Məhkəmə qərarları › İş №2(107)-637/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-637/2021

05.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-637/2021 05.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin qanuni sahibliyinə qaytarılması tələbinə dair İsmayıllı Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tаrixli, 2(037)-755/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tаrixli, 2(037)-755/2020 nömrəli qətnaməsi ilə (hakim Rəfayel Şirinov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 2014-cü il buraxılışlı “Ford Fusion” minik markalı (** RT ***) ** VS *** dövlət qeydiyyat nişanlı avtomaşınla bağlı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 09 mart 2020-ci il tarixli alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş AD742109 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi və həmin avtomaşının onun qanuni sahibliyinə qaytarılmasına dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək ona məxsus 2014-cü il buraxılışlı “Ford Fusion” minik markalı (** RT ***) ** VS *** dövlət qeydiyyat nişanlı avtomaşınla bağlı Cavabdeh1 (bundan sonra birinci cavabdeh) və Cavabdeh2 (bundan sonra ikinci cavabdeh) arasında bağlanmış 09 mart 2020-ci il tarixli alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş AD742109 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi və həmin avtomaşının qanuni sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin sonuncu məhkəmə iclasına gəlməmiş ərizə göndərərək işə iştirakı olmadan baxılmasını, iddia tələbini müdafiə etdiyini və təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2014-cü il buraxılışlı “Ford Fusion” markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomaşını 22000 manata almışdır. Həmin maşını satmaq üçün internetdə birinci cavabdehlə tanış olmuşdur. 07 mart 2020-ci il tarixdə birinci cavabdeh ona məxsus maşına baxdıqdan sonra aralarında 18500 manata razılaşmışlar. Birinci cavabdeh 11500 manat pulu olduğunu, qalan 7000 manat pulu verdikdən sonra ondan maşının texniki pasportunu alacağını bildirmişdir. O, birinci cavabdehin səmimiliyinə inanaraq razılaşmışdır. Həmin tarixdə o, 3 saylı Asan Xidmət mərkəzinin notariat kontorunda birinci cavabdehin adına etibarnamə vermiş, birinci cavabdeh isə ona 11500 manat pul vermişdir. Bir gün keçdikdən sonra birinci cavabdehlə əlaqə saxlayanda həmin maşınla qəza törətdiyini, ondan pulu istəyəndə isə maşını təmir elətdirdikdən sonra pulu Bundan sonra birinci cavabdehin onu aldatdığnı görmüş və martın 9-da o, notariat kontoruna gedərək birinci cavabdehə verdiyi etibarnaməni ləğv etdirmişdir. Daha sonra elektron sistem vasitəsi ilə ona məxsus maşının mülkiyyətində olmadığını görmüşdür. Martın 9-u birinci cavabdeh etibarnamədən istifadə edərək maşına itmə adı ilə yeni şəhadətnamə alaraq ikinci cavabdehin adına alğı-satqı müqaviləsi ilə keçirmiş və maşına yeni ** VS *** qeydiyyat nömrəsi alınmışdır. Həmin tarixdə ikinci cavabdehin adından birinci cavabdeh və qardaşı Nümayəndə etibarnamə almışlar. Birinci cavabdeh onun etibarından sui-istifadə edərək mülkiyyətində olan maşını ikinci cavabdehə satmışdır. O, Masallı rayonuna qayıtdıqdan sonra cavabdehlərin ondan 102 xidmətinə şikayət etdiyini bilmişdir. O, maşının texniki pasportunu birinci cavabdehə 7000 manat pulu qaytardıqdan sonra verəcəyinə söz vermişdir. Ona məxsus “Ford Fusion” markalı maşının 350 dollar dəyərində təmirə ehtiyacı olmuşdur. Cavabdehlərin təqdim etdiyi whatsapp yazışmalarını və CD-diskə köçürülmüş səs yazılarını əsassız hesab edir. Ona məxsus 2014-cü il buraxılışlı “Ford Fusion” minik markalı (** RT ***) ** VS *** dövlət qeydiyyat nişanlı avtomaşınla bağlı cavabdehlər arasında bağlanmış 09 mart 2020-ci il tarixli alğısatqı müqaviləsinin və onun əsasında verilmiş AD742109 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi və həmin avtomaşının onun qanuni sahibliyinə qaytarılmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. İsmayıllı Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tаrixli qətnaməsindən İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Birinci inistansiya məhkəməsində işin bütün halları ətraflı təhlil olunmamış, sübutlara düzgün qiymət verməmiş, maddi hüquq normalarının və prosesual hüquq normalarının tələblərini pozmaqla qətnamə qəbul etmişdir. Məhkəmə MPM-in 77, 88-ci maddələrinin tələblərini pozmuş və Mülki Məcəllənin 340-cı maddəsinə uyğun qətnamə çıxarmamışdır. Məhkəmə əqdin tərəflərin iradə ifadəsinə uyğun bağlanıb-bağlanmamasını müəyyən etməmişdir. Məhkəmə ikinci Cavabdeh2 vicdanlı alıcı olmamasına qiymət verməmişdir. Vatcap danışıqları tam şəkildə məhkəməyə təqdim edilməmiş, məhkəmə tam şəkildə olmayan vatcap yazışmalarını sübut növündə qəbul etmişdir. Ona məxsus “Ford Fushion” markalı maşınımın 11.500 manata mövcud bazarda satışda olub-olmamasını araşdırmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi və ona məxsus 2014-cü i! buraxılışlı tünd boz metalik rəngli “Ford Fusion” minik markalı (**-RT-***) **-VS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla bağlı Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanılmış 09.03.2020-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş AD742109 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsninin etibarsız hesab edilməsi və həmin avtomaşının qanuni sahibliyinə qaytarılması barədə iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin İzahatları Tərəflər məhkəmə iclasının baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətlərində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətlərin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tаrixli, 2(037)-755/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: X1 birinci instansiya məhkəməsinin iclasında ifadə verərək göstərmişdir ki, o, Cavabdeh1 və Cavabdeh2 tanıyır. Cavabdeh1 İddiaçı ilə birlikdə Cavabdeh2 yanına maşını yoxlatdırmağa gətirəndə o da orada olmuşdur. Cavabdeh2 maşının vəziyyətini yoxladıqda maşında problemlərin olduğunu Cavabdeh1 demiş və onlar maşının satış qiymətini 11500 manata razılaşmışlar. 10 dekabr 2018-ci il tarixli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2014-cü il buraxılışlı, ** RT *** dövlət qeydiyyat nişanlı “Ford Fusion” markalı avtomaşın İddiaçı adına qeydə alınmışdır. 07 mart 2020-ci il tarixli, ƏN-Vİİ 213191 nömrəli etibarnamənin surətindən müəyyən edilir ki, “Ford Fusion” minik markalı, ** RT *** dövlət nömrə nişanlı avtomobil İddiaçı tərəfindən Cavabdeh1 1 il müddətinə idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar onun adından ərizə vermək və digər hərəkətlər barədə etibar edilmişdir. 09 mart 2020-ci il tarixli AR DİN BDYPİ Qİİ-nin alğı-satqı müqaviləsinin surətindən müəyyən edilir ki, Cavabdeh1 İddiaçın verdiyi etibarnamə əsasında 09 mart 2020-ci il tarixdə AR DİN BDYPİ Qİİ-də 2014-cü il buraxılışlı tünd boz metalik rəngli “Ford Fusion” minik markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomaşını Cavabdeh2 11000 manata satmışdır. 09 mart 2020-ci il tarixli, AD 742109 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2014-cü il buraxılışlı, ** VS *** dövlət qeydiyyat nişanlı “Ford Fusion” markalı avtomaşın Cavabdeh2 adına qeydə alınmışdır. 17 avqust 2020-ci il tarixli “xxxx” MMC-nin ekspert rəyindən görünür ki, “Ford Fusion” minik markalı, 2014 cü il buraxılışlı, tünd boz metalik rəngli, 1500 sm motor gücü olan, ** RT *** dövlət qeydiyyat nişanlı avtomaşının mövcud bazar dəyəri nəzəri hesablama yolu ilə 21100 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında birinci cavabdehin nümayəndəsinin təqdim etdiyi “Whatsapp” sosial şəbəkəsində olan yazışmalara və CD-disklərə köçürülmüş audio yazılara tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, həmin yazışmalarda iddiaçı “Ford Fusion” markalı maşının qiymətinin 15500 manat olduğunu qeyd etmişdir. Həmin sosial şəbəkədə olan səs yazılarında birinci cavabdehin onun barəsində polisə müraciət elədiyindən şikayətlənmiş və “Ford Fusion” markalı maşının texniki pasportunun səhvən onda qaldığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1, 362.1, 364.2 və567-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 364.2-ci maddəsinə əsasən səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, iddiaçı birinci cavabdehlə aralarında olan razılaşmaya əsasən mülkiyyətində olan “Ford Fusion” minik markalı ** RT *** dövlət qeydiyyat nişanlı avtomobilə görə birinci cavabdehdən 11500 manat pul almış və ona həmin avtomobili idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar onun adından ərizə vermək və digər hərəkətlər barədə etibarnamə vermişdir. Birinci cavabdeh həmin etibarnamə əsasında avtomobili alğı-satqı müqaviləsi əsasında ikinci cavabdehə satmışdır. Məhkəmə avtomobilin dəyərinin 21100 manat olması ilə əlaqədar “xxxx” MMC-nin ekspert rəyi ilə razılaşmır. Belə ki, iddiaçı iddia ərizəsində avtomaşının dəyərinin 18500 manat olmasını göstərmiş, birinci cavabdeh həmin maşının satın alınması ilə bağlı iddiaçı ilə maşının qiymətinin 15500 manat olmasına razılaşmışlar. “Whatsapp” sosial şəbəkəsində olan yazışmalarda da iddiaçı maşının 15500 manat olmasını göstərmişdir. Ekspert rəyi isə avtomobilə baxış keçirilmədən onun texniki nasazlıqları və digər çatışmazlıqları nəzərə alınmadan nəzəri hesablama yolu ilə aparılmışdır. iddiaçı birinci cavabdehə etibarnamə verərkən, birinci cavabdeh həmin etibarnamə əsasında avtomobili ikinci cavabdehə satarkən qanunvericiliyin tələblərinə riayət edilmişdir. Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi üçün əsaslar yoxdur. Ona görə də iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tаrixli, 2(037)-755/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tаrixli, 2(037)-755/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: İmanverdi Şükürov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar