Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-650/2022 10.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və ailə üzvlərinə qarşı “fərdi yaşayış evindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair ilk, Cavabdeh İddiaçı, X7, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə və Göyçay rayonu Dövlət Notariat Kontoruna qarşı “çıxarışın ləğv edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair (Açar sözlər: kompensasiya verməklə istifadə hüququna xitam, bağışlama müqaviləsinin etibarsızlığı) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X16, İddiaçı və cavabdeh (qarşılıqlı tələb üzrə iddiaçı) Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh və ailə üzvlərinə qarşı “fərdi yaşayış evindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair ilk, Cavabdeh İddiaçı, X7, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə və Göyçay rayonu Dövlət Notariat Kontoruna qarşı “çıxarışın ləğv edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(025)-609/2022 nömrəli qətnaməsindən İddiaçı, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi : İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 02.07.2010-cu il tarixli ********** qeydiyyat nömrəli, **********53-10301 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Qəbələ rayonu, Mıxlıqovaq kəndində 0,01726 ha torpaq sahəsində yerləşən 53.6 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 120 nömrəli vərəqində qeydiyyata alınmışdır. X5 **********217 saylı 08 oktyabr 2019-cu il tarixli ərizəsi ilə X1 rayonu, Mıxlıqovaq kəndində yerləşən 2 otaqlı fərdi yaşayış evini İddiaçı bağışlamaq qərarına gəlmişdir. Bildirmişdir ki, hal-hazırda subaydır. Gələcəkdə məhkəmə qarşısında hər hansı iddia qaldırılarsa özü cavabdeh olacaqdır. 08 oktyabr 2019-cu il tarixli 4Ə-831 saylı Daşınmaz əmlakın bağışlanması müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 02.07.2010cu il tarixli ********** qeydiyyat nömrəli, **********53-10301 reyestr nömrəli Çıxarışına əsasən tam mülkiyyətində olan özünəməxsus Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən 53.6 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evini İddiaçı mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 05.11.2019-cu il tarixli ********** qeydiyyat nömrəli, **********53-10301 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Qəbələ rayonu, Mıxlıqovaq kəndində 0,01726 ha torpaq sahəsində yerləşən 53.6 kv.m sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 120 nömrəli vərəqində qeydiyyata alınmışdır. 17 mart 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı sorğusuna əsasən bildirilmişdir ki, Qəbələ rayonu, Mıxlıqovaq kəndində bir otaqlı yaşayış evinin bir aylıq kirayə haqqı maksimum 30 (otuz) manat məbləğindədir. JN-231A, kod 40614018 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 22 noyabr 1997-ci il tarixli, 25 nömrəli qərarına əsasən Cavabdeh və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə 0.08 ha “fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı” təyinatlı torpaq sahəsi verilmişdir. X19 İdarəsi Ləki qəsəbə Uşaq Musiqi Məktəbi tərəfindən verilmiş 29 iyun 2021-ci il tarixli, 12 saylı arayışdan görünür ki, həqiqətən X2 Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Ləki qəsəbə Uşaq Musiqi Məktəbində 1994-cü ildən fasiləsiz olaraq hal-hazıradək müəllim vəzifəsində işləyir. Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ rayonu, Mıxlıqovaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli, 570 saylı arayışdan görünür ki, Cavabdeh Qəbələ rayonu, Mıxlıqovaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsərrüfat başına kitablarında 1992-ci ildə özü tərəfindən tikilmiş fərdi yaşayış evində hal-hazırki dövrədək qeydiyyatdadır və yaşayır. Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ rayonu, Mıxlıqovaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 17 sentyabr 2021-ci il tarixli, 704 saylı məktubdan görünür ki, 29 iyul 2021-ci il tarixli, 570 saylı arayışdakı “qeydiyyatdadır” sözü texniki səhv olaraq yazılmışdır. Sözügedən evdə Cavabdeh ailə üzvləri ilə yaşamasına baxmayaraq ev qeydiyyat №si ********** olan çıxarışla X7 məxsusdur. Qəbələ Rayon Məhkəməsinin sorğusuna əsasən Dövlət Sosial Müdafiə Fondu PHŞ 14 Saylı Regional Ərazi filialı tərəfindən verilmiş 03 avqust 2021-ci il tarixli, **********5 saylı məktubdan görünür ki, Cavabdeh filialdan 259.78 manat manat məbləğində əmək pensiyası alır. Qəbələ Rayon Məhkəməsinin sorğusuna əsasən Qəbələ Regional “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş 05 avqust 2021-ci il tarixli, 4.1.20-2021-89 saylı məktubdan görünür ki, X3 Regional “ASAN xidmət” mərkəzində könüllü kimi 30.11.2020-ci il tarixindən 30.01.2021-ci il tarixinədək fəaliyyət göstərmişdir, hazırda Qəbələ Regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərmir. Qəbələ Rayon Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ rayonu, Mıxlıqovaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 11 avqust 2021-ci il tarixli, 601 saylı məktubdan görünür ki, Qəbələ rayon Mıxlıqovaq kəndində qeydiyyatda olan Cavabdeh torpaq islahatı zamanı X25 komissiyasının qərarı ilə beş nəfər ailə üzvü ilə birlikdə 1.03 ha pay torpağı hesablanmışdır və hal-hazırda istifadəsindədir. Bağ sahəsində findıq və digər meyvə ağacları mövcuddur. Təsərrüfatında mal-qara yoxdur. Vətəndaşın adına beş nəfər ailə üzvü ilə birlikdə 0.08 ha həyətyanı sahə hesablanmışdır. Cavabdeh ata evi nümayəndəliyin təsərrüfatbaşına kitablarında ümumi sahəsi 60 kv.m və yaşayış sahəsi 40 kv.m olan evdə 3 nəfər qeydiyyatda olmaqla hal-hazırda həmin evdə X9 yaşayır. Cavabdeh təsərrüfatından gələn illik gəlirin hesablanması müəyyənləşdirilə bilmədi. Qəbələ Rayon Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən verilmiş 04 avqust 2021-ci il tarixli, 419 saylı məktubdan görünür ki, Cavabdeh həqiqətən Qəbələ rayon Mıxlıqovaq kənd tam orta məktəbində müəllim işləyir və ona 2020-2021-ci tədris ili dövründə aylar üzrə hesablanılmış əmək haqqı aşağıdakı qaydadadır. Cəmi: 9531,75 (doqquz min beş yüz otuz bir manat 75 qəpik) manat, o cümlədən, orta aylıq əmək haqqı 794.31 (yeddi yüz doxsan dörd manat 31 qəpik) manat təşkil edir. Ağdaş RPŞ tərəfindən 24.08.2007-ci il tarixdə verilmiş AZE № 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. “X11” MMC-nin 09 dekabr 2021-ci il tarixli, 021-24/QRM nömrəli ekspert rəyindən görünür ki, İddiaçı məxsus Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən sənəd üzrə 53.6 kv.m faktiki 132 kv.m sahədən ibrarət yarım təmirli fərdi yaşayış evinin real bazar qiyməti 16.500 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh və ailə üzvlərinə qarşı "fərdi yaşayış evindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və ailə üzvlərinin AR ƏMDKY DƏDRX tərəfindən **********053-10301 Reyestr nömrəsi ilə qeydə alınmış 05.11.2019-cu il tarixli Çıxarışla onun mülkiyyəti olaraq tanınmış Qəbələ rayon Mıxlıqovaq kəndində yerləşən 172.06 kv.m sahəsi olan fərdi yaşayış evindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 21 aprel 2021-ci il tarixdə cavabdeh Soltanov X4 Səidə Dursun qızına qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh qarşı ilk iddia tələbinin rədd edilməsi, mübahisə predmeti olan evə dair İddiaçı adına verilmiş **********053-13301 saylı Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 29.07.2021-ci il tarixdə iddiaçı Cavabdeh iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək **********53-10301 saylı əmlakla bağlı 05.11.2019-cil il tarixli bağışlama müqaviləsinin etibarsız hesab olunması və İddiaçı adına verilmiş **********53- 10301 saylı çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilmişdir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. 29 iyul 2021-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında Cavabdeh vəsatətinə əsasən X8, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi və Göyçay rayonu Dövlət Notariat Kontoru qarşılıqlı iddia üzrə cavabdeh qismində mülki işə cəlb olunmuşdurlar. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən sahəsi 172.06 kv metr olan ev onun mülkiyyəti olaraq AR ƏMDKY DƏDRX tərəfindən **********053-10301 Reyestr nömrəsi ilə qeydə alınaraq 05.11.2019-cu il tarixli Çıxarışla mülkiyyətinə verilmişdir. Hazırda mülkiyyəti olan evində cavabdehlər Cavabdeh və ailə üzvləri onun iradəsinə zidd olaraq qanunsuz yaşayırlar. Belə ki, o, evi mülkiyyətinə keçirdikdən sonra Qəbələ r-n Mıxlıqovaq kənd İcra Nümayəmdəsinə və X6 ailə üzvləri ilə birlikdə evindən 15 gün müddətinə çıxaraq evini ona təhvil vermələri barədə rəsmi məktub yazaraq xəbərdarlıq etmişdir. Lakin cavabdehlər şəxsi mülkiyyəti olan evində qanunsuz yaşamağa davam edirlər. Qəbələ r-n məhkəməsində iddia qaldıraraq M.B.,Soltanovun ailə üzvləri ilə birlikdə evimdən məcburi çıxarılmasını tələb etsə də hakim 10 sentyabr 2020-ci il tarixli 2(025)-700/2020 saylı qətnaməsi ilə istifadə hüquqlarını qeyd edərək onun evindən cavabdehləri çıxarmamış və onun cavabdehlərə kompensasiya təklif etmədiyini bildirərək iddianı təmin etməmişdir. Hazırda o, iddiaçı olaraq mülkiyyəti olan evində yaşamaq, şəxsi mülkiyyətindən səmərəli istifadə etmək istəyir. Lakin cavabdehlər onun qanuni mülkünü zəbt edərək qanunsuz orada yaşamaqla evindən istifadə edirlər. Xəbərdarlıq etməyinə baxmayaraq evini boşaldaraq ona vermir, evində qanunsuz, onun iradəsinə zidd olaraq yaşamağa davam edirlər, iddiada qaldıraraq evindən məcburi çıxarılmasını isə hakim qanunsuz olaraq təmin etməməklə qeyri müəyyən müddətə cavabdehləri onun evində saxlamaqla onun mülkiyyət hüququnu kobud formada pozmuşdur. Soltanov və ailə üzvləri onun yaxın qohumu hesab edilə bilməz, onların həmin evdən istifadə hüququ yaranmasına həmin evin mülkiyyətçisi Cəbrayılova Təranə qızının evi ona bağışladığı və onun mülkiyyət hüququnu AR ƏMDKY DƏDRX tərəfindən **********053-10301 Reyestr nömrəsi ilə qeydə almaqla tanıyaraq Çıxarışla mülkiyyətinə verdiyi gündən xitam verilmişdir. O, bir mülkiyyətçi kimi öz evində yaşamaq, ev üzərində idarə, istifadə və sərəncam hüquqlarını öz istəyinə uyğun həyata keçirdə bilmir. Ona görə də o, cavabdehlərə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin bütün bunlara baxmayaraq Cavabdeh ailə üzvləri ilə birlikdə qanunvericiliyə uyğun olaraq tərəfindən kompensasiya ödənilməklə şəxsi mülkiyyətində qeyri qanuni yaşamalarına xitam verilməsini iddia edir. 17.03.2021-ci il tarixli arayışdan göründüyü kimi Qəbələ r-n Mıxlıqovaq kəndində bir otaqlı yaşayış evinin bir aylıq kirayə haqqı minimum 30 AZN civarındadır. Cavabdeh SCavabdeh və ailə üzvlərinin mülkiyyətində JN 0161 serialı Kod 40614018 olan həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində uzunluğu 20, eni 8 metr olan yardımçı sahə quraqlıq var ki, onun yanlarını daşla hörərək oradan ev kimi istifadə edə bilər. Bundan başqa cavabdehlərin mülkiyyətində pay torpaqları və Cavabdeh ata mülkündə onun və ailə üzvlərinin yaşaması üçün 170 kv metr şəraitli ev var ki, Cavabdeh Soltnova Göyçəklə ailə qurduqda sonuncunu gəlin kimi həmin evə gətirmişdir və 10 il həmin evdə birgə yaşamışlar. Hazırda həmin evdə Cavabdeh bacısı təkbaşına yaşayır və Soltanovun ailəsi ilə birlikdə həmin evdə yaşaması mümkündür. Cavabdeh və oğlu müəllim işləyir əmək haqqı alır və xəstəliyə görə pensiya alır, qızı S.Elnarə Qəbələ r-n Asan xidmətdə işləyir, arvadı G.Soltanova xəstəliyə görə pensiya alır, oğlu və gəlini işləyirlər. Ailənin bir aylıq gəliri onlara bir müddət kirayədə (Kirayə pulunu o kompensasiya kimi ödəməklə) yaşayaraq özlərini evlə təmin etməyə imkan verir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qəbələ rayon Məhkəməsinə İddiaçı Cavabdeh və ailə üzvərinə qarşı iddia ərizəsini icraata qəbul etmişdir. İddiaçı bu hərəkəti onun uzun illər ərzində davamlı olaraq, ona və ailə üzvlərinə qarşı törətdiyi və apardığı qanunsuz və qərəzli əməllərin növbəti absurd nəticəsidir. Qarşılıqlı iddia ərizəsində göstərilən əsaslarla hesab edir ki, iddia tələbi ədalətsiz və əsassızdır. Bu səbəbdən qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin iddia ərizəsi rədd edilməli və mübahisə predmeti olan evə aid İddiaçı adına verilmiş çıxarış ləğv olunmalıdır. Qəbələ Rayon Məhkəməsinin (hakim E.İsayev) 22 dekabr 2021-ci il tarixli, 2(025)- 609/2021 nömrəli qətnaməsi ilə ilk iddia ərizəsi qismən təmin edilərək, İddiaçı tərəfindən Cavabdeh 7.000 (yeddi min) manat məbləğində kompensasiya verilmək şərti ilə Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən Azərbaycan Respublikası ƏMDKY DƏDRX tərəfindən **********053-10301 reyestr nömrəsi ilə qeydə alınmış 05.11.2019-cu il tarixli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş fərdi yaşayış evinə Cavabdeh və ailə üzvlərinin istifadə hüquqlarına xitam verilməsi, qarşılıqlı iddianın isə təmin edilməməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh və onun ailə üzvlərinə qarşı kompensasiya ödənilməklə fərdi yaşayış evinə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2 və 228.5-ci maddələri təşkil edir. Bundan başqa, Cavabdeh mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi İddiaçı Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qarşılıqlı iddia üzrə iddiaçı məhkəmə iclasında verdiyi izahatlarında və məhkəməyə təqdim etdiyi sənədlərdə **********53-10301 saylı əmlakla bağlı 05.11.2019-cil il tarixli bağışlama müqaviləsinin etibarsız hesab olunması və İddiaçı adına verilmiş **********53-10301 saylı çıxarışın ləğv olunmasını iddia etsə də, tələblərini əsaslandıra bilməmiş və iddianın əsası kimi məhkəməyə mötəbər sübut növü təqdim etməmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin «Marks Belçikaya qarşı» və «Sporronq və Lonnpot İsveçə qarşı», “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarlarına, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına, «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli qərarına, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53,149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5, 152.1, 158.1.2, 158.4, 228.2 və 228.5, 337.1, 337.4, 389.1, 666.1 və 668.1.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88 və 217.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan hər iki tərəf apellyasiya şikayəti vermişlər. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(025)-609/2021 saylı qətnaməsi Mülki Prosessual Məcəllənin 385-ci maddəsində nəzərdə nəzərdə tutulan aşağıdakı əsaslara görə ləğv edilməlidir: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilmədiyi üçün (MPM-in 385.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq); məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması səbəbindən (MPM-nin385.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq); birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindən (MPM-nin 385.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq). Məhkəmə (hakim), Cavabdehun qarşılıqlı iddia ərizəsi üzrə tələblərin heç birini araşdırmamış və iddia ərizəsində göstərilən faktar tədqiq edilməmişdir. Xüsusi ilə, ilkin və qarşılıqlı iddianın hüquqi əsasını təşkil edən, mübahisə predmeti olan evə dair İddiaçı adına verilmiş **********053-13301 saylı Çıxarışın əldə edilməsi üçün X8 tərəfindən ünvan üzrə daşınmaz əmlakın İddiaçı aid Göyçay rayonu Dövlət Notariat Kontorunun verdiyi 08 oktyabr 2019-cu il tarixli 4Ə-831 saylı bağışlanma müqaviləsinin hansı səbəbdən əmlakın yerləşdiyi Qəbələ rayonunda, yaxud, bağışlayan və hədiyyəni alan şəxslərin qeydiyyatda olduğu və yaşadığı Ağdaş şəhərində deyil, məhz Göyçay rayonu Dövlət Notariat Kontorunda bağlanılması məhkəmə tərəfindən araşdırılmamışdır. Həmin sənədin mötəbərliyinin haqlı şübhələr doğurması ilə bağlı, Cavabdehun vəsatəti məhkəmə tərəfindən təmin edildiyi halda, məhkəmə (hakim) bu vəsatətlə bağlı araşdırma aparılmamışdır və qətnamədə bu barədə qeyd yoxdur. Qəbələ rayon Məhkəməsinin 2(025)-609/2021 saylı iş üzrə ilkin iddia ərizəsinin qismən təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsi barədə qəbul etdiyi 22 dekabr 2021-ci il tarixli qətnaməsi, işə baxan hakim Elman İsayevin qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı qərəzİi mövqeyinin müstəqil nəticəsidir. Məhkəmə (hakim) öz qulluq mövqeyinə görə irəli sürdüyü dəlillərə əsaslanaraq, iş üzrə qəbul etdiyi qətnamədə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir, işin mühüm əhəmiyyətli faktiki halları araşdırılmamışdır, istinad edilən qanun məcəllələrinin təvsirində formal mülahizəyə və təhrifə üstünlük verilmişdir. Qətnamədə məhkəmənin (hakimin) göstərdiyi dəlillər iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun deyil, iş üzrə gəldiyi nəticə hüquqi baxımdan natamamdır və məntiqsizdir. Məhkəmə (hakim) qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün qətnamədə əsaslı dəlil gətirməmişdir, işlə bağlı rəhbər tutduğu konkret qanun məcəlləsi və normativ hüquqi aktları göstərməmişdir. Bu səbəbdən, məhkəmə (hakim) qarşılıqlı iddianın təmin edilməməsi barədə əsassız və qərəzli nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən Qəbələ Rayon Məhkəməsinin iş № 2(025)-609/2021 saylı iş üzrə 22 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə apelyasiya şikayətində göstərilən əsaslarla, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, X7, Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə və Göyçay rayonu Dövlət Notariat Kontoruna qarşı “bağışlama müqaviləsinin etibarsız hesab olunması və İddiaçı adına verilmiş **********53-10301 saylı çıxarışın ləğv olunması”na dair iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, evinin cavabdehlər tərəfindən zəbt dilməsi onun mülkiyyətindən istifadə hüququndan məhrum edir. Belə ki, iddiaçı evin mülkiyyətçisi olsa da nə evdə yaşaya bilir, nə də digər faydalı xassələrindən istifadə edə bilir. Ərizəçi mülkiyyəti üzərində həm də sərəncam vermək hüququndan məhrum edilir. Belə ki, iddiaçı evini nə sata (çünki zəbt edilmiş evi heç kim üçün maraqlı deyil), nə kirəyə verə, nə də başqa qanuni məqsədlər üçün istifadə edə bilir. Birinci instansiya məhkəməsi Ərizəçinin ev üzərində mülkiyyət hüququ olduğunu mübahisələndirmir. Məhkəmənin qərarında göstərilir ki, mübahisələndirilən ev Reyestr Xidmətinin 05 oktyabr 2019-cu il tarixli **********53-10301 Reyestr nömrəli Çıxarışı ilə iddiaçının mülkiyyətinə verilərək rəsmiləşdirilmişdir. Məhkəmə bildirir ki, İddiaçı kompensasiya ödəməklə istifadə hüququ olan Cavabdeh və ailə üzvləri ilə birlikdə evdən çıxarılmasını tələb edir, bu da mülki qanunvericiliyə uyğundur. Lakin hakim 7000 manat kompensasiya ödənilməsi barədə idiaçı ilə razılaşmadan gəldiyi qənaət qanuna ziddir. Məhkəmə İddiaçının maddi vəziyyətini, minimum əmək haqqı qədər aldığı əmək haqqını, mövcud bazar qiymətini, həmin kənddə kirayə pulunun maksimum 30 manat olması barədə arayışını nəzərə almadan, iddiaçı ilə razılaşmadan birtərəfli qərar verərək 7000 manat kompensasiya təyin etməklə idiacının hüquqlarını pozmuşdur. Birinci instansiya məhkəməsi səmərili araşdırmadan 7000 manat kompensasiya ödəməklə iddianın qismən təmin edilməsi ilə bağlı qərar qəbul edib. Birinci instansiya məhkəməsi işi düzgün araşdırmayıb, İddiaçının məhkəmə prosesi zamanı arqumentlərini dinlənilməyib, irəli sürdüyü vəsatətlər heç bir əsas göstərilmədə təmin edilməyib və bunların heç biri protokolda qeyd edilməyib. Belə ki, iddiaçı işə əlavə etdiyi Qəbələ r-n Mıxlıqovaq kənd İƏN-nin Təsərrüfatbaşına kitabından çıxarışından göründüyü kimi cavabdedihin 2000-ci ildə yeni tikdiyi yaşayış sahəsi olduğu göstərilmişdir. Cavabdehin evi olduğu halda cavabdehin evini zəbt edərək orada qanunsuz yaşamışdır. İddiaçı məhkəmə zamanı vəsatətlərdən biri də o, olmuşdur ki, cavabdehə maksimum 3000 (üç min) manat pul kompensasiya ödəyə bilər, bu da onun minimum əmək haqqı qədər olmayan əmək haqqına götürə biləcəyi kreditdir. Cavabdeh bu pulla ən azı 6 il yaşadığı və işlədiyi Mıxlıqovaq kəndində müvafiq bir ev çəraitində kirədə və ya özünün 2000-ci ildə tikdiyi evdə yaşaya bilər. Qeyd edilən hallar onu deməyə əsas verir ki, məhkəmənin iddiaçı ilə razılaşmamış müəyyən etdiyi 7000 manat kompensasiya iddiaçını qane etmir, onun büdcəsinə heç cür uyğun gəlmir. İddiaçının mülkiyyət və razılaşma hüquqlarının pozulması qanunsuzdur, yerli qanunvericiliyinin və Avropa Konvensiyasının kobud pozuntusudur. Qeyd edilənlərə əsasən Qəbələ Rayon məhkəməsinin 22.12.2021-cin il tarixli, 2(025)-609/2021 saylı qətnaməsinin qismən təmin edilmiş hissəsində kompensasiya məbləğinin 7000 manat pul kompensasiya məbləğini ləğv edilərək, iddiaçının aztəminatlı olmasının nəzərə alaraq onun büdcəsinə və bazar qiyməinə uyğun olaraq maksimum 3000 (üç min) manat olması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən kompensasiyanın məbləği müəyyən edilərkən onun maddi vəziyyəti nəzərə alınmamış, məhkəmə öz təşəbbüsü ilə 7000 manat məbləğ müəyyən etmişdir. Halbuki onun bu qədər kompensasiyanı ödəməyə imkanı yoxdur. Bundan əlavə cavabdehin özünün həmin kənddə başqa yaşayış yeri mövcuddur. Ona görə də özü tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, əslində o özü də 7000 manat kompensasiya ilə razılşamır. Belə ki, mübahisəli ev qanunsuz yolla cavabdehin (ilk iddia üzrə iddiaçının) adına rəsmiləşdirilmişdir. Həmin evin dəyəri qeyd olunanlardan xeyli coxdur. Əgər iddiaçı tərəfindən ona 15-16 min manat məbləğində kompensasiya ödənilərsə, iddianı qəbul edər. Əks halda ilk iddiaya etiraz edir. Bundan əlavə hesab edir ki, notarius tərəfindən bağışlama müqaviləsi rəsmiləşdirilərkən qanunvericiliyin tələblərinə riayət edilməyib. Odur ki, özü tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarları: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin MPM-nin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, bu kateqoriyadan olan işlərə baxılarkən hüquqi müəyyənlik prinsipinin təmin olunması məqsədilə, ilk növbədə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi zamanı kompensasiya məbləğinin bazar qiymətinə uyğun müəyyən edilməsi məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Çünki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır, xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüququ tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə kompensasiya institutu maddi və mənəvi xüsusiyyət daşıyır və mülki hüquq münasibətlərində bir neçə formada çıxış edir: məsələn, qanunvericilikdə nəzərdə tutulan digər hallarda “əmlak itkilərinin” pulla əvəzinin ödənilməsi və sair. Eyni zamanda qanunverici, Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən edib. Yəni, mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən yaşayış sahəsindən istifadə hüququna o, vaxt xitam verilə bilər ki, ilk növbədə təklif edilən kompensasiya məbləği real bazar qiymətlərinə uyğun olsun. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır Həmin Qərarda eyni zamanda göstərilir ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçinin və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.,...” Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 153.3-cü maddəsinə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər 14.1.-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-nin 14.2.1-ci maddəsi) 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur (MM-nin 325.1-ci maddəsi). 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (MM-nin 390.1-ci maddəsi). 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-nin 404.2-ci maddəsi). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). 337.1-ci maddəsinə həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 666.1.-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 667.1-ci maddəsinə görə fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətlərindən görünür ki, İddiaçı Qəbələ Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(025)-609/2022 nömrəli qətnaməsini qismən, Cavabdeh Qəbələ Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(025)-609/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianın təmin olunmaması ilə bağlı düzgün nəticəyə gəlsə də, ilk iddianın təmin edilməsi hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(025)-609/2021 nömrəli qətnaməsi ilk iddianın təmin olunmuş hissəsində ləğv edilməli, qarşılıqlı iddianın təmin olunmamasına münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk olaraq Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparır. Birinci qeyd edilməlidir ki, əqdin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Əqddə iradə və iradəni ifadə etmənin vəhdətinin pozulması isə əqd üzrə tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi ilə nəticələnməklə, bu əqd kimi həyata keçirilən hərəkətlər əqd üzrə tərəflər üçün hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilməz. Başqa sözlə əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. İkinci, nəzərə alınmalıdır ki, bağışlama müqaviləsi qarşılıqlı xarakterli əqddir. Hər iki tərəfdə qarşılıqlı subyektiv hüquq və vəzifələrin olması bu müqavilənin zəruri şərtlərindən biridir. Belə ki, təklif olunan əşyanı vermək vəzifəsi hədiyyə edənin, qəbul etmək isə hədiyyə olunanın vəzifəsidir.. Üçüncüsü, “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra mənzildən istifadə edilməsi ilə əlaqədar yaranmış hüquq münasibətlərinin mövcudluğunda notarius tərəfindən özgəninkiləşdirilən yaşayış mənzilində kimlərn yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayışın tələb edilməməsi və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınmaması alqı-satqı müqaviləsinin aldatma yolu ilə bağlanması və Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə istinadən bu əqdin etibarsız hesab edilməsi üçün səbəb ola bilməz. Eyni zamanda qanunvericiliyin tələblərini pozmadığına görə aldatmanın olmadığını və əqdin etibarlı olduğunu sübut etmək cəhdləri də əsassızdır. X24 qeyd olunmuşdur ki, əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). Beləliklə də hər hansı əqdin (o cümlədən də bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Yuxarıda qeyd olunanlara əsasən kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. İddiaçı apellyasiya şikayətinin dəlillərini ümumilikdə hüquqi qiymət verən kollegiya aşağıdakıları qeyd edir. Cavabdehin mübahisələndirilən yaşayış sahəsinə istifadə hüququnun olması işin mübahisəsiz halıdır. Bu səbəbdən Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə görə cavabdehin həmin hüququna yalnız tərəflərin razılaşması ilə və ya belə razılaşma olmadıqda, məhkəmə qaydasında cavabdehə bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İddiaçı cavabdehin bu hüququna xitam verilməsi üçün sonuncuya 3000 manat məbləğində kompensasiya verilməsini təklif etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsinin mümkün olması, lakin təklif olunan kompensasiyanın məbləğinin iddianın təmin olunması üçün kifayət etməməsi qənaətinə gəldiyi halda, maddi hüquq normalarının tələblərinə əsasən təklif olunmalı kompensasiyanın məbləğini müəyyən etməlidir. Belə ki, mübahisələndirilən qətnamənin məzmunundan müəyyən olunur ki, birinci instnasiya məhkəməsi iddiaçı tərəfə kompensasiyanın məbləği barədə təklif etməmiş, öz mövqeyinə əsaslanaraq ödənilməli məbləğin 7000 manat olması qənaətinə gəlmişdir. Halbuki bu məbləğlə nə iddiaçı, nə də ki cavabdeh razıdır. Birinci tərəf kompensasiya məbləğinin çoxluğundan, ikinci tərəf isə azlığından şikayət etmişdir. Lakin birinci instansiya məhkəməsi qətnaməsinin əsaslandırıcı hissəsində kompensasiyanın məbləğinin bazar qiymətinə uyğun olaraq müəyyən edilməsi istiqamətində araşdırma aparmamış, belə kompensasiyanın məbləğini müəyyən etməmiş, o cümlədən məhkəmənin tərəflərə nəzərdən keçirmələrini təklif etdiyi 7000 manat məbləğinin kompensasiya kimi kifayət edəcəyini göstərməmişdir. Halbuki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır Qeyd olunan qərarda Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Göründüyü kimi, mübahisəyə Mülki Məcəllənin 228.2-ci maddəsinin tətbiq edilməli olduğu halda da, bu maddənin tətbiqində Konstitusiya Məhkəməsi Plenumunun rəsmi şərhi baxımından səhvə yol vermişdir. Digər tərəfdən birinci instansiya məhkəməsinin təklif etdiyi 7000 manatın cavabdehin istifadə hüququna xitam verilməsi üçün kompensasiya qismində qiymətləndirilməli olduğu halda, birinciinstansiya məhkəməsi həmin məbləğinin hansı sübutlara əsasən müəyyən edilməsini əsaslandırmamış, bununla bağlı mülkiyyətçinin mövqeyini ümumiyyətlə nəzərə almamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsinin mümkün olduğu qənaətinə gəldiyi halda, qanunvericiliyin tələblərinə əsasən bu əsaslandırılmalı, Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən qərarına uyğun olaraq hazırki tələb üzrə ədalətli kompensasiya məbləği müəyyən edilməli və tərəflərin bu məbləğə olan münasibətləri aydınlaşdırılmalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi halları və işə əlavə edilmiş sübutlar üzrə düzgün nəticəyə gəlməmiş, qeyd olunan maddənin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməmişdir. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə kompensasiya institutu maddi və mənəvi xüsusiyyət daşıyır və mülki hüquq münasibətlərində bir neçə formada çıxış edir: məsələn, qanunvericilikdə nəzərdə tutulan digər hallarda “əmlak itkilərinin” pulla əvəzinin ödənilməsi və sair. Eyni zamanda qanunverici, Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən edib. Yəni, mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən yaşayış sahəsindən istifadə hüququna o, vaxt xitam verilə bilər ki, ilk növbədə təklif edilən kompensasiya məbləği real bazar qiymətlərinə uyğun olsun. Hazırki halda iddiaçı, mübahisəli fərdi yaşayış evindən istifadə hüquqlarına görə cavabdehə ümumilikdə 3000 manat kompensasiya təklif edir. Cavabdeh isə nəinki təklif olunan kompensasiyanın məbləği ilə, ümumiyyətlə 7000 manatla da razılaşmır. Kollegiya sonda iddiaçının cavabdehə təklif etdiyi 3000 manat məbləğdə kompensasiya verməsini ədalətli və ağlabatan hesab etmir. Məhkəmə kollegiyası cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi üçün iddiaçının təklif etdiyi kompensasiya məbləğini kifayət hesab etmədiyi halda kompensasiyanın məbləğinin konkret müəyyən edilməsini təklif etmiş, sonda iddiaçı tərəf bununla israrlı şəkildə razılaşmayaraq, nə qətnamədə qeyd olunmuş 7000 manat mələği ödəmək istəmiş, nə də ki, təklif etdyi 3000 manat məbləği artırmaq istəmişdir, əksinə iddia tələbini yalnız 3000 manata münasibətdə təmin olunmasını tələb etmişdir. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın təmin olunmasına münasibətdə ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(025)-609/2021 nömrəli qətnaməsi ilk iddianın təmin olunmasına münasibətdə ləğv edilsin. İş üzrə ilk iddiaya münasibətdə yeni qətnamə qəbul edilməklə, ilk iddia tələbi təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2(025)-609/2021 nömrəli qətnaməsi “qarşılıqlı iddianın təmin olunmamasına” münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-650/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-650/2022
10.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver