Məhkəmə qərarları › İş №2(107)-647/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-647/2020

06.05.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-647/2020 06.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi və X1 iştirakı ilə, X1 Cavabdehnə qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-954/2019 nömrəli qətnaməsindən iş üzrə üçüncü şəxs X17 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-954/2019 nömrəli qətnaməsi ilə (hakim Elbrus Məmmədov) iddia təmin edilmiş, Zaqatala rayonunun Mosul kənd X43 üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2015-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi qət edilmişdir. İşin halları X12 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxx 2015-ci il tarixli, Mosul kənd X43 üzrə nümayəndəliyi tərəfindən mərhum atası X5 adından tərtib edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tələbini belə əsaslandırmışdır ki, atası X18 xx xxxxx 2015-ci il tarixdə vəfat etmişdir və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Döylət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Seriya RX, №1342696 saylı ÇİXARİŞ-a əsasən ünvan 1 №-li ünvanda 400 kv.m torpaq) yerləşən 400 kv.m torpaq sahəsi tam mülkiyyət hüququ üzrə atasına məxsusdur. Belə ki, atasının 9 (üç) övladı olub: X12 (iddiaçı), bacıları X13, X14, X6, X19, X15, X20, qardaşları X21, X22. X2 xx xxxxxx 2017-ci il tarixdə vəfat edib. Atası vəfat edəndən sonra isə həmin miras əmlakı onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair Zaqatala rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilib. Bununla bağlı olaraq qeyd edir ki, vərəsəlik isi ilə əlaqədar vərəsələr 8 (səkkiz) bacı qardaş arasında hec bir mübahisə yaranmayıb, mübahisə yaradan mərhum qardaşı X7 arvadı X8r. Belə ki, Yasəmən İsrafilova həmin miras qalmış əmlakın bütövlüdə ona verilməsi iddiasını irəli sürərək bildirir ki, guya xx xxxx 2015-ci ildə mərhum atası tərəfindən vəsiyyətnaməyə əsasən həmin əmlak mərhum X2na vəsiyyət edilib, vəsiyyətnamə Mosul kənd X43 üzrə nümayəndəliyi tərəfindən təsdiq edilib. Hansı ki, heç İƏD üzrə nümayəndəlik notarius sayılmır. Diqər tərəfdən qeyd edir ki, onun atası tərəfindən elə birvəsiyyətnamə tərtib olunmayıb, nədə ki, imzalanmayıb. Vəsiyyətnamədəki imzaatası X9 məxsus deyil, saxta imzadır.İcra nümayəndəsi heç vaxt atasının yanına gəlməyib, onların evində olmayıb ki hələbir atası da xəstə vəziyyətdə vəsiyyətnamə imzalasın. Məhz bu hal xx xxxx 2019-cu il tarixdə miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə baxılan zaman Zaqatala rayon məhkəməsində Mosul kənd X43 üzrə nümayəndəliyinin nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. İcra nümayəndəsi özü ifadəsində göstərmişdir ki, vəsiyyətnaməni X2 özü gətirib icra nümayəndəsinə verib. Bu hal İcra nümayəndəliyinin notariat əməliyyatları aparılmasına dair qeyd kitabında da öz əksini taparaq qeyd edilmişdir ki, vəsiyyətnamə X2nun müraciəti ilə kitaba qeyd edilərək qeydiyyatdan keçmişdir. Həmçinin hal şahidləri də təsdiqedir ki, həmin vəsiyyətnaməyə X2 tərəfindən imza etməsi xahiş edilib, məzmunu barədə onların heç bir xəbəri olmayıb. Beləliklə də qeyd etdiyi xüsusatlar ona dəlalət edir ki, xx xxxx 2015-ciildə Mosul kənd X43 üzrə nümayəndəliyi tərəfindən mərhumatasıX5 adından tərtib olunanvəsiyyətnamə saxtadır. Ona görə də məhkəmə tərəfindən etibarsız hesab edilməlidir. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Mosul kənd X43 üzrə nümayəndəliyi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Birinci instansiya məhkəməsi cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn üçüncü şəxs X23 аpellyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Üçüncü şəxs X23 apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnamə qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməlidir. Məhkəmənin mövqeyi ilə razılaşmaq olmur. Belə ki, qətnamə demək olar ki, xəttşünaslıq ekspertizası rəyi ilə əsaslandırılmışdır. İlk növbədə qeyd edilməlidir ki, hüquqi qüvvəsinə görə ekspert rəyi məhkəmə üçün məcburi deyil. Təəssüf ki, məhkəmə mexaniki olaraq ekspert rəyinə istinad edərək işin faktiki hallarını dəqiq nəzərə almadan qətnamə qəbul etmişdir. Ekspert qarşısında qoyulan suallar iddia tələbini tam əhatə etmir. Mübahisələndirilən vəsiyyətnamə şahidlərin iştirakı ilə təsdiqlənmişdir. Ekspert rəyindən də görünür ki, vəsiyyətnamədə göstərilən hal şahidlərinin imzalarının onlara məxsus olub-olmaması barədə sual qoyulmamışdır. Ümumiyyətlə vəsiyyətnamənin Məmmədov Şəmsəddin tərəfindən imzalanmaması qeyriciddi yanaşmadır. Digər tərəfdən məhkəmə İcra nümayəndəsinin ifadəsini təhrif etmişdir. Əslində icra nümayəndəsi məhkəmədə ifadə verərək bildirmişdir ki, vəsiyyətnamə Məmmədov Şəmsəddin tərəfindən imzalanmışdır. Habelə hal şahidləri də X25 və X3 nümayəndəliyində vəsiyyətnaməni imzaladığnı təsdiq etmişdir. İşin hərtərəfli araşdırılması üçün xətşünaslıq ekspertizası keçirilərkən vəsiyyət edənin yalnız tədiyyə bildirişində olan yazı nümunələri ilə müqayisə edilməsini düzgün hesab etmir. Hesab edir ki, onların da təqdim etdikləri yazı nümunələri əsasında yenidən ekspertiza keçirilməlidir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işi hərtərəfli, tam və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət vermədən, prosessualhüquq normalarını və maddi hüquq normalarını düzgün tətbiq etmədən, əsassızvə qanunsuz qətnamə qəbul etmişdir. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)- 954/2019 nömrəli qətnaməsini ləğv edərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı X12 apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-954/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və üçüncü şəxs X23 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apelyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, üçüncü şəxs X23 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-954/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, iddiaçının qardaşı, üçüncü şəxsin isə əri olmuş X21 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İşdə olan xx xxxx 2015-ci il tarixli vəsiyyətnamədən görünür ki, bunun əsasında mərhum Şəmsəddin Məmmədovun 400 kv metr sahəsi olan torpaq sahəsinin oğlu İlham Məmmədova bağışlanılması əksini tapmışdır. İşdə olan ekspert rəyindən görünür ki, mübahisələndirilən xx xxxx 2015-ci il tarixli vəsiyyətnamə mərhum Şəmsəddin Məmmədov tərəfindən imzalanmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 325.1, 325.3, 337.1, 337.2, 337.4 və 339.1-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.1-ci maddəsinə əsasən başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. Həmin Məcəllənin 325.3-cü maddəsinə əsasən əqdi bağlamış şəxsin ölümü və ya fəaliyyət qabiliyyətini itirməsi iradə ifadəsindən sonra baş verərsə, iradə ifadəsinin etibarlığına təsir göstərməyə bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, iddiaçı Südabə Məmmədova iş üzrə üçüncü şəxs Yasəmən İsrafilovanın mərhum ərinin bacısı, mərhum Şəmsəddin Məmmədovun isə qızıdır. İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək xx xxxx 2015-ci il tarixli Mosul kənd X43 üzrə nümayəndəlik tərəfindən mərhum atası X5 adından tərtib olunan vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə ilə bağlı işin faktiki halları araşdırılmış, mübahisələndirilən vəsiyyətnamədəki imza ilə mərhuma məxsus digər sənədlərdə olan imzalar uyğunluğu şübhə doğurduğundan məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmişdir. Ekspert tərəfindən məhkəməyə təqdim edilmiş rəylə müəyyən olunmuşdur ki, xx xxxx 2015-ci il tarixli vəsiyyətnamədə imza: Məmmədov Ş.M. qrafasındakı imza ilə 2004-cü il üçün 413 nömrəli tədiyyə bildirişinin kötüyündə “Məmmədov Şəmsəddin M” yazıları önündəki və 2003-cü il üçün 413 nömrəli tədiyyə bildirişinin kötüyündə “Məmmədov Şəmsəddin M” yazıları önündəki imzalar müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Beləliklə, mübahisələndirilən vəsiyyətnamənin həqiqətən mərhum Şəmsəddin Məmmədov tərəfindən imzalanması öz təsdiqini tapmamışdır. Yaranmış vəziyyətdə birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İş materiallarından göründüyü kimi mübahisələndirilən vəsiyyətnamə birtərəfli əqddir. Hansı ki, birtərəfli əqdi bağlamış şəxs öz iradə ifadəsini ortaya qoyur. Lakin, hazırki iş üzrə mübahisələndirilən vəsiyyətnamə onu vermiş mərhum Şəmsəddin Məmmədov tərəfindən imzalanmadığından sonuncunun iradə ifadəsi deyildir. Odur ki, sözügedən vəsiyyətnamə etibarsız hesab edilməlidir. Birinci instansiya məhkəməsi bilavasitə məhkəmə iclasında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia əsaslı olduğundan təmin edilməli, iş üzrə mübahisələndirilən xx xxxx 2015-ci il tarixli vəsiyyətnamə etibarsız hesab edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası üçüncü şəxsin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan üçüncü şəxs də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, hətta apelyasiya şikayətində göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etmədiyindən, həmçinin məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq həm apelyator, həm də cavabdeh təyin edilmiş və təkrar-təkrar təxirə salınmış məhkəmə kollegiyasının iclaslarına gəlib fikirlərini bildirmədiklərindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən üçüncü şəxsin göstərdikləri əsaslı hesab edilə bilməz. Yuxarıda göstərilən qanun normalarının tələblərindən də göründüyü kimi, iddiaçı hazırki iddia ilə məhkəməyə müraicət etməkdə, birinci instansiya məhkəməsi isə iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsаslаr olmаdığındаn üçüncü şəxs X11 apelyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-954/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpelyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyаbilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Üçüncü şəxs X17 tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(033)-954/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar