Məhkəmə qərarları › İş №2(107)-660/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-660/2025

24.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-660/2025 24.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Bakı şəhəri 21 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh5, Bakı şəhəri 50 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh6, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən cavabdeh tərəfində üçüncü şəxslər X4, X8 və X9 qarşı “qanun üzrə X12 şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında aparılmış qeydiyyatların və verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: İddiadan imtina, xitam) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Bakı şəhəri 21 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh5, Bakı şəhəri 50 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh6, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən cavabdeh tərəfində üçüncü şəxslər X4, X8 və X9 qarşı “qanun üzrə X12 şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında aparılmış qeydiyyatların və verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(033)- 90/2025 nömrəli qətnaməsindən qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları: İddiaçı cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Ofisi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən cavabdeh tərəfində üçüncü şəxslər X4, X8, X9 qarşı “qanun üzrə X12 şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında aparılmış qeydiyyatların və verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontorunun X1 tərəfindən tərtib və təsdiq olunaraq verilmiş 17 iyul 2020-ci il tarixli 2V-549 saylı, 17 iyul 2020-ci il tarixli 2V-550 saylı reyestrdə qeydə alınmış Qanun üzrə X12 Şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin əmlaklar üzərində payının 1/7 hissəsi olması, həmin şəhadətnamələr əsasında “mirasın bağışlanmasına” dair Cavabdeh2 və Cavabdeh3 tərəfindən Cavabdeh4 bağışlanması barədə xx.xx.2020-cu il tarixli, 3M-221 nömrəli müqavilənin etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında və mirasın bağışlanmasına dair bağlanmış müqavilələr əsasında Dövlət reyestrində aparılmış qeydiyyatların ləğvi və verilmiş çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(033)-90/2025 nömrəli qətnaməsi ilə (hakim: Vüqar Məmmədov), iddianın qismən təmin edilməsi, Zaqatala rayon 2 saylı Dövlət Notariat Kontorunun X1 tərəfindən tərtib və təsdiq olunaraq verilmiş 17 iyul 2020-ci il tarixli 2V-549 saylı və 17 iyul 2020-ci il tarixli 2V-550 saylı reyestrdə qeydə alınmış Qanun üzrə X12 Şəhadətnamələr etibarsız hesab edilməsi, Zaqatala rayonu 2 saylı notariat ofisinin xüsusi X1 tərəfindən təsdiq edilmiş, Cavabdeh2 ilə Cavabdeh3 18 may 2019-cu il tarixdə vəfat etmiş X3 miras qalmış Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 3 ünvanında yerləşən ümumi sahəsi 55,9 kv.m olan qeyri-yaşayış sahəsinin xx.xx.2020-ci il tarixdə Zaqatala rayonu 2 saylı notariat ofisində təsdiq olunmuş 2V-549 reyestr nömrəli qanun üzrə X12 şəhadətnaməyə əsasən onlara məxsus hissəsini Cavabdeh4 bağışlamaları barədə reyestrdə 3M-220 sayla qeyd edilmiş 17 iyul 2020-ci il tarixli və Cavabdeh2 ilə Cavabdeh3 18 may 2019-cu il tarixdə vəfat etmiş X3 miras qalmış Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 3 ünvanında yerləşən ümumi sahəsi 55,2 kv.m olan qeyri-yaşayış sahəsinin xx.xx.2020-ci il tarixdə Zaqatala rayonu 2 saylı notariat ofisində təsdiq olunmuş 2V-550 reyestr nömrəli qanun üzrə X12 şəhadətnaməyə əsasən onlara məxsus hissəsini Cavabdeh4 bağışlamaları barədə reyestrdə 3M-221 sayla qeyd edilmiş 17 iyul 2020-ci il tarixli miras payın bağışlanması müqavilələri etibarsız hesab edilməsi, Zaqatala rayonu 2 saylı notariat ofisində 17 iyul 2020-ci il tarixdə reyestrdə 2V- 549 və 2V-550 sayla qeydə alınmış qanun üzrə X12 şəhadətnamələr, reyestrdə 3M-220 və 3M-221 sayla qeyd edilmiş 17 iyul 2020-ci il tarixli miras payın bağışlanmasına dair müqavilələr əsasında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış qeydiyyatlar, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il, reyestr nömrəsi **********06- 06301-083016 olan və qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il, reyestr nömrəsi **********06-06301-083017 olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 3 ünvanında yerləşən ümumi sahəsi 55,2 kv.m olan qeyriyaşayış sahəsi və Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 3 ünvanında yerləşən ümumi sahəsi 55,9 kv.m olan qeyri-yaşayış sahəsinin ibarət miras əmlakda İddiaçı payı ¼ hissədə müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat Qətnamədən narazı qalan qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs3 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında verdiyi izahatında İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin çıxarılmasından sonra cavabdeh tərəflə, həmçinin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxslə mübahisəni öz aralarında qarşılıqlı razılıqla həll etdiklərini, bu səbəbdən də hazırkı mülki iş üzrə iddia tələbindən imtina etdiyini göstərmişdir. O, həmçinin iddiasından imtinanın qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmiş, buna dair ərizəsini də məhkəmə kollegiyasına təqdim etmişdir. Məhkəmə kollegiyasının iclasında verdiyi izahatında iddiaçının nümayəndəsi Nümayəndə2 birinci instansiya məhkəməsinin qətnaməsinin çıxarılmasından sonra İddiaçı cavabdeh tərəflə, həmçinin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxslə mübahisəni öz aralarında qarşılıqlı razılıqla həll etdiklərini, bu səbəbdən də iddiaçının hazırkı mülki iş üzrə iddia tələbindən imtina etdiyini göstərmişdir. O, həmçinin iddiaçının iddiasından imtinanın qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Bakı şəhəri 21 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh5, Zaqatala rayonu Kebeloba kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin nümayəndəsi, Bakı şəhəri 50 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh6, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən cavabdeh tərəfində üçüncü şəxslər X4, X8 və X13, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi, qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs3, qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs3 nümayəndəsi və vəkili Vəkil3 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu, üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi, qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs3 nümayəndəsi və vəkili məhkəmə kollegiyasına göndərdikləri müraciətlərində məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini xahiş etsələr də işdə iştirak edən digər şəxslər gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs3 nümayəndəsi və vəkili müraciətində həmçinin iddiaçı iddiasından imtina edəcəyi təqdirdə iddiaçının iddiasından imtinasını qəbul edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 52.1-ci maddəsində göstərilir ki, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina yazılı formada ifadə edilməlidir. 370.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. 370.2-ci maddəsinə əsasən, ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. 261.0.4-cü mаddəsinə əsаsən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icrааtа xitаm verilir. 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2-ci maddəsinə əsasən, məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası qeyd edir ki, mülki işin materiallarından göründüyü kimi iddiaçının iddia tələbindən imtina etməsi tərəflərin hüquq və maraqlarına toxunmur. Belə vəziyyətdə məhkəmə kollegiyası hazırkı iş üzrə iddiaçı Xəlilova (Abdullayeva) Aliyə Kərəm qızının iddiadan imtina etməsinə dаir ərizəsini nəzərə alaraq iddiadan imtinanın qəbul edilməsini, mülki işin icraatına xitam verilməsini mümkün hesab edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(033)-90/2025 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Bakı şəhəri 21 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh5, Bakı şəhəri 50 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh6, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən cavabdeh tərəfində üçüncü şəxslər X4, X8 və X9 qarşı “qanun üzrə X12 şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında aparılmış qeydiyyatların və verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2.4-cü maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 370, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Bakı şəhəri 21 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh5, Bakı şəhəri 50 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh6, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən cavabdeh tərəfində üçüncü şəxslər X4, X8 və X9 qarşı “qanun üzrə X12 şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında aparılmış qeydiyyatların və verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair iddiasından imtinası qəbul edilsin. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(033)-90/2025 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Bakı şəhəri 21 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh5, Bakı şəhəri 50 saylı Notariat Ofisinin xüsusi notariusu Cavabdeh6, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən cavabdeh tərəfində üçüncü şəxslər X4, X8 və X9 qarşı “qanun üzrə X12 şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında aparılmış qeydiyyatların və verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün sonra qаnuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar