Məhkəmə qərarları › İş №2(107)-647/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-647/2022

04.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-647/2022 04.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, iddiaçı-İddiaçı, cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X10 Hüquqi şəxsin Balakən rayon Filialına qarşı “hüquq müəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(019)-433/2021 nömrəli qətnaməsindən iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X10 Hüquqi şəxsin Balakən rayon Filialı tərəfindən verilmiş apellyasiya şikаyətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X10 Hüquqi şəxsin Balakən rayon Filialına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Balakən rayon Dövlət Arxivi tərəfindən verilmiş 16 fevral 2021-ci il tarixli, 16 nömrəli arxiv arayışının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Balakən Rayon Məhkəməsinin (hakim Hümbət Səlimov) 05 may 2021-ci il tarixli, 2(019)- 433/2021 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Balakən rayon Dövlət Arxivi tərəfindən verilmiş 16 fevral 2021-ci il tarixli 16 saylı arxiv arayışının İddiaçı məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Dövlət Sosial X10 Hüquqi şəxsin Balakən rayon Filialı apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 03 avqust 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X10 Hüquqi şəxsin Balakən rayon Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(019)-433/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X10 Hüquqi şəxsin Balakən rayon Filialına qarşı “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Balakən rayon Dövlət Arxivi tərəfindən verilmiş 16 fevral 2021-ci il tarixli, 16 nömrəli arxiv arayışının ona məxsus olması faktının müəyyən edilməsi barədə” iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin 03 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər Azərbaycan Respublikasının Ali Məhkəməsinin 18 fevral 2022-ci il tarixli 2(102)-279/2022 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının03 avqust 2021-ci il tarixli, 2(107)-1447/2021 nömrəli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmişdir. işin halları: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1955-ci il tarixdə Balakən rayonu Tülü kəndində anadan olmuşdur, hazırda da həmin kənddə yaşayır. O, 1976-1977-ci illər ərzində Tülü kəndində fəaliyyət göstərmiş “Nəriman Nərimanov” adına kolxozda koxozçu işləmiş, onun həmin kolxozda işləməsi Balakən rayon Dövlət arxivi tərəfindən verilmiş 13 mart 2020-ci il tarixli 51 nömrəli arxiv arayışı ilə öz təsdiqini tapmışdır. Həmin arxiv arayışında göstərilmişdir ki, 1976-1977ci illərdə iddiaçının atasının adı qeyd edilməyib.O, iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək kolxozda, Balakən rayon Poçt filialında və Tülü kənd bələdiyyəsində işlədiyi illərin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial X10 hüquqi şəxsin Balakən rayon filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli 2-1 (116)-1002/2020 saylı qərarı ilə iddiası qismən təmin edilmiş,cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial X10 hüquqi şəxsinin Balakən rayon Filialının üzərinə İddiaçı 1976-1977-ci illərdə Balakən rayonu Tülü kəndində yerləşən N.Nərimanov adına kolxozda işlədiyi 8 ay ,04.05.1977-ci ildən 05.01.1999-cu il tarixədək Balakən Poçt filalında və 30.04.2001-ci ildən 01.11.2001- ci ilədək Tülü kənd bələdiyyəsində işlədiyi illərin sosial sığorta stajına daxil edlilməsi öhdəliyi qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin məhkəmə qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və şikayətdə göstərilmişdir ki, iddiaçının Tülü kəndi “Nəriman Nərimanov” adına kolxozda işləməsi ilə bağlı Balakən rayon Dövlət arxivindən əldə etdiyi arxiv arayışında şəxsin atasının adı qeyd edilməmişdir. Buradan da məlum olur ki, arxiv arayışında adı keçən şəxsin İddiaçı olması şübhə doğurur. Eyni zamanda arxiv arayışında şəxsin işlədiyi illər qeyd edilsə də, əmək haqqı qeyd edilməmişdir. Bu səbəbdən də o, hüquq müəyyənedici sənəd olan, Balakən rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışının özünə məxsus olması faktının müəyyən ediməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. apellyasiya şikayətinin dəlilləri və proses iştirakçılarının izahatları: Cavabdeh Dövlət Sosial X10 Hüquqi şəxsin Balakən rayon Filialı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədən də göründüyü kimi məhkəmə işin hallarına qiymət verərkən şahidin ifadəsinə əsaslanmış və şahid ifadələrinin həqiqətə uyğunluğunu yoxlamamışdır.Belə ki, "xxxx" MMC-nin Balakən Poçt filialının 03.09.2020-ci il tarixli 269 nömrəli Arayışından və Əmrlərdən çıxarışdan görünür ki, iddiaçı Tülü poçt şöbəsində 04 may 1977-ci il tarixli 66 saylı əmrlə poçtalyon işinə qəbul edilmiş, 05 yanvar 1999-cu il tarixli 02 saylı əmrlə işdən azad edilməsi məlumdur. İddiaçının poçtalyon vəzifəsinə qəbul edildiyi 04 may 1977-ci il tarix şahidin ifadəsində istinad etdiyi təsərrüfatbaşına kitablarda 1976-1979-cu illər aralığına düşdüyü üçün həmin illərdə kolxozda işləməsi ilə yanaşı poçtalyon işləməsinə dair qeydlərin də olubolmaması yoxlanılmalı idi. Çünki, mübahisə predmeti iddiaçının kolxozda işləyib-işləməməsi deyil, kolxozda işlıəməsinə dair verilən arayışın ona məxsus olub- olmamasıdır. Təsərrüfatbaşına kitablarda iddiaçının həm kolxozda işləməsi, həm də poçtalyon işləməsi müəyyən olunmuş olsaydı həmin kitablardakı qeydlərin həqiqətə uyğunluğu, arxiv arayışının isə iddiaçıya məxsus olması təsdiq olunardı. Məhkəmə tərəfindən N.Nərimanov kolxozunun 7 №-li briqadasının 1976 və 1977-ci il tarixli əməyin ödənişi üzrə hesablama kitabında İddiaçı əməkhaqqı ödənilməsinə istinad olunmuşdur. Lakin, nəzərə alınmamışdır ki, İddiaçı həmin illərdə əməkhaqqı alması deyil, həmin şəxsin İddiaçı olub-olmaması mübahisə doğurur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, sonda birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünür ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 18 fevral 2022-ci il tarixli 2(102)-279/2022 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının03 avqust 2021-ci il tarixli, 2(107)-1447/2021 nömrəli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmişdir. MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə və Ali Məhkəmənin göstərişlərinə əsasən hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon tülü kənd soveti tərəfindən 26 iyul 1972-ci il tarixdə verilmiş İ-JQ seriyalı 388104 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1955-ci ildə anadan olmuş, atası X8, anası X4 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunan Şəki İnzibati Məhkəməsinin 22.10.2020-ci il tarixli 2-1(116)-1002/2020 nömrəli qərarından görünür ki, həmin qərarla iddia qismən təmin edilmiş, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial X10 hüquqi şəxsinin Balakən rayon filalının üzərinə İddiaçı 1976- 1977-ci illərdə Balakən rayonu Tülü kəndində yerləşən N.Nərimanov adına kolxozda işlədiyi 8 ay ,04.05.1977-ci ildən 05.01.1999-cu il tarixədək Balakən Poçt filalında və 30.04.2001-ci ildən 01.11.2001-ci ilədək Tülü kənd bələdiyyəsində işlədiyi illərin sosial sığorta stajına daxil edlilməsi öhdəliyi qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Dövlət Arxivi tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış 29 aprel 2021-ci il tarixli 31 nömrəli məktubda göstərilmişdir ki, Balakən rayonu Tülü kənd sakini İddiaçı 09 mart 2020-ci il tarixdə Balakən rayon Dövlət Arxivinə ərizə ilə müraciət edərək 19761977-ci illərdə Tülü kəndi “N.Nərimanov “adına kolxozda işlədiyini bildirmiş, iş stajı və gəliri haqqında arayış verilməsini xahiş etmişdir. Şifahi olaraq 7 nömrəli briqadada işlədiyini demişdir. Ərizəyə baxılaraq İddiaçı 1976-1977-ci illərdə Tülü kəndi “N.Nərimanov “adına kolxozda işlədiyi barədə 13 mart 2020- ci il tarixli 51 nömrəli arxiv arayışı verilmişdir. İddiaçı 11.02.2021-ci ildə Balakən regional “ASAN XİDMƏT’mərkəzinə ərizə ilə təkrar müraciət edərək Tülü kəndi “N.Nərimanov” adına kolxozda 1976-1977-ci illərdə işlədiyi barədə arxiv arayışının verilməsini xahiş etmişdir.İddiaçı müraciətinə baxılaraq 16 fevral 2021-ci il tarixli 16 nömrəli arxiv arayışı ona Balakən regional “ASAN XİDMƏT” mərkəzi vasitəsilə təqdim edilmişdir. Hər iki arayış eyni məzmunludur. Dövlət Arxivində mühafizə olunan Tülü kənd ZDS və XDS İcraiyyə Komitəsinin 1974-1976,1979-cu illərə aid təsərrüfatbaşına kitablarında xx xxxxxxx 1955-ci il təvəllüdlü İddiaçı atası X5 təsərrüfatında qeydiyyatdadır. Tülü kənd ZDS və XDS İcraiyyə Komitəsinin 1974-1976,1977-1979-cu illərə aid təsərrüfatbaşına kitablarında eyni adlı, təvəllüdlü digər şəxsin qeydiyyatı aparılmamışdır. İddiaçı 1976- 1979-cu illərdə harada işlədiyi barədə təsərrüfatbaşına kitablarda qeydiyyatı aparılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Dövlət Arxivi tərəfindən 16 fevral 2021-ci il tarixli 16 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1976- 1977-ci illərdə Balakən rayonu Tülü kəndi «N.Nərimanov» adına kolxozda işləmiş, 1976- 1977-ci illərdə atasının adı qeyd edilməmiş, 1976-cı ilin sentyabr ayında yazılan 791 adam saatda qaralama var. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş İddiaçı Balakən rayon Dövlət Arxivinə ünvanlanmış ərizədən görünür ki, o, 1976-1977-ci illərdə Tülü kənd “N.Nərimanov” adına kolxozda işləmişdir. Onun iş stajı və gəliri haqqında arayış verilməsini xahiş edir. Balakən rayonu Tülü kənd X3 İcraiyyə Komitəsinin 06 nömrəli 1974, 1975, 1976-cı illərin 6 nömrəli təsərrüfatbaşına kitabından görünür ki, İddiaçı kolxozda kolxozçu işləmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş “N.Nərimanov” kolxozunun 7 №li briqadasının 1976-cı il tarixli əməyin ödənişi üzrə hesablama kitabından görünür ki, İddiaçı əmək haqqı ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş “N.Nərimanov” kolxozunun 7 №li briqadasının 1977-ci il tarixli əməyin ödənişi üzrə hesablama kitabından görünür ki, İddiaçı əmək haqqı ödənilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı, 1976- 1977-ci illərdə Balakən rayonu, Tülü kəndi, “N.Nərimanov” adına kolxozda kolxozçu işləyib və onun həmin kolxozda işləməsi Balakən rayon Dövlət Arxivi tərəfindən verilmiş 16 fevral 2021-ci il tarixli, 16 saylı arxiv arayışı ilə təsdiq olunur. Bundan sonra iddiaçı, ona pensiya təyin edilməsi üçün cavabdehə müraciət edib, lakin, sözügedən arxiv arayışında onun ata adı qeyd edilmədiyi üçün kolxozda işlədiyi illər ona sığorta stajı kimi hesablanmayıb. Hazırda, Balakən rayonu, Tülü kəndi, “N.Nərimanov” adına kolxoz ləğv edildiyi üçün həmin arayışda düzəliş edilməsi və iddiaçının həmin sənədi başqa qaydada əldə etməsi mümkün deyil. Ona görə də iddia təmin edilərək, sözügedən arxiv arayışının iddiaçıya məxsus olması faktı müəyyən edilməlidir. Məhkəmə kollegiyası işin hallarını araşdırıb o qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, işdən görünür ki, hazırda iddiaçı, Balakən rayon Dövlət Arxivi tərəfindən verilmiş 16 fevral 2021-ci il tarixli, 16 saylı arxiv arayışının ona məxsus olması faktının müəyyən edilməsini tələb edir və tələbini belə əsaslandırıb ki, 1976, 1977-ci illərdə Balakən rayonu, Tülü kəndi, “N.Nərimanov” adına kolxozda kolxozçu işləyib və arxiv arayışında onun həmin kolxozda 1976, 1977-ci illərdə işləməsi təsdiq olunsa da, ata adı qeyd edilmədiyi üçün kolxozda işlədiyi illər ona cavabdeh tərəfindən sığorta stajı kimi hesablanmayıb. Həmçinin, sözügedən kolxoz ləğv edildiyi üçün arxiv arayışının verilməsinə əsas olmuş sənəddə düzəliş edilməsi və bu barədə sənədi başqa qaydada əldə etməsi mümkün deyil. Əvvəla, mülki prosessual qanunverciliyə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qayadasında baxır və məhkəmə hüquqi əhəmiyyəti olan o faktları müəyyən edir ki, həmin faktlar fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsi ilə bağlı olur (MPM-nin 305.1, 305.1.1, 307.1-ci maddələri). Göründüyü kimi hüquqi əhəmiyyəti olan faktlar- hüquqların əmələ gəlməsini, dəyişdirilməsini və xitam verilməsinin asılı olduğu faktlardır. Qanun, hüquqi faktlarla fiziki və hüquqi şəxslərin əmlak hüquqlarının yaranmasını, dəyişməsini və xitam edilməsini əlaqələndirir. Hüquq əhəmiyyətli olan bir sıra faktlar qanunla müəyyən edilən qaydada qeydə alınırlar və onların mövcudluğu qeydə alan orqanın verdiyi müvafiq sənədlə rəsmişləşdirilir. Lakin bir sıra hüquqi faktlara münasibətdə, belə qeydə alınma qaydası qanunda nəzərdə tutulmayıb. Nəzərə alınmalıdır ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (MPM-nin 308-ci maddəsi). Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi dedikdə- həmin faktın qeydiyyatının mövcud olmaması; faktın qeydiyyatının müvafiq qaydasına əməl edilməməsi və ona əməl edilməsinin mümkünsüzlüyü; hüquqi faktın əks olunduğu sənəddə buraxılan səhv ucbatından sənədin sübutetmə əhəmiyyətini itirməsi; həmin səhvin başqa qaydada aradan qaldırıla bilməməsi anlaşılır. İtirilmiş sənədlərin bərpasının mümkün olmaması dedikdə isə- həmin sənədləri qeydə alan müvafiq orqanın həmin sənədin düblikatını verə bilməsi imkanının olmamasını nəzərdə tutur. Bu baxımdan hüquqi əhəmiyyəti olan faktların əksəriyyəti ya məcburi dövlət qeydiyyatından keçirilməli, ya da qeyri məhkəmə (inzibati) qaydada müəyyən edilməlidir. Göründüyü kimi qanunverici burada əsas zəruri şərt kimi ərizəçinin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsini, yaxud itirilmuş sənədlərin bərpasının mümkün olmadığını müəyyən edib. Bu eyni zamanda ondan irəli gəlir ki, hüquqi faktın əks olunduğu sənəd itirildikdə və onu başqa qaydada bərpa etmək mümkün olmadıqda həmin faktın mövcudluğu şübhə altına alınır və belə qeyri-müəyyənlik, şəxsə həmin hüquqi faktdan irəli gələn subyektiv hüquqlarının (şəxsi və ya əmlak hüquqlarının) həyata keçirilməsində çətinliklər və maneələr yaradır. Elə bu məqsədlə də qanunverici hüquq əhəmiyyətli olan faktların məhkəmə qaydasında müəyyən edilməsi qaydasını müəyyən edib. Eyni hüquqi mövqe “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmənin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında nəzərdə tutulub. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi, həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü, məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırki işdə, sözügedən faktın müəyyən edilməsi İddiaçı 1976, 1977-ci illərdə Balakən rayonu, Tülü kəndi, “N.Nərimanov” adına kolxozda işlədiyi illərin sığorta stajına hesablanması üçün lazımdır və onun həmin kolxozda kolxozçu işləməsi arxiv arayışı ilə təsdiq olunur, lakin həmin arxiv arayışında İddiaçı ata adı göstərilmədiyi üçün cavabdeh həmin illəri sığorta stajına hesablamaq istəmir. Sözügedən kolxoz isə ləğv edildiyindən, iddiaçı iddia etdiyi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir, X7 isə arxiv arayışına hər hansı düzəliş etmək səlahiyyəti yoxdur və arxiv arayışı məhz kolxozun şəxsi hesab kitablarına əsasən verilib. Göründüyü kimi, arxiv arayışında iddiaçının ata adı göstərilməyib, həmin arxiv arayışı hüquqmüəyyənedici sənəd olmaqla sığorta stajının hesablanması üçün lazımdır və kolxoz ləğv edildiyi üçün arxiv arayışındakı səhvi aradan qaldırmaq və düzəltmək mümkün deyil. MPM-in 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəlmiş olduğu nəticə ilə razılaşır və həmin nəticənin işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyini qeyd edir və buna görə də hesab edir ki, iş üzrə Balakən Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(019)- 433/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X10 Hüquqi şəxsin Balakən rayon Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(019)-433/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə ədrlik edən hakim Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar