Məhkəmə qərarları › İş №2(107)-660/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-660/2023

30.05.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-660/2023 30.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “gediş-gəliş üçün zəruri yolun ayrılıb verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə (Açar sözlər: Özbaşına tikilinin sökülməsi, yolun verilməsi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X9 qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi tələbinə dair” ilk və Cavabdeh İddiaçı qarşı “gediş-gəliş üçün zəruri yolun ayrılıb verilməsi tələbinə dair” qarşılıqlı iddiaları üzrə Ağdaş Rayon Məhkəməsinin 11 аprel 2022-ci il tarixli, 2(014)-31/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Ağdaş şəhəri, Azadlıq küçəsi 1/14 ünvanda yerləşən 0.05 ha torpaq sahəsində tikdiyi özbaşına tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh İddiaçı qarşı “gediş-gəliş üçün zəruri yolun ayırılıb verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilərək qarşılıqlı iddia üzrə cavabdeh Ağdaş rayonu, Qaroğlan kəndində yaşayan İddiaçı verilmiş həyətyanı torpaq sahəsi üzərində tikdirdiyi bir mərtəbəli 4 otaqdan və yardımçı sahələrdən ibarət yaşayış evinə gediş-gəliş üçün uzunluğu 2 metr, evi 4.5 metr ölçüdə yolun ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli, 2(014)-2201/2017 saylı qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı, Ağdaş rayon Notariat Kontoruna və maraqlı şəxs AR ƏMDK yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə qarşı “Daşınmaz Əmlakın alıq-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddiası təmin edilməklə ünvan 1 ünvanda yerləşən 0.05 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh ilə İddiaçı arasında 30 mart 2016-cı il tarixdə Ağdaş rayon Notariat Kontorunda rəsmiləşdirilmiş AN-İ ******* saylı “Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi” etibarsız hesab edilmiş, AR ƏMDK yanında DƏDRX-nın 17 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş 29 iyun 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, seriya RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmiş, İddiaçı Cavabdeh 13.500 manat məbləğində borc verməsi barədə aralarında borc müqaviləsi bağlanması, borc müqaviləsinin təminatı kimi İddiaçı ilə Cavabdeh arasında 30 mart 2016-cı il tarixdə Cavabdeh mülkiyyətində olan Ağdaş şəhəri, Azadlıq küçəsi 1/14 ünvanda yerləşən 0.05 ha torpaq sahəsinin İddiaçı xeyrinə yüklü edilməsi barədə ipoteka müqaviləsi bağlanmış hesab edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini alaraq aidiyyatı üzrə icra olunması üçün Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilmişdir. İcra tədbirləri və hərəkətləri qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilərək ipoteka müqaviləsi üzrə yüklü edilmiş, Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi qiymətləndirmə Xidməti tərəfindən qiymətləndirilmiş və daşınmaz əmlakın ilkin satış qiyməti 18.000 manat müəyyən edilmişdir. Torpaq sahəsi 11500 manata ona satılmışdır. Nərimanov rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli 2(005)- 3712/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdehlər Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-yə Azərbaycan Respublikası Respublika Xammal və X10 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə, Ağdaş rayon İcra və Probasiya şöbəsinə və üçüncü şəxs qismində işə cəlb edilmiş İddiaçı qarşı “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2018- ci il tarixli hesabatın və 63/04 saylı, xx.xx.2018-ci il tarixli açıq hərracın nəticələri haqqından Protokolun və onun nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 15 yanvar 2020-ci il tarixli 2(103)-604/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 26 sentyabtr 2019-cu il tarixli 2(005)-3712/2019 saylı qətnaməsi qismən, “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi barədə tələbin rədd edildiyi hissədə ləğv edilmiş” iddia həmin hissədə təmin edilmiş, Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi” MMC-nin “açıq hərrac nənticələri haqqında” 63/04 saylı, xx.xx.2018-ci il tarixli protokolu etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-2937/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin “acıq hərracın nəticələri haqqında 63/04 saylı xx.xx.2018-ci il tarixli protokolun etibarsız hesab edilməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyasına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-6821/2020 saylı qətnaməsi ilə Nərimanov rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli 2(005)-3712/2019 saylı qətnaməsi mübahisələndirilən Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi” MMC-nin “açıq hərrac nənticələri haqqında” 63/04 saylı, xx.xx.2018-ci il tarixli protokolu etibarsız hesab edilməsinin təmin edilməyən hissədə dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-1702/2021 saylı qərarı ilə Bakı Apellyaisya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Hal-hazırda torpaq sahəsi onun mülkiyyətindədir. Torpaq sahəsi üzərində özbaşına tikili mövcuddur və hesab edir ki, Cavabdeh tərəfindən Ağdaş şəhəri, Azadlıq küçəsi 1/14 ünvanda yerləşən 0.05 ha torpaq sahəsində tikdiyi özbaşına tikili müvafiq qaydada məhkəmə qətnaməsi əsasında sökülməlidir.

4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh və X5 qarşı “Özbaşına tikilinin sökülməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən Ağdaş şəhəri, Azadlıq küçəsi, 1/14 ünvanında yerləşən 0.05 ha torpaq sahəsində tikdiyi özbaşına tikilinin sökülməsinə dair qətnamə qəbul edərək iddianın təmin edilməsini xahiş etmişdir. Aşağıda göstərdiyi işin həqiqi hallarına və digər əsaslara görə bildirir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Ağdaş şəhəri, Azadlıq küçəsi, 1/14 ünvanında yerləşən 0.05 hektar torpaq sahəsini 2000-ci ildə Məmmədşah İslamovdan öz aralarında razılaşma əsasında almışdır və torpaq sahəsini 2006-cı ildə X2 İslamovun razılığı ilə onun adına rəsmiləşdirmişlər. 2004-cü ildən başlayaraq həmin torpaq sahəsində bir mərtəbəli 4 otaqdan ibarət yaşayış evi tikdirməyə başlamışdır. 2017-ci ildə həmin torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsində xüsusi mülkiyyət hüququ əsasında adına qeydə aldırmışdır. Fərdi yaşayış evinin tikintisinə, tam təmirinə və həyətdə aparılmış digər abadlıq işlərinə, eləcə də həmin evi tikmiş ustalara və fəhlələrə, həyətə və yaşayış evinə su, təbii qaz və elektrik xətlərinin layihləşdirilərək çəkilməsinə ümumilikdə 55000 manat xərc çəkmişdir.O, maddi vəziyyəti ağır olduğundan ailədaxili bəzi problemləri həll etmək üçün özünün, digər ailə üzvlərinin və qohumların adına müxtəlif banklardan götürdüyü kreditləri vaxtlı-vaxtında qaytara bilmir. ünvan 3 ünvanda onunla qonşuluqda yaşayan, orta məktəbi birlikdə oxuduqları cavabdeh İddiaçı onun və ailəsinin düşdüyü ağır maddi vəziyyəti öyrənəndən sonra ona həmin vəziyyətdən çıxmağa kömək edəcəyini bildirmişdir. Bir-birilərini yaxından tanıdıqlarından, ailəliklə bir birilərini evinə gedib gəldiklərindən onun səmimiyyətinə inanaraq ondan 2015-ci il ərzində müxtəlif vaxtlarda cəmi 13500 manat borc pul götürmüşdür. O hər dəfə ona pul verəndə deyirdi ki, “hələlik ona pul lazım deyil, problemlərini həll et, borcunu sonra qaytararsan, ancaq mənim sənə pul verməyimi arvadım bilməsin. O bilsə sənə pul verməyə imkan verməyəcək”. 2016-cı ildə yenə ona pul lazım olduğundan qarşılıqlı iddia üzrə cavabdehə müraciət edəndə ona dedi ki, borc verməyini arvadı bilib. Bir müddət onlara kömək edə bilməyəcəkdir. Bir müddət sonra cavabdeh ona zəng edərək ondan uşaqlıqdan xoşlandığını bildirməklə onunla yaxın münasibətdə olmasını söylədi. Bundan sonra o iddiaçının ona borc pul verməkdə məqsədini anlamış və ona qəti olaraq bildirmişdir ki, onlar hər ikisi ailəlidir və ona olan borcunu yaxın bir neçə ilə qaytaracaqdır. O cavabdehə olan borcunun ödənilməsinə zəmanət kimi özünə məxsus olan 0.05 hektar torpaq sahəsini girov qoymaq istədiyini bildirmişdir. O həmin torpağı öz adına DƏDRX-dən qeydiyyatdan keçirərək cavabdehlə Ağdaş rayon Notariat Kontoruna getmişdir. Orada cavabdeh ona olan borcunu pərdələmək məqsədi ilə onunla formal olaraq aralarında alqı-satqı müqaviləsi bağlanmışdır. Onunla şərtləri belə olmuşdur ki, ona borcunu qaytarandan sonra alqı-satqı yolu ilə torpağı ona qaytaracaq. Lakin alqı-satqı müqaviləsindən dərhal sonra cavabdeh ona qəti şəkildə bildirdi ki, ya onun şərtini qəbul etməli, ya da torpaq sahəsindən çıxmalıdır. O qarşılıqlı iddia üzrə cavabdehin alçaq niyyətindən sonra həmin alqı-satqı müqaviləsini müqavilə başqa əqdi pərdələmək üçün formal bağlandığından ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsinin 06 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə Ağdaş şəhəri, Azadlıq küçəsi 1/14 saylı ünvanda yerləşən 0.05 hektar həyətyanı torpaq sahəsinə dair Cavabdeh ilə İddiaçı arasında bağlanılaraq 30 mart 2016-cı il tarixdə Ağdaş rayon notariat kontorunda rəsmiləşdirilmiş AN-İ, ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etbarsız hesab edilsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX- nin 17 saylı Ərazi idarəsi tərəfindən İddiaçı adma verilmiş 29 iyun 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, seriya RX, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməsi, İddiaçı Cavabdeh qızına 13500 manat məbləğində borc verməsi barədə aralarında borc müqaviləsi bağlanması, borc müqaviləsinin təminatı kimi İddiaçı ilə Cavabdeh arasında 30 mart 2016-cı il tarixdə Cavabdeh mülkiyyətində olan Ağdaş şəhəri, Azadlıq küçəsi 1/14-də yerləşən 0.05 hektar torpaq sahəsinin İddiaçı xeyrinə yüklü edilməsi barədə ipoteka müqaviləsi bağlanmış hesab edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra aidiyyati üzrə icra edilməsi üçün Ağdaş rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Qətnamənin icrası mərhələsində Ağdaş rayon İcra və Probasiya şöbəsinin 3/16 saylı, xx.xx.2018-ci il tarixli sifarişi əsasında "xxxx" MMC tərəfindən xx.xx.2018-ci il tarixli əmlakın qiymətini müəyyən etmək üçün hesabat tərtib olunmuş, həmin hesabata əsasən torpaq sahəsinin həmin günə ilkin qiyməti 18000 manat müəyyən edilmiş və həmin torpaq sahəsinə baxış zamanı torpaq sahəsinin üzərində fərdi yaşayış evinin aşkar olunduğu, qiymətləndirmə zamanı yalnız torpaq sahəsinin qiymətləndirilməsi qeyd edilmişdir və həmin fərdi yaşayış evinin bir neçə tərəfdən fotoşəkli çəkilərək hesabata əlavə olunmuşdur. Bildirir ki, həmin 0.05 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin tikintisi və həyətin dörd bir tərəfinin hasara alınması, həyətə giriş-çıxış üçün darvaza tərəfindən həyata keçirilmişdir və torpaq sahəsi mülkiyyətində olmuşdur. Göründüyü kimi həmin yaşayış evi ona məxsus olduğuna görə həmin evə onun mülkiyyət hüququ gözlənilən mülkiyyət hüquqdur və bütün bunları qarşılıqlı iddia üzrə cavabdeh əvvəlcədən yaxşı bilirdi. Cavabdeh ona qarşı öz məkrli məqsədinin baş tutmayacağını biləndən sonra həmin torpağı ona qaytarmayacağını bildirmiş, həmin torpaq sahəsində ailəliklə tikdirdikləri yaşayış evini də öz adına qeydə aldıracağı ilə təhdid etmişdir. Yuxarıda göstərdiyi işin həqiqi hallarından görünür ki, ilk iddia üzrə iddiaçı iddia ərizəsində mübahisələndirdiyi tikili, yəni 4 otaqdan ibarət fərdi yaşayış evi qanunsuz və ya özbaşına tikili deyil və həmin yaşayış evi evin yerləşdiyi 0.05 hektar torpaq sahəsi hələ xüsusi mülkiyyətində olduğu dövrdə tikilmişdir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi qarşılıqlı iddia üzrə cavabdehin adına qeydə alınan zaman həmin tikili artıq mövcud olduğundan yaşayış evinin altındakı torpaq sahəsi də ona məxsusdur. Qarşılıqlı İddiaçı ondan 5000 manata yalnız 0.05 hektar həyətyanı torpaq sahəsini almışdır, yaşayış evi yuxanda göstərdiyi kimi xüsusi mülkiyyətində olmuş torpaq sahəsində tərəfindən tikildiyindən qanunsuz tikili hesab olunmur. Onun və biri yaşlı və xəstə olmaqla ailə üzvləri ilə birlikdə başqa yerdə yaşamağa evləri yoxdur. Cavabdeh yaxşı bilir ki, həmin fərdi yaşayış evi öz vəsaiti hesabına tərəfindən tikilmişdir. O, sadəcə olaraq onun və ailə üzvlərinin düşdüyü çıxılmaz vəziyyətindən sui istifadə edərək ona qarşı ilk iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Fərdi yaşayış evi həyət darvazasından təqribən 2 metr məsafədə tikilmişdir. Həmin yaşayış evi əvvəllər xüsusi mülkiyyətində olan 0.05 hektar həyətyanı torpaq sahəsində inşa edildiyindən və təsərrüfatın yalnız həyətyanı torpaq sahəsi qarşılıqlı iddia üzrə cavabdehin mülkiyyətinə keçdiyindən yaşayış evi və altındakı torpaq sahəsi ona məxsusdur və o ailə üzvləri ilə birlikdə həmin yaşayış evində yaşamaqla ondan istifadə etmək hüquqları var. Həmin yaşayış evi həyət darvazasından 3-4 metr məsafədə tikildiyindən onun və digər ailə üzvlərinin həmin yaşayış evinə sərbəst gedib gəlməkləri üçün qanunla müəyyən olunmuş ölçüdə, yəni uzunluğu 4 metr, eni isə 4.5 metr olan yol yeri ayrılıb verilməlidir. Göründüyü kimi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onun və ailə üzvlərinin başqa yerdə yaşamağa eviləri olmadığını, həmin yaşayış evinin qanuni əsaslarla tikildiyini bildiyi halda, yaşayış evinə çəkilmiş 55000 manat xərci ona ödəmək istəməmiş, buna görə də tam əsassız hesab etdiyi ona qarşı hazırki ilk iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də hesab edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona qarşı “Özbaşına tikilinin sökülməsi tələbinə dair” iddiası əsassız olduğundan rədd edilməli, onun ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası isə təmin edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın əsassız olduğundan rədd edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Cavabdeh birinci instansiya məhkəməsinin məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında qarşılıqlı iddia ərizəsini müdafiə edərək ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq məhkəməyə bildirmişdir ki, İddiaçı Cavabdeh və X5 qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia rəizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən Ağdaş şəhəri, Azadlıq küçəsi 1/14 ünvanında yerləşən 0.05 ha torpaq sahəsində tikdiyi özbaşına tikilinin sökülməsinə dair qətnamə qəbul edərək iddianın təmin edilməsini xahiş etmişdir. Həmin iddia tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı cavabdehlər Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsinə, qarşılıqlı iddianın isə təmin edilərək qarşılıqlı iddia üzrə cavabdeh Ağdaş rayon Qaroğlan kəndində yaşayan İddiaçı verilmiş həyətyanı torpaq sahəsi üzərində tikdirdiyi bir mərtəbəli 4 otaqdan və yardımçı sahələrdən ibarət yaşayış evinə gediş-gəliş üçün uzunluğu 2 metr, evi 4.5 metr ölçüdə yolun ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirmişdir ki, Cavabdeh xüsusi mülkiyyətində olmuş həmin torpaq sahəsində o 2004-cü ildən birmərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evi tikdirmişdir. İş üzrə İddiaçı həmin torpaq sahəsini hərrac yolu ilə əldə edəndə həmin torpaq sahəsinin başqasına məxsus yəni, ona məxsus əmlakla fərdi yaşayış evi ilə yüklü olduğunu bilirdi. Bu iş üzrə keçirilmiş məhkəmə ekspertizası üzrə ekspert rəyində də qeyd edilmişdir. Lakin bunlara baxmayaraq İddiaçı üzərində ona məxsus yaşayış evi olan həmin torpaq sahəsini öz adına qeydə aldırmışdır. Göründüyü kimi qeyd edilən qanunvericiliyə görə mübahisəli torpaq sahəsi İddiaçı mülkiyyətində olsa da, Cavabdeh məxsus olub həmin torpaq sahəsi üzərində yerləşən yaşayış evinə servitut hüququ saxlanılmalıdır. Göründüyü kimi o qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Lakin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı torpaq sahəsinin onun xüsusi mülkiyyətində olmasını əsas göstərməklə qarşılıqlı iddianı qəbul etməmişdir.

8. Ağdaş Rayon Məhkəməsinin (hakim Nizam Əliyev) 11 аprel 2022-ci il tarixli, 2(014)- 31/2022 saylı qətnaməsi ilə ilkin iddia tələbi təmin edilərək Cavabdeh tərəfindən ünvan 4 ünvanında yerləşən 0.05 ha torpaq sahəsində tikdirdiyi özbaşına tikili sökülməsi, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “gediş-gəliş üçün zəruri yolun ayrılıb verilməsi” tələbinə dair qarşılıqlı iddia tələbinin rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatın dəyəri 50 (əlli) manat ekspertiza xərcinin ilkin iddia üzrə Cavabdeh alınıb X3nə, kod 210005, VÖEN ********** m/h AZ41NABZ********************4, SFİFT BİK CTREAZ22, benefisiarın adı: Məhkəmə Ekspertizası Mərkəzi, benefisiarın hesabı AZ34CTRE********************, VÖEN ********** hesabına ödənilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ilkin iddia üzrə Cavabdeh tərəfindən ilkin İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 0.05 ha torpaq sahəsində tikdirdiyi ev özbaşına tikilidir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia əsaslı olduğundan təmin edilməlidir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı belə nəticəyə gəlmişdir ki, qarşılıqlı iddia tələbi, ilkin iddia tələbi təmin edildiyindən rədd edilməlidir.

11. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara yuxarıda sadalan hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməli, Cavabdeh tərəfindən ünvan 4 ünvanında yerləşən 0.05 ha torpaq sahəsində tikdirdiyi ev özbaşına tikili olduğundan sökülməlidir. Qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tələb olunmadığına görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.1, 152.1, 152.4, 157.4, 170.2, 172.2, 180.1, 180.4, 238, 239.2, 240, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat:

14. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-952/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin 11 аprel 2022-ci il tarixli, 2(014)-31/2022 saylı qətnaməsinin ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi tələbinə dair” ilk iddia tələbinin rədd edilməsi, Cavabdeh İddiaçı qarşı “gediş-gəliş üçün zəruri yolun ayrılıb verilməsi tələbinə dair” qarşılıqlı iddiasının təmin edilməsi, ünvan 1 ünvanda yerləşən İddiaçı məxsus 0.05 ha həyətyanı torpaq sahəsi üzərində Cavabdeh tərəfindən tikilmiş yaşayış evinə gediş-gəliş üçün uzunluğu 2 metr, eni 4.5 metr ölçüdə (28 fevral 2022-ci il tarixli, 10/6070 saylı ekspert rəyinə uyğun) yolun açılması qət edilmişdir.

15. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-952/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-897/2023 saylı qərarı ilə, İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-952/2022 nömrəli mülki iş üzrə 6 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-897/2023 saylı qərarında qeyd etmişdir ki, baxılan iş üzrə qarşılıqlı iddia tələbi isə cavabdehin iddiaçıya verilmiş həyətyanı torpaq sahəsi üzərində tikdirdiyi bir mərtəbəli 4 otaqdan və yardımçı sahələrdən ibarət yaşayış evinə gediş-gəliş üçün yolun ayrılmasından ibarətdir. Tikilinin (yaşayış evinin) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı və həm tikilinin, həm də yol istənilən torpaq sahəsinin iddiaçının mülkiyyətində olduğu işin mübahisə olunmayan hallarıdır.

18. Qüvvədə olan Mülki Məcəllədə qonşu torpaq sahələri (daşınmaz əmlak) mülkiyyətçiləri arasında mübahisə olduğu hallarda qonşudan zəruri keçid almaq (maddə 175) və ya qonşu əşyadan istifadə etməyə icazə verilməsini (maddə 255.1) tələb etmək hüquqları təsbit edilmişdir. Lakin mülki qanunvericilik həmin hüquqları yalnız torpaq sahəsi (daşınmaz əmlak) mülkiyyətçiləri üçün və müvafiq kompensasiya və ya istifadə haqqı ödənilməklə, habelə müəyyən şərtlər daxilində tanıyır.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamənin “Tətbiq edilən hüquq” hissəsində Mülki Məcəllənin 164.1, 165.1, 560 və 180-ci maddələrinin mətinə istinad etsə də, qarşılıqlı iddianın təmin olunması barədə gəldiyi nəticəni konkret maddi hüquq normasına istinadla əsaslandırmamışdır.

20. Halbuki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Hazırkı iş üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən işin araşdırılması və məhkəmə aktlarının tərtib olunmasına dair prosessual qanunvericiliyin sadalanan tələblərinə riayət olunmamış, tətbiq edilməli olmayan maddi hüquq normaları tətbiq edilmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

a) Apellyasiya şikayətinin dəlilləri

22. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.

23. Apellyasiya şikayətini dəlilləri qarşılıqlı iddianın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, iş birinci instansiya məhkəməsinin hakimi tərəfindən qanunsuz olaraq icraata qəbul edilməklə yanaşı işə baxarkən işin yuxarıda qeyd etdiyi hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, qətnaməsində istinad etdiyi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunsuz, əsassız və eləcədə ədalətsiz qətnamə qəbul etməklə aşağıda göstərdiyi maddi və hüquq normalarının tələblərini pozmuşdur.

24. O, "xxxx" MMC və qeyrilərinə qarşı “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2018-ci il tarixli hesabatın və 63/04 saylı, xx.xx.2018-ci il tarixli açıq hərracın nəticələri haqqında Protokolun və onun nəticələrinin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə aidiyyati üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2018-ci il tarixli hesabatın və 63/04 saylı, xx.xx.2018ci il tarixli açıq hərracın nəticələri haqqında Protokolun və onun nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. İşə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılan zaman hazırkı iş üzrə iddiaçı ona qarşı “Tikilinin sökülməsi və cavabdehin əmlakı ilə birlikdə torpaq sahəsindən məcburi çıxarılması tələbi”nə dair iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət etmişdir.

26. Ona görə də o, ərizə ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2018-ci il tarixli hesabatın və 63/04 saylı, xx.xx.2018-ci il tarixli açıq hərracın nəticələri haqqında Protokolun və onun nəticələrinin etibarsız hesab edilməsi tələbi”nə dair mülki işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə qərarı qəbul edilənədək “Tikilinin sökülməsi və cavabdehin əmlakı ilə birlikdə torpaq sahəsindən məcburi çıxarılması tələbi”nə dair iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir.

27. Ağdaş Rayon Məhkəməsinin 2(014)-1595/2019 saylı 02 oktyabr 2019-cu il tarixli qərardadı ilə “Tikilinin sökülməsi və cavabdehin əmlakı ilə birlikdə torpaq sahəsindən məcburi çıxarılması tələbi”nə dair iş üzrə icraat dayandırılmışdır.

28. Onun iddia tələblərinə bütün məhkəmə instansiyalarında baxılaraq təmin edilməmişdir.

29. Hazırkı iş üzrə İddiaçı Ağdaş Rayon Məhkəməsinin icraatında tikilinin sökülməsi və cavabdehin əmlakı ilə birlikdə torpaq sahəsindən məcburi çıxarılması tələbinə dair, yəni eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa hakimin icraatında mülki iş olduğu halda, 2021-ci ilin may ayında özbaşına tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, hazırkı iş üzrə həmin iddia ərizəsi işə baxmış hakim tərəfindən icraata qəbul edilərək baxılmışdır.

30. Ağdaş Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilmiş, qarşılıqlı iddia tələbi isə rədd edilmişdir.

31. Eyni zamanda ilk iddianı təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsinə dair qətnaməsində qarşılıqlı iddia üzrə cavabdehlə aralarında qeyd edilmiş fərdi yaşayış evinin torpaq sahəsi mülkiyyətimdə olduğu zaman tikildiyini, bunu qarşılıqlı iddia üzrə cavabdehin bildiyini və dolayısı ilə etiraf etdiyini, onunla qonşu olmağımızı, ona məxsus yaşayış evinə başqa yerdən gediş-gəliş üçün yolun olmamasını, ona görə də həmin torpaq sahəsindən yolun verilməsinin zəuri olmasını və bunun mümkün olduğunu nəzərə almamış, tikilinin özbaşına tikili hesab edilməsini ətraflı əsaslandırmamış, bununla da səhv nəticəyə gəlmiş, nəticədə qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini kobudcasına pozmaqla özünün qanunsuz və əsassız, eləcə də ədalətsiz hesab etdiyimiz qətnaməsini qəbul etmişdir.

32. İşə əlavə olunmuş sənədləri tədqiq etsə də, ona məxsus yaşayış evinin özbaşına tikili hesab edilməsinin hansı əsaslarla sübut edilməsini əsaslandırmamışdır. Yalnız ona məxsus yaşayış evinin onun yerləşdiyi torpaq sahəsinin qarşılıqlı iddia üzrə cavabdehin mülkiyyətində olduğundan özbaşına tikili olması kimi qiymətləndirmişdir. Habelə Ağdaş Rayon Məhkəməsi ona məxsus fərdi yaşayış evini özbaşına tikili hesab edərək özbaşına tikili kimi sökülməsi qənaətinə gəlməsi, yaşayış evinin yerləşdiyi torpaq sahəsi onun xüsusi mülkiyyətində olan vaxt tikilməsi, ona görə də özbaşına tikili olmaması, yaşayış evinin ona məxsus olması, qarşılıqlı iddia üzrə cavabdehin bunu bilməsi və öz davranışları ilə dolayısı ilə bunu etiraf etməsi, yaşayış evinə gediş-gəliş üçün başqa ərazidən yolun olmamasının, həmin evə gediş-gəliş üçün yolun ayrılmasının zəruri olmasının və bunun mümkün olmasının kifayət qədər sübutlarla təsdiq olunması kimi işin faktiki hallarına uyğun gəlmir.

33. Yuxarıda göstərilənlərə əsasən Ağdaş Rayon Məhkəməsinin 11 аprel 2022-ci il tarixli, 2(014)-31/2022 saylı qətnaməsini ləğv edərək ilk və qarşılıqlı iddialarının baxılmamış saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

35. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin 11 аprel 2022-ci il tarixli, 2(014)-31/2022 saylı qətnaməsinin ləğv edilməsini, ilk iddianın rədd edilməsini, özünün qarşılıqlı iddiasının isə təmin edilməsini xahiş etmişdir.

36. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Cavabdeh apellyasiya şikayətini əsassız hesab etdiyini göstərmiş və məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. 175.2-ci maddəsinə əsasən sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. 255.1-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. 261.1-ci maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, servitutla yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxslərdən sahədən istifadə üçün haqq tələb edə bilər. 261.2-ci maddəsinə əsasən haqqın miqdarı tərəflərin razılaşması ilə, razılaşmaya gəlmək mümkün olmadıqda isə məhkəmənin qərarı ilə müəyyənləşdirilir.

38. Qərar: M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarı.

39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

40. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

43. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

45. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-897/2023 saylı qərarı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-952/2022 nömrəli mülki iş üzrə 6 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

46. Ona görə də məhkəmə kollegiyası Ağdaş Rayon Məhkəməsinin 11 аprel 2022-ci il tarixli, 2(014)-31/2022 nömrəli qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Şəki Apellyasiya Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(107)-660/2023 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 11 аprel 2022-ci il tarixli, 2(014)-31/2022 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən Ağdaş şəhəri, Azadlıq küçəsi 1/14 ünvanda yerləşən 0.05 ha torpaq sahəsində tikdiyi özbaşına tikilinin sökülməsinə dair ilk iddia tələbi hissəsində mülki iş üzrə icraata xitam verilmişdir.

48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 11 аprel 2022-ci il tarixli, 2(014)-31/2022 saylı qətnaməsi ləğv edilməli, cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı “gediş-gəliş üçün zəruri yolun ayrılıb verilməsi” barədə rədd edilmiş qarşılıqlı iddia tələbinə dair hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, Cavabdeh İddiaçı qarşı “gediş-gəliş üçün zəruri yolun ayrılıb verilməsi tələbinə dair” qarşılıqlı iddiası rədd edilməlidir.

49. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı “gediş-gəliş üçün zəruri yolun ayrılıb verilməsi”nə dair qarşılıqlı iddia tələbinin rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsinə dair gəldiyi nəticə ilə razılaşsa da hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin rəddi əsasını düzgün müəyyən etməmiş, ekspertiza xərcinin bütünlükdə cavabdehdən tutulmasında səhvə yol vermişdir.

50. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

52. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir.

53. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər.

54. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).

55. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.

56. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.

57. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.

58. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.

59. MPM-in 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

60. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-897/2023 saylı qərarındakı göstərişləri diqqətə alan məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini, ilkin iddia tələbinin təmin edilməməsinə görə rədd etməklə səhvə yol vermişdir.

61. Halbuki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.

62. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normaları, onların dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz.

63. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin sadalanan tələblərinə riayət olunmamış, qarşılıqlı iddia tələbi üzrə tətbiq edilməli olan maddi hüquq norması tətbiq edilməmişdir.

64. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006cı il tarixli qərarı).

65. Belə ki, birinci instansiya məhkəməsi ilk növbədə qarşılıqlı iddiaçı Cavabdeh hazırki tələbi irəli sürməkdə müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı olmuşdur.

66. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar.

67. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır.Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

68. Göründüyü kimi qarşılıqlı iddiaçı “gediş-gəliş üçün zəruri yolun ayırılıb verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən buna subyektiv hüququ olmamamışdır.

69. Belə ki, mübahisəli tikilinin (yaşayış evinin) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı və yolun verilməsinin istənildiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olduğu işin mübahisə olunmayan hallarıdır.

70. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olması, həmin torpaq sahəsi üzərində yerləşən tikiliyə dair isə cavabdehin hər hansı bir hüququnun qeydiyyata alınmaması onu deməyə əsas verir ki, cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı üzərində hər hansı bir hüququnun olması müəyyən edilməyən bir tikiliyə “gediş-gəliş üçün zəruri yolun ayrılıb verilməsi tələbinə dair” qarşılıqlı iddia tələbi ilə müraciət etməsi üçün subyektiv hüququ yoxdur.

71. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

72. Məhkəmə kоllegiyаsı məhkəmə xərclərinə dair hissədə bu qənaətə gəlir ki, ilk iddiaya dair hissədə iş üzrə icraata xitam verildiyindən və qarşılıqlı iddia tələbi rədd edildiyindən, həmçinin tərəflər qaldırdıqları iddia tələbləri üzrə ödədikləri dövlət rüsumu məbləğlərini tələb etmədiklərindən onların ödədikləri dövlət rüsumu məbləğləri özlərinə aid edilməli, birinci instansiya məhkəməsində aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 25 manatı İddiaçı, 25 manatı isə Cavabdeh tutularaq dövlət büdcəsi hesabına (AZ34CTRE**********000 2088501; Az.MEM, VÖEN**********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir.

73. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 11 аprel 2022-ci il tarixli, 2(014)-31/2022 saylı qətnaməsi ləğv edilsin. Cavabdeh İddiaçı qarşı “gediş-gəliş üçün zəruri yolun ayrılıb verilməsi” barədə rədd edilmiş qarşılıqlı iddia tələbinə dair hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh İddiaçı qarşı “gediş-gəliş üçün zəruri yolun ayrılıb verilməsi tələbinə dair” qarşılıqlı iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu məbləğləri tərəflərin özlərinə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 25 manatı İddiaçı, 25 manatı isə Cavabdeh tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE**********000 2088501; Az.MEM, VÖEN**********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar