Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-65/2024 16.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X84 Xidmət Mərkəzində Notariat Ofisinə, üçüncü şəxslər-X34, X13, X24 və X17 qarşı vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair iddiası və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X28 və X46 cavabdeh X84 Xidmət Mərkəzində Notariat Ofisinə və İddiaçı qarşı miras payının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: miras paylarının müəyyən edilməsi) X11 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi ilə, İddiaçı İddiaçının vəkili Vəkil1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X28, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X28 və X46 nümayəndəsi və vəkili Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, X18 və X16 iştirakları ilə, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(019)-120/2022 nömrəli qətnaməsindən İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X28 və X46 verdikləri apellyasiya şikayətlərinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X84 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X47, üçüncü şəxslər-X34, X13, X24 və X17 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək mərhum X5ndan miras qalmış Balakən rayonu, Talalar kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi üzərində bütövlükdə vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X48 və X62 cavabdeh X84 Xidmət Mərkəzində Notariat Ofisinə və İddiaçı qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək 29 oktyabr 2006-cı ildə ölmüş X1 0.25 ha həyətyanı torpaq sahəsindən mirası qəbul etmiş mərhum arvadı X57 düşən hissəsindən mirası qəbul etmiş vərəsələr X62 və X28 2/3 hissə məcburi paylarının, X9 mirasından mirası qəbul etmiş X28 məcburi payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında İddiaçı öz iddiasını müdafiə edərək, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iddiasını qəbul etməyərək izahatında göstərdi ki, atası X14 28 oktyabr 2006-cı iİ tarixdə ölmüşdür. Mərhum atası X4 Balakən rayonu, Talalar kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi miras qalmışdır. Mərhum atası X14 ondan miras qalmış bütün əmlakları 19 yanvar 2004-cü il tarixli vəsiyyətnaməyə əsasən ona vəsiyyət etmişdir. Mərhum atası X4 miras qalmış Balakən rayonu, Talalar kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi üzərində sonuncunun hüquqları 28 fevral 2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, MH seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlarla rəsmiləşdirilmişdir. Mərhum atası X4 miras qalmış Balakən rayonu, Talalar kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evində atasının sağlığında və ölümündən sonra yalnız o yaşamış, bununla miras əmlakını şəksiz qəbul etdiyini nümayiş etdirmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 yanvar 2018-ci il tarixli 2(107)- 286/2018 nömrəli qətnaməsindən və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2018-ci il tarixli 2(107)-3349/2018 nömrəli qərarından da göründüyü kimi iş üzrə üçüncü şəxs X48 mərhum atası X4 miras qalmış Balakən rayonu, Talalar kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi üzərində vərəsəlik hüququnun müəyyən edilməsi məqsədi ilə məhkəməyə müraciət etmiş, lakin iddiası əsassız olduğundan təmin edilməmişdir. Həmçinin qeyd olunan məhkəmə qərarlarından müəyyən edilmişdir ki, atası X14 özünə məxsus bütün əmlakları, o cümlədən, Balakən rayonu, Talalar kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evini ona vəsiyyət etmiş və o, həmin miras əmlakları qəbul etmişdir. Atasından miras qalmış fərdi yaşayış evi hazırda mövcud deyildir, uçub dağılmışdır, torpaq sahəsi isə onun istifadəsindədir. Qeyd olunan miras əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün tərəfindən iş üzrə cavabdeh X84 Xidmət Mərkəzində Notariat Ofisinə müraciət olunmuş, lakin, notariat ofisinin xüsusi notariusu bundan imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iddiası isə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 yanvar 2018-ci il tarixli 2(107)-286/2018 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2018-ci il tarixli 2(107)-3349/2018 nömrəli qərarı ilə müəyyən edilmişdir ki, atasından miras qalmış 0,25 hektar həyətyanı torpaq sahəsini yalnız o qəbul etmişdir, Yaqub Omarov həmin miras əmlakı qəbul etməmişdir. Ona görə həmin şəxslərin iddiaları təmin edilə bilməz.Qeyd edilənləri nəzərə alıb öz iddiasının təmin edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X48 öz iddialarını müdafiə edib, İddiaçı iddiasını qismən etiraf edərək izahatında göstərdi ki, o, Balakən rayonu Talalar kəndində anadan olmuş və orada qeydiyyatdadır. Balakən rayonu Talalar kəndində 0,25 ha həyətyanı torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 41.3 kv.m. yaşayış, 55.5 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi X2 mülkiyyətində olmuşdur. Fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin mülkiyyətçisi X19 29 oktyabr 2006-cı il tarixdə vəfat etmiş, onun ölümü ilə sözügedən daşınmaz əmlaklar üzrə miras açılmışdır. Miras açılan zaman miras qoyanın qanun üzrə birinci növbədə vərəsələri olan arvadı- X69, qızı- X29,oğlanları- X35, X20, X49, İddiaçı, X48 və 1989-cu ildə anadan olmuş X62 qalmışlar. Özünü qanun üzrə birinci növbəli vərəsələrdən hesab edən cavabdeh İddiaçı miras əmlaka dair ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Balakən Rayon Dövlət Notariat Kontoruna xx.xx.2009-cu il tarixli ərizə ilə müraciət edəndə düzgün məlumat verməyərək, miras qoyanın öldüyü günədək ondan başqa yalnız dörd nəfər qanun üzrə birinci növbədə vərəsənin-mərhumun arvadı- X53, qızı- X16, oğlanları- X35 və oğlu X3 olduqlarını, başqa vərəsələrinin olmadıqlarını bildirmişdir. Halbuki, həmin vaxt miras qoyan X9 qanun üzrə birinci növbədə daha iki nəfər vərəsəsi - X62, oğlu X49 qalmışlar. Cavabdehlə yanaşı Balakən Rayon İcra Hakimiyyətinin Talalar ərazi üzrə nümayəndəliyi tərəfindən həmin vaxt notariusa düzgün olmayan məlumatı özündə əks etdirən mart 2009- cu il tarixli 373 nömrəli arayışda da X1 vərəsəsinin beş nəfərdən ibarət olduğu göstərilmişdir. Nəticədə qanun üzrə birinci növbədə vərəsələrdən olan iddiaçıların vərəsəlik hüquqları pozulmuşdur. Buna görə onlar cavabdehlər İddiaçı və Balakən Rayon Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən Rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş 19 mart 2009-cu il tarixli 2V-48 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər.Balakən Rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli 2(019)-1748/2017 nömrəli qətnaməsi ilə iddia ərizələri təmin edilmiş, Balakən Rayon Dövlət Notariat Kontoru tərəfindən cavabdeh İddiaçı adına verilmiş 19 mart 2009-cu il tarixli 2V-48 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir. Həmin qətnamədən şikayət verilməmiş və hazırda qanuni qüvvəsini almışdır. Lakin ataları onları mirasdan məhrum etməmiş, heç vaxt onunla münasibətləri pis olmamışdır. İddiaçı notariat kontorunda vərəsəlik açdıranda bilərəkdən məlumat verməmiş və Talalar kənd icra nümayəndəsi ilə əlbir olub bilərəkdən notariusa vərəsələr barədə yanlış arayış təqdim etməklə mərhum atalarının varisi olmuş X38ndan onlara çatacaq miras payından onları məhrum etmişdir. X38 09 yanvar 2016-cı ildə ölmüşdür. Atası ilə anasının nikahları pozulmamışdır və buna görə də onlar bir-birinin birinci növbəli vərəsələri hesab olunurlar. X2 adına olan 0.25 ha həyətyanı torpaq sahəsi də ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlakdır. X5 ilə X38nın birgə nikah dövründə əldə etdikləri 0.25 ha həyətyanı torpaq sahəsindən anasına düşən hissəsindən mirasın qəbulu üçün müddətin uzadılması barədə ərizə ilə Balakən rayon Notariat Kontoruna müraciət etsələr də, mirasın bölüşdürülməsi ilə bağlı məhkəmədə iddia qaldırılması bildirilmişdir. X62 hal-hazırda Omarov Mahamarasul və Omarova Səfiyənin 07 iyun 2016-cı il tarixli 323 N-li təsərrüfatında qeydiyyatdadır. Omarova Təravət institut oxumuş və evlənmişdir. X10 və X53 Balakən rayonunun Talalar kəndində yerləşən 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki miras payları qəbul etmişlər. X10 0.25 ha həyətyanı torpaq sahəsi 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə bitişikdir. X10 miras əmlakının bir hissəsini qəbul etmişdir. Belə ki, Balakən Rayon Məhkəməsinin 2(019)-1553/2016 nömrəli 16 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iddiaçılar X46 iddialarının qismən təmin edilməsi, 29 oktyabr 2006-cı ildə ölmüş X10 Balakən rayonunun Talalar kəndində yerləşən, onun, X53 və X46 ümumi birgə mülkiyyətində olan 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki payının, mirası qəbul etmiş vərəsələr X51 və X39 arasında payları bərabər olmaqla bölünməsi və hər birinə 1/2 hissə vərəsəlik hüququ üzrə paylarının müəyyən edilməsi, 09 yanvar 2016cı ildə ölmüş X53 Balakən rayonunun Talalar kəndində yerləşən X21 və X62 ilə ümumi birgə mülkiyyətdə olan 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki birgə mülkiyyətində olan 0.12 hektar həyətyanı torpaq sahəsindəki payının mirası qəbul edən vərəsələr aralarında bölünməsi, Səfiyə Omarovanın 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki və 0.12 hektar həyətyanı torpaq sahəsindəki payının 12/14 hissəsinə X25, 1/14 hissəsinə X46 vərəsəlik hüququ üzrə paylarının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şkayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 sentyabr 2016cı il tarixli 2(107)- 1627/2016 saylı qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin 2(019)- 1553/2016 nömrəli 16 sentyabr 2016-cı il tarixli qətnaməsi qismən, 0.12 hektar həyətyanı torpaq sahəsinə dair hissədə ləğv edilmiş, həmin torpaq sahəsindəki payının 4/12 hissəsinə X25 və 7/12 hissəsinə X46 vərəsəlik hüququ üzrə paylarının müəyyən edilməsi qət edilmişdir. Sözügedən qətnamədən yeni açılmış hallar üzrə yenidən baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 aprel 2021-ci il tarixli 13(102)-4/2021 nömrəli qərardadı ilə iş üzrə qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin 2(019)-1553/2016 nömrəli 16 sentyabr 2016-cı il tarixli qətnaməsi və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 sentyabr 2016-cı il tarixli 2(107)-1627/2016 saylı qətnaməsi mərhum Səfiyə Omarovadan miras qalmış əmlakda vərəsələrin paylarının müəyyən edilməsi hissəsində ləğv edilmiş və mülki iş həmin hissədə mahiyyəti üzrə yenidən baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Balakən Rayon Məhkəməsində həmin iş üzrə icraat dayandırılmışdır.O və X62 cavabdeh Balakən rayon Notariat Kontoruna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək mərhum X5 ilə X38nın birgə nikah dövründə əldə etdikləri 0.25 ha həyətyanı torpaq sahəsindən anasına düşən hissəsindən mirasın qəbulu üçün müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Balakən Rayon Məhkəməsinin 2(019)- 634/2019 nömrəli 24 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddiaçılar X46 və onun cavabdeh Balakən rayon Notariat Kontoruna qarşı mirasın qəbulu müddətinin uzadılması tələbinə dair iddia ərizəsi miras onlar tərəfindən qəbul edildiyindən təmin edilməmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Qüvvədə olan mülki qanunvericiliyə görə vərəsənin mirasın bir hissəsini qəbul etməsi onun mirasın hamısının qəbul edilməsinə bərabərdir. X10 və X53 Balakən rayonunun Talalar kəndində yerləşən 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki miras paylarını yuxanda qeyd edilən məhkəmə qətnamələri ilə qəbul etdiklərindən, yəni X15 məxsus miras əmlakın bir hissəsini qəbul etdiklərindən 29 oktyabr 2006-cı ildə ölmüş X1 0.25 ha həyətyanı torpaq sahəsindən mirası qəbul etmiş mərhum arvadı X57 düşən hissəsindən mirası qəbul etmiş vərəsələr X46 2/3 hissə məcburi payları, X9 mirasından mirası qəbul etmiş X46 məcburi payı müəyyən edilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Balakən rayonu Talalar kəndində yerləşən X46 torpaq sahəsinin 15/42 hissəsi, onun torpaq sahəsinin 8/42 hissəsi, İddiaçı torpaq sahəsinin 19/42 hissəsi ilə ümumi paylı mülkiyyətlərinə verilmiş 0.1424 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə payları müəyyən edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Balakən rayonu Talalar kəndində yerləşən X46 torpaq sahəsinin 15/42 hissəsi, ona da torpaq sahəsinin 8/42 hissəsi, İddiaçı torpaq sahəsinin 19/42 hissəsi ilə ümumi paylı mülkiyyətlərinə verilmiş 0.2014 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə payları müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti çıxarışları da Balakən Rayon Məhkəməsinin ləğv olunmuş 2(019)-1553/2016 nömrəli 16 sentyabr 2016-cı il tarixli qətnaməsinə əsasən ona verdiyindən və miras əmlakla və mülkiyyət payı ilə payı onlara düşən mülkiyyətləri azaldığından gələcəkdə çıxarışların etibarsız hesab edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət edəcəklər.Qeyd etdikləri nəzərə alınmaqla iddialarının təmin edilməsi, İddiaçı iddiasının qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X28 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X46 nümayəndəsi və vəkili Nümayəndə X28 izahatına uyğun eyni məzmunlu izahat verərək üçüncü şəxslərin iddialarının təmin edilməsi,İddiaçı iddiasının qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20 izahatında göstərdi ki, atası həmişə qardaşı Hümbətin yanında yaşamışdır. Atasına Hümbət baxmış, onun yasını da Hümbət vermişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X28 və X46 iddiaları əsassızdır.İddiaçı iddiasının təmin edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X28 və X46 iddialarının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X35 izahatında göstərdi ki, atası həmişə qardaşı Hümbətin yanında yaşamışdır. Atasına Hümbət baxmış, onun yasını da Hümbət vermişdir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X28 və X46 iddiaları əsassızdır. İddiaçı iddiasının təmin edilməsi , mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X28 və X46 iddialarının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X29 izahatında göstərdi ki, atası həmişə qardaşı Hümbətin yanında yaşamışdır. Atasına Hümbət baxmış, onun yasını da Hümbət vermişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X28 və X46 iddiaları əsassızdır. İddiaçı iddiasının təmin edilməsi , mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X28 və X46 iddialarının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X84 Xidmət Mərkəzində Notariat ofisinin xüsusi notariusu X58 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X30 vərəsələri məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
10. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(019)-120/2022 nömrəli qətnaməsi ilə (hakim H.Səlimov) İddiaçı iddiasının qismən təmin edilməsi, İddiaçı, mərhum X5ndan miras qalmış, Balakən rayonu, Talalar kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinə vərəsəlik hüququnun müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X28 və X46 cavabdeh X84 Xidmət Mərkəzində Notariat Ofisinə və İddiaçı qarşı miras payının müəyyən edilməsi tələbinə dair iddialarının təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən Yaqub Omarovun və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin valideynləri X19 və X63 26 yanvar 1957-ci il tarixdə rəsmi nikah bağlamışlar,onların nikahı Balakən Rayon Qeydiyyat Şöbəsində 11 nömrə ilə qeydə alınmışdır.X63 müstəqil tələb irəli sürən üçüncü şəxs X54 övladlığa götürmüşdür. X19 29 oktyabr 2006-cı il tarixdə, X69 isə xx.xx.2016-cı il tarixdə ölmüşlər.X1 birinci növbəli vərəsələri-X51,X29,X40,X41,X49 və X26r. X53 vərəsələri isə bu şəxslər, habelə onun övladlığa götürdüyü X55r. Balakən rayonu Talalar kəndində yerləşən ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsindən verilmiş 28 fevral 2009cu il tarixli MN seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışda göstərilən 0.25 ha torpaq sahəsi və fərdi yaşayış evi X7 miras qalmışdır. X19 19 yanvar 2004-ci il tarixdə vəsiyyətnamə tərtib edərək ona məxsus olan bütün əmlaklarını, o cümlədən 0.25 ha həyətyanı torpaq sahəsini və evini İddiaçı vəsiyyət etmişdir. İddiaçı 19 mart 2009- cu il tarixdə Balakən rayon Dövlət Notariat Kontorundan həmin əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. 2017-ci ildə iddiaçılar X62 və X48 cavabdeh İddiaçı və maraqlı şəxs Balakən rayon Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, mərhum X7,X50 miras qalmış Balakən rayonu Talalar kəndində yerləşən ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsindən verilmiş 28 fevral 2009cu il tarixli MN seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışlarda göstərilən 0,25 hektar torpaq sahəsinin və orada tikilmiş fərdi yaşayış evindən mərhumlara aid hissəsindən onlara düşən hissə üzərində onlara qanun üzrə vərəsəlik hüququnun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı tərəfindən 19 mart 2009-cu il tarixdə Balakən rayon Dövlət Notariat Kontorundan həmin əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alındığından Balakən Rayon Məhkəməsinin 25 aprel 2017-ci il tarixli qətnaməsi ilə iddiaçılar X46 və X28 cavabdehlər İddiaçı və Balakən rayon Dövlət Notariat Kontoruna qarşı miras üzərində qanun üzrə vərəsəlik hüququnun verilməsi və ziyan tələbinə dair iddiaları təmin edilməmişdir.Balakən Rayon Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı verilmiş 19 mart 2009-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir.Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-286/2018 nömrəli 04 yanvar 2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar X48 və X62 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 25 aprel 2017-ci il tarixli 2(019)-53/2017 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddiaçılar X46 və X28 cavabdehlər İddiaçı və Balakən rayon Dövlət Notariat Kontoruna qarşı miras üzərində qanun üzrə vərəsəlik hüququnun verilməsi və ziyan tələbinə dair iddiaları miras əmlakın qəbul edilməməsi əsası ilə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3349/2018 nömrəli 21 may 2018-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-286/2018 nömrəli 04 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmışdır. Bundan sonra İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
12. Məhkəmə ilk öncə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X5ndan miras qalmış Balakən rayonu,Talalar kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi üzərində bütövlükdə vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, sözügedən torpaq sahəsi və fərdi yaşayış evi İddiaçı valideynləri tərəfindən birgə nikah dövründə əldə edilmişdir və adıçəkilən fərdi yaşayış evi məhv olmuşdur, mövcud deyildir.
13. Məhkəmə diqqətə çatdırmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir.
14. Məhkəmə işin hallarını, İddiaçı miras əmlak olaraq qeyd etdiyi Balakən rayonu, Talalar kəndində yerləşən fərdi yaşayış evinin məhv olmaqla hazırda mövcud olmamasını, 0,25 hektar həyətyanı torpaq sahəsi birgə əmlak olduğundan həmin torpaq sahəsinin yalnız ½ hissəsinin Mahamarasul Omarovun miras əmlakının kütləsinə daxil olmasını, İddiaçı atasından qalan mirası qəbul etməsinin qüvvədə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 yanvar 2018-ci il tarixli 2(107)- 286/2018 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2018-ci il tarixli 2(107)-3349/2018 nömrəli qərarı ilə müəyyən olunmasını, müstəqil tələb irəli sürən üçüncü şəxslərin anaları X53 Mahamarasul Omarovdan qalan mirası qəbul etməsinə dair heç bir sübut təqdim etməmələrini, Yaqub Omarovun miras əmlak olan 0,25 hektar torpaq sahəsi üzrə mirası qəbul etməməsinin qüvvədə olan məhkəmə qətnamələri ilə müəyyən olunmasını nəzərə alaraq hesab edir ki, İddiaçı iddiası Balakən rayonu, Talalar kəndində yerləşən, 0,25 hektar həyətyanı torpaq sahəsinin mərhum atası Mahamarasul Omarova aid ½ hissəsi üzrə əsaslı olduğundan təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir.
15. Həmçinin mərhum Səfiyə Omarovanın mərhum əri Mahamarasul Omarovdan qalan mirasda qanun üzrə vərəsəlik qaydasında payının deyil, məcburi payının olmasını, müstəqil tələb irəli sürən üçüncü şəxslər X46 və X28 Səfiyə Omarovadan qalan mirasdan məcburi paylarının deyil, qanun üzrə vərəsəlik paylarının olmasını, müstəqil tələb irəli sürən üçüncü şəxslərin anaları X53 Mahamarasul Omarovdan qalan mirası qəbul etməsinə dair heç bir sübut təqdim etməmələrini, Yaqub Omarovun miras əmlak olan 0,25 hektar torpaq sahəsi üzrə mirası qəbul etməməsinin qüvvədə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 yanvar 2018-ci il tarixli 2(107)-286/2018 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2018-ci il tarixli 2(107)-3349/2018 nömrəli qərarı ilə müəyyən olunmasını nəzərə alaraq hesab edir ki, mübahisə predeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X46 və X28 iddiaları təmin edilməməlidir.
16. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab etmişdir ki, İddiaçı iddiası qismən təmin edilməli, mərhum X5ndan miras qalmış, Balakən rayonu, Talalar kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinə vərəsəlik hüququ müəyyən edilməli, onun iddia tələbi qalan hissədə təmin edilməməli, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X28 və X46 cavabdeh X84 Xidmət Mərkəzində Notariat Ofisinə və İddiaçı qarşı miras payının müəyyən edilməsi tələbinə dair iddiaları təmin edilməməlidir.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.1, 225.1, 1133.1,133.2, 1145, 1151, 1159, 1166, 1167, 1193, 1196, 1243.2, 1243.3, 1246, 1274 və 1291-ci maddələrinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1- 32.2.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-ci maddələrinə istinadla əsaslandırmışdır.
18. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X48 və X62 apellyasiya şikayəti vermişlər.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat:
19. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022 -ci il tarixli, 2(107)-1303/2022 nömrəli qətnaməsi ilə (hakim Ə.Məcidovun sədrliyi və məruzəsi ilə, hakimlər A.Mahmudov və Mahir Əsədlidən ibarət tərkibdə iş № 2(107)-1303/2022) İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş аpellyasiya şikayətinin təmin edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X48 və X46 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş аpellyasiya şikayətinin təmin edilməməsi, Balakən Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli 2(019)-120/2022 saylı qətnaməsi İddiaçı iddiasının təmin olunmamış – İddiaçı mərhum X5ndan miras qalmış Balakən rayonu, Talalar kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin digər ½ hissəsinə vərəsəlik hüququnun müəyyən edilməməsi hissəsində ləğv edilməsi, iş üzrə həmin hissədə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X84 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X47, üçüncü şəxslər X34, X13, X24 və X17 qarşı vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair iddiasının iddianın rədd olunmuş hissəsində də təmin edilməsi, İddiaçı mərhum X5ndan miras qalmış Balakən rayonu, Talalar kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin digər ½ hissəsinə də vərəsəlik hüququnun müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
20. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022 -ci il tarixli, 2(107)-1303/2022 nömrəli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X48 və X62 tərəfindən kassasiya şikayəti verilmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1745/2023 nömrəli qərarı ilə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X48 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1303/2022 nömrəli, 7 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1745/2023 nömrəli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
23. Belə ki, Balakən Rayon Məhkəməsinin 2(019)-1/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçılar X28 və X46 cavabdehlər İddiaçı, X13, X24, X17, ölmüş cavabdeh X30 hüquqi varisləri X77 və X80, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi18 saylı Zaqatala Ərazi İdarəsinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X84 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı miras paylarının müəyyən olunması və sair tələblərinə dair iddia ərizəsi təmin edilmişdir.
24. Həmin qətnaməyə əsasən X68 (Mahamarasul) Abdulməcid oğlu və X50 qalmış miras əmlaklardan mirası qəbul etmiş vərəsələrin – X48, X62 və İddiaçı payları müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir.
26. X81 Məhkəməsi işə baxarkən Balakən Rayon Məhkəməsinin 19 sentyabr 2022ci il tarixli 2(019)-1/2022 nömrəli qətnaməsi ilə X28 X68 (Mahamarasul) Abdulməcid oğlu və X87 qizindan miras qalmış əmlaklara onun payının müəyyən edilməsini nəzərə almamışdır.
27. Mülki Prosessual Məcəlləsinin 82.3.-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
28. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
a) Apellyasiya şikayətinin dəlilləri
29. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, vərəsəliyin predmeti olan 0,25 ha torpaq sahəsi Balakən Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən miras qoyan X6 mülkiyyətinə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz olaraq verilmişdir. Yəni qeyd olunan əmlak ər-arvadm ümumi gəlirləri hesabına əldə olunmuş əmlak deyil. Bununla belə, Balakən Rayon Məhkəməsi heç bir sübut olmadığı halda, qeyd olunan torpaq sahəsinin ər-arvadm ümumi gəlirləri hesabına əldə olunmuş əmlak kimi qiymətləndirmişdir. İşdən də göründüyü kimi, vərəsəliyin predmeti olan 0,25 ha torpaq sahəsi ər-arvadm ümumi gəlirləri hesabına əldə olunmuş əmlak olmamaqla yanaşı, iddiaçının anası X12, yəni, 09 yanvar 2016-cı il tarixinədək həmin, əmlakın bölünməsi (payının müəyyən edilməsi) ilə bağlı ümumiyyətlə nə məhkəməyə, nə də notariat kontoruna müraciət etməmişdir.
30. Odur ki, Balakən Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli 2(019)-120/2022 saylı qətnaməsinin İddiaçı iddiasının təmin edilmədiyi hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
31. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X48 və X62 apellyasiya şikayətlərini onunla əsaslandırmışlar ki, qüvvədə olan mülki qanunvericiliyə görə vərəsənin mirasın bir hissəsini qəbul etməsi onun mirasın hamısının qəbul edilməsinə bərabərdir. X10 Balakən rayonunun Talalar kəndində yerləşən 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki miras paylarını yuxarıda qeyd edilən məhkəmə qətnamələri ilə X48 və X40 qəbul etdiyindən, 29 oktyabr 2006-cı ildə ölmüş mərhum X19 öz payını oğlu İddiaçı vəsiyyət etdiyindən X9 0.25 ha həyətyanı torpaq sahəsindəki 1/2 miras payı üzrə mirası qəbul etmiş X31 həmin hissə üzrə məcburi payı müəyyən edilməli idi. Mülki Qanunvericiliyə görə mirasın qəbulu mülkihüquqi əqddir. Bu əqd isə bir sıra cəhətlərlə xarakterizə olunur. Bunlardan biri mirasın qəbul edilməsi aktı (əqdi) bölünməzdir. Bu xüsusiyyət vərəsəlik varisliyinin universal xarakterə malik olmasından irəli gəlir. Bölünməzlik onu ifadə edir ki, miras əmlakın yalnız müəyyən hissəsini (qismini) qəbul etmək olmaz, yəni miras əmlakın bir hissəsini qəbul edib, digər hissəsinin qəbulundan imtina etmək olmaz. Mirasın qəbul edilməsi aktı miras əmlakın hamısına (bütün mirasa) şamil edilir. Mirasın nədə ifadə edilməsinin və harada olmasının bu məsələyə aidiyyəti yoxdur. Mirasın qəbul edilməsi vərəsənin iradə ifadəsi deməkdir. İradə ifadəsi isə mirasın hamısının tam və bütöv halda əldə edilməsinə yönəlir. Qəbuletmə aktına əsasən vərəsə miras açıldığı yerdə olmayan və ya ümumiyyətlə hələ aşkar edilməyən əmlak növlərini də qəbul etmiş olur.
32. Belə ki, Balakən rayonu Talalar kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsini X9 və X53 birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunduğundan həmin əmlakın 1/2 hissəsi X9 payıdır.
33. Odur ki, Balakən Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli 2(019)- 120/2022 saylı qətnaməsinin ləğv edilməsi və müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddialarının tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edirlər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
35. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı onun tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X28 və X46 verdikləri apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
36. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, onun apellyasiya şikayətinin təmin edilməsini, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X28 və X46 verdikləri apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
37. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin nümayəndəsi və vəkili Nümayəndə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X48 və X62 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, İddiaçı verdiyi apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. O həmçinin izahatında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddialarında 29 oktyabr 2006-cı ildə ölmüş X1 0.25 ha həyətyanı torpaq sahəsindən mirası qəbul etmiş mərhum arvadı X57 düşən hissəsindən mirası qəbul etmiş vərəsələr X62 və X28 2/3 hissə məcburi paylarının müəyyən edilməsi göstərilsə də onların əslində X57 düşən hissədən məcburi paylarının deyil, ümumilikdə miras paylarının müəyyən edilməsini istədiklərini etdiklərini göstərmiş və bunun nəzərə alınmasını xahiş etmişdir.
38. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X48 özü və X62 tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətlərinin təmin edilməsini, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir.
39. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X20 İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, onun apellyasiya şikayətinin təmin edilməsini, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X28 və X46 verdikləri apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. O, həmçinin miras əmlakda özünün də payının müəyyən edilməsini xahiş etmişdir.
40. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X36 İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, onun apellyasiya şikayətinin təmin edilməsini, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X28 və X46 verdikləri apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. O, həmçinin miras əmlakda özünün də payının müəyyən edilməsini xahiş etmişdir.
41. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X29 İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, onun apellyasiya şikayətinin təmin edilməsini, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X28 və X46 verdikləri apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. O, həmçinin miras əmlakda özünün də payının müəyyən edilməsini xahiş etmişdir.
42. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X84 Xidmət Mərkəzində Notariat Ofisinin nümayəndəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X82, X86 səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat vermədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: (Yeni Məcəllə) 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1201-ci maddəsinə əsasən əgər məcburi pay almaq hüququ olan şəxsə onun qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az əmlak vəsiyyət edilmişdirsə, o, vəsiyyət üzrə aldığı payın qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az olduğu hissəni tələb edə bilər. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
44. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin; 32.1-32.2.2-ci maddələrinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
Qərarlar:
45. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarı.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26 iyul 2021-ci il Qərarı.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarı.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
49. Apellyasiya şikayətlərindən görünür ki, iddiaçı Umarov X32 Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli 2(019)-120/2022 nömrəli qətnaməsini qismən, yəni iddiasının təmin edilmədiyi hissədə mübahisələndirərək, qətnamənin iddiasının təmin edilmədiyi hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
50. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X48 və X62 isə Balakən Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli 2(019)-120/2022 nömrəli qətnaməsini tam mübahisələndirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddialarının tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
52. İddiaçı apellyasiya şikayətində qətnamənin qismən ləğvini xahiş etsə də, müstəqil tələb irəli sürən üçüncü şəxslərin apellyasiya şikayəti qətnamənin tam ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
53. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları üzrə yoxlayıb, mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apellyasiya şikayətləri qismən təmin edilməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 31 avqust 2022ci il tarixli 2(019)-120/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X28 və X46 iddiaları qismən təmin edilməlidir.
55. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
56. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, mərhumlar X19 ilə X69 26 yanvar 1957-ci ildə nikahlarını rəsmi qaydada qeyd etdiməklə ailə qurmuşlar. İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X28, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, X22, X16, həmçinin onların mərhum qardaşları X30 mərhum ataları X19 29 oktyabr 2006-cı il tarixdə, onların həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X46 anaları X69 (X62 16 oktyabr 1991-ci il tarixdə nənəsi X63 tərəfindən övladlığa götürülmüşdür) 09 yanvar 2016-cı il tarixdə ölmüşdür. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X82 və X86 isə 25 yanvar 2019-cu il tarixdə ölmüş X30 övladları-birinci növbə vərəsələridirlər. X19 29 oktyabr 2006-cı il tarixdə vəfat etdikdən sonra ondan digər əmlaklarla yanaşı Balakən rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli, 02 saylı qərarı ilə onun mülkiyyətinə verilmiş Balakən rayonu Talalar kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi miras qalmışdır. X19 19 yanvar 2004-ci il tarixdə vəsiyyətnamə tərtib edərək ona məxsus olan bütün əmlaklarını, o cümlədən 0.25 ha həyətyanı torpaq sahəsini İddiaçı vəsiyyət etmişdir. X7 miras qalmış 0.25 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi məhv olmaqla hazırda mövcud deyildir.
57. Düzdür, hüquq müəyyənlik prinsipi və məhkəmə tezliyi baxımından bu xarakterli işlərdə bütün vərəsələr işə cəlb olunmaqla onların da mirası qəbul edib-etməmələrinə, paylarının müəyyən olunub-olunmamasına qiymət vermək daha məqsədəuyğun sayılır. Lakin işin mübahisəli tərəfindən görünür ki, vərəsələr mübahisə üzrə qarşılıqlı kompromisə gəlməmişlər.
58. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarına əsasən vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur.
59. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.
60. Birinci instansiya məhkəməsi İddiaçı iddiasını qismən təmin edərək, Balakən rayonu, Talalar kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinə vərəsəlik hüququnun müəyyən edilməsi, onun iddiasının qalan hissədə təmin edilməməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X28 və X46 iddialarının təmin edilməməsində öz mövqeyini əsaslandıran hal kimi sözügedən torpaq sahəsinin İddiaçı valideynləri tərəfindən birgə nikah dövründə əldə edilməsi, 0,25 hektar həyətyanı torpaq sahəsinin yalnız ½ hissəsinin Mahamarasul Omarovun miras əmlakının kütləsinə daxil olması, İddiaçı atasından qalan mirası qəbul etməsinin qüvvədə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 yanvar 2018-ci il tarixli 2(107)- 286/2018 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2018-ci il tarixli 2(107)-3349/2018 nömrəli qərarı ilə müəyyən olunması, müstəqil tələb irəli sürən üçüncü şəxslərin anaları X53 Mahamarasul Omarovdan qalan mirası qəbul etməsinə dair heç bir sübut təqdim etməmələri, Yaqub Omarovun miras əmlak olan 0,25 hektar torpaq sahəsi üzrə mirası qəbul etməməsinin qüvvədə olan məhkəmə qətnamələri ilə müəyyən olunması ilə əsaslandırmışdır.
61. Birinci instansiya məhkəməsi İddiaçı iddiasını qismən təmin edərkən öz mövqeyini əsaslandıran hal kimi 0,25 hektar həyətyanı torpaq sahəsinin İddiaçı valideynləri tərəfindən birgə nikah dövründə əldə edilməsinə istinad etsə də işdə olan JN-616F KOD 40113018 “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 4 fevral 1998-ci il tarixli 02 nömrəli qərarı əsasında Balakən rayonu, Talalar kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi, fərdi yaşayış evi, fərdi, kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı X10 mülkiyyətinə verilmişdir. Yəni Balakən rayonu, Talalar kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi Balakən rayon Aqrar İslahat Komissiyasının 4 fevral 1998-ci il tarixli 02 saylı qərarı əsasında, həmçinin fərdi olaraq X10 adına verilmişdir.
62. Bu baxımdan məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin 0,25 ha torpaq sahəsinin Balakən Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən miras qoyan X6 mülkiyyətinə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz olaraq verilməsi, qeyd olunan əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmuş əmlak olmamasına dair dəlilləri ilə razılaşaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X28 və X46 Balakən rayonu Talalar kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsinin X9 və X53 birgə nikah dövründə əldə edilmiş əmlak hesab olunduğundan həmin əmlakın 1/2 hissəsinin X9 payı olmasına dair dəlili ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi 0,25 ha həyətyanı torpaq sahəsini İddiaçı valideynlərinin ümumibirgə mülkiyyəti kimi qiymətləndirməkdə yanlış mövqedən çıxış etmişdir.
63. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, 0,25 ha torpaq sahəsi miras qoyan X6 tam mülkiyyətini təşkil etməsinə, sonuncu tərəfindən həmin torpaq sahəsi İddiaçı vəsiyyət edilməsinə baxmayaraq, işə baxan birinci instansiya məhkəməsi İddiaçı və onun digər birinci növbə vərəsələrinin 0,25 ha torpaq sahəsində məcburi paylarının olmasını diqqətə almamışdır.
64. Birinci instansiya məhkəməsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X28 və X46 iddialarının rədd edilməsində öz mövqeyini müstəqil tələb irəli sürən üçüncü şəxslərin anaları X53 Mahamarasul Omarovdan qalan mirası qəbul etməsinə dair heç bir sübutu təqdim etməmələri, Yaqub Omarovun miras əmlak olan 0,25 hektar torpaq sahəsi üzrə mirası qəbul etməməsinin qüvvədə olan məhkəmə qətnamələri ilə müəyyən olunması ilə əsaslandırsa da məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bununla bağlı mövqeyini də əsaslı hesab etməyərək qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.
65. X23 əri Mahamarasul Omarovun vəfatından sonra 3 aylıq müddət ərzində ondan qalmış mirasdan imtina etməsinə dair heç bir sübut təqdim edilməmişdir.
66. Məhkəmə kollegiyası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X28 və X46 apellyasiya şikayətlərinin qüvvədə olan mülki qanunvericiliyə görə vərəsənin mirasın bir hissəsini qəbul etməsinin onun mirasın hamısını qəbul etməsinə bərabər olması, Balakən rayonunun Talalar kəndində yerləşən 0.6275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki miras paylarını məhkəmə qətnamələri ilə X48 və X40 qəbul etdiklərindən, 29 oktyabr 2006-cı ildə ölmüş mərhum X19 öz payını oğlu İddiaçı vəsiyyət etdiyindən X9 0.25 ha həyətyanı torpaq sahəsindəki 1/2 miras payı üzrə mirası qəbul etmiş X31 həmin hissə üzrə məcburi payının müəyyən edilməli olmasına dair dair dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, işdə olan qanuni qüvvəsini almış Balakən Rayon Məhkəməsinin 2(019)-1/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X28 və X46 cavabdehlər İddiaçı, X13, X24, X17, ölmüş cavabdeh X30 hüquqi varisləri X77 və X80, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X84 Xidmət Mərkəzində Notariat Ofisinə qarşı miras paylarının müəyyən olunması və sair tələblərinə dair iddia ərizələri təmin edilmiş, həmin qətnaməyə əsasən X68 (Mahamarasul) Abdulməcid oğlu və X50 qalmış miras əmlaklardan mirası qəbul etmiş vərəsələrin – X48, X62 və İddiaçı payları müəyyən edilmişdir.
67. Azərbaycan Respublikası Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
68. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3.-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
69. Həmçinin iş materialında olan 19 yanvar 2004-cü il tarixdə tərtib edilmiş vəsiyyətnamədən görünür ki, X21 ona 238 №li Dövlət Aktı ilə mülkiyyətə verilmiş 0,93 ha mülkiyyət torpağını və 0.25 ha həyətyanı torpağını və bütün əmlakını oğlu İddiaçı vəsiyyət etmişdir.
70. Beləliklə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi İddiaçı Balakən rayonu Talalar kəndində yerləşən fərdi yaşayış evi üzərində vərəsəlik hüququnun müəyyən edilməsi hissəsində iddiasını həmin yaşayış evinin məhv olmaqla hazırda mövcud olmaması əsası ilə rədd etməkdə doğru mövqedən çıxış etsə də, birinci instansiya məhkəməsi 0,25 ha həyətyanı torpaq sahəsini İddiaçı valideynlərinin ümumibirgə mülkiyyətində olan əmlak kimi qəbul etməklə, həmin əmlakda tərəflərin paylarını qanuna müvafiq qaydada, o cümlədən vərəsələrin məcburi paylarını müəyyən etməməklə, prossesual qənaət prinsipindən çıxış edərək vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həllinin məhkəmənin səlahiyyətində olması barədə Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqeni nəzərə almamaqla maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.
71. Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur.
72. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012ci il tarixli Qərarları).
73. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sənədlər diqqətə alınmaqla mirasın açıldığı, yəni X9 öldüyü 29 oktyabr 2006-cı il tarixə onun birinci növbə vərəsələri arvadı X69, övladları İddiaçı, X48, X20, X35, X29 və X27 ibarət olmuşlar.
74. X53 da vəfat etdiyi 09 yanvar 2016-cı il tarixə onun birinci növbə vərəsələri övladları İddiaçı, X48, X20, X35, X29, X49 və X42 ibarət olmuşlar.
75. Kollegiya qeyd edir ki, miras qoyan X9 vərəsələrindən hər hansı biri tərəfindən onun ölümündən sonra 3 aylıq müddət ərzində ondan qalmış mirasdan imtina edilməsi halı müəyyən edilməməklə yanaşı Mahamarasul Omarov tərəfindən 0.25 ha həyətyanı torpaq sahəsinin oğlu İddiaçı vəsiyyət edilməsi, həmin torpaq sahəsinin üzərindəki fərdi yaşayış evinin isə məhv olması müəyyən edilmişdir.
76. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26 iyul 2021-ci il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir.
77. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır.
78. Kollegiya hesab edir ki, prossesual qənaət prinsipindən çıxış edərək, həmçinin vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həllinin məhkəmənin səlahiyyətində olması barədə Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqe nəzərə alınmaqla vərəsələrin vərəsəlik payları müəyyənləşdirilməlidir.
79. Miras qoyan X19 tərəfindən 19 yanvar 2004-cü il tarixdə tərtib edilmiş vəsiyyətnamə ilə mülkiyyətində olan 0.25 ha həyətyanı torpaq sahəsinin vərəsə İddiaçı vəsiyyət edilməsində qanunvericiliyin tələblərinin pozulmadığı, həmçinin vərəsələrin mirasda məcburi paylarının olması nəzərə alınmalıdır.
80. Kollegiya hesab edir ki, 0.25 ha torpaq sahəsi İddiaçı vəsiyyət edildiyindən mirasda vərəsələrin məcburi pay hüquqlarının da olması nəzərə alınaraq X68 (Mahamarasul) Abdulməcid oğlundan miras qalmış Balakən rayonu, Talalar kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin ½ hissəsindən əlavə olaraq mirasdakı məcburi payı, həmçinin Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğlunun vəfatından sonra ondan arvadı X57 qalmış və X50 da qəbul edilmiş miras payı nəzərə alınmaqla İddiaçı həmin əmlakda 57/98 hissə miras payı, 0,25 ha həyətyanı torpaq sahəsi üzrə mirasda 7/98 hissədə məcburi pay hüququ olan X50 qalmış miras daxil olmaqla 0,25 ha həyətyanı torpaq sahəsindən ibarət mirasın cəmi 8/98 hissəsi üzərində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X28, 0,25 ha həyətyanı torpaq sahəsi üzrə mirasda 7/98 hissədə məcburi pay hüququ olan X50 qalmış 1/98 hissəsi üzərində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X46, 0,25 ha həyətyanı torpaq sahəsi üzrə mirasda məcburi pay və mirasda 7/98 hissədə məcburi pay hüququ olan X50 qalmış miras daxil olmaqla 0,25 ha həyətyanı torpaq sahəsindən ibarət mirasın cəmi 8/98 hissəsi üzərində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16, 0,25 ha həyətyanı torpaq sahəsi üzrə mirasda məcburi pay və mirasda 7/98 hissədə məcburi pay hüququ olan X50 qalmış miras daxil olmaqla 0,25 ha həyətyanı torpaq sahəsindən ibarət mirasın cəmi 8/98 hissəsi üzərində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8, 0,25 ha həyətyanı torpaq sahəsi üzrə mirasda məcburi pay və mirasda 7/98 hissədə məcburi pay hüququ olan X50 qalmış miras daxil olmaqla 0,25 ha həyətyanı torpaq sahəsindən ibarət mirasın cəmi 8/98 hissəsi üzərində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X22, 0,25 ha həyətyanı torpaq sahəsi üzrə mirasda məcburi pay və mirasda 7/98 hissədə məcburi pay hüququ olan X50 qalmış miras daxil olmaqla 0,25 ha həyətyanı torpaq sahəsindən ibarət mirasın mərhum X37 qalmış 8/98 hissəsinin 4/98 hissəsi üzərində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X74, digər 4/98 hissəsi üzərində isə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X78 miras payı müəyyən edilməlidir.
81. Miras payları şərh edilən tərzdə müəyyən edilməli olduğundan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X28 və X46 iddiaları üzrə dəyərləndirilmə aparılarkən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir.
82. Məhkəmə kollegiyası yekun olaraq bu nəticəyə gəlir ki, İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X48 və X62 tərəfindən verilmiş аpellyasiya şikayətləri qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli 2(019)-120/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X28 və X46 iddiaları qismən təmin edilməli, İddiaçı mərhum atası Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğlundan miras qalmış Balakən rayonu, Talalar kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin 57/98 hissəsi üzərində vərəsəlik hüququ, 29 oktyabr 2006-cı ildə ölmüş X68 (Mahamarasul) Abdulməcid oğlunun 0.25 ha həyətyanı torpaq sahəsindən mirası qəbul etmiş mərhum arvadı X57 düşən hissəsindən mirası qəbul etmiş vərəsə X46 1/98 hissə və X28 1/98 hissə miras payları, Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğlunun mirasından mirası qəbul etmiş X28 7/98 hissə miras payları müəyyən edilməli, İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X28 və X46 iddialarının qalan hissələri əsaslı olmadığından təmin edilməməlidir.
83. X68 (Mahamarasul) Abdulməcid oğlundan miras qalmış Balakən rayonu, Talalar kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin 57/98 hissəsi üzərində İddiaçı, 8/98 hissəsi üzərində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X28, 1/98 hissəsi üzərində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X46, 8/98 hissəsi üzərində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16, 8/98 hissəsi üzərində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8, 8/98 hissəsi üzərində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X22, 4/98 hissəsi üzərində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X74, 4/98 hissəsi üzərində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X78 miras payı müəyyən edilməlidir.
84. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X48 və X62 tərəfindən verilmiş аpellyasiya şikayətləri qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli 2(019)-120/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X28 və X46 iddiaları qismən təmin edilsin. İddiaçı mərhum atası Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğlundan miras qalmış Balakən rayonu, Talalar kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin 57/98 hissəsi üzərində vərəsəlik hüququ, 29 oktyabr 2006-cı ildə ölmüş X1 0.25 ha həyətyanı torpaq sahəsindən mirası qəbul etmiş mərhum arvadı X57 düşən hissəsindən mirası qəbul etmiş vərəsə X46 1/98 hissə və X28 1/98 hissə miras payları, X9 mirasından mirası qəbul etmiş X28 7/98 hissə miras payları müəyyən edilsin. İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X28 və X46 iddialarının qalan hissələri təmin edilməsin. X68 (Mahamarasul) Abdulməcid oğlundan miras qalmış Balakən rayonu, Talalar kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsinin 57/98 hissəsi üzərində İddiaçı, 8/98 hissəsi üzərində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X28, 1/98 hissəsi üzərində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X46, 8/98 hissəsi üzərində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16, 8/98 hissəsi üzərində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8, 8/98 hissəsi üzərində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X22, 4/98 hissəsi üzərində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X74, 4/98 hissəsi üzərində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X78 miras payı müəyyən edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.