Məhkəmə qərarları › İş №2(107)-660/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-660/2022

14.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-660/2022 14.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Ramiz qızı, X4 hüquqi varisi X1 cavabdehlər Cavabdeh, X2, X6 və X3 qarşı «Torpaq sahəsi üzərində özbaşına tikilmiş tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi, cavabdeh tərəfindən sökülmüş «B» tikilisinin onun vəsaiti hesabına bərpa edilməsi» tələbinə dair mülki iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 (eyni zamanda iddiaçılar İddiaçı3, X4 hüquqi varisi X1, İddiaçı4 etibarnamə üzrə nümayəndəsi) Qəbələ Rayon Məhkəməsinin hakimi X7 verdiyi etiraz ərizələrinə baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Ramiz qızı və mərhum X4 hüquqi varisi X5 məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, ümumi paylı mülkiyyətlərinə 0,03 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə JN-839G və 0,07 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə JN-839F saylı «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələr əsasında mülkiyyətlərində olan torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilməsinin qarşısının alınması, sonuncunun həmin hissədən çıxarılması, özbaşına tikilmiş tikililərin öz vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin boşaldılması və sökülmüş Qəbələ şəhəri Nizami küçəsindəki 35 «a» saylı yaşayış evinin «Texniki pasportu»nda qanuni «B» tikilisinin Cavabdeh öz vəsaiti hesabına bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qeyd edilən mülki işə baxılan zaman iddiaçılar İddiaçı1 və İddiaçı2 (eyni zamanda iddiaçılar İddiaçı3, X4 hüquqi varisi X1, İddiaçı4 etibarnamə üzrə nümayəndəsi) hakimə (məhkəmə sədrinə) X7 etiraz etmişdir. Etiraz ərizələri onunla əsaslandırılmışdır ki, onlarla cavabdehlər arasındakı mübahisə başa çatmışdır. Hazırda onlar daha neçə il gözləməlidirlər ki, hakimin bu süründürməçiliyi başa çatsın. Qəbələ Rayon Məhkəməsinin hakimi Abbas Əliyevin bu ədalətsiz və qanunsuz hərəkətləri onda onun ədalətli və qanuni qətnamə qəbul edəcəyini şübhə altına alır, ona inamsızlıq yaradır. Hakim məhkəmə icraatında olmayan tələb üzrə araşdırma aparır. Göründüyü kimi hakimin işin nəticəsi ilə bilavasitə və sair formada maraqlıdır. Hakimin qərəzli hərəkətləri onlarda bu qənaətə gəlməyə əsas verir. Mülki işə hakim Abbas Əliyevin sədrliyi ilə baxılmasına qəti etiraz edirlər. Belə ki, Qəbələ Rayon Məhkəməsinin 20.09.2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti texniki ekspertizası təyin edilmişdir. Hakim qərardadında ekspertin bir ay ərzində rəyin verilməsini göstərəcəyini bildirsə də, ekspert rəyi 17.03.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Həmin vaxtdan da qətnamənin elan ediləcəyini gözləmişlər, lakin yenə süründürməçiliyə məruz qalmışlar. Sonuncu məhkəmə iclasında cavabdehin nümayəndəsi nümayişkaranə surətdə bildirdi ki, “Siz hələ çox gəlib gedəcəksiniz, hakim növbəti məhkəmə ilcasında yenidən ekspertiza təyin edəcək”. Onlar süründürməçiliyə məruz qalmışlar. Qəbələ Rayon Məhkəməsinin hakimi Abbas Əliyevin məhkəmə prosesini 12 ay uzatmaqla cavabdehə tam şərait yaratmış və belə bir məzmunlu vəsatət verməkdə istiqamət vermişdir. Onlar etirazda göstərilənlərə uyğun izahat verərək, etirazı müdafiə edib, onun təmin olunmasını xahiş etmişlər. Beləliklə, iddiaçılar İddiaçı1 və İddiaçı2 (eyni zamanda iddiaçılar İddiaçı3, X4 hüquqi varisi X1, İddiaçı4 etibarnamə üzrə nümayəndəsi) Qəbələ Rayon Məhkəməsinin hakimi (məhkəmə sədri) X7 verdiyi etiraz müzakirə edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bununlа bаğlı məhkəmə kоllegiyаsı qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmiş etirazın həll edilmə qaydası Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 22-ci mаddəsi ilə tənzimlənir. Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi olan "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Həmin Məcəllənin 19.2-ci maddəsinə əsaən, aşağıdakı hallarda hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər: 19.2.1. o, əvvəllər tərəflərdən birinin nümayəndəsi təyin edilmişsə və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; 19.2.2. o, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin qohumudursa və qohumu olmuşsa; 19.2.3. o, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 19-20-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən etirazlar əsassızdır və etirazlarda qeyd edilən əsaslar müəyyən edilmədiyindən etirazların təmin edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, etirazların dəlillərini araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş etiraz əsaslandırılmadığından və etirazın təmin edilməsi üçün sübutlar təqdim olunmadığından təmin edilməməlidir. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 22.6-cı maddəsinə əsasən etiraz etmə və ya özü özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 22, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə kоllegiyаsı qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Ramiz qızı, X4 hüquqi varisi X1 cavabdehlər Cavabdeh, X2, X6 və X3 qarşı «Torpaq sahəsi üzərində özbaşına tikilmiş tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi, cavabdeh tərəfindən sökülmüş «B» tikilisinin onun vəsaiti hesabına bərpa edilməsi» tələbinə dair mülki iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 (eyni zamanda iddiaçılar İddiaçı3, X4 hüquqi varisi X1, İddiaçı4 etibarnamə üzrə nümayəndəsi) Qəbələ Rayon Məhkəməsinin hakimi X7 verdiyi etiraz təmin edilməsin. Mülki iş baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar