məhkəmə ədalətinin göstəricisidir.
17. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(046)- 29/2023 nömrəli qətnaməsinin qanunsuz və əsassız olduğundan qismən ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 Əbülfəz oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
20. İddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər Cavabdeh1 Əbülfəz oğlu, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 140-ci maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdirlər; 221.1-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüququna həm də fiziki bölgü nəticəsində xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
24. Cavabdeh Göyçay Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(046)- 29/2023 nömrəli qətnaməsinin torpaq sahəsindən payların müəyyən edilməsi hissəsində ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
26. Məhkəmə kollegiyası mübahisələndirilən hissədə iddia tələbi üzrə birinci instansiya məhkəməsinin hazırki qərarın 7-9 və 21-ci bəndlərində əks edilən hüquq dəyərləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür. Belə ki, həmin bəndlərdən görünür ki, birinci instansiya məhkəməsi işin hallarını işdə olun sübut bazası əsasında müəyyən etmiş, həmin sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirməklə, yuxarıda göstərilən nəticəyə gəlmişdir. Buna görə də kollegiya hesab edir ki, hazırki halda qiymət verilməli olan məsələ apellyasiya şikayətinin dəlilləridir.
27. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, hazırki iş üzrə mübahisəli əmlaklarda paylar hazırki iş üzrə məhkəmənin qətnaməsi ilə deyil, xx.xx.2018-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla müəyyən edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindəki həmin qeydə etiraz edilməmiş, nə dövlət reyestrindəki qeyd, nə də onun əsasında verilmiş Çıxarış məhkəmə qaydasında mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hazırki halda, mübahisəli əmlaklardan payların nə səbəbdən həmin Çıxarışda qeyd olunan şəkildə bölünməsi və həmin bölünmənin doğru-yanlışlığı hazırki iddia tələbi üzrə məhkəmə baxışının predmeti deyildir.
28. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət etmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur
29. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh1 Əbülfəz oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(046)-29/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh1 Əbülfəz oğlu tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(046)-29/2023 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev