Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-651/2024 11.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Təmuraz qızına qarşı miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: miras əmlakdan payın müəyyən edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin vəkili Vəkil2 Hacıməhəmməd oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Təmuraz qızına qarşı miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli 2(033)-402/2023 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh Təmuraz qızı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022, reyestr nömrəsi **********01-10301 olan Çıxarışla ünvan 1 ünvanda 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyət hüququ üzrə X6, torpaq sahəsi isə paylı mülkiyyət hüququ üzrə payı 3/15 hissə olmaqla X6, payı 3/15 hissə olmaqla X34, payı 3/15 hissə olmaqla X26, payı 3/15 hissə olmaqla İddiaçı, payı 1/15 hissə olmaqla Cavabdeh, payı 1/15 hissə olmaqla X13 və payı 1/15 hissə olmaqla X27 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X10 xx.xx.1999-cu il tarixdə ölmüş və onun ölümündən sonra dörd nəfər vərəsəsi, oğlu X11, oğlu X41, qızı X42 və qızı X17 qalmışdır. X42 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Onun ölümündən sonra, oğlu İddiaçı və qızı X54 qalmışlar. X18 oğlu X48 xx.xx.2016-cı ildə və oğlu X49 xx.xx.2012-ci ildə, yəni analarından əvvəl ölmüşlər. Cavabdeh Təmuraz qızı mərhum X28 arvadıdır. İddiaçı miras əmlakı yalnız özünün qəbul etdiyini iddia edir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh Təmuraz qızına qarşı “miras əmlakdan payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X3ndan miras qalmış Zaqatala şəhəri H.Əliyev prospekti 29 ünvanda yerləşən, ümumi sahəsi 81,7 m2 olan fərdi yaşayış evi, həmin evin yerləşdiyi mərhum X3ndan, mərhum anası X29, mərhum qardaşı X19 miras qalmış 0,04 ha torpaq sahəsinin 3/5 hissəsi ilə bağlı mirasın qəbulu müddətinin uzadılması və miras əmlak üzərində onun payının tam olaraq müəyyən edilməklə onun mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi bununla əsaslandırılmışdır ki, Zaqatala şəhəri H.Əliyev prospekti 29 ünvanda yerləşən, ümumi sahəsi 81,7 m2 fərdi yaşayış evi mərhum X2, həmin evin yerləşdiyi 0,04 ha torpaq sahəsi, mərhum X2, mərhum anası X34, mərhum qardaşı X28, mərhum qardaşı X26 və onun birgə paylı mülkiyyətindədir. X3 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Babasının vəfatından sonra onun dörd nəfər vərəsəsi, oğlu X11, oğlu X41, qızı X42 və qızı X17 qalmışdır. X2 vəfatından sonra onun mirası ancaq anası X42 tərəfindən faktiki qəbul edilmiş və anası vəfat etdiyi xx.xx.2019-cu il tarixədək həmin evdə yaşamışdır. X11 80-cı illərdə həmin evdən çıxmış və Bakı şəhərində yaşamış, xx.xx.2004cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Heç vaxt atasından qalmış mirası heç bir formada qəbul etməmişdir. X41 70-ci illərdə hərbi xidmətə getmiş və həmin vaxtdan Rusiya Federasiyasında yaşamış, Rusiya Federasiyası vətəndaşı olmuş, 2022-ci il tarixdə vəfat etmişdir. Heç vaxt atasından qalmış mirası heç bir formada qəbul etməmişdir. X8 rayonu İlisu kəndinə ərə köçmüş və orda yaşamış, xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Heç vaxt atasından qalmış mirası heç bir formada qəbul etməmişdir. Anası atası X6 vəfatından sonra ona məxsus Zaqatala şəhəri H.Əliyev prospekti 29 ünvanda yerləşən, ümumi sahəsi 81,7 m2 fərdi yaşayış evində yaşamış, mirası faktiki olaraq qəbul etmiş və xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Anası, atası və o, bacı, qardaşları babasının sağlığında ona məxsus Zaqatala şəhəri H.Əliyev prospekti 29 ünvanda yerləşən, ümumi sahəsi 81,7 m2 fərdi yaşayış evində yaşamışlar. Miras əmlakı əvvəlcə anası, anasının vəfatından sonra onun tərəfindən qəbul edilmişdir. Heç bir vərəsə miras əmlakını qəbul etməmişdir.
4. İddiaçı 09 may 2023-cü il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X3ndan miras qalmış Zaqatala şəhəri H.Əliyev prospekti 29 ünvanda yerləşən, ümumi sahəsi 81,7 m2 olan fərdi yaşayış evi, həmin evin yerləşdiyi mərhum X3ndan, mərhum anası X29, mərhum qardaşı X19 miras qalmış 0,04 ha torpaq sahəsinin 3/15 hissəsi ilə bağlı mirasın tərəfindən fakriki qəbul olunması faktının müəyyən edilməsi və miras əmlakı üzərində onun payının tam olaraq müəyyən edilməklə onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Üçüncü şəxs X72 məhkəmə iclasında ərizə təqdim edərək göstərdi ki, o, Kamran Mustafayevin arvadıdır. X79 14 noyabr 2016-cı ildə vəfat etmişdir. O, Kamran Mustafayev ilə evləndikdən sonra Zaqatala şəhərində başqa evdə yaşamışlar. Onlar mübahisələndirilən evdə heç vaxt yaşamamışlar və mirası qəbul etməmişlər. Mübahisəli miras qalmış Zaqatala şəhəri H.Əliyev prospekti 29 ünvanda yerləşən, ümumi sahəsi 81,7 m2 fərdi yaşayış evinin X79ə düşən 3/15 hissəni o, qəbul edib. İddiaçı iddiasının qismən təmin olunmasına etiraz etmir. Belə ki, miras əmlakı faktiki olaraq İddiaçı qəbul etmişdir.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X63 ifadəsində göstərdi ki, iddiaçı onun qonşusudur. Onun evinin arxası iddiaçının evidir. Evlərinin arasında 5 metr məsafə vardır. Mütəllib Mutafayevin anası Ayşə Əfəndiyeva olmuşdur. Ayşə Əfəndiyeva öldükdən sonra mübahisələndirilən evdə İddiaçı yaşamışdır.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X64 ifadəsində göstərdi ki, iddiaçı ilə qonşudurlar. Onların evləri üzbəüz yerləşir. İddiaçının anası vəfat etdikdən sonra mübahisəli evdə iddiaçı yaşamışdır.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X54 ifadəsində göstərdi ki, iddiaçı onun qardaşıdır. Babası Məhəmməd vəfat etdikdən sonra orada təkcə anası Ayşa yaşamışdır. Anası Ayşa vəfat etdikdən sonra həmin evdə qardaşı Mütəllib ailəsi ilə birlikdə yaşayır.
9. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, ünvan 1 ünvanda 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X6, torpaq sahəsi isə paylı mülkiyyət hüququ üzrə payı 3/15 hissə olmaqla X55, payı 3/15 hissə olmaqla X48, payı 3/15 hissə olmaqla İddiaçı, payı 1/15 hissə olmaqla Cavabdeh, payı 1/15 hissə olmaqla X35 və payı 1/15 hissə olmaqla X27 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X10 xx.xx.1999-cu il tarixdə vəfat etmiş və onun vəfatından sonra dörd nəfər vərəsəsi, oğlu X11, oğlu X41, qızı X42 və qızı X17 qalmışdır. X6 vəfatından sonra onun mirası X42 tərəfindən faktiki qəbul edilmiş və sonuncu vəfat etdiyi xx.xx.2019-cu il tarixədək həmin evdə yaşamışdır. X11, X41 və X17 atalarından qalmış mirası heç bir formada qəbul etməmişlər. X9 atası X6 vəfatından sonra ona məxsus Zaqatala şəhəri H.Əliyev prospekti 29 ünvanda yerləşən, ümumi sahəsi 81,7 m2 olan fərdi yaşayış evində yaşamış, mirası faktiki olaraq qəbul etmiş və xx.xx.2019-cu il tarixdə vəfat etmişdir.
10. İşdən göründüyü kimi, X6 öldüyü günə miras kütləsinə daxil olan əmlak Zaqatala şəhəri H.Əliyev prospekti 29 ünvanda yerləşən, ümumi sahəsi 81,7 m2 olan fərdi yaşayış evi olmuş və həmin miras əmlakı X42 faktiki olaraq qəbul etmişdir. X18 vəfatında sonra isə həmin miras əmlakı onun oğlu İddiaçı faktiki olaraq qəbul edərək hal-hazıradək idarə edir. Bundan başqa iş materiallarında görünür ki, X48 14 noyabr 2016-cı ildə vəfat etmiş və onun arvadı iş üzrə üçüncü şəxs Xalidə Əliyeva ərindən qalmış mirası qəbul etmişdir.
11. İş üzrə tərəflərin və şahidlərin məhkəmə iclasında verdikləri izahatlarından görünür ki, hazırkı mülki iş üzrə İddiaçı tam mülkiyyət hüququ üzrə X2 mülkiyyətində olan və ondan miras qalmış Zaqatala şəhəri H.Əliyev prospekti 29 ünvanda yerləşən, ümumi sahəsi 81,7 m2 olan fərdi yaşayış evini tam və paylı mülkiyyət hüququ üzrə X2 və anası X34 mülkiyyətində olan və onlardan miras qalmış torpaq sahəsinin 3/15 hissələrini faktiki olaraq qəbul etmiş və orada yaşamışdır. Məhz bu səbəbdən iddia qismən təmin edilməlidir.
12. İşin hallarından görünür ki, iddiaçı miras əmlakı faktiki olaraq qəbul etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Bu hal işin faktiki halları ilə də öz təsdiqini tapır.
13. Zaqatala Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli 2(033)-402/2023 nömrəli qətnaməsi ilə (hakim Vüqar Məmmədov) iddia qismən təmin olunmuş, İddiaçı mərhum X3ndan miras qalmış Zaqatala şəhəri H.Əliyev prospekti 29 ünvanda yerləşən, ümumi sahəsi 81,7 m2 olan fərdi yaşayış evi tam, mərhum X3ndan, mərhum anası X29 miras qalmış 0,04 ha torpaq sahəsinin müvafiq olaraq 3/15 və 3/15 hissələri olmaqla cəmi 6/15 hissəsinin iddiaçı tərəfindən tam olaraq faktiki qəbul olunması faktının müəyyən edilməsi, iddiaçının dövlət rüsumu olaraq ödədiyi 100 (bir yüz) manat özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243, 1246, 1248 və 1255-ci maddələrinə istinad etmişdir.
15. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Zaqatala rayon VVAQ Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamə Zaqatala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 16 fevral 2023-cü il tarixli 277 saylı arayış doğum haqqında şəhadətnamələr nikah haqqında şəhadətnamə ölüm haqqında şəhdətnamələr Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın qeydiyyat nömrəsi ********** saylı xx.xx.2019-ci il tarixli dövlət reyestrindən çıxarışı X54 tərəfindən notariat ofisinə verilmiş ərizə Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın qeydiyyat nömrəsi ********** saylı xx.xx.2022-ci il tarixli dövlət reyestrindən çıxarışın surət 10 avqust 2022-ci il tarixli 2V-634 nömrə ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon Şöbəsinin 01 may 2014-cü il tarixli 283 saylı arayışı JN-1180A KOD 40201004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə 578 nömrəli torpaq qeydi X43 tərəfindən notariat ofisinə verilmiş ərizə X20 tərəfindən notariat ofisinə verilmiş ərizə Zaqatala şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 06 iyun 2023-cü il tarixli arayış Zaqatala RİHB-nin Əliabad qəsəbə inzibati ərazi dairəsinin 12 iyun 2023-cü il tarixli arayışı 04 oktyabr 2020-ci il tarixli AN-İ ******* mömərli daşınmaz əmlakın alqı-satqı müqaviləsi Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın qeydiyyat nömrəsi ********** saylı xx.xx.2020-ci il tarixli dövlət reyestrindən çıxarış
16. Qətnаmədən nаrаzı qаlаn İddiaçı və Cavabdeh Təmuraz qızı аpellyаsiyа şikаyətləri vermişlər.
Apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh Təmuraz qızı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, İddiaçı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin ötürməsinə dair hər hansı üzürlü səbəb göstərməmişdir. Ona görə də İddiaçı 09 may 2023-cü il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X3ndan miras qalmış Zaqatala şəhəri H.Əliyev prospekti 29 ünvanda yerləşən, ümumi sahəsi 81,7 m2 olan fərdi yaşayış evi, həmin evin yerləşdiyi mərhum X3ndan, mərhum anası X29, mərhum qardaşı X19 miras qalmış 0,04 ha torpaq sahəsinin 3/15 hissəsi ilə bağlı mirasın tərəfindən fakriki qəbul olunması faktının müəyyən edilməsi və miras əmlakı üzərində onun payının tam olaraq müəyyən edilməklə onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı və yeni iddia ərizəsi ilə məhkəməyə müraciət olunmalı idi. Ona görə ki, mirasın qəbulu müddətinin uzadılması və miras əmlak üzərində onun payının tam olaraq müəyyən edilməklə onun mülkiyyətinə verilməsi tələbi iddia icraatına, miras əmlakın faktiki qəbul olunması faktı tələbi isə (Hüquqi əhəmiyyəti olanfaktların müəyyən edilməsi haqqında) məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərə aiddir.
18. İddiaçılar Cavabdeh, X13 cavabdehlər İddiaçı və X57 qarşı torpaq münasibətləri üzrə sair mübahisələr tələbinə dair iddia ərizəsi Zaqatala Rayon Məhkəmənin icraatına qəbul edilmişdir. (İş №e-2(033)-326/2023) Hesab edir ki, İddiaçı Cavabdeh qarşı “miras əmlakdan payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi (İş № e-2(033)-402/2023), iddiaçılar Cavabdeh, X13 cavabdehlər İddiaçı və X57 qarşı torpaq münasibətləri üzrə sair mübahisələr tələbinə dair iddia ərizəsi ilə əlaqəli olduğundan (İş № e-2(033)-326/2023) mülki işə məhkəmədə baxılıb qurtaranadək hazırkı mülki iş üzrə icraat dayandırılmalıdır.
19. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli 2(033)- 402/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
20. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Zaqatala Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli qətnaməsində miras əmlakında onun payının müəyyən edilməsi hissəsini təmin etməməklə səhvə yol vermişdir. Belə ki, məhkəmə miras əmlakında onun payının məhz hansı hissədən ibarət olmasını məyyən etməli idi. Lakin miras əmlakında onun payının hansı hissədən ibarət olması araşdırılmamışdır.
21. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli 2(033)- 402/2023 nömrəli qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini, iddia tələbi tam şəkildə təmin edilməklə mərhum X3ndan miras qalmış Zaqatala şəhəri, H.Əliyev Prospekti 29 ünvanda yerləşən, ümumi sahəsi 81.7 kvm olan fərdi yaşayış evi, həmin evin yerləşdiyi mərhum X3ndan, mərhum anası X29, mərhum qardaşı X19 miras qalmış 0.04 ha torpaq sahəsinin 3/5 hissəsi ilə bağlı miras əmlakı üzərində miras payının tam olaraq müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə öz verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şiakyətinin təmin edilməməsini xahiş etdi.
24. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil2 Hacıməhəmməd oğlu cavabdehin verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şiakyətinin təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs X72 və digərləri işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
25. 11 sentyabr 1964-cü ildə qəbul edilmiş və 1 mart 1965-ci ildə qüvvəyə minmiş Azərbaycan SSR Mülki Məcəlləsi: 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. 556-cı maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər.
1 sentyabr 2000-ci ildə qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.3-ci maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras vərəsəlik açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. 1301-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. 1301.3-ci maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.
26. Qərarlar: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 26 iyul 2021-ci il tarixli Qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarı
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
28. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidirlər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
29. Hər iki tərəf Zaqatala Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli 2(033)- 402/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 26 iyul 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Nəzərə alınmalıdır ki, vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi miras əmlakın bölüşdürülməsindən daha mürəkkəb və əhəmiyyətli hüquqi fəaliyyətdir. Belə ki, şəxsin ləyaqətsiz vərəsə hesab olunub-olunmaması, vəsiyyətnamənin və ya vəsiyyət sərəncamının etibarsızlığı, mirasın qəbulu faktının olubolmaması kimi bir sıra mübahisələr birbaşa vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin müəyyənləşdirməsinə aid mübahisələrdir. Həmçinin Mülki Məcəllənin 1297- 1299-cu maddələrinə uyğun olaraq, miras payının bərabərləşdirilməsi üçün xüsusi töhfənin nəzərə alınması, miras qoyanın sağlığında bağışlamalar yolu ilə məcburi pay sahibi olan vərəsələrin məcburi paylarının pozulmasına səbəb olması hallarında, kimlərin kimlərə qarşı hansı nisbətdə mülki məsuliyyət daşıması və s. bu kimi hallarla bağlı hüquqi mübahisələr vərəsəlik paylarının müəyyən edilməsinə təsir göstərən mübahisələrdir. Odur ki, Mülki Məcəllənin 1291-ci maddəsi ilə yalnız miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisələrə baxılmasının məhkəmələrə aid edilməsinin nəzərdə tutulmasına əsaslanmaqla, vərəsələrin dairəsi və payların həcmi ilə bağlı mübahisələrə məhkəmələrdə baxılmasının istisna edilməsi hüquqi məntiqə zidd olar.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarı hazırki iş apellyasiya məhkəməsinin icraatında olduğu vaxt çıxarıldığından hazırki işə tətbiq edilməlidir.
33. Bu qətnamənin 1-ci bəndində göstərilənlər işin mübahisəsiz hallarıdır. Birinci instansiya məhkəməsi mirasqoyan X6 ölümündən sonra yalnız X34 mirası faktiki olaraq qəbul etdiyi, X11, X41 və X12 atalarından qalmış mirası heç bir formada qəbul etmədikləri nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında göstərilmişdir ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar.... Mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir... Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür... Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir... Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.
34. Ona görə də, kollegiya hesab edir ki, hazırki halda X6 ölümü ilə açılmış vərəsəlik üzrə vərəsələrdən X11, X41 və X17 11 sentyabr 1964-cü ildə qəbul edilmiş və 1 mart 1965-ci ildə qüvvəyə minmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 556-cı maddəsində müəyyən edilmiş müddət ərzində mirasdan imtina etmədiklərindən mirası qəbul etmiş vərəsə hesab edilməli və onların da miras əmlakdan payı nəzərə alınmalıdır. ünvan 1 ünvanda 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilə bağlı hal-hazırda qüvvədə olan qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022, reyestr nömrəsi **********01-10301 olan Çıxarışla həmin ev tam mülkiyət hüququ üzrə X6 mülkiyyətində olmuşdur. Həmin fərdi yaşayış evindən X11, X41, X17 və X34 hər birinin ¼ hissə payı müəyyən edilməlidir.
35. ünvan 1 ünvanda 0,04 ha həyətyanı torpaq sahəsi isə həmin Çıxarışa əsasən ümumi paylı mülkiyyətdə olmaqla, 3/15 hissəsi mirasqoyan X6 mülkiyyətində olduğundan X11, X41 və X12 hər birinin həmin torpaq sahəsindən miras payı 3/15 hissənin ¼ hissəsi, yəni 3/60 hissə (24/480) müəyyən edilməlidir. (12/60 x ¼ = 3/60) X55 isə atasından qalan miras olaraq 3/60 hissə pay qəbul etməklə birlikdə özünün mülkiyyət payı olan 3/15 hissə də hesablandıqda, mübahisəli torpaq sahəsinin ümumi 15/60 hissəsinin X44 məxsus olduğu müəyyən edilir. (3/60 + 12/60 = 15/60 = 120/480) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən X6 öldüyü vaxt birinci növbə vərəsələri, o cümlədən hazırki iddiaçının anası X25 olduğundan hazırki İddiaçı X5 miras payı əldə etməmişdir. Ona görə də, iddia ərizəsinin X5 qalan mirasda iddiaçının payının müəyyən edilməsi hissəsi təmin edilməməlidir.
36. X55 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Onun ölümündən sonra oğlu İddiaçı və qızı X54 qalmışlar. X34 oğlu X48 xx.xx.2016-cı ildə və oğlu X49 xx.xx.2012-ci ildə, yəni analarının ölümündən öncə ölmüşlər. X54 və hazırki İddiaçı mübahisəli fərdi yaşayış evindən anaları X44 məxsus ¼ hissənin ¼ hissəsi olmaqla, ümumilikdə 1/16 hissə miras payı əldə etmişlər. X48 və X49 analarından öncə öldüklərindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən onların hər birinə düşəcək miras payı hər birinin övladları arasında bölünməlidir. X28 övladları X36 və X50 olmaqla, hər biri atalarına düşən 1/16 hissə payın yarısını, yəni fərdi yaşayış evinin 1/32 hissəsini miras payı olaraq əldə etmişlər. X26 övladları X37 və X45 da hər biri atalarına düşən 1/16 hissə payın yarısını, yəni fərdi yaşayış evinin 1/32 hissəsini miras payı olaraq əldə etmişlər. Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinin tələbinə əsasən X29 miras qalan fərdi yaşayış evindən X28 arvadı Cavabdeh Təmuraz qızı və X26 arvadı üçüncü şəxs X72 miras payı əldə etməmişlər.
37. Torpaq sahəsinə gəldikdə kollegiya aşağıdakıları qeyd edir. X54 miras torpaq sahəsindən anası X44 məxsus olan 15/60 hissənin ¼ hissəsini, yəni 15/240 (30/480) hissə miras payı əldə etmişdir. İddiaçı isə anasından qalan miras olaraq 15/240 hissə pay qəbul etməklə birlikdə, özünün mülkiyyət payı olan 3/15 hissə də hesablandıqda, mübahisəli torpaq sahəsinin ümumi 63/240 (126/480) hissəsinin İddiaçı məxsus olduğu müəyyən edilir. (15/240 + 12/60 = 63/240 = 126/480) Ona görə də, iddia ərizəsinin iddiaçının anası X29 qalan mirasda payının müəyyən edilməsi hissəsi qismən təmin edilməlidir.
38. Mübahisəli torpaq sahəsinin 3/15 hissəsi X26 və 3/15 hissəsi X28 mülkiyyətində olduğundan birincinin vərəsələri arvadı X72, qızı X37 və oğlu X45 həmin 3/15 hissənin 1/3 hissəsini, yəni torpaq sahəsinin 1/15 hissəsini X19 miras olaraq qəbul etmişlər. X28 vərəsələri arvadı Cavabdeh Təmuraz qızı, qızları X36 və X50 həmin 3/15 hissənin 1/3 hissəsini, yəni torpaq sahəsinin 1/15 hissəsini X21 miras olaraq qəbul etmişlər.
39. Bu yerdə kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, ünvan 1 ünvanda 0,04 ha həyətyanı torpaq sahəsi ilkin olaraq JN-1180A KOD 40201004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X6, X34, X26, İddiaçı və X28 ümumibirgə mülkiyyətinə verilmişdir. Daha sonra xx.xx.2019-ci ildə Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRXnin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın qeydiyyat nömrəsi ********** saylı dövlət reyestrindən çıxarış verilmiş, həmin Çıxarışla fərdi yaşayış evi tam mülkiyət hüququ üzrə X6, torpaq sahəsi isə ümumi birgə mülkiyyət üzrə X6, X34, X26, İddiaçı və X28 mülkiyyətinə verilmişdir. xx.xx.2022-ci ildə isə X28 ölümündən sonra ondan qalan miras bölünməklə Daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022, reyestr nömrəsi **********01-10301 olan Çıxarış verilmişdir. X70 şəhəri H.Əliyev prospekti 29 saylı ünvanda 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyət hüququ üzrə X6, torpaq sahəsi isə paylı mülkiyyət hüququ üzrə payı 3/15 hissə olmaqla X6, payı 3/15 hissə olmaqla X34, payı 3/15 hissə olmaqla X26, payı 3/15 hissə olmaqla İddiaçı, payı 1/15 hissə olmaqla Cavabdeh, payı 1/15 hissə olmaqla X13 və payı 1/15 hissə olmaqla X27 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin Çıxarışdan görünür ki, X28 mirası bölünərkən anası X55 nəzərə alınmamışdır. Halbuki, birinci ölərkən sonuncu onun birinci növbə vərəsəsi olaraq sağ olmuşdur. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022, reyestr nömrəsi **********01- 10301 olan Çıxarış hal-hazırda qüvvədə olduğundan və mübahisələndirilmədiyindən məhkəmə kollegiyası mübahisəli torpaq sahəsindən payları müəyyən edərkən həmin Çıxarışı əsas götürmüşdür.
40. X48 və X49 analarından öncə öldüklərindən X26 övladları X37 və X45 hər biri miras torpaq sahəsinin atalarının X29 miras olaraq payına düşən 15/240 hissənin yarısını, yəni 15/480 hissəni X29 miras olaraq almış, hər birinə torpaq sahəsinin atalarının mülkiyyətində olan hissəsindən qalan 1/15 hissə də hesablandıqda, X37 və X45 hər biri miras torpaq sahəsinin ümumilikdə 47/480 hissəsini əldə etmişlər. (15/240 / 2 = 15/480 + 1/15 (32/480) = 47/480) X28 övladları X36 və X50 da eyni qayda ilə hesablanmaqla, hər biri miras torpaq sahəsinin ümumilikdə 47/480 hissəsini əldə etmişlər. X26 arvadı üçüncü şəxs X72 və X28 arvadı Cavabdeh Təmuraz qızı X29 miras qalan torpaq sahəsindən miras payı əldə etməmişlər. Eyni zamanda, üçüncü şəxs X72 və Cavabdeh Təmuraz qızı X19 və X21 miras olaraq 1/15 hissə əldə etdiklərindən, hər biri torpaq sahəsinin ümumilikdə 1/15 (32/480) hissəsini əldə etmişlər.
41. İddia ərizəsinin X19 qalan mirasdan iddiaçının payının müəyyən edilməsi ilə bağlı hissəsi də təmin edilməməlidir. Ona görə ki, X26 öldüyü vaxt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbə vərəsələri sağ olduğundan hazırki iddiaçı qardaşı İddiaçı X19 miras payı əldə edə bilməzdi.
42. Kollegiya qeyd edir ki, X11 xx.xx.2004-cü ildə, X41 9 fevral (Ukrayna dilində “jovtiya”) 2020-ci ildə və X17 xx.xx.2015-ci ildə ölmüşlər. Hər birinin vərəsələri onlardan qalan mirasdan paylarının müəyyən edilməsi üçün müraciət etmək hüququna malikdirlər.
43. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, mirasqoyan X6 adı JN-1180A KOD 40201004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə “X22” kimi və 578 nömrəli torpaq qeydində “X46” kimi qeyd edilsə də, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsindən verilmiş 1 may 2014-cü il tarixli Arayışda göstərilir ki, JN-1180A saylı Şəhadətnamədə mülkiyyətçinin adı səhv yazılmışdır və adı X4 oxunmalıdır. Eyni zamanda, JN-1180A KOD 40201004 saylı Torpağın mülkiyyətə verilməsinə dair X1 ailə üzvləri sırasında “X38” göstərilsə də, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsindən verilmiş 1 may 2014-cü il tarixli Arayışda həmin şəxsin adının “X55” kimi oxunmalı olduğu qeyd edilmişdir. Ölüm haqqında şəhdətnamədə, həmçinin Daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022, reyestr nömrəsi **********01- 10301 olan X47 ata adı Məhəmməd deyil, Məmməd olduğu görünməsinə baxmayaraq, JN-1180A KOD 40201004 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə onun adının mirasqoyan X6 ailə üzvü olaraq qeyd olunması, o cümlədən İddiaçı Zaqatala şəhər İƏD-dən verilmiş xx.xx.2023-cü il tarixli Arayışda iddiaçının mərhum anasının X55 olduğunun qeyd olunması onu deməyə əsas verir ki, X55 həqiqətən hazırki iş üzrə ilkin mirasqoyan X6 qızı və İddiaçı anasıdır.
44. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı və Cavabdeh Təmuraz qızı tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli 2(033)-402/2023 nömrəli qətnaməsi ləğv edilməli, iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin edilməlidir. Şəki Apellyasiya Məhkəməsinin 11 iyul 2024-cü il tarixli 2(107)-651/2024 nömrəli qərardadı ilə İddia tələbinin mirasın qəbul edilmə faktının müəyyən edilməsi hissəsində mülki iş üzrə icraata xitam verilməsi nəzərə alınmalıdır.
45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı və Cavabdeh Təmuraz qızı tərəfindən verilmiş аpellyasiya şikayətləri qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli 2(033)-402/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022, reyestr nömrəsi **********01-10301 olan Çıxarışla tam mülkiyət hüququ üzrə X6 mülkiyyətində olan ünvan 1 ünvanda 0,04 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində X7 ¼ hissə, X23 ¼ hissə, X12 ¼ hissə, İddiaçı 1/16 hissə, X39 1/16 hissə, X14 1/32 hissə, X27 1/32 hissə, X15 1/32 hissə və X24 1/32 hissə payı müəyyən edilsin. Daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022, reyestr nömrəsi **********01-10301 olan Çıxarışda göstərilən ünvan 1 ünvanda yerləşən 0,04 ha həyətyanı torpaq sahəsində ümumilikdə X7 24/480 hissə, X23 24/480 hissə, X12 24/480 hissə, İddiaçı 126/480 hissə, X39 30/480 hissə, X14 47/480 hissə, X27 47/480 hissə, X15 47/480 hissə, X24 47/480 hissə, Cavabdeh Təmuraz qızının 32/480 hissə və üçüncü şəxs X56 32/480 hissə payı müəyyən edilsin. Şəki Apellyasiya Məhkəməsinin 11 iyul 2024-cü il tarixli 2(107)-651/2024 nömrəli qərardadı ilə İddia tələbinin mirasın qəbul edilmə faktının müəyyən edilməsi hissəsində mülki iş üzrə icraata xitam verilməsi nəzərə alınsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.