Məhkəmə qərarları › İş №2(107)-63/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-63/2024

29.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-63/2024 29.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Qəbələ Regional Cavabdeh1ndə Notariat Ofisinə və qeyrilərinə qarşı “vərəsəlik hüququ haqqında Şəhadətnamənin və DƏDR-dən verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: vərəsəlik hüququ haqqında Şəhadətnamənin və DƏDR-dən verilmiş çıxarışın ləğv edilməsi, sübutetmə yükü, subyektiv hüquq) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X7 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı və üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdehlər Qəbələ Regional Cavabdeh1ndə Notariat Ofisinə və qeyrilərinə qarşı “vərəsəlik hüququ haqqında Şəhadətnamənin və DƏDR-dən verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(025)-73/2023 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Qəbələ Regional Cavabdeh1ndə Notariat Ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və üçüncü şəxslər X2 və X8 qarşı “vərəsəlik hüququ haqqında Şəhadətnamənin və DƏDRdən verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-163A kod 40666648 saylı Şəhadətnaməyə əsasən mərhumlar X11 və X14 mülkiyyətində olub, miras qalmış 0.49 ha həyətyanı torpaq sahəsinə Qəbələ "ASAN" xidməti notariusu tərəfindən X3 və X1 adına verilmiş vərəsəlik hüququ haqqında 10 06.2022-ci il tarixli Şəhadətnamənin,X4 adına ƏMDK DƏDKRX HDQHƏDR-dən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, torpağın mülkiyyətə verilməsinə dair JN- 163A nömrəli Şəhadətnamə ilə babası X11 və nənəsi X14 mülkiyyətinə 0.49 ha həyətyanı torpaq sahəsi verilmişdir. Onların hər ikisi müvafiq olaraq 2000-ci və 2001-ci illərdə vəfat etmişlər, torpaq sahəsi miras qalmışdır. Miras qoyanların 7 nəfər vərəsəsi olmuş,onlardan 5 nəfəri miras qoyanların sağlığında ayrılıb getmiş, iki nəfəri (Abbəkirov Mais İsa oğlu və X25) isə valideyinləri ilə birlikdə yaşamışlar. Bu iki vərəsədən Əbbəkirov Əlsahib miras qoyanların sağlığı dövründə 1989-cu ildə vəfat etmiş, onun iki azyaşlı uşaqları, 1988-ci il təvəllüdlü Pərviz və 1998-cu il təvəllüdlü Gözəl qalmışdır. Abbəkirov Mais (atası) isə miras qoyanlar vəfat etdikdən sonra 2017-ci il tarixdə ölmüşdür. Öldükdən sonra onun da 3 nəfər uşaqları vərəsələri kimi qalmışlar. Miras qoyanlar ölən zaman Əlsahibin uşaqları azyaşlı olduğundan onları əmisi (atası) Mais baxıb böyütmüşdür. Miras torpaq sahəsi Mais tərəfindən faktiki qəbul edilmişdir. Daha sonra Maisin və Əlsahibin uşaqları həmin torpaq sahəsindən istifadə etmişlər. Mərhum atası Mais miras torpaq sahəsinin bir hissəsini dəmir torla və daş hasar ilə bağlamış və tərəvəz üçün istifadə etmiş, onlar da sonradan həmin hissəni tam olaraq daş hasarla bağlayaraq darvaza qoymuşlar. Hal-hazırda da istifadə edirlər. Bu yaxınlarda ona məhkəmədən bildiriş və iddia ərizəsi gəlmiş və həmin iddiada göstərilmişdir ki, JN-163A saylı Şəhadətnamə ilə X15 və X18 verilmiş və miras qalmış 0.49 ha həyətyanı torpaq sahəsinə mərhum Əlsahibin qızı Abbəkirova Gözələ və oğlu Abbəkirov Pərvizə hərbirinə 1/2 hissədə olmaqla Qəbələ "ASAN" xidmət mərkəzinin notariusu tərəfindən 0.49 ha torpaq sahəsinin hamısına qanuni vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Həmin Səhadətnamənin verilməsindən onun və digər vərəsələr olan, ailə üzvülərinin xəbərləri olmamışdır. Həmin Şəhadətnamə əsasında 0.49 ha torpaq sahəsi mərhum Əlsahibin qızı Abbəkirova Gözəlin adına təkbaşına hüquqsahibi kimi HDQHDƏDR-də qeydə alınmış və qeydiyyat nömrəsi ********** olan xx.xx.2022-ci il tarixli dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışı aldıqdan sonra X38 rayon Məhkəməsində iddia qaldıraraq onun və ailə üzvülərinin (mərhum Maisin vərəsələri) istifadə etdikləri miras torpaq sahəsinin hissəsindən məcburi qaydada çıxarılması və həmin miras torpaq sahəsinin üzərində inşa etdikləri hasarın və darvazanın sökülərək torpaq sahəsi boşaldılaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını istəmişdir. Hesab edir ki, Gözəldən və Pərvizdən əlavə 9 nəfər vərəsənin olduğu halda, həmin torpaq sahəsi barədə mübahisə olduğu halda,torpaq sahəsinin bir hissəsi tərəflərindən miras payı kimi qəbul edilərək istifadə edildiyi halda və mirasın açıldığı vaxtdan 21 ildən artıq vaxt keçdiyi halda notariat tərəfindən 10 nəfər vərəsədən yalnız ikisinin adına 0.49 ha miras torpaq sahəsinin hamısına (bütövlükdə) vərəsəlik şəhadətnaməsinin verilməsi qanuna uyğun deyildir. Ona görə də Qəbələ rayon "ASAN" xidmətinin notariusu tərəfindən X9 və X12 miras qalmış 0.49 ha torpaq sahəsinə dair verilmiş vərəsəlik hüququna dair şəhadətnamə və həmin şəhadətnamədən irəli gələn digər hüquqi aktlar ləğv edilməlidir. Miras torpaq sahəsinin vərəsələr arasında bölünməsi məsələsi qanunla müəyyən edilmiş ümumi qaydada yenidən həyata keçirilməlidir. Beləliklə, vərəsələr arasında razılıq əldə edilmədiyi təqdirdə vərəsələrin dairəsinin və ya vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisənin həll olunması üçün məhkəməyə müraciət edilməlidir. Qeyd etməlidir ki, iddia tələbində Abbəkirova Gözəl göstərmişdir ki, 0.49 ha torpaq sahəsinin bir hissəsini cavabdehlər İddiaçı, X35,X26 və X5 zəbt edərək ətrafina daş hasar çəkmişlər. İddia ərizəsində qeyd edilən cavabdehlər o da daxil olmaqla mərhum vərəsə Maisin vərəsələridir. Hansı ki, hələ miras qoyanların sağlığında iddia ərizəsində geri qaytarılması tələb edilən torpaq sahəsini özünün istifadəsinə almış, kənarlarını bağlamış,daha sonra isə bugünədək həmin torpaq sahəsindən onlar istifadə edirlər. Yəni mirasın bir hissəsi atası Mais tərəfindən faktiki qəbul edilmişdir və hazırda onların istifadəsindədir. Kənarlarını bağladıqları və istifadə etdikləri həmin torpaq sahəsi hissəsi onların yaşadıqları həyətlə həmsərhəddir. Hətta, bu hissə onların həyətyanı sahəyə HDQHDƏDR-ən verilmiş çıxarışın plan-ölçü kadastrında zəbt kimi göstərilmişdir. Bu da əlavə olaraq bir daha ona dəlalət edir ki, miras torpaq sahəsinin bir hissəsini onlar hələ miras qiyanlar vəfat etmədən əvvəl istifadə edirlər. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(025)-73/2023 saylı qətnaməsi ilə (hakim A.Əliyev) İddiaçı cavabdehlər Qəbələ Regional Cavabdeh1ndə Notariat Ofisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə və üçüncü şəxslər X2 və X8 qarşı “vərəsəlik hüququ haqqında Şəhadətnamənin və DƏDR-dən verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, iddia üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən olunur ki, tərəflər arasındakı əvvəlki mübahisələrdə hazırda mübahisələndirilən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,49 ha torpaq sahəsinin, yəni miras əmlakın ikidə bir hissəsinin İddiaçı tərəfindən faktiki qəbul edilməsi barədə iddiası təmin edilməmişdir. Beləliklə, qanuni qüvvəsində olan məhkəmə aktları ilə İddiaçı Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,49 ha torpaq sahəsinin, yəni miras əmlakın ½ hissəsinin onun tərəfindən faktiki qəbul edilməsi sübut edilməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən miras qəbul edilməmiş və onun miras əmlaka vərəsəlik hüququnun müəyyən edilməsi tələbi əsassızdır və təmin edilə bilməz. Eyni zamanda, iddiaçı mirası qəbul etmədiyinə görə onun mübahisəli torpaq sahəsinə dair vərəsəlik şəhadətnaməsini mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Belə ki, miras əmlakla bağlı mübahisə açmaq və vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmək hüququna yalnız miras əmlakı qəbul etmiş vərəsələr malikdir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; yəni hazırkı iş üzrə iddiaçı tərəfindən miras qəbul edilməsi müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Beləliklə, yuxarıda istinad olunan qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən olunur ki, tərəflər arasındakı əvvəlki mübahisələrdə hazırda mübahisələndirilən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,49 ha torpaq sahəsinin, yəni miras əmlakın ikidə bir hissəsinin İddiaçı tərəfindən faktiki qəbul edilməsi barədə iddiası təmin edilməmişdir. Beləliklə, qanuni qüvvəsində olan məhkəmə aktları ilə İddiaçı Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,49 ha torpaq sahəsinin, yəni miras əmlakın ½ hissəsinin onun tərəfindən faktiki qəbul edilməsi sübut edilməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən miras qəbul edilməmiş və onun miras əmlaka vərəsəlik hüququnun müəyyən edilməsi tələbi əsassızdır və təmin edilə bilməz. Eyni zamanda, iddiaçı mirası qəbul etmədiyinə görə onun mübahisəli torpaq sahəsinə dair vərəsəlik şəhadətnaməsini mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Belə ki, miras əmlakla bağlı mübahisə açmaq və vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmək hüququna yalnız miras əmlakı qəbul etmiş vərəsələr malikdir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; yəni hazırkı iş üzrə iddiaçı tərəfindən miras qəbul edilməsi müəyyən edilməmişdir. Buna görə də iddia verilən zaman ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək, bütövlükdə iddianı əsaslı saymayıb, onun təmin edilməməsi qənaətinə gəlir. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar xx.xx.2007-ci il tarixli qərarı, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145, 1146, 1133, 1243, 1243-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 82.3, 88, 217.3, 217.4, 233.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, babası X9 və nənəsı X12 0.49 ha. həyətyanı torpaq sahəsi qalmışdır. Miras qoyanlar öldüyü məqamda mərhum atası X25 valideyinləri ilə, yəni babası və nənəsi ilə birgə yaşayırdı. Sonuncuların yanında digər övladları olmadığına görə onlara baxırdı. Miras qoyanlar öldükdən sonra onların təsərufatına faktiki sahiblik edirdi. Həm də həmin təsərufata bitişik fərdi ev inşa etmişdir. Miras qoyanların 0.49 ha torpaq sahəsinin onların həyətə bitişik olan bir hissəsini dəmir setkaya alaraq tərəvəz əkirdilər. Daha sonra həmin hissəsini onlar daş hasara almışlar. Babası 2000-ci ildə, nənəsi 2001-ci ildə, atası isə 2017-ci ildə ölmüşlər. O, 2018-ci ildə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək miras qalmış 0.49 ha torpaq sahəsinin atası Mais tərəfindən faktiki qəbul etməsi və daha sonra ona keçməsi faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını istəmişdir. Qəbələ Rayon Məhkəməsi işə baxarkən tikintitexniki ekspertizasının, yaxud da mütəxəssis rəyi almadan qətnamə çıxarmış və həmin qətnamədə göstərmişdir ki, tərəfindən dəmir torla kənarları bağlanmış və 0.49 ha miras torpaq sahəsinin bir hissəsi hesab etdiyi, faktiki istifadəsində olan torpaq sahəsi miras torpaq sahəsinə aid deyil, həmin torpaq sahəsi bələdiyyə fonduna aiddir. Bu əsasla Qəbələ Rayon Məhkəməsi iddia tələbini rədd etmişdir. Daha sonra 2022-ci ildə vərəsələrdən X19 0.49 ha torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmiş və DƏDRX-dən çıxarış almışdır. Qeyd olunan çıxarışı əldə etmiş X43 Rayon Məhkəməsində iddia qaldıraraq onun həmin torpaq sahəsinin hissəsindən çıxarılmağını və sözü gedən torpaq sahəsinin kənarlarına çəkilmiş hasarın sökülməsini tələb etmişdir. İş hal-hazırda məhkəminin icraatındadır. Sərhədlərin müəyyən edilməsi üçün məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. O, Qəbələ Rayon Məhkəməsində iddia qaldıraraq, bildirmişdir ki, miras qoyanların 9 nəfər vərəsəsi olduğu halda və bu vərəsələr arasında miras əmlaka dair mübahisə olduğu halda, Abbəkirova Gözəlin adına 0.49 ha torpaq sahəsinə bütovlükdə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi qanun pozuntusudur. Həmin 0.49 ha miras torpaq sahəsinə dair miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və müvafiq olaraq payların müəyyən edilməsi yalnız məhkəmə qaydasında həyata keçirilə bilər. Ona görə də Qəbələ Notariat Kontoru tərəfindən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin və DƏDRX-n verilmiş çıxarışın ləğv edilməsini istəmişdir. Məhkəmə iddia tələbini rədd etmişdir. Məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, idda qaldırmaq üçün subyektiv hüququnun olması üçün ilk növbədə o, mirası qəbul etdiyini sübut etməlidir. Qəbələ Rayon Məhkəməsinin 2018-ci il tarixli qətnaməsinə əsasən isə həmin miras əmlakı faktiki qəbul etməyi barədə iddia tələbi rədd edilmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi qənat düzgün deyildir. Ona görə ki, qanunpozuntusu yolu ilə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin qüvvədə saxlanılması yol verilməzdir. Abbəkirova Gözələ vərəsəlik hüququ haqqında şəhadətnamə verilsə də belə həmin şəhadətnamədə ona verilən payın miqdarı göstərilə bilməzdi. Bundan əlavə, bu qətnamə hüquqlarının daha sonrakı məhkəmə mərhələlərində müdafiəsinə maneəçilik törədir. Belə ki, həmin şəhadətnamə əsasında əldə edilmiş çıxarış qüvvədə olduğu halda Qəbələ Rayon Məhikəməsinin icraatında olan, onun miras torpaq sahəsindən çıxarılmağı barədə iddia şübhəsiz təmin edilməlidir. Bu halda həmin miras əmlaka dair qəbul edilmiş Qəbələ Rayon Məhkəməsinin 2018-ci il tarixli qətnaməsi ilə hazırda onun miras torpaq sahəsindən çıxarılacağı haqqında qətnamə ziddiyyət yaradacaqdır. Bu səbəbdən mübahisə üzrə yeni hal açılacaq və qətnamələr işə yenidən baxılması üçün Ali Məhkəmənin Plenumuna verilməli olacaq. Hazırki mərhələdə isə, qanunsuz verilmiş vərəsəlik hüququna dair şəhadətnamə ləğv edildiyi halda, miras əmlakın bölüşdürülməsinə məhkəmə qaydasında baxıla bilər. İddia tələbini rədd edərkən məhkəmənin gəldiyi nəticə odur ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, miras əmlakın 1/2 hissəsinin onun tərəfindən qəbul edilməsi sübut edilməmişdir. Lakin bu zaman məhkəmə nəzərə almamışdır ki, bir halda ki miras əmlaka dair vərəsələr arasında mübahisə davam edir, qeyd olunan məhkəmə qətnaməsinə əsaslanaraq notariat kontoru tərəfindən cavabdehə vərəsəlik hüququna dair şəhadətnamə verilə bilməz. Ümumiyyətlə vərəsəlik mübahisələrinin həll edilməsi səlahiyyəti notriat orqanlarının qanunvericiliklə müəyyən edilmiş təyinat və funksiyasından kənardır. Bu səbəbdən də cavabdehə verilmiş vrəsəlik hüququ haqqında Şəhadətnamə ləğv edilməlidir. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Qəbələ Rayon Məhkəməsinin xx.xx.20203 saylı 2(025)-73/2023 qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini Qəbələ Rayon Məhkəməsinin xx.xx.20203 saylı 2(025)-73/2023 qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X13 apellyasiya şikayətini təmin edilməməsini və Qəbələ Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(025)-73/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər və üçüncü şəxslər məhkəmə kollegiyası iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Cavabdeh Qəbələ Regional Cavabdeh1ndə Notariat Ofisi məhkəmə məktub göndərərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiya: Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145.Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin məcəllənin 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin məcəllənin 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin məcəllənin 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədəərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin məcəllənin 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarı; Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3ci maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri İddiaçının apellyasiya şikayətindən görünür ki, apellyator Qəbələ Rayon Məhkəməsinin xx.xx.20203 saylı 2(025)-73/2023 qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Qəbələ Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(025)-73/2023 saylı qətnaməsini apellyasiya şikayətlərinə münasibətdə apellyasiya şikayətlərinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, mübahisələndirilən hissə üzrə maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Qəbəblə Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(025)-73/2023 saylı qətnaməsi mübahisləndirilən hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli, 2(025)-1523/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X10, X27, X28, X36, X37, X40, X5, X35, X26, X16, X17 və X8 qarşı mərhum X23 və X20 JN-163F nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən miras qalmış və hazırda onunla cavabdeh X6 birgə faktiki istifadəsində olan 0,49 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinin, yəni 0,245 ha hissəsinə dair vərəsəliyin onun tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilməsi barədə iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2019-cu il tarixli, 2(107)-341/2019 saylı Qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli, 2(025)-1523/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmçinin Qəbələ Rayon Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli, 2(025)-1523/2018 saylı qətnaməsi ilə İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə 30 yanvar 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə, yuxarıda istinad olunan qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən olunur ki, tərəflər arasındakı əvvəlki mübahisələrdə hazırda mübahisələndirilən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,49 ha torpaq sahəsinin, yəni miras əmlakın ikidə bir hissəsinin İddiaçı tərəfindən faktiki qəbul edilməsi barədə iddiası təmin edilməmişdir. Beləliklə, qanuni qüvvəsində olan məhkəmə aktları ilə İddiaçı Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,49 ha torpaq sahəsinin, yəni miras əmlakın ½ hissəsinin onun tərəfindən faktiki qəbul edilməsi sübut edilməmişdir. Bundan başqa, məhkəmə kollegiyası nəzərə alır ki, qanuni qüvvəsində olan sözügedən məhkəmə aktları ilə İddiaçı Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,49 ha torpaq sahəsinin, yəni miras əmlakın ikidə bir hissəsi faktiki qəbul etməməsi müəyyən olunur. Belə olan halda, iddiaçı mirası qəbul etmədiyinə görə onun mübahisəli torpaq sahəsinə dair vərəsəlik şəhadətnaməsini mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Belə ki, Mülki Məcəllənin 1272-ci maddəsinə görə mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Hal-hazırki vəziyyətdə iddiaçının miras əmlakı qəbul etmədiyi qüvvədə olan məhkəmə qərarları ilə təsdiqini tapdığından cavabdehə verilmiş vərəsəlik hüququ haqqında Şəhadətnamənin mövcudluğu və ya ləğvi iddiaçı üçün heç bir nəticə yaratmır. Yəni, iddiaçı həmin məsələdə maraqlı şəxs deyildir. Məhkəmə kollegiyası əlavə olaraq məsələyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarının tətbiqi aspektindən də yanaşmağı lazım bilir. Belə ki, həmin qərarda göstərilmişdir ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar.... Mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir... Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür... Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir... Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Göründüyü kimi, Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin konstitusiyaya zidd olduğu AR KM-nin qərarı ilə rəsmi olaraq öz təsdiqini tapmışdır. Odur ki, MM-in 1256cı maddəsində nəzərdə tutulan müddət və prosedur çərçivəsində mirasdan imtina etməmiş olan bütün vərəsələr mirası qəbul etmiş vərəsə hesab olunur. Həmin qərarda həmçinin göstərilir ki, Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Lakin kollegiya hesab edir ki, həmin qərar hazırki işə tətbiq edilməklə Şəhadətnamənin ləğv edilməsi mümkün hesab edilə bilməz. Ona görə ki, Konstitusiya Məhkəməsi Plenumunun da həmin qərarda qeyd etdiyi kimi, bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Hazırki iş həmin qərar qəbul edilərkən icraatda olmuş olsa da, hazırki iş üzrə qərar qəbul edilməsi birbaşa olaraq həmin Konstitusiya Məhkəməsi Plenumunun qərarı qəbul edilməzdən öncə qüvvəyə minmiş iddiaçının mirası qəbul etmədiyi təsdiq edilmiş məhkəmə qərarlarından asılıdır ki, hazırki işə göstərilən Konstitusiya Məhkəməsi Plenumunun qərarını tətbiq etmək və mübahisəli Şəhadətnaməni ləğv etmək eyni zamanda həmin qüvvədə olan qərarları şübhə altına alacaqdır. Çünki, həmin Şəhadətnamənin ləğvi hazırki iş üzrə yekunlaşmış vərəsəlik mübahisəsinin yenidən açılmasına səbəb olacaqdır. Hüquqi dövlətin əsas prinsiplərindən biri olan hüquqi müəyyənlik prinsipinə görə hüquqi tənzimləmələr aydın, başa düşülən, tətbiq oluna bilən və obyektiv olmalı, həm şəxslər, həm də dövlət orqanları üçün heç bir tərəddüd və ya şübhəyə yer qoymamalıdır. Şəxs hərəkətlərinin hansı hüquqi nəticəyə səbəb olacağını əvvəlcədən bilməlidir. Yalnız bu halda o, üzərinə düşən öhdəlikləri qabaqcadan görə və davranışını tənzimləyə bilər. Hüquqi müəyyənlik tələb edir ki, normalar proqnozlaşdırıla bilən olsun, fərdlər bütün hərəkət və davranışlarında dövlətə etibar edə bilsin, dövlət isə bu inam hissini sarsıdan hüquqi tənzimləmədən çəkinsin. C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında da qeyd olunur ki, hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qərarda həmçinin, qeyd edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz, bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasmı yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Yuxarıda göstərilənlərə əsaslanaraq kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı qəbul edilməzdən öncə qüvvəyə minmiş məhkəmə qərarı mübahisələndirilə bilməyəcəyindən və hazırki iddiaçının miras əmlaka hüquqları bərpa edilə bilməyəcəyindən cavabdehə verilmiş Şəhadətnamənin ləğvi gələcəkdə həll edilməsi mümkün olmayan məhkəmə mübahisələrinə səbəb olacaqdır. Kollegiya şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübаhisənin qаnuni həlli üçün işə bаxаn məhkəmə, o cümlədən tаm hüquqlu məhkəmə kimi аpellyаsiyа instаnsiyаsı məhkəməsi ilk növbədə iddiа qаldırmış şəxsin müvаfiq subyektiv hüquqа mаlik olub-olmаmаsını аrаşdırmаlıdır. Subyektiv mənаdа hüquq normаtiv-hüquqi аktlаrlа müəyyən olunmuş zаhiri аzаdlığı ifаdə edir. Şəxsiyyətin dаvrаnışının bu və yа digər üsulunu seçməklə şüurlu olаrаq məqsədləri müəyyən etmək və onlаrın istiqаmətində hərəkət etmək imkаnı belə аzаdlığın dаxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhаtəsinə düşmür. Həmin аzаdlığın ictimаi münаsibətlərdə öz məqsədini ifаdə etmək imkаnı kimi qəbul olunаn xаrici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xаrici) cəhət hüquqi ixtiyаr kimi təzаhürü ehtivа edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyаr; bаşqа (borclu) şəxslərdən tələb etmək hüququ; müdаfiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bаğlıdır. Birinci element isə bəzən yаlnız qаnunlа müəyyən olunmuş qаydаyа riаyət edilməklə yаrаnır. Belə qаydаlаrа riаyət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdаfiə hüququnun yаrаnmаsındаn, eləcə də həyаtа keçirilməsindən söhbət gedə bilməz." Yuxarıda qeyd edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübahisəni həlli edən məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Lakin qeyd edildiyi kimi, hazırki halda İddiaçı cavabdehlər Qəbələ Regional Cavabdeh1ndə Notariat Ofisinə və qeyrilərinə qarşı “vərəsəlik hüququ haqqında Şəhadətnamənin və DƏDR-dən verilmiş çıxarışın ləğv edilməsi” tələblə bağlı məhkəməyə müraciət etmək barədə subyektiv hüququ mövcud deyildir. Qeyd olunanlar hazırki iddianın tamamilə əsassız olmasını göstərir və onun təmin olunmaması nəticəsinə gəlməyə əsas verir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas gösrtəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Hazırkı halda iddiaçı cavabdehlərin onun hansı hüquqlarını pozmasını sübuta yetirə bilməmişdir. Kollegiya qeyd edir ki, İddiaçı hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki iddiaçı tərəfindən miras qəbul edilməmişdir. (Qəbələ Rayon Məhkəməsinin 19 sentyabr 2018ci il tarixli, 2(025)-1523/2018 saylı qətnaməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2019-cu il tarixli, 2(107)-341/2019 saylı Qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolegiyasının 10 iyun 2019-cu il tarixli, 2(102)-4022/2019 saylı Qərarı). Belə ki, miras əmlakla bağlı mübahisə açmaq və vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmək hüququna yalnız miras əmlakı qəbul etmiş vərəsələr malikdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iddia tələbi üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğundur. Ona görə də İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 26 yanvar 2023-ci il tarixli, 2(025)-73/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 26 yanvar 2023-ci il tarixli, 2(025)-73/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, iddiaçı, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar