Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-640/2022 04.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X7 cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC-nin X8 və Satış İdarəsinə qarşı “X5yə görə əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi, X5 hüququ) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçı X7 iştirakı ilə, Qəbələ Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2(025)-185/2022 saylı qətnaməsindən iddiaçı X12 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı X12 cavabdehlər "xxxx" ASC-nə və "xxxx" ASC-nin X8 və Satış İdarəsinə qarşı “X5yə görə əsassız hesablanmış borcun silinməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin X9 tərtib etdiyi “Abonent məlumat vərəqi”ndə qeyd olunmuş mənbəyi məlum olmayan əsassız qeyd olunmuş 11373.45 Kvt hesablanmış enerji sərfiyyatı üzrə 1251,07 manat borcun onun adına olan **********860002 saylı abonent kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1993-cü ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, hərbiçidir. O, Fövqəladə Hallar Nazirliyinin X3 işlədiyindən onun və ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə müraciət etmiş, ona və ailəsinə Zarağan kəndindəki hərbi şəhərcikdə olan boş mənzillərdən biri ilə təmin edilmişlər. xx.xx.2019-cu il tarixdən hal-hazıra kimi ona verilən Qəbələ rayonu, Zarağan kəndi, M.Abduyev küçəsi, ev 81, mənzil 7-də o köçüb yaşayana qədər yaşayış olmamışdır. xx.xx.2019-cu il tarixində həmin mənzildəki sayğac smart tipli sayğacla əvəz olunmuş və o, orada yaşamağa başlayan zaman kart və həmin mənzilin X5sinə görə borcun olmaması barədə bildiriş təqdim edilmişdir. Ona görə də o, 2019-2020-ci illərdə elektrik enerjisindən karta yüklənmiş məbləğə görə istifadə etmişdir, hər hansı əlavə tutulma olmamışdır. Lakin 2021-ci ilin mart ayından başlayaraq karta yüklənmiş məbləğin çox hissəsi borc kimi tutulmuşdur. Tərəfindən sayğaclara heç bir müdaxilə edilməmiş, o cümlədən sayğacdan kənar hər hansı kənar xətt çəkilməklə şəbəkəyə qoşulma kimi halları olmamışdır. Yeni tipli sayğac əvvəlcədən yüklənmiş məbləğdən istifadə olunduqca çıxıldığına görə hal-hazıradək elektrik enerjisi sərfiyyatına görə ödənilir. Lakin heç bir əsas olmadan 6-7 ay bundan yaşadığı mənzilin əvvəllər X5yə görə heç bir əsası olmayan məbləğdə borcu olduğu abonent məlumat vərəqində yazılmışdır. Abonent məlumat vərəqinə baxdıqda da bunu görmək olar belə ki, xx.xx.2021-ci il tarixində bağlanan aktlar qrafasında 11373.45 Kvt dəyəri 1251,07 manat qeyd olunmuş, bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X5 qaydaları”nın tələbləri pozulmuşdur. Qeyd etdiyi X5sinə görə əsassız yaranan borcun silinməsinə dair rayon elektrik şəbəkəsinə müraciət etmiş, lakin qeyd olunan borcun silinməsi onlar tərəfindən mümkün olmadığı üçün məhkəmə qərarı əsasında borcun silə biləcəklərini bildirmişlər. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etməli olmuşdur. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tаrixli, 2(025)-185/2022 saylı qətnaməsi ilə (hakim A.Əliyev) iddiaçı X7 cavabdehlər "xxxx" ASC-nə və "xxxx" ASCnin X8 və Satış İdarəsinə qarşı “X5yə görə əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil "xxxx" ASC-nin enerji satış bazasında X7 adına olmaqla **********86002 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. 23 may 2019-cu il tarixli, 19 nömrəli “Xüsusi Təyinatlı Yaşayış X11”sinə əsasən Qəbələ şəhər Muxtar Abduyev küçəsi 81 nömrəli binada yerləşən 07 saylı, 2 otaqlı yaşayış sahəsi iddiaçı X1 verilmişdir. İddiaçı həmin tarixdən etibarən X5 olunmuş elektrik enerjisinə görə borcunu vaxtlı-vaxtında ödəmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş abonentin “abunə haqqında” məlumatına nəzər saldıqda 2016-cı ilin dekabr ayından 2018-ci ilin dekabr ayına qədər olan məlumat cədvəlindən görünür ki, iddiaçının hal-hazırki yaşadığı mənzilə quraşdırılmış elektrik sayğacı üzrə X5 edilmiş, lakin dəyəri ödənilməmiş qalıq borcu 991,37 manat olmuşdur. Həmçinin abonentin 2019-cu ilin yanvar ayı üzrə X5 edilmiş elektrik enerjisinə görə ödənilməmiş 259,71 manat qalıq borcu qalmışdır. Beləliklə, abonentin “abunə haqqında” məlumat cədvəlinə əsasən qeyd olunmuş dövrlər üzrə istifadə edilmiş elektrik enerjisinə görə toplamda 1251,08 manat qalıq borcu qalmışdır. İddiaçının yaşadığı mənzil üzrə elektrik sayğacı yeni PAUD-MP106 tipli smart sayğacla əvəz edilmişdir. Bundan sonra yuxarıda qeyd olunmuş dövrlər üzrə iddiaçının adına qeydiyyata alınmış mənzilin X5yə görə yaranmış qalıq borcu 1251,08 manat xx.xx.2021-ci il tarixində həmin abonent koduna əlavə edilmişdir. Beləliklə iddiaçı Taryel Tahirli həmin 1251,08 manat borc məbləğinin onun abonent koduna əsassız olaraq əlavə edildiyini, həmin məbləğin silinməsini xahiş edir. Cavabdeh isə məhkəməyə təqdim etdiyi abonentin “abunə haqqında” məlumatına əsasən 1251,07 manat məbləğin abonent kodu **********86002 sayğacda əvvəldən yarandığını, bu səbəbdən əsassız olaraq hesablanmadığını, əks halda onların hüquqlarının pozulduğunu bildirir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə qeyd etmişdir ki, nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs binici növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Hazırki halda, iddiaçı X12 məhkəmə iclasında cavabdehlər "xxxx" ASC-nə və "xxxx" ASC-nin X8 və Satış İdarəsinin onun hansı hüququnu pozmasını sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı onun abonent koduna cavabdehlər tərəfindən əsassız olaraq borc hesablandığını qeyd edir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən hər hansı pozuntu edilməmiş, Qəbələ şəhər Muxtar Abduyev küçəsi 81 nömrəli binada yerləşən 07 saylı, 2 otaqlı evə məxsus sayğacda istifadə edilmiş elektrik enerjisinə görə ödənilməmiş borc eyni abonent kodlu yeni sayğaca əlavə edilmişdir. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçı X7 hazırki məhkəmə baxışının predmeti olan “X5yə görə əsassız hesablanmış borcun silinməsi” ilə bağlı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki məhkəmə araşdırması zamanı da müəyyən olunmuşdur ki, 1251,07 manat borc abonent kodu **********86002 olan sayğacda əvvəldən yaranmış borc məbləğidir. İddiaçı isə ünvan 2 ünvanında yerləşən mənzildən və həmin mənzilə quraşdırılmış abonent kodu **********86002 olan sayğacdan xx.xx.2019-cu il tarixdən etibarən istifadə etməyə başlamışdır. İddiaçı Taryel Tahirlinin abonent kodu **********86002 olan sayğacdan ondan əvvəl istifadə edilmiş elektrik enerjisinin əsassız hesablanaraq silinməsini tələb etməsində haqlı deyildir. Yəni iddiaçının iddia etdiyi kimi həmin borc məbləği əsassız olaraq hesablanmamış və cavabdeh təşkilat həmin borc məbləğini **********86002 nömrəli abonent koduna əlavə etməkdə haqlı olmuşdur. Beləliklə iddiaçı, abonent kodu **********86002 olan sayğaca hesablanmış 1251,07 manat borcun onun həmin sayğacdan istifadə etdiyi müddətdə yaranmasına dair hər hansı bir sübut təqdim etməmişdir. Bundan əlavə məhkəmə iddiaçı X10 izah edir ki, onun hal-hazırda istifadə etdiyi abonent kodu **********86002 olan sayğaca əlavə edilmiş 1251,07 manat məbləği ödəməməlidir. Belə ki, qeyd olunan məbləğ həmin mənzildə yaşamış əvvəlki sakinlər tərəfindən yaranmışdır. Eyni zamanda məhkəmə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə izah edir ki, ünvan 2 ünvanında yerləşən mənzildən və həmin mənzilə quraşdırılmış abonent kodu **********86002 olan sayğacdan xx.xx.2019-cu il tarixdən əvvəl istifadə etmiş və həmin şəxs(lər)in istifadəsi dövründə yaranmış borc məbləğinə görə həmin şəxs(lər)i müəyyən etməklə onlara qarşı iddia ilə məhkəməyə müraciət edə bilər. Beləliklə mülki iş üzrə sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab etmişdir ki, iddiaçı X7 cavabdehlər "xxxx" ASC-nə və "xxxx" ASC-nin X8 və Satış İdarəsinə qarşı “X5yə görə əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3, 18-ci maddələri, “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarı, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsi, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 4.1, 14.2, 88, 106.1, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, o, xx.xx.1993-cü ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuşdur, hərbiçidir. O, Fövqəladə Hallar Nazirliyinin X3 işlədiyindən və onun, ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə müraciət etmiş, ona və ailəsinə Zarağan kəndindəki hərbi şəhərcikdə olan boş mənzillərdən biri ilə təmin edilmişlər. xx.xx.2019-cu il tarixindən hal-hazıra kimi ona verilən Qəbələ rayonu, Zarağan kəndi, M.Abduyev küçəsi, ev 81, mənzil 7-də o köçüb yaşayana qədər yaşayış olmamışdır. xx.xx.2019-cu il tarixində həmin mənzildəki sayğac smart tipli sayğacla əvəz olunmuş və o, orda yaşamağa başlayan zaman kart və həmin mənzilin X5sinə görə borcun olmaması barədə bildiriş təqdim edilmişdir. Ona görə də o, 2019-2020-ci illərdə elektrik enerjisindən karta yüklənmiş məbləğə görə istifadə etmiş, hər hansı əlavə tutulma olmamışdır. Lakin 2021-ci ilin mart ayından başlayaraq karta yüklənmiş məbləğin çox hissəsi borc kimi tutulmuşdur. Bildirir ki, onun tərəfindən sayğaclara heç bir müdaxilə edilməmiş, o cümlədən sayğacdan kənar hər hansı kənar xətt çəkilməklə şəbəkəyə qoşulma kimi halları olmamışdır. Yeni tipli sayğac əvvəlcədən yüklənmiş məbləğdən istifadə olunduqca çıxıldığına görə hal-hazıradək elektrik enerjisi sərfiyyatına görə ödənilir. Lakin heç bir əsas olmadan 6-7 ay bundan yaşadığı mənzilin əvvəllər X5yə görə heç bir əsası olmayan məbləğdə borcu olduğu abonent məlumat vərəqində yazılmışdır. Abonent məlumat vərəqinə baxdıqda da bunu görmək olar belə ki, xx.xx.2021-ci il tarixində Bağlanan aktlar qrafasında 11373.45 Kvt dəyəri 1251,07 manat qeyd olunmuş, bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X5 qaydaları”nın tələbləri pozulmuşdur. Onu da bildirir ki, qeyd etdiyi X5sinə görə əsassız yaranan borcun silinməsinə dair Rayon Elektrik Şəbəkəsinə müraciət etmiş, lakin qeyd olunan borcun silinməsi onlar tərəfindən mümkün olmadığı üçün məhkəmə qərarı əsasında borcun silə biləcəklərini bildirmişlər. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etməli olmuşdur. Qətnamədə qeyd edilmişdir ki, "Bundan əlavə məhkəmə iddiaçı X10 izah edir ki, onun hal-hazırda istifadə etdiyi abonent kodu **********86002 olan sayğaca əlavə edilmiş 1251,07 manat məbləği ödəməməlidir. Belə ki, qeyd olunan məbləğ həmin mənzildə yaşamış əvvəlki sakinlər tərəfindən yaranmışdır." Həmçinin göstərilmişdir ki, "Eyni zamanda məhkəmə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə izah edir ki, ünvan 2 ünvanında yerləşən mənzildən və həmin mənzilə quraşdırılmış abonent kodu **********86002 olan sayğacdan xx.xx.2019-cu il tarixdən əvvəl istifadə etmiş və həmin şəxs(lər)in istifadəsi dövründə yaranmış borc məbləğinə görə həmin şəxs(lər)i müəyyən etməklə onlara qarşı iddia ilə məhkəməyə müraciət edə bilər. Lakin Azəriqazın həmin şəxsləri müəyyən edərək onlara qarşı iddia qaldırması səlahiyyətində olan məsələ deyildir. Borc məbləğinin ona aid olmaması məhkəmə zamanı sübuta yetirilsə də, borc məbləğinin onun sayğacından silinməsi əsaslandırılmamışdır. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Qəbələ Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2(025)-185/2022 saylı qətnaməsini ləğv edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kollegiyanın iclasında iştirak edən iddiaçı X2 Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tаrixli, 2(025)-185/2022 saylı qətnaməsinin ləğv edilməməsini və apellyasiya şikayətinin təmin edilməsi, Qəbələ Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2(025)-185/2022 saylı qətnaməsini ləğv edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" İstehsalat Birliyinin nümayəndəsi heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X5 Qaydaları”: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X5 Qaydaları”nın: 5.3.2-ci bəndində qeyd edilir ki, yaşayış binalarının, yaxud xüsusi yaşayış evlərinin mülkiyyətçilərinə, idarələr və başqa qeyri-istehsalat istehlakçılarına məxsus olan binalarda, həmçinin məişət abonentlərinin mənzillərində balans mənsubiyyəti sərhədindəki birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət enerjitəchizatı müəssisəsinin üzərinə düşür. 7.7. Bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna olmaqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X4 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.4-cü bəndinə əsasən istehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. 9.19-cu bəndinə əsasən istehlakçının təqsirindən baş vermiş qəza nəticəsində enerjitəchizatı müəssisəsinə ziyan dəydikdə (elektrik qurğularının, avadanlıqların zədələnərək yararsız hala düşməsi və s.), istehlakçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq enerjitəchizatı müəssisəsi qarşısında maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X5 Qaydaları”na 06 yanvar 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir(göndərməlidir). Həmin “Qaydaların” 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğacla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin “Qaydaların” 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X5də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir, Qəbələ Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tаrixli, 2(025)-185/2022 saylı qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini və iddianın təmin edilməsini xahiş edir. Apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tаrixli, 2(025)-185/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil "xxxx" ASC-nin enerji satış bazasında X7 adına olmaqla **********86002 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. 23 may 2019-cu il tarixli, 19 nömrəli “Xüsusi Təyinatlı Yaşayış X11”sinə əsasən Qəbələ şəhər Muxtar Abduyev küçəsi 81 nömrəli binada yerləşən 07 saylı, 2 otaqlı yaşayış sahəsi iddiaçı X1 verilmişdir. İddiaçı həmin tarixdən etibarən X5 olunmuş elektrik enerjisinə görə borcunu vaxtlı-vaxtında ödəmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş abonentin “abunə haqqında” məlumatına nəzər saldıqda 2016-cı ilin dekabr ayından 2018-ci ilin dekabr ayına qədər olan məlumat cədvəlindən görünür ki, iddiaçının hal-hazırki yaşadığı mənzilə quraşdırılmış elektrik sayğacı üzrə X5 edilmiş, lakin dəyəri ödənilməmiş qalıq borcu 991,37 manat olmuşdur. Həmçinin abonentin 2019-cu ilin yanvar ayı üzrə X5 edilmiş elektrik enerjisinə görə ödənilməmiş 259,71 manat qalıq borcu qalmışdır. Beləliklə, abonentin “abunə haqqında” məlumat cədvəlinə əsasən qeyd olunmuş dövrlər üzrə istifadə edilmiş elektrik enerjisinə görə toplamda 1251,08 manat qalıq borcu qalmışdır. İddiaçının yaşadığı mənzil üzrə elektrik sayğacı yeni PAUD-MP106 tipli smart sayğacla əvəz edilmişdir. Bundan sonra yuxarıda qeyd olunmuş dövrlər üzrə iddiaçının adına qeydiyyata alınmış mənzilin X5yə görə yaranmış qalıq borcu 1251,08 manat xx.xx.2021-ci il tarixində həmin abonent koduna əlavə edilmişdir. Beləliklə iddiaçı Taryel Tahirli həmin 1251,08 manat borc məbləğinin onun abonent koduna əsassız olaraq əlavə edildiyini, həmin məbləğin silinməsini xahiş edir. Cavabdeh isə məhkəməyə təqdim etdiyi abonentin “abunə haqqında” məlumatına əsasən 1251,07 manat məbləğin abonent kodu **********86002 sayğacda əvvəldən yarandığını, bu səbəbdən əsassız olaraq hesablanmadığını, əks halda onların hüquqlarının pozulduğunu bildirir. Apellyator apellyasiya şikayətinin dəlilərində bildirmişdir ki, xx.xx.2019-cu il tarixindən halhazıra kimi ona verilən Qəbələ rayonu, Zarağan kəndi, M.Abduyev küçəsi, ev 81, mənzil 7-də o köçüb yaşayana qədər yaşayış olmamışdır. xx.xx.2019-cu il tarixində həmin mənzildəki sayğac smart tipli sayğacla əvəz olunmuş və o, orda yaşamağa başlayan zaman kart və həmin mənzilin X5sinə görə borcun olmaması barədə bildiriş təqdim edilmişdir. Ona görə də o, 2019-2020-ci illərdə elektrik enerjisindən karta yüklənmiş məbləğə görə istifadə etmiş, hər hansı əlavə tutulma olmamışdır. Lakin 2021-ci ilin mart ayından başlayaraq karta yüklənmiş məbləğin çox hissəsi borc kimi tutulmuşdur. Bildirir ki, onun tərəfindən sayğaclara heç bir müdaxilə edilməmiş, o cümlədən sayğacdan kənar hər hansı kənar xətt çəkilməklə şəbəkəyə qoşulma kimi halları olmamışdır. Yeni tipli sayğac əvvəlcədən yüklənmiş məbləğdən istifadə olunduqca çıxıldığına görə hal-hazıradək elektrik enerjisi sərfiyyatına görə ödənilir. Lakin heç bir əsas olmadan 6-7 ay bundan yaşadığı mənzilin əvvəllər X5yə görə heç bir əsası olmayan məbləğdə borcu olduğu abonent məlumat vərəqində yazılmışdır. Abonent məlumat vərəqinə baxdıqda da bunu görmək olar belə ki, xx.xx.2021-ci il tarixində Bağlanan aktlar qrafasında 11373.45 Kvt dəyəri 1251,07 manat qeyd olunmuş, bununla da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X5 qaydaları”nın tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. İlk növbədə kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Birinci instasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı X7 hazırki məhkəmə baxışının predmeti olan “X5yə görə əsassız hesablanmış borcun silinməsi” ilə bağlı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki məhkəmə araşdırması zamanı da müəyyən olunmuşdur ki, 1251,07 manat borc abonent kodu **********86002 olan sayğacda əvvəldən yaranmış borc məbləğidir. İddiaçı isə ünvan 2 ünvanında yerləşən mənzildən və həmin mənzilə quraşdırılmış abonent kodu **********86002 olan sayğacdan xx.xx.2019-cu il tarixdən etibarən istifadə etməyə başlamışdır. İddiaçı Taryel Tahirlinin abonent kodu **********86002 olan sayğacdan ondan əvvəl istifadə edilmiş elektrik enerjisinin əsassız hesablanaraq silinməsini tələb etməsində haqlı deyildir. Yəni iddiaçının iddia etdiyi kimi həmin borc məbləği əsassız olaraq hesablanmamış və cavabdeh təşkilat həmin borc məbləğini **********86002 nömrəli abonent koduna əlavə etməkdə haqlı olmuşdur. Beləliklə iddiaçı, abonent kodu **********86002 olan sayğaca hesablanmış 1251,07 manat borcun onun həmin sayğacdan istifadə etdiyi müddətdə yaranmasına dair hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası həmçinin, qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Eyni zamanda, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, iddianın təmin edilən olması barədə iddiaçının apellyasiya şikayətindəki dəlilləri məhkəmə iclasında öz təsdiqini tapmadığından əsassızdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də iddiaçı X7 apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Qəbələ Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tаrixli, 2(025)-185/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tаrixli, 2(025)-185/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-640/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-640/2022
04.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver