Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-623/2024 27.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “hasarın sökülməsi, gediş-gəliş yolunun açılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: hasarın sökülməsi, gediş-gəliş yolunun açılması tələbi, zəruri keçid, yerli baxış) Hakim Əsədli Mahir Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X3 oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2, həmçinin cavabdehin nümayəndəsi X6, Üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “hasarın sökülməsi, gediş-gəliş yolunun açılması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2(075)-16/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, daşınmaz əmlakın reyestr nömrəsi **********8510301 olan, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasən onun mülkiyyətində olan fərdi yaşayış evinə gediş-gəliş yolunun üzərində Cavabdeh tərəfindən mişar daşından tikilmiş hasarın Cavabdeh vəsaiti hesabına sökülməsi, ünvan 1 ünvanında yerləşən, daşınmaz əmlakın reyestr nömrəsi **********85-10301 olan, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasən onun mülkiyyətində olan fərdi yaşayış evinə gediş-gəliş yolunun Cavabdeh tərəfindən açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi onun şəxsi mülkiyyətindədir və həmin daşınmaz əmlakla bağlı onun mülkiyyət hüququ qeydiyyata alınmaqla ona daşınmaz əmlakın reyestr nömrəsi **********8510301 olan, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Mülkiyyətində olan fərdi yaşayış evinə gedib-gəlmək üçün 50 ildən artıq istifadə etdiyi yol Cavabdeh tərəfindən qanunsuz olaraq bağlanmışdır. Belə ki, Cavabdeh onun mülkiyyətində olan fərdi yaşayış evinə gedib-gəlmək üçün 50 ildən artıq istifadə etdiyi yolu mişar daşından hasar tikməklə bağlamış, nəticə etibarı ilə onun öz mülkiyyətində olan əmlakı ilə bağlı hüquqlarını məhdudlaşdırmışdır. Həmin yoldan başqa onun mülkiyyətində olan fərdi yaşayış evinə başqa alternativ gediş-gəliş yolu yoxdur. O, cavabdehdən dəfələrlə qanunsuz hərəkətlərinə son qoymağını tələb etsə də, bunun heç bir nəticəsi olmamışdır. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin (hakim P.Hacıyev) 8 fevral 2024-cü il tarixli, 2(075)- 16/2024 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən, daşınmaz əmlakın reyestr nömrəsi **********8510301 olan, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasən onun mülkiyyətində olan fərdi yaşayış evinə gediş-gəliş yolunun üzərində cavabdeh tərəfindən mişar daşından tikilmiş hasarın cavabdehin vəsaiti hesabına sökülməsi, ünvan 1 ünvanında yerləşən, daşınmaz əmlakın reyestr nömrəsi **********85-10301 olan, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasən onun mülkiyyətində olan fərdi yaşayış evinə gediş-gəliş yolunun cavabdeh tərəfindən açılması tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizaları ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; 9 yanvar 2009-cu il tarixli, MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki şəhəri, Pakizə Mənəfova küçəsində mülkiyyətində olan 0,0178 ha torpaq sahəsində yerləşən 2 otaqlı, 36,7 kv.metr yeşayış, 69.4 kv.metr köməkçi sahədən ibarət 51 nömrəli fərdi yaşayış evi Cavabdeh mülkiyyətinə verilmişdir. Həmçinin 19 oktyabr 2021-ci il tarixli, **********8510301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki şəhəri, Pakizə Mənəfova küçəsi, ev 51B (Yeni qaydalarla ünvan 3 ünvanında 0.0098 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətinə verilmişdir. İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdehin mülkiyyətlərində olan fərdi yaşayış evləri qonşudurlar. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə gedib-gəlmək üçün istifadə etdiyi yolun Cavabdeh tərəfindən qanunsuz olaraq bağlandığını mübahisələndirərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddiaya etiraz edərək, iddiaçının mübahisələndirdiyi yolun onun şəxsi mülkiyyətinə aid olan torpaq sahəsində yerləşdiyini bildirmiş, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının rəyi alınmış, ekspert rəyinə əsasən Cavabdeh inşa etdiyi hasar onun mülkiyyətində olan torpaq sahəsinin sərhədləri daxilindədir. İddiaçı qzının iddia etdiyi yol Daşınmaz əmlakın baza məlumatlarına əsasən təsdiq olunmuş xəritədə Cavabdeh sərhədləri daxilində yerləşir. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin bütün sərhəd hüdudları qonşularla əhatə edildiyindən faktiki situasiyaya görə gediş-gəliş yolunun verilməsinin mümkün olmadığı öz təsdiqini tapmışdır. Bundan başqa məhkəmə tərəfindən mübahisələndirilən yola yerli baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxış qapısı cavabdehin mülkiyyətində olan torpaq sahəsinə açılır. Cavabdeh öz mülkiyyətində olan torpaq sahəsindən kənar şəxslərin istifadə etməmələri üçün hasar çəkdirmişdir. Yerli baxış zamanı iştirak edən proses tərəfləri ifadələrində bu halı təsdiq etmişlər. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi yol cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşir. Məhkəmə hesab edir ki, İddiaçı mübahisələndirdiyi yol cavabdehin şəxsi mülkiyyətində olan torpaq sahəsində yerləşir. Həmin yolun iddiaçının istifadəsinə verilməsi cavadehin şəxsi mülkiyyətində olan torpaq sahəsindən kənar şəxslərin istifadəsinə, həmçinin cavabdehin qanunla qorunan hüquqlarının pozulmasına gətirib çıxarır. Odur ki, iddia əsaslı hesab oluna bilməz. Beləliklə birinci instansiya məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən, daşınmaz əmlakın reyestr nömrəsi **********85-10301 olan, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasən onun mülkiyyətində olan fərdi yaşayış evinə gediş-gəliş yolunun üzərində cavabdeh tərəfindən mişar daşından tikilmiş hasarın cavabdehin vəsaiti hesabına sökülməsi, ünvan 1 ünvanında yerləşən, daşınmaz əmlakın reyestr nömrəsi **********8510301 olan, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasən onun mülkiyyətində olan fərdi yaşayış evinə gediş-gəliş yolunun cavabdeh tərəfindən açılması tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 158.1, 158.1.3, 158.2, 170.1, 170.2, 175.1, 175.2, 175.3-cü maddələri, “X4rşı” işi üzrə 16 fevral 2010-cu il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1, 101.3, 14.2, 77.1, 88, 217.3, 217.4, 107, 115.0.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsinə münasibətdə qəbul etdiyi qətnaməni qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq rədd etmişdir. Birinci instansiya məhkəməsi onun mülkiyyətində olan fərdi yaşayış evinə gedib-gəlmək üçün 50 ildən artıq istifadə etdiyi yolun onun evinə yeganə gediş-gəliş yolu olduğunu, onun mülkiyyətində olan evinə gediş-gəliş üçün digər yolunun olmadığını nəzərə almamış, ona mübahisələndirdiyi həmin ərazidən zəruri keçid verilməsinin zəruriliyini müzakirə etməmişdir. Bundan başqa qeyd etmək istəyir ki, o, iddia tələbində yoldan istifadəyə maneələrin aradan qaldırılmasını xahiş etsə də, işə baxan birinci instansiya məhkəməsi bu istiqamətdə heç bir əsaslandırma aparmamış, eyni zamanda onun başqa yolu olmadığına görə servitut müəyyən edilənə qədər onun Mülki Məcəllənin 175.1-ci maddəsində nəzərdə tutulan qaydada zəruri keçidlə təmin edilməsi məsələsini müzakirə etməmişdir. Çox təəssüf ki, birinci instansiya məhkəməsi ödəniş qəbzlərini və "xxxx" MTKdan verilən arayışları görməzdən gələrək, yuxarıda qeyd edilən maddi hüquq normasının tələbini pozmuşdur. Məhkəmə yalnız cavabdehin izahatında onun mübahisələndirdiyi yolun onun şəxsi mülkiyyətinə aid olan torpaq sahəsində yerləşdiyini bildirməsini və öz fərziyələrini əsas hesab edərək, yuxarıda qeyd edilən maddi hüquq normasının dispozisiyası baxımından düzgün araşdırma aparmadan, iddianın təmin olunmaması haqqında qətnamə qəbul etmişdir. Məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Ona görə də Şəki Rayon Məhkəməsinin e-2(075)-16/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnaməni çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 8 fevral 2024-cü il tarixli, 2(075)-16/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2, həmçinin cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin 8 fevral 2024-cü il tarixli, 2(075)-16/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X5 qanuna müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının; 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. 169.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. 175.2-ci maddəsinə əsasən sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: ... 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətlərindən görünür ki, apellyator Şəki Rayon Məhkəməsinin e- 2(075)-16/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnaməni çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin 8 fevral 2024-cü il tarixli, 2(075)-16/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq təmin etməmişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin 8 fevral 2024-cü il tarixli, 2(075)-16/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsini Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsi iddianın təmin olunmaması barədə mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə məhkəmə tikinti-texniki ekspertizsının rəyi alınmış, ekspert rəyinə əsasən Cavabdeh inşa etdiyi hasar onun mülkiyyətində olan torpaq sahəsinin sərhədləri daxilindədir. İddiaçı qzının iddia etdiyi yol Daşınmaz əmlakın baza məlumatlarına əsasən təsdiq olunmuş xəritədə Cavabdeh sərhədləri daxilində yerləşir. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin bütün sərhəd hüdudları qonşularla əhatə edildiyindən faktiki situasiyaya görə gediş-gəliş yolunun verilməsinin mümkün olmadığı öz təsdiqini tapmışdır. Bundan başqa məhkəmə tərəfindən mübahisələndirilən yola yerli baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxış qapısı cavabdehin mülkiyyətində olan torpaq sahəsinə açılır. Cavabdeh öz mülkiyyətində olan torpaq sahəsindən kənar şəxslərin istifadə etməmələri üçün hasar çəkdirmişdir. Yerli baxış zamanı iştirak edən proses tərəfləri ifadələrində bu halı təsdiq etmişlər. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi yol cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşir. Məhkəmə hesab edir ki, İddiaçı mübahisələndirdiyi yol cavabdehin şəxsi mülkiyyətində olan torpaq sahəsində yerləşir. Həmin yolun iddiaçının istifadəsinə verilməsi cavadehin şəxsi mülkiyyətində olan torpaq sahəsindən kənar şəxslərin istifadəsinə, həmçinin cavabdehin qanunla qorunan hüquqlarının pozulmasına gətirib çıxarır. Odur ki, iddia əsaslı hesab oluna bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, tərəflər arasında yaranmış mübahisə, özgənin sahibliyində olan hasarın sökülməsi və gediş-gəliş yolunun açılması əsası ilə mülkiyyət hüququnun məhdudlaşdırıla bilən olması ilə bağlı yaranmış mübahisədir. Bu iddia tələbinin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 169 və 175-ci maddələri çıxış edir. Həmin normalara görə, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, onun qonşulardan zəruri keçid ayrılmasını tələb etmək hüququ tanınır. Bu cür tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Göründüyü kimi torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, bu cür yol verilməsi üçün qonşu torpaq sahəsinin mülkiyyətçisinin mülkiyyət hüququnun məhdudlaşdırılması yolveriləndir. Bundan başqa məhkəmə kollegiyası tərəfindən hazırki mübahisənin obyektiv həll edilməsi üçün mübahisəli əraziyə yerli baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evi cavabdehlə qonşuluqda yerləşir. İddiaçının evinə yaxın və onun evinin qarşısından ictimai yola keçid yalnız cavabdehə məxsus torpaq sahəsi yaxındır və oradan yolun açılması iddiaçının mənafeyinə uyğundur. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçının tələb etdiyi yolun üzərində cavabdehə məxsus hasar və dəmir darvaza mövcuddur. Yuxarıda qeyd edilən maddi hüquq normalarına əsasən əgər torpaq sahəsi mülkiyyətçinin öz sahəsindən ictimai yola keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. İşdə olan sənədlərdən aydın görünür ki, iddiaçının ictimai yola birbaşa və rahat keçid imkanı yoxdur. Ona görə də iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iddianın təmin etməməklə əsaslı qətnamə qəbul edilməmişdir. Apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin təmin edilməsinə və qətnamənin ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almamış və iddianı rədd etmişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin 8 fevral 2024-cü il tarixli, 2(075)-16/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Rayon Məhkəməsinin 8 fevral 2024-cü il tarixli, 2(075)-16/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. ünvan 1 ünvanında yerləşən, daşınmaz əmlakın reyestr nömrəsi **********8510301 olan, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə gediş-gəliş yolunun üzərində Cavabdeh tərəfindən mişar daşından tikilmiş hasar Cavabdeh vəsaiti hesabına sökülsün. ünvan 1 ünvanında yerləşən, daşınmaz əmlakın reyestr nömrəsi **********85-10301 olan, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə gediş-gəliş yolu Cavabdeh tərəfindən açılsın. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizaları ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-623/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-623/2024
27.06.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver