Məhkəmə qərarları › İş №2(107)-628/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-628/2020

13.02.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-628/2020 13.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(035)-792/2019 saylı qərardadından cavabdeh “xxxx” ASC tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası “xxxx” ASC-yə qarşı iddiа ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası “xxxx” ASC X2 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli bildiriş üzrə qanunsuz onun adına hesalanmış 487.74 manat borcun silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə yazılı vəsatət göndərərək hüquqi şəxs olan “xxxx” ASC Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov küçəsində rəsmi qeydə alındığı üçün İddiaçı tələbi barədə Zərdab Rayon Məhkəməsinin icraatında olan mülki işin aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(035)-792/2019 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir. Cavabdeh “xxxx” ASC həmin qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(035)-792/2019 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(035)-792/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qanunvericilik istehlakçıların hüququnun müdafiəsi haqqında iddialara iddiaçının yaşadığı yerə görə verilməsini iddiaçının özünün seçiminə aid etmişdir. İddiaçı hazırkı iddia ilə Zərdab Rayon Məhkəməsinə müraciət edərkən iddiaçının seçməsinə görə aidiyyət hüququndan istifadə etmişdir. Məhkəmə hesab edir ki, işin baxılması üçün “xxxx” ASC-nin hüquqi ünvanı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi regionda yaşayan iddiaçının məhkəmədə bilavasitə iştirak etmək imkanını çətinləşdirməklə yanaşı, artıq, əlavə xərclər (yol xərci) çəkməsinə, həm də onun seçim hüquqlarının pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir. Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini də xüsusi vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi X1rşı iş üzrə xx xxxxxxxx 2010-cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 32.1-ci maddəsinə görə işdə iştirak edən şəxs mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə işdə iştirak edən şəxs məhkəməyə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 36.9-cu maddəsinə görə istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də şikayət təmin edilməməli və iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(035)-792/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(035)-792/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn şikayət verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar