Məhkəmə qərarları › İş №2(107)-623/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-623/2025

17.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-623/2025 17.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X15 cavabdehlər X27, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi və Oğuz Rayonu Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbi, qüvvə) X5 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı X15 nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh X16 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı X15 cavabdehlər X27, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi və Oğuz Rayonu Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 2(075)-284/2025 nömrəli qətnaməsindən cavabdeh X16 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı X28 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Oğuz Rayon Notariat Ofisinin notariusu X31 tərəfindən verilmiş xx.xx.2024-cü il tаrixli, 2v-378 №-li reyestrdə qeydə аlınmış «Vərəsəlik hüququ hаqqındа» şəhаdətnаmənin etibarsız hesab edilməsi və həmin şəhаdətnаmə əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilən çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Şəki rayonu, X56i, H.Cavid küçəsi, ev 48də yerləşən 0.3499 ha torpaq sahəsi və onun üzərində yerləşən 133.4 kv.m fərdi yaşayış evi iddiaçının mərhum nənəsi Şəki rayonu, X56 sakini X8 mülkiyyətində olmuşdur. H.Salamova xx.xx.2009-cu il tarixdə vəfat etmişdir X20 vəfat edəndən sonra onun aşağıdakı vərəsələri qalmışdır. 1. X1-vəfat edib 2. X2-vəfat edib 3. X7-vəfat edib (iddiaçının atası) 4. X3 5. X11 İddiaçının mərhum nənəsi X9 atası X18 çatası miras əmlakı qəbul etmək üçün X53 Xidmət Mərkəzinə müraciət etmişdir. X53 xidmət Mərkəzinin Notariat Ofisindən bildirilmişdir ki, sözügedən mirasla bağlı Oğuz Rayon Notariat Ofisində vərəsəlik işi açılmış və X21 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin məsələyə aydınlıq iddiaçının müraciəti əsasında cavabdeh Oğuz Rayon Notariat Ofisinə vəkil sorğusu ilə müraciət olunmuşdur. Sorğuya verilən cavabda məlum olmuşdur ki, həqiqətən də vərəsəliklə bağlı qanunla müəyyən edilən müstəsna aidiyyət qaydaları pozularaq məhz əmlakın yerləşdiyi yerdə deyil, Oğuz rayonunda vərəsəlik işi açılmışdır. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Vərəsəlik işinə nəzərə yetirəndə heç bir araşdırılmanın aparılmaığı, mərhumun 5 vərəsəsi barədə xx.xx.2024-cü il tarixli arayışın olmasına baxmayaraq onların cəlb edilməməsi, qeydiyyat orqanından heç bir məlumatın əldə edilməməsi, ən cddi problem isə aidiyyət qaydalarının pozulması müəyyən edilir. Cavabdeh X27 xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək rahat şəkildə həmin gündə də vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Hansı ki, ondan daha əvvəl iddiaçı Könül Cavadova 2024-cü ilin may ayında artıq X55 Xidmət Mərkəzinin Notariat Ofisinə mirasın qəbulu ilə bağlı müraciət etmişdi. Həmin ərəfədə vəziyyətdən narahat olan cavabdeh Y.Seyidov hansısa arxayınlıqla, işinin həll ediləcəyi barədə yüksək əminliklə Oğuz rayonu Notariat Ofisinə üz tutaraq vərəsəlik hüququ haqqında şəhadətnaməni dərhal əldə etmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. Şəki Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 2(075)-284/2025 saylı qətnaməsi ilə (hakim Elşən Vəliyev) iddia təmin edilmiş, Oğuz Rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tаrixli, 2v-378 nömrəli reyestrdə qeydə аlınmış «Vərəsəlik hüququ hаqqındа» şəhаdətnаmə etibarsız hesab edilmiş və həmin şəhаdətnаmə əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən Cavabdeh1 verilən xx.xx.2024-cü il tarixli ********** nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir:

4. Miras qoyan Həmdünə Salamova xx.xx.2009-cu il tarixdə ölmüş, həmin vaxtdan mirasın açıldığı iddiaçıya bəlli olmuşdur. Buna baxmayaraq, iddiaçı qanunla müəyyən edilən müddətdə mirasın qəbul edilməsi üçün heç bir hərəkət etməmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərilən miras əmlaka əmisi tərəfindən gedib gəlməsinə qadağa qoyulduğunu bildirməsinə baxmayaraq 2009-cu il tarixdən X53 xidmət mərkəzinə müraciət etdiyi 2024-cü ilin may ayınadək olan müddətdə hazırki tələbini mübahisələndirməmişdir.

Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır:

5. Məhkəmə işin faktiki hallarını araşdıraraq, məhkəmə iclasında tədqiq edilmiş sübutları, bu münasibətləri nizama salan mülki qanunvericiliyinin normaları ilə əlaqəli şəkildə təhlil edərək hesab etmişdir ki, iddia təmin edilməlidir. Göründüyü kimi işin məhkəmə tərəfindən müəyyən olunmuş mübahisəsiz halları ondan ibarətdir ki, Şəki rayonu, X56i, H.Cavid küçəsi, ev 48-də yerləşən 0.3499 ha torpaq sahəsi və onun üzərində yerləşən 133.4 kv.m fərdi yaşayış evi həmin ünvanda yaşayan iddiaçının mərhum nənəsi X8 mülkiyyətində olmuşdur. Həmdünə Salamova 10 noyabr 2009-cu il tarixdə vəfat etmişdir. Oğuz rayon notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdeh X25 həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair tam miras payı üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qeyd olunan prosessual hüquq normasının tələbinə görə, miras qoyan X20 10 noyabr 2009-cu il tarixdə vəfat etdiyinə görə, ondan miras qalmış əmlaka münasibətdə vərəsəlik hüquq münasibətləri ilə bağlı xx.xx.2000-ci il tarixədən sonra qüvvədə olan Mülki Məcəlləsinin normaları tətbiq olunmalıdır. Belə ki işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, miras qoyan Həmdünə Salamova xx.xx.2009-cu il tarixdə ölmüş, həmin vaxtdan mirasın açıldığı iddiaçıya bəlli olmuşdur. Buna baxmayaraq, iddiaçı qanunla müəyyən edilən müddətdə mirasın qəbul edilməsi üçün heç bir hərəkət etməmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərilən miras əmlaka əmisi tərəfindən gedib gəlməsinə qadağa qoyulduğunu bildirməsinə baxmayaraq 2009-cu il tarixdən X53 xidmət mərkəzinə müraciət etdiyi 2024-cü ilin may ayınadək olan müddətdə hazırki tələbini mübahisələndirməmişdir. Lakin iş materiallarında göstərilən maddi hüquq normalarına əsasən mirasın açıldığı yer, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer sayılır. Hazırda miras qoyan mərhum X4 rayonu, X56ində yaşamasına, bundan başqa isə həmin mirasın Şəki rayon ərazisində yerləşməsinə baxmayaraq vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunmalı olduğu halda Oğuz rayon notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdeh X25 həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair tam miras payı üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir ki, bu da qanuni hesab edilə bilməz. Digər tərəfdən məhkəmə qeyd edir ki, Oğuz rayon notariat ofisi tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərə əlavə edilmiş Şəki şəhəri “Böyük Dəhnə” kənd nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 316 nömrəli arayışdan görünür ki, X20 vəfat etdikdən sonra onun X10 (vəfat edib), X13 (vəfat edib), X24 (vəfat edib), X17 və X27 adlı vərəsələri qalmışdır. Belə olan halda Oğuz rayon notariat ofisi tərəfindən digər vərəsələrin və vəfat etmiş şəxslərin vərəsələri tərəfindən miras qalmış əmlakı qəbul edib etməmələri araşdırılmayaraq sonuncuların da məlumatlandırılmaması notariat işində müəyyən edilməmişdir. Belə olan halda X16 adına Oğuz rayon notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair iddia tələbi əsaslıdır. Buna görə də iddianın həmin hissəsi təmin edilməlidir. Məhkəmə həmçinin xx.xx.2024-cü il tаrixli, 2v-378 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X22 adına verilmiş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsinə dair iddia tələbini araşdıraraq hesab etmişdir ki, iddianın göstərilən hissəsi də əsaslıdır. Belə ki, mübahisəli yaşayış evinə və torpaq sahəsinə dair X22 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin yaşayış evinə dair xx.xx.2024- cü il tarixdə X22 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən törənmişdir. Buna görə də mübahisəli yaşayış evinə dair X22 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli olduğundan, iddia həmin hissədə də təmin edilərək, törəmə hüquq münasibəti olan mübahisəli yaşayış evinə və torpaq sahəsinə dair onun adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da etibarsız hesab edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunvericiliyin tələbləri pozulmaqla verildiyindən etibarsız hesab edilməli, eləcə də həmin şəhаdətnаmə əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən Cavabdeh1 verilən xx.xx.2024-cü il tarixli ********** nömrəli çıxarış ləğv edilməlidir.

6. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2, 1133.1, 1133.2, 1134.1, 1145, 1146, 1147.1, 1151, 1159.1.1, 1243.1, 1243.2, 1246, 1262 və 1318-ci maddələrinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

7. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, iddiaçı X28 iddia ərizəsilə məhkəməyə müraciət edərək Oğuz Rayon Notariat Ofisinin notariusu X31 tərəfindən verilmiş xx.xx.2024-cü il tаrixli, 2v-378 №-li reyestrdə qeydə аlınmış «Vərəsəlik hüququ hаqqındа» şəhаdətnаmənin etibarsız hesab edilməsi və həmin şəhаdətnаmə əsasında Azərbaycan Respublikasıİqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DaşınmazƏmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 12 saylı ŞəkiƏrazi İdarəsi tərəfindən verilən çıxarışların ləğv edilməsi barədə qətnaməçıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəkirayonu, X56i, H.Cavid küçəsi, ev 48də yerləşən 0.3499 ha torpaq sahəsi və onun üzərində yerləşən 133.4 kv.m fərdi yaşayış evi iddiaçının mərhumnənəsi Şəki rayonu, X56 sakini X8mülkiyyətində olmuşdur. H.Salamova xx.xx.2009-cu il tarixdə vəfat etmişdir X20 vəfat edəndən sonra onun aşağıdakı vərəsələri qalmışdır. 1. X1-vəfat edib 2. X2-vəfat edib 3. X7-vəfatedib (iddiaçının atası) 4. X3 5. Oğlu SeyidovYaşar Əbülfəz oğlu İddiaçının mərhum nənəsi X6tası X18 çatası miras əmlakı qəbuletmək üçün ŞəkiRegionalAsan Xidmət Mərkəzinə müraciət etmişdir. Şəki RegionalASAN xidmət MərkəzininNotariat Ofisindən bildirilmişdir ki, sözügedən mirasla bağlı Oğuz RayonNotariat Ofisində vərəsəlik işiaçılmış və SeyidovYaşar Əbülfəz oğluna vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin məsələyə aydınlıq iddiaçınınmüraciəti əsasında cavabdeh Oğuz Rayon Notariat Ofisinə vəkil sorğusu ilə müraciət olunmuşdur. Sorğuya verilən cavabda məlum olmuşdur ki, həqiqətən də vərəsəliklə bağlı qanunla müəyyən edilən müstəsna aidiyyət qaydaları pozularaq məhz əmlakın yerləşdiyi yerdə deyil, Oğuz rayonunda vərəsəlik işiaçılmışdır. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Vərəsəlik işinə nəzərə yetirəndə heç biraraşdırılmanın aparılmaığı, mərhumun 5 vərəsəsi barədə xx.xx.2024-cü iltarixli arayışın olmasına baxmayaraq onların cəlb edilməməsi, qeydiyyat orqanından heç bir məlumatın əldə edilməməsi, ən cddi problem isə aidiyyət qaydalarının pozulması müəyyən edilir. Cavabdeh X27 xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək rahat şəkildə həmin gündə də vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Hansı ki, ondan daha əvvəliddiaçı Könül Cavadova 2024-cü ilin may ayında artıq X53 XidmətMərkəzinin Notariat Ofisinə mirasın qəbulu ilə bağlı müraciət etmişdi. Həmin ərəfədəvəziyyətdən narahat olan cavabdeh Y.Seyidov hansısa arxayınlıqla, işinin həllediləcəyi barədə yüksək əminliklə Oğuz rayonu Notariat Ofisinə üz tutaraq vərəsəlik hüququ haqqında şəhadətnaməni dərhal əldə etmişdir. Şəki Rayon Məhkəməsinin 02 aprel 2025-ci iltarixli 2(075)-284/2025 saylı qətnaməsi ilə iddia təmin edilərək Oğuz Rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tаrixli, 2v-378 nömrəlireyestrdə qeydə аlınmış «Vərəsəlik hüququ hаqqındа» şəhаdətnаmə etibarsızhesab edilsin və həmin şəhаdətnаmə əsasında Azərbaycan Respublikasıİqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən Seyidov Yaşara verilən xx.xx.2024-cü il tarixli ********** nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir. Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, Şəki rayonu, X36 Cavid küçəsi ev 48 ünvanda yerləşən ümumi sahəsi 133.4 kv.m fərdi yaşayış evindən və 0.3499 ha torpaq sahəsi X8 tam paylı mülkiyyətindədir. Belə ki işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, miras qoyan Həmdünə Salamova xx.xx.2009-cu iltarixdə ölmüş, həmin vaxtdanmirasın açıldığı iddiaçıya bəlli olmuşdur. Buna baxmayaraq, iddiaçı qanunla müəyyən edilən müddətdə mirasın qəbul edilməsi üçün heç bir hərəkət etməmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərilən miras əmlaka əmisi tərəfindən gedib gəlməsinə qadağa qoyulduğunu bildirməsinə baxmayaraq 2009-cu il tarixdən X53 xidmət mərkəzinə müraciət etdiyi 2024-cü ilin mayayınadək olan müddətdə hazırki tələbini mübahisələndirməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X27 izahat verərək bildirmişdir ki, şəhadətnamə alan zaman bütün vərəsələrin razılığını almışdır. Hal hazırda iddiaçıya da həmin torpaq sahəsindən 0.1 ha torpaq sahəsini verməyə razıdır.

8. Odur ki, Şəki Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 2(075)-284/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı X28 məhkəmə iclasına gəlməmiş, cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsi və Oğuz rayonu Notariat Ofisi nümayəndələrini göndərməmişlər.

11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X27 və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək şikayətin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 2(075)-284/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdilər.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X15 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 2(075)- 284/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və bağışlama müqaviləsi etibarsız hesab edildiyindən həmin sənədlər əsasında mübahisəli mənzil üzərində X23 mülkiyyət hüququnun qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsassız verildiyi üçün etibarsız hesab edilməlidir. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras, fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1151-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, onun ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1262-ci maddəsinə əsasən, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1318-ci maddəsinə əsasən Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.

15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayətindən görünür ki, apellyator Şəki Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 2(075)-284/2025 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

19. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Cavabdeh X16 nümayəndəsi və vəkili Vəkil2 Şəki Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 2(075)-284/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 02 aprel 2025ci il tarixli, 2(075)-284/2025 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir.

23. Belə ki, işdə olan Şəki Şəhər İHB-nın X56 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AZ-İ 538131 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.1976-cı il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin tərəfindən verilmiş 2V-378 nömrəli xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəliki hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2009-cu il tarixdə vəfat etmiş X8 vərəsələri Cavabdeh1 miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş **********74-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu, X56i Hüseyn Cavid küçəsi ev 48 ünvanında yerləşən ümumi sahəsi 133.4 kv.m fərdi yaşayış evindən və 0.3499 ha torpaq sahəsindən ibarətdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin “Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən” ********** nömrəli arayışın surətindən görünür ki, Şəki rayonu, X56i Hüseyn Cavid küçəsi ev 48 ünvanda yerləşən 0ümumi sahəsi 133.4 kv.m fərdi yaşayış evindən və 0.3499 ha torpaq sahəsinin tam pay hissədə X8 mülkiyyətindədir. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1957-ci il tarixdə doğulmuş X19 atası X29 anası isə X14r. X54 Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2009-cu il tarixdə ölmüş anası X8 ölümündən sonra miras qalmış əmlakla bağlı vərəsəlik işi açılmasını və həmin əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Şəki şəhəri “Böyük Dəhnə” kənd nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 316 nömrəli arayışdan görünür ki, X20 vəfat etdikdən sonra onun X10 (vəfat edib), X13 (vəfat edib), X24 (vəfat edib), X17 və X27 adlı vərəsələri qalmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, Şəki rayonu, X56i Hüseyn Cavid küçəsi ev 48 ünvanda yerləşən ümumi sahəsi 133.4 kv.m fərdi yaşayış evindən və 0.3499 ha torpaq sahəsi X8 tam paylı mülkiyyətindədir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ********** nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, Şəki rayonu, X56i Hüseyn Cavid küçəsi ev 48 ünvanda yerləşən ümumi sahəsi 133.4 kv.m fərdi yaşayış evindən və 0.3499 ha torpaq sahəsi Cavabdeh1 tam paylı mülkiyyətindədir.

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 2(075)-284/2025 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh X16 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 2(075)-284/2025 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar