Məhkəmə qərarları › İş №2(107)-646/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-646/2024

25.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-646/2024 25.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi və ödənilmiş icarə haqlarının geri qaytarılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: prosessual müddətin bərpa olunmasına dair ərizənin təmin edilməsi, ləğv) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı MMC Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi və ödənilmiş icarə haqlarının geri qaytarılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Qax Rayon Məhkəməsinin 5 aprel 2023-cü il tarixli, 2(024)-22/2023 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası ilə bağlı ərizəsinin təmin edilməsi barədə Qax Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2(024)- 22/2023 nömrəli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2011-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi və 14 dekabr 2011-ci il tarixdən 16 oktyabr 2019-cu il tarixədək ödənilmiş, cəmi 10.800 (on min səkkiz yüz) manat pul vəsaitinin və ödənilmiş 123 (yüz iyirmi üç) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 5 aprel 2023-cü il tarixli, 2(024)-22/2023 nömrəli qətnaməsi ilə İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2011-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi və 14 dekabr 2011-ci il tarixdən 16 oktyabr 2019-cu il tarixədək ödənilmiş, cəmi 10.800 (on min səkkiz yuz) manat pul vəsaitinin və ödənilmiş 123 (yüz iyirmi üç) manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh 23 may 2023-cü il tarixində apellyasiya şikayəti və ötürülmüş müddətin bərpası barədə ərizə vermişdir. Qax Rayon Məhkəməsinin 1 iyun 2023-cü il tarixli, 2(024)-22/2023 nömrəli qərardadı ilə müddət bərpa edilmiş və apellyasiya şikayəti baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 2(107)-870/2023 nömrəli qərardadı ilə Qax Rayon Məhkəməsinin 5 aprel 2023-cü il tarixli, 2(024)-22/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən apellyasiya qeyri-mümkün hesab edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü ildə məhkəməyə qeyd olunan qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə vəsatətlə müraciət olunmuşdur. Qax Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2(024)-22/2023 nömrəli qərardadı ilə Cavabdeh Qax Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2(024)- 22/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün müddətin buraxılması səbəbləri üzürlü hesab edilməsi və apellyasiya şikayətinin baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı MMC qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Qax Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(024)-22/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Qax Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2(024)- 22/2023 nömrəli qərardadı ləğv edilməli, Cavabdeh apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilməli, Qax Rayon Məhkəməsinin 5 aprel 2023cü il tarixli, 2(024)-22/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmalıdır. Birinci instansiya məhkəməsi apellyasiya şiakyətinin geri qaytarılmasına dair gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş AZ-İİ № 334367 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh anası X3 xx.xx.2023-cü ildə ölmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, Qax Rayon Məhkəməsinin 5 aprel 2023-cü il tarixli, 2(024)-22/2023 nömrəli qətnaməsi 13 aprel 2023-cü ildə cavabdehə çatdırılmışdır. Onun həmin qətnamədən apellyasiya şikayəti vermə müddəti 15 may 2023-cü ildə başa çatmışdır. Sonuncunun 23 may 2023-cü ildə, yəni 8 gün gecikməylə verdiyi apellyasiya şikayəti cavabdehin anasının ölümü əsası ilə müddət bərpa edilməklə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 2(107)-870/2023 nömrəli qərardadı 12 iyul 2023cü ildə cavabdehə çatdırılmışdır. Yenidən ötürülmüş müddətin bərpası barədə ərizə və apellyasiya şikayəti 12 fevral 2024-cü ildə, yəni əvvəlki apellyasiya şikayətində olan nöqsanları bildikdən 7 ay sonra verilmişdir. İkinci dəfə ötürülmüş müddətin bərpası barədə ərizə verən cavabdeh və həmin ərizəni təmin edən birinci instansiya məhkəməsi yenə cavabdehin anasının ölməsinə əsaslanmışdır. Kollegiya qeyd edir ki, həmin hadisə 6 aprel 2023-cü ildə, iş üzrə qətnamə qəbul edildikdən 1 gün sonra baş vermiş və 1 iyun 2023-cü ildə apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına səbəb olmuşdur. Hazırki halda yenidən iş üzrə son qərardadı aldıqdan 7 ay sonra verilmiş apellyasiya şikayətinin verilməsi müddəti həmin hadisəyə görə bərpa oluna bilməz. Cavabdeh hazırki halda müddətin bərpa edilməsinə əsas ola biləcək digər hər hansı sübut və ya dəlil də təqdim etməmişdir. Kollegiya əlavə olaraq onu da qeyd edir ki, hazırda şikayət verilmiş 23 fevral 2024-cü il tarixli qərardadla birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh Qax Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2(024)-22/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün müddətin buraxılması səbəbləri üzürlü hesab edilmiş və apellyasiya şikayətinin baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin qərardadla ötürülmüş müddət üzrlü hesab edilsə də, həmin müddət bərpa edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Məhkəmə kollegiyası bildirir ki, MPM-in normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Həmin Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Həmçinin ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o, mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AR Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək, onun əsas mahiyyətinə toxunmamalıdır. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. “O.Hüseynovun şikаyəti üzrə məhkəməyə mürаciət hüququnun pozulmаsınа dаir” iş üzrə 29 iyun 2007-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsinin Plenumunu göstərmişdir ki, mülki prosessuаl qаnunvericilik məhkəmə qətnаməsindən verilən şikаyətlər üçün müddətin məhz məhkəmə аktının tərəfə təqdim olunduğu gündən hesаblаndığını nəzərdə tutur. Könül Namidar qızı Qəribovаnın şikаyəti ilə əlаqədаr Azərbаycаn Respublikаsı Ali Məhkəməsi MİÜMK-nın 16 аvqust 2006-cı il tаrixli qərаrının Azərbаycаn Respublikаsı Konstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yoxlаnılmаsınа dаir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 mаy 2008-ci il tаrixli qərаrındа göstərilmişdir ki, qаnunlа nəzərdə tutulmuş prosessuаl müddətin bərpаsı üçün yаlnız elə səbəblər üzrlü hesаb edilə bilər ki, onlаrın mövcudluğu prosessuаl hüquqlаrа və vəzifələrə mаlik şəxsin irаdəsindən аsılı olmаsın, özü tərəfindən onlаrın dəf edilməsi imkаnlаrındаn kənаrа çıxsın, müvаfiq hərəkətin yerinə yetirilməsinə mаneə törətsin və yа məhdudiyyət yаrаtsın. Müddətin burаxılmаsı ilə nəticələnmiş səbəbin üzrlü hesаb edilməsi bilаvаsitə məhkəmənin öz mülаhizələrindən аsılıdır. Bu mənаdа üzrlülük göstərilən meyаrlаrın sərhədində dаyаnаn elə inkаrolunmаz səbəblər bаrəsində qəbul olunmаlıdır ki, belə məsələ ilə əlаqədаr Mülki Prosessual Məcəllənin tələblərinə riаyət edilməklə çıxаrılmış məhkəmə аktı qаnunilik, obyektivlik və qərəzsizlik bаxımındаn şübhə аltınа аlınmаsın. "X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarında göstərilir ki, qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Həmin Məcəllənin 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Həmin Məcəllənin 133.6-cı maddəsinə əsasən prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin Məcəllənin 398.0.2-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyа məhkəməsi qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Qax Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2(024)-22/2023 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar mövcuddur. Ona görə də, şikayət təmin edilməli, Qax Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2(024)-22/2023 nömrəli qərardadı ləğv edilməli, Cavabdeh apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilməli, Qax Rayon Məhkəməsinin 5 aprel 2023-cü il tarixli, 2(024)-22/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmalıdır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Qax Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2(024)-22/2023 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilsin. Qax Rayon Məhkəməsinin 5 aprel 2023-cü il tarixli, 2(024)-22/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar